 |
Sevinc TELMANQIZI 
YETİM ƏLİNDƏ QOĞAL?
|
Siz Allah, məni qaramatlıqda suçlamayın. Bilirəm ki, müsəlman dünyasının müqəddəs bayramı yetişib, ölkə əhalisinin böyük hissəsi bir ay boyunca oruc tutub və indi bunu bayram kimi qutlamaq tamamilə haqqıdır. Amma bu qədər də yox axı... Bayrama görə 2, həftə sonunu da əlavə etsəniz, 4 günlük istirahət sürəcindən danışıram mən. Və bu, təbii ki, millət olaraq bizim yeganə istirahət günlərimiz deyil. O gün təqvimə diqqət yetirdim. Yalan olmasın, hər aya bir neçə günlük istirahət düşür. Xüsusən də 2007-ci ildə edilən dəyişikliklərdən sonra vəziyyət lap komediyaya dönüb. İnanmırsınızsa, mən sadalayım, siz də “şotka”ya vurun getsin. Demək, başlayaq ilin əvvəlindən, yəni yanvardan. İnsanlar yeni təqvimə 6 günlük yeni il tətili ilə başlayır. Sonra 8 mart, Novruz bayramı münasibətilə 4 günlük istirahət, 9 mayda Qələbə günü, 28 may- Respublika Günü, 15 iyun - Milli Qurtuluş Günü, 26 iyun - Silahlı Qüvvələr Günü, 19-24 -Ramazan bayramı, 18 oktyabr - Dövlət Müstəqilliyi Günü, 12 Noyabr - Konstitusiya Günü, 17 noyabr - Milli Dirçəliş Günü, 28-29 noyabr - Qurban bayramı, 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü... Hələ bunların üstünə də bayram günü həftə sonuna təsadüf edərkən onun həftə içinə “sürüşdürülməsini” gəlsəniz nə demək istədiyimi anlayarsınız. Yəni ilin 12 ayı var, amma əhali üst-üstə gələndə onun 1 aydan artığını “kef”ə baxır.(Bu kef söhbətinə qayıdacam - S.T) Adama hərdən elə gəlir ki, bu Nazirlər Kabineti deyilən qurum elə ancaq bayramlarla məşğul olmaq, onu ora-bura təpişdirmək üçün yaranıb. Özü də mən sizə deyim ki, 2007-ci ildəki dəyişikliklərdən sonra Azərbaycan dünyada ən çox istirahət edən ölkələr siyahısında ilk sıralardan birini tutub. Türkiyə, İran və Fransa kimi ölkələr də onunla eyni durumdadır. Başqa ölkələrlə işim yox, necə deyərlər, onların daxili işinə qarışmaq istəmirəm - amma şəxsən bizim hansı günümüzə yaraşır o qədər istirahət etmək? Demaqoqluq çıxmasın, bu gün hər uşaq dünyaya 400 dollara yaxın borcla gəlir. Hər uşağın ay ərzində saxlanma xərci 150 manatdan artıqdır. Böyüklərin boynuna düşən kredit borclarını, ağır yaşam şərtlərini də nəzərə alanda vəziyyət lap faciəvidir. Heç kəsə sirr deyil ki, aydakı istirahət günlərinin sayı bir çox hallarda aylıq məvacibdə özünü göstərir. Yəni bəzi qurumlar istirahət günlərindən faiz tutur və maaşdan kəsir. Daha bunun nəyi kefə baxmaq oldu? Lap deyək ki, maaşı kəsmir, hamıya pulunu bolluca paylayır. Axı bu bayram büdcə təşkilatlarında çalışanlara aiddir. Onlar da əhalinin neçə faizini təşkil edir? Sürücüyə, satıcıya, şadlıq sarayları, gözəllik salonlarında... çalışanlara nə dəxli var bu bayramların? Günəmuzd işlərdə çalışanlarçün onsuz da bayram-seyran anlayışları yaddır. Onda kimə hesablanıb bu jest? Ən çox yayılan arqumentə söykənək: hökumət öz əsas potensialını büdcə təşkilatında çalışanlara həsr edir və gələcəkdə də ondan istifadə edir. Demək ki, istirahətimizə də siyasət qarışıb. Məktəblərimizdə də eyni vəziyyətdir. Uşaqlar ildə 4 rüb istirahət edir. Bunun da üstünə bayramları gəlin. Bu uşaq nə vaxt oxumalıdır? Bu nə görməmişlik? Nə yatdılar ki, nə də yuxu görsün bu balacalar? İmkanınız olanda xarici ölkələrdəki dərs sistemi ilə bağlı bir araşdırma aparın. Görəcəksiniz ki, əksəriyyətində cəmi iki semestr var. Yəni, məktəbli 4 ay ədəb-ərkanla oxuyur, yanvarda isə qış sessiyasına çıxır. Bir də istirahəti iyuna qalır. Bir ay, ay yarım müddətində istirahət edir, avqustun sonlarından bəzi orta, ali məktəblərdə isə növbəti dərs ilinə start verilir. Bizdə isə maşallah, cocuqlar 3 ay dincəlməsələr, dərs-zad oxuya bilməzlər. Qayıdıram sözümün əvvəlinə, istirahət də gözəl şeydir, bayram da, bu günlərdə evdə oturub kefə baxmaq da. Amma hər şeyin öz yeri var. Osmanlı türkcəsində bu situasiyaya uyğun bir atalar sözü deyilir: ayranı yox içməyə, taxtaravarla gedər düyünə. Təxminən yetim əlində qoğal əcaib kimi. Bəli, heç kəs inciməsin, bu durumda biz əməlli-başlı yetimə bənzəyirik. Əlimizdə də qoğal. Amma şirinindən yox, acısından... Bütün bunlara baxmayaraq, bayramınız qutlu olsun. Amma unutmayaq: insanın gerçək bayramını təqvim yox, həyatı müəyyənləşdirir... 691 dəfə baxılıb
|
[29.07.2010] - CAZİBƏMİZ DƏ VAR [28.07.2010] - EVLƏRİ KÖNDƏLƏN YAR [22.07.2010] - BU DA BELƏ BİR GÜN [19.07.2010] - EHTİYATLI OLUN - MÜKAFAT ALA BİLƏRSİZ! [18.07.2010] - CƏMİYYƏT BELƏ İSTƏYİR... [15.07.2010] - KOD ADI TƏLƏBƏ... [12.07.2010] - BİR LİMAN, BİR DƏNİZ... [11.07.2010] - ÇƏKİRƏM HAAA... [05.07.2010] - OVUC İÇİ QƏDƏR... [04.07.2010] - ODDA YANAN, SUDA BATAN... [01.07.2010] - MƏRDİMAZAR AZ İDİ... [28.06.2010] - MƏNFİ YÜKLÜ DƏNİZ... [25.06.2010] - ARI KİMİ... [21.06.2010] - 8 TƏLƏBƏYƏ 9 NÖV PLOV [20.06.2010] - HÖKMDARIN HÜZURUNDA... [19.06.2010] - YAYI YOLA SALAQ? [14.06.2010] - OPERATİV DƏDƏ QORQUD [13.06.2010] - YADPLANETLİ DEMƏ... [10.06.2010] - KİM DAHA ŞANSLI? [07.06.2010] - 80-dən SONRA GƏLƏN XOŞBƏXTLİK [06.06.2010] - 10 MİLYON AVRO...CUQ [03.06.2010] - CANIMIZ YANMASIN... [31.05.2010] - ÖTƏN GÜNƏ GÜN... ÇATAR, ÇATAR... [30.05.2010] - BƏNÖVŞƏ, BƏNDƏ DÜŞƏ... [26.05.2010] - ARAZ AŞIĞIMDAN, KÜR TOPUĞUMDAN [23.05.2010] - GÖRMƏMİŞİN KƏŞFİ OLDU... [20.05.2010] - MANYAKA HAQSIZLIQ ETMƏYƏK [17.05.2010] - HAMIYA ÇİRKİN OLSAM DA... [16.05.2010] - GƏZMƏYƏ.... HARA YAXŞI? [13.05.2010] - ÇÖRƏYİ VER ÇÖRƏKÇİYƏ... [10.05.2010] - O Kİ BELƏ OLDU? [07.05.2010] - BELƏ “BİZ” OLMAQDANSA... [03.05.2010] - BAĞ BELƏ, BOSTAN BELƏ [02.05.2010] - ÖLMÜŞDÜ HİPPOKRAT... [18.12.2009] - “BOMBA” MƏMUR [14.12.2009] - ŞAİR SÖZÜ, ƏLBƏTTƏ, YALANDIR [13.12.2009] - QƏHRƏMAN OLMAQ ÜÇÜN LAYİHƏ [11.12.2009] - NOVRUZƏLİNİN “E-MƏKTUB”u [07.12.2009] - YOL VERİN, QUDAM GƏLİR [05.12.2009] - KÖTƏYİ CƏNNƏTƏ GERİ YOLLADIQ [02.12.2009] - BAYRAM BİTDİ, YAŞAMAĞA DAVAM! [25.11.2009] - QIZ QIZILA DÖNÜB... [23.11.2009] - AY CAN, AY CAN, QİYAMƏTDİ! [22.11.2009] - HEPİMİZ DOMUZ QRİPİYİZ! [20.11.2009] - CIRTDANIN NƏNƏSİ VƏ BİZİM YAĞ YAXMAMIZ [16.11.2009] - DESƏM, ÖLDÜRƏRLƏR... [15.11.2009] - HAMI YANLIŞ ANLAYIR [13.11.2009] - KİMDƏ ARTIQ MASKA VAR? [10.11.2009] - “QAYNAR XƏTT”in SOYUQ DUŞ EFFEKTİ [08.11.2009] - HƏR ŞEYDƏ BİR AZ “YENİ MÜSAVAT”... [05.11.2009] - DONUZLA SOVRULANLAR... [02.11.2009] - QANIMIZI İÇƏNLƏR [01.11.2009] - EVDƏKİ, BİZİMKİ VƏ YA KÜLFƏT SÖHBƏTİ... [31.10.2009] - QOCALMAYAN KÖŞƏ YAZARLARI... [26.10.2009] - BİR İRƏLİ, BİR GERİ-YERİMİZDƏ SAYIRIQ [25.10.2009] - SUXARI FALI [22.10.2009] - UŞAQLAR VAR, ŞƏRAİT YOX? [19.10.2009] - MÖVZU BOL OLARSA... [18.10.2009] - BƏS QONAQPƏRVƏR İDİK, NƏ OLDU? [15.10.2009] - İŞLƏR YAĞ KİMİ GETMƏYƏNDƏ... [12.10.2009] - ƏZİZİM ƏZİZ... [11.10.2009] - MANIS - CÜMLƏ XƏYANƏTLƏRƏ BAİS? [08.10.2009] - DAHA MƏNİ GÖZLƏMƏ... [05.10.2009] - İCTİMAİ İŞDƏN BOZBAŞA... [28.09.2009] - G20 TOPLANTISININ “OTELLO”ları [27.09.2009] - DANIŞMIRAM, ƏL ÇƏKİN! [24.09.2009] - YAĞMA YAĞIŞ, YAĞMA YAĞIŞ... [19.09.2009] - BİZİM CEMİ KİM TAPACAQ? [15.09.2009] - QIZIMA... [13.09.2009] - HEY, TAKSİ! [07.09.2009] - 17 İDİ, 18 OLDU... [06.09.2009] - ÜZRÜ QƏBAHƏTİNDƏN BETƏR [31.08.2009] - OKSFORDA, YOXSA BAKI MƏKTƏBİNƏ? [30.08.2009] - OĞRU DA SUÇLU DEYİLSƏ... [27.08.2009] - 2179 AZƏRBAYCANLIYA 1 KİTAB! [24.08.2009] - ÖLƏCƏKSƏN, VƏSSALAM! [21.08.2009] - YIXILIN O BİRİ TƏRƏFƏ [17.08.2009] - MEYMUNU UNUT! [13.08.2009] - KASIBIN SEVİMLİ EŞŞƏYİ [10.08.2009] - ŞEYX NƏSRULLAH GƏLƏNƏDƏK... [06.08.2009] - ALİ MƏKTƏB DÜKANLARI [02.08.2009] - NƏRDƏ O ƏSKİ GÜNLƏR? [01.08.2009] - ÜNVANIMIZA DEYİLƏN “DÜÜÜT”lü SÖYÜŞLƏR [26.07.2009] - AÇARSIZ AÇIQLAMALAR... [23.07.2009] - “MEDİA AÇARI” İLƏ BAĞLANAN QAPILAR [20.07.2009] - HADİSƏ DANIŞANDA [19.07.2009] - İLDƏ BİR DƏFƏ... [16.07.2009] - ŞƏN OĞLANLAR [13.07.2009] - JURNALİSTLƏRİN QUL BAZARI [06.07.2009] - İMTAHAN BAYRAMI [03.07.2009] - GECƏ 12-dən SONRA... [29.06.2009] - SAĞLIĞINDA KOR FATMA... [28.06.2009] - BU NÖMRƏYƏ ZƏNG ÇATMIR... [22.06.2009] - BAYRAMSIZ QALAN BABALAR, VAY! [15.06.2009] - QURDLU GİLAS PROJESİ [11.06.2009] - KARTOFU JURNALİSTƏ BÜKƏNDƏ... [08.06.2009] - VƏTƏN MƏNƏ OĞUL DEYİB(?!) [04.06.2009] - QADIN ŞAPALAĞI [01.06.2009] - ÜRƏYİ YANAN, GƏL BƏRİ! [28.05.2009] - MONİTORİNQ HƏVƏSKARLARINA “FƏHLƏ” TÖVSİYYƏSİ [25.05.2009] - XORUZUN QUYRUĞU... [21.05.2009] - QIZIL SAAT VƏ “SON ZƏNG” ŞOUSU... [18.05.2009] - AVROPAYA DAHA BİR ADDIM? [14.05.2009] - NAĞIL BİTDİ... [12.05.2009] - ƏLLƏRİMDƏ ÇİÇƏKLƏR... [07.05.2009] - PEŞƏKARLIQ MÜHAZİRƏSİ [04.05.2009] - QATİL DƏ TELEVİZOR İZLƏYİR... [27.04.2009] - GEDƏK BİZ OLMAYAN YERƏ... [23.04.2009] - NİZAMİNİN ADAŞI [20.04.2009] - JURNALİSTDİ, QOYMA GƏLDİ! [16.04.2009] - ONUN ŞƏFQƏTLİ ƏLLƏRİ... [13.04.2009] - VOLAND BARMAĞI... [06.04.2009] - TV NAZİRİNİ DANLAYANDA... [02.04.2009] - ZARAFATSIZ... [30.03.2009] - YARIMÇIQ YUXU... [26.03.2009] - FATI, OTUR, FATI, DUR... [16.03.2009] - METRODA BOMBA RABATAY... [12.03.2009] - ƏSAS ODU Kİ... [05.03.2009] - OBAMANIN BİR GÜNÜ... [02.03.2009] - YARIM QAZAN MAKARON... [27.02.2009] - BUZ KİMİ 8 MART HƏDİYYƏSİ [23.02.2009] - AYNƏN ÖYLƏ... [18.02.2009] - NAĞILÇI MƏNTİQİ [16.02.2009] - 11 STANSİYALIQ XİLAS YOLU [09.02.2009] - ATALARA MƏZUNİYYƏT, ANALARA İSTİRAHƏT! [05.02.2009] - AZƏRBAYCAN - ƏN BÖYÜK QƏZZA... [03.02.2009] - YARIYA QƏDƏR DOLU STƏKANA YENİ BAXIŞ... [26.01.2009] - TƏR-Bİ-YƏ-Çİ! [23.01.2009] - İMİC HEÇ NƏDİR, SUSUZLUQ HƏR ŞEY? [19.01.2009] - KLİPLƏRDƏN KOROĞLU NƏRİLTİSİ EŞİDİLƏCƏK [16.01.2009] - GÜNAH HƏMİŞƏ DÖYÜLƏNDƏDİR? [12.01.2009] - O ƏJDAHADAN BİZDƏ OLMAYACAQ [08.01.2009] - İKİ AKİFİN İKİ YÜZ FƏRQİ... [06.01.2009] - 6 YANVAR ÇATANDA... [29.12.2008] - ÖKÜZ APTEKƏ BAXAN KİMİ... [25.12.2008] - MƏNƏ BAXMA, ADIMI ÇƏKMƏ, BARƏMDƏ DÜŞÜNMƏ... [22.12.2008] - KAMERAYA ƏL YELLƏYİN... [19.12.2008] - SAXLA, DÜŞƏN VAR [16.12.2008] - 40 “RAZMER” AYAQQABI [11.12.2008] - BİR AXŞAM ƏLƏT ÇÖLÜNDƏ... [08.12.2008] - FONDA ŞƏN MUSİQİ... [04.12.2008] - DÜNYANIN QORXDUĞU CAVAN - NUŞİRƏVAN [01.12.2008] - NƏ SƏS-KÜYDÜR BU GÜN SİZDƏ, GÜLBADAM? [30.11.2008] - AVTOBUS YAVAŞ-YAVAŞ YANANDA... [27.11.2008] - JURNALİSTİN İTİNİ DƏ DİŞLƏYİRLƏR [24.11.2008] - “LAZIM” QAPINI DÖYÜR... [20.11.2008] - EL ÜÇÜN AĞLAYANDA... [17.11.2008] - SƏN DƏ BİZİM MƏHƏLLƏDƏNSƏN... [14.11.2008] - YENƏ HƏMİN ANAR MÜƏLLİM BARƏDƏ... [13.11.2008] - “SƏNDƏN YAMAN NİGARANAM” [10.11.2008] - QEYRİ-ELİT SÖHBƏT... [03.11.2008] - DANIŞIR BAYQUŞLAR... [02.11.2008] - MİRZƏ SAKİTİ EVİNƏ KÖÇÜRÜN... ƏVVƏLKİ YAZILARI
|