03 sentyabr 2010
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Sevinc TELMANQIZI Yazara məktub göndər

ƏZİZİM ƏZİZ...

Hansı birimizdən soruşsalar, ağızdolusu deyərik ki, biz uşaqcanlı millətik. Özümüz yeməyib, balamızı yedirərik, boğazımızdan kəsib, onun əyin-başına xərcləyərik. Təki tay-tuş arasında utanmasın, onlardan geri qalmasın. Görürsünüzmü, bu sevgimizin içinə də nə qədər reklam rəngi qatılıb? Uşağın özü heç, təki el-aləm onun əyin-başına, yeyib-içdiklərinə baxıb, ünvanımıza “afərin belə ata-anaya” tərifi yağdırsın.

Uşaqlarımızı sevsək də, onlarla həqiqətən maraqlanmırıq. Doğrudur, onları qoruyur, yedirib-içiririk. Amma bir quşun öz balasına yanaşdığı kimi. Onu həyata hazırlaya bilmirik. Məktəbi, müəllimləri zatən boş verin, onlar barədə düşünəndə adamın ürəyi sıxılır. Ən yaxşıları uşağınızı ortabab balla ali məktəbin qapısına qədər gətirə bilər. Sonrası? Qosqoca boşluq... Uşaq uşaqlıqdan çıxır və gəlib yetişir o məşum gün.  Yaxşı, bəs bir insan olaraq qabında nə var? Bu vaxta qədər nəyə sahib olub? Əksəriyyəti valideyninin ona az diqqət etməsindən şikayətçi, qəlbi boş, beyni isə qarışıqdır...
Bilirəm, Türkiyə-Ermənistan sərhədlərinin açıldığı, qəzetlərarası müharibənin alovlandığı.... bu günlərdə melanxolik əhvaldakı bu yazının çoxlarına görə, yeri yoxdur. Amma mənə görə, elə ən böyük yer buna ayrılmalıdır. Hərdən cəmiyyətdə aqressivliyi, tərbiyəsizliyi, cılızlığı ilə tanınan adamların şəxsi həyatla bağlı verdiyi müsahibələrini oxuyuram. Özü də qəsdən. Bu eybəcərliklərin kökünü tapmaq istəyir və dərhal tapıram. Məlum olur ki, zamanında xəmir, plastilin misalı bu uşağı da necə gəldi əzib-büzüb bu hala salıbar. Yəni bütün bəlaların kökü elə həmin dövrdə kimin öz uşağına necə yanaşmasıdır. Misal kobud səslənəcək, amma  insanlar cins heyvan, yaxşı məhsul əldə etmək üçün çəkdikləri əziyyətin mində birini çocuqlarına münasibətdə etmirlər. Halbuki bu, daha çox əziyyət tələb edir.
İlk dəfə “Kəpənək effekti” adlı filmə baxanda dərk etmişdim bu gerçəyi. Çocuq yetişdirmək qosqoca bir dünyanı idarə etmək kimidir. “Yemini, suyunu” verməklə bitmir iş sən demə. Maşallah, bizimki kimi toplumlarda da uşağın yetişməsinə təxminən qarpızın yetişməsi kimi yanaşırlar: qızı papaq atanda yıxılmadısa ərə vermək, oğlanı bığ yeri tərləyib siqaret çəkməyə başladısa evləndirmək olar. Bəs bunun psixologiyası, yaxşı vətəndaş kimi yetişməsi üçün vacib şərtlər?
Bəlkə də bunun nəticəsidir ki, bu gün məmləkətdə axtarsan normal bir uşaq psixoloqu tapa bilməzsən. Nevropotoloq demirəm ha, onlardan, maşallah, çoxdur. Son illər körpələrin əksəriyyəti beyinaltı təzyiqlə, beyin travmaları ilə doğulduğundan bu sahə revanşdadır. Doğum evindən çıxan bütün yeni analar dərhal uşaq nevropotoloqunun qapısını döyür bir qayda olaraq. Bu sahənin həkimləri də bəs deyincə qazanır.
Amma çocuğunun xırdaca bir davranış, tərbiyə, psixoloji (bizdə bu söz dəlilik kimi qavranır, bilirəm, amma mənim haqqında danışdığım şey başqadır - S.T) problemi olsa, qapısını döyəcəyimiz həkim yox. Çünki bu sahə, demək olar ki, boşluqdadır. Biz, maşallah, uşaqlarımızın tərbiyəsini əsrlərin sınağından keçmiş kötək-şillə üsulu ilə həll edən müdrik xalqıq. Sizcə, “qızını döyməyən dizini döyər” misalına niyə limitsiz yaşam hüququ vermişik? Kimə desən ki,  “uşağımın filan davranış problemi var, həll edə bilmirəm”, ya buna baş sındırdığın üçün sənə gülər, ya da ən yaxşı halda dürlü-dürlü cəza metodlarını məsləhət görər. Bir az ağlı başında olan valideyn isə ən pis halda interneti qurdalayıb, bu dərdə əcnəbi psixoloqların təşkil etdiyi forumlarda, uşaq saytlarında... əlac tapa bilər. Əks halda, yaşasın dədə-baba üsulu. Özü də fikir vermişəm, bir çox azərbaycanlılar uşağını döyərkən onun başına - ən həssas orqana vurmağa üstünlük verir. Kiçik uşağın beyninin nə qədər həssas olduğu, hər zərbə nəticəsində necə silkələndiyi və bunun vurduğu psixoloji travmanın detalları barədə uzun-uzadı danışmaq istəmirəm. Hamısını özünüz bilirsiniz...
Mən, sadəcə, bu bazar günündə içində bulunduğum əhvalı paylaşmaq istədim. Bir də... Davranışlarından təəccübləndiyiniz, dəhşətə gəldyiniz, lap olsun xoşlandığınız adamları çözə bilmək üçün imkan varsa, onun uşaqlığına səyahət edin. Hər şeyin səbəbi aydınlaşacaq. Necə deyərlər, öyrənmək üçün başqalarına, bilmək üçün yalnızlığa ehtiyacımız var.

623 dəfə baxılıb

[30.08.2010] - HƏFTƏBECƏR

[26.08.2010] - SƏN MARSDAN GƏLMİSƏN?

[15.08.2010] - NERDE O ESKİ RAMAZANLAR...

[09.08.2010] - TƏMİZ AYAQ SÖHBƏTİ

[07.08.2010] - ADAM İTİ DİŞLƏYƏNDƏ...

[01.08.2010] - BU DA SİZƏ FACEBOOK

[29.07.2010] - CAZİBƏMİZ DƏ VAR

[28.07.2010] - EVLƏRİ KÖNDƏLƏN YAR

[22.07.2010] - BU DA BELƏ BİR GÜN

[19.07.2010] - EHTİYATLI OLUN - MÜKAFAT ALA BİLƏRSİZ!

[18.07.2010] - CƏMİYYƏT BELƏ İSTƏYİR...

[15.07.2010] - KOD ADI TƏLƏBƏ...

[12.07.2010] - BİR LİMAN, BİR DƏNİZ...

[11.07.2010] - ÇƏKİRƏM HAAA...

[05.07.2010] - OVUC İÇİ QƏDƏR...

[04.07.2010] - ODDA YANAN, SUDA BATAN...

[01.07.2010] - MƏRDİMAZAR AZ İDİ...

[28.06.2010] - MƏNFİ YÜKLÜ DƏNİZ...

[25.06.2010] - ARI KİMİ...

[21.06.2010] - 8 TƏLƏBƏYƏ 9 NÖV PLOV

[20.06.2010] - HÖKMDARIN HÜZURUNDA...

[19.06.2010] - YAYI YOLA SALAQ?

[14.06.2010] - OPERATİV DƏDƏ QORQUD

[13.06.2010] - YADPLANETLİ DEMƏ...

[10.06.2010] - KİM DAHA ŞANSLI?

[07.06.2010] - 80-dən SONRA GƏLƏN XOŞBƏXTLİK

[06.06.2010] - 10 MİLYON AVRO...CUQ

[03.06.2010] - CANIMIZ YANMASIN...

[31.05.2010] - ÖTƏN GÜNƏ GÜN... ÇATAR, ÇATAR...

[30.05.2010] - BƏNÖVŞƏ, BƏNDƏ DÜŞƏ...

[26.05.2010] - ARAZ AŞIĞIMDAN, KÜR TOPUĞUMDAN

[23.05.2010] - GÖRMƏMİŞİN KƏŞFİ OLDU...

[20.05.2010] - MANYAKA HAQSIZLIQ ETMƏYƏK

[17.05.2010] - HAMIYA ÇİRKİN OLSAM DA...

[16.05.2010] - GƏZMƏYƏ.... HARA YAXŞI?

[13.05.2010] - ÇÖRƏYİ VER ÇÖRƏKÇİYƏ...

[10.05.2010] - O Kİ BELƏ OLDU?

[07.05.2010] - BELƏ “BİZ” OLMAQDANSA...

[03.05.2010] - BAĞ BELƏ, BOSTAN BELƏ

[02.05.2010] - ÖLMÜŞDÜ HİPPOKRAT...

[18.12.2009] - “BOMBA” MƏMUR

[14.12.2009] - ŞAİR SÖZÜ, ƏLBƏTTƏ, YALANDIR

[13.12.2009] - QƏHRƏMAN OLMAQ ÜÇÜN LAYİHƏ

[11.12.2009] - NOVRUZƏLİNİN “E-MƏKTUB”u

[07.12.2009] - YOL VERİN, QUDAM GƏLİR

[05.12.2009] - KÖTƏYİ CƏNNƏTƏ GERİ YOLLADIQ

[02.12.2009] - BAYRAM BİTDİ, YAŞAMAĞA DAVAM!

[25.11.2009] - QIZ QIZILA DÖNÜB...

[23.11.2009] - AY CAN, AY CAN, QİYAMƏTDİ!

[22.11.2009] - HEPİMİZ DOMUZ QRİPİYİZ!

[20.11.2009] - CIRTDANIN NƏNƏSİ VƏ BİZİM YAĞ YAXMAMIZ

[16.11.2009] - DESƏM, ÖLDÜRƏRLƏR...

[15.11.2009] - HAMI YANLIŞ ANLAYIR

[13.11.2009] - KİMDƏ ARTIQ MASKA VAR?

[10.11.2009] - “QAYNAR XƏTT”in SOYUQ DUŞ EFFEKTİ

[08.11.2009] - HƏR ŞEYDƏ BİR AZ “YENİ MÜSAVAT”...

[05.11.2009] - DONUZLA SOVRULANLAR...

[02.11.2009] - QANIMIZI İÇƏNLƏR

[01.11.2009] - EVDƏKİ, BİZİMKİ VƏ YA KÜLFƏT SÖHBƏTİ...

[31.10.2009] - QOCALMAYAN KÖŞƏ YAZARLARI...

[26.10.2009] - BİR İRƏLİ, BİR GERİ-YERİMİZDƏ SAYIRIQ

[25.10.2009] - SUXARI FALI

[22.10.2009] - UŞAQLAR VAR, ŞƏRAİT YOX?

[19.10.2009] - MÖVZU BOL OLARSA...

[18.10.2009] - BƏS QONAQPƏRVƏR İDİK, NƏ OLDU?

[15.10.2009] - İŞLƏR YAĞ KİMİ GETMƏYƏNDƏ...

[11.10.2009] - MANIS - CÜMLƏ XƏYANƏTLƏRƏ BAİS?

[08.10.2009] - DAHA MƏNİ GÖZLƏMƏ...

[05.10.2009] - İCTİMAİ İŞDƏN BOZBAŞA...

[28.09.2009] - G20 TOPLANTISININ “OTELLO”ları

[27.09.2009] - DANIŞMIRAM, ƏL ÇƏKİN!

[24.09.2009] - YAĞMA YAĞIŞ, YAĞMA YAĞIŞ...

[20.09.2009] - YETİM ƏLİNDƏ QOĞAL?

[19.09.2009] - BİZİM CEMİ KİM TAPACAQ?

[15.09.2009] - QIZIMA...

[13.09.2009] - HEY, TAKSİ!

[07.09.2009] - 17 İDİ, 18 OLDU...

[06.09.2009] - ÜZRÜ QƏBAHƏTİNDƏN BETƏR

[31.08.2009] - OKSFORDA, YOXSA BAKI MƏKTƏBİNƏ?

[30.08.2009] - OĞRU DA SUÇLU DEYİLSƏ...

[27.08.2009] - 2179 AZƏRBAYCANLIYA 1 KİTAB!

[24.08.2009] - ÖLƏCƏKSƏN, VƏSSALAM!

[21.08.2009] - YIXILIN O BİRİ TƏRƏFƏ

[17.08.2009] - MEYMUNU UNUT!

[13.08.2009] - KASIBIN SEVİMLİ EŞŞƏYİ

[10.08.2009] - ŞEYX NƏSRULLAH GƏLƏNƏDƏK...

[06.08.2009] - ALİ MƏKTƏB DÜKANLARI

[02.08.2009] - NƏRDƏ O ƏSKİ GÜNLƏR?

[01.08.2009] - ÜNVANIMIZA DEYİLƏN “DÜÜÜT”lü SÖYÜŞLƏR

[26.07.2009] - AÇARSIZ AÇIQLAMALAR...

[23.07.2009] - “MEDİA AÇARI” İLƏ BAĞLANAN QAPILAR

[20.07.2009] - HADİSƏ DANIŞANDA

[19.07.2009] - İLDƏ BİR DƏFƏ...

[16.07.2009] - ŞƏN OĞLANLAR

[13.07.2009] - JURNALİSTLƏRİN QUL BAZARI

[06.07.2009] - İMTAHAN BAYRAMI

[03.07.2009] - GECƏ 12-dən SONRA...

[29.06.2009] - SAĞLIĞINDA KOR FATMA...

[28.06.2009] - BU NÖMRƏYƏ ZƏNG ÇATMIR...

[22.06.2009] - BAYRAMSIZ QALAN BABALAR, VAY!

[15.06.2009] - QURDLU GİLAS PROJESİ

[11.06.2009] - KARTOFU JURNALİSTƏ BÜKƏNDƏ...

[08.06.2009] - VƏTƏN MƏNƏ OĞUL DEYİB(?!)

[04.06.2009] - QADIN ŞAPALAĞI

[01.06.2009] - ÜRƏYİ YANAN, GƏL BƏRİ!

[28.05.2009] - MONİTORİNQ HƏVƏSKARLARINA “FƏHLƏ” TÖVSİYYƏSİ

[25.05.2009] - XORUZUN QUYRUĞU...

[21.05.2009] - QIZIL SAAT VƏ “SON ZƏNG” ŞOUSU...

[18.05.2009] - AVROPAYA DAHA BİR ADDIM?

[14.05.2009] - NAĞIL BİTDİ...

[12.05.2009] - ƏLLƏRİMDƏ ÇİÇƏKLƏR...

[07.05.2009] - PEŞƏKARLIQ MÜHAZİRƏSİ

[04.05.2009] - QATİL DƏ TELEVİZOR İZLƏYİR...

[27.04.2009] - GEDƏK BİZ OLMAYAN YERƏ...

[23.04.2009] - NİZAMİNİN ADAŞI

[20.04.2009] - JURNALİSTDİ, QOYMA GƏLDİ!

[16.04.2009] - ONUN ŞƏFQƏTLİ ƏLLƏRİ...

[13.04.2009] - VOLAND BARMAĞI...

[06.04.2009] - TV NAZİRİNİ DANLAYANDA...

[02.04.2009] - ZARAFATSIZ...

[30.03.2009] - YARIMÇIQ YUXU...

[26.03.2009] - FATI, OTUR, FATI, DUR...

[16.03.2009] - METRODA BOMBA RABATAY...

[12.03.2009] - ƏSAS ODU Kİ...

[05.03.2009] - OBAMANIN BİR GÜNÜ...

[02.03.2009] - YARIM QAZAN MAKARON...

[27.02.2009] - BUZ KİMİ 8 MART HƏDİYYƏSİ

[23.02.2009] - AYNƏN ÖYLƏ...

[18.02.2009] - NAĞILÇI MƏNTİQİ

[16.02.2009] - 11 STANSİYALIQ XİLAS YOLU

[09.02.2009] - ATALARA MƏZUNİYYƏT, ANALARA İSTİRAHƏT!

[05.02.2009] - AZƏRBAYCAN - ƏN BÖYÜK QƏZZA...

[03.02.2009] - YARIYA QƏDƏR DOLU STƏKANA YENİ BAXIŞ...

[26.01.2009] - TƏR-Bİ-YƏ-Çİ!

[23.01.2009] - İMİC HEÇ NƏDİR, SUSUZLUQ HƏR ŞEY?

[19.01.2009] - KLİPLƏRDƏN KOROĞLU NƏRİLTİSİ EŞİDİLƏCƏK

[16.01.2009] - GÜNAH HƏMİŞƏ DÖYÜLƏNDƏDİR?

[12.01.2009] - O ƏJDAHADAN BİZDƏ OLMAYACAQ

[08.01.2009] - İKİ AKİFİN İKİ YÜZ FƏRQİ...

[06.01.2009] - 6 YANVAR ÇATANDA...

[29.12.2008] - ÖKÜZ APTEKƏ BAXAN KİMİ...

[25.12.2008] - MƏNƏ BAXMA, ADIMI ÇƏKMƏ, BARƏMDƏ DÜŞÜNMƏ...

[22.12.2008] - KAMERAYA ƏL YELLƏYİN...

[19.12.2008] - SAXLA, DÜŞƏN VAR

[16.12.2008] - 40 “RAZMER” AYAQQABI

[11.12.2008] - BİR AXŞAM ƏLƏT ÇÖLÜNDƏ...

[08.12.2008] - FONDA ŞƏN MUSİQİ...

[04.12.2008] - DÜNYANIN QORXDUĞU CAVAN - NUŞİRƏVAN

[01.12.2008] - NƏ SƏS-KÜYDÜR BU GÜN SİZDƏ, GÜLBADAM?

[30.11.2008] - AVTOBUS YAVAŞ-YAVAŞ YANANDA...

[27.11.2008] - JURNALİSTİN İTİNİ DƏ DİŞLƏYİRLƏR

[24.11.2008] - “LAZIM” QAPINI DÖYÜR...

[20.11.2008] - EL ÜÇÜN AĞLAYANDA...

[17.11.2008] - SƏN DƏ BİZİM MƏHƏLLƏDƏNSƏN...

[14.11.2008] - YENƏ HƏMİN ANAR MÜƏLLİM BARƏDƏ...

[13.11.2008] - “SƏNDƏN YAMAN NİGARANAM”

[10.11.2008] - QEYRİ-ELİT SÖHBƏT...

[03.11.2008] - DANIŞIR BAYQUŞLAR...

[02.11.2008] - MİRZƏ SAKİTİ EVİNƏ KÖÇÜRÜN...

ƏVVƏLKİ YAZILARI

Yeni MÜSAVAT © 2008