03 sentyabr 2010
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Sevinc TELMANQIZI Yazara məktub göndər

DANIŞMIRAM, ƏL ÇƏKİN!

Tanınmış politoloqlar Rasim Musabəyovla Zəfər Quliyevin “mediaforum” saytındakı açıqlamalarını oxuyanda düzü, təəccüblənmədim. Çünki bu mövzuya öncə də eyham vurmuşdular. Ölkədə qəzetlərin çox, özlərinin isə az olduğunu, bu səbəbdən də jurnalistlərin ekspert kimi onları istismar etdiyini demişdilər. Açıq şəkildə olmasa da sətiraltı ona toxunmuşdular ki, qəzetlərə qonorar qarşılığında açıqlama vermək daha yaxşı olar, bu halda pərakəndəlik ortadan götürülər, onların da əməyi qiymətləndirilər və s. İndi də təxminən eyni şeyi təkrarlayırlar...

Düzü, bir jurnalist və oxucu kimi ekspert məsələsi daim ağrılı yerim olub. Adam eyni adamların müxtəlif məsələlər haqqında şərhini hər gün nə qədər eşidər? Doğrudanmı bu məmləkət fasiləsiz olaraq “hərşeyşünas”lar istehsal etməklə məşğuldur? Amma neyləyəsən ki, Ramiz Rövşən demişkən, ayrıca şəhərimiz yox, ona görə də üz-üzə gəlmək zorundayıq. Sizə zarafat gəlməsin, 8 milyonluq məmləkətdə danışan (bunu bacaran, istəyən və ya cəsarəti çatan) 15-20 nəfər qalıb. Adamlar məşhur lətifədəki kimi, yavaş-yavaş aradan çıxıb. Biri bilinməyən səbəbdən qəzetlərə embarqo qoyub, o biri ağzını açmağa qorxur, yerdə qalanlar isə şəkil A-da görüldüyü kimi deyirlər ki, bəs, sizin əlinizdən yorulduq.
Mən hər iki ekspertin öz fikirlərini havayı demək istəməməsi, bu intellektual əməyə görə bəlli ödəniş sistemini arzulamalarını anlayıram. Ən azı beynəlxalq təcrübədə bu hal var. Amma o beynəlxalq təcrübədə qəzetlərin gəliri də, durumu da buradakından qat-qat artıqdır, demokratiyaya önəm verilir, insan azadlıqlarına riayət olunur. Ən azı kəskin danışdığına görə heç kimin uşağını, özünü şərləyib həbs etmirlər. Bizdə bunların hansı var? Təxminən “dəvədən soruşublar ki, boynun niyə əyridir, qayıdıb ki, guya haram düzdür” məsəlindəki kimi. Deməyim o ki, jurnalistlərə pullu danışıq kimi demokratik “dəyər”ə əməl edənə qədər gedəcək o qədər yol var ki. Hələlik media-ekspert münasibətlərinin pulsuzluğu qüsur qalsın, heç nə olmaz...
Son illərin dəbidir. İndi ekspertlər daha çox öz layihələrindən danışmağa üstünlük verir. Maşallah, ölkədə də layihədən bol nə var? İş hətta o qədər absurda çatıb ki, artıq “Mediada QHT-lərin layihələrinin işıqlandırılması” mövzusunda da layihələr işlənir. Yəni üçü birində - özləri qrant qazanır, özləri bu barədə mətbuata məlumat verir, sonra da “kim bizdən nə yazıb” kimi “taleyüklü” sualla bağlı monitorinq keçirirlər. Mətləbdən uzaqlaşmayım, belə layihələrlə bağlı danışanlar isə içi özləri qarışıq heç kimi maraqlandırmır. Barmağınızı qatlayıb sayın: bu gün cəsarətlə, qorxmadan danışan neçə ekspert tanıyırsınız? Bakıda oturub Obamaya, Sarkoziyə barmaq silkələməyə nə var ki? Mən ölkədə baş verənlərlə bağlı bağıra bilənlərin sayını istəyirəm sizdən. Yoxdu, yox... Onda binəva jurnalisti niyə qınayasan? Biz ekspertə cəsarət iksiri verib, sonra diktofon uzada bilmərik ki...
Mübarizədən, müdafiədən, lazımi məqamda cəsarət göstərməkdən keçdik, amma adamlar artıq sözlərini də qıymır. “Jurnalist qəflətən sual qoyur və mən ona cavab verirəm. O materialını hazırlayır, mənə nə qalır? Əlbəttə, əziyyətdən başqa heç nə” - deyir Zəfər Quliyev. Bir yerdə o da haqlıdır, amma dediyim kimi, belə əziyyətə can qurban. Kaş ki, Azərbaycanda hamı Obamadan, Metyu Brayzadan danışdığına görə “əziyyət” çəkəydi. Digər tərəfdən, medalın o biri üzü də var axı. İndi bir çoxlarının ekspert kimi məşhurlaşıb nüfuz qazanmasında medianın müstəsna rolu olub. Media da zamanında onların pulsuz piarı ilə məşğul olub. Tanıdıb, televiziyalara ayaq açmalarına səbəb olub, fikirlərini tirajlayıb, dolayısı ilə layihələr, paralar qazanmalarına səbəb olub. İndi kim kimə borcludur, bəylər?
Sözüm məclisdən bayıra, vaxtilə qəzetlərdə tez-tez geopolitik mövzularda şərh verən bir ekspert vardı. Mətbuat bir ara onu o qədər göylərə qaldırdı ki, adam artıq qəzet səhifələrindən Səddama, Buşa göz ağardıb barmaq silkələyirdi. Onunla bağlı məqalələrdən birinin başlığı isə indiyə qədər yadımdan çıxmır: “ABŞ İrana hücum edəcəkmi? Filankəs bəy buna lüzum görmür”. Guya adam lüzum görsə, 3-cü dünya müharibəsinə start veriləsiydi. Bax bəzi ekspertlər məhz medianın sayəsində həmin havalara bürünmüşdü. İndi isə onları “gördüm” deyən yoxdur.
Bir sözlə, vaxtilə danışmaq prestij, nüfuz idi, vaxt keçdi təhlükəli oldu, nəhayət, gümüşə çevrildi. İndi “susub qızıl qazanmaq imkanı olan yerdə danışmaq nəyə lazım” deyə düşünənlərin sayı durmadan artır.
Di haydı, hamınıza bazar olsun!

522 dəfə baxılıb

[30.08.2010] - HƏFTƏBECƏR

[26.08.2010] - SƏN MARSDAN GƏLMİSƏN?

[15.08.2010] - NERDE O ESKİ RAMAZANLAR...

[09.08.2010] - TƏMİZ AYAQ SÖHBƏTİ

[07.08.2010] - ADAM İTİ DİŞLƏYƏNDƏ...

[01.08.2010] - BU DA SİZƏ FACEBOOK

[29.07.2010] - CAZİBƏMİZ DƏ VAR

[28.07.2010] - EVLƏRİ KÖNDƏLƏN YAR

[22.07.2010] - BU DA BELƏ BİR GÜN

[19.07.2010] - EHTİYATLI OLUN - MÜKAFAT ALA BİLƏRSİZ!

[18.07.2010] - CƏMİYYƏT BELƏ İSTƏYİR...

[15.07.2010] - KOD ADI TƏLƏBƏ...

[12.07.2010] - BİR LİMAN, BİR DƏNİZ...

[11.07.2010] - ÇƏKİRƏM HAAA...

[05.07.2010] - OVUC İÇİ QƏDƏR...

[04.07.2010] - ODDA YANAN, SUDA BATAN...

[01.07.2010] - MƏRDİMAZAR AZ İDİ...

[28.06.2010] - MƏNFİ YÜKLÜ DƏNİZ...

[25.06.2010] - ARI KİMİ...

[21.06.2010] - 8 TƏLƏBƏYƏ 9 NÖV PLOV

[20.06.2010] - HÖKMDARIN HÜZURUNDA...

[19.06.2010] - YAYI YOLA SALAQ?

[14.06.2010] - OPERATİV DƏDƏ QORQUD

[13.06.2010] - YADPLANETLİ DEMƏ...

[10.06.2010] - KİM DAHA ŞANSLI?

[07.06.2010] - 80-dən SONRA GƏLƏN XOŞBƏXTLİK

[06.06.2010] - 10 MİLYON AVRO...CUQ

[03.06.2010] - CANIMIZ YANMASIN...

[31.05.2010] - ÖTƏN GÜNƏ GÜN... ÇATAR, ÇATAR...

[30.05.2010] - BƏNÖVŞƏ, BƏNDƏ DÜŞƏ...

[26.05.2010] - ARAZ AŞIĞIMDAN, KÜR TOPUĞUMDAN

[23.05.2010] - GÖRMƏMİŞİN KƏŞFİ OLDU...

[20.05.2010] - MANYAKA HAQSIZLIQ ETMƏYƏK

[17.05.2010] - HAMIYA ÇİRKİN OLSAM DA...

[16.05.2010] - GƏZMƏYƏ.... HARA YAXŞI?

[13.05.2010] - ÇÖRƏYİ VER ÇÖRƏKÇİYƏ...

[10.05.2010] - O Kİ BELƏ OLDU?

[07.05.2010] - BELƏ “BİZ” OLMAQDANSA...

[03.05.2010] - BAĞ BELƏ, BOSTAN BELƏ

[02.05.2010] - ÖLMÜŞDÜ HİPPOKRAT...

[18.12.2009] - “BOMBA” MƏMUR

[14.12.2009] - ŞAİR SÖZÜ, ƏLBƏTTƏ, YALANDIR

[13.12.2009] - QƏHRƏMAN OLMAQ ÜÇÜN LAYİHƏ

[11.12.2009] - NOVRUZƏLİNİN “E-MƏKTUB”u

[07.12.2009] - YOL VERİN, QUDAM GƏLİR

[05.12.2009] - KÖTƏYİ CƏNNƏTƏ GERİ YOLLADIQ

[02.12.2009] - BAYRAM BİTDİ, YAŞAMAĞA DAVAM!

[25.11.2009] - QIZ QIZILA DÖNÜB...

[23.11.2009] - AY CAN, AY CAN, QİYAMƏTDİ!

[22.11.2009] - HEPİMİZ DOMUZ QRİPİYİZ!

[20.11.2009] - CIRTDANIN NƏNƏSİ VƏ BİZİM YAĞ YAXMAMIZ

[16.11.2009] - DESƏM, ÖLDÜRƏRLƏR...

[15.11.2009] - HAMI YANLIŞ ANLAYIR

[13.11.2009] - KİMDƏ ARTIQ MASKA VAR?

[10.11.2009] - “QAYNAR XƏTT”in SOYUQ DUŞ EFFEKTİ

[08.11.2009] - HƏR ŞEYDƏ BİR AZ “YENİ MÜSAVAT”...

[05.11.2009] - DONUZLA SOVRULANLAR...

[02.11.2009] - QANIMIZI İÇƏNLƏR

[01.11.2009] - EVDƏKİ, BİZİMKİ VƏ YA KÜLFƏT SÖHBƏTİ...

[31.10.2009] - QOCALMAYAN KÖŞƏ YAZARLARI...

[26.10.2009] - BİR İRƏLİ, BİR GERİ-YERİMİZDƏ SAYIRIQ

[25.10.2009] - SUXARI FALI

[22.10.2009] - UŞAQLAR VAR, ŞƏRAİT YOX?

[19.10.2009] - MÖVZU BOL OLARSA...

[18.10.2009] - BƏS QONAQPƏRVƏR İDİK, NƏ OLDU?

[15.10.2009] - İŞLƏR YAĞ KİMİ GETMƏYƏNDƏ...

[12.10.2009] - ƏZİZİM ƏZİZ...

[11.10.2009] - MANIS - CÜMLƏ XƏYANƏTLƏRƏ BAİS?

[08.10.2009] - DAHA MƏNİ GÖZLƏMƏ...

[05.10.2009] - İCTİMAİ İŞDƏN BOZBAŞA...

[28.09.2009] - G20 TOPLANTISININ “OTELLO”ları

[24.09.2009] - YAĞMA YAĞIŞ, YAĞMA YAĞIŞ...

[20.09.2009] - YETİM ƏLİNDƏ QOĞAL?

[19.09.2009] - BİZİM CEMİ KİM TAPACAQ?

[15.09.2009] - QIZIMA...

[13.09.2009] - HEY, TAKSİ!

[07.09.2009] - 17 İDİ, 18 OLDU...

[06.09.2009] - ÜZRÜ QƏBAHƏTİNDƏN BETƏR

[31.08.2009] - OKSFORDA, YOXSA BAKI MƏKTƏBİNƏ?

[30.08.2009] - OĞRU DA SUÇLU DEYİLSƏ...

[27.08.2009] - 2179 AZƏRBAYCANLIYA 1 KİTAB!

[24.08.2009] - ÖLƏCƏKSƏN, VƏSSALAM!

[21.08.2009] - YIXILIN O BİRİ TƏRƏFƏ

[17.08.2009] - MEYMUNU UNUT!

[13.08.2009] - KASIBIN SEVİMLİ EŞŞƏYİ

[10.08.2009] - ŞEYX NƏSRULLAH GƏLƏNƏDƏK...

[06.08.2009] - ALİ MƏKTƏB DÜKANLARI

[02.08.2009] - NƏRDƏ O ƏSKİ GÜNLƏR?

[01.08.2009] - ÜNVANIMIZA DEYİLƏN “DÜÜÜT”lü SÖYÜŞLƏR

[26.07.2009] - AÇARSIZ AÇIQLAMALAR...

[23.07.2009] - “MEDİA AÇARI” İLƏ BAĞLANAN QAPILAR

[20.07.2009] - HADİSƏ DANIŞANDA

[19.07.2009] - İLDƏ BİR DƏFƏ...

[16.07.2009] - ŞƏN OĞLANLAR

[13.07.2009] - JURNALİSTLƏRİN QUL BAZARI

[06.07.2009] - İMTAHAN BAYRAMI

[03.07.2009] - GECƏ 12-dən SONRA...

[29.06.2009] - SAĞLIĞINDA KOR FATMA...

[28.06.2009] - BU NÖMRƏYƏ ZƏNG ÇATMIR...

[22.06.2009] - BAYRAMSIZ QALAN BABALAR, VAY!

[15.06.2009] - QURDLU GİLAS PROJESİ

[11.06.2009] - KARTOFU JURNALİSTƏ BÜKƏNDƏ...

[08.06.2009] - VƏTƏN MƏNƏ OĞUL DEYİB(?!)

[04.06.2009] - QADIN ŞAPALAĞI

[01.06.2009] - ÜRƏYİ YANAN, GƏL BƏRİ!

[28.05.2009] - MONİTORİNQ HƏVƏSKARLARINA “FƏHLƏ” TÖVSİYYƏSİ

[25.05.2009] - XORUZUN QUYRUĞU...

[21.05.2009] - QIZIL SAAT VƏ “SON ZƏNG” ŞOUSU...

[18.05.2009] - AVROPAYA DAHA BİR ADDIM?

[14.05.2009] - NAĞIL BİTDİ...

[12.05.2009] - ƏLLƏRİMDƏ ÇİÇƏKLƏR...

[07.05.2009] - PEŞƏKARLIQ MÜHAZİRƏSİ

[04.05.2009] - QATİL DƏ TELEVİZOR İZLƏYİR...

[27.04.2009] - GEDƏK BİZ OLMAYAN YERƏ...

[23.04.2009] - NİZAMİNİN ADAŞI

[20.04.2009] - JURNALİSTDİ, QOYMA GƏLDİ!

[16.04.2009] - ONUN ŞƏFQƏTLİ ƏLLƏRİ...

[13.04.2009] - VOLAND BARMAĞI...

[06.04.2009] - TV NAZİRİNİ DANLAYANDA...

[02.04.2009] - ZARAFATSIZ...

[30.03.2009] - YARIMÇIQ YUXU...

[26.03.2009] - FATI, OTUR, FATI, DUR...

[16.03.2009] - METRODA BOMBA RABATAY...

[12.03.2009] - ƏSAS ODU Kİ...

[05.03.2009] - OBAMANIN BİR GÜNÜ...

[02.03.2009] - YARIM QAZAN MAKARON...

[27.02.2009] - BUZ KİMİ 8 MART HƏDİYYƏSİ

[23.02.2009] - AYNƏN ÖYLƏ...

[18.02.2009] - NAĞILÇI MƏNTİQİ

[16.02.2009] - 11 STANSİYALIQ XİLAS YOLU

[09.02.2009] - ATALARA MƏZUNİYYƏT, ANALARA İSTİRAHƏT!

[05.02.2009] - AZƏRBAYCAN - ƏN BÖYÜK QƏZZA...

[03.02.2009] - YARIYA QƏDƏR DOLU STƏKANA YENİ BAXIŞ...

[26.01.2009] - TƏR-Bİ-YƏ-Çİ!

[23.01.2009] - İMİC HEÇ NƏDİR, SUSUZLUQ HƏR ŞEY?

[19.01.2009] - KLİPLƏRDƏN KOROĞLU NƏRİLTİSİ EŞİDİLƏCƏK

[16.01.2009] - GÜNAH HƏMİŞƏ DÖYÜLƏNDƏDİR?

[12.01.2009] - O ƏJDAHADAN BİZDƏ OLMAYACAQ

[08.01.2009] - İKİ AKİFİN İKİ YÜZ FƏRQİ...

[06.01.2009] - 6 YANVAR ÇATANDA...

[29.12.2008] - ÖKÜZ APTEKƏ BAXAN KİMİ...

[25.12.2008] - MƏNƏ BAXMA, ADIMI ÇƏKMƏ, BARƏMDƏ DÜŞÜNMƏ...

[22.12.2008] - KAMERAYA ƏL YELLƏYİN...

[19.12.2008] - SAXLA, DÜŞƏN VAR

[16.12.2008] - 40 “RAZMER” AYAQQABI

[11.12.2008] - BİR AXŞAM ƏLƏT ÇÖLÜNDƏ...

[08.12.2008] - FONDA ŞƏN MUSİQİ...

[04.12.2008] - DÜNYANIN QORXDUĞU CAVAN - NUŞİRƏVAN

[01.12.2008] - NƏ SƏS-KÜYDÜR BU GÜN SİZDƏ, GÜLBADAM?

[30.11.2008] - AVTOBUS YAVAŞ-YAVAŞ YANANDA...

[27.11.2008] - JURNALİSTİN İTİNİ DƏ DİŞLƏYİRLƏR

[24.11.2008] - “LAZIM” QAPINI DÖYÜR...

[20.11.2008] - EL ÜÇÜN AĞLAYANDA...

[17.11.2008] - SƏN DƏ BİZİM MƏHƏLLƏDƏNSƏN...

[14.11.2008] - YENƏ HƏMİN ANAR MÜƏLLİM BARƏDƏ...

[13.11.2008] - “SƏNDƏN YAMAN NİGARANAM”

[10.11.2008] - QEYRİ-ELİT SÖHBƏT...

[03.11.2008] - DANIŞIR BAYQUŞLAR...

[02.11.2008] - MİRZƏ SAKİTİ EVİNƏ KÖÇÜRÜN...

ƏVVƏLKİ YAZILARI

Yeni MÜSAVAT © 2008