03 sentyabr 2010
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Sevinc TELMANQIZI Yazara məktub göndər

QADIN ŞAPALAĞI

Yayın ən sevmədiyim, həm də ən sevdiyim cəhətlərindən biri havaların isinməsi ilə evdar qadınların parka, həyətə axışmasıdır. Bilirəm, bir az absurd, bir az da postmodernist cümlə alındı, amma tələsməyin, izahını verəcəm. Bu mənzərəni sevməməyimin səbəbi sıcaq havaların orta statistik Azərbaycan qadınının bir çox hallarda bəsit səviyyəsini üzə çıxarmasıdır. Yəni onca dəqiqə həmin söhbətlərə qulaq asmaq kifayət edir ki, sən bu məmləkətin niyə bu kökə düşdüyünü anlayasan. Bu isə mənzərənin sevdiyim cəhətidir. Yəni hər şey üzə çıxır. Ət qaynayanda kəfi üzə çıxan kimi... Havalar isinən kimi bizim də ailə institutunun “kəf”i görünür.

Cənnətin anaların ayaqları altında olduğunun fərqindəyəm. Azərbaycan qadınının super fədakar, əzabkeş, dözümlü olması da əsrlərin sınağından keçib. Amma vallah, billah, qadının ancaq yeməkbişirən, körpə bələyən, tozsoran maşın funksiyasını daşıdığı illər arxada qalıb. Elə “öncə atım, sonra silahım, sonra qadınım” deyən kişilər də tarixin tozlu qatlarındadır. Eləsə, niyə dəyişməyəsiniz, modernləşməyəsiniz, öz üzərinizdə işləməyəsiniz, gözəl-göyçək xanımlar?
Qoyun ənənəvi mənzərəni təsvir edim, bu yazını niyə qələmə aldığımı görəsiniz. Demək, orta statistik Azərbaycan qadını evdardır, dünyaya iki-üç övlad gətirib, gündəlik problemi bişirəcəyi yeməyin növü, ərinin evə gələcəyi saatın monitorinqi, qayınanası ilə söz davasında necə qalib çıxacağı və bir də əlahəzrət seriallardakı qəhrəmanların taleyidir. Uşağı havaya çıxarmaq adıyla oturarlar həyətdə, parkda, başlayarlar, nə başlayarlar. Tumdan çırtla, qeybətdən qır... Bu arada həmin uşaq özünü yerə sürtər, qonşunun maşınını cızar, dostunun gözünü vurub çıxarar... Kimdi ona fikir verən? Osmanlı türkləri demiş, uşaq bəhanə, söhbət şahanə...
Yenicə ana olan bir qohumum danışır ki, doğum evlərinin palatalarında belə hamilə qadınların ən aktual qeybət mövzusu qayınanalardır. Təsəvvür edin, qadın sancıdan qıvrılır, bir neçə saat, bəlkə bir neçə gün sonra həyatında əlamətdar, fövqəladə gözəl bir olay baş verəcək, amma o, yenə həyatının ən vacib “problemi”ni yaddan çıxara bilmir. Cümlə xəyanətlərin baiskarı - qayınana!
Qayıdım yazının əvvəlindəki məsələyə, yəni məmləkətin bu vəziyyətdə olmasında qadınların roluna. Heç kimə sirr deyil ki, ailələrdə uşaqlar bir çox hallarda ana nəzarətində olur -ata işdə-gücdə, axşamdan-axşama uşağının gündəlik “macəraları” ilə tanış olur, oğlandırsa, ən pis hərəkətinə belə ürəyində fərəhlənir. Yox, qızdırsa, xoşagəlməz hərəkətinə görə ananın hər iki üzü danlanır. Deməyim odu ki, uşağın gələcəyi, təhsili, səviyyəsi kimə etibar olunursa, nəticə də bir çox hallarda ondan asılıdır. Bütün gün gözünü maqazin proqramlarına zilləyib, Aygünlə Namiqin evlənəcəyi tarixi həyatının vacib sualı hesab edən, uşağı kitab-dəftərə çox qapananda “çox oxuma, sonra dəli olarsan. Filankəsin oğlu da sənin kimi oxudu, oxudu, sonra başına hava gəldi” kimi arqumentlər səsləndirən ananın yanında yaxşı uşağın yetişəcəyinə kimdəsə əminlik varsa, onun arqumentlərini dinləməyə hazıram. Elementar fakt: uşaq ata-anasının əlində nə qədər çox kitab-qəzet görürsə, mütaliənin bir o qədər faydalı olduğuna inanır.
Bir dəfə yazmışam, Azərbaycan qadını övladının həkim olmasını bir çox hallarda ona görə arzulayır ki, gələcəkdə o da bolluca rüşvət alıb, ailəsini dolandıra bilsin. Yəni ilk növbədə savadlı, nüfuzlu adam olmasıyçün yox ha, bol pula tez qovuşması üçün. Elə həyat yoldaşına münasibətdə də eyni taktikadır. Niyə qonşunun əri filan-filan şeyləri alıb, arvadını filan yerlərdə istirahətə aparır, amma sən yox? Biz kimdən əskiyik? Ölməz Kamal Sunalın -  Şabanın bu mövzuda şedevr bir filmi var. Demək, Şabangil həftədə ən azı iki-üç dəfə varlı qonşularının evində kinoya baxmağa gedirlər. Qonşunun xanımı da hər dəfə Şabanın külfətinə yeni aldığı xəz şubanı, brilyantları-filan göstərir. Və təbii ki, bu arada kino bitir, qonşu da təəssüflənərək, “Şabancığım, heç filmi seyr edə bilmədiniz” deyir. Şabanın cavabı şedevr olur: əsl film az sonra bizim evdə başlanacaq...
Deməyim odu ki, qadın deyingənliyi, tələbkarlığı və bir çox hallarda acgözlüyü qarşısında hələm-hələm kişi duruş gətirə bilmir. Yəni hər güclü kişinin arxasında bir qadın olduğu kimi, hər korrupsioner kişinin arxasında da bir acgöz qadın dayanır. Buna əmin ola bilərsiniz...
Bəzi həmcinslərimin xətrinə dəydiyimə əminəm. İnciməyin, qızlar, hərdən özümüzü şapalaqlamaq da lazımdı. Axı dünyanı bizlər idarə edirik.
... Nəsə, deyəsən, axı mən də qeybət etdim...

915 dəfə baxılıb

[30.08.2010] - HƏFTƏBECƏR

[26.08.2010] - SƏN MARSDAN GƏLMİSƏN?

[15.08.2010] - NERDE O ESKİ RAMAZANLAR...

[09.08.2010] - TƏMİZ AYAQ SÖHBƏTİ

[07.08.2010] - ADAM İTİ DİŞLƏYƏNDƏ...

[01.08.2010] - BU DA SİZƏ FACEBOOK

[29.07.2010] - CAZİBƏMİZ DƏ VAR

[28.07.2010] - EVLƏRİ KÖNDƏLƏN YAR

[22.07.2010] - BU DA BELƏ BİR GÜN

[19.07.2010] - EHTİYATLI OLUN - MÜKAFAT ALA BİLƏRSİZ!

[18.07.2010] - CƏMİYYƏT BELƏ İSTƏYİR...

[15.07.2010] - KOD ADI TƏLƏBƏ...

[12.07.2010] - BİR LİMAN, BİR DƏNİZ...

[11.07.2010] - ÇƏKİRƏM HAAA...

[05.07.2010] - OVUC İÇİ QƏDƏR...

[04.07.2010] - ODDA YANAN, SUDA BATAN...

[01.07.2010] - MƏRDİMAZAR AZ İDİ...

[28.06.2010] - MƏNFİ YÜKLÜ DƏNİZ...

[25.06.2010] - ARI KİMİ...

[21.06.2010] - 8 TƏLƏBƏYƏ 9 NÖV PLOV

[20.06.2010] - HÖKMDARIN HÜZURUNDA...

[19.06.2010] - YAYI YOLA SALAQ?

[14.06.2010] - OPERATİV DƏDƏ QORQUD

[13.06.2010] - YADPLANETLİ DEMƏ...

[10.06.2010] - KİM DAHA ŞANSLI?

[07.06.2010] - 80-dən SONRA GƏLƏN XOŞBƏXTLİK

[06.06.2010] - 10 MİLYON AVRO...CUQ

[03.06.2010] - CANIMIZ YANMASIN...

[31.05.2010] - ÖTƏN GÜNƏ GÜN... ÇATAR, ÇATAR...

[30.05.2010] - BƏNÖVŞƏ, BƏNDƏ DÜŞƏ...

[26.05.2010] - ARAZ AŞIĞIMDAN, KÜR TOPUĞUMDAN

[23.05.2010] - GÖRMƏMİŞİN KƏŞFİ OLDU...

[20.05.2010] - MANYAKA HAQSIZLIQ ETMƏYƏK

[17.05.2010] - HAMIYA ÇİRKİN OLSAM DA...

[16.05.2010] - GƏZMƏYƏ.... HARA YAXŞI?

[13.05.2010] - ÇÖRƏYİ VER ÇÖRƏKÇİYƏ...

[10.05.2010] - O Kİ BELƏ OLDU?

[07.05.2010] - BELƏ “BİZ” OLMAQDANSA...

[03.05.2010] - BAĞ BELƏ, BOSTAN BELƏ

[02.05.2010] - ÖLMÜŞDÜ HİPPOKRAT...

[18.12.2009] - “BOMBA” MƏMUR

[14.12.2009] - ŞAİR SÖZÜ, ƏLBƏTTƏ, YALANDIR

[13.12.2009] - QƏHRƏMAN OLMAQ ÜÇÜN LAYİHƏ

[11.12.2009] - NOVRUZƏLİNİN “E-MƏKTUB”u

[07.12.2009] - YOL VERİN, QUDAM GƏLİR

[05.12.2009] - KÖTƏYİ CƏNNƏTƏ GERİ YOLLADIQ

[02.12.2009] - BAYRAM BİTDİ, YAŞAMAĞA DAVAM!

[25.11.2009] - QIZ QIZILA DÖNÜB...

[23.11.2009] - AY CAN, AY CAN, QİYAMƏTDİ!

[22.11.2009] - HEPİMİZ DOMUZ QRİPİYİZ!

[20.11.2009] - CIRTDANIN NƏNƏSİ VƏ BİZİM YAĞ YAXMAMIZ

[16.11.2009] - DESƏM, ÖLDÜRƏRLƏR...

[15.11.2009] - HAMI YANLIŞ ANLAYIR

[13.11.2009] - KİMDƏ ARTIQ MASKA VAR?

[10.11.2009] - “QAYNAR XƏTT”in SOYUQ DUŞ EFFEKTİ

[08.11.2009] - HƏR ŞEYDƏ BİR AZ “YENİ MÜSAVAT”...

[05.11.2009] - DONUZLA SOVRULANLAR...

[02.11.2009] - QANIMIZI İÇƏNLƏR

[01.11.2009] - EVDƏKİ, BİZİMKİ VƏ YA KÜLFƏT SÖHBƏTİ...

[31.10.2009] - QOCALMAYAN KÖŞƏ YAZARLARI...

[26.10.2009] - BİR İRƏLİ, BİR GERİ-YERİMİZDƏ SAYIRIQ

[25.10.2009] - SUXARI FALI

[22.10.2009] - UŞAQLAR VAR, ŞƏRAİT YOX?

[19.10.2009] - MÖVZU BOL OLARSA...

[18.10.2009] - BƏS QONAQPƏRVƏR İDİK, NƏ OLDU?

[15.10.2009] - İŞLƏR YAĞ KİMİ GETMƏYƏNDƏ...

[12.10.2009] - ƏZİZİM ƏZİZ...

[11.10.2009] - MANIS - CÜMLƏ XƏYANƏTLƏRƏ BAİS?

[08.10.2009] - DAHA MƏNİ GÖZLƏMƏ...

[05.10.2009] - İCTİMAİ İŞDƏN BOZBAŞA...

[28.09.2009] - G20 TOPLANTISININ “OTELLO”ları

[27.09.2009] - DANIŞMIRAM, ƏL ÇƏKİN!

[24.09.2009] - YAĞMA YAĞIŞ, YAĞMA YAĞIŞ...

[20.09.2009] - YETİM ƏLİNDƏ QOĞAL?

[19.09.2009] - BİZİM CEMİ KİM TAPACAQ?

[15.09.2009] - QIZIMA...

[13.09.2009] - HEY, TAKSİ!

[07.09.2009] - 17 İDİ, 18 OLDU...

[06.09.2009] - ÜZRÜ QƏBAHƏTİNDƏN BETƏR

[31.08.2009] - OKSFORDA, YOXSA BAKI MƏKTƏBİNƏ?

[30.08.2009] - OĞRU DA SUÇLU DEYİLSƏ...

[27.08.2009] - 2179 AZƏRBAYCANLIYA 1 KİTAB!

[24.08.2009] - ÖLƏCƏKSƏN, VƏSSALAM!

[21.08.2009] - YIXILIN O BİRİ TƏRƏFƏ

[17.08.2009] - MEYMUNU UNUT!

[13.08.2009] - KASIBIN SEVİMLİ EŞŞƏYİ

[10.08.2009] - ŞEYX NƏSRULLAH GƏLƏNƏDƏK...

[06.08.2009] - ALİ MƏKTƏB DÜKANLARI

[02.08.2009] - NƏRDƏ O ƏSKİ GÜNLƏR?

[01.08.2009] - ÜNVANIMIZA DEYİLƏN “DÜÜÜT”lü SÖYÜŞLƏR

[26.07.2009] - AÇARSIZ AÇIQLAMALAR...

[23.07.2009] - “MEDİA AÇARI” İLƏ BAĞLANAN QAPILAR

[20.07.2009] - HADİSƏ DANIŞANDA

[19.07.2009] - İLDƏ BİR DƏFƏ...

[16.07.2009] - ŞƏN OĞLANLAR

[13.07.2009] - JURNALİSTLƏRİN QUL BAZARI

[06.07.2009] - İMTAHAN BAYRAMI

[03.07.2009] - GECƏ 12-dən SONRA...

[29.06.2009] - SAĞLIĞINDA KOR FATMA...

[28.06.2009] - BU NÖMRƏYƏ ZƏNG ÇATMIR...

[22.06.2009] - BAYRAMSIZ QALAN BABALAR, VAY!

[15.06.2009] - QURDLU GİLAS PROJESİ

[11.06.2009] - KARTOFU JURNALİSTƏ BÜKƏNDƏ...

[08.06.2009] - VƏTƏN MƏNƏ OĞUL DEYİB(?!)

[01.06.2009] - ÜRƏYİ YANAN, GƏL BƏRİ!

[28.05.2009] - MONİTORİNQ HƏVƏSKARLARINA “FƏHLƏ” TÖVSİYYƏSİ

[25.05.2009] - XORUZUN QUYRUĞU...

[21.05.2009] - QIZIL SAAT VƏ “SON ZƏNG” ŞOUSU...

[18.05.2009] - AVROPAYA DAHA BİR ADDIM?

[14.05.2009] - NAĞIL BİTDİ...

[12.05.2009] - ƏLLƏRİMDƏ ÇİÇƏKLƏR...

[07.05.2009] - PEŞƏKARLIQ MÜHAZİRƏSİ

[04.05.2009] - QATİL DƏ TELEVİZOR İZLƏYİR...

[27.04.2009] - GEDƏK BİZ OLMAYAN YERƏ...

[23.04.2009] - NİZAMİNİN ADAŞI

[20.04.2009] - JURNALİSTDİ, QOYMA GƏLDİ!

[16.04.2009] - ONUN ŞƏFQƏTLİ ƏLLƏRİ...

[13.04.2009] - VOLAND BARMAĞI...

[06.04.2009] - TV NAZİRİNİ DANLAYANDA...

[02.04.2009] - ZARAFATSIZ...

[30.03.2009] - YARIMÇIQ YUXU...

[26.03.2009] - FATI, OTUR, FATI, DUR...

[16.03.2009] - METRODA BOMBA RABATAY...

[12.03.2009] - ƏSAS ODU Kİ...

[05.03.2009] - OBAMANIN BİR GÜNÜ...

[02.03.2009] - YARIM QAZAN MAKARON...

[27.02.2009] - BUZ KİMİ 8 MART HƏDİYYƏSİ

[23.02.2009] - AYNƏN ÖYLƏ...

[18.02.2009] - NAĞILÇI MƏNTİQİ

[16.02.2009] - 11 STANSİYALIQ XİLAS YOLU

[09.02.2009] - ATALARA MƏZUNİYYƏT, ANALARA İSTİRAHƏT!

[05.02.2009] - AZƏRBAYCAN - ƏN BÖYÜK QƏZZA...

[03.02.2009] - YARIYA QƏDƏR DOLU STƏKANA YENİ BAXIŞ...

[26.01.2009] - TƏR-Bİ-YƏ-Çİ!

[23.01.2009] - İMİC HEÇ NƏDİR, SUSUZLUQ HƏR ŞEY?

[19.01.2009] - KLİPLƏRDƏN KOROĞLU NƏRİLTİSİ EŞİDİLƏCƏK

[16.01.2009] - GÜNAH HƏMİŞƏ DÖYÜLƏNDƏDİR?

[12.01.2009] - O ƏJDAHADAN BİZDƏ OLMAYACAQ

[08.01.2009] - İKİ AKİFİN İKİ YÜZ FƏRQİ...

[06.01.2009] - 6 YANVAR ÇATANDA...

[29.12.2008] - ÖKÜZ APTEKƏ BAXAN KİMİ...

[25.12.2008] - MƏNƏ BAXMA, ADIMI ÇƏKMƏ, BARƏMDƏ DÜŞÜNMƏ...

[22.12.2008] - KAMERAYA ƏL YELLƏYİN...

[19.12.2008] - SAXLA, DÜŞƏN VAR

[16.12.2008] - 40 “RAZMER” AYAQQABI

[11.12.2008] - BİR AXŞAM ƏLƏT ÇÖLÜNDƏ...

[08.12.2008] - FONDA ŞƏN MUSİQİ...

[04.12.2008] - DÜNYANIN QORXDUĞU CAVAN - NUŞİRƏVAN

[01.12.2008] - NƏ SƏS-KÜYDÜR BU GÜN SİZDƏ, GÜLBADAM?

[30.11.2008] - AVTOBUS YAVAŞ-YAVAŞ YANANDA...

[27.11.2008] - JURNALİSTİN İTİNİ DƏ DİŞLƏYİRLƏR

[24.11.2008] - “LAZIM” QAPINI DÖYÜR...

[20.11.2008] - EL ÜÇÜN AĞLAYANDA...

[17.11.2008] - SƏN DƏ BİZİM MƏHƏLLƏDƏNSƏN...

[14.11.2008] - YENƏ HƏMİN ANAR MÜƏLLİM BARƏDƏ...

[13.11.2008] - “SƏNDƏN YAMAN NİGARANAM”

[10.11.2008] - QEYRİ-ELİT SÖHBƏT...

[03.11.2008] - DANIŞIR BAYQUŞLAR...

[02.11.2008] - MİRZƏ SAKİTİ EVİNƏ KÖÇÜRÜN...

ƏVVƏLKİ YAZILARI

Yeni MÜSAVAT © 2008