03 sentyabr 2010
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Sevinc TELMANQIZI Yazara məktub göndər

ŞEYX NƏSRULLAH GƏLƏNƏDƏK...

Bir neçə gündür ekstrasens Zirəddin Rzayevlə mətbuat arasında gedən davanı diqqətlə izləyirəm. Demək, «Bakı xəbər» qəzetinin onunla bağlı məqaləsi, ekspertlərdən bu mövzuda öyrəndiyi rəy böyük bir qalmaqalın təməlini qoyub.
Qəzet yazıb ki, ekstrasens «son zəng» günü Bakıda terror həyata keçiriləcəyi, kütləvi insan tələfatı olacağı barədə proqnoz verib, nəticədə isə məzunların Milli Parka axışmasına mane olub. Hətta Zirəddin bəyin bu məsələ ilə bağlı polis orqanlarına əvvəlcədən xəbərdarlıq etdiyi də yazılanlar sırasındadır. Bir sözlə, ekstrasensi hökumətlə əlbir olmaqda suçlayıb. Sonuncu da eləmə tənbəllik, qəzeti məhkəməyə verəcəyi ilə hədələyir, onu «KİV haqqında» qanunun normalarına əməl etməməkdə ittiham edir və sair... Nəticə? Adamı heyrət bürüyür. Yəni bu qədərmi mövhumatın əsirinə çevrilmişik? Ekstrasens, falçı, astroloq proqnozları doğrudanmı həyatımızın mərkəzi nöqtəsinə çevrilib? Ciddi, köklü səbəblər qalıb bir tərəfdə, hər şeyin təməlində bir ekstrasens əli axtarırıq...
Tamam, biz ölkənin ən ciddi qəzetini əlimizə alan kimi öncə 16-cı səhifəsinə gözümüzü zilləyib, bürcümüzdə bizi gözləyənlərlə maraqlanan millətik. İşimiz dara düşəndə falçı qapısını döyməyi, türk qəhvəsi içən kimi stəkanımızı ağzı üstə qoyub, «nəysə halım, çıxsın falım» deməyi də bacarırıq. Bəzi yerli telekanalların axşamlar efirə çıxan astroloqlarına telefon açıb, «başımıza nə iş gələcəyini» də öyrənməklə ad çıxarmışıq. Amma bu qədər də yox axı...
Özünütənqid olmasın, amma 21-ci əsrin şıdırğı dövrlərində hələ də Məhəmmədhəsən əmi kimi sadəlövhük. Hələ də hamımız ovcumuz qaşınanda pul gələcəyini, qulağımız cingildəyəndə, yanağımız pörtəndə kiminsə haqqımızda danışdığını, gözümüz səyriyəndə qonaq gələcəyini yalan olmasın «Quran» ayəsi kimi qəbul edənlərdənik. Məsələn, onu da əzbər bilirik ki, uşaqlıqda kiminsə yuxarı damaqdakı iki dişi aralıdırsa, o, gələcəkdə varlı olacaq, tərs dönmüş ayaqqabı uğursuzluq gətirir, gecə ötən bayquş pis xəbərin, qabağımızdan keçən pişik isə böyük bir uğursuzluğun carçısıdır. Zarafatsız, bu qədər «strateji» məlumatı beyində saxlamaq hər igidin işi deyil.
Bu yaxınlarda həmkarlarımızdan biri pirlərdən reportaj hazırlamışdı. Orda oxumuşdum ki, bu dəqiqə pirə üz tutanların böyük əksəriyyəti abituriyentlərdir. Hətta onlardan biri avtobusdan düşüb, sürünə-sürünə pirə tərəf gedibmiş. Neyçün ki, əhdi varmış. Hələ mən itiyi olanlar, borca düşənlər, nə bilim mənzil davası olanları demirəm. İnsanlar real aləmdən, faktlardan aralı düşüb. İndi heç kəs bunların həlli üçün polisə, bələdiyyəyə, nə bilim əlaqədar strukturlara inanmır, bel bağlamır. Onlar artıq bir qayda olaraq, ümidlərini inanclarına bağlayıblar. Mən insanların seçiminə böyük sayğı ilə yanaşanlardanam. Kim necə xoşbəxtdirsə, elə də yaşamalıdır. Amma bu məqamda suçu onların üstünə atmağın tərəfdarı deyiləm. Ölkə artıq o vəziyyətə çatıb ki, millətin əli hər şeydən üzülüb. Falçı, ekstrasens qapısı pənah yeri olub.
Razılaşıram ki, bu tip şəxslər xaricdə də populyardır, hətta Amerika kimi ölkələrdə insanlar ekstrasens qapısında növbəyə düzülürlər. Amma vallah-billah, oralarda bu, bir əyləncədən uzağa getmir. Adamlar adrenalinlərini artırmaq üçün baş vururlar o qapılara. Nə bilim ruh çağırırlar, beş il sonra arıqlayıb-arıqlamayacaqları ilə filan maraqlanırlar. Amma bizdə maşallah yekə-yekə dövlət məmurları da falçı qapısını yağır ediblər. Bir dəfə yazmışam, fikrimi möhkəmləndirməkçün qoy bir dəfə də təkrarlayım: yaşadığımız kasıb binanın qabağı hər gün «zerkalnı» nömrəli, inomarka maşınlarla dolub-daşanda təəccübümü gizlədə bilmirdim. Bu kasıb-kusub hara, bu maşınlar hara? Qısa araşdırmadan sonra öyrəndim ki, bu məmurlar, varlılar qonşumuzdakı falçının müsafirləriymiş. Kimi kreslosunu itirmək təhlükəsi, kimi sənədləşmədə yol verdiyi qüsur, bir başqası isə kadrlarından konkret hansının ona xəyanət etdiyini öyrənmək marağı ilə üz tuturmuş qonşumuza. Hamısı da qara eynəklərini gözünə taxıb, heç kəsin onları görməməsinə çalışırdılar. Təsəvvür edin, camaatın taleyi onların əlindədir, onlarınkı isə falçının. Belə bir məmləkətdə ekstrasens Zirəddinin dediklərindən necə uzaqgedən nəticələr çıxarmayasan?
Bu gedişlə az sonra Şeyx Nəsrullahlara da inanmağa başlayacağıq, onların dirildəcəyi ölülərə də. O günlərdə görüşənədək!

766 dəfə baxılıb

[30.08.2010] - HƏFTƏBECƏR

[26.08.2010] - SƏN MARSDAN GƏLMİSƏN?

[15.08.2010] - NERDE O ESKİ RAMAZANLAR...

[09.08.2010] - TƏMİZ AYAQ SÖHBƏTİ

[07.08.2010] - ADAM İTİ DİŞLƏYƏNDƏ...

[01.08.2010] - BU DA SİZƏ FACEBOOK

[29.07.2010] - CAZİBƏMİZ DƏ VAR

[28.07.2010] - EVLƏRİ KÖNDƏLƏN YAR

[22.07.2010] - BU DA BELƏ BİR GÜN

[19.07.2010] - EHTİYATLI OLUN - MÜKAFAT ALA BİLƏRSİZ!

[18.07.2010] - CƏMİYYƏT BELƏ İSTƏYİR...

[15.07.2010] - KOD ADI TƏLƏBƏ...

[12.07.2010] - BİR LİMAN, BİR DƏNİZ...

[11.07.2010] - ÇƏKİRƏM HAAA...

[05.07.2010] - OVUC İÇİ QƏDƏR...

[04.07.2010] - ODDA YANAN, SUDA BATAN...

[01.07.2010] - MƏRDİMAZAR AZ İDİ...

[28.06.2010] - MƏNFİ YÜKLÜ DƏNİZ...

[25.06.2010] - ARI KİMİ...

[21.06.2010] - 8 TƏLƏBƏYƏ 9 NÖV PLOV

[20.06.2010] - HÖKMDARIN HÜZURUNDA...

[19.06.2010] - YAYI YOLA SALAQ?

[14.06.2010] - OPERATİV DƏDƏ QORQUD

[13.06.2010] - YADPLANETLİ DEMƏ...

[10.06.2010] - KİM DAHA ŞANSLI?

[07.06.2010] - 80-dən SONRA GƏLƏN XOŞBƏXTLİK

[06.06.2010] - 10 MİLYON AVRO...CUQ

[03.06.2010] - CANIMIZ YANMASIN...

[31.05.2010] - ÖTƏN GÜNƏ GÜN... ÇATAR, ÇATAR...

[30.05.2010] - BƏNÖVŞƏ, BƏNDƏ DÜŞƏ...

[26.05.2010] - ARAZ AŞIĞIMDAN, KÜR TOPUĞUMDAN

[23.05.2010] - GÖRMƏMİŞİN KƏŞFİ OLDU...

[20.05.2010] - MANYAKA HAQSIZLIQ ETMƏYƏK

[17.05.2010] - HAMIYA ÇİRKİN OLSAM DA...

[16.05.2010] - GƏZMƏYƏ.... HARA YAXŞI?

[13.05.2010] - ÇÖRƏYİ VER ÇÖRƏKÇİYƏ...

[10.05.2010] - O Kİ BELƏ OLDU?

[07.05.2010] - BELƏ “BİZ” OLMAQDANSA...

[03.05.2010] - BAĞ BELƏ, BOSTAN BELƏ

[02.05.2010] - ÖLMÜŞDÜ HİPPOKRAT...

[18.12.2009] - “BOMBA” MƏMUR

[14.12.2009] - ŞAİR SÖZÜ, ƏLBƏTTƏ, YALANDIR

[13.12.2009] - QƏHRƏMAN OLMAQ ÜÇÜN LAYİHƏ

[11.12.2009] - NOVRUZƏLİNİN “E-MƏKTUB”u

[07.12.2009] - YOL VERİN, QUDAM GƏLİR

[05.12.2009] - KÖTƏYİ CƏNNƏTƏ GERİ YOLLADIQ

[02.12.2009] - BAYRAM BİTDİ, YAŞAMAĞA DAVAM!

[25.11.2009] - QIZ QIZILA DÖNÜB...

[23.11.2009] - AY CAN, AY CAN, QİYAMƏTDİ!

[22.11.2009] - HEPİMİZ DOMUZ QRİPİYİZ!

[20.11.2009] - CIRTDANIN NƏNƏSİ VƏ BİZİM YAĞ YAXMAMIZ

[16.11.2009] - DESƏM, ÖLDÜRƏRLƏR...

[15.11.2009] - HAMI YANLIŞ ANLAYIR

[13.11.2009] - KİMDƏ ARTIQ MASKA VAR?

[10.11.2009] - “QAYNAR XƏTT”in SOYUQ DUŞ EFFEKTİ

[08.11.2009] - HƏR ŞEYDƏ BİR AZ “YENİ MÜSAVAT”...

[05.11.2009] - DONUZLA SOVRULANLAR...

[02.11.2009] - QANIMIZI İÇƏNLƏR

[01.11.2009] - EVDƏKİ, BİZİMKİ VƏ YA KÜLFƏT SÖHBƏTİ...

[31.10.2009] - QOCALMAYAN KÖŞƏ YAZARLARI...

[26.10.2009] - BİR İRƏLİ, BİR GERİ-YERİMİZDƏ SAYIRIQ

[25.10.2009] - SUXARI FALI

[22.10.2009] - UŞAQLAR VAR, ŞƏRAİT YOX?

[19.10.2009] - MÖVZU BOL OLARSA...

[18.10.2009] - BƏS QONAQPƏRVƏR İDİK, NƏ OLDU?

[15.10.2009] - İŞLƏR YAĞ KİMİ GETMƏYƏNDƏ...

[12.10.2009] - ƏZİZİM ƏZİZ...

[11.10.2009] - MANIS - CÜMLƏ XƏYANƏTLƏRƏ BAİS?

[08.10.2009] - DAHA MƏNİ GÖZLƏMƏ...

[05.10.2009] - İCTİMAİ İŞDƏN BOZBAŞA...

[28.09.2009] - G20 TOPLANTISININ “OTELLO”ları

[27.09.2009] - DANIŞMIRAM, ƏL ÇƏKİN!

[24.09.2009] - YAĞMA YAĞIŞ, YAĞMA YAĞIŞ...

[20.09.2009] - YETİM ƏLİNDƏ QOĞAL?

[19.09.2009] - BİZİM CEMİ KİM TAPACAQ?

[15.09.2009] - QIZIMA...

[13.09.2009] - HEY, TAKSİ!

[07.09.2009] - 17 İDİ, 18 OLDU...

[06.09.2009] - ÜZRÜ QƏBAHƏTİNDƏN BETƏR

[31.08.2009] - OKSFORDA, YOXSA BAKI MƏKTƏBİNƏ?

[30.08.2009] - OĞRU DA SUÇLU DEYİLSƏ...

[27.08.2009] - 2179 AZƏRBAYCANLIYA 1 KİTAB!

[24.08.2009] - ÖLƏCƏKSƏN, VƏSSALAM!

[21.08.2009] - YIXILIN O BİRİ TƏRƏFƏ

[17.08.2009] - MEYMUNU UNUT!

[13.08.2009] - KASIBIN SEVİMLİ EŞŞƏYİ

[06.08.2009] - ALİ MƏKTƏB DÜKANLARI

[02.08.2009] - NƏRDƏ O ƏSKİ GÜNLƏR?

[01.08.2009] - ÜNVANIMIZA DEYİLƏN “DÜÜÜT”lü SÖYÜŞLƏR

[26.07.2009] - AÇARSIZ AÇIQLAMALAR...

[23.07.2009] - “MEDİA AÇARI” İLƏ BAĞLANAN QAPILAR

[20.07.2009] - HADİSƏ DANIŞANDA

[19.07.2009] - İLDƏ BİR DƏFƏ...

[16.07.2009] - ŞƏN OĞLANLAR

[13.07.2009] - JURNALİSTLƏRİN QUL BAZARI

[06.07.2009] - İMTAHAN BAYRAMI

[03.07.2009] - GECƏ 12-dən SONRA...

[29.06.2009] - SAĞLIĞINDA KOR FATMA...

[28.06.2009] - BU NÖMRƏYƏ ZƏNG ÇATMIR...

[22.06.2009] - BAYRAMSIZ QALAN BABALAR, VAY!

[15.06.2009] - QURDLU GİLAS PROJESİ

[11.06.2009] - KARTOFU JURNALİSTƏ BÜKƏNDƏ...

[08.06.2009] - VƏTƏN MƏNƏ OĞUL DEYİB(?!)

[04.06.2009] - QADIN ŞAPALAĞI

[01.06.2009] - ÜRƏYİ YANAN, GƏL BƏRİ!

[28.05.2009] - MONİTORİNQ HƏVƏSKARLARINA “FƏHLƏ” TÖVSİYYƏSİ

[25.05.2009] - XORUZUN QUYRUĞU...

[21.05.2009] - QIZIL SAAT VƏ “SON ZƏNG” ŞOUSU...

[18.05.2009] - AVROPAYA DAHA BİR ADDIM?

[14.05.2009] - NAĞIL BİTDİ...

[12.05.2009] - ƏLLƏRİMDƏ ÇİÇƏKLƏR...

[07.05.2009] - PEŞƏKARLIQ MÜHAZİRƏSİ

[04.05.2009] - QATİL DƏ TELEVİZOR İZLƏYİR...

[27.04.2009] - GEDƏK BİZ OLMAYAN YERƏ...

[23.04.2009] - NİZAMİNİN ADAŞI

[20.04.2009] - JURNALİSTDİ, QOYMA GƏLDİ!

[16.04.2009] - ONUN ŞƏFQƏTLİ ƏLLƏRİ...

[13.04.2009] - VOLAND BARMAĞI...

[06.04.2009] - TV NAZİRİNİ DANLAYANDA...

[02.04.2009] - ZARAFATSIZ...

[30.03.2009] - YARIMÇIQ YUXU...

[26.03.2009] - FATI, OTUR, FATI, DUR...

[16.03.2009] - METRODA BOMBA RABATAY...

[12.03.2009] - ƏSAS ODU Kİ...

[05.03.2009] - OBAMANIN BİR GÜNÜ...

[02.03.2009] - YARIM QAZAN MAKARON...

[27.02.2009] - BUZ KİMİ 8 MART HƏDİYYƏSİ

[23.02.2009] - AYNƏN ÖYLƏ...

[18.02.2009] - NAĞILÇI MƏNTİQİ

[16.02.2009] - 11 STANSİYALIQ XİLAS YOLU

[09.02.2009] - ATALARA MƏZUNİYYƏT, ANALARA İSTİRAHƏT!

[05.02.2009] - AZƏRBAYCAN - ƏN BÖYÜK QƏZZA...

[03.02.2009] - YARIYA QƏDƏR DOLU STƏKANA YENİ BAXIŞ...

[26.01.2009] - TƏR-Bİ-YƏ-Çİ!

[23.01.2009] - İMİC HEÇ NƏDİR, SUSUZLUQ HƏR ŞEY?

[19.01.2009] - KLİPLƏRDƏN KOROĞLU NƏRİLTİSİ EŞİDİLƏCƏK

[16.01.2009] - GÜNAH HƏMİŞƏ DÖYÜLƏNDƏDİR?

[12.01.2009] - O ƏJDAHADAN BİZDƏ OLMAYACAQ

[08.01.2009] - İKİ AKİFİN İKİ YÜZ FƏRQİ...

[06.01.2009] - 6 YANVAR ÇATANDA...

[29.12.2008] - ÖKÜZ APTEKƏ BAXAN KİMİ...

[25.12.2008] - MƏNƏ BAXMA, ADIMI ÇƏKMƏ, BARƏMDƏ DÜŞÜNMƏ...

[22.12.2008] - KAMERAYA ƏL YELLƏYİN...

[19.12.2008] - SAXLA, DÜŞƏN VAR

[16.12.2008] - 40 “RAZMER” AYAQQABI

[11.12.2008] - BİR AXŞAM ƏLƏT ÇÖLÜNDƏ...

[08.12.2008] - FONDA ŞƏN MUSİQİ...

[04.12.2008] - DÜNYANIN QORXDUĞU CAVAN - NUŞİRƏVAN

[01.12.2008] - NƏ SƏS-KÜYDÜR BU GÜN SİZDƏ, GÜLBADAM?

[30.11.2008] - AVTOBUS YAVAŞ-YAVAŞ YANANDA...

[27.11.2008] - JURNALİSTİN İTİNİ DƏ DİŞLƏYİRLƏR

[24.11.2008] - “LAZIM” QAPINI DÖYÜR...

[20.11.2008] - EL ÜÇÜN AĞLAYANDA...

[17.11.2008] - SƏN DƏ BİZİM MƏHƏLLƏDƏNSƏN...

[14.11.2008] - YENƏ HƏMİN ANAR MÜƏLLİM BARƏDƏ...

[13.11.2008] - “SƏNDƏN YAMAN NİGARANAM”

[10.11.2008] - QEYRİ-ELİT SÖHBƏT...

[03.11.2008] - DANIŞIR BAYQUŞLAR...

[02.11.2008] - MİRZƏ SAKİTİ EVİNƏ KÖÇÜRÜN...

ƏVVƏLKİ YAZILARI

Yeni MÜSAVAT © 2008