 |
Sevinc TELMANQIZI 
NƏRDƏ O ƏSKİ GÜNLƏR?
|
Texnologiyanın sürəti ilə ayaqlaşmağa imkan yox. Əcnəbi alimlər səhər yeməyi ilə nahar arasındakı vaxtda min cür elmi kəşfə imza atırlar. Yalan olmasın, çay içir, daha sonra stəkanın dibindəki qalıqdan faydalı istifadə etməyin yollarını tapırlar. Matın-qutun quruyur. Gün olmur ki, dünya bir elmi kəşfə imza atmasın. Kəşflərin, yeniliklərin sayı artdıqca ayağımız da sözün birbaşa mənasında yerdən kəsilir. Kosmosda yaşayışdan tutmuş, Ayda yer sahəsi almağa qədər. Bu gün-sabah istəmədən də olsa, ora köç edəcəyik, xəbərimiz yox. Bu uzun müqəddimə əbəs deyil. Son günlər Türkiyə televiziyalarında yeni bir mobil texnologiyanı reklam edirlər. Adına 3G deyilir, telefona qoşursan, zəng etdiyin adamla telefonun ekranı vasitəsilə üzbəüz söhbətləşirsən, istədiyin vaxt internetə girirsən və sair. Təkrarlayım, mən reklamdan nə başa düşmüşəmsə, onu da yazıram. Bəlkə də yeni texnologiya özündə daha böyük üstünlükləri ehtiva edir. Bəlkə yox, dəqiq... O gün internetdə oxudum ki, alimlər artıq hər şeyin mobil, kiçik, mini olanını kəşf etməklə yeni bir cığırın əsasını qoyurlar. Maşınlar, mobil telefonlar, elektrik əşyaları... Kiçildikcə daha praktik olur, sözüm ona yox, amma bütünlüklə bu kiçilmə insanlar üçün də bəzi dəyərlərin kiçilməsi ilə nəticələnir. Tamam, texnikanın inkişafını rədd etmək cahillik əlamətidir. Yeni kəşflər işimizi asanlaşdırır, həyatımızı yüngülləşdirir və sair. Qadınlar ev işlərində daha az yorulur, mənzil başına daha tez çatırıq, istədiyimiz şəxslə istədiyimiz an əlaqə qurma imkanlarımız maksimumdur. Amma bu yetərlimi? Kəşflər artdıqca insani dəyərlər də azalır sözünü təsadüfi yazmadım. Həqiqətən də fikir verin: mobil telefon çıxandan insanlar bir-biriylə daha az görüşür, hər şey telefonun bir düyməsinin əmrinə baxır. İnternet, televizor çıxandan qohum-qardaş bir-birinin evinə daha az getməyə başlayıb. Hamı gözünü dördbucaqlı “xarüqə”yə zilləməkdə maraqlıdır. İnternet vasitəsilə həyata keçirilən maddi maxinasiyaları, habelə gənclərin tərbiyəsini korlayan vasitələri nəzərə alanda hərdən adam ona da bir “quş” qoymaq istəyir. Maşınlar, təyyarələr, kosmik gəmilər isə birbaşa insan sağlığının qəniminə çevrilib. Mən Aydan gəlməmişəm, amma hesab edirəm ki, lazım olanda bu kəşflərin bəzilərini ixtisar etmək də olar. Özümüzçün ən azı. Deyirlər, texnika tərəqqi edəndən insanların səhhətində də problemlər azalıb. Doğrudan? Bəs “21-ci əsrin bəlası” dediyimiz xəstəliklərə nə deyək? Bir tərəfdən kəşflər sıraya düzülür, o biri tərəfdən xəstəliklər. Tutaq, mobil telefon kəşf olunur, az keçmədən məlum olur ki, bu, qadınlarda döş xərçəngi xəstəliyini stimullaşdırırmış və sair. Qosqoca alimlərin hər saniyəbaşı yeni bir elmi kəşfə imza atdığı bu günlərdə hələ də xərçəng bəlasının dərmanı tapılmayıb, insanlar onun əlindən tələf olub gedir. Və ya... Ümumi statistikaya görə, nənə-babalarımızdan daha az yaşayırıqmı, yaşayırıq. Daha çox xəstəliklərlə uğraşırıqmı, uğraşırıq. Yediklərimizə qorxa-qorxa yanaşıb, içdiklərimizi də üfürürükmü? Yeni zavod, fabrik, nə bilim kimyəvi stansiyaların insanlara vurduğu ziyanın miqyasını hansınız bilmirsiniz? 3G texnologiyası da onun kimi. Srağagün televiziyaya çıxan türkiyəli mütəxəssislərdən biri dedi ki, bu texnologiya daha çox müharibələrdə effektli vasitə olacaq. Düşmənin yerini daha qolay təsbit edib, onu zərərsizləşdirmək üçün. Gördünüzmü? Hər yenilik bir fəsadı doğurur ardınca. O başqa zarafatın mövzusudur ki, 3G biz jurnalistlərin işinə daha çox yarayacaq. Bizdən künc-bucaq gizlənən, yalandan “mən indi görüşdəyəm, sonra danışarıq” deyən müsahiblərin əslində harada gizləndiyini öyrənmək üçün bu texnika əvəzsiz olacaq. Amma eləcə bu... Ziyanı xeyrindən daha çox olacaq, əmin ola bilərsiniz. Qocaların söhbətinə oxşadı, fərqindəyəm: nəəəərdə o əski günlər deyə deyinən kimi oldum bir az. Amma bu bazar günü, internetdən, televizordan, bir sözlə texnikadan uzaqlaşıb, dediklərimi bir düşünün. Əmin olun, uduzmazsınız... 736 dəfə baxılıb
|
[29.07.2010] - CAZİBƏMİZ DƏ VAR [28.07.2010] - EVLƏRİ KÖNDƏLƏN YAR [22.07.2010] - BU DA BELƏ BİR GÜN [19.07.2010] - EHTİYATLI OLUN - MÜKAFAT ALA BİLƏRSİZ! [18.07.2010] - CƏMİYYƏT BELƏ İSTƏYİR... [15.07.2010] - KOD ADI TƏLƏBƏ... [12.07.2010] - BİR LİMAN, BİR DƏNİZ... [11.07.2010] - ÇƏKİRƏM HAAA... [05.07.2010] - OVUC İÇİ QƏDƏR... [04.07.2010] - ODDA YANAN, SUDA BATAN... [01.07.2010] - MƏRDİMAZAR AZ İDİ... [28.06.2010] - MƏNFİ YÜKLÜ DƏNİZ... [25.06.2010] - ARI KİMİ... [21.06.2010] - 8 TƏLƏBƏYƏ 9 NÖV PLOV [20.06.2010] - HÖKMDARIN HÜZURUNDA... [19.06.2010] - YAYI YOLA SALAQ? [14.06.2010] - OPERATİV DƏDƏ QORQUD [13.06.2010] - YADPLANETLİ DEMƏ... [10.06.2010] - KİM DAHA ŞANSLI? [07.06.2010] - 80-dən SONRA GƏLƏN XOŞBƏXTLİK [06.06.2010] - 10 MİLYON AVRO...CUQ [03.06.2010] - CANIMIZ YANMASIN... [31.05.2010] - ÖTƏN GÜNƏ GÜN... ÇATAR, ÇATAR... [30.05.2010] - BƏNÖVŞƏ, BƏNDƏ DÜŞƏ... [26.05.2010] - ARAZ AŞIĞIMDAN, KÜR TOPUĞUMDAN [23.05.2010] - GÖRMƏMİŞİN KƏŞFİ OLDU... [20.05.2010] - MANYAKA HAQSIZLIQ ETMƏYƏK [17.05.2010] - HAMIYA ÇİRKİN OLSAM DA... [16.05.2010] - GƏZMƏYƏ.... HARA YAXŞI? [13.05.2010] - ÇÖRƏYİ VER ÇÖRƏKÇİYƏ... [10.05.2010] - O Kİ BELƏ OLDU? [07.05.2010] - BELƏ “BİZ” OLMAQDANSA... [03.05.2010] - BAĞ BELƏ, BOSTAN BELƏ [02.05.2010] - ÖLMÜŞDÜ HİPPOKRAT... [18.12.2009] - “BOMBA” MƏMUR [14.12.2009] - ŞAİR SÖZÜ, ƏLBƏTTƏ, YALANDIR [13.12.2009] - QƏHRƏMAN OLMAQ ÜÇÜN LAYİHƏ [11.12.2009] - NOVRUZƏLİNİN “E-MƏKTUB”u [07.12.2009] - YOL VERİN, QUDAM GƏLİR [05.12.2009] - KÖTƏYİ CƏNNƏTƏ GERİ YOLLADIQ [02.12.2009] - BAYRAM BİTDİ, YAŞAMAĞA DAVAM! [25.11.2009] - QIZ QIZILA DÖNÜB... [23.11.2009] - AY CAN, AY CAN, QİYAMƏTDİ! [22.11.2009] - HEPİMİZ DOMUZ QRİPİYİZ! [20.11.2009] - CIRTDANIN NƏNƏSİ VƏ BİZİM YAĞ YAXMAMIZ [16.11.2009] - DESƏM, ÖLDÜRƏRLƏR... [15.11.2009] - HAMI YANLIŞ ANLAYIR [13.11.2009] - KİMDƏ ARTIQ MASKA VAR? [10.11.2009] - “QAYNAR XƏTT”in SOYUQ DUŞ EFFEKTİ [08.11.2009] - HƏR ŞEYDƏ BİR AZ “YENİ MÜSAVAT”... [05.11.2009] - DONUZLA SOVRULANLAR... [02.11.2009] - QANIMIZI İÇƏNLƏR [01.11.2009] - EVDƏKİ, BİZİMKİ VƏ YA KÜLFƏT SÖHBƏTİ... [31.10.2009] - QOCALMAYAN KÖŞƏ YAZARLARI... [26.10.2009] - BİR İRƏLİ, BİR GERİ-YERİMİZDƏ SAYIRIQ [25.10.2009] - SUXARI FALI [22.10.2009] - UŞAQLAR VAR, ŞƏRAİT YOX? [19.10.2009] - MÖVZU BOL OLARSA... [18.10.2009] - BƏS QONAQPƏRVƏR İDİK, NƏ OLDU? [15.10.2009] - İŞLƏR YAĞ KİMİ GETMƏYƏNDƏ... [12.10.2009] - ƏZİZİM ƏZİZ... [11.10.2009] - MANIS - CÜMLƏ XƏYANƏTLƏRƏ BAİS? [08.10.2009] - DAHA MƏNİ GÖZLƏMƏ... [05.10.2009] - İCTİMAİ İŞDƏN BOZBAŞA... [28.09.2009] - G20 TOPLANTISININ “OTELLO”ları [27.09.2009] - DANIŞMIRAM, ƏL ÇƏKİN! [24.09.2009] - YAĞMA YAĞIŞ, YAĞMA YAĞIŞ... [20.09.2009] - YETİM ƏLİNDƏ QOĞAL? [19.09.2009] - BİZİM CEMİ KİM TAPACAQ? [15.09.2009] - QIZIMA... [13.09.2009] - HEY, TAKSİ! [07.09.2009] - 17 İDİ, 18 OLDU... [06.09.2009] - ÜZRÜ QƏBAHƏTİNDƏN BETƏR [31.08.2009] - OKSFORDA, YOXSA BAKI MƏKTƏBİNƏ? [30.08.2009] - OĞRU DA SUÇLU DEYİLSƏ... [27.08.2009] - 2179 AZƏRBAYCANLIYA 1 KİTAB! [24.08.2009] - ÖLƏCƏKSƏN, VƏSSALAM! [21.08.2009] - YIXILIN O BİRİ TƏRƏFƏ [17.08.2009] - MEYMUNU UNUT! [13.08.2009] - KASIBIN SEVİMLİ EŞŞƏYİ [10.08.2009] - ŞEYX NƏSRULLAH GƏLƏNƏDƏK... [06.08.2009] - ALİ MƏKTƏB DÜKANLARI [01.08.2009] - ÜNVANIMIZA DEYİLƏN “DÜÜÜT”lü SÖYÜŞLƏR [26.07.2009] - AÇARSIZ AÇIQLAMALAR... [23.07.2009] - “MEDİA AÇARI” İLƏ BAĞLANAN QAPILAR [20.07.2009] - HADİSƏ DANIŞANDA [19.07.2009] - İLDƏ BİR DƏFƏ... [16.07.2009] - ŞƏN OĞLANLAR [13.07.2009] - JURNALİSTLƏRİN QUL BAZARI [06.07.2009] - İMTAHAN BAYRAMI [03.07.2009] - GECƏ 12-dən SONRA... [29.06.2009] - SAĞLIĞINDA KOR FATMA... [28.06.2009] - BU NÖMRƏYƏ ZƏNG ÇATMIR... [22.06.2009] - BAYRAMSIZ QALAN BABALAR, VAY! [15.06.2009] - QURDLU GİLAS PROJESİ [11.06.2009] - KARTOFU JURNALİSTƏ BÜKƏNDƏ... [08.06.2009] - VƏTƏN MƏNƏ OĞUL DEYİB(?!) [04.06.2009] - QADIN ŞAPALAĞI [01.06.2009] - ÜRƏYİ YANAN, GƏL BƏRİ! [28.05.2009] - MONİTORİNQ HƏVƏSKARLARINA “FƏHLƏ” TÖVSİYYƏSİ [25.05.2009] - XORUZUN QUYRUĞU... [21.05.2009] - QIZIL SAAT VƏ “SON ZƏNG” ŞOUSU... [18.05.2009] - AVROPAYA DAHA BİR ADDIM? [14.05.2009] - NAĞIL BİTDİ... [12.05.2009] - ƏLLƏRİMDƏ ÇİÇƏKLƏR... [07.05.2009] - PEŞƏKARLIQ MÜHAZİRƏSİ [04.05.2009] - QATİL DƏ TELEVİZOR İZLƏYİR... [27.04.2009] - GEDƏK BİZ OLMAYAN YERƏ... [23.04.2009] - NİZAMİNİN ADAŞI [20.04.2009] - JURNALİSTDİ, QOYMA GƏLDİ! [16.04.2009] - ONUN ŞƏFQƏTLİ ƏLLƏRİ... [13.04.2009] - VOLAND BARMAĞI... [06.04.2009] - TV NAZİRİNİ DANLAYANDA... [02.04.2009] - ZARAFATSIZ... [30.03.2009] - YARIMÇIQ YUXU... [26.03.2009] - FATI, OTUR, FATI, DUR... [16.03.2009] - METRODA BOMBA RABATAY... [12.03.2009] - ƏSAS ODU Kİ... [05.03.2009] - OBAMANIN BİR GÜNÜ... [02.03.2009] - YARIM QAZAN MAKARON... [27.02.2009] - BUZ KİMİ 8 MART HƏDİYYƏSİ [23.02.2009] - AYNƏN ÖYLƏ... [18.02.2009] - NAĞILÇI MƏNTİQİ [16.02.2009] - 11 STANSİYALIQ XİLAS YOLU [09.02.2009] - ATALARA MƏZUNİYYƏT, ANALARA İSTİRAHƏT! [05.02.2009] - AZƏRBAYCAN - ƏN BÖYÜK QƏZZA... [03.02.2009] - YARIYA QƏDƏR DOLU STƏKANA YENİ BAXIŞ... [26.01.2009] - TƏR-Bİ-YƏ-Çİ! [23.01.2009] - İMİC HEÇ NƏDİR, SUSUZLUQ HƏR ŞEY? [19.01.2009] - KLİPLƏRDƏN KOROĞLU NƏRİLTİSİ EŞİDİLƏCƏK [16.01.2009] - GÜNAH HƏMİŞƏ DÖYÜLƏNDƏDİR? [12.01.2009] - O ƏJDAHADAN BİZDƏ OLMAYACAQ [08.01.2009] - İKİ AKİFİN İKİ YÜZ FƏRQİ... [06.01.2009] - 6 YANVAR ÇATANDA... [29.12.2008] - ÖKÜZ APTEKƏ BAXAN KİMİ... [25.12.2008] - MƏNƏ BAXMA, ADIMI ÇƏKMƏ, BARƏMDƏ DÜŞÜNMƏ... [22.12.2008] - KAMERAYA ƏL YELLƏYİN... [19.12.2008] - SAXLA, DÜŞƏN VAR [16.12.2008] - 40 “RAZMER” AYAQQABI [11.12.2008] - BİR AXŞAM ƏLƏT ÇÖLÜNDƏ... [08.12.2008] - FONDA ŞƏN MUSİQİ... [04.12.2008] - DÜNYANIN QORXDUĞU CAVAN - NUŞİRƏVAN [01.12.2008] - NƏ SƏS-KÜYDÜR BU GÜN SİZDƏ, GÜLBADAM? [30.11.2008] - AVTOBUS YAVAŞ-YAVAŞ YANANDA... [27.11.2008] - JURNALİSTİN İTİNİ DƏ DİŞLƏYİRLƏR [24.11.2008] - “LAZIM” QAPINI DÖYÜR... [20.11.2008] - EL ÜÇÜN AĞLAYANDA... [17.11.2008] - SƏN DƏ BİZİM MƏHƏLLƏDƏNSƏN... [14.11.2008] - YENƏ HƏMİN ANAR MÜƏLLİM BARƏDƏ... [13.11.2008] - “SƏNDƏN YAMAN NİGARANAM” [10.11.2008] - QEYRİ-ELİT SÖHBƏT... [03.11.2008] - DANIŞIR BAYQUŞLAR... [02.11.2008] - MİRZƏ SAKİTİ EVİNƏ KÖÇÜRÜN... ƏVVƏLKİ YAZILARI
|