14 mart 2010
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Sevinc TELMANQIZI Yazara məktub göndər

İMTAHAN BAYRAMI

Deyirlər, insan qələbəlikdən ayrı dayanmağı bacarırsa, bir az yüksəlib, aşağılara baxa bilir və hər şeyi görür. Yox, əgər israrla o qələbəliyin içində dayanmağı seçirsə, ya kimsə ona toxunur, ya da o kiməsə dəyir. Və o qələbəliyin içində sadəcə, qarşısındakını, sağındakını, solundakını görür. Dünyası isə bu baxış bucağı ilə məhdudlaşır...

Dünən şəhərdə başqa bir qələbəlik hökm sürürdü. Orta, ali məktəblərin, bəzi müəssisələrin qabağı osmanlılar demiş, ana-baba günü kimiydi. Bizim dilləsə desək, həqiqətən ata-analar, əmi-xalalar, bibi-dayılar və qohum-əqrəba institutunun digər fərdləri bura axın etmişdi. III qrupa qəbul imtahanları keçirilirdi(yeri gəlmişkən, bu, ən “prestijnı” qruplardan biridir, gələcəyin prokurorları, “yurist”ləri həmin qələbəliyin arasından çıxacaq-S.T) və bir abituriyentin payına minimum 6 nəfər düşürdü. İmtahanın keçirildiyi məkanın həyətinə girmək üçünsə əməlli-başlı qan davasıydı. Abituriyentlərin valideynləri israrla həyətə girmək və uşaqlarına bir divar yaxın olmaq istəyirdilər. Eləcə də əmi-xalaları...
Belə baxanda bəlkə də adi mənzərədir. İnsanlar övladlarının taleyinin həll olunduğu günə maksimum məsuliyyətlə yanaşırlar. Amma doğrudanmı gün elə həmin gündür? Bəs bu vaxta qədər olanlar? O gün qəzetimizdə oxudum: buraxılış imtahanından kəsilən, attestatsız qalan uşaqların valideynləri Təhsil Nazirliyinin qarşısında aksiya keçirirdilər. Çox gözəl, valideynlər də təşkilatlanıblar. Amma təəssüf ki, bıçaq sümüyə dirənəndə. Yəni, adətən vizual məqamlarçün hərəkətə gəlirlər: attestat məsələsində, imtahan verilən gün...
Bəs bu prosesin mahiyyəti? Həqiqətənmi həmin günə qədər, işlərin bu nöqtəyə gəldiyini hiss edən vaxt övladının oxuduğu orta məktəbin qabağında “uşağımıza təhsil verin” deyə aksiya keçirmək olmazdı? Bax, çıl-çırpını onda döysəydilər, bu gün narahatçılığa yer qalmazdı. Yəni, uşaqların imtahan verə bilmədiyi riyaziyyat müəllimi ancaq I, II qrupa imtahan verəcək şagirdlərə individual dərs keçəndə, digər qruplara imtahan verəcəklər isə dərsə gəlməmək üçün direktora rüşvət ödəyəndə valideynlər etiraz səslərini çıxarmalıydılar. Məqsəd ancaq hansısa kağız parçasını almaq olmamalıdı. Orta məktəbi bitirən abituriyent riyaziyyat fənnindən kəsilirsə, bu, o deməkdir ki, o, adi triqonometrik tənliyi həll edə, riyazi məsələlərdən baş çıxara bilmir. Və ya Azərbaycan dilindən “2" alırsa, bu, onun cümlə qurmağı bacarmadığından, onu təhlil edə bilmədiyindən, durğu işarələrini tanımadığından xəbər verir. Bu, sabahın savadlı hüquqşünası, mexaniki olsa belə, elementar şeyləri bilməyəndən sonra aldığı attestatı cırıb altında rəqs etsə yaxşıdır. Yox, əgər deyirsinizsə ki, müəllim qərəzlə yanaşıb, uşağa ”iki" yazıb, bu, daha pis. O cür müəllimə də vaxtında etiraz edib, həmin  məktəbdən qovdurmaq lazım idi. Daha ilboyu bir dəfə 20, o biri dəfə 10 manat yığıb, vəziyyətdən müvəqqəti çıxış yolu tapmaq yox.
“Ekzamen vseqda prazdnik”... “I əməliyyatı” filminin məşhur qəhrəmanının dilindən səslənən bu ifadə illərdir, aforizmə çevrilib. Sovet dövrüdən fərqli olaraq, indi orta məktəb məzunları ali təhsil həyatına ancaq yaxşı təhsil, perspektivli iş üçün qədəm qoymur. Bir çox hallarda valideynlərin istəyi, əksərən isə adət yerini tapsın deyə - “filankəsin oğlu və ya qızı instituta qəbul oldu”  xəbərinin yayılması üçün. Hamısı olmasa da, abituriyentlərin böyük əksəriyyəti Azərbaycanın şanlı təhsil sisteminin sayəsində bir il boyunca müəllimlərə ətək-ətək pul tökərək, individual məşğələlərdən keçib və indi bu xərci “çıxarmağın” vaxtıdır.
Çoxları bu sınaq nəticəsində “prestijli” sayılan dövlət ali təhsil müəssisələrinə, bəziləri isə Misir Mərdanov demişkən, iki auditoriyası, dörd partası, 50 tələbəsi olan özəl ali məktəblərə qəbul olacaq. Amma nə fərq edər, sonuncunun da adı “universitet” olaraq tarixə keçib...
Hamı gözləyir. Ali məktəbin qapısından içəri keçmək üçün qarşılarına qoyulan bütün sədləri aşmaqda israrlıdır. Bəlkə də çoxları fərqindədir ki, bu sədlərin daha aşılmazı və daha çətini elə tələbəlik illərində başlayacaq. Tutaq ki, yüksək nəticə əldə edib ali məktəbə qəbul oldular. Ondan sonra gəlsin institut müəllimlərinin müəyyənləşdirdiyi zaçot, imtahan “taksalar”ı, “ceyran belində” kurs, diplom işləri, satılmayan kitabların kütləvi “sırınması” prosesi... Əminəm ki, onda heç bir valideyn Təhsil Nazirliyinin qabağında buna etiraz etməyəcək. Heç əmi-xalalar da bu vəziyyəti dəyişmək üçün binanın qabağında bir-biriylə yarışa girməyəcək.
... Dünən abituriyentlərin günü idi. Heç kəsi pessimizmimlə yükləmək istəmirəm. Amma böyük həyata ilk addım atılan gün qələbəliyin içində fərqlənməyə dəyərdi. Ən azı yuxarıda yazdıqlarımı tətbiq etməklə.

655 dəfə baxılıb

[18.12.2009] - “BOMBA” MƏMUR

[14.12.2009] - ŞAİR SÖZÜ, ƏLBƏTTƏ, YALANDIR

[13.12.2009] - QƏHRƏMAN OLMAQ ÜÇÜN LAYİHƏ

[11.12.2009] - NOVRUZƏLİNİN “E-MƏKTUB”u

[07.12.2009] - YOL VERİN, QUDAM GƏLİR

[05.12.2009] - KÖTƏYİ CƏNNƏTƏ GERİ YOLLADIQ

[02.12.2009] - BAYRAM BİTDİ, YAŞAMAĞA DAVAM!

[25.11.2009] - QIZ QIZILA DÖNÜB...

[23.11.2009] - AY CAN, AY CAN, QİYAMƏTDİ!

[22.11.2009] - HEPİMİZ DOMUZ QRİPİYİZ!

[20.11.2009] - CIRTDANIN NƏNƏSİ VƏ BİZİM YAĞ YAXMAMIZ

[16.11.2009] - DESƏM, ÖLDÜRƏRLƏR...

[15.11.2009] - HAMI YANLIŞ ANLAYIR

[13.11.2009] - KİMDƏ ARTIQ MASKA VAR?

[10.11.2009] - “QAYNAR XƏTT”in SOYUQ DUŞ EFFEKTİ

[08.11.2009] - HƏR ŞEYDƏ BİR AZ “YENİ MÜSAVAT”...

[05.11.2009] - DONUZLA SOVRULANLAR...

[02.11.2009] - QANIMIZI İÇƏNLƏR

[01.11.2009] - EVDƏKİ, BİZİMKİ VƏ YA KÜLFƏT SÖHBƏTİ...

[31.10.2009] - QOCALMAYAN KÖŞƏ YAZARLARI...

[26.10.2009] - BİR İRƏLİ, BİR GERİ-YERİMİZDƏ SAYIRIQ

[25.10.2009] - SUXARI FALI

[22.10.2009] - UŞAQLAR VAR, ŞƏRAİT YOX?

[19.10.2009] - MÖVZU BOL OLARSA...

[18.10.2009] - BƏS QONAQPƏRVƏR İDİK, NƏ OLDU?

[15.10.2009] - İŞLƏR YAĞ KİMİ GETMƏYƏNDƏ...

[12.10.2009] - ƏZİZİM ƏZİZ...

[11.10.2009] - MANIS - CÜMLƏ XƏYANƏTLƏRƏ BAİS?

[08.10.2009] - DAHA MƏNİ GÖZLƏMƏ...

[05.10.2009] - İCTİMAİ İŞDƏN BOZBAŞA...

[28.09.2009] - G20 TOPLANTISININ “OTELLO”ları

[27.09.2009] - DANIŞMIRAM, ƏL ÇƏKİN!

[24.09.2009] - YAĞMA YAĞIŞ, YAĞMA YAĞIŞ...

[20.09.2009] - YETİM ƏLİNDƏ QOĞAL?

[19.09.2009] - BİZİM CEMİ KİM TAPACAQ?

[15.09.2009] - QIZIMA...

[13.09.2009] - HEY, TAKSİ!

[07.09.2009] - 17 İDİ, 18 OLDU...

[06.09.2009] - ÜZRÜ QƏBAHƏTİNDƏN BETƏR

[31.08.2009] - OKSFORDA, YOXSA BAKI MƏKTƏBİNƏ?

[30.08.2009] - OĞRU DA SUÇLU DEYİLSƏ...

[27.08.2009] - 2179 AZƏRBAYCANLIYA 1 KİTAB!

[24.08.2009] - ÖLƏCƏKSƏN, VƏSSALAM!

[21.08.2009] - YIXILIN O BİRİ TƏRƏFƏ

[17.08.2009] - MEYMUNU UNUT!

[13.08.2009] - KASIBIN SEVİMLİ EŞŞƏYİ

[10.08.2009] - ŞEYX NƏSRULLAH GƏLƏNƏDƏK...

[06.08.2009] - ALİ MƏKTƏB DÜKANLARI

[02.08.2009] - NƏRDƏ O ƏSKİ GÜNLƏR?

[01.08.2009] - ÜNVANIMIZA DEYİLƏN “DÜÜÜT”lü SÖYÜŞLƏR

[26.07.2009] - AÇARSIZ AÇIQLAMALAR...

[23.07.2009] - “MEDİA AÇARI” İLƏ BAĞLANAN QAPILAR

[20.07.2009] - HADİSƏ DANIŞANDA

[19.07.2009] - İLDƏ BİR DƏFƏ...

[16.07.2009] - ŞƏN OĞLANLAR

[13.07.2009] - JURNALİSTLƏRİN QUL BAZARI

[03.07.2009] - GECƏ 12-dən SONRA...

[29.06.2009] - SAĞLIĞINDA KOR FATMA...

[28.06.2009] - BU NÖMRƏYƏ ZƏNG ÇATMIR...

[22.06.2009] - BAYRAMSIZ QALAN BABALAR, VAY!

[15.06.2009] - QURDLU GİLAS PROJESİ

[11.06.2009] - KARTOFU JURNALİSTƏ BÜKƏNDƏ...

[08.06.2009] - VƏTƏN MƏNƏ OĞUL DEYİB(?!)

[04.06.2009] - QADIN ŞAPALAĞI

[01.06.2009] - ÜRƏYİ YANAN, GƏL BƏRİ!

[28.05.2009] - MONİTORİNQ HƏVƏSKARLARINA “FƏHLƏ” TÖVSİYYƏSİ

[25.05.2009] - XORUZUN QUYRUĞU...

[21.05.2009] - QIZIL SAAT VƏ “SON ZƏNG” ŞOUSU...

[18.05.2009] - AVROPAYA DAHA BİR ADDIM?

[14.05.2009] - NAĞIL BİTDİ...

[12.05.2009] - ƏLLƏRİMDƏ ÇİÇƏKLƏR...

[07.05.2009] - PEŞƏKARLIQ MÜHAZİRƏSİ

[04.05.2009] - QATİL DƏ TELEVİZOR İZLƏYİR...

[27.04.2009] - GEDƏK BİZ OLMAYAN YERƏ...

[23.04.2009] - NİZAMİNİN ADAŞI

[20.04.2009] - JURNALİSTDİ, QOYMA GƏLDİ!

[16.04.2009] - ONUN ŞƏFQƏTLİ ƏLLƏRİ...

[13.04.2009] - VOLAND BARMAĞI...

[06.04.2009] - TV NAZİRİNİ DANLAYANDA...

[02.04.2009] - ZARAFATSIZ...

[30.03.2009] - YARIMÇIQ YUXU...

[26.03.2009] - FATI, OTUR, FATI, DUR...

[16.03.2009] - METRODA BOMBA RABATAY...

[12.03.2009] - ƏSAS ODU Kİ...

[05.03.2009] - OBAMANIN BİR GÜNÜ...

[02.03.2009] - YARIM QAZAN MAKARON...

[27.02.2009] - BUZ KİMİ 8 MART HƏDİYYƏSİ

[23.02.2009] - AYNƏN ÖYLƏ...

[18.02.2009] - NAĞILÇI MƏNTİQİ

[16.02.2009] - 11 STANSİYALIQ XİLAS YOLU

[09.02.2009] - ATALARA MƏZUNİYYƏT, ANALARA İSTİRAHƏT!

[05.02.2009] - AZƏRBAYCAN - ƏN BÖYÜK QƏZZA...

[03.02.2009] - YARIYA QƏDƏR DOLU STƏKANA YENİ BAXIŞ...

[26.01.2009] - TƏR-Bİ-YƏ-Çİ!

[23.01.2009] - İMİC HEÇ NƏDİR, SUSUZLUQ HƏR ŞEY?

[19.01.2009] - KLİPLƏRDƏN KOROĞLU NƏRİLTİSİ EŞİDİLƏCƏK

[16.01.2009] - GÜNAH HƏMİŞƏ DÖYÜLƏNDƏDİR?

[12.01.2009] - O ƏJDAHADAN BİZDƏ OLMAYACAQ

[08.01.2009] - İKİ AKİFİN İKİ YÜZ FƏRQİ...

[06.01.2009] - 6 YANVAR ÇATANDA...

[29.12.2008] - ÖKÜZ APTEKƏ BAXAN KİMİ...

[25.12.2008] - MƏNƏ BAXMA, ADIMI ÇƏKMƏ, BARƏMDƏ DÜŞÜNMƏ...

[22.12.2008] - KAMERAYA ƏL YELLƏYİN...

[19.12.2008] - SAXLA, DÜŞƏN VAR

[16.12.2008] - 40 “RAZMER” AYAQQABI

[11.12.2008] - BİR AXŞAM ƏLƏT ÇÖLÜNDƏ...

[08.12.2008] - FONDA ŞƏN MUSİQİ...

[04.12.2008] - DÜNYANIN QORXDUĞU CAVAN - NUŞİRƏVAN

[01.12.2008] - NƏ SƏS-KÜYDÜR BU GÜN SİZDƏ, GÜLBADAM?

[30.11.2008] - AVTOBUS YAVAŞ-YAVAŞ YANANDA...

[27.11.2008] - JURNALİSTİN İTİNİ DƏ DİŞLƏYİRLƏR

[24.11.2008] - “LAZIM” QAPINI DÖYÜR...

[20.11.2008] - EL ÜÇÜN AĞLAYANDA...

[17.11.2008] - SƏN DƏ BİZİM MƏHƏLLƏDƏNSƏN...

[14.11.2008] - YENƏ HƏMİN ANAR MÜƏLLİM BARƏDƏ...

[13.11.2008] - “SƏNDƏN YAMAN NİGARANAM”

[10.11.2008] - QEYRİ-ELİT SÖHBƏT...

[03.11.2008] - DANIŞIR BAYQUŞLAR...

[02.11.2008] - MİRZƏ SAKİTİ EVİNƏ KÖÇÜRÜN...

ƏVVƏLKİ YAZILARI

Yeni MÜSAVAT © 2008