03 sentyabr 2010
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Sevinc TELMANQIZI Yazara məktub göndər

KASIBIN SEVİMLİ EŞŞƏYİ

Bəlkə yaşım çatmadığı üçün belə danışıram. Amma məncə, Bakı əhli tarix boyunca builki qədər ağır su sınağına çəkilmədi. İyun ayı təqvimə qədəm qoyan gündən paytaxtın rayonlarında növbə ilə suyu kəsdilər.
Gün gəldi ki, bəzi məhəllə və rayonlara su gecə 2-dən sonra, cəmi bir neçə saat verildi, bir neçə həftə günaşırı sistem tətbiq olundu. Bakının «xoşbəxtlər məhəlləsi» də yarandı bu aralar, «gözüqıpıqlar məhəlləsi» də. Birincilərdə daha çox «ağ adam»ların yaşadığından hökumət onların suyunu kəsməyə sadəcə, risk etmədi. Neyçün ki, sonuncuların bu hərəkət qarşısında Polad Alemdar sayağı bəzi məmurların «həyatını kəsə biləcəyi» ehtimalını gözdən qaçırmadılar. Gözüqıpıqlar isə elə adından da göründüyü kimi, gözü qıpıq vəziyyətə salınan kasıbların məskunlaşdığı məhəllələr idi.
Sadəcə, ssenari hər il eyni olduğu halda, «baş rejissor» bu ssenarini doğuran səbəbləri hər dəfə dəyişdirir. Məsələn, iki il əvvəl «Azərsu»nun «Azərenerji»yə borcu vardı deyə, sonuncu işıqları kəsmiş və əhaliyə su verilməsi dayandırılmışdı. Ötən il şəhərə çəkilən su borularında partlama olmuşdu, bu il isə məlum oldu ki, su xətləri yenilənir. Görürsüz, bircə səbəbə görə də «mıqq» eləmək olmur, hamısı «daşdan keçəndi». Uzaqbaşı dodaq altında mızıldanmaq olar ki, balam, bəs bu qədər göydələni tikəndə bilmirsiniz ki, bədbəxt boru buna davam gətirəcək, ya yox?
Mızıldanmaq demiş, mən bu susuz günlərdə bir dəfə də olsun şəhər sakinlərinin, cəhənnəm, ayrı-ayrı məhəllə sakinlərinin etiraz aksiyası keçirdiyini görmədim. Zarafat deyil ey, insanları həyat mənbəyindən məhrum edirlər. Halbuki özgə vaxt o məşhur sitatı gözümüzə soxurlar ki, bəs xəbəriniz olsun, su həyat mənbəyiymiş. Nəsə, deməyim o ki, cəmi bir-iki qonşu «JEK»-in qabağında çığır-bağır saldı və məsələ bitdi. Uzaqbaşı onlara da deyildi ki, qonşularınızın yarısı su borcunu ödəmədiyi üçün bütöv məhəllənin suyu kəsilib. Öz aramızdı, bu səbəb bizlər üçün o qədər strateji əhəmiyyət kəsb edir ki, səsimizi də çıxara bilmirik. Müsəlmançılıqdı, neyləyəsən, gedib hansı qonşunun üzünə durasan ki, niyə su pulunu vermirsən? Yəni, insanlar bir-birindən xəbərsiz, bir-birinə jest edə-edə yayın qovurucu günlərini başa vurmağa qərar verdilər. Hərdənbir də mənim kimi qonşu jurnalistləri gözüqıpıq elədilər ki, nə günün qəzetçisisən, öyrən gör, bu suyu niyə kəsiblər? Denən, su gəlməsə qəzetdə yazaram. (Amma inandığımız haqqı, bu sözü deyənlərin bircəciyi həmin qəzeti əlinə alıb oxumaz ki, görəsən, mən o yazını yazdım, ya yox. Halbuki elə yay girəndən ən çox bu sosial mövzuya müraciət edirik - S.T)
Yay boyu fikir verdim, camaatın başına itin oyununu açdılar. Bir dəfə yazmışam, müəyyən periodlarda müəyyən rayonlara suyu gecə saat 3-dən, «seçilmiş»lərə isə 12-dən sonra verdilər. Camaat üçün həyat bu saatlardan sonra başladı,  ailə-uşaq bayquşsayağı gecə həyatı yaşamağa məhkum edildi. Soruş gör, bircəciyinin cınqırı çıxdımı? Uzaqbaşı dedilər ki, əşşi, buna da şükür, verməsələr, neyləyəcəkdik? Yəni, təsəvvür et, bu ölkədə sənin səsini də əlindən alırlar, təhsil, müalicə hüququnu da, normal yaşayış standartlarını da. Üstəlik, bundan sonra - üzüm ayağınızın altına - sənin saat neçədə, neçə dəqiqə çiməcəyini də həyasızcasına bunlar müəyyənləşdirirlər. Və sən yenə də deyirsən ki, buna da şükür... Artıq etiraz immunitetimiz tamam sıradan çıxıb, hər şeyə «bəçeşm» deməyə öyrədilmişik.
İndi gözümüz aydın, mənim və bəzi yaxınlarımın yaşadığı məhəllədə tam şadyanalıqdır. Məşhur məsəldəki kimi, artıq bizim küçədə də bayramdır. Suyla təmin olunma nisbətən normaya düşüb, qonşular həyatından məmnun vəE Nə qədər maraqlı olsa da, sonuncular hər gün şanlı hökumətə alqış yağdırmaqla məşğuldular. «Ay görüm bu hökuməti su kimi aydınlığa çıxsın» deyən tükəzban xalaların duaları göylərə ucalmaqdadır. Allah kasıbın sevimli eşşəyini itirtdirib, sonra özünə qaytarır məsəli bax burda yerinə düşür.
Biz belə, «kasıb» olmağa bir növ adətkarda olmuşuq. Neyləyək ki, başqa cür yaşamağı, sevinməyi bacarmırıq artıq...

814 dəfə baxılıb

[30.08.2010] - HƏFTƏBECƏR

[26.08.2010] - SƏN MARSDAN GƏLMİSƏN?

[15.08.2010] - NERDE O ESKİ RAMAZANLAR...

[09.08.2010] - TƏMİZ AYAQ SÖHBƏTİ

[07.08.2010] - ADAM İTİ DİŞLƏYƏNDƏ...

[01.08.2010] - BU DA SİZƏ FACEBOOK

[29.07.2010] - CAZİBƏMİZ DƏ VAR

[28.07.2010] - EVLƏRİ KÖNDƏLƏN YAR

[22.07.2010] - BU DA BELƏ BİR GÜN

[19.07.2010] - EHTİYATLI OLUN - MÜKAFAT ALA BİLƏRSİZ!

[18.07.2010] - CƏMİYYƏT BELƏ İSTƏYİR...

[15.07.2010] - KOD ADI TƏLƏBƏ...

[12.07.2010] - BİR LİMAN, BİR DƏNİZ...

[11.07.2010] - ÇƏKİRƏM HAAA...

[05.07.2010] - OVUC İÇİ QƏDƏR...

[04.07.2010] - ODDA YANAN, SUDA BATAN...

[01.07.2010] - MƏRDİMAZAR AZ İDİ...

[28.06.2010] - MƏNFİ YÜKLÜ DƏNİZ...

[25.06.2010] - ARI KİMİ...

[21.06.2010] - 8 TƏLƏBƏYƏ 9 NÖV PLOV

[20.06.2010] - HÖKMDARIN HÜZURUNDA...

[19.06.2010] - YAYI YOLA SALAQ?

[14.06.2010] - OPERATİV DƏDƏ QORQUD

[13.06.2010] - YADPLANETLİ DEMƏ...

[10.06.2010] - KİM DAHA ŞANSLI?

[07.06.2010] - 80-dən SONRA GƏLƏN XOŞBƏXTLİK

[06.06.2010] - 10 MİLYON AVRO...CUQ

[03.06.2010] - CANIMIZ YANMASIN...

[31.05.2010] - ÖTƏN GÜNƏ GÜN... ÇATAR, ÇATAR...

[30.05.2010] - BƏNÖVŞƏ, BƏNDƏ DÜŞƏ...

[26.05.2010] - ARAZ AŞIĞIMDAN, KÜR TOPUĞUMDAN

[23.05.2010] - GÖRMƏMİŞİN KƏŞFİ OLDU...

[20.05.2010] - MANYAKA HAQSIZLIQ ETMƏYƏK

[17.05.2010] - HAMIYA ÇİRKİN OLSAM DA...

[16.05.2010] - GƏZMƏYƏ.... HARA YAXŞI?

[13.05.2010] - ÇÖRƏYİ VER ÇÖRƏKÇİYƏ...

[10.05.2010] - O Kİ BELƏ OLDU?

[07.05.2010] - BELƏ “BİZ” OLMAQDANSA...

[03.05.2010] - BAĞ BELƏ, BOSTAN BELƏ

[02.05.2010] - ÖLMÜŞDÜ HİPPOKRAT...

[18.12.2009] - “BOMBA” MƏMUR

[14.12.2009] - ŞAİR SÖZÜ, ƏLBƏTTƏ, YALANDIR

[13.12.2009] - QƏHRƏMAN OLMAQ ÜÇÜN LAYİHƏ

[11.12.2009] - NOVRUZƏLİNİN “E-MƏKTUB”u

[07.12.2009] - YOL VERİN, QUDAM GƏLİR

[05.12.2009] - KÖTƏYİ CƏNNƏTƏ GERİ YOLLADIQ

[02.12.2009] - BAYRAM BİTDİ, YAŞAMAĞA DAVAM!

[25.11.2009] - QIZ QIZILA DÖNÜB...

[23.11.2009] - AY CAN, AY CAN, QİYAMƏTDİ!

[22.11.2009] - HEPİMİZ DOMUZ QRİPİYİZ!

[20.11.2009] - CIRTDANIN NƏNƏSİ VƏ BİZİM YAĞ YAXMAMIZ

[16.11.2009] - DESƏM, ÖLDÜRƏRLƏR...

[15.11.2009] - HAMI YANLIŞ ANLAYIR

[13.11.2009] - KİMDƏ ARTIQ MASKA VAR?

[10.11.2009] - “QAYNAR XƏTT”in SOYUQ DUŞ EFFEKTİ

[08.11.2009] - HƏR ŞEYDƏ BİR AZ “YENİ MÜSAVAT”...

[05.11.2009] - DONUZLA SOVRULANLAR...

[02.11.2009] - QANIMIZI İÇƏNLƏR

[01.11.2009] - EVDƏKİ, BİZİMKİ VƏ YA KÜLFƏT SÖHBƏTİ...

[31.10.2009] - QOCALMAYAN KÖŞƏ YAZARLARI...

[26.10.2009] - BİR İRƏLİ, BİR GERİ-YERİMİZDƏ SAYIRIQ

[25.10.2009] - SUXARI FALI

[22.10.2009] - UŞAQLAR VAR, ŞƏRAİT YOX?

[19.10.2009] - MÖVZU BOL OLARSA...

[18.10.2009] - BƏS QONAQPƏRVƏR İDİK, NƏ OLDU?

[15.10.2009] - İŞLƏR YAĞ KİMİ GETMƏYƏNDƏ...

[12.10.2009] - ƏZİZİM ƏZİZ...

[11.10.2009] - MANIS - CÜMLƏ XƏYANƏTLƏRƏ BAİS?

[08.10.2009] - DAHA MƏNİ GÖZLƏMƏ...

[05.10.2009] - İCTİMAİ İŞDƏN BOZBAŞA...

[28.09.2009] - G20 TOPLANTISININ “OTELLO”ları

[27.09.2009] - DANIŞMIRAM, ƏL ÇƏKİN!

[24.09.2009] - YAĞMA YAĞIŞ, YAĞMA YAĞIŞ...

[20.09.2009] - YETİM ƏLİNDƏ QOĞAL?

[19.09.2009] - BİZİM CEMİ KİM TAPACAQ?

[15.09.2009] - QIZIMA...

[13.09.2009] - HEY, TAKSİ!

[07.09.2009] - 17 İDİ, 18 OLDU...

[06.09.2009] - ÜZRÜ QƏBAHƏTİNDƏN BETƏR

[31.08.2009] - OKSFORDA, YOXSA BAKI MƏKTƏBİNƏ?

[30.08.2009] - OĞRU DA SUÇLU DEYİLSƏ...

[27.08.2009] - 2179 AZƏRBAYCANLIYA 1 KİTAB!

[24.08.2009] - ÖLƏCƏKSƏN, VƏSSALAM!

[21.08.2009] - YIXILIN O BİRİ TƏRƏFƏ

[17.08.2009] - MEYMUNU UNUT!

[10.08.2009] - ŞEYX NƏSRULLAH GƏLƏNƏDƏK...

[06.08.2009] - ALİ MƏKTƏB DÜKANLARI

[02.08.2009] - NƏRDƏ O ƏSKİ GÜNLƏR?

[01.08.2009] - ÜNVANIMIZA DEYİLƏN “DÜÜÜT”lü SÖYÜŞLƏR

[26.07.2009] - AÇARSIZ AÇIQLAMALAR...

[23.07.2009] - “MEDİA AÇARI” İLƏ BAĞLANAN QAPILAR

[20.07.2009] - HADİSƏ DANIŞANDA

[19.07.2009] - İLDƏ BİR DƏFƏ...

[16.07.2009] - ŞƏN OĞLANLAR

[13.07.2009] - JURNALİSTLƏRİN QUL BAZARI

[06.07.2009] - İMTAHAN BAYRAMI

[03.07.2009] - GECƏ 12-dən SONRA...

[29.06.2009] - SAĞLIĞINDA KOR FATMA...

[28.06.2009] - BU NÖMRƏYƏ ZƏNG ÇATMIR...

[22.06.2009] - BAYRAMSIZ QALAN BABALAR, VAY!

[15.06.2009] - QURDLU GİLAS PROJESİ

[11.06.2009] - KARTOFU JURNALİSTƏ BÜKƏNDƏ...

[08.06.2009] - VƏTƏN MƏNƏ OĞUL DEYİB(?!)

[04.06.2009] - QADIN ŞAPALAĞI

[01.06.2009] - ÜRƏYİ YANAN, GƏL BƏRİ!

[28.05.2009] - MONİTORİNQ HƏVƏSKARLARINA “FƏHLƏ” TÖVSİYYƏSİ

[25.05.2009] - XORUZUN QUYRUĞU...

[21.05.2009] - QIZIL SAAT VƏ “SON ZƏNG” ŞOUSU...

[18.05.2009] - AVROPAYA DAHA BİR ADDIM?

[14.05.2009] - NAĞIL BİTDİ...

[12.05.2009] - ƏLLƏRİMDƏ ÇİÇƏKLƏR...

[07.05.2009] - PEŞƏKARLIQ MÜHAZİRƏSİ

[04.05.2009] - QATİL DƏ TELEVİZOR İZLƏYİR...

[27.04.2009] - GEDƏK BİZ OLMAYAN YERƏ...

[23.04.2009] - NİZAMİNİN ADAŞI

[20.04.2009] - JURNALİSTDİ, QOYMA GƏLDİ!

[16.04.2009] - ONUN ŞƏFQƏTLİ ƏLLƏRİ...

[13.04.2009] - VOLAND BARMAĞI...

[06.04.2009] - TV NAZİRİNİ DANLAYANDA...

[02.04.2009] - ZARAFATSIZ...

[30.03.2009] - YARIMÇIQ YUXU...

[26.03.2009] - FATI, OTUR, FATI, DUR...

[16.03.2009] - METRODA BOMBA RABATAY...

[12.03.2009] - ƏSAS ODU Kİ...

[05.03.2009] - OBAMANIN BİR GÜNÜ...

[02.03.2009] - YARIM QAZAN MAKARON...

[27.02.2009] - BUZ KİMİ 8 MART HƏDİYYƏSİ

[23.02.2009] - AYNƏN ÖYLƏ...

[18.02.2009] - NAĞILÇI MƏNTİQİ

[16.02.2009] - 11 STANSİYALIQ XİLAS YOLU

[09.02.2009] - ATALARA MƏZUNİYYƏT, ANALARA İSTİRAHƏT!

[05.02.2009] - AZƏRBAYCAN - ƏN BÖYÜK QƏZZA...

[03.02.2009] - YARIYA QƏDƏR DOLU STƏKANA YENİ BAXIŞ...

[26.01.2009] - TƏR-Bİ-YƏ-Çİ!

[23.01.2009] - İMİC HEÇ NƏDİR, SUSUZLUQ HƏR ŞEY?

[19.01.2009] - KLİPLƏRDƏN KOROĞLU NƏRİLTİSİ EŞİDİLƏCƏK

[16.01.2009] - GÜNAH HƏMİŞƏ DÖYÜLƏNDƏDİR?

[12.01.2009] - O ƏJDAHADAN BİZDƏ OLMAYACAQ

[08.01.2009] - İKİ AKİFİN İKİ YÜZ FƏRQİ...

[06.01.2009] - 6 YANVAR ÇATANDA...

[29.12.2008] - ÖKÜZ APTEKƏ BAXAN KİMİ...

[25.12.2008] - MƏNƏ BAXMA, ADIMI ÇƏKMƏ, BARƏMDƏ DÜŞÜNMƏ...

[22.12.2008] - KAMERAYA ƏL YELLƏYİN...

[19.12.2008] - SAXLA, DÜŞƏN VAR

[16.12.2008] - 40 “RAZMER” AYAQQABI

[11.12.2008] - BİR AXŞAM ƏLƏT ÇÖLÜNDƏ...

[08.12.2008] - FONDA ŞƏN MUSİQİ...

[04.12.2008] - DÜNYANIN QORXDUĞU CAVAN - NUŞİRƏVAN

[01.12.2008] - NƏ SƏS-KÜYDÜR BU GÜN SİZDƏ, GÜLBADAM?

[30.11.2008] - AVTOBUS YAVAŞ-YAVAŞ YANANDA...

[27.11.2008] - JURNALİSTİN İTİNİ DƏ DİŞLƏYİRLƏR

[24.11.2008] - “LAZIM” QAPINI DÖYÜR...

[20.11.2008] - EL ÜÇÜN AĞLAYANDA...

[17.11.2008] - SƏN DƏ BİZİM MƏHƏLLƏDƏNSƏN...

[14.11.2008] - YENƏ HƏMİN ANAR MÜƏLLİM BARƏDƏ...

[13.11.2008] - “SƏNDƏN YAMAN NİGARANAM”

[10.11.2008] - QEYRİ-ELİT SÖHBƏT...

[03.11.2008] - DANIŞIR BAYQUŞLAR...

[02.11.2008] - MİRZƏ SAKİTİ EVİNƏ KÖÇÜRÜN...

ƏVVƏLKİ YAZILARI

Yeni MÜSAVAT © 2008