 |
Sevinc TELMANQIZI 
ALİ MƏKTƏB DÜKANLARI
|
Dünən ali məktəbə qəbul olunanların siyahısı açıqlandı. Ödənişli-ödənişsiz, ali təhsil alma haqqı qazananlar bəlli oldu. Bundan qısa müddət əvvəlsə «Abituriyent» jurnalı dövlət və özəl ali təhsil müəssisələrindəki təhsil haqlarını yaydı. İnanın, həmin siyahıya baxanda adam həqiqətən də təhsili ildən-ilə geriləyən Azərbaycanda yox, Avropanın inkişaf etmiş ölkəsində yaşadığını düşünür. Misir Mərdanovun təbirincə desək, iki otağı, bir koridoru, üç pəncərəsi olan ali məktəbciklərdə cəmi bir il oxumaq minimum 700 manatdan başlayır. Ad çəkib, hansısa təhsil adı verilmiş dükanın (bəli, məhz dükanın) o şivənqoparan, öyrədilmiş müəllim-laborant heyətini dar redaksiyaya töküb iş rejimimizi pozmaq istəmirəm. Maraqlananlar «Abituriyent» jurnalının 2009-2010-cu tədris ili üçün 4-cü buraxılışını vərəqləyə bilər. Birincisi, ondan başlayaq ki, artıq ödənişli təhsil ödənişsizi böyük fərqlə üstələyib. Xatırlayırsınızsa, 1992-ci ildə qəbul edilən «Təhsil haqqında» Qanuna görə, ödənişli təhsilin faizi cəmi 10 olmalı idi. İndi bu rəqəm 70 faizə çatıb. Normalara görə isə bu faiz yarı-yarı olmalıdır. Hələ faiz dərd yarı, qiymətlər adamı dəhşətə gətirir. Dövlət ali məktəblərində illik təhsil haqqı 500-1700 manat arasında dövr edir. Özəllər isə lap gül vurub. Təsəvvür edin ki, Xəzər Universitetinin jurnalistika fakültəsində bir il oxumağın məbləği 3500 manat, (500-dən çox bal toplayanlara müxtəlif faizli güzəştlər tətbiq olunur), Azərbaycan Universitetində tərcümə (ingilis dili) fakültəsində oxumaq 3500, Bakı Asiya Universitetinin tarix müəllimliyi fakültəsində oxumaq 2800 manat, Qafqaz Universitetində dünya iqtisadiyyatı, biznesin idarə edilməsi kimi fakültələrdə isə bu qiymət 4400 manatdır. Qiymətləri görürsünüz də... Orta aylıq əməkhaqqı 298 manat olan Azərbaycan vətəndaşı övladının bir illik təhsilinə 4400 manat ödəməlidir. Elə bil ali məktəblər dönüb olub peşə kursları. Üstəlik, bunun üçün əlavə pul da istəyirlər. Bu yerdə dövlət hara baxır, maraqlıdır? Digər tərəfdən, ildən-ilə artan təhsil haqqının müqabilində onun keyfiyyəti də artırmı? Bəlkə bu bir il ərzində müəllimlər rüşvətin daşını atıb, zaçot-imtahanlara rüşvət vermək istəyən tələbənin əlini-dilini kəsiblər, xəbərimiz yox? Yaxşılaşan nə var ki, ona da qarşılıq təhsil haqqı artıb, anlamıram. Axı heç kəsə sirr deyil ki, büdcə vəsaitinin 10,5 faizi ali məktəblər üçün nəzərdə tutulub. Buna baxmayaraq, ali məktəblərimizin adları dünya ali məktəblərinin reytinq cədvəlində yoxdur. Azərbaycanda ali təhsil beynəlxalq standartlara müvafiq olmadığından bizim diplomları heç qonşu Türkiyədə də tanımırlar. Çünki onların heç biri attestasiyadan keçməyib. Bəs hara gedir camaatın cibindən silinən o təhsil pulları? Niyə səviyyə artmaq əvəzinə aşağı düşür? Xalqın uşağını imtahan qapılarında süründürüb, sonra da 80-90 nəfəri qaçqın yataqxanasını xatırladan bir auditoriyaya toplamaqları bir yana, üstəlik, buna görə pul da istəyirlər. Osmanlılar demiş, pəs doğrusu... Bəs harada qaldı vətəndaşların təhsil alma hüququ, seçim imkanı? Moşunun sözü olmasın, Nizami, Füzuli, Nəsimi... hamısı kasıb balası olmayıbmı? Bəs indi niyə ölkənin aztəminatlı təbəqəsinin təhsil hüququ əlindən alınır? Bəlkə onların arasından da gələcəyin dahiləri, məşhurları çıxacaq? Niyə indidən qapını onların üzünə qapadaq? Ödənişli təhsilin son 17 ildə 10 faizdən 70 faizə qədər sürətlə artdığını nəzərə alsaq, yaxın bir neçə ildə «analoqu olmayan şəkildə» 100 faizə çatacağına da şübhəniz olmasın. Mən ölü, siz diri... Yəqin ki, Türkiyə kinematoqrafiyasının şedevrlərindən olan «Hababam sınıfı» filmlərinə baxmısınız. Filmdə məktəbin direktoru hansısa şagirddən narazı olduğu üçün onun qovulmasını tələb edən müavini Mahmud hocaya aşağıdakı şəkildə etiraz edirdi: «Hər çocuq kaç para ediyor, hocam, biliyormusunuz?», «Sizin üzünüzdən bu dükanı qapadayımmı?» 10-15 il əvvəl bu cümlələri eşidəndə təəccüblənməklə yanaşı (hələ o vaxt bizdə ödənişli təhsil bu qədər vüsət tapmamışdı), doyunca gülürdük də. İndi nə gülməyin yeri qalıb, nə də təəccüblənməyin. Çünki az qala ali məktəb rektorlarının yarısı həmin direktorun gününə düşüb. Hərə öz dükanının hayındadır. Maraqlıdır, bu dükanda tələbənin adını necə çağıraq? 744 dəfə baxılıb
|
[18.12.2009] - “BOMBA” MƏMUR [14.12.2009] - ŞAİR SÖZÜ, ƏLBƏTTƏ, YALANDIR [13.12.2009] - QƏHRƏMAN OLMAQ ÜÇÜN LAYİHƏ [11.12.2009] - NOVRUZƏLİNİN “E-MƏKTUB”u [07.12.2009] - YOL VERİN, QUDAM GƏLİR [05.12.2009] - KÖTƏYİ CƏNNƏTƏ GERİ YOLLADIQ [02.12.2009] - BAYRAM BİTDİ, YAŞAMAĞA DAVAM! [25.11.2009] - QIZ QIZILA DÖNÜB... [23.11.2009] - AY CAN, AY CAN, QİYAMƏTDİ! [22.11.2009] - HEPİMİZ DOMUZ QRİPİYİZ! [20.11.2009] - CIRTDANIN NƏNƏSİ VƏ BİZİM YAĞ YAXMAMIZ [16.11.2009] - DESƏM, ÖLDÜRƏRLƏR... [15.11.2009] - HAMI YANLIŞ ANLAYIR [13.11.2009] - KİMDƏ ARTIQ MASKA VAR? [10.11.2009] - “QAYNAR XƏTT”in SOYUQ DUŞ EFFEKTİ [08.11.2009] - HƏR ŞEYDƏ BİR AZ “YENİ MÜSAVAT”... [05.11.2009] - DONUZLA SOVRULANLAR... [02.11.2009] - QANIMIZI İÇƏNLƏR [01.11.2009] - EVDƏKİ, BİZİMKİ VƏ YA KÜLFƏT SÖHBƏTİ... [31.10.2009] - QOCALMAYAN KÖŞƏ YAZARLARI... [26.10.2009] - BİR İRƏLİ, BİR GERİ-YERİMİZDƏ SAYIRIQ [25.10.2009] - SUXARI FALI [22.10.2009] - UŞAQLAR VAR, ŞƏRAİT YOX? [19.10.2009] - MÖVZU BOL OLARSA... [18.10.2009] - BƏS QONAQPƏRVƏR İDİK, NƏ OLDU? [15.10.2009] - İŞLƏR YAĞ KİMİ GETMƏYƏNDƏ... [12.10.2009] - ƏZİZİM ƏZİZ... [11.10.2009] - MANIS - CÜMLƏ XƏYANƏTLƏRƏ BAİS? [08.10.2009] - DAHA MƏNİ GÖZLƏMƏ... [05.10.2009] - İCTİMAİ İŞDƏN BOZBAŞA... [28.09.2009] - G20 TOPLANTISININ “OTELLO”ları [27.09.2009] - DANIŞMIRAM, ƏL ÇƏKİN! [24.09.2009] - YAĞMA YAĞIŞ, YAĞMA YAĞIŞ... [20.09.2009] - YETİM ƏLİNDƏ QOĞAL? [19.09.2009] - BİZİM CEMİ KİM TAPACAQ? [15.09.2009] - QIZIMA... [13.09.2009] - HEY, TAKSİ! [07.09.2009] - 17 İDİ, 18 OLDU... [06.09.2009] - ÜZRÜ QƏBAHƏTİNDƏN BETƏR [31.08.2009] - OKSFORDA, YOXSA BAKI MƏKTƏBİNƏ? [30.08.2009] - OĞRU DA SUÇLU DEYİLSƏ... [27.08.2009] - 2179 AZƏRBAYCANLIYA 1 KİTAB! [24.08.2009] - ÖLƏCƏKSƏN, VƏSSALAM! [21.08.2009] - YIXILIN O BİRİ TƏRƏFƏ [17.08.2009] - MEYMUNU UNUT! [13.08.2009] - KASIBIN SEVİMLİ EŞŞƏYİ [10.08.2009] - ŞEYX NƏSRULLAH GƏLƏNƏDƏK... [02.08.2009] - NƏRDƏ O ƏSKİ GÜNLƏR? [01.08.2009] - ÜNVANIMIZA DEYİLƏN “DÜÜÜT”lü SÖYÜŞLƏR [26.07.2009] - AÇARSIZ AÇIQLAMALAR... [23.07.2009] - “MEDİA AÇARI” İLƏ BAĞLANAN QAPILAR [20.07.2009] - HADİSƏ DANIŞANDA [19.07.2009] - İLDƏ BİR DƏFƏ... [16.07.2009] - ŞƏN OĞLANLAR [13.07.2009] - JURNALİSTLƏRİN QUL BAZARI [06.07.2009] - İMTAHAN BAYRAMI [03.07.2009] - GECƏ 12-dən SONRA... [29.06.2009] - SAĞLIĞINDA KOR FATMA... [28.06.2009] - BU NÖMRƏYƏ ZƏNG ÇATMIR... [22.06.2009] - BAYRAMSIZ QALAN BABALAR, VAY! [15.06.2009] - QURDLU GİLAS PROJESİ [11.06.2009] - KARTOFU JURNALİSTƏ BÜKƏNDƏ... [08.06.2009] - VƏTƏN MƏNƏ OĞUL DEYİB(?!) [04.06.2009] - QADIN ŞAPALAĞI [01.06.2009] - ÜRƏYİ YANAN, GƏL BƏRİ! [28.05.2009] - MONİTORİNQ HƏVƏSKARLARINA “FƏHLƏ” TÖVSİYYƏSİ [25.05.2009] - XORUZUN QUYRUĞU... [21.05.2009] - QIZIL SAAT VƏ “SON ZƏNG” ŞOUSU... [18.05.2009] - AVROPAYA DAHA BİR ADDIM? [14.05.2009] - NAĞIL BİTDİ... [12.05.2009] - ƏLLƏRİMDƏ ÇİÇƏKLƏR... [07.05.2009] - PEŞƏKARLIQ MÜHAZİRƏSİ [04.05.2009] - QATİL DƏ TELEVİZOR İZLƏYİR... [27.04.2009] - GEDƏK BİZ OLMAYAN YERƏ... [23.04.2009] - NİZAMİNİN ADAŞI [20.04.2009] - JURNALİSTDİ, QOYMA GƏLDİ! [16.04.2009] - ONUN ŞƏFQƏTLİ ƏLLƏRİ... [13.04.2009] - VOLAND BARMAĞI... [06.04.2009] - TV NAZİRİNİ DANLAYANDA... [02.04.2009] - ZARAFATSIZ... [30.03.2009] - YARIMÇIQ YUXU... [26.03.2009] - FATI, OTUR, FATI, DUR... [16.03.2009] - METRODA BOMBA RABATAY... [12.03.2009] - ƏSAS ODU Kİ... [05.03.2009] - OBAMANIN BİR GÜNÜ... [02.03.2009] - YARIM QAZAN MAKARON... [27.02.2009] - BUZ KİMİ 8 MART HƏDİYYƏSİ [23.02.2009] - AYNƏN ÖYLƏ... [18.02.2009] - NAĞILÇI MƏNTİQİ [16.02.2009] - 11 STANSİYALIQ XİLAS YOLU [09.02.2009] - ATALARA MƏZUNİYYƏT, ANALARA İSTİRAHƏT! [05.02.2009] - AZƏRBAYCAN - ƏN BÖYÜK QƏZZA... [03.02.2009] - YARIYA QƏDƏR DOLU STƏKANA YENİ BAXIŞ... [26.01.2009] - TƏR-Bİ-YƏ-Çİ! [23.01.2009] - İMİC HEÇ NƏDİR, SUSUZLUQ HƏR ŞEY? [19.01.2009] - KLİPLƏRDƏN KOROĞLU NƏRİLTİSİ EŞİDİLƏCƏK [16.01.2009] - GÜNAH HƏMİŞƏ DÖYÜLƏNDƏDİR? [12.01.2009] - O ƏJDAHADAN BİZDƏ OLMAYACAQ [08.01.2009] - İKİ AKİFİN İKİ YÜZ FƏRQİ... [06.01.2009] - 6 YANVAR ÇATANDA... [29.12.2008] - ÖKÜZ APTEKƏ BAXAN KİMİ... [25.12.2008] - MƏNƏ BAXMA, ADIMI ÇƏKMƏ, BARƏMDƏ DÜŞÜNMƏ... [22.12.2008] - KAMERAYA ƏL YELLƏYİN... [19.12.2008] - SAXLA, DÜŞƏN VAR [16.12.2008] - 40 “RAZMER” AYAQQABI [11.12.2008] - BİR AXŞAM ƏLƏT ÇÖLÜNDƏ... [08.12.2008] - FONDA ŞƏN MUSİQİ... [04.12.2008] - DÜNYANIN QORXDUĞU CAVAN - NUŞİRƏVAN [01.12.2008] - NƏ SƏS-KÜYDÜR BU GÜN SİZDƏ, GÜLBADAM? [30.11.2008] - AVTOBUS YAVAŞ-YAVAŞ YANANDA... [27.11.2008] - JURNALİSTİN İTİNİ DƏ DİŞLƏYİRLƏR [24.11.2008] - “LAZIM” QAPINI DÖYÜR... [20.11.2008] - EL ÜÇÜN AĞLAYANDA... [17.11.2008] - SƏN DƏ BİZİM MƏHƏLLƏDƏNSƏN... [14.11.2008] - YENƏ HƏMİN ANAR MÜƏLLİM BARƏDƏ... [13.11.2008] - “SƏNDƏN YAMAN NİGARANAM” [10.11.2008] - QEYRİ-ELİT SÖHBƏT... [03.11.2008] - DANIŞIR BAYQUŞLAR... [02.11.2008] - MİRZƏ SAKİTİ EVİNƏ KÖÇÜRÜN... ƏVVƏLKİ YAZILARI
|