 |
Sevinc TELMANQIZI 
SAĞLIĞINDA KOR FATMA...
|
Bilirəm, ölənin dalınca danışmazlar. Amma bütün dünyanın danışdığı mövzuda mən niyə susmalıyam ki? Danışmaq pis şeydisə, qoy hamı sussun. Pop kralı, əfsanəvi ulduz, sirli, mübhəm şəxs... Maykl Ceksonun ölüm xəbərinin yaratdığı əks-səda hələ uzun müddət dünyanın mərkəzində olacaq. Eynən şahzadə Diana kimi. Qadının ölümündən 12 il keçib, amma vaxtaşırı bu ölümün səbəbi barədə bir xəbər, versiya çıxır. Eyni aqibət mərhum pop kralı da gözləyir. Düzü, nə Maykl Cekson fanatı olmuşam, nə də evimdə onun qalaq-qalaq diskləri olub. Səsini də xüsusi olaraq bəyənməmişəm. Musiqisevərlərin, musiqi mütəxəssislərinin “səviyyəsiz, zövqsüz” sözlərini eşidir kimiyəm və vecimə də deyil. Zövqlər dartışılmaz. Xüsusən də səhnə plastikası tamam ətimi ürpəşdirib. O əcaib hərəkətlərinin (nəyi nəzərdə tutduğumu anladınız yəqin ki) müşayiəti ilə “vau” deyə bağırmağı yox idimi, onu eşidəndə elə bilirdim dədəmə söyürlər. Bu yazını yazmazdan əvvəl səsli şəkildə müzakirə etdim yan-yörəmdəkilərlə. İlahi, necə radikal təpkilərlə üzləşdim? Ömründə bəlkə də bir dəfə onun diskini alıb, evində qulaq asmayan adamlar mənə onun dahiliyi, sənətkarlığı, nə bilim musiqisindəki, klipindəki yüksək estetika barədə yarım saat mühazirə oxudular. Hətta redaktorlardan biri hirslə “hə də, yarım milyard dollar borcu olan adamdan sən də bu köşəni yazmaqla qonarar qoparmaq istəyirsən” deyib, öz aləmində öldürücü zərbə vurmaq istədi. Amma yooox, keçəl suya getməz. Yazacam. Mən Ceksonun varidatı, sirli həyatı, Ginnesin Rekordlar kitabına düşməsi, sensasiyalı həyatı, super rəqqas olması, albomunun satış rekordunu yaxalaması və sairi və ilaxiri çox gözəl bilirəm. Az-çox savadımız var, nələrisə oxumuşuq. Amma onu da bilirəm ki, bu adamın həyatında pedofilliklə bağlı silsilə məhkəmə prosesləri keçirilib. Bilirəm deyəcəksiniz ki, nəticədə bəraət alıb. Amma kimin o cür güclü vəkillər ordusu, balta kəsməyən pulu olsa, prosesi uduzardı? Sevdiyimiz o el məsəli ilə desək, od olmayan yerdən tüstü çıxmaz. Məncə, elə təkcə bu fakt yetərlidir ki, ona olan hansısa dərin hissləri səssiz-səmirsiz içinizdə basdırasınız. Necə deyərlər, özünə rəva bilmədiyini başqasına rəva bilmə. Sizinki baladır, başqasınınkı dovşan balası? Bunu edən istəyir ulduz yox, lap qosqoca planet olsun, fərq etməz. Mən cəhənnəm, hərdən psixoloqların dediklərinə də bir qulaq verin. Adamlar özləri ağırlıqda kitablar yazıblar ki, fanatlıq əslində anormallıq əlamətidir. O konsertlərdə bağıran, özünü “lezvalayan”, ayılıb-bayılanlar var ha... Çoxlarının heç Cekson sənətindən xəbəri yoxdur. Birincisi, küyə düşürlər. İkincisi isə sadəcə, o boyda qələbəliyin içində bu yolla seçilməyə, diqqət cəlb etməyə çalışırlar. Yeniyetmələri bəlkə də müəyyən mənada anlamaq olar, onların şəxsiyyəti hələ formalaşmayıb. Bu bığlı-saqqalı kişilərin, kül-külfət sahibi arvadların isterikasını görəndə adamın əti tökülür doğrusu. Məncə, sənətçini bəyənib, onun yaratdıqlarına aludə olanda hərdən onun şəxsiyyətini də göz önündə bulundurmaq lazımdır. Pop-ulduzun 500 milyon dollar borcu varmış, deyilənə görə. Bütün dünyanı sanki bu pulun dərdi götürüb. Halbuki elə ölümündən bircə gün sonra şəxsi əşyalarının hərracı zamanı 250 min dollar gəlir əldə edildi. Musiqi şirkətlərinin rəhbərləri iddia edir ki, bircə həftəyə kasetlərindən əldə edilən gəlir bu borcu tamamilə qapadacaq. Dedim axı, ömründə bir dəfə də onun diskini almayanlar indi cumuşublar musiqi marketlərə. Düzdü, deyəcəksiniz, 3 milyard insan nə hayda, bu nə haydı? Amma bu olayda mənim ən çox diqqətimi cəlb edən məqam Ceksonun evində işləyən xidmətçinin müğənni ölüm ayağında ikən 911-ə zəng vurub, bu barədə məlumat verməsi, sonuncuların isə 7 dəqiqədən sonra hadisə yerinə çatmasıdır. 911-in görəvlisi ilə xidmətçi arasında yaşanan dialoq da dünya televiziyalarında nümayiş etdirilir, yəqin, izləmisiniz. Servisə bax, sistemə bax - adamın lap ağzının suyu axır. Zəng vurursan, gələnə qədər yolda sənə xəstəylə necə davranmağı məsləhət görür, ürək-dirək verir və bir göz qırpımında qapına çatırlar. Öləndə də belə öləsən də... Yoxsa bizimkilər kimi. Təcili Yardım gəlib qapıya çatınca xəstə yazıq canını tapşırır, onu da zorla morqa aparmaq zorunda qalırlar. Nəsə, “kral” gəldi-gedərdi. Sizə qalan boz “manıslarımız” olacaq. 735 dəfə baxılıb
|
[30.08.2010] - HƏFTƏBECƏR [26.08.2010] - SƏN MARSDAN GƏLMİSƏN? [15.08.2010] - NERDE O ESKİ RAMAZANLAR... [09.08.2010] - TƏMİZ AYAQ SÖHBƏTİ [07.08.2010] - ADAM İTİ DİŞLƏYƏNDƏ... [01.08.2010] - BU DA SİZƏ FACEBOOK [29.07.2010] - CAZİBƏMİZ DƏ VAR [28.07.2010] - EVLƏRİ KÖNDƏLƏN YAR [22.07.2010] - BU DA BELƏ BİR GÜN [19.07.2010] - EHTİYATLI OLUN - MÜKAFAT ALA BİLƏRSİZ! [18.07.2010] - CƏMİYYƏT BELƏ İSTƏYİR... [15.07.2010] - KOD ADI TƏLƏBƏ... [12.07.2010] - BİR LİMAN, BİR DƏNİZ... [11.07.2010] - ÇƏKİRƏM HAAA... [05.07.2010] - OVUC İÇİ QƏDƏR... [04.07.2010] - ODDA YANAN, SUDA BATAN... [01.07.2010] - MƏRDİMAZAR AZ İDİ... [28.06.2010] - MƏNFİ YÜKLÜ DƏNİZ... [25.06.2010] - ARI KİMİ... [21.06.2010] - 8 TƏLƏBƏYƏ 9 NÖV PLOV [20.06.2010] - HÖKMDARIN HÜZURUNDA... [19.06.2010] - YAYI YOLA SALAQ? [14.06.2010] - OPERATİV DƏDƏ QORQUD [13.06.2010] - YADPLANETLİ DEMƏ... [10.06.2010] - KİM DAHA ŞANSLI? [07.06.2010] - 80-dən SONRA GƏLƏN XOŞBƏXTLİK [06.06.2010] - 10 MİLYON AVRO...CUQ [03.06.2010] - CANIMIZ YANMASIN... [31.05.2010] - ÖTƏN GÜNƏ GÜN... ÇATAR, ÇATAR... [30.05.2010] - BƏNÖVŞƏ, BƏNDƏ DÜŞƏ... [26.05.2010] - ARAZ AŞIĞIMDAN, KÜR TOPUĞUMDAN [23.05.2010] - GÖRMƏMİŞİN KƏŞFİ OLDU... [20.05.2010] - MANYAKA HAQSIZLIQ ETMƏYƏK [17.05.2010] - HAMIYA ÇİRKİN OLSAM DA... [16.05.2010] - GƏZMƏYƏ.... HARA YAXŞI? [13.05.2010] - ÇÖRƏYİ VER ÇÖRƏKÇİYƏ... [10.05.2010] - O Kİ BELƏ OLDU? [07.05.2010] - BELƏ “BİZ” OLMAQDANSA... [03.05.2010] - BAĞ BELƏ, BOSTAN BELƏ [02.05.2010] - ÖLMÜŞDÜ HİPPOKRAT... [18.12.2009] - “BOMBA” MƏMUR [14.12.2009] - ŞAİR SÖZÜ, ƏLBƏTTƏ, YALANDIR [13.12.2009] - QƏHRƏMAN OLMAQ ÜÇÜN LAYİHƏ [11.12.2009] - NOVRUZƏLİNİN “E-MƏKTUB”u [07.12.2009] - YOL VERİN, QUDAM GƏLİR [05.12.2009] - KÖTƏYİ CƏNNƏTƏ GERİ YOLLADIQ [02.12.2009] - BAYRAM BİTDİ, YAŞAMAĞA DAVAM! [25.11.2009] - QIZ QIZILA DÖNÜB... [23.11.2009] - AY CAN, AY CAN, QİYAMƏTDİ! [22.11.2009] - HEPİMİZ DOMUZ QRİPİYİZ! [20.11.2009] - CIRTDANIN NƏNƏSİ VƏ BİZİM YAĞ YAXMAMIZ [16.11.2009] - DESƏM, ÖLDÜRƏRLƏR... [15.11.2009] - HAMI YANLIŞ ANLAYIR [13.11.2009] - KİMDƏ ARTIQ MASKA VAR? [10.11.2009] - “QAYNAR XƏTT”in SOYUQ DUŞ EFFEKTİ [08.11.2009] - HƏR ŞEYDƏ BİR AZ “YENİ MÜSAVAT”... [05.11.2009] - DONUZLA SOVRULANLAR... [02.11.2009] - QANIMIZI İÇƏNLƏR [01.11.2009] - EVDƏKİ, BİZİMKİ VƏ YA KÜLFƏT SÖHBƏTİ... [31.10.2009] - QOCALMAYAN KÖŞƏ YAZARLARI... [26.10.2009] - BİR İRƏLİ, BİR GERİ-YERİMİZDƏ SAYIRIQ [25.10.2009] - SUXARI FALI [22.10.2009] - UŞAQLAR VAR, ŞƏRAİT YOX? [19.10.2009] - MÖVZU BOL OLARSA... [18.10.2009] - BƏS QONAQPƏRVƏR İDİK, NƏ OLDU? [15.10.2009] - İŞLƏR YAĞ KİMİ GETMƏYƏNDƏ... [12.10.2009] - ƏZİZİM ƏZİZ... [11.10.2009] - MANIS - CÜMLƏ XƏYANƏTLƏRƏ BAİS? [08.10.2009] - DAHA MƏNİ GÖZLƏMƏ... [05.10.2009] - İCTİMAİ İŞDƏN BOZBAŞA... [28.09.2009] - G20 TOPLANTISININ “OTELLO”ları [27.09.2009] - DANIŞMIRAM, ƏL ÇƏKİN! [24.09.2009] - YAĞMA YAĞIŞ, YAĞMA YAĞIŞ... [20.09.2009] - YETİM ƏLİNDƏ QOĞAL? [19.09.2009] - BİZİM CEMİ KİM TAPACAQ? [15.09.2009] - QIZIMA... [13.09.2009] - HEY, TAKSİ! [07.09.2009] - 17 İDİ, 18 OLDU... [06.09.2009] - ÜZRÜ QƏBAHƏTİNDƏN BETƏR [31.08.2009] - OKSFORDA, YOXSA BAKI MƏKTƏBİNƏ? [30.08.2009] - OĞRU DA SUÇLU DEYİLSƏ... [27.08.2009] - 2179 AZƏRBAYCANLIYA 1 KİTAB! [24.08.2009] - ÖLƏCƏKSƏN, VƏSSALAM! [21.08.2009] - YIXILIN O BİRİ TƏRƏFƏ [17.08.2009] - MEYMUNU UNUT! [13.08.2009] - KASIBIN SEVİMLİ EŞŞƏYİ [10.08.2009] - ŞEYX NƏSRULLAH GƏLƏNƏDƏK... [06.08.2009] - ALİ MƏKTƏB DÜKANLARI [02.08.2009] - NƏRDƏ O ƏSKİ GÜNLƏR? [01.08.2009] - ÜNVANIMIZA DEYİLƏN “DÜÜÜT”lü SÖYÜŞLƏR [26.07.2009] - AÇARSIZ AÇIQLAMALAR... [23.07.2009] - “MEDİA AÇARI” İLƏ BAĞLANAN QAPILAR [20.07.2009] - HADİSƏ DANIŞANDA [19.07.2009] - İLDƏ BİR DƏFƏ... [16.07.2009] - ŞƏN OĞLANLAR [13.07.2009] - JURNALİSTLƏRİN QUL BAZARI [06.07.2009] - İMTAHAN BAYRAMI [03.07.2009] - GECƏ 12-dən SONRA... [28.06.2009] - BU NÖMRƏYƏ ZƏNG ÇATMIR... [22.06.2009] - BAYRAMSIZ QALAN BABALAR, VAY! [15.06.2009] - QURDLU GİLAS PROJESİ [11.06.2009] - KARTOFU JURNALİSTƏ BÜKƏNDƏ... [08.06.2009] - VƏTƏN MƏNƏ OĞUL DEYİB(?!) [04.06.2009] - QADIN ŞAPALAĞI [01.06.2009] - ÜRƏYİ YANAN, GƏL BƏRİ! [28.05.2009] - MONİTORİNQ HƏVƏSKARLARINA “FƏHLƏ” TÖVSİYYƏSİ [25.05.2009] - XORUZUN QUYRUĞU... [21.05.2009] - QIZIL SAAT VƏ “SON ZƏNG” ŞOUSU... [18.05.2009] - AVROPAYA DAHA BİR ADDIM? [14.05.2009] - NAĞIL BİTDİ... [12.05.2009] - ƏLLƏRİMDƏ ÇİÇƏKLƏR... [07.05.2009] - PEŞƏKARLIQ MÜHAZİRƏSİ [04.05.2009] - QATİL DƏ TELEVİZOR İZLƏYİR... [27.04.2009] - GEDƏK BİZ OLMAYAN YERƏ... [23.04.2009] - NİZAMİNİN ADAŞI [20.04.2009] - JURNALİSTDİ, QOYMA GƏLDİ! [16.04.2009] - ONUN ŞƏFQƏTLİ ƏLLƏRİ... [13.04.2009] - VOLAND BARMAĞI... [06.04.2009] - TV NAZİRİNİ DANLAYANDA... [02.04.2009] - ZARAFATSIZ... [30.03.2009] - YARIMÇIQ YUXU... [26.03.2009] - FATI, OTUR, FATI, DUR... [16.03.2009] - METRODA BOMBA RABATAY... [12.03.2009] - ƏSAS ODU Kİ... [05.03.2009] - OBAMANIN BİR GÜNÜ... [02.03.2009] - YARIM QAZAN MAKARON... [27.02.2009] - BUZ KİMİ 8 MART HƏDİYYƏSİ [23.02.2009] - AYNƏN ÖYLƏ... [18.02.2009] - NAĞILÇI MƏNTİQİ [16.02.2009] - 11 STANSİYALIQ XİLAS YOLU [09.02.2009] - ATALARA MƏZUNİYYƏT, ANALARA İSTİRAHƏT! [05.02.2009] - AZƏRBAYCAN - ƏN BÖYÜK QƏZZA... [03.02.2009] - YARIYA QƏDƏR DOLU STƏKANA YENİ BAXIŞ... [26.01.2009] - TƏR-Bİ-YƏ-Çİ! [23.01.2009] - İMİC HEÇ NƏDİR, SUSUZLUQ HƏR ŞEY? [19.01.2009] - KLİPLƏRDƏN KOROĞLU NƏRİLTİSİ EŞİDİLƏCƏK [16.01.2009] - GÜNAH HƏMİŞƏ DÖYÜLƏNDƏDİR? [12.01.2009] - O ƏJDAHADAN BİZDƏ OLMAYACAQ [08.01.2009] - İKİ AKİFİN İKİ YÜZ FƏRQİ... [06.01.2009] - 6 YANVAR ÇATANDA... [29.12.2008] - ÖKÜZ APTEKƏ BAXAN KİMİ... [25.12.2008] - MƏNƏ BAXMA, ADIMI ÇƏKMƏ, BARƏMDƏ DÜŞÜNMƏ... [22.12.2008] - KAMERAYA ƏL YELLƏYİN... [19.12.2008] - SAXLA, DÜŞƏN VAR [16.12.2008] - 40 “RAZMER” AYAQQABI [11.12.2008] - BİR AXŞAM ƏLƏT ÇÖLÜNDƏ... [08.12.2008] - FONDA ŞƏN MUSİQİ... [04.12.2008] - DÜNYANIN QORXDUĞU CAVAN - NUŞİRƏVAN [01.12.2008] - NƏ SƏS-KÜYDÜR BU GÜN SİZDƏ, GÜLBADAM? [30.11.2008] - AVTOBUS YAVAŞ-YAVAŞ YANANDA... [27.11.2008] - JURNALİSTİN İTİNİ DƏ DİŞLƏYİRLƏR [24.11.2008] - “LAZIM” QAPINI DÖYÜR... [20.11.2008] - EL ÜÇÜN AĞLAYANDA... [17.11.2008] - SƏN DƏ BİZİM MƏHƏLLƏDƏNSƏN... [14.11.2008] - YENƏ HƏMİN ANAR MÜƏLLİM BARƏDƏ... [13.11.2008] - “SƏNDƏN YAMAN NİGARANAM” [10.11.2008] - QEYRİ-ELİT SÖHBƏT... [03.11.2008] - DANIŞIR BAYQUŞLAR... [02.11.2008] - MİRZƏ SAKİTİ EVİNƏ KÖÇÜRÜN... ƏVVƏLKİ YAZILARI
|