30 iyul 2010
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Sevinc TELMANQIZI Yazara məktub göndər

OĞRU DA SUÇLU DEYİLSƏ...

Gerçək suçlu kim?

Günlərdir yazım-yazmayım deyə tərəddüd etdiyim bir mövzu var. Hamımızın barəsində eşidən kimi üz-gözünü turşudub şərh vermədən üstündən ötməyə çalışdığı tükürpədici mövzu var ha, onu deyirəm. Hər gün qəzet səhifələrini bəzəyən dürlü-dürlü zorlama hekayələri artıq normaya çevrilib. Elə bil son aylar məmləkət insanına gizli bir sadizm iynəsi vurublar.

Manyakların sayı bir anda sürətlə artıb, daraşıblar camaatın canına. Qəzet manşetlərini yada salın, siz Allah. Qayınata gəlinini, qardaş bacısını, gizir əsgəri, nəhayət, 50 yaşlı müəllim 14 yaşlı şagirdi zorlayır. Təbii ki, bu xəbəri eşidən dindarlar kimi ilk işimiz qiyamət gününün yaxınlaşması ilə bağlı şərhlər vermək olur. Deyilənə görə, bu cür anormallıqların baş verməsi qiyamət gününün əlamətidir. Amma psixoloqlara inansaq, bu, ancaq XXI əsrin “töhfəsi” deyil. Hələ əsrlər öncə şahların sarayında belə rəzalətin kulminasiya nöqtəsinə varırlarmış, azyaşlı oğlan-qızlar padşah-vəzir tayfasının qullarına çevrilirmiş və sair.
Hər şeyə çəhrayı gözlüklərlə baxıldığı sovet zamanında da eyni mənzərə varmış. Sadəcə həmin vaxt partiyanın qorxusundan heç kəs səsini çıxarmır, “bir daş altdan, bir daş üstdən” deyib həyatlarına davam edirmiş. Deməyim o ki, bütün bunlar hər zaman yaşanıb, indi isə belə şeylərin artması təəssüratı sırf media-internetin fəaliyyəti ilə bağlıdır. Belə xəbərlər artıq daha tez yayılır, nəticədə adiləşir və sanki başqa manyaklar üçün də stimul yaradır...
Təbii, indi qaragüruhçuluq edib “bu halların yaranmasına qeyri-demokratik iqtidar səbəbkardır” desəm, mənə xısın-xısın gülərsiniz və mən də bundan zərrə qədər incimərəm. Sadəcə əlahəzrət məntiq onu deyir ki, hətta dünyanın ən inkişaf etmiş Amerikasında, İngiltərəsində, nə bilim, Avropasında da belə vaqeələr hər gün, hər saat yaşanır. Bu, ölkədəki idarəetmə ilə bağlı deyil. Sadəcə çomağın iki ucu var: dünya bir tərəfdən mütərəqqi şəkildə inkişaf etdiyi kimi, o biri tərəfdən də əxlaqsızlıq sürətlə yayılır. İnsanların sağı-solu, önü-arxası tələlərlə doludur. Vaxtilə dilimizə gətirməyə çəkindiyimiz mövzular, məsələlər artıq bizə bir barmaq qədər yaxındır - aç interneti, gir saytlara.
Yeniyetmələrin sürətlə aşınmasının bir səbəbini də bunda axtarmaq lazımdır. Filmlərə, proqramlara baxırsan, sanki ekranlardan evə əxlaqsızlıq havası dolur - insana stimul verir, belə hallara təhrik edirlər. Yəni bu ab-havadan qorunmağın yolu yoxdur. Və ya bir “yol”u  var - gərək yaşamayasan.
Amma məni bu məsələdə daha çox narahat edən bir çox insanların məsələyə baxışıdır. Məsələn, götürək elə o müəllim-şagird məsələsini. Yayılan xəbərlərə inansaq, bu münasibət qızın 11 yaşı olandan bəri davam edirmiş, qızın ailəsi, özəlliklə anası o qədər parlaq reputasiyaya malik deyilmiş və sair. Mən bunu həmin olayla bağlı hazırlanan reportajdan oxumuşam. Ətrafımdakı müzakirələrə qulaq kəsilirəm, dərhal qızın damğası hazırdır: “Düyə göz eləməsə, kələ sıçramaz”, “Anası gəzən ağacı balası budaq-budaq gəzər” və sair və ilaxır. Bir sözlə, oğrunun heç günahı yoxmuş sən demə. 50 yaşlı o əxlaqsız müəllim sadəcə fürsətdən istifadə edibmiş.
Amma bu cür müdrik atalar sözlərini tutuquşu kimi əzbərləyənlər hərdən “Məscidin qapısı açıqsa, itin abrına nə gəlib” deyiminin olduğunu da unutmasalar, əla olardı. Belə zehniyyətin hakim olduğu məmləkətdə artıq mən bu sayaq olayların yaşanmasına da adi hal kimi baxıram. Toplum sanki öncədən kimin haqlı olduğunu müəyyənləşdirir və olaya “peçat”ını vurur. Şair demiş, hökm verildi - asılsın. Toplum basqısının, ictimai rəyin nələrə qadir olduğunu hamınız məndən də yaxşı bilirsiniz.
Amma sonra “Lənət sənə kor şeytan” deyib bu cür düşünənləri də qınamırsan. Axı bu məmləkətdə insanların düşdüyü mühit də addımbaşı eyni şeyi diqtə edir. İnsanlar səhər yuxudan oyanandan axşama qədər müxtəlif məqamlarda iradələrinə zidd getməli olur. Azərbaycan insanının iradəsi də, azadlığı da, əsəbləri də, hüquqları da... (əminəm, bu üç nöqtələrin yerində daha hansı dəyərləri yazmaq lazım gəldiyini bilirsiniz-S.T.) sözün bütün mənalarında zorlanır. Bəlkə də elə bu səbəbdən belə iyrəncliklərə adi gözlə baxır, dərhal ən asan yolu seçib gücsüzü suçlamaq ("yıxılanı baltalamaq") üçün özündə haqq tapır. Axı məğlubiyyət həmişə yetim olur, qələbənin dost-tanışı isə bol...
Nə deyim, hərdən məğlubiyyətin tərəfinə keçmək də pis olmaz. Onun nə zaman qalibə çevriləcəyini proqnozlaşdırmaq qeyri-mümkündür.

454 dəfə baxılıb

[29.07.2010] - CAZİBƏMİZ DƏ VAR

[28.07.2010] - EVLƏRİ KÖNDƏLƏN YAR

[22.07.2010] - BU DA BELƏ BİR GÜN

[19.07.2010] - EHTİYATLI OLUN - MÜKAFAT ALA BİLƏRSİZ!

[18.07.2010] - CƏMİYYƏT BELƏ İSTƏYİR...

[15.07.2010] - KOD ADI TƏLƏBƏ...

[12.07.2010] - BİR LİMAN, BİR DƏNİZ...

[11.07.2010] - ÇƏKİRƏM HAAA...

[05.07.2010] - OVUC İÇİ QƏDƏR...

[04.07.2010] - ODDA YANAN, SUDA BATAN...

[01.07.2010] - MƏRDİMAZAR AZ İDİ...

[28.06.2010] - MƏNFİ YÜKLÜ DƏNİZ...

[25.06.2010] - ARI KİMİ...

[21.06.2010] - 8 TƏLƏBƏYƏ 9 NÖV PLOV

[20.06.2010] - HÖKMDARIN HÜZURUNDA...

[19.06.2010] - YAYI YOLA SALAQ?

[14.06.2010] - OPERATİV DƏDƏ QORQUD

[13.06.2010] - YADPLANETLİ DEMƏ...

[10.06.2010] - KİM DAHA ŞANSLI?

[07.06.2010] - 80-dən SONRA GƏLƏN XOŞBƏXTLİK

[06.06.2010] - 10 MİLYON AVRO...CUQ

[03.06.2010] - CANIMIZ YANMASIN...

[31.05.2010] - ÖTƏN GÜNƏ GÜN... ÇATAR, ÇATAR...

[30.05.2010] - BƏNÖVŞƏ, BƏNDƏ DÜŞƏ...

[26.05.2010] - ARAZ AŞIĞIMDAN, KÜR TOPUĞUMDAN

[23.05.2010] - GÖRMƏMİŞİN KƏŞFİ OLDU...

[20.05.2010] - MANYAKA HAQSIZLIQ ETMƏYƏK

[17.05.2010] - HAMIYA ÇİRKİN OLSAM DA...

[16.05.2010] - GƏZMƏYƏ.... HARA YAXŞI?

[13.05.2010] - ÇÖRƏYİ VER ÇÖRƏKÇİYƏ...

[10.05.2010] - O Kİ BELƏ OLDU?

[07.05.2010] - BELƏ “BİZ” OLMAQDANSA...

[03.05.2010] - BAĞ BELƏ, BOSTAN BELƏ

[02.05.2010] - ÖLMÜŞDÜ HİPPOKRAT...

[18.12.2009] - “BOMBA” MƏMUR

[14.12.2009] - ŞAİR SÖZÜ, ƏLBƏTTƏ, YALANDIR

[13.12.2009] - QƏHRƏMAN OLMAQ ÜÇÜN LAYİHƏ

[11.12.2009] - NOVRUZƏLİNİN “E-MƏKTUB”u

[07.12.2009] - YOL VERİN, QUDAM GƏLİR

[05.12.2009] - KÖTƏYİ CƏNNƏTƏ GERİ YOLLADIQ

[02.12.2009] - BAYRAM BİTDİ, YAŞAMAĞA DAVAM!

[25.11.2009] - QIZ QIZILA DÖNÜB...

[23.11.2009] - AY CAN, AY CAN, QİYAMƏTDİ!

[22.11.2009] - HEPİMİZ DOMUZ QRİPİYİZ!

[20.11.2009] - CIRTDANIN NƏNƏSİ VƏ BİZİM YAĞ YAXMAMIZ

[16.11.2009] - DESƏM, ÖLDÜRƏRLƏR...

[15.11.2009] - HAMI YANLIŞ ANLAYIR

[13.11.2009] - KİMDƏ ARTIQ MASKA VAR?

[10.11.2009] - “QAYNAR XƏTT”in SOYUQ DUŞ EFFEKTİ

[08.11.2009] - HƏR ŞEYDƏ BİR AZ “YENİ MÜSAVAT”...

[05.11.2009] - DONUZLA SOVRULANLAR...

[02.11.2009] - QANIMIZI İÇƏNLƏR

[01.11.2009] - EVDƏKİ, BİZİMKİ VƏ YA KÜLFƏT SÖHBƏTİ...

[31.10.2009] - QOCALMAYAN KÖŞƏ YAZARLARI...

[26.10.2009] - BİR İRƏLİ, BİR GERİ-YERİMİZDƏ SAYIRIQ

[25.10.2009] - SUXARI FALI

[22.10.2009] - UŞAQLAR VAR, ŞƏRAİT YOX?

[19.10.2009] - MÖVZU BOL OLARSA...

[18.10.2009] - BƏS QONAQPƏRVƏR İDİK, NƏ OLDU?

[15.10.2009] - İŞLƏR YAĞ KİMİ GETMƏYƏNDƏ...

[12.10.2009] - ƏZİZİM ƏZİZ...

[11.10.2009] - MANIS - CÜMLƏ XƏYANƏTLƏRƏ BAİS?

[08.10.2009] - DAHA MƏNİ GÖZLƏMƏ...

[05.10.2009] - İCTİMAİ İŞDƏN BOZBAŞA...

[28.09.2009] - G20 TOPLANTISININ “OTELLO”ları

[27.09.2009] - DANIŞMIRAM, ƏL ÇƏKİN!

[24.09.2009] - YAĞMA YAĞIŞ, YAĞMA YAĞIŞ...

[20.09.2009] - YETİM ƏLİNDƏ QOĞAL?

[19.09.2009] - BİZİM CEMİ KİM TAPACAQ?

[15.09.2009] - QIZIMA...

[13.09.2009] - HEY, TAKSİ!

[07.09.2009] - 17 İDİ, 18 OLDU...

[06.09.2009] - ÜZRÜ QƏBAHƏTİNDƏN BETƏR

[31.08.2009] - OKSFORDA, YOXSA BAKI MƏKTƏBİNƏ?

[27.08.2009] - 2179 AZƏRBAYCANLIYA 1 KİTAB!

[24.08.2009] - ÖLƏCƏKSƏN, VƏSSALAM!

[21.08.2009] - YIXILIN O BİRİ TƏRƏFƏ

[17.08.2009] - MEYMUNU UNUT!

[13.08.2009] - KASIBIN SEVİMLİ EŞŞƏYİ

[10.08.2009] - ŞEYX NƏSRULLAH GƏLƏNƏDƏK...

[06.08.2009] - ALİ MƏKTƏB DÜKANLARI

[02.08.2009] - NƏRDƏ O ƏSKİ GÜNLƏR?

[01.08.2009] - ÜNVANIMIZA DEYİLƏN “DÜÜÜT”lü SÖYÜŞLƏR

[26.07.2009] - AÇARSIZ AÇIQLAMALAR...

[23.07.2009] - “MEDİA AÇARI” İLƏ BAĞLANAN QAPILAR

[20.07.2009] - HADİSƏ DANIŞANDA

[19.07.2009] - İLDƏ BİR DƏFƏ...

[16.07.2009] - ŞƏN OĞLANLAR

[13.07.2009] - JURNALİSTLƏRİN QUL BAZARI

[06.07.2009] - İMTAHAN BAYRAMI

[03.07.2009] - GECƏ 12-dən SONRA...

[29.06.2009] - SAĞLIĞINDA KOR FATMA...

[28.06.2009] - BU NÖMRƏYƏ ZƏNG ÇATMIR...

[22.06.2009] - BAYRAMSIZ QALAN BABALAR, VAY!

[15.06.2009] - QURDLU GİLAS PROJESİ

[11.06.2009] - KARTOFU JURNALİSTƏ BÜKƏNDƏ...

[08.06.2009] - VƏTƏN MƏNƏ OĞUL DEYİB(?!)

[04.06.2009] - QADIN ŞAPALAĞI

[01.06.2009] - ÜRƏYİ YANAN, GƏL BƏRİ!

[28.05.2009] - MONİTORİNQ HƏVƏSKARLARINA “FƏHLƏ” TÖVSİYYƏSİ

[25.05.2009] - XORUZUN QUYRUĞU...

[21.05.2009] - QIZIL SAAT VƏ “SON ZƏNG” ŞOUSU...

[18.05.2009] - AVROPAYA DAHA BİR ADDIM?

[14.05.2009] - NAĞIL BİTDİ...

[12.05.2009] - ƏLLƏRİMDƏ ÇİÇƏKLƏR...

[07.05.2009] - PEŞƏKARLIQ MÜHAZİRƏSİ

[04.05.2009] - QATİL DƏ TELEVİZOR İZLƏYİR...

[27.04.2009] - GEDƏK BİZ OLMAYAN YERƏ...

[23.04.2009] - NİZAMİNİN ADAŞI

[20.04.2009] - JURNALİSTDİ, QOYMA GƏLDİ!

[16.04.2009] - ONUN ŞƏFQƏTLİ ƏLLƏRİ...

[13.04.2009] - VOLAND BARMAĞI...

[06.04.2009] - TV NAZİRİNİ DANLAYANDA...

[02.04.2009] - ZARAFATSIZ...

[30.03.2009] - YARIMÇIQ YUXU...

[26.03.2009] - FATI, OTUR, FATI, DUR...

[16.03.2009] - METRODA BOMBA RABATAY...

[12.03.2009] - ƏSAS ODU Kİ...

[05.03.2009] - OBAMANIN BİR GÜNÜ...

[02.03.2009] - YARIM QAZAN MAKARON...

[27.02.2009] - BUZ KİMİ 8 MART HƏDİYYƏSİ

[23.02.2009] - AYNƏN ÖYLƏ...

[18.02.2009] - NAĞILÇI MƏNTİQİ

[16.02.2009] - 11 STANSİYALIQ XİLAS YOLU

[09.02.2009] - ATALARA MƏZUNİYYƏT, ANALARA İSTİRAHƏT!

[05.02.2009] - AZƏRBAYCAN - ƏN BÖYÜK QƏZZA...

[03.02.2009] - YARIYA QƏDƏR DOLU STƏKANA YENİ BAXIŞ...

[26.01.2009] - TƏR-Bİ-YƏ-Çİ!

[23.01.2009] - İMİC HEÇ NƏDİR, SUSUZLUQ HƏR ŞEY?

[19.01.2009] - KLİPLƏRDƏN KOROĞLU NƏRİLTİSİ EŞİDİLƏCƏK

[16.01.2009] - GÜNAH HƏMİŞƏ DÖYÜLƏNDƏDİR?

[12.01.2009] - O ƏJDAHADAN BİZDƏ OLMAYACAQ

[08.01.2009] - İKİ AKİFİN İKİ YÜZ FƏRQİ...

[06.01.2009] - 6 YANVAR ÇATANDA...

[29.12.2008] - ÖKÜZ APTEKƏ BAXAN KİMİ...

[25.12.2008] - MƏNƏ BAXMA, ADIMI ÇƏKMƏ, BARƏMDƏ DÜŞÜNMƏ...

[22.12.2008] - KAMERAYA ƏL YELLƏYİN...

[19.12.2008] - SAXLA, DÜŞƏN VAR

[16.12.2008] - 40 “RAZMER” AYAQQABI

[11.12.2008] - BİR AXŞAM ƏLƏT ÇÖLÜNDƏ...

[08.12.2008] - FONDA ŞƏN MUSİQİ...

[04.12.2008] - DÜNYANIN QORXDUĞU CAVAN - NUŞİRƏVAN

[01.12.2008] - NƏ SƏS-KÜYDÜR BU GÜN SİZDƏ, GÜLBADAM?

[30.11.2008] - AVTOBUS YAVAŞ-YAVAŞ YANANDA...

[27.11.2008] - JURNALİSTİN İTİNİ DƏ DİŞLƏYİRLƏR

[24.11.2008] - “LAZIM” QAPINI DÖYÜR...

[20.11.2008] - EL ÜÇÜN AĞLAYANDA...

[17.11.2008] - SƏN DƏ BİZİM MƏHƏLLƏDƏNSƏN...

[14.11.2008] - YENƏ HƏMİN ANAR MÜƏLLİM BARƏDƏ...

[13.11.2008] - “SƏNDƏN YAMAN NİGARANAM”

[10.11.2008] - QEYRİ-ELİT SÖHBƏT...

[03.11.2008] - DANIŞIR BAYQUŞLAR...

[02.11.2008] - MİRZƏ SAKİTİ EVİNƏ KÖÇÜRÜN...

ƏVVƏLKİ YAZILARI

Yeni MÜSAVAT © 2008