 |
Sevinc TELMANQIZI 
ÜRƏYİ YANAN, GƏL BƏRİ!
|
Bilmirəm, havalar istiləşəndən şəhərin mərkəzinə çıxmısınız, ya yox. Çıxsanız, mütləq özünüzlə içməli su götürün. Gün-gündən bizi təəccübləndirən Bakımızın gözəlliyi qarşısında bayılandan sonra içmək üçün yox ha. Sadəcə, normal insan kimi su tələbatınızı ödəmək üçün. Neyçün ki, bu şəhərin su alveri ilə məşğul olan şəxslər də birər yeziddirlər. Dilini ağzında yandırarlar, amma su üçün elə qiymət oxuyarlar ki, cızdağın çıxar. Adətən nəyinsə çox ucuz olduğunu göstərmək üçün “sudan ucuz” ifadəsi işlədirlər ha, bax o ifadə bizim dövrümüzlə heç səsləşmir. Neyçün ki, artıq su qızıldan da, neftdən də baha olma yolunda irəliləyir. Yay gələn kimi şəhərin su təchizatına fikir verin: qəsəbələr, rayonlar, məhəllələr qan ağlayır. Bir həftə bir məhəlləni susuzluqdan qırırlar, o biri həftə digərini. İnsanların vedrə-vedrə su daşımaqdan beli əyilib. Onsuz da dolanışıq xərciylə beli ikiyə bükülən Azərbaycan insanını indi də bu cür imtahana çəkirlər. Keçək içməli suya. Hərçənd bizdə içməli suyun hansı keyfiyyətdə olması da özü boyda şübhə doğurur. Nəsə, ötən gün bir sadəlövhlük edib, şəhərin mərkəzinə çıxdım. “Torqovı” adlanan küçədə bir qədər dolaşdım, mağazaları gəzdim. Və təbii ki, bütün normal insanlar kimi susadım. Elə həmin küçənin su satıcılarına yanaşanda ayağımın altından yer qaçdı. Yarım litr təmiz su sizcə, neçəyə olsa yaxşıdır? Yəqin, bilirsiniz, üzərində də 20 qəpik yazılıb və bütün normal, özünə hörmət qoyan marketlərdə həmin qiymətə satılır. Amma nə danışırsınız? Burası “Torqovı”. Burda su belə adi deyil, içində qızılı, brilyantı, nə bilim gümüşü var. Bu küçədən su aldınsa, orqanizmindəki bütün xəstəliklər dərhal sağalır, əhvalın düzəlir və sair və ilaxir. Və hörmətli oxucu, bu cür su adını çəkdiyim küçədə 40-60-70 qəpiyə satılır. Kiçicik bir monitorinq keçirin, mən deyənə əmin olacaqsınız. Hələ bu harasıdır? Birdən çaşıb, uşaqlarınızı Quala Park (Zorge bağı yaxınlığında) adlanan əyləncə məkanına apararsınız ha... Onda da özünüzlə ən azı 2 litr su aparın. Demək, bir ətək pul verib, uşağı həmin parka salmağın, adi parklarda 20-25 qəpik olan yelləncəklər üçün 80 qəpik ödəməyin az deyilmiş kimi, kafedə də səni bəs deyincə “qazlayır”lar. Adını çəkdiyim bu məkanda bir stəkan su nə az, nə çox düz 2 manatdır, əziz oxucu! Təsəvvür edirsiniz ki, 250 qram su tutumu olan bakalı adama 2 manata sırıyırlar. Halbuki yarım litr suyun qiyməti marketlərdə 20 qəpikdir. Uşağa suyu 20 dəfə baha satırlar. Azərbaycanlıların uşaqcanlı olmasını, övladları üçün hər şeydən keçdiyini bilən işbazlar bundan bəs deyincə istifadə edirlər. Demək, uşaq susuzluqdan özünü yerə sürtür, sən də bu məkandan çıxıb, başqa yerdən daha ucuz su ala bilmirsən. Çünki elə təkcə içəri giriş üçün 3 manat ödəmək lazımdır. Çıxıb yenidən içəri girmək adama 3 manata başa gəlir. Odu ki, suyun süzülə-süzülə həmin bahalı sudan almalı olursan. Uşağını yezid kimi susuzluqdan öldürməyəcəksən ki? Hələ bu market siyasətinə nə deməli? Demək, girirsən marketə - su 20 qəpiyə satılır, amma bəziləri qəsdən içəridəki suyu soyuducuya yox, piştaxtaya düzürlər. “Sərini yoxdurmu” sualına isə “marketin bayırında satılır” cavabını verirlər. Çıxırsan bayıra, su birdən-birə olur 30-40 qəpik. Bir addımda suyun qiyməti 2 dəfə bahalaşır. Səbəbiylə maraqlananda da məlum olur ki, sən demə, burda yer haqqı bahaymış, filan qədər icarə haqqı ödəyirlərmiş, bunların da balası nəyləsə dolanmalıymış və sair və ilaxir. Tanış azərbaycançılıqdı, deyilmi? Adam danışdıqca ürəyi partlayır. Bir stəkan su olsaydı, içərdik. Amma ucuzundan... 681 dəfə baxılıb
|
[30.08.2010] - HƏFTƏBECƏR [26.08.2010] - SƏN MARSDAN GƏLMİSƏN? [15.08.2010] - NERDE O ESKİ RAMAZANLAR... [09.08.2010] - TƏMİZ AYAQ SÖHBƏTİ [07.08.2010] - ADAM İTİ DİŞLƏYƏNDƏ... [01.08.2010] - BU DA SİZƏ FACEBOOK [29.07.2010] - CAZİBƏMİZ DƏ VAR [28.07.2010] - EVLƏRİ KÖNDƏLƏN YAR [22.07.2010] - BU DA BELƏ BİR GÜN [19.07.2010] - EHTİYATLI OLUN - MÜKAFAT ALA BİLƏRSİZ! [18.07.2010] - CƏMİYYƏT BELƏ İSTƏYİR... [15.07.2010] - KOD ADI TƏLƏBƏ... [12.07.2010] - BİR LİMAN, BİR DƏNİZ... [11.07.2010] - ÇƏKİRƏM HAAA... [05.07.2010] - OVUC İÇİ QƏDƏR... [04.07.2010] - ODDA YANAN, SUDA BATAN... [01.07.2010] - MƏRDİMAZAR AZ İDİ... [28.06.2010] - MƏNFİ YÜKLÜ DƏNİZ... [25.06.2010] - ARI KİMİ... [21.06.2010] - 8 TƏLƏBƏYƏ 9 NÖV PLOV [20.06.2010] - HÖKMDARIN HÜZURUNDA... [19.06.2010] - YAYI YOLA SALAQ? [14.06.2010] - OPERATİV DƏDƏ QORQUD [13.06.2010] - YADPLANETLİ DEMƏ... [10.06.2010] - KİM DAHA ŞANSLI? [07.06.2010] - 80-dən SONRA GƏLƏN XOŞBƏXTLİK [06.06.2010] - 10 MİLYON AVRO...CUQ [03.06.2010] - CANIMIZ YANMASIN... [31.05.2010] - ÖTƏN GÜNƏ GÜN... ÇATAR, ÇATAR... [30.05.2010] - BƏNÖVŞƏ, BƏNDƏ DÜŞƏ... [26.05.2010] - ARAZ AŞIĞIMDAN, KÜR TOPUĞUMDAN [23.05.2010] - GÖRMƏMİŞİN KƏŞFİ OLDU... [20.05.2010] - MANYAKA HAQSIZLIQ ETMƏYƏK [17.05.2010] - HAMIYA ÇİRKİN OLSAM DA... [16.05.2010] - GƏZMƏYƏ.... HARA YAXŞI? [13.05.2010] - ÇÖRƏYİ VER ÇÖRƏKÇİYƏ... [10.05.2010] - O Kİ BELƏ OLDU? [07.05.2010] - BELƏ “BİZ” OLMAQDANSA... [03.05.2010] - BAĞ BELƏ, BOSTAN BELƏ [02.05.2010] - ÖLMÜŞDÜ HİPPOKRAT... [18.12.2009] - “BOMBA” MƏMUR [14.12.2009] - ŞAİR SÖZÜ, ƏLBƏTTƏ, YALANDIR [13.12.2009] - QƏHRƏMAN OLMAQ ÜÇÜN LAYİHƏ [11.12.2009] - NOVRUZƏLİNİN “E-MƏKTUB”u [07.12.2009] - YOL VERİN, QUDAM GƏLİR [05.12.2009] - KÖTƏYİ CƏNNƏTƏ GERİ YOLLADIQ [02.12.2009] - BAYRAM BİTDİ, YAŞAMAĞA DAVAM! [25.11.2009] - QIZ QIZILA DÖNÜB... [23.11.2009] - AY CAN, AY CAN, QİYAMƏTDİ! [22.11.2009] - HEPİMİZ DOMUZ QRİPİYİZ! [20.11.2009] - CIRTDANIN NƏNƏSİ VƏ BİZİM YAĞ YAXMAMIZ [16.11.2009] - DESƏM, ÖLDÜRƏRLƏR... [15.11.2009] - HAMI YANLIŞ ANLAYIR [13.11.2009] - KİMDƏ ARTIQ MASKA VAR? [10.11.2009] - “QAYNAR XƏTT”in SOYUQ DUŞ EFFEKTİ [08.11.2009] - HƏR ŞEYDƏ BİR AZ “YENİ MÜSAVAT”... [05.11.2009] - DONUZLA SOVRULANLAR... [02.11.2009] - QANIMIZI İÇƏNLƏR [01.11.2009] - EVDƏKİ, BİZİMKİ VƏ YA KÜLFƏT SÖHBƏTİ... [31.10.2009] - QOCALMAYAN KÖŞƏ YAZARLARI... [26.10.2009] - BİR İRƏLİ, BİR GERİ-YERİMİZDƏ SAYIRIQ [25.10.2009] - SUXARI FALI [22.10.2009] - UŞAQLAR VAR, ŞƏRAİT YOX? [19.10.2009] - MÖVZU BOL OLARSA... [18.10.2009] - BƏS QONAQPƏRVƏR İDİK, NƏ OLDU? [15.10.2009] - İŞLƏR YAĞ KİMİ GETMƏYƏNDƏ... [12.10.2009] - ƏZİZİM ƏZİZ... [11.10.2009] - MANIS - CÜMLƏ XƏYANƏTLƏRƏ BAİS? [08.10.2009] - DAHA MƏNİ GÖZLƏMƏ... [05.10.2009] - İCTİMAİ İŞDƏN BOZBAŞA... [28.09.2009] - G20 TOPLANTISININ “OTELLO”ları [27.09.2009] - DANIŞMIRAM, ƏL ÇƏKİN! [24.09.2009] - YAĞMA YAĞIŞ, YAĞMA YAĞIŞ... [20.09.2009] - YETİM ƏLİNDƏ QOĞAL? [19.09.2009] - BİZİM CEMİ KİM TAPACAQ? [15.09.2009] - QIZIMA... [13.09.2009] - HEY, TAKSİ! [07.09.2009] - 17 İDİ, 18 OLDU... [06.09.2009] - ÜZRÜ QƏBAHƏTİNDƏN BETƏR [31.08.2009] - OKSFORDA, YOXSA BAKI MƏKTƏBİNƏ? [30.08.2009] - OĞRU DA SUÇLU DEYİLSƏ... [27.08.2009] - 2179 AZƏRBAYCANLIYA 1 KİTAB! [24.08.2009] - ÖLƏCƏKSƏN, VƏSSALAM! [21.08.2009] - YIXILIN O BİRİ TƏRƏFƏ [17.08.2009] - MEYMUNU UNUT! [13.08.2009] - KASIBIN SEVİMLİ EŞŞƏYİ [10.08.2009] - ŞEYX NƏSRULLAH GƏLƏNƏDƏK... [06.08.2009] - ALİ MƏKTƏB DÜKANLARI [02.08.2009] - NƏRDƏ O ƏSKİ GÜNLƏR? [01.08.2009] - ÜNVANIMIZA DEYİLƏN “DÜÜÜT”lü SÖYÜŞLƏR [26.07.2009] - AÇARSIZ AÇIQLAMALAR... [23.07.2009] - “MEDİA AÇARI” İLƏ BAĞLANAN QAPILAR [20.07.2009] - HADİSƏ DANIŞANDA [19.07.2009] - İLDƏ BİR DƏFƏ... [16.07.2009] - ŞƏN OĞLANLAR [13.07.2009] - JURNALİSTLƏRİN QUL BAZARI [06.07.2009] - İMTAHAN BAYRAMI [03.07.2009] - GECƏ 12-dən SONRA... [29.06.2009] - SAĞLIĞINDA KOR FATMA... [28.06.2009] - BU NÖMRƏYƏ ZƏNG ÇATMIR... [22.06.2009] - BAYRAMSIZ QALAN BABALAR, VAY! [15.06.2009] - QURDLU GİLAS PROJESİ [11.06.2009] - KARTOFU JURNALİSTƏ BÜKƏNDƏ... [08.06.2009] - VƏTƏN MƏNƏ OĞUL DEYİB(?!) [04.06.2009] - QADIN ŞAPALAĞI [28.05.2009] - MONİTORİNQ HƏVƏSKARLARINA “FƏHLƏ” TÖVSİYYƏSİ [25.05.2009] - XORUZUN QUYRUĞU... [21.05.2009] - QIZIL SAAT VƏ “SON ZƏNG” ŞOUSU... [18.05.2009] - AVROPAYA DAHA BİR ADDIM? [14.05.2009] - NAĞIL BİTDİ... [12.05.2009] - ƏLLƏRİMDƏ ÇİÇƏKLƏR... [07.05.2009] - PEŞƏKARLIQ MÜHAZİRƏSİ [04.05.2009] - QATİL DƏ TELEVİZOR İZLƏYİR... [27.04.2009] - GEDƏK BİZ OLMAYAN YERƏ... [23.04.2009] - NİZAMİNİN ADAŞI [20.04.2009] - JURNALİSTDİ, QOYMA GƏLDİ! [16.04.2009] - ONUN ŞƏFQƏTLİ ƏLLƏRİ... [13.04.2009] - VOLAND BARMAĞI... [06.04.2009] - TV NAZİRİNİ DANLAYANDA... [02.04.2009] - ZARAFATSIZ... [30.03.2009] - YARIMÇIQ YUXU... [26.03.2009] - FATI, OTUR, FATI, DUR... [16.03.2009] - METRODA BOMBA RABATAY... [12.03.2009] - ƏSAS ODU Kİ... [05.03.2009] - OBAMANIN BİR GÜNÜ... [02.03.2009] - YARIM QAZAN MAKARON... [27.02.2009] - BUZ KİMİ 8 MART HƏDİYYƏSİ [23.02.2009] - AYNƏN ÖYLƏ... [18.02.2009] - NAĞILÇI MƏNTİQİ [16.02.2009] - 11 STANSİYALIQ XİLAS YOLU [09.02.2009] - ATALARA MƏZUNİYYƏT, ANALARA İSTİRAHƏT! [05.02.2009] - AZƏRBAYCAN - ƏN BÖYÜK QƏZZA... [03.02.2009] - YARIYA QƏDƏR DOLU STƏKANA YENİ BAXIŞ... [26.01.2009] - TƏR-Bİ-YƏ-Çİ! [23.01.2009] - İMİC HEÇ NƏDİR, SUSUZLUQ HƏR ŞEY? [19.01.2009] - KLİPLƏRDƏN KOROĞLU NƏRİLTİSİ EŞİDİLƏCƏK [16.01.2009] - GÜNAH HƏMİŞƏ DÖYÜLƏNDƏDİR? [12.01.2009] - O ƏJDAHADAN BİZDƏ OLMAYACAQ [08.01.2009] - İKİ AKİFİN İKİ YÜZ FƏRQİ... [06.01.2009] - 6 YANVAR ÇATANDA... [29.12.2008] - ÖKÜZ APTEKƏ BAXAN KİMİ... [25.12.2008] - MƏNƏ BAXMA, ADIMI ÇƏKMƏ, BARƏMDƏ DÜŞÜNMƏ... [22.12.2008] - KAMERAYA ƏL YELLƏYİN... [19.12.2008] - SAXLA, DÜŞƏN VAR [16.12.2008] - 40 “RAZMER” AYAQQABI [11.12.2008] - BİR AXŞAM ƏLƏT ÇÖLÜNDƏ... [08.12.2008] - FONDA ŞƏN MUSİQİ... [04.12.2008] - DÜNYANIN QORXDUĞU CAVAN - NUŞİRƏVAN [01.12.2008] - NƏ SƏS-KÜYDÜR BU GÜN SİZDƏ, GÜLBADAM? [30.11.2008] - AVTOBUS YAVAŞ-YAVAŞ YANANDA... [27.11.2008] - JURNALİSTİN İTİNİ DƏ DİŞLƏYİRLƏR [24.11.2008] - “LAZIM” QAPINI DÖYÜR... [20.11.2008] - EL ÜÇÜN AĞLAYANDA... [17.11.2008] - SƏN DƏ BİZİM MƏHƏLLƏDƏNSƏN... [14.11.2008] - YENƏ HƏMİN ANAR MÜƏLLİM BARƏDƏ... [13.11.2008] - “SƏNDƏN YAMAN NİGARANAM” [10.11.2008] - QEYRİ-ELİT SÖHBƏT... [03.11.2008] - DANIŞIR BAYQUŞLAR... [02.11.2008] - MİRZƏ SAKİTİ EVİNƏ KÖÇÜRÜN... ƏVVƏLKİ YAZILARI
|