14 mart 2010
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Sevinc TELMANQIZI Yazara məktub göndər

ÜNVANIMIZA DEYİLƏN “DÜÜÜT”lü SÖYÜŞLƏR

Yəqin qonşu Türkiyəni silkələyən, hər gün qəzetlərinin manşetini bəzəyən evlilik xəbəri ilə tanışsınız. 71 yaşlı iş adamı Halis Toprakla 17 yaşlı azərbaycanlı qız Nazlıcan Tağızadədən danışıram. Baba-nəvə görüntüsündə və yaş fərqində olan bu münasibət barədə heç kəs susmur -psixoloqundan tutmuş siyasətçisinə qədər üsyan püskürürlər, bu izdivacı ailə institutuna təhqir sayırlar və sair. Məlum olur ki, 71 yaşlı iş adamının hələ yetkinlik yaşına çatmamış qızcığazla ailə qurmasına qızın “işbilən” atası icazə verib. Yazılanlara görə, bu işdən ötrü külli miqdarda da başlıq pulu alıb və nikah gerçəkləşib. O gün gözüm bir qadın proqramına sataşdı.

Sözügedən mövzu müzakirə edilirdi və studiyadakı qadınlardan biri dedi ki, Halis Toprak azyaşlı ilə evlənmək istəyini ancaq azəri bir qızla həyata keçirə bilərmiş. Çünki Azərbaycanda qadın çooox, onları alansa yoxmuş. Buna sübut kimi seyrçi İstanbulun bar və əxlaqsızlıq yuvalarında qısa reyd keçirməyi tövsiyə etdi və işarə vurdu ki, oradakı qadınların əksəriyyəti azərilərmiş.
Dünyadan o qədər də xəbəri olmayan türkiyəli bir evdar xanımın dedikləri üzərində yazı qurmaq fikrim yoxdur. Təbii ki, Anadoluda qızlarını 12-13 yaşında ərə verən ailələrin olduğunu da bilirik, İsitanbul barlarındakı əxlaqsız qadınların böyük əksəriyyətini rus, ukraynalı və moldovanların təşkil etdiyini də. Amma bu, azərbaycanlı qadınlarla bağlı Türkiyədə yaranmış imici dağıtmağa kifayət etmir. Fakt faktlığında qalır: sərhədlər şəffaflaşandan maddi problemlərin girdabında boğulan bəzi qadınlarımız üçün bir çox mənəvi dəyərlər də şəffaflaşıb, itib-batıb və sair... Və bunun nəticəsidir ki, artıq qonşu ölkənin teleseriallarında, filmlərində də azərbaycanlı qadınlar ən aşağı səviyyəli obraz - ailə dağıdan, əxlaqsız bar qızı, dələduz alverçi və sair...kimi təqdim olunur. Və biləsiniz, təkcə qadınlar yox, həmçinin kişilər də.
Bir dəfə yazmışam, “Dədələrimi evləndirirkən” adlı 90 dəqiqəlik bir filmdə Türkiyənin ucqar dağ kəndində arvadları ölmüş 4 qoca kişini evləndirmək üçün Azərbaycandan dənəsi (bəli, məhz dənəsi-S.T) 6.000 dollara qadın alınması ilə bağlı bir film çəkilmişdi. Toyun səhəri günü, tülkü durmzdan qadınlar “tazə bəy”ləri tərk etmiş və bütün kənd nəinki həmin qadınların, bütün azərbaycanlı qadınların ünvanına “düüüüt”lü söyüşlər yağdırmışdılar. Deyim ki, bu, azərbaycanlıların aşağılandığı ilk və tək ekran nümunəsi də deyildi. Qonşu ölkədə yayımlanan “Yarım alma” serialında azərbaycanlı qapıçını hansınız xatırlayırsınız? Aktyora tutuquşu kimi “ay balam” sözünü əzbərlətdirib, guya azərbaycanlı havası vermiş, əslindəsə onu tipik dələduz kimi təqdim etmişdilər. Yoxsa “Çocuqlar duymasın”dakı Haluka “atış” edən saxtakar iş adamı yadınızdan çıxıb? Bu günə qədərki filmlərdən yeganə “Min bir gecə”dəki  “Mehriban” üzümüzü qara etmədi. Onun da orqanını satıb, Türkiyədə yaşamasını nəzərə alsaq, qardaşının mafiya ilə əlaqəsi olması detalını xatırlasaq, məlum olar ki, ortada fəxr ediləsi durum yoxdur.
Nəysə, Türkiyədə, türk toplumunda azərbaycanlıların, xüsusən də qadınlarımızın imici barədə uzun-uzadı danışmaq fikrim və ümumiyyətlə, buna həvəsim də yoxdur. Dəfələrlə qonşu ölkə televiziyalarındakı qadın proqramlarında bunun şahidi olmamışıqmı? Ailəsi dağılan osmanlı ablalarımız televizora çıxıb, “kocam məni azəri kadınla aldatdı” deyə azmı ah-nalə edib? Hələ bir dəfə türkiyəli iş adamı Bakıda bir qadınla evlənib, sonra hüsrana uğramışdı, xatırlayırsınız? Xəyanətlə üzləşən ər televiziyalara çıxıb, “karımın Vasif Talıbovla ilişgisi vardı, ona görə polis idarəsində dişlərimi çıxardılar, özümə əzab verib, döydürdülər” söyləyirdi. Yəni, deməyim o ki, toplum olaraq, barəmizdə formalaşan rəy, ünvanımıza deyilən ittihamlar bizi təəccübləndirmir.
Sadəcə, yaranan rəyi aradan qaldırmağın vaxtıdır. Formasını başbilənlər tapsın, bizlik deyil. Yoxsa ki, hələ ünvanımıza deyilən “düüüt”lü söyüşləri çox eşidəcəyik...

466 dəfə baxılıb

[18.12.2009] - “BOMBA” MƏMUR

[14.12.2009] - ŞAİR SÖZÜ, ƏLBƏTTƏ, YALANDIR

[13.12.2009] - QƏHRƏMAN OLMAQ ÜÇÜN LAYİHƏ

[11.12.2009] - NOVRUZƏLİNİN “E-MƏKTUB”u

[07.12.2009] - YOL VERİN, QUDAM GƏLİR

[05.12.2009] - KÖTƏYİ CƏNNƏTƏ GERİ YOLLADIQ

[02.12.2009] - BAYRAM BİTDİ, YAŞAMAĞA DAVAM!

[25.11.2009] - QIZ QIZILA DÖNÜB...

[23.11.2009] - AY CAN, AY CAN, QİYAMƏTDİ!

[22.11.2009] - HEPİMİZ DOMUZ QRİPİYİZ!

[20.11.2009] - CIRTDANIN NƏNƏSİ VƏ BİZİM YAĞ YAXMAMIZ

[16.11.2009] - DESƏM, ÖLDÜRƏRLƏR...

[15.11.2009] - HAMI YANLIŞ ANLAYIR

[13.11.2009] - KİMDƏ ARTIQ MASKA VAR?

[10.11.2009] - “QAYNAR XƏTT”in SOYUQ DUŞ EFFEKTİ

[08.11.2009] - HƏR ŞEYDƏ BİR AZ “YENİ MÜSAVAT”...

[05.11.2009] - DONUZLA SOVRULANLAR...

[02.11.2009] - QANIMIZI İÇƏNLƏR

[01.11.2009] - EVDƏKİ, BİZİMKİ VƏ YA KÜLFƏT SÖHBƏTİ...

[31.10.2009] - QOCALMAYAN KÖŞƏ YAZARLARI...

[26.10.2009] - BİR İRƏLİ, BİR GERİ-YERİMİZDƏ SAYIRIQ

[25.10.2009] - SUXARI FALI

[22.10.2009] - UŞAQLAR VAR, ŞƏRAİT YOX?

[19.10.2009] - MÖVZU BOL OLARSA...

[18.10.2009] - BƏS QONAQPƏRVƏR İDİK, NƏ OLDU?

[15.10.2009] - İŞLƏR YAĞ KİMİ GETMƏYƏNDƏ...

[12.10.2009] - ƏZİZİM ƏZİZ...

[11.10.2009] - MANIS - CÜMLƏ XƏYANƏTLƏRƏ BAİS?

[08.10.2009] - DAHA MƏNİ GÖZLƏMƏ...

[05.10.2009] - İCTİMAİ İŞDƏN BOZBAŞA...

[28.09.2009] - G20 TOPLANTISININ “OTELLO”ları

[27.09.2009] - DANIŞMIRAM, ƏL ÇƏKİN!

[24.09.2009] - YAĞMA YAĞIŞ, YAĞMA YAĞIŞ...

[20.09.2009] - YETİM ƏLİNDƏ QOĞAL?

[19.09.2009] - BİZİM CEMİ KİM TAPACAQ?

[15.09.2009] - QIZIMA...

[13.09.2009] - HEY, TAKSİ!

[07.09.2009] - 17 İDİ, 18 OLDU...

[06.09.2009] - ÜZRÜ QƏBAHƏTİNDƏN BETƏR

[31.08.2009] - OKSFORDA, YOXSA BAKI MƏKTƏBİNƏ?

[30.08.2009] - OĞRU DA SUÇLU DEYİLSƏ...

[27.08.2009] - 2179 AZƏRBAYCANLIYA 1 KİTAB!

[24.08.2009] - ÖLƏCƏKSƏN, VƏSSALAM!

[21.08.2009] - YIXILIN O BİRİ TƏRƏFƏ

[17.08.2009] - MEYMUNU UNUT!

[13.08.2009] - KASIBIN SEVİMLİ EŞŞƏYİ

[10.08.2009] - ŞEYX NƏSRULLAH GƏLƏNƏDƏK...

[06.08.2009] - ALİ MƏKTƏB DÜKANLARI

[02.08.2009] - NƏRDƏ O ƏSKİ GÜNLƏR?

[26.07.2009] - AÇARSIZ AÇIQLAMALAR...

[23.07.2009] - “MEDİA AÇARI” İLƏ BAĞLANAN QAPILAR

[20.07.2009] - HADİSƏ DANIŞANDA

[19.07.2009] - İLDƏ BİR DƏFƏ...

[16.07.2009] - ŞƏN OĞLANLAR

[13.07.2009] - JURNALİSTLƏRİN QUL BAZARI

[06.07.2009] - İMTAHAN BAYRAMI

[03.07.2009] - GECƏ 12-dən SONRA...

[29.06.2009] - SAĞLIĞINDA KOR FATMA...

[28.06.2009] - BU NÖMRƏYƏ ZƏNG ÇATMIR...

[22.06.2009] - BAYRAMSIZ QALAN BABALAR, VAY!

[15.06.2009] - QURDLU GİLAS PROJESİ

[11.06.2009] - KARTOFU JURNALİSTƏ BÜKƏNDƏ...

[08.06.2009] - VƏTƏN MƏNƏ OĞUL DEYİB(?!)

[04.06.2009] - QADIN ŞAPALAĞI

[01.06.2009] - ÜRƏYİ YANAN, GƏL BƏRİ!

[28.05.2009] - MONİTORİNQ HƏVƏSKARLARINA “FƏHLƏ” TÖVSİYYƏSİ

[25.05.2009] - XORUZUN QUYRUĞU...

[21.05.2009] - QIZIL SAAT VƏ “SON ZƏNG” ŞOUSU...

[18.05.2009] - AVROPAYA DAHA BİR ADDIM?

[14.05.2009] - NAĞIL BİTDİ...

[12.05.2009] - ƏLLƏRİMDƏ ÇİÇƏKLƏR...

[07.05.2009] - PEŞƏKARLIQ MÜHAZİRƏSİ

[04.05.2009] - QATİL DƏ TELEVİZOR İZLƏYİR...

[27.04.2009] - GEDƏK BİZ OLMAYAN YERƏ...

[23.04.2009] - NİZAMİNİN ADAŞI

[20.04.2009] - JURNALİSTDİ, QOYMA GƏLDİ!

[16.04.2009] - ONUN ŞƏFQƏTLİ ƏLLƏRİ...

[13.04.2009] - VOLAND BARMAĞI...

[06.04.2009] - TV NAZİRİNİ DANLAYANDA...

[02.04.2009] - ZARAFATSIZ...

[30.03.2009] - YARIMÇIQ YUXU...

[26.03.2009] - FATI, OTUR, FATI, DUR...

[16.03.2009] - METRODA BOMBA RABATAY...

[12.03.2009] - ƏSAS ODU Kİ...

[05.03.2009] - OBAMANIN BİR GÜNÜ...

[02.03.2009] - YARIM QAZAN MAKARON...

[27.02.2009] - BUZ KİMİ 8 MART HƏDİYYƏSİ

[23.02.2009] - AYNƏN ÖYLƏ...

[18.02.2009] - NAĞILÇI MƏNTİQİ

[16.02.2009] - 11 STANSİYALIQ XİLAS YOLU

[09.02.2009] - ATALARA MƏZUNİYYƏT, ANALARA İSTİRAHƏT!

[05.02.2009] - AZƏRBAYCAN - ƏN BÖYÜK QƏZZA...

[03.02.2009] - YARIYA QƏDƏR DOLU STƏKANA YENİ BAXIŞ...

[26.01.2009] - TƏR-Bİ-YƏ-Çİ!

[23.01.2009] - İMİC HEÇ NƏDİR, SUSUZLUQ HƏR ŞEY?

[19.01.2009] - KLİPLƏRDƏN KOROĞLU NƏRİLTİSİ EŞİDİLƏCƏK

[16.01.2009] - GÜNAH HƏMİŞƏ DÖYÜLƏNDƏDİR?

[12.01.2009] - O ƏJDAHADAN BİZDƏ OLMAYACAQ

[08.01.2009] - İKİ AKİFİN İKİ YÜZ FƏRQİ...

[06.01.2009] - 6 YANVAR ÇATANDA...

[29.12.2008] - ÖKÜZ APTEKƏ BAXAN KİMİ...

[25.12.2008] - MƏNƏ BAXMA, ADIMI ÇƏKMƏ, BARƏMDƏ DÜŞÜNMƏ...

[22.12.2008] - KAMERAYA ƏL YELLƏYİN...

[19.12.2008] - SAXLA, DÜŞƏN VAR

[16.12.2008] - 40 “RAZMER” AYAQQABI

[11.12.2008] - BİR AXŞAM ƏLƏT ÇÖLÜNDƏ...

[08.12.2008] - FONDA ŞƏN MUSİQİ...

[04.12.2008] - DÜNYANIN QORXDUĞU CAVAN - NUŞİRƏVAN

[01.12.2008] - NƏ SƏS-KÜYDÜR BU GÜN SİZDƏ, GÜLBADAM?

[30.11.2008] - AVTOBUS YAVAŞ-YAVAŞ YANANDA...

[27.11.2008] - JURNALİSTİN İTİNİ DƏ DİŞLƏYİRLƏR

[24.11.2008] - “LAZIM” QAPINI DÖYÜR...

[20.11.2008] - EL ÜÇÜN AĞLAYANDA...

[17.11.2008] - SƏN DƏ BİZİM MƏHƏLLƏDƏNSƏN...

[14.11.2008] - YENƏ HƏMİN ANAR MÜƏLLİM BARƏDƏ...

[13.11.2008] - “SƏNDƏN YAMAN NİGARANAM”

[10.11.2008] - QEYRİ-ELİT SÖHBƏT...

[03.11.2008] - DANIŞIR BAYQUŞLAR...

[02.11.2008] - MİRZƏ SAKİTİ EVİNƏ KÖÇÜRÜN...

ƏVVƏLKİ YAZILARI

Yeni MÜSAVAT © 2008