 |
Sevinc TELMANQIZI 
İCTİMAİ İŞDƏN BOZBAŞA...
|
Onlar böyük bir yükün ağırlığını öz çiyinlərində daşıyır. Əslində zəif, elə bu qədər də zərif çiyinlərinin. Şəxsi sevinclərini, həyəcanlarını, bəzənsə arzularını məhz bu yükün “xətrinə dəyməmək” üçün mətbəx rəfinin tozlu gözlərində saxlayırlar. Hərdən içlərini çəkə-çəkə o tozu silmək istədikləri də olur. Kim bilir? Digər həmcinsləri bir məsləyin öhdəsindən zor-bəla ilə gəldikləri halda onlar eyni zamanda bir neçə peşənin yiyəsidir: pedaqoq, aşpaz, dərzi, tibb bacısı, qulluqçu, psixoloq... Kimmi? Bəlkə də nə vaxtsa oxumusunuz. Tez-tez yazılarımda evdar qadınları, onların dünyaya baxışlarını tənqid etmişəm. Cəmiyyətdə olub-bitənlərlə az maraqlanmaları, sosial passivlikləri, “uşağımın-ərimin canı sağ, qarnı toxdursa, gerisi əhəmiyyətli deyil” psixologiyası mənə əcaib görünüb nədənsə. Amma bəzi gerçəkləri anlamaq üçün sözün böyük mənasında mətbəxə daxil olmaq lazımmış. Mən daxil oldum və yazının girişində də yazdığım kimi, bu qisim həmcinslərimin əslində böyük bir dünyanın (söhbət ailə dünyasından gedir, təbii) yükünü öz çiyinlərinə götürdüyünün fərqinə vardım. “Səhvini etiraf etmək də böyüklükdəndir” deyib bu günə qədər bu “dünya” barədə düşündüklərimə bəzi xırda-para düzəlişlər etməyə qərar verdim. Öncə onu deyim ki, bir aydan artıqdır yarıjurnalist-yarıevdar həyat tərzi mənə anlatdı ki, uzaqdan baxana döyüş asan görünürmüş. Yəni özünü ailə-uşaq dünyasına həsr edən qadının şəxsi həyatı olmurmuş. Onun ən böyük sevinci məktəbli övladının gündəliyindəki “5"lər, bişirdiyi yeməyin ev əhli tərəfindən bəyənilməsi, su, qaz, işıq kimi kommunal xidmətlərin axsamaması və s. imiş. Əgər yemək bişirdiyi vaxt qaz, paltar yuduğu vaxt su, evi tozsoranladığı vaxtsa işıq kəsilirsə, deməli, ”mənfur rejim üstünə gəlir". Səhər yuxudan oyanan evdar qadın eyni vaxtda yüzlərlə problemlə uğraşır: evin təmizliyindən tutmuş hansı fərqli yeməyi bişirəcəyinə (duru-quru yemək faizi), uşaqlarının dərsinə, bazarlığa, həyat yoldaşının qayğılarına qədər... Yəni bütün gücü ilə işləyən maşın misalı. Dediyim kimi, eyni vaxtda bir neçə məsləyi icra edir. Özü ilə bərabər bir neçə dünyanın (çocuqları və həyat yoldaşı) yükünü çəkməyə məcbur olur. Bu qədər qayğıların əhatəsində olan qadından sosial mübarizlik, aktivlik, cəmiyyətin səsinə səs verməyi gözləməyin adı isə yumşaq desək, eqoizmdir. Təbii, bu mənzərənin yaranmasında ailə başçısının da məsuliyyət payı böyükdür. Adam evinin, ailəsinin bütün ağırlığını o zərif çiyinlərə yükləyən gün artıq bu çiyin sahibinin bir sosial fərd kimi “Fatihə”sini oxumuş olur. Bundan sonra nə aktivlik? Çox uzağa getməyim. Hələ mətbəxlə media arasında vurnuxan birisi olaraq sosial həyatın, ictimai qayğıların yavaş-yavaş məndən uzaqlaşdığını müşahidə edirəm. Artıq dolma bükməyin, dadlı dovğa bişirməyin yeni üsulları, eləcə də çocuğun dərsləri..., məsələn, “Diffamasiya haqqında” qanunun niyə gec qəbul olunması kimi vaxtilə çox ağrılı görünən problemi arxa plana atıb. Az öncəyə qədər internetə dünyadakı ən son yenilikləri təqib etmək üçün girən birisi evdarlığa keçid alandan sonra ancaq kulinariya, uşaq sağlamlığı, evdarlıqla bağlı məlumatları gözünə təpir. Öz aramızdır, ət kəfi alan birinə hansısa ekspertin telefon açıb “bu gün parlamentdə jurnalistlərin məsələsi müzakirə olundu” deməsi nə dərəcədə təbii mənzərədir? Axı bu adamın parlamenti də, “iqtidar”ı da kiçik bir məkandadır. Ona görə də öz “məmləkətinin” hayındadır... Bir sözlə, dünyaya mətbəxin pəncərəsindən baxmaq heç də asan iş deyil. Əsas odur ki, mətbəxin bacasından tüstü əskik olmasın. Gerisi onsuz da düzələcək... P.S. Yeri gəlmişkən, bəzi müğənnilərə “bozbaş” ayamasının qoşulmasına da etiraz edir, bunun tezliklə dilimizdən yığışdırılmasını istəyirəm. Çünki bu, ən azı bozbaşa yox, onu dadlı hazırlayanlara qarşı haqsızlıqdır. 457 dəfə baxılıb
|
[18.12.2009] - “BOMBA” MƏMUR [14.12.2009] - ŞAİR SÖZÜ, ƏLBƏTTƏ, YALANDIR [13.12.2009] - QƏHRƏMAN OLMAQ ÜÇÜN LAYİHƏ [11.12.2009] - NOVRUZƏLİNİN “E-MƏKTUB”u [07.12.2009] - YOL VERİN, QUDAM GƏLİR [05.12.2009] - KÖTƏYİ CƏNNƏTƏ GERİ YOLLADIQ [02.12.2009] - BAYRAM BİTDİ, YAŞAMAĞA DAVAM! [25.11.2009] - QIZ QIZILA DÖNÜB... [23.11.2009] - AY CAN, AY CAN, QİYAMƏTDİ! [22.11.2009] - HEPİMİZ DOMUZ QRİPİYİZ! [20.11.2009] - CIRTDANIN NƏNƏSİ VƏ BİZİM YAĞ YAXMAMIZ [16.11.2009] - DESƏM, ÖLDÜRƏRLƏR... [15.11.2009] - HAMI YANLIŞ ANLAYIR [13.11.2009] - KİMDƏ ARTIQ MASKA VAR? [10.11.2009] - “QAYNAR XƏTT”in SOYUQ DUŞ EFFEKTİ [08.11.2009] - HƏR ŞEYDƏ BİR AZ “YENİ MÜSAVAT”... [05.11.2009] - DONUZLA SOVRULANLAR... [02.11.2009] - QANIMIZI İÇƏNLƏR [01.11.2009] - EVDƏKİ, BİZİMKİ VƏ YA KÜLFƏT SÖHBƏTİ... [31.10.2009] - QOCALMAYAN KÖŞƏ YAZARLARI... [26.10.2009] - BİR İRƏLİ, BİR GERİ-YERİMİZDƏ SAYIRIQ [25.10.2009] - SUXARI FALI [22.10.2009] - UŞAQLAR VAR, ŞƏRAİT YOX? [19.10.2009] - MÖVZU BOL OLARSA... [18.10.2009] - BƏS QONAQPƏRVƏR İDİK, NƏ OLDU? [15.10.2009] - İŞLƏR YAĞ KİMİ GETMƏYƏNDƏ... [12.10.2009] - ƏZİZİM ƏZİZ... [11.10.2009] - MANIS - CÜMLƏ XƏYANƏTLƏRƏ BAİS? [08.10.2009] - DAHA MƏNİ GÖZLƏMƏ... [28.09.2009] - G20 TOPLANTISININ “OTELLO”ları [27.09.2009] - DANIŞMIRAM, ƏL ÇƏKİN! [24.09.2009] - YAĞMA YAĞIŞ, YAĞMA YAĞIŞ... [20.09.2009] - YETİM ƏLİNDƏ QOĞAL? [19.09.2009] - BİZİM CEMİ KİM TAPACAQ? [15.09.2009] - QIZIMA... [13.09.2009] - HEY, TAKSİ! [07.09.2009] - 17 İDİ, 18 OLDU... [06.09.2009] - ÜZRÜ QƏBAHƏTİNDƏN BETƏR [31.08.2009] - OKSFORDA, YOXSA BAKI MƏKTƏBİNƏ? [30.08.2009] - OĞRU DA SUÇLU DEYİLSƏ... [27.08.2009] - 2179 AZƏRBAYCANLIYA 1 KİTAB! [24.08.2009] - ÖLƏCƏKSƏN, VƏSSALAM! [21.08.2009] - YIXILIN O BİRİ TƏRƏFƏ [17.08.2009] - MEYMUNU UNUT! [13.08.2009] - KASIBIN SEVİMLİ EŞŞƏYİ [10.08.2009] - ŞEYX NƏSRULLAH GƏLƏNƏDƏK... [06.08.2009] - ALİ MƏKTƏB DÜKANLARI [02.08.2009] - NƏRDƏ O ƏSKİ GÜNLƏR? [01.08.2009] - ÜNVANIMIZA DEYİLƏN “DÜÜÜT”lü SÖYÜŞLƏR [26.07.2009] - AÇARSIZ AÇIQLAMALAR... [23.07.2009] - “MEDİA AÇARI” İLƏ BAĞLANAN QAPILAR [20.07.2009] - HADİSƏ DANIŞANDA [19.07.2009] - İLDƏ BİR DƏFƏ... [16.07.2009] - ŞƏN OĞLANLAR [13.07.2009] - JURNALİSTLƏRİN QUL BAZARI [06.07.2009] - İMTAHAN BAYRAMI [03.07.2009] - GECƏ 12-dən SONRA... [29.06.2009] - SAĞLIĞINDA KOR FATMA... [28.06.2009] - BU NÖMRƏYƏ ZƏNG ÇATMIR... [22.06.2009] - BAYRAMSIZ QALAN BABALAR, VAY! [15.06.2009] - QURDLU GİLAS PROJESİ [11.06.2009] - KARTOFU JURNALİSTƏ BÜKƏNDƏ... [08.06.2009] - VƏTƏN MƏNƏ OĞUL DEYİB(?!) [04.06.2009] - QADIN ŞAPALAĞI [01.06.2009] - ÜRƏYİ YANAN, GƏL BƏRİ! [28.05.2009] - MONİTORİNQ HƏVƏSKARLARINA “FƏHLƏ” TÖVSİYYƏSİ [25.05.2009] - XORUZUN QUYRUĞU... [21.05.2009] - QIZIL SAAT VƏ “SON ZƏNG” ŞOUSU... [18.05.2009] - AVROPAYA DAHA BİR ADDIM? [14.05.2009] - NAĞIL BİTDİ... [12.05.2009] - ƏLLƏRİMDƏ ÇİÇƏKLƏR... [07.05.2009] - PEŞƏKARLIQ MÜHAZİRƏSİ [04.05.2009] - QATİL DƏ TELEVİZOR İZLƏYİR... [27.04.2009] - GEDƏK BİZ OLMAYAN YERƏ... [23.04.2009] - NİZAMİNİN ADAŞI [20.04.2009] - JURNALİSTDİ, QOYMA GƏLDİ! [16.04.2009] - ONUN ŞƏFQƏTLİ ƏLLƏRİ... [13.04.2009] - VOLAND BARMAĞI... [06.04.2009] - TV NAZİRİNİ DANLAYANDA... [02.04.2009] - ZARAFATSIZ... [30.03.2009] - YARIMÇIQ YUXU... [26.03.2009] - FATI, OTUR, FATI, DUR... [16.03.2009] - METRODA BOMBA RABATAY... [12.03.2009] - ƏSAS ODU Kİ... [05.03.2009] - OBAMANIN BİR GÜNÜ... [02.03.2009] - YARIM QAZAN MAKARON... [27.02.2009] - BUZ KİMİ 8 MART HƏDİYYƏSİ [23.02.2009] - AYNƏN ÖYLƏ... [18.02.2009] - NAĞILÇI MƏNTİQİ [16.02.2009] - 11 STANSİYALIQ XİLAS YOLU [09.02.2009] - ATALARA MƏZUNİYYƏT, ANALARA İSTİRAHƏT! [05.02.2009] - AZƏRBAYCAN - ƏN BÖYÜK QƏZZA... [03.02.2009] - YARIYA QƏDƏR DOLU STƏKANA YENİ BAXIŞ... [26.01.2009] - TƏR-Bİ-YƏ-Çİ! [23.01.2009] - İMİC HEÇ NƏDİR, SUSUZLUQ HƏR ŞEY? [19.01.2009] - KLİPLƏRDƏN KOROĞLU NƏRİLTİSİ EŞİDİLƏCƏK [16.01.2009] - GÜNAH HƏMİŞƏ DÖYÜLƏNDƏDİR? [12.01.2009] - O ƏJDAHADAN BİZDƏ OLMAYACAQ [08.01.2009] - İKİ AKİFİN İKİ YÜZ FƏRQİ... [06.01.2009] - 6 YANVAR ÇATANDA... [29.12.2008] - ÖKÜZ APTEKƏ BAXAN KİMİ... [25.12.2008] - MƏNƏ BAXMA, ADIMI ÇƏKMƏ, BARƏMDƏ DÜŞÜNMƏ... [22.12.2008] - KAMERAYA ƏL YELLƏYİN... [19.12.2008] - SAXLA, DÜŞƏN VAR [16.12.2008] - 40 “RAZMER” AYAQQABI [11.12.2008] - BİR AXŞAM ƏLƏT ÇÖLÜNDƏ... [08.12.2008] - FONDA ŞƏN MUSİQİ... [04.12.2008] - DÜNYANIN QORXDUĞU CAVAN - NUŞİRƏVAN [01.12.2008] - NƏ SƏS-KÜYDÜR BU GÜN SİZDƏ, GÜLBADAM? [30.11.2008] - AVTOBUS YAVAŞ-YAVAŞ YANANDA... [27.11.2008] - JURNALİSTİN İTİNİ DƏ DİŞLƏYİRLƏR [24.11.2008] - “LAZIM” QAPINI DÖYÜR... [20.11.2008] - EL ÜÇÜN AĞLAYANDA... [17.11.2008] - SƏN DƏ BİZİM MƏHƏLLƏDƏNSƏN... [14.11.2008] - YENƏ HƏMİN ANAR MÜƏLLİM BARƏDƏ... [13.11.2008] - “SƏNDƏN YAMAN NİGARANAM” [10.11.2008] - QEYRİ-ELİT SÖHBƏT... [03.11.2008] - DANIŞIR BAYQUŞLAR... [02.11.2008] - MİRZƏ SAKİTİ EVİNƏ KÖÇÜRÜN... ƏVVƏLKİ YAZILARI
|