 |
Sevinc TELMANQIZI 
OKSFORDA, YOXSA BAKI MƏKTƏBİNƏ?
|
Bu günlərdə Aysun adlı oxucu maraqlı məktub yazıb. İxtisasca müəllimə olan Aysun xanım sivil ölkələrdə olduğu kimi iş axtarmaq üçün Təhsil Nazirliyinin internet saytına baş vurmasından, oradakı vakant yerlərə müsabiqədə iştirak üçün ərizə doldurmasından yazıb. Oxucu xahiş edib ki, maraq üçün sayta girib ərizədəki suallara baxım: “Onda nə demək istədiyimi anlayacaqsınız”. Maraq məni götürdü, sayta girib ərizə ilə tanış oldum. İnsafən, saytın özü də, oradakı ayrı-ayrı bölümlər də diqqətlə, lap deyərdim, beynəlxalq standartlara uyğun hazırlanıb. Hiss olunur ki, buna çoxlu pul xərclənib. Di gəl, “üstü bəzək, altı...” məsəlində olduğu kimi, orada yazılanları oxuyanda hirslənmədən keçə bilmirsən. Eləcə ərizədə oxucumun diqqətini çəkənləri sadalasam, qalanlarının nə gündə olduğunu özünüz təxmin edəcəksiniz. Təsəvvür edin ki, siz Bakıda işsiz qalmış sıravi bir müəllim və ya pedaqoq diplomu almış gənc məzunsunuz. İşə düzəlmək üçün pulunuz, bədbəxtlikdən məktəb direktoru, lap ölüsü, “zavuçu” olan bir qohumunuz da yoxdur. Son gümanınız isə Təhsil Nazirliyinin elan etdiyi müsabiqədir. Müsabiqəyə qatılmaq üçün aşağıdakı keyfiyyətlərə sahib olmalısınız: 1. Son 5 ildə ixtisasartırma kurslarından keçməli; 2. Pilot və digər inkişafyönümlü layihələr çərçivəsində təşkil olunan treninqlərdə iştirak etməli; 3. Bilavasitə yeni təlim texnologiyalarının tətbiqi üzrə təşkil olunan təlim kurslarından (treninqlərdən) keçməli; 4. Təcrübə mübadiləsi məqsədilə digər ölkələrdə təşkil edilmiş müvafiq kursda (kurslarda) iştirak etməli; 5. Son 10 ildə Təhsil Nazirliyi tərəfindən təşkil olunan «İlin ən yaxşı müəllimi" müsabiqəsinin, “Pedaqoji mühazirələrin” yekun turunda mükafata layiq yer (yerlər) tutmalı; 6. Son 10 ildə ümumi təhsilin təkmilləşdirilməsi və yeniləşdirilməsi ilə bağlı məsələlərə həsr olunmuş elmi-təcrübi konfranslarda məruzələrlə çıxış etməli; 7. Son 5 ildə ümumi təhsil sahəsində aktual hesab edilən məsələlərə (fənnin tədrisi metodikasının təkmilləşdirilməsi, yeni təlim strategiyalarının tətbiqi, qabaqcıl iş təcrübəsi, proqram və dərsliklər, yeni fənn kurrikulumları haqqında rəy və təkliflər və s.) aid elmi-pedaqoji və pedaqoji mətbuatda çıxış etməli; 8. Son 10 ildə nazirlik tərəfindən təsdiq edilmiş dərsliyin (dərsliklərin) müəllifi olmalı; 9. Son 10 ildə nazirlik tərəfindən təsdiq edilmiş tədris vəsaitlərinin müəllifi olmalı; 10. Son 10 ildə nazirlik tərəfindən təsdiq edilmiş dərslik və dərs vəsaitlərinə rəy verməli, onların metodik cəhətdən işlənməsində iştirak etməli; 11. Əvvəlki illərdə «Baş müəllim», «Metodist müəllim» adına layiq görülməli, dövlət və hökumət mükafatları ilə təltif olunmalı; 12. İKT-dən istifadə etməyi bacarmalısınız. Başqa? Adama deyərlər, turnikdən hoppanmaq, suyun altında 10 dəqiqə nəfəssiz qalmaq, salto vurmaq da lazımdır? Tələbləri oxuyanda gözün kəllənə çıxır. Sanki adamlar Oksford Universitetində dərs deməyə iddialıdır, buna görə də sadalanan keyfiyyətlərin hamısına sahib olmalıdır. Binəva məzun və ya işsiz müəllim bütün bu kriteriyalara sahibdirsə, Misir Mərdanovun rüşvətxorluq və ələbaxanlıq qoxuyan məktəblərində nə işi var? Gedər elə xaricdə dərs deyər də... Digər tərəfdən, guya hazırda Azərbaycan məktəbləri elə bu keyfiyyətlərə sahib müəllimlərlə dolub-daşırmış, xəbərimiz yox. Bütün müəllim(ə)lər bir ucdan kitab yazır, gecə-gündüz təhsili təkmilləşdirəcək ixtiralara imza atır, ilin qabaqcılı mükafatını qazanırmış və sair. Kimə gəlirsiniz ey? O başqa söhbətin mövzusudur ki, mən cani-dildən məktəblərimizdə bu normalara cavab verən müəllimlərin dərs deməsini arzulayıram. Amma bunları kim yetişdirməlidir? Kənddəki nənəm? Axı Təhsil Nazirliyi belə məzunlar, kadrlar yetişdirəcək potensiala malik deyil. Nə tökərsən aşına, o da çıxar qaşığına söhbəti var ortada. Məktəb direktoru, rayon təhsil şöbələri və ondan yuxarılar dərs ili boyunca müəllimdən heç də ərizədə sadalananları tələb etmirlər. Onların menzurkasına görə “nümunəvi müəllim” obrazı tamam başqa cür olur: rəhbərliyin tələblərinə can-başla əməl edən, aybaay “taksa”nı masanın üstünə qoyan, yaxşı sinifləri, sərfəli dərs saatlarını əldə edə bilmək üçün nə etmək lazım gəldiyini bilən, sədaqətli YAP-çılar, seçki günü “müqəddəs” qutunu matros sayıqlığı ilə qoruyan, lazım gəlsə, məntəqələrdəki müxalifətçilərin başını yaranlardır əməkdar müəllimlər. Onda bu nə saxtakarlıqdır, qardaşım? Mənə qalsa, bu ərizənin özü elə Aysun kimi sadəlövh oxuculara buranın Azərbaycan olduğunu anlatmaq üçündür. Yəni bu da bir məktəbdir. Misir müəllimin həyat məktəbi... 816 dəfə baxılıb
|
[30.08.2010] - HƏFTƏBECƏR [26.08.2010] - SƏN MARSDAN GƏLMİSƏN? [15.08.2010] - NERDE O ESKİ RAMAZANLAR... [09.08.2010] - TƏMİZ AYAQ SÖHBƏTİ [07.08.2010] - ADAM İTİ DİŞLƏYƏNDƏ... [01.08.2010] - BU DA SİZƏ FACEBOOK [29.07.2010] - CAZİBƏMİZ DƏ VAR [28.07.2010] - EVLƏRİ KÖNDƏLƏN YAR [22.07.2010] - BU DA BELƏ BİR GÜN [19.07.2010] - EHTİYATLI OLUN - MÜKAFAT ALA BİLƏRSİZ! [18.07.2010] - CƏMİYYƏT BELƏ İSTƏYİR... [15.07.2010] - KOD ADI TƏLƏBƏ... [12.07.2010] - BİR LİMAN, BİR DƏNİZ... [11.07.2010] - ÇƏKİRƏM HAAA... [05.07.2010] - OVUC İÇİ QƏDƏR... [04.07.2010] - ODDA YANAN, SUDA BATAN... [01.07.2010] - MƏRDİMAZAR AZ İDİ... [28.06.2010] - MƏNFİ YÜKLÜ DƏNİZ... [25.06.2010] - ARI KİMİ... [21.06.2010] - 8 TƏLƏBƏYƏ 9 NÖV PLOV [20.06.2010] - HÖKMDARIN HÜZURUNDA... [19.06.2010] - YAYI YOLA SALAQ? [14.06.2010] - OPERATİV DƏDƏ QORQUD [13.06.2010] - YADPLANETLİ DEMƏ... [10.06.2010] - KİM DAHA ŞANSLI? [07.06.2010] - 80-dən SONRA GƏLƏN XOŞBƏXTLİK [06.06.2010] - 10 MİLYON AVRO...CUQ [03.06.2010] - CANIMIZ YANMASIN... [31.05.2010] - ÖTƏN GÜNƏ GÜN... ÇATAR, ÇATAR... [30.05.2010] - BƏNÖVŞƏ, BƏNDƏ DÜŞƏ... [26.05.2010] - ARAZ AŞIĞIMDAN, KÜR TOPUĞUMDAN [23.05.2010] - GÖRMƏMİŞİN KƏŞFİ OLDU... [20.05.2010] - MANYAKA HAQSIZLIQ ETMƏYƏK [17.05.2010] - HAMIYA ÇİRKİN OLSAM DA... [16.05.2010] - GƏZMƏYƏ.... HARA YAXŞI? [13.05.2010] - ÇÖRƏYİ VER ÇÖRƏKÇİYƏ... [10.05.2010] - O Kİ BELƏ OLDU? [07.05.2010] - BELƏ “BİZ” OLMAQDANSA... [03.05.2010] - BAĞ BELƏ, BOSTAN BELƏ [02.05.2010] - ÖLMÜŞDÜ HİPPOKRAT... [18.12.2009] - “BOMBA” MƏMUR [14.12.2009] - ŞAİR SÖZÜ, ƏLBƏTTƏ, YALANDIR [13.12.2009] - QƏHRƏMAN OLMAQ ÜÇÜN LAYİHƏ [11.12.2009] - NOVRUZƏLİNİN “E-MƏKTUB”u [07.12.2009] - YOL VERİN, QUDAM GƏLİR [05.12.2009] - KÖTƏYİ CƏNNƏTƏ GERİ YOLLADIQ [02.12.2009] - BAYRAM BİTDİ, YAŞAMAĞA DAVAM! [25.11.2009] - QIZ QIZILA DÖNÜB... [23.11.2009] - AY CAN, AY CAN, QİYAMƏTDİ! [22.11.2009] - HEPİMİZ DOMUZ QRİPİYİZ! [20.11.2009] - CIRTDANIN NƏNƏSİ VƏ BİZİM YAĞ YAXMAMIZ [16.11.2009] - DESƏM, ÖLDÜRƏRLƏR... [15.11.2009] - HAMI YANLIŞ ANLAYIR [13.11.2009] - KİMDƏ ARTIQ MASKA VAR? [10.11.2009] - “QAYNAR XƏTT”in SOYUQ DUŞ EFFEKTİ [08.11.2009] - HƏR ŞEYDƏ BİR AZ “YENİ MÜSAVAT”... [05.11.2009] - DONUZLA SOVRULANLAR... [02.11.2009] - QANIMIZI İÇƏNLƏR [01.11.2009] - EVDƏKİ, BİZİMKİ VƏ YA KÜLFƏT SÖHBƏTİ... [31.10.2009] - QOCALMAYAN KÖŞƏ YAZARLARI... [26.10.2009] - BİR İRƏLİ, BİR GERİ-YERİMİZDƏ SAYIRIQ [25.10.2009] - SUXARI FALI [22.10.2009] - UŞAQLAR VAR, ŞƏRAİT YOX? [19.10.2009] - MÖVZU BOL OLARSA... [18.10.2009] - BƏS QONAQPƏRVƏR İDİK, NƏ OLDU? [15.10.2009] - İŞLƏR YAĞ KİMİ GETMƏYƏNDƏ... [12.10.2009] - ƏZİZİM ƏZİZ... [11.10.2009] - MANIS - CÜMLƏ XƏYANƏTLƏRƏ BAİS? [08.10.2009] - DAHA MƏNİ GÖZLƏMƏ... [05.10.2009] - İCTİMAİ İŞDƏN BOZBAŞA... [28.09.2009] - G20 TOPLANTISININ “OTELLO”ları [27.09.2009] - DANIŞMIRAM, ƏL ÇƏKİN! [24.09.2009] - YAĞMA YAĞIŞ, YAĞMA YAĞIŞ... [20.09.2009] - YETİM ƏLİNDƏ QOĞAL? [19.09.2009] - BİZİM CEMİ KİM TAPACAQ? [15.09.2009] - QIZIMA... [13.09.2009] - HEY, TAKSİ! [07.09.2009] - 17 İDİ, 18 OLDU... [06.09.2009] - ÜZRÜ QƏBAHƏTİNDƏN BETƏR [30.08.2009] - OĞRU DA SUÇLU DEYİLSƏ... [27.08.2009] - 2179 AZƏRBAYCANLIYA 1 KİTAB! [24.08.2009] - ÖLƏCƏKSƏN, VƏSSALAM! [21.08.2009] - YIXILIN O BİRİ TƏRƏFƏ [17.08.2009] - MEYMUNU UNUT! [13.08.2009] - KASIBIN SEVİMLİ EŞŞƏYİ [10.08.2009] - ŞEYX NƏSRULLAH GƏLƏNƏDƏK... [06.08.2009] - ALİ MƏKTƏB DÜKANLARI [02.08.2009] - NƏRDƏ O ƏSKİ GÜNLƏR? [01.08.2009] - ÜNVANIMIZA DEYİLƏN “DÜÜÜT”lü SÖYÜŞLƏR [26.07.2009] - AÇARSIZ AÇIQLAMALAR... [23.07.2009] - “MEDİA AÇARI” İLƏ BAĞLANAN QAPILAR [20.07.2009] - HADİSƏ DANIŞANDA [19.07.2009] - İLDƏ BİR DƏFƏ... [16.07.2009] - ŞƏN OĞLANLAR [13.07.2009] - JURNALİSTLƏRİN QUL BAZARI [06.07.2009] - İMTAHAN BAYRAMI [03.07.2009] - GECƏ 12-dən SONRA... [29.06.2009] - SAĞLIĞINDA KOR FATMA... [28.06.2009] - BU NÖMRƏYƏ ZƏNG ÇATMIR... [22.06.2009] - BAYRAMSIZ QALAN BABALAR, VAY! [15.06.2009] - QURDLU GİLAS PROJESİ [11.06.2009] - KARTOFU JURNALİSTƏ BÜKƏNDƏ... [08.06.2009] - VƏTƏN MƏNƏ OĞUL DEYİB(?!) [04.06.2009] - QADIN ŞAPALAĞI [01.06.2009] - ÜRƏYİ YANAN, GƏL BƏRİ! [28.05.2009] - MONİTORİNQ HƏVƏSKARLARINA “FƏHLƏ” TÖVSİYYƏSİ [25.05.2009] - XORUZUN QUYRUĞU... [21.05.2009] - QIZIL SAAT VƏ “SON ZƏNG” ŞOUSU... [18.05.2009] - AVROPAYA DAHA BİR ADDIM? [14.05.2009] - NAĞIL BİTDİ... [12.05.2009] - ƏLLƏRİMDƏ ÇİÇƏKLƏR... [07.05.2009] - PEŞƏKARLIQ MÜHAZİRƏSİ [04.05.2009] - QATİL DƏ TELEVİZOR İZLƏYİR... [27.04.2009] - GEDƏK BİZ OLMAYAN YERƏ... [23.04.2009] - NİZAMİNİN ADAŞI [20.04.2009] - JURNALİSTDİ, QOYMA GƏLDİ! [16.04.2009] - ONUN ŞƏFQƏTLİ ƏLLƏRİ... [13.04.2009] - VOLAND BARMAĞI... [06.04.2009] - TV NAZİRİNİ DANLAYANDA... [02.04.2009] - ZARAFATSIZ... [30.03.2009] - YARIMÇIQ YUXU... [26.03.2009] - FATI, OTUR, FATI, DUR... [16.03.2009] - METRODA BOMBA RABATAY... [12.03.2009] - ƏSAS ODU Kİ... [05.03.2009] - OBAMANIN BİR GÜNÜ... [02.03.2009] - YARIM QAZAN MAKARON... [27.02.2009] - BUZ KİMİ 8 MART HƏDİYYƏSİ [23.02.2009] - AYNƏN ÖYLƏ... [18.02.2009] - NAĞILÇI MƏNTİQİ [16.02.2009] - 11 STANSİYALIQ XİLAS YOLU [09.02.2009] - ATALARA MƏZUNİYYƏT, ANALARA İSTİRAHƏT! [05.02.2009] - AZƏRBAYCAN - ƏN BÖYÜK QƏZZA... [03.02.2009] - YARIYA QƏDƏR DOLU STƏKANA YENİ BAXIŞ... [26.01.2009] - TƏR-Bİ-YƏ-Çİ! [23.01.2009] - İMİC HEÇ NƏDİR, SUSUZLUQ HƏR ŞEY? [19.01.2009] - KLİPLƏRDƏN KOROĞLU NƏRİLTİSİ EŞİDİLƏCƏK [16.01.2009] - GÜNAH HƏMİŞƏ DÖYÜLƏNDƏDİR? [12.01.2009] - O ƏJDAHADAN BİZDƏ OLMAYACAQ [08.01.2009] - İKİ AKİFİN İKİ YÜZ FƏRQİ... [06.01.2009] - 6 YANVAR ÇATANDA... [29.12.2008] - ÖKÜZ APTEKƏ BAXAN KİMİ... [25.12.2008] - MƏNƏ BAXMA, ADIMI ÇƏKMƏ, BARƏMDƏ DÜŞÜNMƏ... [22.12.2008] - KAMERAYA ƏL YELLƏYİN... [19.12.2008] - SAXLA, DÜŞƏN VAR [16.12.2008] - 40 “RAZMER” AYAQQABI [11.12.2008] - BİR AXŞAM ƏLƏT ÇÖLÜNDƏ... [08.12.2008] - FONDA ŞƏN MUSİQİ... [04.12.2008] - DÜNYANIN QORXDUĞU CAVAN - NUŞİRƏVAN [01.12.2008] - NƏ SƏS-KÜYDÜR BU GÜN SİZDƏ, GÜLBADAM? [30.11.2008] - AVTOBUS YAVAŞ-YAVAŞ YANANDA... [27.11.2008] - JURNALİSTİN İTİNİ DƏ DİŞLƏYİRLƏR [24.11.2008] - “LAZIM” QAPINI DÖYÜR... [20.11.2008] - EL ÜÇÜN AĞLAYANDA... [17.11.2008] - SƏN DƏ BİZİM MƏHƏLLƏDƏNSƏN... [14.11.2008] - YENƏ HƏMİN ANAR MÜƏLLİM BARƏDƏ... [13.11.2008] - “SƏNDƏN YAMAN NİGARANAM” [10.11.2008] - QEYRİ-ELİT SÖHBƏT... [03.11.2008] - DANIŞIR BAYQUŞLAR... [02.11.2008] - MİRZƏ SAKİTİ EVİNƏ KÖÇÜRÜN... ƏVVƏLKİ YAZILARI
|