11 mart 2010
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Sevinc TELMANQIZI Yazara məktub göndər

JURNALİSTLƏRİN QUL BAZARI

O gün həmkarım Zamin Hacı yazmışdı ki, artıq jurnalistlərin jurnalist olduğunu yol polisləri də yoxlayır. Özü də Səməd Vurğunun soyadını soruşmaq yoluyla. Təbii ki, bu informasiya jurnalist cameəsində növbəti “gör nə gündəyik” pessimizminə benzin tökdü. Milli Mətbuat Gününün də yaxınlaşdığını nəzərə alanda jurnalistlərin ağır günü yenə gündəmə gəldi.

Srağagün qonşu təmir nəticəsində evindəki kafel-metlax töküntülərini daşıtmaq üçün qul bazarından fəhlə tutmağa getmişdi. Özgə vaxt “həyatın dibindəkilər” deyib, dərdinə ağlamaq üçün dəsmal çıxardığımız adamların tələbləri, sadəcə, içlər acısıydı. Demək, qonşum danışır ki, 15-20 kisə yükü daşımaq üçün (evin dördüncü mərtəbəsindən birinci mərtəbəyə qədər - bu, maksimum yarım saatlıq işdir) həmin fəhlə ondan düz 60 manat pul istəyib. O biriləri də aşağı-yuxarı eyni qiyməti tələb ediblər. Nəticədə qonşum “canımın canı çıxsın” deyib, kafel dolu torbaları belində özü aşağı daşıyıb. Əslində iki il öncə qadın qul bazarında həyata keçirdiyim proje zamanı bir evin təmizlənməsi üçün mənə də 50 manat pul təklif olunanda eyni təəccübü yaşamışdım - təsəvvür edin, jurnalistin bir aylıq məvacibinin 1/4-ni qadın qullar bircə gündə qazanırdılar.
Ağır fiziki işin nə demək olduğunun fərqindəyəm, amma yarım saatlıq iş üçün 50-60 manat məbləğ tələb edən “qul”ların yaşadığı məmləkətdə qanını qaşığa qoyub, yazı yazan jurnalistlərin həyatın hansı pilləkənində olması maraq doğurur.
Vallah-billah, biz bu ölkənin ən fağır bəndələriyik. O gün tanış bir həkimin qəbuluna düşmək üçün vaxtı vədələşmək istədim; mənə çalışdığı dövlət xəstəxanasının yox, özəl bir klinikanın yerini nişan verdi, “ora gələrsən, xəstənizi müayinə edərəm” dedi. Getdik, məlum oldu ki, həmin klinikada təkcə giriş üçün 20 manat ödəməliyəm. Sonra həkimin əməkdaşlıq etdiyi özəl aptekdən aldığım dərmanlar, özünün tanış həkimində bulunan başqa lazımi preparatlar və sair. Bütün bunları Hippokrat andını içmiş tibb işçisi edirdi və hər birindən filan qədər faiz alırdı. Dövlət xəstəxanalarında, poliklinikalarda müayinə pulsuz olandan sonra həkimlər bir qayda olaraq, özəl klinikalarla əməkdaşlıq edir və xəstələrini də arxalarınca ora sürüyürlər.
Lap elə müəllimlər, ustalar, yol polisləri... Hər biri normal dolana bilmək üçün bu və ya digər vasitələrlə başqalarını istismar edirlər. Ali məktəb müəllimi pul qoparmaq üçün tələbəsinə qiymət yazmır, orta məktəbdəki həmkarı individual dərs vermək üçün şagirdini gözümçıxdıya salır, üstəgəl məktəblərdəki kütləvi rüşvətxorluq, iyrənclik... Ümumiləşdirmə aparmadan demək istəyirəm ki, həqiqətən də bu məmləkətdə hamı pis-yaxşı dolanmağın yolunu tapıb. Qalıb biçarə, sıravi jurnalistlər. Bütün gününü klaviatura döyəcləyib, həftəlik, aylıq qonararı ilə qəpik-qəpik ailəsinin, özünün qayğısını həll etməyə məhkum olan jurnalistlər. Bəlkə də onun nəticəsidir ki, qələmi, sözü ilə seçilən imza sahiblərinin bəziləri artıq QHT sektoruna keçib, qrant “əritməklə” məşğuldur.
Məsələn, indi kasıb-kusub qəzetçilər gözünü Milli Mətbuat Günü münasibətilə Mətbuata Dövlət Yardımı Fondunun redaksiyalara ayıracağı 5 min manata dikib. Fond şərt irəli sürüb ki, pulun yarısı mütləq yaradıcı heyətə paylanmalıdır. 2500 manatı redaksiyadakı işçilərin sayına böləndə ortada böyük bir məbləğ qalmasa da, ümid kasıbın çörəyidir. O gün də redaktorlardan biri qəzetimizə deyirdi ki, “5 min manat nədir ki, ondan jurnalistlərə də nə düşsun?” Bax, biz belə yazıq gündəyik, əziz oxucu. İl uzunu haqqı tapdanan, etiraz aksiyası keçirən, yol kəsən vətəndaşların dərdlərindən yazan bizlərin indi elementar hüquqlarının bərpası üçün yol kəsəcəyinə kim təminat verir? Heç kim... Təbii ki, mən vicdanlı jurnalistika ilə məşğul olanlardan danışıram, qapı-qapı düşüb dilənçilik edənlərdən yox.
Dərdimiz az idi, biri də o biri tərəfdən çıxdı. Tərəfsiz (Parlament) Jurnalistlər Birliyinin sədri Elşad Eyvazlı deyir ki, jurnalistlərə nəqliyyatda güzəştli kartlar veriləcək, onlar da nəticədə marşrut taksilərə yolpulu verməyəcəklər. Onsuz da hamı jurnalisti qapazaltı edib, gücü çatan da söz deyir, çatmayan da. İlin-günün bu vaxtında avtobusa pul verməmə kimi “lüks”dən yararlanmanın isə onlara necə baha başa gələcəyini təsvir etməyə belə ehtiyac yoxdu. Hamımız bu məmləkət sürücüsünü yaxşı tanıyır və onun 20 qəpiyə görə nələr etməyə qadir olduğunu bilirik.
Odu ki, qəzanız mübarək olsun, əziz həmkarlarım! “Daha bir jurnalist döyüldü” xəbərlərinə də indidən hazır olun.

544 dəfə baxılıb

[18.12.2009] - “BOMBA” MƏMUR

[14.12.2009] - ŞAİR SÖZÜ, ƏLBƏTTƏ, YALANDIR

[13.12.2009] - QƏHRƏMAN OLMAQ ÜÇÜN LAYİHƏ

[11.12.2009] - NOVRUZƏLİNİN “E-MƏKTUB”u

[07.12.2009] - YOL VERİN, QUDAM GƏLİR

[05.12.2009] - KÖTƏYİ CƏNNƏTƏ GERİ YOLLADIQ

[02.12.2009] - BAYRAM BİTDİ, YAŞAMAĞA DAVAM!

[25.11.2009] - QIZ QIZILA DÖNÜB...

[23.11.2009] - AY CAN, AY CAN, QİYAMƏTDİ!

[22.11.2009] - HEPİMİZ DOMUZ QRİPİYİZ!

[20.11.2009] - CIRTDANIN NƏNƏSİ VƏ BİZİM YAĞ YAXMAMIZ

[16.11.2009] - DESƏM, ÖLDÜRƏRLƏR...

[15.11.2009] - HAMI YANLIŞ ANLAYIR

[13.11.2009] - KİMDƏ ARTIQ MASKA VAR?

[10.11.2009] - “QAYNAR XƏTT”in SOYUQ DUŞ EFFEKTİ

[08.11.2009] - HƏR ŞEYDƏ BİR AZ “YENİ MÜSAVAT”...

[05.11.2009] - DONUZLA SOVRULANLAR...

[02.11.2009] - QANIMIZI İÇƏNLƏR

[01.11.2009] - EVDƏKİ, BİZİMKİ VƏ YA KÜLFƏT SÖHBƏTİ...

[31.10.2009] - QOCALMAYAN KÖŞƏ YAZARLARI...

[26.10.2009] - BİR İRƏLİ, BİR GERİ-YERİMİZDƏ SAYIRIQ

[25.10.2009] - SUXARI FALI

[22.10.2009] - UŞAQLAR VAR, ŞƏRAİT YOX?

[19.10.2009] - MÖVZU BOL OLARSA...

[18.10.2009] - BƏS QONAQPƏRVƏR İDİK, NƏ OLDU?

[15.10.2009] - İŞLƏR YAĞ KİMİ GETMƏYƏNDƏ...

[12.10.2009] - ƏZİZİM ƏZİZ...

[11.10.2009] - MANIS - CÜMLƏ XƏYANƏTLƏRƏ BAİS?

[08.10.2009] - DAHA MƏNİ GÖZLƏMƏ...

[05.10.2009] - İCTİMAİ İŞDƏN BOZBAŞA...

[28.09.2009] - G20 TOPLANTISININ “OTELLO”ları

[27.09.2009] - DANIŞMIRAM, ƏL ÇƏKİN!

[24.09.2009] - YAĞMA YAĞIŞ, YAĞMA YAĞIŞ...

[20.09.2009] - YETİM ƏLİNDƏ QOĞAL?

[19.09.2009] - BİZİM CEMİ KİM TAPACAQ?

[15.09.2009] - QIZIMA...

[13.09.2009] - HEY, TAKSİ!

[07.09.2009] - 17 İDİ, 18 OLDU...

[06.09.2009] - ÜZRÜ QƏBAHƏTİNDƏN BETƏR

[31.08.2009] - OKSFORDA, YOXSA BAKI MƏKTƏBİNƏ?

[30.08.2009] - OĞRU DA SUÇLU DEYİLSƏ...

[27.08.2009] - 2179 AZƏRBAYCANLIYA 1 KİTAB!

[24.08.2009] - ÖLƏCƏKSƏN, VƏSSALAM!

[21.08.2009] - YIXILIN O BİRİ TƏRƏFƏ

[17.08.2009] - MEYMUNU UNUT!

[13.08.2009] - KASIBIN SEVİMLİ EŞŞƏYİ

[10.08.2009] - ŞEYX NƏSRULLAH GƏLƏNƏDƏK...

[06.08.2009] - ALİ MƏKTƏB DÜKANLARI

[02.08.2009] - NƏRDƏ O ƏSKİ GÜNLƏR?

[01.08.2009] - ÜNVANIMIZA DEYİLƏN “DÜÜÜT”lü SÖYÜŞLƏR

[26.07.2009] - AÇARSIZ AÇIQLAMALAR...

[23.07.2009] - “MEDİA AÇARI” İLƏ BAĞLANAN QAPILAR

[20.07.2009] - HADİSƏ DANIŞANDA

[19.07.2009] - İLDƏ BİR DƏFƏ...

[16.07.2009] - ŞƏN OĞLANLAR

[06.07.2009] - İMTAHAN BAYRAMI

[03.07.2009] - GECƏ 12-dən SONRA...

[29.06.2009] - SAĞLIĞINDA KOR FATMA...

[28.06.2009] - BU NÖMRƏYƏ ZƏNG ÇATMIR...

[22.06.2009] - BAYRAMSIZ QALAN BABALAR, VAY!

[15.06.2009] - QURDLU GİLAS PROJESİ

[11.06.2009] - KARTOFU JURNALİSTƏ BÜKƏNDƏ...

[08.06.2009] - VƏTƏN MƏNƏ OĞUL DEYİB(?!)

[04.06.2009] - QADIN ŞAPALAĞI

[01.06.2009] - ÜRƏYİ YANAN, GƏL BƏRİ!

[28.05.2009] - MONİTORİNQ HƏVƏSKARLARINA “FƏHLƏ” TÖVSİYYƏSİ

[25.05.2009] - XORUZUN QUYRUĞU...

[21.05.2009] - QIZIL SAAT VƏ “SON ZƏNG” ŞOUSU...

[18.05.2009] - AVROPAYA DAHA BİR ADDIM?

[14.05.2009] - NAĞIL BİTDİ...

[12.05.2009] - ƏLLƏRİMDƏ ÇİÇƏKLƏR...

[07.05.2009] - PEŞƏKARLIQ MÜHAZİRƏSİ

[04.05.2009] - QATİL DƏ TELEVİZOR İZLƏYİR...

[27.04.2009] - GEDƏK BİZ OLMAYAN YERƏ...

[23.04.2009] - NİZAMİNİN ADAŞI

[20.04.2009] - JURNALİSTDİ, QOYMA GƏLDİ!

[16.04.2009] - ONUN ŞƏFQƏTLİ ƏLLƏRİ...

[13.04.2009] - VOLAND BARMAĞI...

[06.04.2009] - TV NAZİRİNİ DANLAYANDA...

[02.04.2009] - ZARAFATSIZ...

[30.03.2009] - YARIMÇIQ YUXU...

[26.03.2009] - FATI, OTUR, FATI, DUR...

[16.03.2009] - METRODA BOMBA RABATAY...

[12.03.2009] - ƏSAS ODU Kİ...

[05.03.2009] - OBAMANIN BİR GÜNÜ...

[02.03.2009] - YARIM QAZAN MAKARON...

[27.02.2009] - BUZ KİMİ 8 MART HƏDİYYƏSİ

[23.02.2009] - AYNƏN ÖYLƏ...

[18.02.2009] - NAĞILÇI MƏNTİQİ

[16.02.2009] - 11 STANSİYALIQ XİLAS YOLU

[09.02.2009] - ATALARA MƏZUNİYYƏT, ANALARA İSTİRAHƏT!

[05.02.2009] - AZƏRBAYCAN - ƏN BÖYÜK QƏZZA...

[03.02.2009] - YARIYA QƏDƏR DOLU STƏKANA YENİ BAXIŞ...

[26.01.2009] - TƏR-Bİ-YƏ-Çİ!

[23.01.2009] - İMİC HEÇ NƏDİR, SUSUZLUQ HƏR ŞEY?

[19.01.2009] - KLİPLƏRDƏN KOROĞLU NƏRİLTİSİ EŞİDİLƏCƏK

[16.01.2009] - GÜNAH HƏMİŞƏ DÖYÜLƏNDƏDİR?

[12.01.2009] - O ƏJDAHADAN BİZDƏ OLMAYACAQ

[08.01.2009] - İKİ AKİFİN İKİ YÜZ FƏRQİ...

[06.01.2009] - 6 YANVAR ÇATANDA...

[29.12.2008] - ÖKÜZ APTEKƏ BAXAN KİMİ...

[25.12.2008] - MƏNƏ BAXMA, ADIMI ÇƏKMƏ, BARƏMDƏ DÜŞÜNMƏ...

[22.12.2008] - KAMERAYA ƏL YELLƏYİN...

[19.12.2008] - SAXLA, DÜŞƏN VAR

[16.12.2008] - 40 “RAZMER” AYAQQABI

[11.12.2008] - BİR AXŞAM ƏLƏT ÇÖLÜNDƏ...

[08.12.2008] - FONDA ŞƏN MUSİQİ...

[04.12.2008] - DÜNYANIN QORXDUĞU CAVAN - NUŞİRƏVAN

[01.12.2008] - NƏ SƏS-KÜYDÜR BU GÜN SİZDƏ, GÜLBADAM?

[30.11.2008] - AVTOBUS YAVAŞ-YAVAŞ YANANDA...

[27.11.2008] - JURNALİSTİN İTİNİ DƏ DİŞLƏYİRLƏR

[24.11.2008] - “LAZIM” QAPINI DÖYÜR...

[20.11.2008] - EL ÜÇÜN AĞLAYANDA...

[17.11.2008] - SƏN DƏ BİZİM MƏHƏLLƏDƏNSƏN...

[14.11.2008] - YENƏ HƏMİN ANAR MÜƏLLİM BARƏDƏ...

[13.11.2008] - “SƏNDƏN YAMAN NİGARANAM”

[10.11.2008] - QEYRİ-ELİT SÖHBƏT...

[03.11.2008] - DANIŞIR BAYQUŞLAR...

[02.11.2008] - MİRZƏ SAKİTİ EVİNƏ KÖÇÜRÜN...

ƏVVƏLKİ YAZILARI

Yeni MÜSAVAT © 2008