14 mart 2010
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Sevinc TELMANQIZI Yazara məktub göndər

ÖLƏCƏKSƏN, VƏSSALAM!

...Reanimasiyanın önündə gözü yaşlı insanlar həkimdən xəbər gözləyir. Sonuncu isə əməliyyatı yarıda kəsib, mobil telefonla danışa-danışa reanimasiyadan çıxır, sonra isə heç nə olmamış kimi geri qayıdır... Bu mənzərəni ancaq Azərbaycan xəstəxanalarında görmək mümkündür. Tibb qaydalarının basdırıldığı, həkim etikasının arxa plana atıldığı, lap elə Hippokratı qəbrində o üz-bu üzə çevirtdirən Azərbaycan xəstəxanalarında. Amma bu, kiçicik bir ştrixdir. Reportyorlarımızın Respublika Klinik Xəstəxanasının reanimasiya şöbəsindən hazırladığı reportajı gərginlik keçirmədən, dırnaqlarını çeynəmədən oxumaq mümkün deyil. Oxuduqca elə bilirsən, jurnalist hansısa yarmarkaya, ticarət mərkəzinə gedib. Dəhlizlərdə  pul söhbəti gedir, həkimlə xəstə yaxını sövdələşir, bazarlıq edir... Ağ xalatlılar çevriliblər ağ önlüklü qəssablara. “Çəki”yə baxıb qiymət oxuyurlar.
Reanimasiyanın qapısı insan həyatının olumla ölüm arasında pəncələşdiyi yerin bir addımlığındadır. Allah heç kəsin yolunu bura düşürməsin, içəridə yaxının canıyla əlləşir, sən bayırda çarəsizlikdən qıvrılırsan. Bu zaman həkim tərəfindən qarşına qoyulan ən ağlasığmaz tələbə, astronomik məbləğə belə “hə” demək zorundasan. Və həkim dedikləri  bunun çox gözəl fərqindədirlər. Professorluq çıxmasın, amma bu, mənim kəşfimdir ki, son illər ixtisaslaşdığı sahədən asılı olmayaraq, Azərbaycan həkimlərinin qazandığı yeganə nailiyyət insan psixologiyası üzərində qələbələri, onun incəliklərini mükəmməl öyrənmələridir. Onlar bilirlər ki, insanı hansı yolla son qəpiyinəcən soymaq   olar. Sözləri, ifadələri zərgər dəqiqliyi ilə seçir, xəstəni (eləcə də yaxınını) öz əsirinə çevirirlər. “Sənin həyatın mənim, eləcə də filan UZİ mütəxəssisinin, filan aptekin, filan tibb bacısının əlindədir. Ya mənə qulaq as, ya da nə istəyirsən et...” Belə şərtləri azmı eşitmişik? Onlar da  biznesmenlər kimi  öz şəbəkələrini yaradıblar. Onların müəyyənləşdirdiyi UZİ-yə getməli, aptekdən dərman almalı, laboratoriyaya analizlərini verməli, tibb bacısına iynələrini vurdurmalısan. Qoçaqsan, bu setdən bircə addım  aralan, hər anını, saniyəni ölüm qorxusu ilə keçirmən üçün ağ xalatlılar əllərindən gələni edəcəklər. Əmin ol... 
Tibbi ədəbiyyatlarda tez-tez bu ifadəyə rast gəlirik: həkim etikası. Həkim xəstəyə onun  durumunu necə, hansı ifadələri seçərək deməlidir və sair. Bizim həkimlər maşallah, oxumamış etika sahibidirlər. Adama guppultu ilə elə şişirdilmiş diaqnoz deyirlər ki, ayaq üstə keçinirsən. Bir qohumum var, mədəsindəki şişlə bağlı həkimə müraciət edib. Həkim də təbii ki, dərhal əməliyyat tövsiyə edib və 3 metr bint, 2 litr yod, 3 litr spirt, eləcə də bir sellofan dolusu dərman... istəyib. Qohumum elə oradaca ürəyini tutub, aparıblar ürək həkiminə. Yəni, adam düşünüb ki, görəsən başımda nə xata var ki, məni 3 metr bintə bürüyüb, üstümə 2 litr yod tökəcəklər? Binəva həmin anda ağlına belə gətirməyib ki, bura Azərbaycandı... Köhnə Yeşilcam kinoları var ha, yadınızda? Həkimlər rentgen nəticələrini göyə tutub, diqqətlə baxır, sonra da xəstəyə “üç günlük ömrünüz qalmış” deyirlər. Xəstə də həzin musiqinin sədaları altında ağlaya-ağlaya parkları, xiyabanları dolaşır. Dediyim kimi, həmin filmlər 60-70-ci illərdə Türkiyədə çəkilib. Allah heç qoymasa, indi dünya inkişaf edib, aradan 50 il keçib. Amma bizim həkimlər hələ də Yeşilçamdakı prototiplərini təqlid eləməklə məşğuldular: “Öləcəksən, vəssalam”...
“Yeni Müsavat”dakı reportajın maraqlı başlığı var: “Pulun yoxdursa, öl”. Əslində bu, Azərbaycandakı bütün sahələr üçün keçərli “atalar sözüdür”. Ona görə də təəccüblənməyin.
P.S. Bu, son bir həftədə Azərbaycan həkimləri ilə bağlı yazdığım ikinci yazıdır. Qüsura baxmayın, başına gələn başmaqçı olar, bu halları çox yaşamışıq. Hərə öz “iynə”sini bir cür vurur. Bizim iynəmiz də qələmdir. Qoyun, mən də öz qələmimdən istifadə edim: Bax, əziz həkimlər, düzəlib haqq yoluna gəlməsəniz, öləcəksiniz. Məndən demək...

626 dəfə baxılıb

[18.12.2009] - “BOMBA” MƏMUR

[14.12.2009] - ŞAİR SÖZÜ, ƏLBƏTTƏ, YALANDIR

[13.12.2009] - QƏHRƏMAN OLMAQ ÜÇÜN LAYİHƏ

[11.12.2009] - NOVRUZƏLİNİN “E-MƏKTUB”u

[07.12.2009] - YOL VERİN, QUDAM GƏLİR

[05.12.2009] - KÖTƏYİ CƏNNƏTƏ GERİ YOLLADIQ

[02.12.2009] - BAYRAM BİTDİ, YAŞAMAĞA DAVAM!

[25.11.2009] - QIZ QIZILA DÖNÜB...

[23.11.2009] - AY CAN, AY CAN, QİYAMƏTDİ!

[22.11.2009] - HEPİMİZ DOMUZ QRİPİYİZ!

[20.11.2009] - CIRTDANIN NƏNƏSİ VƏ BİZİM YAĞ YAXMAMIZ

[16.11.2009] - DESƏM, ÖLDÜRƏRLƏR...

[15.11.2009] - HAMI YANLIŞ ANLAYIR

[13.11.2009] - KİMDƏ ARTIQ MASKA VAR?

[10.11.2009] - “QAYNAR XƏTT”in SOYUQ DUŞ EFFEKTİ

[08.11.2009] - HƏR ŞEYDƏ BİR AZ “YENİ MÜSAVAT”...

[05.11.2009] - DONUZLA SOVRULANLAR...

[02.11.2009] - QANIMIZI İÇƏNLƏR

[01.11.2009] - EVDƏKİ, BİZİMKİ VƏ YA KÜLFƏT SÖHBƏTİ...

[31.10.2009] - QOCALMAYAN KÖŞƏ YAZARLARI...

[26.10.2009] - BİR İRƏLİ, BİR GERİ-YERİMİZDƏ SAYIRIQ

[25.10.2009] - SUXARI FALI

[22.10.2009] - UŞAQLAR VAR, ŞƏRAİT YOX?

[19.10.2009] - MÖVZU BOL OLARSA...

[18.10.2009] - BƏS QONAQPƏRVƏR İDİK, NƏ OLDU?

[15.10.2009] - İŞLƏR YAĞ KİMİ GETMƏYƏNDƏ...

[12.10.2009] - ƏZİZİM ƏZİZ...

[11.10.2009] - MANIS - CÜMLƏ XƏYANƏTLƏRƏ BAİS?

[08.10.2009] - DAHA MƏNİ GÖZLƏMƏ...

[05.10.2009] - İCTİMAİ İŞDƏN BOZBAŞA...

[28.09.2009] - G20 TOPLANTISININ “OTELLO”ları

[27.09.2009] - DANIŞMIRAM, ƏL ÇƏKİN!

[24.09.2009] - YAĞMA YAĞIŞ, YAĞMA YAĞIŞ...

[20.09.2009] - YETİM ƏLİNDƏ QOĞAL?

[19.09.2009] - BİZİM CEMİ KİM TAPACAQ?

[15.09.2009] - QIZIMA...

[13.09.2009] - HEY, TAKSİ!

[07.09.2009] - 17 İDİ, 18 OLDU...

[06.09.2009] - ÜZRÜ QƏBAHƏTİNDƏN BETƏR

[31.08.2009] - OKSFORDA, YOXSA BAKI MƏKTƏBİNƏ?

[30.08.2009] - OĞRU DA SUÇLU DEYİLSƏ...

[27.08.2009] - 2179 AZƏRBAYCANLIYA 1 KİTAB!

[21.08.2009] - YIXILIN O BİRİ TƏRƏFƏ

[17.08.2009] - MEYMUNU UNUT!

[13.08.2009] - KASIBIN SEVİMLİ EŞŞƏYİ

[10.08.2009] - ŞEYX NƏSRULLAH GƏLƏNƏDƏK...

[06.08.2009] - ALİ MƏKTƏB DÜKANLARI

[02.08.2009] - NƏRDƏ O ƏSKİ GÜNLƏR?

[01.08.2009] - ÜNVANIMIZA DEYİLƏN “DÜÜÜT”lü SÖYÜŞLƏR

[26.07.2009] - AÇARSIZ AÇIQLAMALAR...

[23.07.2009] - “MEDİA AÇARI” İLƏ BAĞLANAN QAPILAR

[20.07.2009] - HADİSƏ DANIŞANDA

[19.07.2009] - İLDƏ BİR DƏFƏ...

[16.07.2009] - ŞƏN OĞLANLAR

[13.07.2009] - JURNALİSTLƏRİN QUL BAZARI

[06.07.2009] - İMTAHAN BAYRAMI

[03.07.2009] - GECƏ 12-dən SONRA...

[29.06.2009] - SAĞLIĞINDA KOR FATMA...

[28.06.2009] - BU NÖMRƏYƏ ZƏNG ÇATMIR...

[22.06.2009] - BAYRAMSIZ QALAN BABALAR, VAY!

[15.06.2009] - QURDLU GİLAS PROJESİ

[11.06.2009] - KARTOFU JURNALİSTƏ BÜKƏNDƏ...

[08.06.2009] - VƏTƏN MƏNƏ OĞUL DEYİB(?!)

[04.06.2009] - QADIN ŞAPALAĞI

[01.06.2009] - ÜRƏYİ YANAN, GƏL BƏRİ!

[28.05.2009] - MONİTORİNQ HƏVƏSKARLARINA “FƏHLƏ” TÖVSİYYƏSİ

[25.05.2009] - XORUZUN QUYRUĞU...

[21.05.2009] - QIZIL SAAT VƏ “SON ZƏNG” ŞOUSU...

[18.05.2009] - AVROPAYA DAHA BİR ADDIM?

[14.05.2009] - NAĞIL BİTDİ...

[12.05.2009] - ƏLLƏRİMDƏ ÇİÇƏKLƏR...

[07.05.2009] - PEŞƏKARLIQ MÜHAZİRƏSİ

[04.05.2009] - QATİL DƏ TELEVİZOR İZLƏYİR...

[27.04.2009] - GEDƏK BİZ OLMAYAN YERƏ...

[23.04.2009] - NİZAMİNİN ADAŞI

[20.04.2009] - JURNALİSTDİ, QOYMA GƏLDİ!

[16.04.2009] - ONUN ŞƏFQƏTLİ ƏLLƏRİ...

[13.04.2009] - VOLAND BARMAĞI...

[06.04.2009] - TV NAZİRİNİ DANLAYANDA...

[02.04.2009] - ZARAFATSIZ...

[30.03.2009] - YARIMÇIQ YUXU...

[26.03.2009] - FATI, OTUR, FATI, DUR...

[16.03.2009] - METRODA BOMBA RABATAY...

[12.03.2009] - ƏSAS ODU Kİ...

[05.03.2009] - OBAMANIN BİR GÜNÜ...

[02.03.2009] - YARIM QAZAN MAKARON...

[27.02.2009] - BUZ KİMİ 8 MART HƏDİYYƏSİ

[23.02.2009] - AYNƏN ÖYLƏ...

[18.02.2009] - NAĞILÇI MƏNTİQİ

[16.02.2009] - 11 STANSİYALIQ XİLAS YOLU

[09.02.2009] - ATALARA MƏZUNİYYƏT, ANALARA İSTİRAHƏT!

[05.02.2009] - AZƏRBAYCAN - ƏN BÖYÜK QƏZZA...

[03.02.2009] - YARIYA QƏDƏR DOLU STƏKANA YENİ BAXIŞ...

[26.01.2009] - TƏR-Bİ-YƏ-Çİ!

[23.01.2009] - İMİC HEÇ NƏDİR, SUSUZLUQ HƏR ŞEY?

[19.01.2009] - KLİPLƏRDƏN KOROĞLU NƏRİLTİSİ EŞİDİLƏCƏK

[16.01.2009] - GÜNAH HƏMİŞƏ DÖYÜLƏNDƏDİR?

[12.01.2009] - O ƏJDAHADAN BİZDƏ OLMAYACAQ

[08.01.2009] - İKİ AKİFİN İKİ YÜZ FƏRQİ...

[06.01.2009] - 6 YANVAR ÇATANDA...

[29.12.2008] - ÖKÜZ APTEKƏ BAXAN KİMİ...

[25.12.2008] - MƏNƏ BAXMA, ADIMI ÇƏKMƏ, BARƏMDƏ DÜŞÜNMƏ...

[22.12.2008] - KAMERAYA ƏL YELLƏYİN...

[19.12.2008] - SAXLA, DÜŞƏN VAR

[16.12.2008] - 40 “RAZMER” AYAQQABI

[11.12.2008] - BİR AXŞAM ƏLƏT ÇÖLÜNDƏ...

[08.12.2008] - FONDA ŞƏN MUSİQİ...

[04.12.2008] - DÜNYANIN QORXDUĞU CAVAN - NUŞİRƏVAN

[01.12.2008] - NƏ SƏS-KÜYDÜR BU GÜN SİZDƏ, GÜLBADAM?

[30.11.2008] - AVTOBUS YAVAŞ-YAVAŞ YANANDA...

[27.11.2008] - JURNALİSTİN İTİNİ DƏ DİŞLƏYİRLƏR

[24.11.2008] - “LAZIM” QAPINI DÖYÜR...

[20.11.2008] - EL ÜÇÜN AĞLAYANDA...

[17.11.2008] - SƏN DƏ BİZİM MƏHƏLLƏDƏNSƏN...

[14.11.2008] - YENƏ HƏMİN ANAR MÜƏLLİM BARƏDƏ...

[13.11.2008] - “SƏNDƏN YAMAN NİGARANAM”

[10.11.2008] - QEYRİ-ELİT SÖHBƏT...

[03.11.2008] - DANIŞIR BAYQUŞLAR...

[02.11.2008] - MİRZƏ SAKİTİ EVİNƏ KÖÇÜRÜN...

ƏVVƏLKİ YAZILARI

Yeni MÜSAVAT © 2008