14 mart 2010
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Sevinc TELMANQIZI Yazara məktub göndər

YAĞMA YAĞIŞ, YAĞMA YAĞIŞ...

Bayırda elə yağış yağır ki, ən duyğusuz, quru adam belə şair olmaq istəyir. Hətta əlinə bir stəkan kofe-çay alıb, pəncərənin qabağında dayanmaq da insana bir-birinin ardıca misralar söylədə bilər, inanın. Əminəm məhz bu gün şair xalqın şairlər ordusunda bir artım oldu. (Məşhur məsəldə deyildiyi kimi, görüm bizə şair xalq deyənin özü bizim kimi şair günə qalsın. Başımıza nə gəlirsə, bu şairliyimizdən gəlmirmi?) Nə xarüqələr qazandı Azərbaycan poeziyası, kim bilir. Hətta mənim otaq yoldaşlarımdan biri kimi, “yağış elə yağır ki, adam lap evlənmək istəyir” tipində “fəlsəfi” nəticələr çıxaran da oldu.

Zarafat bir tərəfə, ölkə kişilərinin böyük əksəriyyətində yağış xəngəl assosiasiyası yaradır, qadınlarda isə çətir altında, parkda romantik yürüş. Amma əminəm, mənim kimi düşünənlər də az deyil - tıxacların daha da bərbad hala qaldığı bu havada evə necə gedib çıxacağıq? Belə havada qaramatlıq etmək istəməzdim, amma reallıq bu. Səhər “28 May” metro stansiyasından “Gənclik” həndəvərinə maşınla gələ bilmək üçün yolumu taaa “Neftçilər”dən salanda bu yağışın hər damlasının... nəsil-nəcabətinə ürəyimdə dəfələrlə təşəkkür elədim. Tıxacda keçən zəhlətökən dəqiqələr, sürücülərin sadistcəsinə piyadaları palçıqlı suya qonaq etməsi... Şəhərə çıxan Bakı əhli üçün yağış indiki halda bu cür əzablı dəqiqələrlə müşayiət olunur.
Yağış keçmişdə də yağıb, özü də “tut ucundan göyə çıx” kimisindən. Amma onda Yer bu qədər aciz deyilmiş yəqin. Toz-torpaq dərhal göydən gələn hədiyyəni can-başla qəbul edirmiş. İndi bölgələri yuyub-aparan sellə bağlı yetkililərin açıqlamalarını izləyirəm. Hamısı tutuquşu kimi eyni sözləri əzbərləyib: hələ bu cür şiddətli yağış olmayıb. (Əslində bunun adı yağış görməmişliyidir, başqa şey yox)Yəni indidən özlərinə tutalqa tapıblar. Bunlar neyləsin ey, yağış adam kimi yağmır ki. Bəs 21-ci əsrin tərəqqisi, yollara, körpülərə, infrastruktura görə ayrılan milyon dollarlarla büdcə vəsaiti? Pis müğənnilər kimi, ildə dörd-beş dəfə “plastik əməliyyat”dan keçən asfaltlara nə deməli? Bütün bunlar elə təbiətin şıltaqlıqlarından sığortalanmaq üçün deyildimi bəs? Sərvətinə sərvət qatmaq üçün şəhər içində şəhər quranlar bütün bunları niyə nəzərə almırlar? Hökumət hər addımbaşı inşa etdiyi körpülərlə fəxr edir. Zaman-zaman su daman, bəziləri yarımçıq, bəziləri isə hələ də istifadəyə verilməmiş körpülər nə işə yarayır, xəbəriniz varmı? Dəfələrlə yazmışıq: üstünə çıxanda səni şəhərin bir ucundan o biri ucuna aparan, səmərəsiz körpülər bu yağışdan da üzüağ çıxa bilmir. İndi də eyni aqibət gözləyir bizi və təbii ki, körpüləri, yolları, asfaltları...
Məni bilgisizlikdə suçlamayın. Müasir dünyada sellərin, aramsız yağışların nə kimi fəlakətlərə gətirib çıxarması ilə bağlı məlumatlıyam. Təkcə 2002-ci ildə bu aramsız yağışlara görə Avropada yaşanan fəlakəti xatırlatmağım kifayətdir. Yəqin bilirsiniz, həmin vaxt Avstriya, Almaniya, Çexiya və İsveçrə su altında qaldı. 88 nəfər öldü, 40 min nəfər ev-eşiyini tərk etdi. Ona görə yox ki, şəhərsalmada nəsə böyük qüsur vardı və ya kommunikasiya sistemi yararsız idi. Sadəcə, yağışlar 20 gün boyunca fasiləsiz və çox yağdı. Amma Hacıbalanın Bakısına ikicə gün göydən yerə nəsə damcılaması kifayətdir ki, şəhər Venesiyanın bərbad versiyasını xatırlatsın. Üstəlik, qayığımız da yox...
Adını unutduğum türkiyəli bir şairin gözəl sözləri indi nə yerinə düşür? “Dənizlər qarışmaz balıqların taleyinə. Sadəcə, seyr edərlər”.
Bir sözlə, bizi bugünlərdə Bakı dənizində balıq olmaq taleyi gözləyir. Dəniz bizim taleyimizə qarışmayacaq. Balıq kimi susqun olmamaq isə öz əlimizdədir. Dəniz sizi udmamış, siz ondan can qurtarmağa çalışın...

538 dəfə baxılıb

[18.12.2009] - “BOMBA” MƏMUR

[14.12.2009] - ŞAİR SÖZÜ, ƏLBƏTTƏ, YALANDIR

[13.12.2009] - QƏHRƏMAN OLMAQ ÜÇÜN LAYİHƏ

[11.12.2009] - NOVRUZƏLİNİN “E-MƏKTUB”u

[07.12.2009] - YOL VERİN, QUDAM GƏLİR

[05.12.2009] - KÖTƏYİ CƏNNƏTƏ GERİ YOLLADIQ

[02.12.2009] - BAYRAM BİTDİ, YAŞAMAĞA DAVAM!

[25.11.2009] - QIZ QIZILA DÖNÜB...

[23.11.2009] - AY CAN, AY CAN, QİYAMƏTDİ!

[22.11.2009] - HEPİMİZ DOMUZ QRİPİYİZ!

[20.11.2009] - CIRTDANIN NƏNƏSİ VƏ BİZİM YAĞ YAXMAMIZ

[16.11.2009] - DESƏM, ÖLDÜRƏRLƏR...

[15.11.2009] - HAMI YANLIŞ ANLAYIR

[13.11.2009] - KİMDƏ ARTIQ MASKA VAR?

[10.11.2009] - “QAYNAR XƏTT”in SOYUQ DUŞ EFFEKTİ

[08.11.2009] - HƏR ŞEYDƏ BİR AZ “YENİ MÜSAVAT”...

[05.11.2009] - DONUZLA SOVRULANLAR...

[02.11.2009] - QANIMIZI İÇƏNLƏR

[01.11.2009] - EVDƏKİ, BİZİMKİ VƏ YA KÜLFƏT SÖHBƏTİ...

[31.10.2009] - QOCALMAYAN KÖŞƏ YAZARLARI...

[26.10.2009] - BİR İRƏLİ, BİR GERİ-YERİMİZDƏ SAYIRIQ

[25.10.2009] - SUXARI FALI

[22.10.2009] - UŞAQLAR VAR, ŞƏRAİT YOX?

[19.10.2009] - MÖVZU BOL OLARSA...

[18.10.2009] - BƏS QONAQPƏRVƏR İDİK, NƏ OLDU?

[15.10.2009] - İŞLƏR YAĞ KİMİ GETMƏYƏNDƏ...

[12.10.2009] - ƏZİZİM ƏZİZ...

[11.10.2009] - MANIS - CÜMLƏ XƏYANƏTLƏRƏ BAİS?

[08.10.2009] - DAHA MƏNİ GÖZLƏMƏ...

[05.10.2009] - İCTİMAİ İŞDƏN BOZBAŞA...

[28.09.2009] - G20 TOPLANTISININ “OTELLO”ları

[27.09.2009] - DANIŞMIRAM, ƏL ÇƏKİN!

[20.09.2009] - YETİM ƏLİNDƏ QOĞAL?

[19.09.2009] - BİZİM CEMİ KİM TAPACAQ?

[15.09.2009] - QIZIMA...

[13.09.2009] - HEY, TAKSİ!

[07.09.2009] - 17 İDİ, 18 OLDU...

[06.09.2009] - ÜZRÜ QƏBAHƏTİNDƏN BETƏR

[31.08.2009] - OKSFORDA, YOXSA BAKI MƏKTƏBİNƏ?

[30.08.2009] - OĞRU DA SUÇLU DEYİLSƏ...

[27.08.2009] - 2179 AZƏRBAYCANLIYA 1 KİTAB!

[24.08.2009] - ÖLƏCƏKSƏN, VƏSSALAM!

[21.08.2009] - YIXILIN O BİRİ TƏRƏFƏ

[17.08.2009] - MEYMUNU UNUT!

[13.08.2009] - KASIBIN SEVİMLİ EŞŞƏYİ

[10.08.2009] - ŞEYX NƏSRULLAH GƏLƏNƏDƏK...

[06.08.2009] - ALİ MƏKTƏB DÜKANLARI

[02.08.2009] - NƏRDƏ O ƏSKİ GÜNLƏR?

[01.08.2009] - ÜNVANIMIZA DEYİLƏN “DÜÜÜT”lü SÖYÜŞLƏR

[26.07.2009] - AÇARSIZ AÇIQLAMALAR...

[23.07.2009] - “MEDİA AÇARI” İLƏ BAĞLANAN QAPILAR

[20.07.2009] - HADİSƏ DANIŞANDA

[19.07.2009] - İLDƏ BİR DƏFƏ...

[16.07.2009] - ŞƏN OĞLANLAR

[13.07.2009] - JURNALİSTLƏRİN QUL BAZARI

[06.07.2009] - İMTAHAN BAYRAMI

[03.07.2009] - GECƏ 12-dən SONRA...

[29.06.2009] - SAĞLIĞINDA KOR FATMA...

[28.06.2009] - BU NÖMRƏYƏ ZƏNG ÇATMIR...

[22.06.2009] - BAYRAMSIZ QALAN BABALAR, VAY!

[15.06.2009] - QURDLU GİLAS PROJESİ

[11.06.2009] - KARTOFU JURNALİSTƏ BÜKƏNDƏ...

[08.06.2009] - VƏTƏN MƏNƏ OĞUL DEYİB(?!)

[04.06.2009] - QADIN ŞAPALAĞI

[01.06.2009] - ÜRƏYİ YANAN, GƏL BƏRİ!

[28.05.2009] - MONİTORİNQ HƏVƏSKARLARINA “FƏHLƏ” TÖVSİYYƏSİ

[25.05.2009] - XORUZUN QUYRUĞU...

[21.05.2009] - QIZIL SAAT VƏ “SON ZƏNG” ŞOUSU...

[18.05.2009] - AVROPAYA DAHA BİR ADDIM?

[14.05.2009] - NAĞIL BİTDİ...

[12.05.2009] - ƏLLƏRİMDƏ ÇİÇƏKLƏR...

[07.05.2009] - PEŞƏKARLIQ MÜHAZİRƏSİ

[04.05.2009] - QATİL DƏ TELEVİZOR İZLƏYİR...

[27.04.2009] - GEDƏK BİZ OLMAYAN YERƏ...

[23.04.2009] - NİZAMİNİN ADAŞI

[20.04.2009] - JURNALİSTDİ, QOYMA GƏLDİ!

[16.04.2009] - ONUN ŞƏFQƏTLİ ƏLLƏRİ...

[13.04.2009] - VOLAND BARMAĞI...

[06.04.2009] - TV NAZİRİNİ DANLAYANDA...

[02.04.2009] - ZARAFATSIZ...

[30.03.2009] - YARIMÇIQ YUXU...

[26.03.2009] - FATI, OTUR, FATI, DUR...

[16.03.2009] - METRODA BOMBA RABATAY...

[12.03.2009] - ƏSAS ODU Kİ...

[05.03.2009] - OBAMANIN BİR GÜNÜ...

[02.03.2009] - YARIM QAZAN MAKARON...

[27.02.2009] - BUZ KİMİ 8 MART HƏDİYYƏSİ

[23.02.2009] - AYNƏN ÖYLƏ...

[18.02.2009] - NAĞILÇI MƏNTİQİ

[16.02.2009] - 11 STANSİYALIQ XİLAS YOLU

[09.02.2009] - ATALARA MƏZUNİYYƏT, ANALARA İSTİRAHƏT!

[05.02.2009] - AZƏRBAYCAN - ƏN BÖYÜK QƏZZA...

[03.02.2009] - YARIYA QƏDƏR DOLU STƏKANA YENİ BAXIŞ...

[26.01.2009] - TƏR-Bİ-YƏ-Çİ!

[23.01.2009] - İMİC HEÇ NƏDİR, SUSUZLUQ HƏR ŞEY?

[19.01.2009] - KLİPLƏRDƏN KOROĞLU NƏRİLTİSİ EŞİDİLƏCƏK

[16.01.2009] - GÜNAH HƏMİŞƏ DÖYÜLƏNDƏDİR?

[12.01.2009] - O ƏJDAHADAN BİZDƏ OLMAYACAQ

[08.01.2009] - İKİ AKİFİN İKİ YÜZ FƏRQİ...

[06.01.2009] - 6 YANVAR ÇATANDA...

[29.12.2008] - ÖKÜZ APTEKƏ BAXAN KİMİ...

[25.12.2008] - MƏNƏ BAXMA, ADIMI ÇƏKMƏ, BARƏMDƏ DÜŞÜNMƏ...

[22.12.2008] - KAMERAYA ƏL YELLƏYİN...

[19.12.2008] - SAXLA, DÜŞƏN VAR

[16.12.2008] - 40 “RAZMER” AYAQQABI

[11.12.2008] - BİR AXŞAM ƏLƏT ÇÖLÜNDƏ...

[08.12.2008] - FONDA ŞƏN MUSİQİ...

[04.12.2008] - DÜNYANIN QORXDUĞU CAVAN - NUŞİRƏVAN

[01.12.2008] - NƏ SƏS-KÜYDÜR BU GÜN SİZDƏ, GÜLBADAM?

[30.11.2008] - AVTOBUS YAVAŞ-YAVAŞ YANANDA...

[27.11.2008] - JURNALİSTİN İTİNİ DƏ DİŞLƏYİRLƏR

[24.11.2008] - “LAZIM” QAPINI DÖYÜR...

[20.11.2008] - EL ÜÇÜN AĞLAYANDA...

[17.11.2008] - SƏN DƏ BİZİM MƏHƏLLƏDƏNSƏN...

[14.11.2008] - YENƏ HƏMİN ANAR MÜƏLLİM BARƏDƏ...

[13.11.2008] - “SƏNDƏN YAMAN NİGARANAM”

[10.11.2008] - QEYRİ-ELİT SÖHBƏT...

[03.11.2008] - DANIŞIR BAYQUŞLAR...

[02.11.2008] - MİRZƏ SAKİTİ EVİNƏ KÖÇÜRÜN...

ƏVVƏLKİ YAZILARI

Yeni MÜSAVAT © 2008