30 iyul 2010
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Sevinc TELMANQIZI Yazara məktub göndər

İŞLƏR YAĞ KİMİ GETMƏYƏNDƏ...

Ölməz türk şairi Orxan Vəli Kanık necə deyirdi?

“İstanbulu dinliyorum, gözlerim kapalı,
Önce hafiften bir rüzgar esiyor,
Yavaş-yavaş sallanıyor
yapraklar ağaçlarda...."

İmkanınız olanda oxuyun, şedevr şeirdir. Uğursuz paralel olacaq, bilirəm, amma mən də bu ara Bakını dinləyirəm. Özü də gözüm qapalı. Eşitdiklərim ləzzət eləyir. Şairin dediyi kimi, biz tərəflərdə də öncə xəfif bir rüzgar əsib, indi növbə ağaclardakı “yarpaqların” yavaş-yavaş sallanmasına çatıb. İlahi, nələr çatır qulağımıza?
Bir məqalə gündəmi bu qədərmi dəyişə, illərdir deyilən “gerçək”lərin tozunu bu qədərmi çırpa, əzbərləri beləmi unutdura bilərmiş? Ramiz Mehdiyev “rüzgar”ı əsəndən bəri ölkədə yer-yerindən oynayıb. Keçmiş, məşhur reklam rolikindəki kimi, artıq hamı danışır, sükut pozulub.
Ötən gün telekanallardakı vəziyyətlə bağlı növbəti “zəhmətkeş toplantısı” keçirildi. İnandırım sizi, qan çanağı idi, qan. Bir toplantıda neçə nəfər polemikaya girər, neçə adam bir-birinə ayıb-qaxınc deyər, ay başına dönüm?! Elə bil hamı bu günü gözləyirmiş. İstəyirsiniz, sadalayım, mənzərə aydın olsun. Təbii, birinci tədbirin ağsaqqalı Nuşirəvan Məhərrəmli bütün kanalları ağ yuyub qara sərdi, yenə ora-bura müraciət edib “misri qılınc” istədi ki, bunları “qanına qəltan eləsin”. Sonra Novella Cəfəroğlu ANS-i satılmaqda ittiham etdi, ardınca Sabir Rüstəmxanlı “Space”ni kanal saymadığını dedi. Qulu Məhərrəmli AzTV-dən, sonuncunun nümayəndəsi özəl telekanallardakı səviyyəsiz aparıcılardan şikayətləndi. Necə deyərlər, baba nənədən, nənə nəvədən, nəvə... Hələ ki dartırlar, “turp” isə çıxmır.
Elə çıxmamağı yaxşıdır. Mağıl, biz də fürsətdən istifadə edib hansı telekanalın əslində nə işlə məşğul olduğunu öyrəndik. Məsələn, bu polemikalar olmasaydı, haradan biləcəkdik ki, büdcədən maliyyələşən televiziyalara ancaq qohum-əqrəba yığılır, ANS hazırda svetoforun növbəti əmrini gözləyir (Mir Şahin Ağayevin qırmızı-sarı işıq barədə tezislərini yada sal) və ya “Space”nin rəhbəri yumor sahəsi üzrə Moskvada təhsil alıb? Zarafatsız, dava bu mənada yaxşı şeydi, kimin kim olduğunu göstərir. Xüsusən də bir-birinin cik-bikinə bələd olanlar arasında.
Allah heç qoymasa, manıslardan, onların əyin-başının abıra salınmasından başlamışdılar. Mövzu yaman uzağa getdi. Nə telekanalların xəbər siyasəti qaldı, nə camaatın zövqünü korlamaları, nə də ictimai rəyə təsir edə bilməmələri. Reytinq cədvəllərini qoydular ortaya. Məlum oldu ki, bu günə qədər bəh-bəhlə təriflədikləri bəzi gülməşəkər kanalcığazların cəmi 1 faiz reytinqi varmış. Aha, bəs onda bunlara haradan yağır yağış kimi reklam? Axı bazar şərtlərinə görə, hər bir müəssisə öz məhsulunun reklamını ən baxımlı kanalda yerləşdirmək istəyir. Deməli, bu baxımlılıq palavrasına bir quş. Hansı kanalın pultu kimin əlindədirsə, reklam da ora yağır.
Sonra dedilər ki, sən demə, xəbərçiliyi, operativliyi ilə öyünən kanal da ictimai rəyə təsir edə bilmirmiş, camaat ona görə xarici telekanallara baxırmış. Adama deyərlər, bəs onda sənin şanlı hökumətinin nümayəndələri niyə ictimai rəyə təsir etməyən kanalın efirindən düşmürlər. Ölkədə bu rəyə təsir edən iki-üç qəzet var, hamısı da hər gün səhifələrindən bar-bar bağırır ki, gəlin sizə tribuna verək. Niyə getmirsiniz? Yəni bu, nə pəhriz, bu, nə turşu? Digər tərəfdən, qəzetləri kağız parçası, şər-şəbədə maşını adlandırırdınız, nə oldu? Ağız büzdüyünüz çap KİV-i hər gün ölüsü 10.000 qəzet satdırır.
Hələ mən onun neçə evdə, neçə adam arasında oxunduğunu demirəm. Telekanallar son bir neçə ildə onlarla, yüzlərlə müstəqil fikirli insanın üzünə qapılarını bağlayıblar. Və nəticə... Camaat artıq röyalara, rəqsanələrə, aygünlərə baxmaq istəmir. Onlara həm də sərbəst fikir, düşünən beyinlər lazımdır. Bir yalanı sadə camaata neçə dəfə “yedirtmək” olar axı? Zarafat deyil, 40 gün ömrü olan bir şeyi kanallar vasitəsilə illərdir sırımağa çalışmısınız. Daha getmir, qardaşım...
Deməli, o məşhur məsəldə deyildiyi kimi, televizor heç də bütün evlərə maneəsiz girə bilmirmiş. İstəməyəndə qapını açmırsan və zibil pulu yığan JEK işçıləri kimi bağıra-bağıra qalır qapının o biri üzündə. Bunu biz bilirdik, hökumətdəkilərin bilməsi də faydalı oldu. Amma qorxuram, bu gedişlə çoxları havaya girib barıtını çox edə və hökumətin özünə ilişə. Bax, onda Kərəmi ağlamaq tutacaq.
Nə isə... Mən gözüm qapalı dinləməyə davam edirəm. Siz də gözünüzü yumun. Qorxulu şeylər olacaq. Mən ölü, siz diri, görərsiniz.

543 dəfə baxılıb

[29.07.2010] - CAZİBƏMİZ DƏ VAR

[28.07.2010] - EVLƏRİ KÖNDƏLƏN YAR

[22.07.2010] - BU DA BELƏ BİR GÜN

[19.07.2010] - EHTİYATLI OLUN - MÜKAFAT ALA BİLƏRSİZ!

[18.07.2010] - CƏMİYYƏT BELƏ İSTƏYİR...

[15.07.2010] - KOD ADI TƏLƏBƏ...

[12.07.2010] - BİR LİMAN, BİR DƏNİZ...

[11.07.2010] - ÇƏKİRƏM HAAA...

[05.07.2010] - OVUC İÇİ QƏDƏR...

[04.07.2010] - ODDA YANAN, SUDA BATAN...

[01.07.2010] - MƏRDİMAZAR AZ İDİ...

[28.06.2010] - MƏNFİ YÜKLÜ DƏNİZ...

[25.06.2010] - ARI KİMİ...

[21.06.2010] - 8 TƏLƏBƏYƏ 9 NÖV PLOV

[20.06.2010] - HÖKMDARIN HÜZURUNDA...

[19.06.2010] - YAYI YOLA SALAQ?

[14.06.2010] - OPERATİV DƏDƏ QORQUD

[13.06.2010] - YADPLANETLİ DEMƏ...

[10.06.2010] - KİM DAHA ŞANSLI?

[07.06.2010] - 80-dən SONRA GƏLƏN XOŞBƏXTLİK

[06.06.2010] - 10 MİLYON AVRO...CUQ

[03.06.2010] - CANIMIZ YANMASIN...

[31.05.2010] - ÖTƏN GÜNƏ GÜN... ÇATAR, ÇATAR...

[30.05.2010] - BƏNÖVŞƏ, BƏNDƏ DÜŞƏ...

[26.05.2010] - ARAZ AŞIĞIMDAN, KÜR TOPUĞUMDAN

[23.05.2010] - GÖRMƏMİŞİN KƏŞFİ OLDU...

[20.05.2010] - MANYAKA HAQSIZLIQ ETMƏYƏK

[17.05.2010] - HAMIYA ÇİRKİN OLSAM DA...

[16.05.2010] - GƏZMƏYƏ.... HARA YAXŞI?

[13.05.2010] - ÇÖRƏYİ VER ÇÖRƏKÇİYƏ...

[10.05.2010] - O Kİ BELƏ OLDU?

[07.05.2010] - BELƏ “BİZ” OLMAQDANSA...

[03.05.2010] - BAĞ BELƏ, BOSTAN BELƏ

[02.05.2010] - ÖLMÜŞDÜ HİPPOKRAT...

[18.12.2009] - “BOMBA” MƏMUR

[14.12.2009] - ŞAİR SÖZÜ, ƏLBƏTTƏ, YALANDIR

[13.12.2009] - QƏHRƏMAN OLMAQ ÜÇÜN LAYİHƏ

[11.12.2009] - NOVRUZƏLİNİN “E-MƏKTUB”u

[07.12.2009] - YOL VERİN, QUDAM GƏLİR

[05.12.2009] - KÖTƏYİ CƏNNƏTƏ GERİ YOLLADIQ

[02.12.2009] - BAYRAM BİTDİ, YAŞAMAĞA DAVAM!

[25.11.2009] - QIZ QIZILA DÖNÜB...

[23.11.2009] - AY CAN, AY CAN, QİYAMƏTDİ!

[22.11.2009] - HEPİMİZ DOMUZ QRİPİYİZ!

[20.11.2009] - CIRTDANIN NƏNƏSİ VƏ BİZİM YAĞ YAXMAMIZ

[16.11.2009] - DESƏM, ÖLDÜRƏRLƏR...

[15.11.2009] - HAMI YANLIŞ ANLAYIR

[13.11.2009] - KİMDƏ ARTIQ MASKA VAR?

[10.11.2009] - “QAYNAR XƏTT”in SOYUQ DUŞ EFFEKTİ

[08.11.2009] - HƏR ŞEYDƏ BİR AZ “YENİ MÜSAVAT”...

[05.11.2009] - DONUZLA SOVRULANLAR...

[02.11.2009] - QANIMIZI İÇƏNLƏR

[01.11.2009] - EVDƏKİ, BİZİMKİ VƏ YA KÜLFƏT SÖHBƏTİ...

[31.10.2009] - QOCALMAYAN KÖŞƏ YAZARLARI...

[26.10.2009] - BİR İRƏLİ, BİR GERİ-YERİMİZDƏ SAYIRIQ

[25.10.2009] - SUXARI FALI

[22.10.2009] - UŞAQLAR VAR, ŞƏRAİT YOX?

[19.10.2009] - MÖVZU BOL OLARSA...

[18.10.2009] - BƏS QONAQPƏRVƏR İDİK, NƏ OLDU?

[12.10.2009] - ƏZİZİM ƏZİZ...

[11.10.2009] - MANIS - CÜMLƏ XƏYANƏTLƏRƏ BAİS?

[08.10.2009] - DAHA MƏNİ GÖZLƏMƏ...

[05.10.2009] - İCTİMAİ İŞDƏN BOZBAŞA...

[28.09.2009] - G20 TOPLANTISININ “OTELLO”ları

[27.09.2009] - DANIŞMIRAM, ƏL ÇƏKİN!

[24.09.2009] - YAĞMA YAĞIŞ, YAĞMA YAĞIŞ...

[20.09.2009] - YETİM ƏLİNDƏ QOĞAL?

[19.09.2009] - BİZİM CEMİ KİM TAPACAQ?

[15.09.2009] - QIZIMA...

[13.09.2009] - HEY, TAKSİ!

[07.09.2009] - 17 İDİ, 18 OLDU...

[06.09.2009] - ÜZRÜ QƏBAHƏTİNDƏN BETƏR

[31.08.2009] - OKSFORDA, YOXSA BAKI MƏKTƏBİNƏ?

[30.08.2009] - OĞRU DA SUÇLU DEYİLSƏ...

[27.08.2009] - 2179 AZƏRBAYCANLIYA 1 KİTAB!

[24.08.2009] - ÖLƏCƏKSƏN, VƏSSALAM!

[21.08.2009] - YIXILIN O BİRİ TƏRƏFƏ

[17.08.2009] - MEYMUNU UNUT!

[13.08.2009] - KASIBIN SEVİMLİ EŞŞƏYİ

[10.08.2009] - ŞEYX NƏSRULLAH GƏLƏNƏDƏK...

[06.08.2009] - ALİ MƏKTƏB DÜKANLARI

[02.08.2009] - NƏRDƏ O ƏSKİ GÜNLƏR?

[01.08.2009] - ÜNVANIMIZA DEYİLƏN “DÜÜÜT”lü SÖYÜŞLƏR

[26.07.2009] - AÇARSIZ AÇIQLAMALAR...

[23.07.2009] - “MEDİA AÇARI” İLƏ BAĞLANAN QAPILAR

[20.07.2009] - HADİSƏ DANIŞANDA

[19.07.2009] - İLDƏ BİR DƏFƏ...

[16.07.2009] - ŞƏN OĞLANLAR

[13.07.2009] - JURNALİSTLƏRİN QUL BAZARI

[06.07.2009] - İMTAHAN BAYRAMI

[03.07.2009] - GECƏ 12-dən SONRA...

[29.06.2009] - SAĞLIĞINDA KOR FATMA...

[28.06.2009] - BU NÖMRƏYƏ ZƏNG ÇATMIR...

[22.06.2009] - BAYRAMSIZ QALAN BABALAR, VAY!

[15.06.2009] - QURDLU GİLAS PROJESİ

[11.06.2009] - KARTOFU JURNALİSTƏ BÜKƏNDƏ...

[08.06.2009] - VƏTƏN MƏNƏ OĞUL DEYİB(?!)

[04.06.2009] - QADIN ŞAPALAĞI

[01.06.2009] - ÜRƏYİ YANAN, GƏL BƏRİ!

[28.05.2009] - MONİTORİNQ HƏVƏSKARLARINA “FƏHLƏ” TÖVSİYYƏSİ

[25.05.2009] - XORUZUN QUYRUĞU...

[21.05.2009] - QIZIL SAAT VƏ “SON ZƏNG” ŞOUSU...

[18.05.2009] - AVROPAYA DAHA BİR ADDIM?

[14.05.2009] - NAĞIL BİTDİ...

[12.05.2009] - ƏLLƏRİMDƏ ÇİÇƏKLƏR...

[07.05.2009] - PEŞƏKARLIQ MÜHAZİRƏSİ

[04.05.2009] - QATİL DƏ TELEVİZOR İZLƏYİR...

[27.04.2009] - GEDƏK BİZ OLMAYAN YERƏ...

[23.04.2009] - NİZAMİNİN ADAŞI

[20.04.2009] - JURNALİSTDİ, QOYMA GƏLDİ!

[16.04.2009] - ONUN ŞƏFQƏTLİ ƏLLƏRİ...

[13.04.2009] - VOLAND BARMAĞI...

[06.04.2009] - TV NAZİRİNİ DANLAYANDA...

[02.04.2009] - ZARAFATSIZ...

[30.03.2009] - YARIMÇIQ YUXU...

[26.03.2009] - FATI, OTUR, FATI, DUR...

[16.03.2009] - METRODA BOMBA RABATAY...

[12.03.2009] - ƏSAS ODU Kİ...

[05.03.2009] - OBAMANIN BİR GÜNÜ...

[02.03.2009] - YARIM QAZAN MAKARON...

[27.02.2009] - BUZ KİMİ 8 MART HƏDİYYƏSİ

[23.02.2009] - AYNƏN ÖYLƏ...

[18.02.2009] - NAĞILÇI MƏNTİQİ

[16.02.2009] - 11 STANSİYALIQ XİLAS YOLU

[09.02.2009] - ATALARA MƏZUNİYYƏT, ANALARA İSTİRAHƏT!

[05.02.2009] - AZƏRBAYCAN - ƏN BÖYÜK QƏZZA...

[03.02.2009] - YARIYA QƏDƏR DOLU STƏKANA YENİ BAXIŞ...

[26.01.2009] - TƏR-Bİ-YƏ-Çİ!

[23.01.2009] - İMİC HEÇ NƏDİR, SUSUZLUQ HƏR ŞEY?

[19.01.2009] - KLİPLƏRDƏN KOROĞLU NƏRİLTİSİ EŞİDİLƏCƏK

[16.01.2009] - GÜNAH HƏMİŞƏ DÖYÜLƏNDƏDİR?

[12.01.2009] - O ƏJDAHADAN BİZDƏ OLMAYACAQ

[08.01.2009] - İKİ AKİFİN İKİ YÜZ FƏRQİ...

[06.01.2009] - 6 YANVAR ÇATANDA...

[29.12.2008] - ÖKÜZ APTEKƏ BAXAN KİMİ...

[25.12.2008] - MƏNƏ BAXMA, ADIMI ÇƏKMƏ, BARƏMDƏ DÜŞÜNMƏ...

[22.12.2008] - KAMERAYA ƏL YELLƏYİN...

[19.12.2008] - SAXLA, DÜŞƏN VAR

[16.12.2008] - 40 “RAZMER” AYAQQABI

[11.12.2008] - BİR AXŞAM ƏLƏT ÇÖLÜNDƏ...

[08.12.2008] - FONDA ŞƏN MUSİQİ...

[04.12.2008] - DÜNYANIN QORXDUĞU CAVAN - NUŞİRƏVAN

[01.12.2008] - NƏ SƏS-KÜYDÜR BU GÜN SİZDƏ, GÜLBADAM?

[30.11.2008] - AVTOBUS YAVAŞ-YAVAŞ YANANDA...

[27.11.2008] - JURNALİSTİN İTİNİ DƏ DİŞLƏYİRLƏR

[24.11.2008] - “LAZIM” QAPINI DÖYÜR...

[20.11.2008] - EL ÜÇÜN AĞLAYANDA...

[17.11.2008] - SƏN DƏ BİZİM MƏHƏLLƏDƏNSƏN...

[14.11.2008] - YENƏ HƏMİN ANAR MÜƏLLİM BARƏDƏ...

[13.11.2008] - “SƏNDƏN YAMAN NİGARANAM”

[10.11.2008] - QEYRİ-ELİT SÖHBƏT...

[03.11.2008] - DANIŞIR BAYQUŞLAR...

[02.11.2008] - MİRZƏ SAKİTİ EVİNƏ KÖÇÜRÜN...

ƏVVƏLKİ YAZILARI

Yeni MÜSAVAT © 2008