30 iyul 2010
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Sevinc TELMANQIZI Yazara məktub göndər

17 İDİ, 18 OLDU...

Qızının toyunda “sındıra-sındıra” oynamaq istəyənlərçün
“Qadın evlənmədən öncə, kişi evlənəndən sonra ağlayır”(İsveç atalar sözü)

Gözümüz aydın, payızda bütün dərdlərimiz həll olunacaq. Milli Məclisin sosial siyasət komitəsi qızlarçün nikah yaşının 17-dən 18-ə qaldırılmasını təklif edib və payızda da bu dəyişiklik səsə qoyulacaq. Ondan sonra yaşayacaq ey qızlarımız. Komitə sədri Hadı Rəcəbli deyir ki, qızlar 17 yaşında məktəbi qurtarmalıdır ki, ən azı ər evinə kamal attestatı ilə gedə bilsinlər. Əmma...

“Daşdankeçən” istisna səbəblər olarsa, bu nikaha “okey” veriləcək. “Daşdankeçən” səbəbsə qızın hamiləliyi, nə bilim, ailədəki hansısa özəl durum və sairmiş. Yəni, prinsipcə, yenə də sıfıra sıfır, əldə var sıfır məsələsidir. Guya bundan sonra 14-15 yaşında qızlar nikaha girə bilməyəcək? Rayon yerlərindəki mollaların canı sağ olsun, dini kəbini kəsəcəklər, hamı da şad-xürrəm yaşayacaq. Lazım gəlsə, deyəcəklər, qız o “daşdankeçən” səbəbə görə ərə gedib. Kimin cınqırı çıxacaq? Bir az şirinlik, azca da görüm-baxım, məsələ həll olunacaq. “Bəyin oğurlanması”ndakı kimi, xoşbəxt bir ailənin təməlinin qoyulmasına hamı can-başla razılıq verəcək.
Mən demirəm ki, kimsə evlənmək istəyirsə, mütləq polisin hüzuruna getməlidir. Amma Cəlil Məmmədquluzadə qəhrəmanları sayağı 12-13 yaşında ailə həyatına qədəm qoyan qızcığazlar, buna icazə verən ailələri böyük bir faciənin bünövrəsini qazırlar. Bu ailə nəticəsində dünyaya gələcək körpələr, onların sağlamlığı, cahil ananın himayəsində böyüməsi, gələcək təhsili... Eh, saymaqla qurtaran deyil, yəni, bu nikahla bir yox, bir nəsil bədbəxt olur. Ona görə də lazım gəlsə, bu bədbəxtçiliyin qarşısını polis zopası ilə almaq lazımdır. Molla da, lap elə onu “süd haqqı”, nə bilim “sıyıq pulu” adı altında hərraca qoyan ata-anası da cəzalanmalıdır. Zarafat bir yana, amma bu gün ölkənin bir çox yerlərində “süd haqqı” alaraq, elçilərə “hə” deyən valideynlərin sayı artmaqda davam edir və bu, artıq faciədir.
Əminəm, çoxlarınız keçmişdə nənələrimizin 12-13 yaşında ərə gedib, çox xoşbəxt, möhkəm ailə qurmasını, sonra da Azərbaycana səs salan balalar böyütməsini arqument kimi qabağıma qoyacaqsınız. Amma özünüz də deyirsiniz ki, bu, keçmişdə beləydi. Yəni, ekologiyanın tərtəmiz (burda nənələrimizin pəhləvan kimi güclü olması və uşaq dünyaya gətirmə qabiliyyəti nəzərdə tutulur-S.T), təhsilimizin nümunəvi olduğu dönəmlərdən danışırıq. Həmin dönəmlərdə insanlar uşaqlarını könül rahatlığı ilə məktəblərə təslim edir, ordan ən azı orta savadlı uşaqların məzun olacağına əmin olurdular. İndisə cocuğun təhsili də, tərbiyəsi də bilavasitə valideynin, daha çoxsa evdar olan anasının üzərinə düşür. Orta məktəbi belə yarımçıq bitirmiş bir ananın nəinki övladına, heç özünə də xeyri yoxdur.
“Azadlıq” radiosunda sözügedən xəbərlə tanış olanda qızını erkən yaşda ərə vermiş bir valideynin rəyini oxudum. Ana deyirdi ki, “qızım sevirdi, mən də ”hə" dedim, oxumaq istəmirdi. İndi isə xoşbəxtdir. Bunun hökumətə nə ziyanı? Bəlkə də qızım 25 yaşında ailə qursaydı, belə xoşbəxt olmazdı". İnsanların xoşbəxtlik anlayışı dəyişkəndir təbii ki. Qara qarğalıq da etmək istəmirəm, amma sabah o ananın qızı “daşdankeçən”(bu sözü yaman xoşladım-S.T) bir səbəblə ərindən ayrılsa, özünü, uşağını necə saxlayacaq? Ali savadlı insanların belə güc-bəla ilə özünü saxladığı bir məmləkətdə orta məktəbi yarımçıq bitirmiş qadının necə yaşayacağı özü boyda bir müəmmadır. İnsanlar övladlarına ancaq “nemeski” paltaryuyan maşın, çex mebeli, madonna servisi və sair cehiz verməklə kifayətlənmə lüksünə sahib ola bilməz. Bəs həyat təminatı? O ali məktəb diplomu hər nə qədər əvvəlki effektdə olmasa da, suya düşüb boğulanda ona sarılmaq mümkündür. Yəni, son ümid yerimizdir.
Yoxsa, hər tərəfdən uşağının yolunu bağla ki, nə var nə var, məşhur tamaşada deyildiyi kimi, sən onun toyunda sındıra-sındıra oynayacaqsan. Bəs sonrası? Belə baxanda heç birimiz nağıllardakı 40 gün, 40 gecə davam edən toyların 41-ci günündə nə baş verdiyindən xəbərsizik, onda qala belə nikahların...
Deyəsən, belə getsə, qızlarına Sultan bəy sayağı “qızım səni ərə verim” sualını vermədən əvvəl ata-analar onun başını örpək, başmaqla “bişirməyə” çalışacaqlar. Vay o gündən ki, qızın da başı bu hədiyyələrə aldansın. Onda heyif bu köşədən...
Yazını bu günlərdə oxuduğum maraqlı bir lətifə ilə bitirmək istəyirəm. Demək, qadın yemək masası arxasındakı ərindən soruşur: Əzizim, yemək necə alınıb? Cavab: Niyə soruşursan? Yenə dava etmək istəyirsən?
Bax, məncə, Hadı müəllimin bu təklifindən də dava iyi gəlir. İndidən qolay gəlsin!

834 dəfə baxılıb

[29.07.2010] - CAZİBƏMİZ DƏ VAR

[28.07.2010] - EVLƏRİ KÖNDƏLƏN YAR

[22.07.2010] - BU DA BELƏ BİR GÜN

[19.07.2010] - EHTİYATLI OLUN - MÜKAFAT ALA BİLƏRSİZ!

[18.07.2010] - CƏMİYYƏT BELƏ İSTƏYİR...

[15.07.2010] - KOD ADI TƏLƏBƏ...

[12.07.2010] - BİR LİMAN, BİR DƏNİZ...

[11.07.2010] - ÇƏKİRƏM HAAA...

[05.07.2010] - OVUC İÇİ QƏDƏR...

[04.07.2010] - ODDA YANAN, SUDA BATAN...

[01.07.2010] - MƏRDİMAZAR AZ İDİ...

[28.06.2010] - MƏNFİ YÜKLÜ DƏNİZ...

[25.06.2010] - ARI KİMİ...

[21.06.2010] - 8 TƏLƏBƏYƏ 9 NÖV PLOV

[20.06.2010] - HÖKMDARIN HÜZURUNDA...

[19.06.2010] - YAYI YOLA SALAQ?

[14.06.2010] - OPERATİV DƏDƏ QORQUD

[13.06.2010] - YADPLANETLİ DEMƏ...

[10.06.2010] - KİM DAHA ŞANSLI?

[07.06.2010] - 80-dən SONRA GƏLƏN XOŞBƏXTLİK

[06.06.2010] - 10 MİLYON AVRO...CUQ

[03.06.2010] - CANIMIZ YANMASIN...

[31.05.2010] - ÖTƏN GÜNƏ GÜN... ÇATAR, ÇATAR...

[30.05.2010] - BƏNÖVŞƏ, BƏNDƏ DÜŞƏ...

[26.05.2010] - ARAZ AŞIĞIMDAN, KÜR TOPUĞUMDAN

[23.05.2010] - GÖRMƏMİŞİN KƏŞFİ OLDU...

[20.05.2010] - MANYAKA HAQSIZLIQ ETMƏYƏK

[17.05.2010] - HAMIYA ÇİRKİN OLSAM DA...

[16.05.2010] - GƏZMƏYƏ.... HARA YAXŞI?

[13.05.2010] - ÇÖRƏYİ VER ÇÖRƏKÇİYƏ...

[10.05.2010] - O Kİ BELƏ OLDU?

[07.05.2010] - BELƏ “BİZ” OLMAQDANSA...

[03.05.2010] - BAĞ BELƏ, BOSTAN BELƏ

[02.05.2010] - ÖLMÜŞDÜ HİPPOKRAT...

[18.12.2009] - “BOMBA” MƏMUR

[14.12.2009] - ŞAİR SÖZÜ, ƏLBƏTTƏ, YALANDIR

[13.12.2009] - QƏHRƏMAN OLMAQ ÜÇÜN LAYİHƏ

[11.12.2009] - NOVRUZƏLİNİN “E-MƏKTUB”u

[07.12.2009] - YOL VERİN, QUDAM GƏLİR

[05.12.2009] - KÖTƏYİ CƏNNƏTƏ GERİ YOLLADIQ

[02.12.2009] - BAYRAM BİTDİ, YAŞAMAĞA DAVAM!

[25.11.2009] - QIZ QIZILA DÖNÜB...

[23.11.2009] - AY CAN, AY CAN, QİYAMƏTDİ!

[22.11.2009] - HEPİMİZ DOMUZ QRİPİYİZ!

[20.11.2009] - CIRTDANIN NƏNƏSİ VƏ BİZİM YAĞ YAXMAMIZ

[16.11.2009] - DESƏM, ÖLDÜRƏRLƏR...

[15.11.2009] - HAMI YANLIŞ ANLAYIR

[13.11.2009] - KİMDƏ ARTIQ MASKA VAR?

[10.11.2009] - “QAYNAR XƏTT”in SOYUQ DUŞ EFFEKTİ

[08.11.2009] - HƏR ŞEYDƏ BİR AZ “YENİ MÜSAVAT”...

[05.11.2009] - DONUZLA SOVRULANLAR...

[02.11.2009] - QANIMIZI İÇƏNLƏR

[01.11.2009] - EVDƏKİ, BİZİMKİ VƏ YA KÜLFƏT SÖHBƏTİ...

[31.10.2009] - QOCALMAYAN KÖŞƏ YAZARLARI...

[26.10.2009] - BİR İRƏLİ, BİR GERİ-YERİMİZDƏ SAYIRIQ

[25.10.2009] - SUXARI FALI

[22.10.2009] - UŞAQLAR VAR, ŞƏRAİT YOX?

[19.10.2009] - MÖVZU BOL OLARSA...

[18.10.2009] - BƏS QONAQPƏRVƏR İDİK, NƏ OLDU?

[15.10.2009] - İŞLƏR YAĞ KİMİ GETMƏYƏNDƏ...

[12.10.2009] - ƏZİZİM ƏZİZ...

[11.10.2009] - MANIS - CÜMLƏ XƏYANƏTLƏRƏ BAİS?

[08.10.2009] - DAHA MƏNİ GÖZLƏMƏ...

[05.10.2009] - İCTİMAİ İŞDƏN BOZBAŞA...

[28.09.2009] - G20 TOPLANTISININ “OTELLO”ları

[27.09.2009] - DANIŞMIRAM, ƏL ÇƏKİN!

[24.09.2009] - YAĞMA YAĞIŞ, YAĞMA YAĞIŞ...

[20.09.2009] - YETİM ƏLİNDƏ QOĞAL?

[19.09.2009] - BİZİM CEMİ KİM TAPACAQ?

[15.09.2009] - QIZIMA...

[13.09.2009] - HEY, TAKSİ!

[06.09.2009] - ÜZRÜ QƏBAHƏTİNDƏN BETƏR

[31.08.2009] - OKSFORDA, YOXSA BAKI MƏKTƏBİNƏ?

[30.08.2009] - OĞRU DA SUÇLU DEYİLSƏ...

[27.08.2009] - 2179 AZƏRBAYCANLIYA 1 KİTAB!

[24.08.2009] - ÖLƏCƏKSƏN, VƏSSALAM!

[21.08.2009] - YIXILIN O BİRİ TƏRƏFƏ

[17.08.2009] - MEYMUNU UNUT!

[13.08.2009] - KASIBIN SEVİMLİ EŞŞƏYİ

[10.08.2009] - ŞEYX NƏSRULLAH GƏLƏNƏDƏK...

[06.08.2009] - ALİ MƏKTƏB DÜKANLARI

[02.08.2009] - NƏRDƏ O ƏSKİ GÜNLƏR?

[01.08.2009] - ÜNVANIMIZA DEYİLƏN “DÜÜÜT”lü SÖYÜŞLƏR

[26.07.2009] - AÇARSIZ AÇIQLAMALAR...

[23.07.2009] - “MEDİA AÇARI” İLƏ BAĞLANAN QAPILAR

[20.07.2009] - HADİSƏ DANIŞANDA

[19.07.2009] - İLDƏ BİR DƏFƏ...

[16.07.2009] - ŞƏN OĞLANLAR

[13.07.2009] - JURNALİSTLƏRİN QUL BAZARI

[06.07.2009] - İMTAHAN BAYRAMI

[03.07.2009] - GECƏ 12-dən SONRA...

[29.06.2009] - SAĞLIĞINDA KOR FATMA...

[28.06.2009] - BU NÖMRƏYƏ ZƏNG ÇATMIR...

[22.06.2009] - BAYRAMSIZ QALAN BABALAR, VAY!

[15.06.2009] - QURDLU GİLAS PROJESİ

[11.06.2009] - KARTOFU JURNALİSTƏ BÜKƏNDƏ...

[08.06.2009] - VƏTƏN MƏNƏ OĞUL DEYİB(?!)

[04.06.2009] - QADIN ŞAPALAĞI

[01.06.2009] - ÜRƏYİ YANAN, GƏL BƏRİ!

[28.05.2009] - MONİTORİNQ HƏVƏSKARLARINA “FƏHLƏ” TÖVSİYYƏSİ

[25.05.2009] - XORUZUN QUYRUĞU...

[21.05.2009] - QIZIL SAAT VƏ “SON ZƏNG” ŞOUSU...

[18.05.2009] - AVROPAYA DAHA BİR ADDIM?

[14.05.2009] - NAĞIL BİTDİ...

[12.05.2009] - ƏLLƏRİMDƏ ÇİÇƏKLƏR...

[07.05.2009] - PEŞƏKARLIQ MÜHAZİRƏSİ

[04.05.2009] - QATİL DƏ TELEVİZOR İZLƏYİR...

[27.04.2009] - GEDƏK BİZ OLMAYAN YERƏ...

[23.04.2009] - NİZAMİNİN ADAŞI

[20.04.2009] - JURNALİSTDİ, QOYMA GƏLDİ!

[16.04.2009] - ONUN ŞƏFQƏTLİ ƏLLƏRİ...

[13.04.2009] - VOLAND BARMAĞI...

[06.04.2009] - TV NAZİRİNİ DANLAYANDA...

[02.04.2009] - ZARAFATSIZ...

[30.03.2009] - YARIMÇIQ YUXU...

[26.03.2009] - FATI, OTUR, FATI, DUR...

[16.03.2009] - METRODA BOMBA RABATAY...

[12.03.2009] - ƏSAS ODU Kİ...

[05.03.2009] - OBAMANIN BİR GÜNÜ...

[02.03.2009] - YARIM QAZAN MAKARON...

[27.02.2009] - BUZ KİMİ 8 MART HƏDİYYƏSİ

[23.02.2009] - AYNƏN ÖYLƏ...

[18.02.2009] - NAĞILÇI MƏNTİQİ

[16.02.2009] - 11 STANSİYALIQ XİLAS YOLU

[09.02.2009] - ATALARA MƏZUNİYYƏT, ANALARA İSTİRAHƏT!

[05.02.2009] - AZƏRBAYCAN - ƏN BÖYÜK QƏZZA...

[03.02.2009] - YARIYA QƏDƏR DOLU STƏKANA YENİ BAXIŞ...

[26.01.2009] - TƏR-Bİ-YƏ-Çİ!

[23.01.2009] - İMİC HEÇ NƏDİR, SUSUZLUQ HƏR ŞEY?

[19.01.2009] - KLİPLƏRDƏN KOROĞLU NƏRİLTİSİ EŞİDİLƏCƏK

[16.01.2009] - GÜNAH HƏMİŞƏ DÖYÜLƏNDƏDİR?

[12.01.2009] - O ƏJDAHADAN BİZDƏ OLMAYACAQ

[08.01.2009] - İKİ AKİFİN İKİ YÜZ FƏRQİ...

[06.01.2009] - 6 YANVAR ÇATANDA...

[29.12.2008] - ÖKÜZ APTEKƏ BAXAN KİMİ...

[25.12.2008] - MƏNƏ BAXMA, ADIMI ÇƏKMƏ, BARƏMDƏ DÜŞÜNMƏ...

[22.12.2008] - KAMERAYA ƏL YELLƏYİN...

[19.12.2008] - SAXLA, DÜŞƏN VAR

[16.12.2008] - 40 “RAZMER” AYAQQABI

[11.12.2008] - BİR AXŞAM ƏLƏT ÇÖLÜNDƏ...

[08.12.2008] - FONDA ŞƏN MUSİQİ...

[04.12.2008] - DÜNYANIN QORXDUĞU CAVAN - NUŞİRƏVAN

[01.12.2008] - NƏ SƏS-KÜYDÜR BU GÜN SİZDƏ, GÜLBADAM?

[30.11.2008] - AVTOBUS YAVAŞ-YAVAŞ YANANDA...

[27.11.2008] - JURNALİSTİN İTİNİ DƏ DİŞLƏYİRLƏR

[24.11.2008] - “LAZIM” QAPINI DÖYÜR...

[20.11.2008] - EL ÜÇÜN AĞLAYANDA...

[17.11.2008] - SƏN DƏ BİZİM MƏHƏLLƏDƏNSƏN...

[14.11.2008] - YENƏ HƏMİN ANAR MÜƏLLİM BARƏDƏ...

[13.11.2008] - “SƏNDƏN YAMAN NİGARANAM”

[10.11.2008] - QEYRİ-ELİT SÖHBƏT...

[03.11.2008] - DANIŞIR BAYQUŞLAR...

[02.11.2008] - MİRZƏ SAKİTİ EVİNƏ KÖÇÜRÜN...

ƏVVƏLKİ YAZILARI

Yeni MÜSAVAT © 2008