 |
Sevinc TELMANQIZI 
YIXILIN O BİRİ TƏRƏFƏ
|
Ötən gün bir tanış şikaytləndi ki, bəs qəzetləri açanda eyni simaları görməkdən bezib-usanıbmış. Sən demə, kor öz tutduğundan yapışdığı kimi biz jurnalistlər də eyni adamların ətəyindən yapışıb ora-bura sürünürmüşük. Oxucu da məcburən bizim arxamızca sürünürmüş. Hətta zarafata salıb dedi ki, filankəs bəydən (ad çəkib, bu ekspert qıtlığında onu da özümüzdən küsdürmək istəmirəm, qüsura baxmayın - S.T.) parkda, dağda, mətbəxdə, çimərlikdə... götürülən müsahibələrdən zinhara gəlibmiş.. İlin-günün bu vədəsində informasiya, müsahibə almaq üçün bütün qapılar üzünə bağlansın, bir ovuc ekspertin əsirinə dönəsən və bunun qabağında halına acımaq əvəzinə səni qınayıb, üzünə söz desinlər. Necə deyərlər, günahkar yenə də oğru deyil. Həmin tanışıma biz biçarə jurnalistlərin bir cümlə rəy almaq üçün nə əziyyət çəkdiyini, insanların işıq sürətilə mövqeyini dəyişdiyi üçün qəzetçilərdən köşə-bucaq qaçdığını deyəndə təbii ki, əlini yelləyib qulaq asmaq istəmədi. «Yenilərini tapın, atın bu köhnələri paslı arxivlərə. Tapa bilmirsiniz, yaradın... (əstağfürullah, biz Allahıq bəyəm?) Mən hər gün sizin qəzetə 40 qəpik verirəmsə, bunun əvəzini də istəmək haqqım var». Uzaqdan baxana döyüş asan gəlir, təbii. Bizi özümüzdən başqa anlayan yoxdur. Mən indi uzun-uzadı qələm əhlinin nə çəkdiyini yazıb baş ağrıtmaq istəmirəm. Onsuz da tələbkar oxucunu, məşhur məsəldə deyildiyi kimi, makaronun deşiyinin neçə açılması yox, onun süfrədəki halı maraqlandırır. Bunun nəticəsidi ki, guya hər gün köşkdən qəzet alan bir qisim oxucular belə hələ də elə bilir ki, Aqil Xəlil Parisdə yox, Qobustan türməsindədir. Bir sözlə, oxucu hazır məhsulla maraqlandığından mən də elə işlətdiyimiz bəzi məhsulların (bu yerdə ekspert, müsahib anlamında) hansı sürət və minvalla «brak» çıxdığını anlatmağa çalışacam. Öncə ondan başlayım ki, Azərbaycanda küçələr, parklar, nə bilim yollar qədər eyni sürətlə dəyişimə uğrayanların sırasında insanlar xüsusi yer tutur. Xüsusən də tanınmışlar. Bir də baxırsan dünənə qədər o məşhur məsəldə deyildiyi kimi, «rejimin üstünə yeriyən» adamın telefonuna zəng çatmır və ya sənin ondan soruşduğun suallar qəfil çəkildə gözünə «səviyyəsiz» görünür. Ya da ki, sən aydan soruşursan, o çaydan danışır. Axırda da qayıdır ki, bəs sən bilirsən, çay necə axır. Hörmətli həmkarım Şahvələd bəy onların diaqnozunu çox düzgün tapıb: "Danışa- danışa susanlar..." Bu dəyişimin səbəbini soruşursan, yüz dərədən su gətirirlər. Öz aləmlərində «tutarlı» arqument göstərməyə çalışırlar ki, bəs filankəs, bəhmənkəs niyə satıldı, ümidimiz qırıldı və mən də yaşamaq istəyirəm. Məşhur bir rejissorumuzun məşhur tezisində deyildiyi kimi, onların cəmi bir həyatı var və bu həyatı ürəkləri istəyən kimi keçirmək təbii haqlarıdır... Xoruzun quyruğu bax burda görünür. Məlum olur ki, bu arqumentin yiyələri elə ilk gündən mübarizəyə şəxsi məqsədləri üçün girişiblərmiş. Yaxın gələcəkdə pul, imtiyaz, ölüsü bir JEK müdiri olmağa hesablanıbmış bütün bu mübarizə. Zarafat deyil, adamlar demokratiya yolunda 5 il gözləyiblər. O «zalım» da gəlməyib və nəticədə adlayıblar çayın o biri tərəfinə. (Yeri gəlmişkən, bu mövqeyini dəyişən adamların sonradan dəyişən sifətinə də baxın. Onlar təəccüblü şəkildə sürətlə Siyavuş Novruzova, ya da Mübariz Qurbanlıya bənzəməyə başlayırlar, adamlarlın gözünün içinı dik baxa bilmirlər və sair- S.T.) Halbuki mübarizənln düsturu ən son adam qalana qədər təslim olmamaq, ağ bayraq qaldırmamaqdan keçir. Bizim bir qohum var, ayda-sənədə bir dəfə görüşürük. Hər dəfə də görüşəndə eyni sualı verir: «Balam, bəs deyil bu avtobuslarda, metrolarda süründünüz? Yıxılın da hökumət tərəfə...» İfadə çox düzgün tapılıb. Yı-xı-lın... Bunun başqa adı yoxdur. Büdrəyir, yıxılır, sonra da kiminsə sənə sədəqə kimi uzadacağı əli gözləyirsən. İndi Azərbaycanda yıxılmaq su içmək, hava udmaq kimi normaya çevrilib. Ən bərbadı isə odu ki, yıxılır və hamını inandırmağa çalışırsan ki, sən sadəcə dincini almaq üçün bardaş qurmusan. Bu yaxınlarda mətbuat qarışıq özünü də buna inandırmağa çalışan, bu barədə yazanları ittiham edən bir rejissorumuz vardı. Nəsə bir tədbirdə yolumuz kəsişdi. Dedi ki, haqqımda nə yazırsınıza düz yazırsınız, sizin məsələnin üstünə getməyiniz mənim işimin xeyrinədir. Siz yazmaqda davam edin, mənim inkarlarıma da fikir verməyin. İnşallah, axırı yaxşı olacaq... Həəə, bax bunları da yalan danışa-danışa qazananlara aid etmək olar. Görürsünüzmü, Azərbaycanda hər gün yeni bir insan tipi meydana gəlir. Sonra da oxucu bizi qınayır ki, niyə eyni ekspertlər eyni şeyləri deyirlər... 615 dəfə baxılıb
|
[30.08.2010] - HƏFTƏBECƏR [26.08.2010] - SƏN MARSDAN GƏLMİSƏN? [15.08.2010] - NERDE O ESKİ RAMAZANLAR... [09.08.2010] - TƏMİZ AYAQ SÖHBƏTİ [07.08.2010] - ADAM İTİ DİŞLƏYƏNDƏ... [01.08.2010] - BU DA SİZƏ FACEBOOK [29.07.2010] - CAZİBƏMİZ DƏ VAR [28.07.2010] - EVLƏRİ KÖNDƏLƏN YAR [22.07.2010] - BU DA BELƏ BİR GÜN [19.07.2010] - EHTİYATLI OLUN - MÜKAFAT ALA BİLƏRSİZ! [18.07.2010] - CƏMİYYƏT BELƏ İSTƏYİR... [15.07.2010] - KOD ADI TƏLƏBƏ... [12.07.2010] - BİR LİMAN, BİR DƏNİZ... [11.07.2010] - ÇƏKİRƏM HAAA... [05.07.2010] - OVUC İÇİ QƏDƏR... [04.07.2010] - ODDA YANAN, SUDA BATAN... [01.07.2010] - MƏRDİMAZAR AZ İDİ... [28.06.2010] - MƏNFİ YÜKLÜ DƏNİZ... [25.06.2010] - ARI KİMİ... [21.06.2010] - 8 TƏLƏBƏYƏ 9 NÖV PLOV [20.06.2010] - HÖKMDARIN HÜZURUNDA... [19.06.2010] - YAYI YOLA SALAQ? [14.06.2010] - OPERATİV DƏDƏ QORQUD [13.06.2010] - YADPLANETLİ DEMƏ... [10.06.2010] - KİM DAHA ŞANSLI? [07.06.2010] - 80-dən SONRA GƏLƏN XOŞBƏXTLİK [06.06.2010] - 10 MİLYON AVRO...CUQ [03.06.2010] - CANIMIZ YANMASIN... [31.05.2010] - ÖTƏN GÜNƏ GÜN... ÇATAR, ÇATAR... [30.05.2010] - BƏNÖVŞƏ, BƏNDƏ DÜŞƏ... [26.05.2010] - ARAZ AŞIĞIMDAN, KÜR TOPUĞUMDAN [23.05.2010] - GÖRMƏMİŞİN KƏŞFİ OLDU... [20.05.2010] - MANYAKA HAQSIZLIQ ETMƏYƏK [17.05.2010] - HAMIYA ÇİRKİN OLSAM DA... [16.05.2010] - GƏZMƏYƏ.... HARA YAXŞI? [13.05.2010] - ÇÖRƏYİ VER ÇÖRƏKÇİYƏ... [10.05.2010] - O Kİ BELƏ OLDU? [07.05.2010] - BELƏ “BİZ” OLMAQDANSA... [03.05.2010] - BAĞ BELƏ, BOSTAN BELƏ [02.05.2010] - ÖLMÜŞDÜ HİPPOKRAT... [18.12.2009] - “BOMBA” MƏMUR [14.12.2009] - ŞAİR SÖZÜ, ƏLBƏTTƏ, YALANDIR [13.12.2009] - QƏHRƏMAN OLMAQ ÜÇÜN LAYİHƏ [11.12.2009] - NOVRUZƏLİNİN “E-MƏKTUB”u [07.12.2009] - YOL VERİN, QUDAM GƏLİR [05.12.2009] - KÖTƏYİ CƏNNƏTƏ GERİ YOLLADIQ [02.12.2009] - BAYRAM BİTDİ, YAŞAMAĞA DAVAM! [25.11.2009] - QIZ QIZILA DÖNÜB... [23.11.2009] - AY CAN, AY CAN, QİYAMƏTDİ! [22.11.2009] - HEPİMİZ DOMUZ QRİPİYİZ! [20.11.2009] - CIRTDANIN NƏNƏSİ VƏ BİZİM YAĞ YAXMAMIZ [16.11.2009] - DESƏM, ÖLDÜRƏRLƏR... [15.11.2009] - HAMI YANLIŞ ANLAYIR [13.11.2009] - KİMDƏ ARTIQ MASKA VAR? [10.11.2009] - “QAYNAR XƏTT”in SOYUQ DUŞ EFFEKTİ [08.11.2009] - HƏR ŞEYDƏ BİR AZ “YENİ MÜSAVAT”... [05.11.2009] - DONUZLA SOVRULANLAR... [02.11.2009] - QANIMIZI İÇƏNLƏR [01.11.2009] - EVDƏKİ, BİZİMKİ VƏ YA KÜLFƏT SÖHBƏTİ... [31.10.2009] - QOCALMAYAN KÖŞƏ YAZARLARI... [26.10.2009] - BİR İRƏLİ, BİR GERİ-YERİMİZDƏ SAYIRIQ [25.10.2009] - SUXARI FALI [22.10.2009] - UŞAQLAR VAR, ŞƏRAİT YOX? [19.10.2009] - MÖVZU BOL OLARSA... [18.10.2009] - BƏS QONAQPƏRVƏR İDİK, NƏ OLDU? [15.10.2009] - İŞLƏR YAĞ KİMİ GETMƏYƏNDƏ... [12.10.2009] - ƏZİZİM ƏZİZ... [11.10.2009] - MANIS - CÜMLƏ XƏYANƏTLƏRƏ BAİS? [08.10.2009] - DAHA MƏNİ GÖZLƏMƏ... [05.10.2009] - İCTİMAİ İŞDƏN BOZBAŞA... [28.09.2009] - G20 TOPLANTISININ “OTELLO”ları [27.09.2009] - DANIŞMIRAM, ƏL ÇƏKİN! [24.09.2009] - YAĞMA YAĞIŞ, YAĞMA YAĞIŞ... [20.09.2009] - YETİM ƏLİNDƏ QOĞAL? [19.09.2009] - BİZİM CEMİ KİM TAPACAQ? [15.09.2009] - QIZIMA... [13.09.2009] - HEY, TAKSİ! [07.09.2009] - 17 İDİ, 18 OLDU... [06.09.2009] - ÜZRÜ QƏBAHƏTİNDƏN BETƏR [31.08.2009] - OKSFORDA, YOXSA BAKI MƏKTƏBİNƏ? [30.08.2009] - OĞRU DA SUÇLU DEYİLSƏ... [27.08.2009] - 2179 AZƏRBAYCANLIYA 1 KİTAB! [24.08.2009] - ÖLƏCƏKSƏN, VƏSSALAM! [17.08.2009] - MEYMUNU UNUT! [13.08.2009] - KASIBIN SEVİMLİ EŞŞƏYİ [10.08.2009] - ŞEYX NƏSRULLAH GƏLƏNƏDƏK... [06.08.2009] - ALİ MƏKTƏB DÜKANLARI [02.08.2009] - NƏRDƏ O ƏSKİ GÜNLƏR? [01.08.2009] - ÜNVANIMIZA DEYİLƏN “DÜÜÜT”lü SÖYÜŞLƏR [26.07.2009] - AÇARSIZ AÇIQLAMALAR... [23.07.2009] - “MEDİA AÇARI” İLƏ BAĞLANAN QAPILAR [20.07.2009] - HADİSƏ DANIŞANDA [19.07.2009] - İLDƏ BİR DƏFƏ... [16.07.2009] - ŞƏN OĞLANLAR [13.07.2009] - JURNALİSTLƏRİN QUL BAZARI [06.07.2009] - İMTAHAN BAYRAMI [03.07.2009] - GECƏ 12-dən SONRA... [29.06.2009] - SAĞLIĞINDA KOR FATMA... [28.06.2009] - BU NÖMRƏYƏ ZƏNG ÇATMIR... [22.06.2009] - BAYRAMSIZ QALAN BABALAR, VAY! [15.06.2009] - QURDLU GİLAS PROJESİ [11.06.2009] - KARTOFU JURNALİSTƏ BÜKƏNDƏ... [08.06.2009] - VƏTƏN MƏNƏ OĞUL DEYİB(?!) [04.06.2009] - QADIN ŞAPALAĞI [01.06.2009] - ÜRƏYİ YANAN, GƏL BƏRİ! [28.05.2009] - MONİTORİNQ HƏVƏSKARLARINA “FƏHLƏ” TÖVSİYYƏSİ [25.05.2009] - XORUZUN QUYRUĞU... [21.05.2009] - QIZIL SAAT VƏ “SON ZƏNG” ŞOUSU... [18.05.2009] - AVROPAYA DAHA BİR ADDIM? [14.05.2009] - NAĞIL BİTDİ... [12.05.2009] - ƏLLƏRİMDƏ ÇİÇƏKLƏR... [07.05.2009] - PEŞƏKARLIQ MÜHAZİRƏSİ [04.05.2009] - QATİL DƏ TELEVİZOR İZLƏYİR... [27.04.2009] - GEDƏK BİZ OLMAYAN YERƏ... [23.04.2009] - NİZAMİNİN ADAŞI [20.04.2009] - JURNALİSTDİ, QOYMA GƏLDİ! [16.04.2009] - ONUN ŞƏFQƏTLİ ƏLLƏRİ... [13.04.2009] - VOLAND BARMAĞI... [06.04.2009] - TV NAZİRİNİ DANLAYANDA... [02.04.2009] - ZARAFATSIZ... [30.03.2009] - YARIMÇIQ YUXU... [26.03.2009] - FATI, OTUR, FATI, DUR... [16.03.2009] - METRODA BOMBA RABATAY... [12.03.2009] - ƏSAS ODU Kİ... [05.03.2009] - OBAMANIN BİR GÜNÜ... [02.03.2009] - YARIM QAZAN MAKARON... [27.02.2009] - BUZ KİMİ 8 MART HƏDİYYƏSİ [23.02.2009] - AYNƏN ÖYLƏ... [18.02.2009] - NAĞILÇI MƏNTİQİ [16.02.2009] - 11 STANSİYALIQ XİLAS YOLU [09.02.2009] - ATALARA MƏZUNİYYƏT, ANALARA İSTİRAHƏT! [05.02.2009] - AZƏRBAYCAN - ƏN BÖYÜK QƏZZA... [03.02.2009] - YARIYA QƏDƏR DOLU STƏKANA YENİ BAXIŞ... [26.01.2009] - TƏR-Bİ-YƏ-Çİ! [23.01.2009] - İMİC HEÇ NƏDİR, SUSUZLUQ HƏR ŞEY? [19.01.2009] - KLİPLƏRDƏN KOROĞLU NƏRİLTİSİ EŞİDİLƏCƏK [16.01.2009] - GÜNAH HƏMİŞƏ DÖYÜLƏNDƏDİR? [12.01.2009] - O ƏJDAHADAN BİZDƏ OLMAYACAQ [08.01.2009] - İKİ AKİFİN İKİ YÜZ FƏRQİ... [06.01.2009] - 6 YANVAR ÇATANDA... [29.12.2008] - ÖKÜZ APTEKƏ BAXAN KİMİ... [25.12.2008] - MƏNƏ BAXMA, ADIMI ÇƏKMƏ, BARƏMDƏ DÜŞÜNMƏ... [22.12.2008] - KAMERAYA ƏL YELLƏYİN... [19.12.2008] - SAXLA, DÜŞƏN VAR [16.12.2008] - 40 “RAZMER” AYAQQABI [11.12.2008] - BİR AXŞAM ƏLƏT ÇÖLÜNDƏ... [08.12.2008] - FONDA ŞƏN MUSİQİ... [04.12.2008] - DÜNYANIN QORXDUĞU CAVAN - NUŞİRƏVAN [01.12.2008] - NƏ SƏS-KÜYDÜR BU GÜN SİZDƏ, GÜLBADAM? [30.11.2008] - AVTOBUS YAVAŞ-YAVAŞ YANANDA... [27.11.2008] - JURNALİSTİN İTİNİ DƏ DİŞLƏYİRLƏR [24.11.2008] - “LAZIM” QAPINI DÖYÜR... [20.11.2008] - EL ÜÇÜN AĞLAYANDA... [17.11.2008] - SƏN DƏ BİZİM MƏHƏLLƏDƏNSƏN... [14.11.2008] - YENƏ HƏMİN ANAR MÜƏLLİM BARƏDƏ... [13.11.2008] - “SƏNDƏN YAMAN NİGARANAM” [10.11.2008] - QEYRİ-ELİT SÖHBƏT... [03.11.2008] - DANIŞIR BAYQUŞLAR... [02.11.2008] - MİRZƏ SAKİTİ EVİNƏ KÖÇÜRÜN... ƏVVƏLKİ YAZILARI
|