 |
Sevinc TELMANQIZI 
QURDLU GİLAS PROJESİ
|
Qurdlu meyvə deyəndə yadıma həmişə uşaqlıqdakı bir hadisə düşür. Demək, qohumlarımızdan birinin evinə qonaq getmişdik. Xəstəxanadan yenicə çıxmışdı, maddi durumu da elə ürəkaçan deyildi. Söz vaxtına düşər, yay mövsümü olduğundan gilas-çiyələyin də təzə çıxan vaxtlarıydı. Anam hərəsindən bir sellofan dolusu alıb, yollanmışdı onlara. Qohumumuzun azyaşlı oğlu meyvələri yeyən kimi dönüb atasına “bəs deyirdin, bu meyvələrin hamısı qurdlu, zəhərlidi, noooldu? Yedim, heç nə olmadı axı...” Yadımdadır, anam qohumumuzun imkansızlıqdan öz oğluna belə yalan danışmasına görə çox kövrəlmiş, özünü saxlaya bilməyib ağlamışdı. Təbii ki, elə şeyləri qavrayan yaşım olmadığı üçün mən onun bu hərəkətinə key-key reaksiya vermişdim... Amma indi baxıram ki, yan-yörəmdə uşaqlarına belə yalan danışanların sayı sürətlə artıb. Bahalı oyuncaq maşınların xəstəlik “yaratdığından”, bahalı paltar geyənləri oğruların “oğurladığından” və nəhayət, uşağı tərəfindən incidilən ata-ananı Allah babanın tez yanına çağırdığından... elə rəvayətlər eşidirəm ki, Azərbaycan valideyninin fantaziyasına “əhsən” deməmək olmur. Şəxsən özüm adamın tüstüsünü təpəsindən çıxaracaq qədər bahalı və bir saat sonra “anası ağlayacağına” zərrə qədər şübhəmin olmadığı kuklaları uşağa almamaq üçün ya onun gecə küpəgirən qarıya çevriləcəyini deyirəm, ya pul tələsi olan əyləncə məkanlarının əslində vəhşi vaşaqlar yuvası olduğunu iddia edirəm. Uşağa da elə gəlir ki, bu şəhər addımbaşı küpəgirən və vaşaqlarla doludur (haqsız sayılmaz əslində-S.T). Bu şəhərdə nəinki kiçiklər, böyüklər üçün də yaşamaq, adi, insani qayğıları həll etmək o qədər mürəkkəbləşib ki, istər-istəməz özünü da aldatmağa məcbur olursan hərdən. Bayırdan başına od tökülür, bir az gəzintiyə çıxandan sonra oturub hardasa bir stəkan adicə çay içmək istəyirsən. Bir çaynik çay, əl içi boyda qabda mürəbbə, ərimiş şokaladlar - 20-25 manat. Orta statistik azərbaycanlının iki günlük qazancı bir çaynik çayın içində axıb gedir, inanın. Hərdən İstanbul şəhəri haqqında deyirlər ha... “Bu şəhər adamı udur” deyə. Eyni şey Bakı üçün də keçərli olub artıq. Təkcə çaya görə yox ha, bir çox digər məsrəflərinə görə. Deyinirsən, narazı qalırsan, amma elə dönüb baxırsan ki, millət həyatından şikayətçi deyil. İqtidardakılar demiş, xalqımızın günləri yaxşı keçir ki, kafe-restoranlarda oturmağa yer yoxdur də. Bir oxucumsa yazır ki, əslində orda insanların bolluğu da hökumətin bir “proje”sidir, görüntü yaradırlar. Ora gedənlər də öyrədilmiş adamlardır. Proje demiş, biz də jurnalistliyimizdən bir xeyir görərmişik nə vaxtsa. Həmişə qaramat-qaramat yazıb, qanınızı qaraldası deyilik ki. O gün yolum şəhərdəki xəstəxanalardan birinin laboratoriyasına düşdü, analiz verməliydim. Şöbənin yerini bilmədiyimdən elə mənimlə birgə qapıya yaxınlaşan həkimdən yardım istədim. Üzümə zənnlə baxdı, sonra da “buyurun” deyib, ancaq onun üçün məxsusi işə düşən liftə tərəf yol göstərdi. Laboratoriyanın yerləşdiyi mərtəbəyə çatana qədərsə necə peşəkar işləmələrindən, burdakı işçilərin Tibb Universitetini fərqlənmə ilə bitirən məzunlar olmasından, aparaturanın standartlara cavab verməsindən ağızdolusu danışdı. Adam tez-tez boğazını arıtlayıb, sanki AzTV-yə müsahibə verirdi. Düzü, bu ağxalatlının kim olduğunu bilmədiyimdən danışdıqlarına da xüsusi önəm vermədim. Laboratoriyaya çatdıq, məni ordakılara tapşırıb, “xanımı necə lazımdırsa, ən yüksək səviyyədə yola salın” dedi. Ədəb-ərkanla damarımdan, barmağımdan qan götürdülər, preyskuranta uyğun olaraq, analiz məbləği ödədim. Sonra ürəyim dözməyib, soruşdum ki, məni sizə tapşıran kim idi? İçəridəkilər təəccüblənib dedilər ki, bəs bu şöbənin müdirini tanımırsınız? Yenə də anlam verməyib, çıxıb getmək istədim. İçlərindən biri dözməyib, qapının ağzında məni haqladı ki, bəs bizlə bağlı yazı nə vaxt çıxacaq ki, qəzeti də alaq? Dastançı təbirincə desək, onda anladım ki, ey dili-qafil, sən demə, bunlar mənim bura proje dalınca gəldiyimi düşünüb, əl-ayağa düşüblərmiş. “El içində” verilişinin laboratoriyalardakı məşhur projesindən sonra hamı tikan üstdə oturub deyəsən. İçlərində bir az da qəzet oxuyan varsa, sir-sifətdən qəzetçiyə oxşadıb, belə “sınaq”lardan üzüağ çıxmağa çalışırlar. Onda bir daha düşündüm ki, nə yaxşı biz qəzetçilər zaman-zaman belə projelər həyata keçiririk. Hərdənbir kimlərsə silkələnib, özünə gəlirsə, on-on beş adam bu nisbi təmizlikdən yararlana bilir. Qurdlu meyvədən başlayıb, laboratoriyada qurtardım. Hər iki söhbət əslində yalan projesinə həsr olunmuşdu. Nə fərqi var? Ya meyvənin içində qurd oldu, ya da adamın... Qurd bütün varlıqlarçün ziyandır, orqanizmi içindən yeyir... 832 dəfə baxılıb
|
[29.07.2010] - CAZİBƏMİZ DƏ VAR [28.07.2010] - EVLƏRİ KÖNDƏLƏN YAR [22.07.2010] - BU DA BELƏ BİR GÜN [19.07.2010] - EHTİYATLI OLUN - MÜKAFAT ALA BİLƏRSİZ! [18.07.2010] - CƏMİYYƏT BELƏ İSTƏYİR... [15.07.2010] - KOD ADI TƏLƏBƏ... [12.07.2010] - BİR LİMAN, BİR DƏNİZ... [11.07.2010] - ÇƏKİRƏM HAAA... [05.07.2010] - OVUC İÇİ QƏDƏR... [04.07.2010] - ODDA YANAN, SUDA BATAN... [01.07.2010] - MƏRDİMAZAR AZ İDİ... [28.06.2010] - MƏNFİ YÜKLÜ DƏNİZ... [25.06.2010] - ARI KİMİ... [21.06.2010] - 8 TƏLƏBƏYƏ 9 NÖV PLOV [20.06.2010] - HÖKMDARIN HÜZURUNDA... [19.06.2010] - YAYI YOLA SALAQ? [14.06.2010] - OPERATİV DƏDƏ QORQUD [13.06.2010] - YADPLANETLİ DEMƏ... [10.06.2010] - KİM DAHA ŞANSLI? [07.06.2010] - 80-dən SONRA GƏLƏN XOŞBƏXTLİK [06.06.2010] - 10 MİLYON AVRO...CUQ [03.06.2010] - CANIMIZ YANMASIN... [31.05.2010] - ÖTƏN GÜNƏ GÜN... ÇATAR, ÇATAR... [30.05.2010] - BƏNÖVŞƏ, BƏNDƏ DÜŞƏ... [26.05.2010] - ARAZ AŞIĞIMDAN, KÜR TOPUĞUMDAN [23.05.2010] - GÖRMƏMİŞİN KƏŞFİ OLDU... [20.05.2010] - MANYAKA HAQSIZLIQ ETMƏYƏK [17.05.2010] - HAMIYA ÇİRKİN OLSAM DA... [16.05.2010] - GƏZMƏYƏ.... HARA YAXŞI? [13.05.2010] - ÇÖRƏYİ VER ÇÖRƏKÇİYƏ... [10.05.2010] - O Kİ BELƏ OLDU? [07.05.2010] - BELƏ “BİZ” OLMAQDANSA... [03.05.2010] - BAĞ BELƏ, BOSTAN BELƏ [02.05.2010] - ÖLMÜŞDÜ HİPPOKRAT... [18.12.2009] - “BOMBA” MƏMUR [14.12.2009] - ŞAİR SÖZÜ, ƏLBƏTTƏ, YALANDIR [13.12.2009] - QƏHRƏMAN OLMAQ ÜÇÜN LAYİHƏ [11.12.2009] - NOVRUZƏLİNİN “E-MƏKTUB”u [07.12.2009] - YOL VERİN, QUDAM GƏLİR [05.12.2009] - KÖTƏYİ CƏNNƏTƏ GERİ YOLLADIQ [02.12.2009] - BAYRAM BİTDİ, YAŞAMAĞA DAVAM! [25.11.2009] - QIZ QIZILA DÖNÜB... [23.11.2009] - AY CAN, AY CAN, QİYAMƏTDİ! [22.11.2009] - HEPİMİZ DOMUZ QRİPİYİZ! [20.11.2009] - CIRTDANIN NƏNƏSİ VƏ BİZİM YAĞ YAXMAMIZ [16.11.2009] - DESƏM, ÖLDÜRƏRLƏR... [15.11.2009] - HAMI YANLIŞ ANLAYIR [13.11.2009] - KİMDƏ ARTIQ MASKA VAR? [10.11.2009] - “QAYNAR XƏTT”in SOYUQ DUŞ EFFEKTİ [08.11.2009] - HƏR ŞEYDƏ BİR AZ “YENİ MÜSAVAT”... [05.11.2009] - DONUZLA SOVRULANLAR... [02.11.2009] - QANIMIZI İÇƏNLƏR [01.11.2009] - EVDƏKİ, BİZİMKİ VƏ YA KÜLFƏT SÖHBƏTİ... [31.10.2009] - QOCALMAYAN KÖŞƏ YAZARLARI... [26.10.2009] - BİR İRƏLİ, BİR GERİ-YERİMİZDƏ SAYIRIQ [25.10.2009] - SUXARI FALI [22.10.2009] - UŞAQLAR VAR, ŞƏRAİT YOX? [19.10.2009] - MÖVZU BOL OLARSA... [18.10.2009] - BƏS QONAQPƏRVƏR İDİK, NƏ OLDU? [15.10.2009] - İŞLƏR YAĞ KİMİ GETMƏYƏNDƏ... [12.10.2009] - ƏZİZİM ƏZİZ... [11.10.2009] - MANIS - CÜMLƏ XƏYANƏTLƏRƏ BAİS? [08.10.2009] - DAHA MƏNİ GÖZLƏMƏ... [05.10.2009] - İCTİMAİ İŞDƏN BOZBAŞA... [28.09.2009] - G20 TOPLANTISININ “OTELLO”ları [27.09.2009] - DANIŞMIRAM, ƏL ÇƏKİN! [24.09.2009] - YAĞMA YAĞIŞ, YAĞMA YAĞIŞ... [20.09.2009] - YETİM ƏLİNDƏ QOĞAL? [19.09.2009] - BİZİM CEMİ KİM TAPACAQ? [15.09.2009] - QIZIMA... [13.09.2009] - HEY, TAKSİ! [07.09.2009] - 17 İDİ, 18 OLDU... [06.09.2009] - ÜZRÜ QƏBAHƏTİNDƏN BETƏR [31.08.2009] - OKSFORDA, YOXSA BAKI MƏKTƏBİNƏ? [30.08.2009] - OĞRU DA SUÇLU DEYİLSƏ... [27.08.2009] - 2179 AZƏRBAYCANLIYA 1 KİTAB! [24.08.2009] - ÖLƏCƏKSƏN, VƏSSALAM! [21.08.2009] - YIXILIN O BİRİ TƏRƏFƏ [17.08.2009] - MEYMUNU UNUT! [13.08.2009] - KASIBIN SEVİMLİ EŞŞƏYİ [10.08.2009] - ŞEYX NƏSRULLAH GƏLƏNƏDƏK... [06.08.2009] - ALİ MƏKTƏB DÜKANLARI [02.08.2009] - NƏRDƏ O ƏSKİ GÜNLƏR? [01.08.2009] - ÜNVANIMIZA DEYİLƏN “DÜÜÜT”lü SÖYÜŞLƏR [26.07.2009] - AÇARSIZ AÇIQLAMALAR... [23.07.2009] - “MEDİA AÇARI” İLƏ BAĞLANAN QAPILAR [20.07.2009] - HADİSƏ DANIŞANDA [19.07.2009] - İLDƏ BİR DƏFƏ... [16.07.2009] - ŞƏN OĞLANLAR [13.07.2009] - JURNALİSTLƏRİN QUL BAZARI [06.07.2009] - İMTAHAN BAYRAMI [03.07.2009] - GECƏ 12-dən SONRA... [29.06.2009] - SAĞLIĞINDA KOR FATMA... [28.06.2009] - BU NÖMRƏYƏ ZƏNG ÇATMIR... [22.06.2009] - BAYRAMSIZ QALAN BABALAR, VAY! [11.06.2009] - KARTOFU JURNALİSTƏ BÜKƏNDƏ... [08.06.2009] - VƏTƏN MƏNƏ OĞUL DEYİB(?!) [04.06.2009] - QADIN ŞAPALAĞI [01.06.2009] - ÜRƏYİ YANAN, GƏL BƏRİ! [28.05.2009] - MONİTORİNQ HƏVƏSKARLARINA “FƏHLƏ” TÖVSİYYƏSİ [25.05.2009] - XORUZUN QUYRUĞU... [21.05.2009] - QIZIL SAAT VƏ “SON ZƏNG” ŞOUSU... [18.05.2009] - AVROPAYA DAHA BİR ADDIM? [14.05.2009] - NAĞIL BİTDİ... [12.05.2009] - ƏLLƏRİMDƏ ÇİÇƏKLƏR... [07.05.2009] - PEŞƏKARLIQ MÜHAZİRƏSİ [04.05.2009] - QATİL DƏ TELEVİZOR İZLƏYİR... [27.04.2009] - GEDƏK BİZ OLMAYAN YERƏ... [23.04.2009] - NİZAMİNİN ADAŞI [20.04.2009] - JURNALİSTDİ, QOYMA GƏLDİ! [16.04.2009] - ONUN ŞƏFQƏTLİ ƏLLƏRİ... [13.04.2009] - VOLAND BARMAĞI... [06.04.2009] - TV NAZİRİNİ DANLAYANDA... [02.04.2009] - ZARAFATSIZ... [30.03.2009] - YARIMÇIQ YUXU... [26.03.2009] - FATI, OTUR, FATI, DUR... [16.03.2009] - METRODA BOMBA RABATAY... [12.03.2009] - ƏSAS ODU Kİ... [05.03.2009] - OBAMANIN BİR GÜNÜ... [02.03.2009] - YARIM QAZAN MAKARON... [27.02.2009] - BUZ KİMİ 8 MART HƏDİYYƏSİ [23.02.2009] - AYNƏN ÖYLƏ... [18.02.2009] - NAĞILÇI MƏNTİQİ [16.02.2009] - 11 STANSİYALIQ XİLAS YOLU [09.02.2009] - ATALARA MƏZUNİYYƏT, ANALARA İSTİRAHƏT! [05.02.2009] - AZƏRBAYCAN - ƏN BÖYÜK QƏZZA... [03.02.2009] - YARIYA QƏDƏR DOLU STƏKANA YENİ BAXIŞ... [26.01.2009] - TƏR-Bİ-YƏ-Çİ! [23.01.2009] - İMİC HEÇ NƏDİR, SUSUZLUQ HƏR ŞEY? [19.01.2009] - KLİPLƏRDƏN KOROĞLU NƏRİLTİSİ EŞİDİLƏCƏK [16.01.2009] - GÜNAH HƏMİŞƏ DÖYÜLƏNDƏDİR? [12.01.2009] - O ƏJDAHADAN BİZDƏ OLMAYACAQ [08.01.2009] - İKİ AKİFİN İKİ YÜZ FƏRQİ... [06.01.2009] - 6 YANVAR ÇATANDA... [29.12.2008] - ÖKÜZ APTEKƏ BAXAN KİMİ... [25.12.2008] - MƏNƏ BAXMA, ADIMI ÇƏKMƏ, BARƏMDƏ DÜŞÜNMƏ... [22.12.2008] - KAMERAYA ƏL YELLƏYİN... [19.12.2008] - SAXLA, DÜŞƏN VAR [16.12.2008] - 40 “RAZMER” AYAQQABI [11.12.2008] - BİR AXŞAM ƏLƏT ÇÖLÜNDƏ... [08.12.2008] - FONDA ŞƏN MUSİQİ... [04.12.2008] - DÜNYANIN QORXDUĞU CAVAN - NUŞİRƏVAN [01.12.2008] - NƏ SƏS-KÜYDÜR BU GÜN SİZDƏ, GÜLBADAM? [30.11.2008] - AVTOBUS YAVAŞ-YAVAŞ YANANDA... [27.11.2008] - JURNALİSTİN İTİNİ DƏ DİŞLƏYİRLƏR [24.11.2008] - “LAZIM” QAPINI DÖYÜR... [20.11.2008] - EL ÜÇÜN AĞLAYANDA... [17.11.2008] - SƏN DƏ BİZİM MƏHƏLLƏDƏNSƏN... [14.11.2008] - YENƏ HƏMİN ANAR MÜƏLLİM BARƏDƏ... [13.11.2008] - “SƏNDƏN YAMAN NİGARANAM” [10.11.2008] - QEYRİ-ELİT SÖHBƏT... [03.11.2008] - DANIŞIR BAYQUŞLAR... [02.11.2008] - MİRZƏ SAKİTİ EVİNƏ KÖÇÜRÜN... ƏVVƏLKİ YAZILARI
|