 |
Sevinc TELMANQIZI 
ÜZRÜ QƏBAHƏTİNDƏN BETƏR
|
Dünya qəzetləri yazır: Avstraliya hökuməti uşaqlardan üzr istəyəcək. Buna səbəb ölkənin tarixi boyunca yetimxanalarda qalan azyaşlıların kobud rəftarla üzləşməsidir. Hollandiya hökuməti isə 13 yaşlı qızının təkbaşına dünya səyahətinə çıxmasına icazə verən ailəni məhkəməyə verib. “Bu uşaq təkcə sizin yox, bu dövlətindir, onu taleyin axarına ata bilməzsiniz” deyilir hökumətin bəyanatında. Amerikada 8 yaşlı qızına gecə nağıl oxumadığı, əvəzində isə içki içdiyi üçün 38 yaşlı ata cəzalandırılıb... Bu cür örnəklər bəs deyincədir. Sadaladıqlarım isə son bir həftədə baş verənlərdir. Bəs bizim qəzetlər elə bu həftə ərzində cocuqlarımızın həyatına dair nələr yazıb? “Tikinti şirkətləri artdıqca bağçaların sayı azalıb”(Təhsil naziri Misir Mərdanovun srağagünkü mətbuat konfransından), “Azərbaycan Uşaq Birliyi: ”Ölkədə azyaşlı oğlan uşaqlarına qarşı təcavüz halları artıb", “Bu il dilənçi uşaqların sayında 35 faiz artım qeydə alınıb”... Həmkarım Aynur Elgünəşin Bakıdakı küçə uşaqları, yiyəsiz körpələrin həyatı ilə bağlı silsilə reportajlarını da yada salsanız, mənzərə tam aydınlaşar... Dediyim kimi, fərqi kəlmələrlə anlatmağa ehtiyac yoxdur. Avstraliya 13 yaşlı qızın dünya səyahətinə çıxmasına icazə vermir. Əminəm, indi bizim bir çox valideynlər başını bulayıb, “burda nə var ki? Biz də uşağımızın o yaşda səyahətə çıxmasına icazə vermərik” deyəcək. Amma fərqə baxın: orda valideyn səhv edir, dövlətsə bunun qarşısını alır, bu səhvinə görə ata-ananı cəzalandırır. Bizdəsə uşaqların taleyinə cavabdeh olan qurumlar bir-birinin ardınca əcaib-qəraib səhvlərə imza atırlar və buna görə onları nəinki məhkəməyə, heç debata çağıran da olmur. Heç valideynlərimizin canında da az yoxdur. Əksəriyyətindən soruşsanız, 13 yaşlı qızın səyahət üçün kiçik olduğunu deyəcək. Amma gedin bölgələrimizə, xüsusən də cənub rayonlarına. 13 yaşındakı qızlar artıq ailə-uşaq sahibidirlər, nə hikmətdirsə, birdən-birə “böyüyüblər”. El təbirincə desək, “papaq dəyəndə yıxılmadıqları üçün” zurna-balabanla ərə veriliblər. Sözümün “mustafa”sı - bizim cocuqlarla xaricdəki həmyaşıdları arasında xüsusi fərq yox: hamısı dünyaya eyni cür gəlib, doğulan kimi ağlayıb, sonra qığıldayıb, iməkləyib və sair. Yeganə fərq onların əmanət olunduğu hökumətlərdə, bir də valideynlərin yanaşma tərzindədir. Məsələn, marağa parklarda cocuğunu gəzintiyə çıxaran valideynlər arasında sorğu keçirin. Əminəm ki, hamısı xaricdəki uşaqlarla bizimkilər arasında “istiqanlılıq” fərqi olduğunu deyəcəklər. Yəni çoxlarının düşüncəsinə görə, əcnəbi cocuqlar sevgisiz, “nemes” şərtləri daxilində, amma bizimkilər sevgi selinin içində böyüyürmüş. Sevgi seli dedikləri də nədi, bilirsiniz? Uşaq (xüsusən də bu, oğlandırsa) ayağını yerə döyüb nəsə istəyən kimi dərhal onun yerinə yetirilməsi, əldə yemək boşqabı ilə həyətdə onun dalınca qaçılması, hətta əyilib tərləməsin deyə ayaqqabı bağının da ana tərəfindən bağlanması, bir sözlə, onun problemlərini şəxsən öz çiyinlərinə götürmə... Hələ bu harasıdır? Məktəbi qurtaran il ətək-ətək pul xərcləyib, müəllim ordusunun yanına göndərmək, institut məsrəflərini (imtahan-zaçot) ödəmək, oğlandırsa əsgərlikdən saxlatma, sonra işə düzəltmə, qızdısa, cehizçün borca-xərcə girmək də bu valideyn görəvlərinin içindədir. Bir sözlə, bizdə dövlətin yükünü də valideyn öz çiyninə götürür, ona görə də beli əyri gəzir. Adını isə qoyur sevgi seli... Halbuki o “soyuq uşaqların” böyüdüyü xarici ölkələr var ha... Orda uşaq 14-15, bəlkə də daha kiçik yaşlardan əməyə alışdırılır. Valideyn həftə sonları pul qarşılığında öz maşınını uşağına yudurdur, məktəbli yay tətilində kafelərdə ofisiant kimi çalışır və sair. Bir sözlə, əməyə öyrəşir, pulun əhəmiyyətini, onun nə əziyyətlər hesabına başa gəldiyini öyrənir. Və həyatla üz-üzə gəlir. Bəlkə bir az büdrəyir, azca da yıxılır. Amma nolsun? Axırda ki, öyrənir. Özü də şəxsi təcrübəsi hesabına. Bunun nəyi pisdir ki? Məşhur filmin məşhur sitatını improvizə etsək, o boyda Avstraliya bapbalaca cocuqların qarşısında boyun əyib, əfv gözləyir. Maraqlıdır, bizim balacalardan hökumət nə vaxt üzr istəyəcək? Amma qorxuram, bizimkilərin üzrü qəbahətindən betər olsun. Həmişəki kimi... 441 dəfə baxılıb
|
[18.12.2009] - “BOMBA” MƏMUR [14.12.2009] - ŞAİR SÖZÜ, ƏLBƏTTƏ, YALANDIR [13.12.2009] - QƏHRƏMAN OLMAQ ÜÇÜN LAYİHƏ [11.12.2009] - NOVRUZƏLİNİN “E-MƏKTUB”u [07.12.2009] - YOL VERİN, QUDAM GƏLİR [05.12.2009] - KÖTƏYİ CƏNNƏTƏ GERİ YOLLADIQ [02.12.2009] - BAYRAM BİTDİ, YAŞAMAĞA DAVAM! [25.11.2009] - QIZ QIZILA DÖNÜB... [23.11.2009] - AY CAN, AY CAN, QİYAMƏTDİ! [22.11.2009] - HEPİMİZ DOMUZ QRİPİYİZ! [20.11.2009] - CIRTDANIN NƏNƏSİ VƏ BİZİM YAĞ YAXMAMIZ [16.11.2009] - DESƏM, ÖLDÜRƏRLƏR... [15.11.2009] - HAMI YANLIŞ ANLAYIR [13.11.2009] - KİMDƏ ARTIQ MASKA VAR? [10.11.2009] - “QAYNAR XƏTT”in SOYUQ DUŞ EFFEKTİ [08.11.2009] - HƏR ŞEYDƏ BİR AZ “YENİ MÜSAVAT”... [05.11.2009] - DONUZLA SOVRULANLAR... [02.11.2009] - QANIMIZI İÇƏNLƏR [01.11.2009] - EVDƏKİ, BİZİMKİ VƏ YA KÜLFƏT SÖHBƏTİ... [31.10.2009] - QOCALMAYAN KÖŞƏ YAZARLARI... [26.10.2009] - BİR İRƏLİ, BİR GERİ-YERİMİZDƏ SAYIRIQ [25.10.2009] - SUXARI FALI [22.10.2009] - UŞAQLAR VAR, ŞƏRAİT YOX? [19.10.2009] - MÖVZU BOL OLARSA... [18.10.2009] - BƏS QONAQPƏRVƏR İDİK, NƏ OLDU? [15.10.2009] - İŞLƏR YAĞ KİMİ GETMƏYƏNDƏ... [12.10.2009] - ƏZİZİM ƏZİZ... [11.10.2009] - MANIS - CÜMLƏ XƏYANƏTLƏRƏ BAİS? [08.10.2009] - DAHA MƏNİ GÖZLƏMƏ... [05.10.2009] - İCTİMAİ İŞDƏN BOZBAŞA... [28.09.2009] - G20 TOPLANTISININ “OTELLO”ları [27.09.2009] - DANIŞMIRAM, ƏL ÇƏKİN! [24.09.2009] - YAĞMA YAĞIŞ, YAĞMA YAĞIŞ... [20.09.2009] - YETİM ƏLİNDƏ QOĞAL? [19.09.2009] - BİZİM CEMİ KİM TAPACAQ? [15.09.2009] - QIZIMA... [13.09.2009] - HEY, TAKSİ! [07.09.2009] - 17 İDİ, 18 OLDU... [31.08.2009] - OKSFORDA, YOXSA BAKI MƏKTƏBİNƏ? [30.08.2009] - OĞRU DA SUÇLU DEYİLSƏ... [27.08.2009] - 2179 AZƏRBAYCANLIYA 1 KİTAB! [24.08.2009] - ÖLƏCƏKSƏN, VƏSSALAM! [21.08.2009] - YIXILIN O BİRİ TƏRƏFƏ [17.08.2009] - MEYMUNU UNUT! [13.08.2009] - KASIBIN SEVİMLİ EŞŞƏYİ [10.08.2009] - ŞEYX NƏSRULLAH GƏLƏNƏDƏK... [06.08.2009] - ALİ MƏKTƏB DÜKANLARI [02.08.2009] - NƏRDƏ O ƏSKİ GÜNLƏR? [01.08.2009] - ÜNVANIMIZA DEYİLƏN “DÜÜÜT”lü SÖYÜŞLƏR [26.07.2009] - AÇARSIZ AÇIQLAMALAR... [23.07.2009] - “MEDİA AÇARI” İLƏ BAĞLANAN QAPILAR [20.07.2009] - HADİSƏ DANIŞANDA [19.07.2009] - İLDƏ BİR DƏFƏ... [16.07.2009] - ŞƏN OĞLANLAR [13.07.2009] - JURNALİSTLƏRİN QUL BAZARI [06.07.2009] - İMTAHAN BAYRAMI [03.07.2009] - GECƏ 12-dən SONRA... [29.06.2009] - SAĞLIĞINDA KOR FATMA... [28.06.2009] - BU NÖMRƏYƏ ZƏNG ÇATMIR... [22.06.2009] - BAYRAMSIZ QALAN BABALAR, VAY! [15.06.2009] - QURDLU GİLAS PROJESİ [11.06.2009] - KARTOFU JURNALİSTƏ BÜKƏNDƏ... [08.06.2009] - VƏTƏN MƏNƏ OĞUL DEYİB(?!) [04.06.2009] - QADIN ŞAPALAĞI [01.06.2009] - ÜRƏYİ YANAN, GƏL BƏRİ! [28.05.2009] - MONİTORİNQ HƏVƏSKARLARINA “FƏHLƏ” TÖVSİYYƏSİ [25.05.2009] - XORUZUN QUYRUĞU... [21.05.2009] - QIZIL SAAT VƏ “SON ZƏNG” ŞOUSU... [18.05.2009] - AVROPAYA DAHA BİR ADDIM? [14.05.2009] - NAĞIL BİTDİ... [12.05.2009] - ƏLLƏRİMDƏ ÇİÇƏKLƏR... [07.05.2009] - PEŞƏKARLIQ MÜHAZİRƏSİ [04.05.2009] - QATİL DƏ TELEVİZOR İZLƏYİR... [27.04.2009] - GEDƏK BİZ OLMAYAN YERƏ... [23.04.2009] - NİZAMİNİN ADAŞI [20.04.2009] - JURNALİSTDİ, QOYMA GƏLDİ! [16.04.2009] - ONUN ŞƏFQƏTLİ ƏLLƏRİ... [13.04.2009] - VOLAND BARMAĞI... [06.04.2009] - TV NAZİRİNİ DANLAYANDA... [02.04.2009] - ZARAFATSIZ... [30.03.2009] - YARIMÇIQ YUXU... [26.03.2009] - FATI, OTUR, FATI, DUR... [16.03.2009] - METRODA BOMBA RABATAY... [12.03.2009] - ƏSAS ODU Kİ... [05.03.2009] - OBAMANIN BİR GÜNÜ... [02.03.2009] - YARIM QAZAN MAKARON... [27.02.2009] - BUZ KİMİ 8 MART HƏDİYYƏSİ [23.02.2009] - AYNƏN ÖYLƏ... [18.02.2009] - NAĞILÇI MƏNTİQİ [16.02.2009] - 11 STANSİYALIQ XİLAS YOLU [09.02.2009] - ATALARA MƏZUNİYYƏT, ANALARA İSTİRAHƏT! [05.02.2009] - AZƏRBAYCAN - ƏN BÖYÜK QƏZZA... [03.02.2009] - YARIYA QƏDƏR DOLU STƏKANA YENİ BAXIŞ... [26.01.2009] - TƏR-Bİ-YƏ-Çİ! [23.01.2009] - İMİC HEÇ NƏDİR, SUSUZLUQ HƏR ŞEY? [19.01.2009] - KLİPLƏRDƏN KOROĞLU NƏRİLTİSİ EŞİDİLƏCƏK [16.01.2009] - GÜNAH HƏMİŞƏ DÖYÜLƏNDƏDİR? [12.01.2009] - O ƏJDAHADAN BİZDƏ OLMAYACAQ [08.01.2009] - İKİ AKİFİN İKİ YÜZ FƏRQİ... [06.01.2009] - 6 YANVAR ÇATANDA... [29.12.2008] - ÖKÜZ APTEKƏ BAXAN KİMİ... [25.12.2008] - MƏNƏ BAXMA, ADIMI ÇƏKMƏ, BARƏMDƏ DÜŞÜNMƏ... [22.12.2008] - KAMERAYA ƏL YELLƏYİN... [19.12.2008] - SAXLA, DÜŞƏN VAR [16.12.2008] - 40 “RAZMER” AYAQQABI [11.12.2008] - BİR AXŞAM ƏLƏT ÇÖLÜNDƏ... [08.12.2008] - FONDA ŞƏN MUSİQİ... [04.12.2008] - DÜNYANIN QORXDUĞU CAVAN - NUŞİRƏVAN [01.12.2008] - NƏ SƏS-KÜYDÜR BU GÜN SİZDƏ, GÜLBADAM? [30.11.2008] - AVTOBUS YAVAŞ-YAVAŞ YANANDA... [27.11.2008] - JURNALİSTİN İTİNİ DƏ DİŞLƏYİRLƏR [24.11.2008] - “LAZIM” QAPINI DÖYÜR... [20.11.2008] - EL ÜÇÜN AĞLAYANDA... [17.11.2008] - SƏN DƏ BİZİM MƏHƏLLƏDƏNSƏN... [14.11.2008] - YENƏ HƏMİN ANAR MÜƏLLİM BARƏDƏ... [13.11.2008] - “SƏNDƏN YAMAN NİGARANAM” [10.11.2008] - QEYRİ-ELİT SÖHBƏT... [03.11.2008] - DANIŞIR BAYQUŞLAR... [02.11.2008] - MİRZƏ SAKİTİ EVİNƏ KÖÇÜRÜN... ƏVVƏLKİ YAZILARI
|