30 iyul 2010
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Sevinc TELMANQIZI Yazara məktub göndər

2179 AZƏRBAYCANLIYA 1 KİTAB!

Biz jurnalistlərin ən çox «döşəməyi» sevdiyi mövzu şair-yazıçı tayfasının ələbaxanlığı, bundan doğan dönüklüyü, nə bilim, ikiüzlülüyü və sairdir. Peşmandı biri hökumətdən fəxri ad, mənzil, təqaüd istəsin, çökürük canına. Nə şahsevənliyi qalır, nə sovetin «tör-töküntüsü» olmağı. Təbii, bunları yazmaqda da haqsız sayılmarıq. Özünü sənətkar adlandırırsansa, bəzi sədləri aşmalı, individliyə iddialısansa, dolanışığını da fərqli yollarla(daş daşı, qul bazarında növbəni gözlə, tərcümələr et, qəzetlərdə korrektorluq et) qazanmalısan. Daha «mən evimdə dovşan saxlayıram? Mənim balalarım kələm yeməlidir?» kimi şivən qopardınsa, qoy o qələmi yerə, sənə yaxşı yol...

Belə deməyinə deyirikE Amma yenə də bir ədalət mələyi gəlib qonur adamın çiyninə və başlayır astadan pıçıldamağa ki, ey bəni-adəm, sən individ adlandırdığın bu adamın öz sifətini dəyişməməsi üçün əlindən gələni etmisənmi? Yəni, söhbət hər axşam onun evinə torba-torba bazarlıq daşımaqdan getmir. Sadəcə, bir oxucu olaraq barmağını azca da olsa tərpətmisənmi ki, indi ondan nəsə tələb edirsən? Məsələn, bir dəfə kitabını alsan, başqa bir dəfə mütaliənin faydası barədə gənc nəslin yanında təbliğat aparsan, başqa bir dəfə kitab mağazalarının yerinə kababxana, şadlıq evi tikilməsinə etiraz etsən, bununla bağlı təbliğat aparsan, bəlkə də nəyəsə nail olmaq olar. Damcı-damcı göl olar misalı. Belədə adamlar ən azı kitablarından gələn gəlirlə dolanar, qəzet-jurnallardan aldıqları qonararların hesabına  «dovşan olmayan» balalarının qarnını doyurar. Nəticədə daha bir nəfəri itirilməkdən, bataqlığa yuvarlanmaqdan xilas edə bilərik. Çox uzağa getməyək, baxaq qonşu Türkiyədəki yazarların yaşayışına. Adamlar nəşriyyatlarla əməkdaşlıq edir, bəy kimi olmasa da, babat insan kimi dolanırlar. Orxan Pamuku yada salın- eyni zamanda maddi əminliyindən doğan bir ötkəmliyi, cəsarəti var, qılıncının dalı da kəsir, qabağı daE
Adi bir statistik məlumat. 2008-ci ilə əhalinin qeydə alınmasından sonra bəlli oldu ki,  Azərbaycan əhalisinin sayı 8 milyon 730 min nəfərdir. Bu rəqəmlərə inansaq,  onda 2179 adama 1 ədəd kitab düşür.  Belarusda və Rusiyada hər adama düşən kitabların sayı 4 ədəddir. Ukrayna, Moldova, Qazaxıstanda isə adambaşına 1 yaxud, 1.5 kitab düşür. Elementar bir müqayisə. Son ildə Azərbaycana 89044 ədəd minik avtomobili daxil olub. Bu hesaba görə, 89 adama bir avtomobil düşür. Demək ki nəymiş? «Analoqu olmayan inkişafla irəliləyən» Azərbaycanda adambaşına düşən avtomobilin sayı adambaşına düşən kitabın sayından min dəfə çoxdur! Başqa bir misal - hal-hazırda təqribi hesablamalara görə Abşeron ərazisində (Bakı daxil olmaqla) 47 kitab dükanı fəaliyyət göstərir.   Kitab kioskları, avtobuslar, şöbələr bunlar hamısı ləğv olunub. Necədi sizinçün? İndi o «Bəyin oğurlanması» filmindəki kolxoz sədrinin sözlərini improvizə edib, «ay camaat, niyə oxumursunuz?» sualını verməyin vaxtı çatır. Düşük ulduz yarışmalarına ətək-ətək sms xərclədiyinizi nəzərə alanda, «imkansızlığın üzü qara olsun, kitab ala bilmirik» cavabı avtomatik ləğv olunur. Odu ki, verdiyim suala cavab tapsanız, mənə də yazın lütfən, gözləyəcəm.
Bu günlərdə Cek Londonun «Martin İden» romanını oxuyuram, əsər keçmiş matrosun yazıçılığa gedən yolda başına gələn məşəqqətlərdən bəhs edir. Qəhrəman günlərlə ac qalır, bir çox hallarda yazdıqları çap olunmur, çap olunanlara görə isə vəd edilən qonararı ala bilmir, naşirlər və redaktorlar onu istismar etməyə çalışırlar, buna görə sonuncularla hətta əlbəyaxa davaya da çıxır. Əsəri tam oxuyub yekunlaşdıra bimədiyim üçün Martin İdenin aqibəti barədə heç nə deyə bilmərəm. Bircə onu bilirəm ki, əsərdəki bir çox hadisələr, epizod və səhnələr avtobioqrafik xarakter daşıyır. Yəni, cənab London da bütün bu məşəqqətlərdən keçib. Keçib, keçib və bu gün bizim tanıdığımız Cek London səviyyəsinə yüksəlib. Maraqlıdır, bizdə mərhum yazıçı kimi taleyin bütün sınaqlarından keçə bilən neçə şair-yazıçı var? Onlar ən çətin yollardan keçə biliblər, ya asana qaçıblar?
Dövrümüzün şair-yazıçıları arasında özünü QHT-lərin qucağına atmış, bu və ya digər fondda baş girləyən, qrant layihəsi əsasında mənasız işlər görənlər bəs deyincədir. Dediyim kimi, bu durumun yeganə səbəbkarı özləri deyil. Amma həm də özləridir - asan yola qaçdıqlarına görə. Bax, problemin faciəvi kökü də elə burdadır.
P.S. Maraqlıdır, görəsən, vaxtilə Cek Londona da QHT-də işləmək təklif olunsaydı, nə cavab verərdi?

635 dəfə baxılıb

[29.07.2010] - CAZİBƏMİZ DƏ VAR

[28.07.2010] - EVLƏRİ KÖNDƏLƏN YAR

[22.07.2010] - BU DA BELƏ BİR GÜN

[19.07.2010] - EHTİYATLI OLUN - MÜKAFAT ALA BİLƏRSİZ!

[18.07.2010] - CƏMİYYƏT BELƏ İSTƏYİR...

[15.07.2010] - KOD ADI TƏLƏBƏ...

[12.07.2010] - BİR LİMAN, BİR DƏNİZ...

[11.07.2010] - ÇƏKİRƏM HAAA...

[05.07.2010] - OVUC İÇİ QƏDƏR...

[04.07.2010] - ODDA YANAN, SUDA BATAN...

[01.07.2010] - MƏRDİMAZAR AZ İDİ...

[28.06.2010] - MƏNFİ YÜKLÜ DƏNİZ...

[25.06.2010] - ARI KİMİ...

[21.06.2010] - 8 TƏLƏBƏYƏ 9 NÖV PLOV

[20.06.2010] - HÖKMDARIN HÜZURUNDA...

[19.06.2010] - YAYI YOLA SALAQ?

[14.06.2010] - OPERATİV DƏDƏ QORQUD

[13.06.2010] - YADPLANETLİ DEMƏ...

[10.06.2010] - KİM DAHA ŞANSLI?

[07.06.2010] - 80-dən SONRA GƏLƏN XOŞBƏXTLİK

[06.06.2010] - 10 MİLYON AVRO...CUQ

[03.06.2010] - CANIMIZ YANMASIN...

[31.05.2010] - ÖTƏN GÜNƏ GÜN... ÇATAR, ÇATAR...

[30.05.2010] - BƏNÖVŞƏ, BƏNDƏ DÜŞƏ...

[26.05.2010] - ARAZ AŞIĞIMDAN, KÜR TOPUĞUMDAN

[23.05.2010] - GÖRMƏMİŞİN KƏŞFİ OLDU...

[20.05.2010] - MANYAKA HAQSIZLIQ ETMƏYƏK

[17.05.2010] - HAMIYA ÇİRKİN OLSAM DA...

[16.05.2010] - GƏZMƏYƏ.... HARA YAXŞI?

[13.05.2010] - ÇÖRƏYİ VER ÇÖRƏKÇİYƏ...

[10.05.2010] - O Kİ BELƏ OLDU?

[07.05.2010] - BELƏ “BİZ” OLMAQDANSA...

[03.05.2010] - BAĞ BELƏ, BOSTAN BELƏ

[02.05.2010] - ÖLMÜŞDÜ HİPPOKRAT...

[18.12.2009] - “BOMBA” MƏMUR

[14.12.2009] - ŞAİR SÖZÜ, ƏLBƏTTƏ, YALANDIR

[13.12.2009] - QƏHRƏMAN OLMAQ ÜÇÜN LAYİHƏ

[11.12.2009] - NOVRUZƏLİNİN “E-MƏKTUB”u

[07.12.2009] - YOL VERİN, QUDAM GƏLİR

[05.12.2009] - KÖTƏYİ CƏNNƏTƏ GERİ YOLLADIQ

[02.12.2009] - BAYRAM BİTDİ, YAŞAMAĞA DAVAM!

[25.11.2009] - QIZ QIZILA DÖNÜB...

[23.11.2009] - AY CAN, AY CAN, QİYAMƏTDİ!

[22.11.2009] - HEPİMİZ DOMUZ QRİPİYİZ!

[20.11.2009] - CIRTDANIN NƏNƏSİ VƏ BİZİM YAĞ YAXMAMIZ

[16.11.2009] - DESƏM, ÖLDÜRƏRLƏR...

[15.11.2009] - HAMI YANLIŞ ANLAYIR

[13.11.2009] - KİMDƏ ARTIQ MASKA VAR?

[10.11.2009] - “QAYNAR XƏTT”in SOYUQ DUŞ EFFEKTİ

[08.11.2009] - HƏR ŞEYDƏ BİR AZ “YENİ MÜSAVAT”...

[05.11.2009] - DONUZLA SOVRULANLAR...

[02.11.2009] - QANIMIZI İÇƏNLƏR

[01.11.2009] - EVDƏKİ, BİZİMKİ VƏ YA KÜLFƏT SÖHBƏTİ...

[31.10.2009] - QOCALMAYAN KÖŞƏ YAZARLARI...

[26.10.2009] - BİR İRƏLİ, BİR GERİ-YERİMİZDƏ SAYIRIQ

[25.10.2009] - SUXARI FALI

[22.10.2009] - UŞAQLAR VAR, ŞƏRAİT YOX?

[19.10.2009] - MÖVZU BOL OLARSA...

[18.10.2009] - BƏS QONAQPƏRVƏR İDİK, NƏ OLDU?

[15.10.2009] - İŞLƏR YAĞ KİMİ GETMƏYƏNDƏ...

[12.10.2009] - ƏZİZİM ƏZİZ...

[11.10.2009] - MANIS - CÜMLƏ XƏYANƏTLƏRƏ BAİS?

[08.10.2009] - DAHA MƏNİ GÖZLƏMƏ...

[05.10.2009] - İCTİMAİ İŞDƏN BOZBAŞA...

[28.09.2009] - G20 TOPLANTISININ “OTELLO”ları

[27.09.2009] - DANIŞMIRAM, ƏL ÇƏKİN!

[24.09.2009] - YAĞMA YAĞIŞ, YAĞMA YAĞIŞ...

[20.09.2009] - YETİM ƏLİNDƏ QOĞAL?

[19.09.2009] - BİZİM CEMİ KİM TAPACAQ?

[15.09.2009] - QIZIMA...

[13.09.2009] - HEY, TAKSİ!

[07.09.2009] - 17 İDİ, 18 OLDU...

[06.09.2009] - ÜZRÜ QƏBAHƏTİNDƏN BETƏR

[31.08.2009] - OKSFORDA, YOXSA BAKI MƏKTƏBİNƏ?

[30.08.2009] - OĞRU DA SUÇLU DEYİLSƏ...

[24.08.2009] - ÖLƏCƏKSƏN, VƏSSALAM!

[21.08.2009] - YIXILIN O BİRİ TƏRƏFƏ

[17.08.2009] - MEYMUNU UNUT!

[13.08.2009] - KASIBIN SEVİMLİ EŞŞƏYİ

[10.08.2009] - ŞEYX NƏSRULLAH GƏLƏNƏDƏK...

[06.08.2009] - ALİ MƏKTƏB DÜKANLARI

[02.08.2009] - NƏRDƏ O ƏSKİ GÜNLƏR?

[01.08.2009] - ÜNVANIMIZA DEYİLƏN “DÜÜÜT”lü SÖYÜŞLƏR

[26.07.2009] - AÇARSIZ AÇIQLAMALAR...

[23.07.2009] - “MEDİA AÇARI” İLƏ BAĞLANAN QAPILAR

[20.07.2009] - HADİSƏ DANIŞANDA

[19.07.2009] - İLDƏ BİR DƏFƏ...

[16.07.2009] - ŞƏN OĞLANLAR

[13.07.2009] - JURNALİSTLƏRİN QUL BAZARI

[06.07.2009] - İMTAHAN BAYRAMI

[03.07.2009] - GECƏ 12-dən SONRA...

[29.06.2009] - SAĞLIĞINDA KOR FATMA...

[28.06.2009] - BU NÖMRƏYƏ ZƏNG ÇATMIR...

[22.06.2009] - BAYRAMSIZ QALAN BABALAR, VAY!

[15.06.2009] - QURDLU GİLAS PROJESİ

[11.06.2009] - KARTOFU JURNALİSTƏ BÜKƏNDƏ...

[08.06.2009] - VƏTƏN MƏNƏ OĞUL DEYİB(?!)

[04.06.2009] - QADIN ŞAPALAĞI

[01.06.2009] - ÜRƏYİ YANAN, GƏL BƏRİ!

[28.05.2009] - MONİTORİNQ HƏVƏSKARLARINA “FƏHLƏ” TÖVSİYYƏSİ

[25.05.2009] - XORUZUN QUYRUĞU...

[21.05.2009] - QIZIL SAAT VƏ “SON ZƏNG” ŞOUSU...

[18.05.2009] - AVROPAYA DAHA BİR ADDIM?

[14.05.2009] - NAĞIL BİTDİ...

[12.05.2009] - ƏLLƏRİMDƏ ÇİÇƏKLƏR...

[07.05.2009] - PEŞƏKARLIQ MÜHAZİRƏSİ

[04.05.2009] - QATİL DƏ TELEVİZOR İZLƏYİR...

[27.04.2009] - GEDƏK BİZ OLMAYAN YERƏ...

[23.04.2009] - NİZAMİNİN ADAŞI

[20.04.2009] - JURNALİSTDİ, QOYMA GƏLDİ!

[16.04.2009] - ONUN ŞƏFQƏTLİ ƏLLƏRİ...

[13.04.2009] - VOLAND BARMAĞI...

[06.04.2009] - TV NAZİRİNİ DANLAYANDA...

[02.04.2009] - ZARAFATSIZ...

[30.03.2009] - YARIMÇIQ YUXU...

[26.03.2009] - FATI, OTUR, FATI, DUR...

[16.03.2009] - METRODA BOMBA RABATAY...

[12.03.2009] - ƏSAS ODU Kİ...

[05.03.2009] - OBAMANIN BİR GÜNÜ...

[02.03.2009] - YARIM QAZAN MAKARON...

[27.02.2009] - BUZ KİMİ 8 MART HƏDİYYƏSİ

[23.02.2009] - AYNƏN ÖYLƏ...

[18.02.2009] - NAĞILÇI MƏNTİQİ

[16.02.2009] - 11 STANSİYALIQ XİLAS YOLU

[09.02.2009] - ATALARA MƏZUNİYYƏT, ANALARA İSTİRAHƏT!

[05.02.2009] - AZƏRBAYCAN - ƏN BÖYÜK QƏZZA...

[03.02.2009] - YARIYA QƏDƏR DOLU STƏKANA YENİ BAXIŞ...

[26.01.2009] - TƏR-Bİ-YƏ-Çİ!

[23.01.2009] - İMİC HEÇ NƏDİR, SUSUZLUQ HƏR ŞEY?

[19.01.2009] - KLİPLƏRDƏN KOROĞLU NƏRİLTİSİ EŞİDİLƏCƏK

[16.01.2009] - GÜNAH HƏMİŞƏ DÖYÜLƏNDƏDİR?

[12.01.2009] - O ƏJDAHADAN BİZDƏ OLMAYACAQ

[08.01.2009] - İKİ AKİFİN İKİ YÜZ FƏRQİ...

[06.01.2009] - 6 YANVAR ÇATANDA...

[29.12.2008] - ÖKÜZ APTEKƏ BAXAN KİMİ...

[25.12.2008] - MƏNƏ BAXMA, ADIMI ÇƏKMƏ, BARƏMDƏ DÜŞÜNMƏ...

[22.12.2008] - KAMERAYA ƏL YELLƏYİN...

[19.12.2008] - SAXLA, DÜŞƏN VAR

[16.12.2008] - 40 “RAZMER” AYAQQABI

[11.12.2008] - BİR AXŞAM ƏLƏT ÇÖLÜNDƏ...

[08.12.2008] - FONDA ŞƏN MUSİQİ...

[04.12.2008] - DÜNYANIN QORXDUĞU CAVAN - NUŞİRƏVAN

[01.12.2008] - NƏ SƏS-KÜYDÜR BU GÜN SİZDƏ, GÜLBADAM?

[30.11.2008] - AVTOBUS YAVAŞ-YAVAŞ YANANDA...

[27.11.2008] - JURNALİSTİN İTİNİ DƏ DİŞLƏYİRLƏR

[24.11.2008] - “LAZIM” QAPINI DÖYÜR...

[20.11.2008] - EL ÜÇÜN AĞLAYANDA...

[17.11.2008] - SƏN DƏ BİZİM MƏHƏLLƏDƏNSƏN...

[14.11.2008] - YENƏ HƏMİN ANAR MÜƏLLİM BARƏDƏ...

[13.11.2008] - “SƏNDƏN YAMAN NİGARANAM”

[10.11.2008] - QEYRİ-ELİT SÖHBƏT...

[03.11.2008] - DANIŞIR BAYQUŞLAR...

[02.11.2008] - MİRZƏ SAKİTİ EVİNƏ KÖÇÜRÜN...

ƏVVƏLKİ YAZILARI

Yeni MÜSAVAT © 2008