03 sentyabr 2010
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Sevinc TELMANQIZI Yazara məktub göndər

GECƏ 12-dən SONRA...

İlk növbədə başlığı görüb, təəccüblənməmənizi rica edirəm. Çünki ağlınıza qara-qara fikirlər gətirib, «görəsən nədən yazıb» dediyinizi eşidir kimiyəm. Son həftələr Azərbaycan insanının böyük bir qisminin gecə saat 12-dən sonra yaşadığı ağır sosial bir problemdən bəhs edəcəm icazənizlə. «Gecə 12-dən sonra hamı yatır, nə sosial problem» deməyin lütfən. Olurmuş, mən də bunu öz sümüklərimdə hiss etməyincə inanmırdım.

Demək, Bakının bəzi rayonlarında (Nərimanov və Binəqədinin bəzi bölgələri üstünlük təşkil edir) başbilənlər əhaliyə suyu gecə saat 12-dən sonra verirlər, əziz oxucu. İnsanlar yayın bu cırhacırında suya həsrət qalır, ümidlə gecəni gözləyir. Həmin rayonların bəzi məhəllələrində marağa monitorinq keçirmişəm (bu monitorinqdən nə pul iyi gəlir - QHT-lərin menyusuna), durum içlər acısıdır. Təsəvvür edin, axşam saat 8-9-da həyətdə qadınlar qeybə çəkilir. Halbuki yayınkı nədi? Qadınlar skamyada əyləşib, şirin-şirin qeybət qırsınlar, tum çırtlasınlar. Amma bizim monitorinqin qəhrəmanları uşaqlarını da götürüb həmin saatda evdə yatmağa gedirlər. Yay axşamlarının ən gəzməli, əylənməli saatlarında Şövkət Ələkbərovanın təbirincə desək, «başı atırlar balışa». Gözəllik yuxusuna dalmaq üçün yox ha, sırf gecə saat 12-dən sonraya enerji yığmaq üçün. Saat 8-dən 12-yə qədər ailə üzvləri yuxusunu alır və 12-yə dəqiqələr qalmış gözlərini zilləyirlər saata. Təxminən Zoluşka kimi. Amma kiçik bir fərqlə. Həmin saatda məşhur nağıl personajının faytonu balqabağa, ayaqqabısı və pal-paltarı cır-cındıra döndüyü halda, bizimkilərin üzünə gün doğur. «İndi gələr, bu saat gələr» deyə gözlədikləri sudan ilk müjdə. Aha, su damcıları yavaş-yavaş şırıltıya çevrilir və... başladıq, nə başladıq... Həyat bəzi bakılılar üçün məhz həmin saatda başlayır. Su motorlarının səsi küçəni başına götürür, evlərdən «tez elə, birinci sən hamama gir çim, sonra qardaşın» kimi təlaş dolu çağırışlar gəlir, paltaryuyan maşınlar döşəməni silkələyir, qazanlar asılır, evlər təmizlənir... Varın, gerisini özünüz təsəvvür edin.
İndi o məşhur tamaşanın məşhur qəhrəmanı kimi, dodağınızın altında «hə, nolsun» narazılığını səsləndirə bilərsiniz. Hətta yazı müəllifini «suyun heç gəlməməsindənsə, gecə 12-dən sonra gəlməsi də pis deyil» deyib, qərəzlilikdə də qınaya bilərsiniz. Amma gözəl Bakımızın həmin o bir neçə minlik əhalisinin sözügedən gecənin səhərində yaşadıqlarını da qələmə almaq istəyirəm. Təsəvvür edin, gün ərzində susuzluqdan qaynaqlanan problemlərini gecə 12-dən səhər 6-ya qədər həll etməyə çalışan ev qadınları, eləcə də kişilər (çox nadir hallarda olsa da, onların arasında da vedrələrin, vannanın, boş qabların doldurulmasında iştirak edənlər olur - S.T.) növbəti gün ərzində yuxu sərsəminə çevrilirlər. Adamlar nə ayıq başla düşünə bilir, nə ayıq başla hərəkət edir. Məsələn, həmin məhlələrin sakinlərindən siz srağagün «qazın qiymətini iki dəfə qaldırıblar, buna münasibətiniz» deyə soruşsaydız, əminəm ki, key-key baxıb, «qaz? Onu da 12-dən sonra verəcəklər? Niyə ki?» cavabını eşidərdiniz. İsti bir tərəfdən, yuxusuzluq o biri tərəfdən - taqətdən düşmüş bir neçə minlik insan ordusu yaranıb.
«Rejim üstümüzə gəlir» psixologiyası ilə yazdığımı düşünməyin, amma mən bu su qrafikinin təsadüf olduğunu düşünmürəm. Hökumət həqiqətən də insanları sosial, məişət problemlərinin  - məişət də bizim camaatın şah damarıdır, ona toxunan kimi həyatı alt-üst olur - məngənəsində boğur ki, başqa şey düşünə bilməsin. Burdan suyunu kəsir, o biri tərəfdən qazının qiymətini artırır, lap o biri tərəfdən isə işıq sayğaclarına «əl gəzdirir» ki, camaat başını itirsin. Susuzluqdan, qazsızlıqdan, işıqsızlıqdan əziyyət çəkən hansı insan məmləkət dərdini çəkib, ona görə baş qaldıracaq?
Yəqin bilirsiniz, 90-cı illərin əvvəllərində Rusiya hökuməti serial bumuna sırf sovet insanının başını qatmaq üçün start verdi. «Varlılar da ağlayır» serialı ilə başlayan fırtına yadınızdadı yəqin. Yaxşı xatırlayıram, həmin vaxt Rusiya jurnallarından birində yazılmışdı ki, serial başlayan saatlarda küçələr bom-boş qalır, mağazalara qıfıl asılır, küçələrdə həyat dayanır. Yenə eyni mənzərədir, amma kiçik bir fərqlə - bu dəfə insanları serialla əyləndirmir, susuzluqla sınağa çəkirlər...
Nəsə, bu yay çox əyləncəli keçəcək. Xüsusən də gecə 12-dən sonra...

781 dəfə baxılıb

[30.08.2010] - HƏFTƏBECƏR

[26.08.2010] - SƏN MARSDAN GƏLMİSƏN?

[15.08.2010] - NERDE O ESKİ RAMAZANLAR...

[09.08.2010] - TƏMİZ AYAQ SÖHBƏTİ

[07.08.2010] - ADAM İTİ DİŞLƏYƏNDƏ...

[01.08.2010] - BU DA SİZƏ FACEBOOK

[29.07.2010] - CAZİBƏMİZ DƏ VAR

[28.07.2010] - EVLƏRİ KÖNDƏLƏN YAR

[22.07.2010] - BU DA BELƏ BİR GÜN

[19.07.2010] - EHTİYATLI OLUN - MÜKAFAT ALA BİLƏRSİZ!

[18.07.2010] - CƏMİYYƏT BELƏ İSTƏYİR...

[15.07.2010] - KOD ADI TƏLƏBƏ...

[12.07.2010] - BİR LİMAN, BİR DƏNİZ...

[11.07.2010] - ÇƏKİRƏM HAAA...

[05.07.2010] - OVUC İÇİ QƏDƏR...

[04.07.2010] - ODDA YANAN, SUDA BATAN...

[01.07.2010] - MƏRDİMAZAR AZ İDİ...

[28.06.2010] - MƏNFİ YÜKLÜ DƏNİZ...

[25.06.2010] - ARI KİMİ...

[21.06.2010] - 8 TƏLƏBƏYƏ 9 NÖV PLOV

[20.06.2010] - HÖKMDARIN HÜZURUNDA...

[19.06.2010] - YAYI YOLA SALAQ?

[14.06.2010] - OPERATİV DƏDƏ QORQUD

[13.06.2010] - YADPLANETLİ DEMƏ...

[10.06.2010] - KİM DAHA ŞANSLI?

[07.06.2010] - 80-dən SONRA GƏLƏN XOŞBƏXTLİK

[06.06.2010] - 10 MİLYON AVRO...CUQ

[03.06.2010] - CANIMIZ YANMASIN...

[31.05.2010] - ÖTƏN GÜNƏ GÜN... ÇATAR, ÇATAR...

[30.05.2010] - BƏNÖVŞƏ, BƏNDƏ DÜŞƏ...

[26.05.2010] - ARAZ AŞIĞIMDAN, KÜR TOPUĞUMDAN

[23.05.2010] - GÖRMƏMİŞİN KƏŞFİ OLDU...

[20.05.2010] - MANYAKA HAQSIZLIQ ETMƏYƏK

[17.05.2010] - HAMIYA ÇİRKİN OLSAM DA...

[16.05.2010] - GƏZMƏYƏ.... HARA YAXŞI?

[13.05.2010] - ÇÖRƏYİ VER ÇÖRƏKÇİYƏ...

[10.05.2010] - O Kİ BELƏ OLDU?

[07.05.2010] - BELƏ “BİZ” OLMAQDANSA...

[03.05.2010] - BAĞ BELƏ, BOSTAN BELƏ

[02.05.2010] - ÖLMÜŞDÜ HİPPOKRAT...

[18.12.2009] - “BOMBA” MƏMUR

[14.12.2009] - ŞAİR SÖZÜ, ƏLBƏTTƏ, YALANDIR

[13.12.2009] - QƏHRƏMAN OLMAQ ÜÇÜN LAYİHƏ

[11.12.2009] - NOVRUZƏLİNİN “E-MƏKTUB”u

[07.12.2009] - YOL VERİN, QUDAM GƏLİR

[05.12.2009] - KÖTƏYİ CƏNNƏTƏ GERİ YOLLADIQ

[02.12.2009] - BAYRAM BİTDİ, YAŞAMAĞA DAVAM!

[25.11.2009] - QIZ QIZILA DÖNÜB...

[23.11.2009] - AY CAN, AY CAN, QİYAMƏTDİ!

[22.11.2009] - HEPİMİZ DOMUZ QRİPİYİZ!

[20.11.2009] - CIRTDANIN NƏNƏSİ VƏ BİZİM YAĞ YAXMAMIZ

[16.11.2009] - DESƏM, ÖLDÜRƏRLƏR...

[15.11.2009] - HAMI YANLIŞ ANLAYIR

[13.11.2009] - KİMDƏ ARTIQ MASKA VAR?

[10.11.2009] - “QAYNAR XƏTT”in SOYUQ DUŞ EFFEKTİ

[08.11.2009] - HƏR ŞEYDƏ BİR AZ “YENİ MÜSAVAT”...

[05.11.2009] - DONUZLA SOVRULANLAR...

[02.11.2009] - QANIMIZI İÇƏNLƏR

[01.11.2009] - EVDƏKİ, BİZİMKİ VƏ YA KÜLFƏT SÖHBƏTİ...

[31.10.2009] - QOCALMAYAN KÖŞƏ YAZARLARI...

[26.10.2009] - BİR İRƏLİ, BİR GERİ-YERİMİZDƏ SAYIRIQ

[25.10.2009] - SUXARI FALI

[22.10.2009] - UŞAQLAR VAR, ŞƏRAİT YOX?

[19.10.2009] - MÖVZU BOL OLARSA...

[18.10.2009] - BƏS QONAQPƏRVƏR İDİK, NƏ OLDU?

[15.10.2009] - İŞLƏR YAĞ KİMİ GETMƏYƏNDƏ...

[12.10.2009] - ƏZİZİM ƏZİZ...

[11.10.2009] - MANIS - CÜMLƏ XƏYANƏTLƏRƏ BAİS?

[08.10.2009] - DAHA MƏNİ GÖZLƏMƏ...

[05.10.2009] - İCTİMAİ İŞDƏN BOZBAŞA...

[28.09.2009] - G20 TOPLANTISININ “OTELLO”ları

[27.09.2009] - DANIŞMIRAM, ƏL ÇƏKİN!

[24.09.2009] - YAĞMA YAĞIŞ, YAĞMA YAĞIŞ...

[20.09.2009] - YETİM ƏLİNDƏ QOĞAL?

[19.09.2009] - BİZİM CEMİ KİM TAPACAQ?

[15.09.2009] - QIZIMA...

[13.09.2009] - HEY, TAKSİ!

[07.09.2009] - 17 İDİ, 18 OLDU...

[06.09.2009] - ÜZRÜ QƏBAHƏTİNDƏN BETƏR

[31.08.2009] - OKSFORDA, YOXSA BAKI MƏKTƏBİNƏ?

[30.08.2009] - OĞRU DA SUÇLU DEYİLSƏ...

[27.08.2009] - 2179 AZƏRBAYCANLIYA 1 KİTAB!

[24.08.2009] - ÖLƏCƏKSƏN, VƏSSALAM!

[21.08.2009] - YIXILIN O BİRİ TƏRƏFƏ

[17.08.2009] - MEYMUNU UNUT!

[13.08.2009] - KASIBIN SEVİMLİ EŞŞƏYİ

[10.08.2009] - ŞEYX NƏSRULLAH GƏLƏNƏDƏK...

[06.08.2009] - ALİ MƏKTƏB DÜKANLARI

[02.08.2009] - NƏRDƏ O ƏSKİ GÜNLƏR?

[01.08.2009] - ÜNVANIMIZA DEYİLƏN “DÜÜÜT”lü SÖYÜŞLƏR

[26.07.2009] - AÇARSIZ AÇIQLAMALAR...

[23.07.2009] - “MEDİA AÇARI” İLƏ BAĞLANAN QAPILAR

[20.07.2009] - HADİSƏ DANIŞANDA

[19.07.2009] - İLDƏ BİR DƏFƏ...

[16.07.2009] - ŞƏN OĞLANLAR

[13.07.2009] - JURNALİSTLƏRİN QUL BAZARI

[06.07.2009] - İMTAHAN BAYRAMI

[29.06.2009] - SAĞLIĞINDA KOR FATMA...

[28.06.2009] - BU NÖMRƏYƏ ZƏNG ÇATMIR...

[22.06.2009] - BAYRAMSIZ QALAN BABALAR, VAY!

[15.06.2009] - QURDLU GİLAS PROJESİ

[11.06.2009] - KARTOFU JURNALİSTƏ BÜKƏNDƏ...

[08.06.2009] - VƏTƏN MƏNƏ OĞUL DEYİB(?!)

[04.06.2009] - QADIN ŞAPALAĞI

[01.06.2009] - ÜRƏYİ YANAN, GƏL BƏRİ!

[28.05.2009] - MONİTORİNQ HƏVƏSKARLARINA “FƏHLƏ” TÖVSİYYƏSİ

[25.05.2009] - XORUZUN QUYRUĞU...

[21.05.2009] - QIZIL SAAT VƏ “SON ZƏNG” ŞOUSU...

[18.05.2009] - AVROPAYA DAHA BİR ADDIM?

[14.05.2009] - NAĞIL BİTDİ...

[12.05.2009] - ƏLLƏRİMDƏ ÇİÇƏKLƏR...

[07.05.2009] - PEŞƏKARLIQ MÜHAZİRƏSİ

[04.05.2009] - QATİL DƏ TELEVİZOR İZLƏYİR...

[27.04.2009] - GEDƏK BİZ OLMAYAN YERƏ...

[23.04.2009] - NİZAMİNİN ADAŞI

[20.04.2009] - JURNALİSTDİ, QOYMA GƏLDİ!

[16.04.2009] - ONUN ŞƏFQƏTLİ ƏLLƏRİ...

[13.04.2009] - VOLAND BARMAĞI...

[06.04.2009] - TV NAZİRİNİ DANLAYANDA...

[02.04.2009] - ZARAFATSIZ...

[30.03.2009] - YARIMÇIQ YUXU...

[26.03.2009] - FATI, OTUR, FATI, DUR...

[16.03.2009] - METRODA BOMBA RABATAY...

[12.03.2009] - ƏSAS ODU Kİ...

[05.03.2009] - OBAMANIN BİR GÜNÜ...

[02.03.2009] - YARIM QAZAN MAKARON...

[27.02.2009] - BUZ KİMİ 8 MART HƏDİYYƏSİ

[23.02.2009] - AYNƏN ÖYLƏ...

[18.02.2009] - NAĞILÇI MƏNTİQİ

[16.02.2009] - 11 STANSİYALIQ XİLAS YOLU

[09.02.2009] - ATALARA MƏZUNİYYƏT, ANALARA İSTİRAHƏT!

[05.02.2009] - AZƏRBAYCAN - ƏN BÖYÜK QƏZZA...

[03.02.2009] - YARIYA QƏDƏR DOLU STƏKANA YENİ BAXIŞ...

[26.01.2009] - TƏR-Bİ-YƏ-Çİ!

[23.01.2009] - İMİC HEÇ NƏDİR, SUSUZLUQ HƏR ŞEY?

[19.01.2009] - KLİPLƏRDƏN KOROĞLU NƏRİLTİSİ EŞİDİLƏCƏK

[16.01.2009] - GÜNAH HƏMİŞƏ DÖYÜLƏNDƏDİR?

[12.01.2009] - O ƏJDAHADAN BİZDƏ OLMAYACAQ

[08.01.2009] - İKİ AKİFİN İKİ YÜZ FƏRQİ...

[06.01.2009] - 6 YANVAR ÇATANDA...

[29.12.2008] - ÖKÜZ APTEKƏ BAXAN KİMİ...

[25.12.2008] - MƏNƏ BAXMA, ADIMI ÇƏKMƏ, BARƏMDƏ DÜŞÜNMƏ...

[22.12.2008] - KAMERAYA ƏL YELLƏYİN...

[19.12.2008] - SAXLA, DÜŞƏN VAR

[16.12.2008] - 40 “RAZMER” AYAQQABI

[11.12.2008] - BİR AXŞAM ƏLƏT ÇÖLÜNDƏ...

[08.12.2008] - FONDA ŞƏN MUSİQİ...

[04.12.2008] - DÜNYANIN QORXDUĞU CAVAN - NUŞİRƏVAN

[01.12.2008] - NƏ SƏS-KÜYDÜR BU GÜN SİZDƏ, GÜLBADAM?

[30.11.2008] - AVTOBUS YAVAŞ-YAVAŞ YANANDA...

[27.11.2008] - JURNALİSTİN İTİNİ DƏ DİŞLƏYİRLƏR

[24.11.2008] - “LAZIM” QAPINI DÖYÜR...

[20.11.2008] - EL ÜÇÜN AĞLAYANDA...

[17.11.2008] - SƏN DƏ BİZİM MƏHƏLLƏDƏNSƏN...

[14.11.2008] - YENƏ HƏMİN ANAR MÜƏLLİM BARƏDƏ...

[13.11.2008] - “SƏNDƏN YAMAN NİGARANAM”

[10.11.2008] - QEYRİ-ELİT SÖHBƏT...

[03.11.2008] - DANIŞIR BAYQUŞLAR...

[02.11.2008] - MİRZƏ SAKİTİ EVİNƏ KÖÇÜRÜN...

ƏVVƏLKİ YAZILARI

Yeni MÜSAVAT © 2008