 |
Sevinc TELMANQIZI 
DAHA MƏNİ GÖZLƏMƏ...
|
Son bir neçə gündə paytaxtın avtobus sərnişinləri, “Bəyin oğurlanması”nın Mirişi kimi küçənin o başı sənin, bu başı mənim qaçmağa girişiblər. Yolda rastlaşdıqları tanış-tunuşla da aralarında təxminən “Hara? Oooooraaaaa!” dialoqu yaşanır. Neyçün ki, Nəqliyyat Nazirliyinin müfəttişləri sürücüləri basıb döyməkdən yorulandan sonra indi də sərnişinlərin canına daraşıblar. Avtobusların dayanacaqdan kənar saxlanmasına qoyulan qadağa küçələrdə ilginc insan mənzərələrinə səbəb olub. Yazıq camaat bilmir ki, hansı dayanacaq harada yerləşir, filan avtobusu gözləmək üçün şair demiş hangi səmtə, hangi yana üz tutsun. Yəni bir var şüşəli-oturacaqlı, qanuni dayanacaq, bir də var, yersiz-yurdsuz olanlar. Birincini tapmaq çətin deyil, azar yersiz-yurdsuzun azarıdır. Onu tapınca piyadanın nəfəsi kəsilir. Və dediyim o mənzərə yaşanır. Məsələn, sən illərdir dayanacaq kimi tanıdığın məkanda dayanıb, öz “halalca” avtobusunu gözləyirsən, bu vaxt Nəqliyyat Nazirliyinin qəstumlu-bazburutlu müfəttişi gəlir ki, a bala, hansı avtobusa minəssən? Başqa vaxt olsa, adam qayıdar ki, sənə nə? Amma gözünün qabağına bir neçə müfəttişin bir sürücünü vəhşicəsinə döydüyü videorolik gəlir, udqunub cavab verirsən. Dərd orasıdır ki, gözlədiyin avtobusun dayanacağı başqa yerdə olsun və nazirlik nümayəndəsinə bunu deyən vaxt o dördtəkərli “möcüzə” sənə tərəf yaxınlaşsın. Müfəttiş bir gözünü sənə, o birini isə avtobusun içindən məlul-məlul sənə baxan sürücüyə (əslində sürücü sərnişinə potensial 20 qəpik gözü ilə baxdığı üçün həmin anda onun necə “cingildədiyini” də duyur-S.T.) ağardacaq və yuxarıda dediyim kimi, sən avtobusun dalınca mirişsayağı qaçmaq zorunda qalacaqsan... Bəlkə də çoxlarına görə, avtobusların dayanacaqdan kənar saxlanmasına qoyulan qadağa çox sivildir, nəqliyyatdakı xaosu azalda bilər və sair... Razıyam. Sürücülərin hətta başını qaşımaq üçün əlini qaldıranlara qosqoca minik vasitəsini yolun ortasında saxlaması heç də xoş mənzərə deyil. Amma baxır hansı məmləkətdən danışırıq... Təxminən “düzəlmişdi hər yarağımız, qalmışdı saqqal darağımız” misalındakı kimi. Nazirlik şanlı dayanacaqlara gəlib çatana qədər onlarla eybini örtsə daha yaxşı olmazmı? Dayanacaqlarda lövbər salan taksilər, yol tikintisi-yamanmasından yeyilən pullar, avtobus sürücülərinə qoyulan yerli-yersiz “taksa”lar... Vallah, siyahı uzundur, hamısını yazsam, deyəcəklər mən də nazirlik kimi “xaltura” edirəm. Sözüm o ki, onsuz da tıxac probleminin həlli, eləcə də yollardakı qayda-qanun avtobusların dayanacaqdan kənarda saxlamasından keçmir. Yəni Fatıya bundan tuman çıxası deyil. Yaxşısı budu, nazirlik öncə böyük problemləri həll edib, insanların əsəbləri ilə oynamağı sonraya saxlasın. Əsəb demiş, yadıma bir süjet düşdü. O gün məhz bu dayanacaqdan kənarda saxlama qadağasına görə getdiyimiz avtobusda bir qadın sərnişinlə davakarlıqda ad çıxarmış marşrut sürücüsü dalaşdı. “Düütlü” söyüşlərin biri beş qəpikdən... Axırda sürücü hamımızı təhdid etdi ki, ya o qadını susdurun, ya da maşını aşıracam (ucuz ölüm belə olurmuş sən demə). Nəhayət, dözməyib, avtobusu saxladı, qadının üstünə cumaraq bəyan etdi ki, gedib türmədə 10 il yatmaq da olsa, onu öldürəcək. Nəsə, dayını birtəhər sakitləşdirdilər, yola düzəldik. Amma sonda Polat Alemdarsayağı bir kəlam söylədi ki, hələ də yadımdan çıxmır: “Bu ”ostanovka söhbəti" çox qanlar axıdacaq, çooooxxx". Bax, ona görə deyirəm ki, sizə bu lazım idi? Bu günə qədər hamı azərbaycançılığına salıb yaşayırdı da. “Qardaş, qabaqda saxla”, “Buyur, amma cəld ol”. Kim kimi öldürüb 10 il türməni gözə alırdı ki? Əsəbləri tarıma çəkilmiş kasıb təbəqəni yenidən sınağa çəkməyin nə adı var? Axı hamımız bilirik ki, Nəqliyyat Nazirliyinin bir atımlıq barıta bənzəyən belə səmərəsiz aksiyaları tez-tez baş tutur. Ayaq üstə sərnişin aparma qadağası, sürücülərin vahid geyimdə işə çıxması.... Hamısı pulyığma əməliyyatı üçün super bəhanələr olub. Amma budəfəkindən sürücü dayı demiş, həm də əməllicə qan iyi gəlir... Onsuz da bu dəqiqə məmləkət insanını elə günə qoyublar ki, hara, niyə getdiyinin fərqində deyil. Aşıq Veysəlin mahnısındakı kimi, gündüz-gecə yol getməklə məşğuldu. Heç olmasa, icazə verin, dayanacağı yeri özü müəyyənləşdirsin. Axı deyirlər, yol gedənindir. P.S. O gün oxudum ki, Nəqliyyat Nazirliyi sərnişindaşıma ilə məşğul olan hər bir nəqliyyat vasitəsinin dərman qutusu, odsöndürən, diyirlənməyə qarşı dayaqlar... la təchiz olunmasını tələb edir. Siyahıya bax ey, adamın canına üşütmə düşür. Sürücü demiş, bu işdən qan iyi gəlir. Mən ölü, siz diri, görərsiniz... P.P.S. İndi bildiniz, avtobusun arxa şüşələrinə niyə kifayət qədər duyğusal təsir bağışlayan “Daha məni gözləmə”, “Arxamca baxma” sözləri yazılıb? 540 dəfə baxılıb
|
[30.08.2010] - HƏFTƏBECƏR [26.08.2010] - SƏN MARSDAN GƏLMİSƏN? [15.08.2010] - NERDE O ESKİ RAMAZANLAR... [09.08.2010] - TƏMİZ AYAQ SÖHBƏTİ [07.08.2010] - ADAM İTİ DİŞLƏYƏNDƏ... [01.08.2010] - BU DA SİZƏ FACEBOOK [29.07.2010] - CAZİBƏMİZ DƏ VAR [28.07.2010] - EVLƏRİ KÖNDƏLƏN YAR [22.07.2010] - BU DA BELƏ BİR GÜN [19.07.2010] - EHTİYATLI OLUN - MÜKAFAT ALA BİLƏRSİZ! [18.07.2010] - CƏMİYYƏT BELƏ İSTƏYİR... [15.07.2010] - KOD ADI TƏLƏBƏ... [12.07.2010] - BİR LİMAN, BİR DƏNİZ... [11.07.2010] - ÇƏKİRƏM HAAA... [05.07.2010] - OVUC İÇİ QƏDƏR... [04.07.2010] - ODDA YANAN, SUDA BATAN... [01.07.2010] - MƏRDİMAZAR AZ İDİ... [28.06.2010] - MƏNFİ YÜKLÜ DƏNİZ... [25.06.2010] - ARI KİMİ... [21.06.2010] - 8 TƏLƏBƏYƏ 9 NÖV PLOV [20.06.2010] - HÖKMDARIN HÜZURUNDA... [19.06.2010] - YAYI YOLA SALAQ? [14.06.2010] - OPERATİV DƏDƏ QORQUD [13.06.2010] - YADPLANETLİ DEMƏ... [10.06.2010] - KİM DAHA ŞANSLI? [07.06.2010] - 80-dən SONRA GƏLƏN XOŞBƏXTLİK [06.06.2010] - 10 MİLYON AVRO...CUQ [03.06.2010] - CANIMIZ YANMASIN... [31.05.2010] - ÖTƏN GÜNƏ GÜN... ÇATAR, ÇATAR... [30.05.2010] - BƏNÖVŞƏ, BƏNDƏ DÜŞƏ... [26.05.2010] - ARAZ AŞIĞIMDAN, KÜR TOPUĞUMDAN [23.05.2010] - GÖRMƏMİŞİN KƏŞFİ OLDU... [20.05.2010] - MANYAKA HAQSIZLIQ ETMƏYƏK [17.05.2010] - HAMIYA ÇİRKİN OLSAM DA... [16.05.2010] - GƏZMƏYƏ.... HARA YAXŞI? [13.05.2010] - ÇÖRƏYİ VER ÇÖRƏKÇİYƏ... [10.05.2010] - O Kİ BELƏ OLDU? [07.05.2010] - BELƏ “BİZ” OLMAQDANSA... [03.05.2010] - BAĞ BELƏ, BOSTAN BELƏ [02.05.2010] - ÖLMÜŞDÜ HİPPOKRAT... [18.12.2009] - “BOMBA” MƏMUR [14.12.2009] - ŞAİR SÖZÜ, ƏLBƏTTƏ, YALANDIR [13.12.2009] - QƏHRƏMAN OLMAQ ÜÇÜN LAYİHƏ [11.12.2009] - NOVRUZƏLİNİN “E-MƏKTUB”u [07.12.2009] - YOL VERİN, QUDAM GƏLİR [05.12.2009] - KÖTƏYİ CƏNNƏTƏ GERİ YOLLADIQ [02.12.2009] - BAYRAM BİTDİ, YAŞAMAĞA DAVAM! [25.11.2009] - QIZ QIZILA DÖNÜB... [23.11.2009] - AY CAN, AY CAN, QİYAMƏTDİ! [22.11.2009] - HEPİMİZ DOMUZ QRİPİYİZ! [20.11.2009] - CIRTDANIN NƏNƏSİ VƏ BİZİM YAĞ YAXMAMIZ [16.11.2009] - DESƏM, ÖLDÜRƏRLƏR... [15.11.2009] - HAMI YANLIŞ ANLAYIR [13.11.2009] - KİMDƏ ARTIQ MASKA VAR? [10.11.2009] - “QAYNAR XƏTT”in SOYUQ DUŞ EFFEKTİ [08.11.2009] - HƏR ŞEYDƏ BİR AZ “YENİ MÜSAVAT”... [05.11.2009] - DONUZLA SOVRULANLAR... [02.11.2009] - QANIMIZI İÇƏNLƏR [01.11.2009] - EVDƏKİ, BİZİMKİ VƏ YA KÜLFƏT SÖHBƏTİ... [31.10.2009] - QOCALMAYAN KÖŞƏ YAZARLARI... [26.10.2009] - BİR İRƏLİ, BİR GERİ-YERİMİZDƏ SAYIRIQ [25.10.2009] - SUXARI FALI [22.10.2009] - UŞAQLAR VAR, ŞƏRAİT YOX? [19.10.2009] - MÖVZU BOL OLARSA... [18.10.2009] - BƏS QONAQPƏRVƏR İDİK, NƏ OLDU? [15.10.2009] - İŞLƏR YAĞ KİMİ GETMƏYƏNDƏ... [12.10.2009] - ƏZİZİM ƏZİZ... [11.10.2009] - MANIS - CÜMLƏ XƏYANƏTLƏRƏ BAİS? [05.10.2009] - İCTİMAİ İŞDƏN BOZBAŞA... [28.09.2009] - G20 TOPLANTISININ “OTELLO”ları [27.09.2009] - DANIŞMIRAM, ƏL ÇƏKİN! [24.09.2009] - YAĞMA YAĞIŞ, YAĞMA YAĞIŞ... [20.09.2009] - YETİM ƏLİNDƏ QOĞAL? [19.09.2009] - BİZİM CEMİ KİM TAPACAQ? [15.09.2009] - QIZIMA... [13.09.2009] - HEY, TAKSİ! [07.09.2009] - 17 İDİ, 18 OLDU... [06.09.2009] - ÜZRÜ QƏBAHƏTİNDƏN BETƏR [31.08.2009] - OKSFORDA, YOXSA BAKI MƏKTƏBİNƏ? [30.08.2009] - OĞRU DA SUÇLU DEYİLSƏ... [27.08.2009] - 2179 AZƏRBAYCANLIYA 1 KİTAB! [24.08.2009] - ÖLƏCƏKSƏN, VƏSSALAM! [21.08.2009] - YIXILIN O BİRİ TƏRƏFƏ [17.08.2009] - MEYMUNU UNUT! [13.08.2009] - KASIBIN SEVİMLİ EŞŞƏYİ [10.08.2009] - ŞEYX NƏSRULLAH GƏLƏNƏDƏK... [06.08.2009] - ALİ MƏKTƏB DÜKANLARI [02.08.2009] - NƏRDƏ O ƏSKİ GÜNLƏR? [01.08.2009] - ÜNVANIMIZA DEYİLƏN “DÜÜÜT”lü SÖYÜŞLƏR [26.07.2009] - AÇARSIZ AÇIQLAMALAR... [23.07.2009] - “MEDİA AÇARI” İLƏ BAĞLANAN QAPILAR [20.07.2009] - HADİSƏ DANIŞANDA [19.07.2009] - İLDƏ BİR DƏFƏ... [16.07.2009] - ŞƏN OĞLANLAR [13.07.2009] - JURNALİSTLƏRİN QUL BAZARI [06.07.2009] - İMTAHAN BAYRAMI [03.07.2009] - GECƏ 12-dən SONRA... [29.06.2009] - SAĞLIĞINDA KOR FATMA... [28.06.2009] - BU NÖMRƏYƏ ZƏNG ÇATMIR... [22.06.2009] - BAYRAMSIZ QALAN BABALAR, VAY! [15.06.2009] - QURDLU GİLAS PROJESİ [11.06.2009] - KARTOFU JURNALİSTƏ BÜKƏNDƏ... [08.06.2009] - VƏTƏN MƏNƏ OĞUL DEYİB(?!) [04.06.2009] - QADIN ŞAPALAĞI [01.06.2009] - ÜRƏYİ YANAN, GƏL BƏRİ! [28.05.2009] - MONİTORİNQ HƏVƏSKARLARINA “FƏHLƏ” TÖVSİYYƏSİ [25.05.2009] - XORUZUN QUYRUĞU... [21.05.2009] - QIZIL SAAT VƏ “SON ZƏNG” ŞOUSU... [18.05.2009] - AVROPAYA DAHA BİR ADDIM? [14.05.2009] - NAĞIL BİTDİ... [12.05.2009] - ƏLLƏRİMDƏ ÇİÇƏKLƏR... [07.05.2009] - PEŞƏKARLIQ MÜHAZİRƏSİ [04.05.2009] - QATİL DƏ TELEVİZOR İZLƏYİR... [27.04.2009] - GEDƏK BİZ OLMAYAN YERƏ... [23.04.2009] - NİZAMİNİN ADAŞI [20.04.2009] - JURNALİSTDİ, QOYMA GƏLDİ! [16.04.2009] - ONUN ŞƏFQƏTLİ ƏLLƏRİ... [13.04.2009] - VOLAND BARMAĞI... [06.04.2009] - TV NAZİRİNİ DANLAYANDA... [02.04.2009] - ZARAFATSIZ... [30.03.2009] - YARIMÇIQ YUXU... [26.03.2009] - FATI, OTUR, FATI, DUR... [16.03.2009] - METRODA BOMBA RABATAY... [12.03.2009] - ƏSAS ODU Kİ... [05.03.2009] - OBAMANIN BİR GÜNÜ... [02.03.2009] - YARIM QAZAN MAKARON... [27.02.2009] - BUZ KİMİ 8 MART HƏDİYYƏSİ [23.02.2009] - AYNƏN ÖYLƏ... [18.02.2009] - NAĞILÇI MƏNTİQİ [16.02.2009] - 11 STANSİYALIQ XİLAS YOLU [09.02.2009] - ATALARA MƏZUNİYYƏT, ANALARA İSTİRAHƏT! [05.02.2009] - AZƏRBAYCAN - ƏN BÖYÜK QƏZZA... [03.02.2009] - YARIYA QƏDƏR DOLU STƏKANA YENİ BAXIŞ... [26.01.2009] - TƏR-Bİ-YƏ-Çİ! [23.01.2009] - İMİC HEÇ NƏDİR, SUSUZLUQ HƏR ŞEY? [19.01.2009] - KLİPLƏRDƏN KOROĞLU NƏRİLTİSİ EŞİDİLƏCƏK [16.01.2009] - GÜNAH HƏMİŞƏ DÖYÜLƏNDƏDİR? [12.01.2009] - O ƏJDAHADAN BİZDƏ OLMAYACAQ [08.01.2009] - İKİ AKİFİN İKİ YÜZ FƏRQİ... [06.01.2009] - 6 YANVAR ÇATANDA... [29.12.2008] - ÖKÜZ APTEKƏ BAXAN KİMİ... [25.12.2008] - MƏNƏ BAXMA, ADIMI ÇƏKMƏ, BARƏMDƏ DÜŞÜNMƏ... [22.12.2008] - KAMERAYA ƏL YELLƏYİN... [19.12.2008] - SAXLA, DÜŞƏN VAR [16.12.2008] - 40 “RAZMER” AYAQQABI [11.12.2008] - BİR AXŞAM ƏLƏT ÇÖLÜNDƏ... [08.12.2008] - FONDA ŞƏN MUSİQİ... [04.12.2008] - DÜNYANIN QORXDUĞU CAVAN - NUŞİRƏVAN [01.12.2008] - NƏ SƏS-KÜYDÜR BU GÜN SİZDƏ, GÜLBADAM? [30.11.2008] - AVTOBUS YAVAŞ-YAVAŞ YANANDA... [27.11.2008] - JURNALİSTİN İTİNİ DƏ DİŞLƏYİRLƏR [24.11.2008] - “LAZIM” QAPINI DÖYÜR... [20.11.2008] - EL ÜÇÜN AĞLAYANDA... [17.11.2008] - SƏN DƏ BİZİM MƏHƏLLƏDƏNSƏN... [14.11.2008] - YENƏ HƏMİN ANAR MÜƏLLİM BARƏDƏ... [13.11.2008] - “SƏNDƏN YAMAN NİGARANAM” [10.11.2008] - QEYRİ-ELİT SÖHBƏT... [03.11.2008] - DANIŞIR BAYQUŞLAR... [02.11.2008] - MİRZƏ SAKİTİ EVİNƏ KÖÇÜRÜN... ƏVVƏLKİ YAZILARI
|