15 mart 2010
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Sevinc TELMANQIZI Yazara məktub göndər

BƏS QONAQPƏRVƏR İDİK, NƏ OLDU?

Səmimiyyətimə inanın. Gözüm təsadüfən sataşdı. Əslindəsə belə verilişlərə vaxt ayırmağa nə vaxtım, nə həvəsim olur. Amma hərdən yaxşının qədrini bilmək üçün(hərçənd belələri çox azdır) pislərə də baxmaq lazımdır. ATV-nin «Yağ kimi»sini deyirəm. Vaxtilə müğənnilərin evinə girib, onların alt paltarını belə təftiş edən şit aparıcı vardı ha, Zaur, indi ekranın baş deqüstatoru olub. Kişi qazanlara başını soxur, yeməklərdən dadıb ekspert rəyi söyləyir, bununla da kifayətlənmir, onu bişirən müğənni-manıs tayfasını dalaşdırır, onların evindəki məclislərdə süni qalmaqallar, ürəkbulandıran söhbətlər etməklə reytinq yığmağa çalışır və sair. Bir sözlə, adamı yeməkdən-mətbəxdən bəs deyincə iyrəndirir.

Yəqin bilirsiniz, bu verilişin orijinal versiyası Türkiyənin Shov Tv kanalında yayımlanan «Yemekteyiz» adlanır. Daş düşər o günə ki, bizdə nəsə orijinal layihə olsun. Peşmandı qonşu ölkənin telekanalları xırdaca yenilik etsinlər, bircə ay sonra onun şit, səviyyəsiz versiyası yerli ekrana çıxmasa, bizim televizyonçuların ürəyi partlayar. Nəsə, heç Türkiyədəki veriliş də matah bir şey deyil. Həftə içi 5 yarışmaçı yemək bişirir, dalaşır, qırışır. Axırda da biri ən yüksək balı toplayıb, qalib seçilir. Bizdə də sistem eynidir, amma Allah heç qoymasa, «improvizə»lərlə. «Yağ kimi»nin qonaqları müğənni-aktyor tayfası olur. Cümə günü o şoğərib pult evin balacasının əlinə düşəndə istər-istəməz diqqət kəsildik. İlahi, bu nə rəzillik?
Biz eşitmişik ki, yemək süfrəsi bütün umu-küsülərə, pis söhbətlərə nöqtə qoyulan məkandır. İnsanlar çay-yemək süfrəsi arxasında barışır, bir-birinin könlünü xoş etməyə çalışır. Masada çox danışan uşaqlarımıza bunu qadağan edir, «bax, çox danışsan, yemək səndən küsər» demirikmi? Bu verilişdə hər şey tərsinədir. Adamlar acığını-qıcığını süfrədə bir-birinə tökürlər, ev sahibi otaqdan çıxan kimi arxasınca danışırlar, aparıcı süni qalmaqal yaradır, bir də görürsən, aləm qarışıb, məzhəb itib, duz-çörək yaddan çıxıb. Nəymiş? Reytinq qazanırlarmış. Reytinqi qazanmağın yolu bundan keçirsə, ağıllı-başlı boks yarışması göstərin də. Çayı-çörəyi niyə qatırsınız axı bura? Özü də reytinqə qalsa, kobud bir misal deyim ki, dünyada ən reytinqli kanallar, saytlar porno xarakterli olanlardır. Yəni, ona qalsa deyirəm... 
Verilişin gedişində məlum oldu ki, yarışmaçılardan biri - aktyor Arif Quliyev həftə içi nəyəsə əsəbiləşərək verilişi tərk edib. Paho, bu kişi də yaşının bu vaxtında bir ağıllı hərəkət eləsə dünya dağılar da. Son illər ən görünməmiş səviyyəsizliklər onun ifasında üzə çıxır. Adam illərdir yığa-yığa gəldiklərini səxavətlə dağıdır. Nəsə, süfrəni dava-dalaşla tərk etmək mədəniyyətini də bu ekrandan göstərdilər bizə, uşaqlarımıza.
Sonra iştirakçılar bir-birinin həftə içi bişirdikləri barədə həm üzbəüz, həm də studiyadan kənarda rəylərini bildirdilər. İkiüzlülüyün daha bir nümunəsi. Üzdə bir-birinə «canım-balım» deyənlər studiyadan kənarda şirə-aslana döndülər. O bunun dalınca danışdı, bu, onun dalınca. Adamlar bu hərəkətdən sonra o məclisdə yeyib-içdiklərini necə həzm etdilər, heyrət. Anlayıram, yarışmadır. Amma qalib olub, təkcə pul udmaq naminə də hər rəzilliyə qol qoymaq olmaz axı. Ekrandan bütün dəyərləri tapdamaq, onlara tüpürmək nə vaxtdan qaliblik şərti sayılır?
Allah heç qoymasa, qonaqpərvər millətiydik, nə oldu? Adam qonaq-qarasına, evinə getdiyi adama belə davranarmı? Nə aşılayırsınız camaata? Evinə getdiyin adamı təhqir etməyi, yoxsa qonağıyla məzələnməyi?
Və sonda... Qalibə verilən pul mükafatının məbləğini bilmədim, amma ATV rəhbərliyindən bir təvəqqem var. Lütfən o pulu mədəni şəkildə bir konvertin, ölüsü, qutunun içində təqdim edin. Yoxsa ki, qoyun alverində behləşən kəndlilər kimi əzik-üzük yüzlükləri tamaşaçının gözünə soxaraq qalibə vermək səviyyəsizliyin son həddidir. Həddi qoruyun lütfən...
P.S. Müəllifini bilmədiyim bir məşhur zarafat var. Ölkədə hamının şair olmasından bezən birisi deyir ki, görüm bizə şair xalq deyənin özü bizim kimi şair günə qalsın. Bu kəlam bizim qonaqpərvərliyimizə də aiddir. Ay bizə «qonaqpərvər xalq» deyən, səni görüm....

298 dəfə baxılıb

[18.12.2009] - “BOMBA” MƏMUR

[14.12.2009] - ŞAİR SÖZÜ, ƏLBƏTTƏ, YALANDIR

[13.12.2009] - QƏHRƏMAN OLMAQ ÜÇÜN LAYİHƏ

[11.12.2009] - NOVRUZƏLİNİN “E-MƏKTUB”u

[07.12.2009] - YOL VERİN, QUDAM GƏLİR

[05.12.2009] - KÖTƏYİ CƏNNƏTƏ GERİ YOLLADIQ

[02.12.2009] - BAYRAM BİTDİ, YAŞAMAĞA DAVAM!

[25.11.2009] - QIZ QIZILA DÖNÜB...

[23.11.2009] - AY CAN, AY CAN, QİYAMƏTDİ!

[22.11.2009] - HEPİMİZ DOMUZ QRİPİYİZ!

[20.11.2009] - CIRTDANIN NƏNƏSİ VƏ BİZİM YAĞ YAXMAMIZ

[16.11.2009] - DESƏM, ÖLDÜRƏRLƏR...

[15.11.2009] - HAMI YANLIŞ ANLAYIR

[13.11.2009] - KİMDƏ ARTIQ MASKA VAR?

[10.11.2009] - “QAYNAR XƏTT”in SOYUQ DUŞ EFFEKTİ

[08.11.2009] - HƏR ŞEYDƏ BİR AZ “YENİ MÜSAVAT”...

[05.11.2009] - DONUZLA SOVRULANLAR...

[02.11.2009] - QANIMIZI İÇƏNLƏR

[01.11.2009] - EVDƏKİ, BİZİMKİ VƏ YA KÜLFƏT SÖHBƏTİ...

[31.10.2009] - QOCALMAYAN KÖŞƏ YAZARLARI...

[26.10.2009] - BİR İRƏLİ, BİR GERİ-YERİMİZDƏ SAYIRIQ

[25.10.2009] - SUXARI FALI

[22.10.2009] - UŞAQLAR VAR, ŞƏRAİT YOX?

[19.10.2009] - MÖVZU BOL OLARSA...

[15.10.2009] - İŞLƏR YAĞ KİMİ GETMƏYƏNDƏ...

[12.10.2009] - ƏZİZİM ƏZİZ...

[11.10.2009] - MANIS - CÜMLƏ XƏYANƏTLƏRƏ BAİS?

[08.10.2009] - DAHA MƏNİ GÖZLƏMƏ...

[05.10.2009] - İCTİMAİ İŞDƏN BOZBAŞA...

[28.09.2009] - G20 TOPLANTISININ “OTELLO”ları

[27.09.2009] - DANIŞMIRAM, ƏL ÇƏKİN!

[24.09.2009] - YAĞMA YAĞIŞ, YAĞMA YAĞIŞ...

[20.09.2009] - YETİM ƏLİNDƏ QOĞAL?

[19.09.2009] - BİZİM CEMİ KİM TAPACAQ?

[15.09.2009] - QIZIMA...

[13.09.2009] - HEY, TAKSİ!

[07.09.2009] - 17 İDİ, 18 OLDU...

[06.09.2009] - ÜZRÜ QƏBAHƏTİNDƏN BETƏR

[31.08.2009] - OKSFORDA, YOXSA BAKI MƏKTƏBİNƏ?

[30.08.2009] - OĞRU DA SUÇLU DEYİLSƏ...

[27.08.2009] - 2179 AZƏRBAYCANLIYA 1 KİTAB!

[24.08.2009] - ÖLƏCƏKSƏN, VƏSSALAM!

[21.08.2009] - YIXILIN O BİRİ TƏRƏFƏ

[17.08.2009] - MEYMUNU UNUT!

[13.08.2009] - KASIBIN SEVİMLİ EŞŞƏYİ

[10.08.2009] - ŞEYX NƏSRULLAH GƏLƏNƏDƏK...

[06.08.2009] - ALİ MƏKTƏB DÜKANLARI

[02.08.2009] - NƏRDƏ O ƏSKİ GÜNLƏR?

[01.08.2009] - ÜNVANIMIZA DEYİLƏN “DÜÜÜT”lü SÖYÜŞLƏR

[26.07.2009] - AÇARSIZ AÇIQLAMALAR...

[23.07.2009] - “MEDİA AÇARI” İLƏ BAĞLANAN QAPILAR

[20.07.2009] - HADİSƏ DANIŞANDA

[19.07.2009] - İLDƏ BİR DƏFƏ...

[16.07.2009] - ŞƏN OĞLANLAR

[13.07.2009] - JURNALİSTLƏRİN QUL BAZARI

[06.07.2009] - İMTAHAN BAYRAMI

[03.07.2009] - GECƏ 12-dən SONRA...

[29.06.2009] - SAĞLIĞINDA KOR FATMA...

[28.06.2009] - BU NÖMRƏYƏ ZƏNG ÇATMIR...

[22.06.2009] - BAYRAMSIZ QALAN BABALAR, VAY!

[15.06.2009] - QURDLU GİLAS PROJESİ

[11.06.2009] - KARTOFU JURNALİSTƏ BÜKƏNDƏ...

[08.06.2009] - VƏTƏN MƏNƏ OĞUL DEYİB(?!)

[04.06.2009] - QADIN ŞAPALAĞI

[01.06.2009] - ÜRƏYİ YANAN, GƏL BƏRİ!

[28.05.2009] - MONİTORİNQ HƏVƏSKARLARINA “FƏHLƏ” TÖVSİYYƏSİ

[25.05.2009] - XORUZUN QUYRUĞU...

[21.05.2009] - QIZIL SAAT VƏ “SON ZƏNG” ŞOUSU...

[18.05.2009] - AVROPAYA DAHA BİR ADDIM?

[14.05.2009] - NAĞIL BİTDİ...

[12.05.2009] - ƏLLƏRİMDƏ ÇİÇƏKLƏR...

[07.05.2009] - PEŞƏKARLIQ MÜHAZİRƏSİ

[04.05.2009] - QATİL DƏ TELEVİZOR İZLƏYİR...

[27.04.2009] - GEDƏK BİZ OLMAYAN YERƏ...

[23.04.2009] - NİZAMİNİN ADAŞI

[20.04.2009] - JURNALİSTDİ, QOYMA GƏLDİ!

[16.04.2009] - ONUN ŞƏFQƏTLİ ƏLLƏRİ...

[13.04.2009] - VOLAND BARMAĞI...

[06.04.2009] - TV NAZİRİNİ DANLAYANDA...

[02.04.2009] - ZARAFATSIZ...

[30.03.2009] - YARIMÇIQ YUXU...

[26.03.2009] - FATI, OTUR, FATI, DUR...

[16.03.2009] - METRODA BOMBA RABATAY...

[12.03.2009] - ƏSAS ODU Kİ...

[05.03.2009] - OBAMANIN BİR GÜNÜ...

[02.03.2009] - YARIM QAZAN MAKARON...

[27.02.2009] - BUZ KİMİ 8 MART HƏDİYYƏSİ

[23.02.2009] - AYNƏN ÖYLƏ...

[18.02.2009] - NAĞILÇI MƏNTİQİ

[16.02.2009] - 11 STANSİYALIQ XİLAS YOLU

[09.02.2009] - ATALARA MƏZUNİYYƏT, ANALARA İSTİRAHƏT!

[05.02.2009] - AZƏRBAYCAN - ƏN BÖYÜK QƏZZA...

[03.02.2009] - YARIYA QƏDƏR DOLU STƏKANA YENİ BAXIŞ...

[26.01.2009] - TƏR-Bİ-YƏ-Çİ!

[23.01.2009] - İMİC HEÇ NƏDİR, SUSUZLUQ HƏR ŞEY?

[19.01.2009] - KLİPLƏRDƏN KOROĞLU NƏRİLTİSİ EŞİDİLƏCƏK

[16.01.2009] - GÜNAH HƏMİŞƏ DÖYÜLƏNDƏDİR?

[12.01.2009] - O ƏJDAHADAN BİZDƏ OLMAYACAQ

[08.01.2009] - İKİ AKİFİN İKİ YÜZ FƏRQİ...

[06.01.2009] - 6 YANVAR ÇATANDA...

[29.12.2008] - ÖKÜZ APTEKƏ BAXAN KİMİ...

[25.12.2008] - MƏNƏ BAXMA, ADIMI ÇƏKMƏ, BARƏMDƏ DÜŞÜNMƏ...

[22.12.2008] - KAMERAYA ƏL YELLƏYİN...

[19.12.2008] - SAXLA, DÜŞƏN VAR

[16.12.2008] - 40 “RAZMER” AYAQQABI

[11.12.2008] - BİR AXŞAM ƏLƏT ÇÖLÜNDƏ...

[08.12.2008] - FONDA ŞƏN MUSİQİ...

[04.12.2008] - DÜNYANIN QORXDUĞU CAVAN - NUŞİRƏVAN

[01.12.2008] - NƏ SƏS-KÜYDÜR BU GÜN SİZDƏ, GÜLBADAM?

[30.11.2008] - AVTOBUS YAVAŞ-YAVAŞ YANANDA...

[27.11.2008] - JURNALİSTİN İTİNİ DƏ DİŞLƏYİRLƏR

[24.11.2008] - “LAZIM” QAPINI DÖYÜR...

[20.11.2008] - EL ÜÇÜN AĞLAYANDA...

[17.11.2008] - SƏN DƏ BİZİM MƏHƏLLƏDƏNSƏN...

[14.11.2008] - YENƏ HƏMİN ANAR MÜƏLLİM BARƏDƏ...

[13.11.2008] - “SƏNDƏN YAMAN NİGARANAM”

[10.11.2008] - QEYRİ-ELİT SÖHBƏT...

[03.11.2008] - DANIŞIR BAYQUŞLAR...

[02.11.2008] - MİRZƏ SAKİTİ EVİNƏ KÖÇÜRÜN...

ƏVVƏLKİ YAZILARI

Yeni MÜSAVAT © 2008