 |
Sevinc TELMANQIZI 
BİZİM CEMİ KİM TAPACAQ?
|
Türkiyənin aylardır haqqında danışdığı, addım-addım axtardığı qatil, nəhayət ki, yaxalandı. Gənc sevgilisini hələ ki bəlli olmayan səbəbdən vəhşicəsinə öldürən, meyitini isə zibil qutusuna atan Cem Qariboğlu adlı Türkiyə vətəndaşından danışıram. Yəqin ki, qonşu ölkənin mətbuatını izləyən, xəbərlər proqramlarını seyr edənlər bu qətl barədə az-çox məlumatlıdırlar. Varlı-hallı ailənin oğlu Cem sevgilisini öldürəndən sonra aylardır gizlənirdi. Və nəhayət, quzu-quzu təslim oldu. Son iki gündə polislərə həyat hekayətini danışmaqla məşğuldur. İndi “bu xəbərdən mənə nə” deyib, başını bulayan oxucuları görür kimiyəm. Darıxmayın, sözümün canı var. Demək, sözügedən qətl mart ayında gerçəkləşib. Çox güman ki, məişət zəminində, qatilin etirafına görə isə, qısqanclıq üzündən baş verib; amma çox vəhşicəsinə olduğu üçün bir anda gündəmin tam ortasında əyləşdi. Və sizi inandırıram ki, mart ayından bu günə qədər yerli mətbuat bir gün belə olsa, bu mövzunu unutmağa qoymadı. Nə Cemin sinif yoldaşları qaldı, nə əməliyyatı aparan polis müdiri, nə də qurbanın valideynləri. Müsahibələr, araşdırmalar, köşə yazıları... Hətta bir ara əməliyyatı aparan polis müdiri də o müsahibələrin izi ilə maraqlı faktlara gedib çıxdı. Yəni bu olay sözün böyük mənasında Türkiyə mediasının gücünü ortaya qoydu. Kobud çıxmasın, jurnalistlər qarğa-quzğun kimi düşdülər mövzunun hər tərəfinə. Dartışdır ki, dartışdırasan. Və nəticə... super. Qariboğlu ailəsinin balta kəsməyən pulu, ailənin vəkilləri vasitəsilə mətbuata “görüm-baxım” cəhdləri də fayda vermədi. Digər tərəfdən, məlum oldu ki, jurnalistlərə “mövzunu gündəmdən çıxarın, qatil rahatlaşsın, onda onu yaxalamaq asan olar” məsləhətini verməyin yeri yoxmuş. Mətbuat həyəcan təbili çaldıqca, amerikalı qəzetçilər demiş, gözətçi köpəyi olmaqda davam etdikcə, nəticə də qənaətbəxş olur. Amma gəlin bizim ölkəyə baxaq. Gündəmdə nə qədər üstü açılmayan səs-küylü qətl, döyülmə, bıçaqlanma olayı var? Mətbuat olaraq, hansı birinin sonuclanmasına nail ola bilmişik? Düzdü, bu məsələnin müsbət sonluğa varması üçün hakimiyyətin siyasi iradəsi ən vacib faktordur. Amma bəs mətbuatın gücü? Məsələn, martın 2-də (2005-ci il) daha dəhşətli şəkildə qətlə yetirilən həmkarımız Elmar Hüseynovun qətlinin açılması üçün jurnalistika olaraq əlahiddə nə etdik? Bir-iki müsahibə, xatırlatma, adda-budda araşdırma. Nə vaxt mövzunun üstünə ardıcıllıqla, gözətçi köpəyi kimi getdik? Düzdü, aksiyalar, dəyirmi masalar keçirdik, şüarlar səsləndirdik. Amma bir atımlıq barıt kimi və unuduldu. Ya ayağının üstündən maşınla keçilən Bahəddin Həziyev, başından armaturla vurulan Üzeyir Cəfərov, Fikrət Hüseynli... Bu olaylardan hansının izinə düşə bildik? Öz aramızdı, heç məlum şəxslər tərəfindən həmkarlarımıza qarşı törədilən olaylarda belə kimsənin cəzalandırılmasına nail ola bilmədik. Uzağa getməyin, QAT adlı oyuncaq bir qurumun rəhbəri həmkarımız Zamin Hacıya hücum etdiyini boynuna aldı, amma hökumət onu sığallayıb, evinə göndərdi. Mətbuatsa bu adamı boykot etmək əvəzinə, indiyə qədər də ondan lətifəyə bənzər müsahibələr götürməkdə davam edir. Və ya Zeytun bağında Aqil Xəlili kimlərin bıçaqladığını “məmə” deyəndən “pəpə” deyənə kimi hamı gördü. Əvəzində isə bunu edənlər yox, jurnalistin özü ölkədən didərgin düşdü. Niyə? Həm də ona görə ki, bu tip olaylarda mətbuat olaraq hakimiyyət bizim gücümüzdən qorxmadı. Olmayan şeyin nəyindən qorxasan ki? Düzdü, Elmarın qatillərini Tiflisdə tapıb fotosunu yayan həmkarlarımızın, xüsusən də Eynulla Fətullayevin sonrakı aqibətini heç birimiz unutmamışıq. Eyni zamanda bu cəsarətinə görə cəzalandırılan baş redaktor indi türmədə gün sayır. Çünki Rauf Arifoğlu demiş, o, hamımızın əvəzinə türmədə yatır, hamımızın əvəzinə cəzalandırılıb. Təsəvvür edin, hətta Türkiyədəki sözügedən qətlin qurbanı Münəvvərin atası belə qatilin ailəsi ilə “qan pulu” qarşılığında razılaşmaya getmək istədi (necə də tanış mənzərə), mətbuat onu peşman elədi. Necə təpki göstərdilərsə, kişi növbəti gün televiziyaya çıxıb ağladı ki, “siz Allah bağışlayın, mən qızımı itirəndən bir az ağlım çaşıb, o söz də dilimdən qəflətən çıxıb”. Yəni, yumruq məsələsi. Barmaqlar birləşir və lazımi adamı, orqanı, lap elə dövləti ayıltmaq üçün ilişdirir düz alnının ortasından. Təpkilər çoxaldıqca isə çoxlarının danışmağa gücü qalmır. Bir sözlə, Türkiyə öz Cemini yaxalatdı. Bizim “cemlərimiz” üçünsə ruslar demiş, türmə divarları hələ də ağlayır... 496 dəfə baxılıb
|
[29.07.2010] - CAZİBƏMİZ DƏ VAR [28.07.2010] - EVLƏRİ KÖNDƏLƏN YAR [22.07.2010] - BU DA BELƏ BİR GÜN [19.07.2010] - EHTİYATLI OLUN - MÜKAFAT ALA BİLƏRSİZ! [18.07.2010] - CƏMİYYƏT BELƏ İSTƏYİR... [15.07.2010] - KOD ADI TƏLƏBƏ... [12.07.2010] - BİR LİMAN, BİR DƏNİZ... [11.07.2010] - ÇƏKİRƏM HAAA... [05.07.2010] - OVUC İÇİ QƏDƏR... [04.07.2010] - ODDA YANAN, SUDA BATAN... [01.07.2010] - MƏRDİMAZAR AZ İDİ... [28.06.2010] - MƏNFİ YÜKLÜ DƏNİZ... [25.06.2010] - ARI KİMİ... [21.06.2010] - 8 TƏLƏBƏYƏ 9 NÖV PLOV [20.06.2010] - HÖKMDARIN HÜZURUNDA... [19.06.2010] - YAYI YOLA SALAQ? [14.06.2010] - OPERATİV DƏDƏ QORQUD [13.06.2010] - YADPLANETLİ DEMƏ... [10.06.2010] - KİM DAHA ŞANSLI? [07.06.2010] - 80-dən SONRA GƏLƏN XOŞBƏXTLİK [06.06.2010] - 10 MİLYON AVRO...CUQ [03.06.2010] - CANIMIZ YANMASIN... [31.05.2010] - ÖTƏN GÜNƏ GÜN... ÇATAR, ÇATAR... [30.05.2010] - BƏNÖVŞƏ, BƏNDƏ DÜŞƏ... [26.05.2010] - ARAZ AŞIĞIMDAN, KÜR TOPUĞUMDAN [23.05.2010] - GÖRMƏMİŞİN KƏŞFİ OLDU... [20.05.2010] - MANYAKA HAQSIZLIQ ETMƏYƏK [17.05.2010] - HAMIYA ÇİRKİN OLSAM DA... [16.05.2010] - GƏZMƏYƏ.... HARA YAXŞI? [13.05.2010] - ÇÖRƏYİ VER ÇÖRƏKÇİYƏ... [10.05.2010] - O Kİ BELƏ OLDU? [07.05.2010] - BELƏ “BİZ” OLMAQDANSA... [03.05.2010] - BAĞ BELƏ, BOSTAN BELƏ [02.05.2010] - ÖLMÜŞDÜ HİPPOKRAT... [18.12.2009] - “BOMBA” MƏMUR [14.12.2009] - ŞAİR SÖZÜ, ƏLBƏTTƏ, YALANDIR [13.12.2009] - QƏHRƏMAN OLMAQ ÜÇÜN LAYİHƏ [11.12.2009] - NOVRUZƏLİNİN “E-MƏKTUB”u [07.12.2009] - YOL VERİN, QUDAM GƏLİR [05.12.2009] - KÖTƏYİ CƏNNƏTƏ GERİ YOLLADIQ [02.12.2009] - BAYRAM BİTDİ, YAŞAMAĞA DAVAM! [25.11.2009] - QIZ QIZILA DÖNÜB... [23.11.2009] - AY CAN, AY CAN, QİYAMƏTDİ! [22.11.2009] - HEPİMİZ DOMUZ QRİPİYİZ! [20.11.2009] - CIRTDANIN NƏNƏSİ VƏ BİZİM YAĞ YAXMAMIZ [16.11.2009] - DESƏM, ÖLDÜRƏRLƏR... [15.11.2009] - HAMI YANLIŞ ANLAYIR [13.11.2009] - KİMDƏ ARTIQ MASKA VAR? [10.11.2009] - “QAYNAR XƏTT”in SOYUQ DUŞ EFFEKTİ [08.11.2009] - HƏR ŞEYDƏ BİR AZ “YENİ MÜSAVAT”... [05.11.2009] - DONUZLA SOVRULANLAR... [02.11.2009] - QANIMIZI İÇƏNLƏR [01.11.2009] - EVDƏKİ, BİZİMKİ VƏ YA KÜLFƏT SÖHBƏTİ... [31.10.2009] - QOCALMAYAN KÖŞƏ YAZARLARI... [26.10.2009] - BİR İRƏLİ, BİR GERİ-YERİMİZDƏ SAYIRIQ [25.10.2009] - SUXARI FALI [22.10.2009] - UŞAQLAR VAR, ŞƏRAİT YOX? [19.10.2009] - MÖVZU BOL OLARSA... [18.10.2009] - BƏS QONAQPƏRVƏR İDİK, NƏ OLDU? [15.10.2009] - İŞLƏR YAĞ KİMİ GETMƏYƏNDƏ... [12.10.2009] - ƏZİZİM ƏZİZ... [11.10.2009] - MANIS - CÜMLƏ XƏYANƏTLƏRƏ BAİS? [08.10.2009] - DAHA MƏNİ GÖZLƏMƏ... [05.10.2009] - İCTİMAİ İŞDƏN BOZBAŞA... [28.09.2009] - G20 TOPLANTISININ “OTELLO”ları [27.09.2009] - DANIŞMIRAM, ƏL ÇƏKİN! [24.09.2009] - YAĞMA YAĞIŞ, YAĞMA YAĞIŞ... [20.09.2009] - YETİM ƏLİNDƏ QOĞAL? [15.09.2009] - QIZIMA... [13.09.2009] - HEY, TAKSİ! [07.09.2009] - 17 İDİ, 18 OLDU... [06.09.2009] - ÜZRÜ QƏBAHƏTİNDƏN BETƏR [31.08.2009] - OKSFORDA, YOXSA BAKI MƏKTƏBİNƏ? [30.08.2009] - OĞRU DA SUÇLU DEYİLSƏ... [27.08.2009] - 2179 AZƏRBAYCANLIYA 1 KİTAB! [24.08.2009] - ÖLƏCƏKSƏN, VƏSSALAM! [21.08.2009] - YIXILIN O BİRİ TƏRƏFƏ [17.08.2009] - MEYMUNU UNUT! [13.08.2009] - KASIBIN SEVİMLİ EŞŞƏYİ [10.08.2009] - ŞEYX NƏSRULLAH GƏLƏNƏDƏK... [06.08.2009] - ALİ MƏKTƏB DÜKANLARI [02.08.2009] - NƏRDƏ O ƏSKİ GÜNLƏR? [01.08.2009] - ÜNVANIMIZA DEYİLƏN “DÜÜÜT”lü SÖYÜŞLƏR [26.07.2009] - AÇARSIZ AÇIQLAMALAR... [23.07.2009] - “MEDİA AÇARI” İLƏ BAĞLANAN QAPILAR [20.07.2009] - HADİSƏ DANIŞANDA [19.07.2009] - İLDƏ BİR DƏFƏ... [16.07.2009] - ŞƏN OĞLANLAR [13.07.2009] - JURNALİSTLƏRİN QUL BAZARI [06.07.2009] - İMTAHAN BAYRAMI [03.07.2009] - GECƏ 12-dən SONRA... [29.06.2009] - SAĞLIĞINDA KOR FATMA... [28.06.2009] - BU NÖMRƏYƏ ZƏNG ÇATMIR... [22.06.2009] - BAYRAMSIZ QALAN BABALAR, VAY! [15.06.2009] - QURDLU GİLAS PROJESİ [11.06.2009] - KARTOFU JURNALİSTƏ BÜKƏNDƏ... [08.06.2009] - VƏTƏN MƏNƏ OĞUL DEYİB(?!) [04.06.2009] - QADIN ŞAPALAĞI [01.06.2009] - ÜRƏYİ YANAN, GƏL BƏRİ! [28.05.2009] - MONİTORİNQ HƏVƏSKARLARINA “FƏHLƏ” TÖVSİYYƏSİ [25.05.2009] - XORUZUN QUYRUĞU... [21.05.2009] - QIZIL SAAT VƏ “SON ZƏNG” ŞOUSU... [18.05.2009] - AVROPAYA DAHA BİR ADDIM? [14.05.2009] - NAĞIL BİTDİ... [12.05.2009] - ƏLLƏRİMDƏ ÇİÇƏKLƏR... [07.05.2009] - PEŞƏKARLIQ MÜHAZİRƏSİ [04.05.2009] - QATİL DƏ TELEVİZOR İZLƏYİR... [27.04.2009] - GEDƏK BİZ OLMAYAN YERƏ... [23.04.2009] - NİZAMİNİN ADAŞI [20.04.2009] - JURNALİSTDİ, QOYMA GƏLDİ! [16.04.2009] - ONUN ŞƏFQƏTLİ ƏLLƏRİ... [13.04.2009] - VOLAND BARMAĞI... [06.04.2009] - TV NAZİRİNİ DANLAYANDA... [02.04.2009] - ZARAFATSIZ... [30.03.2009] - YARIMÇIQ YUXU... [26.03.2009] - FATI, OTUR, FATI, DUR... [16.03.2009] - METRODA BOMBA RABATAY... [12.03.2009] - ƏSAS ODU Kİ... [05.03.2009] - OBAMANIN BİR GÜNÜ... [02.03.2009] - YARIM QAZAN MAKARON... [27.02.2009] - BUZ KİMİ 8 MART HƏDİYYƏSİ [23.02.2009] - AYNƏN ÖYLƏ... [18.02.2009] - NAĞILÇI MƏNTİQİ [16.02.2009] - 11 STANSİYALIQ XİLAS YOLU [09.02.2009] - ATALARA MƏZUNİYYƏT, ANALARA İSTİRAHƏT! [05.02.2009] - AZƏRBAYCAN - ƏN BÖYÜK QƏZZA... [03.02.2009] - YARIYA QƏDƏR DOLU STƏKANA YENİ BAXIŞ... [26.01.2009] - TƏR-Bİ-YƏ-Çİ! [23.01.2009] - İMİC HEÇ NƏDİR, SUSUZLUQ HƏR ŞEY? [19.01.2009] - KLİPLƏRDƏN KOROĞLU NƏRİLTİSİ EŞİDİLƏCƏK [16.01.2009] - GÜNAH HƏMİŞƏ DÖYÜLƏNDƏDİR? [12.01.2009] - O ƏJDAHADAN BİZDƏ OLMAYACAQ [08.01.2009] - İKİ AKİFİN İKİ YÜZ FƏRQİ... [06.01.2009] - 6 YANVAR ÇATANDA... [29.12.2008] - ÖKÜZ APTEKƏ BAXAN KİMİ... [25.12.2008] - MƏNƏ BAXMA, ADIMI ÇƏKMƏ, BARƏMDƏ DÜŞÜNMƏ... [22.12.2008] - KAMERAYA ƏL YELLƏYİN... [19.12.2008] - SAXLA, DÜŞƏN VAR [16.12.2008] - 40 “RAZMER” AYAQQABI [11.12.2008] - BİR AXŞAM ƏLƏT ÇÖLÜNDƏ... [08.12.2008] - FONDA ŞƏN MUSİQİ... [04.12.2008] - DÜNYANIN QORXDUĞU CAVAN - NUŞİRƏVAN [01.12.2008] - NƏ SƏS-KÜYDÜR BU GÜN SİZDƏ, GÜLBADAM? [30.11.2008] - AVTOBUS YAVAŞ-YAVAŞ YANANDA... [27.11.2008] - JURNALİSTİN İTİNİ DƏ DİŞLƏYİRLƏR [24.11.2008] - “LAZIM” QAPINI DÖYÜR... [20.11.2008] - EL ÜÇÜN AĞLAYANDA... [17.11.2008] - SƏN DƏ BİZİM MƏHƏLLƏDƏNSƏN... [14.11.2008] - YENƏ HƏMİN ANAR MÜƏLLİM BARƏDƏ... [13.11.2008] - “SƏNDƏN YAMAN NİGARANAM” [10.11.2008] - QEYRİ-ELİT SÖHBƏT... [03.11.2008] - DANIŞIR BAYQUŞLAR... [02.11.2008] - MİRZƏ SAKİTİ EVİNƏ KÖÇÜRÜN... ƏVVƏLKİ YAZILARI
|