 |
Sevinc TELMANQIZI 
MÖVZU BOL OLARSA...
|
Hər tərəf mövzu qaynayır, əziz həmkarlar, fərqindəsiniz? Əlini hara atırsan, “dişə dəyəsi” açıqlama, olay hop eləyib, düşür klaviaturanın düymələrinin üstünə. Döyəclə ki, döyəcləyəsən... Mövzu da bol olarsa nə olar? Oxucu yorulmaz, dükanda-bazarda, qohum-əqrəbanın darıxdırıcı məclisində danışmağa nəsə tapılar. Yadımdadır, sıxıcı yay günlərində, mövzusuzluqdan zəncir çeynədiyimiz vaxt mən əsasən mediadan yazan müxbir olaraq, köşə yazarları qarşısında “niyə yazmağa heç nə tapmırsınız” deyə sual qoyub yazı hazırlayırdım, onlar da “ölkədə mövzu qəhətə çıxıb, Allah qəhr etsin” janrında köşələr yazıb, yayı yola verirdilər. Amma indi beləmi? İqtidarın şanlı-qanlı siyasəti nəticəsində bir günümüz də darıxdırıcı keçmir. Telekanalların durumu ilə bağlı zəhmətkeş toplantıları, bu yöndə atılan addımlar, Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı “rəngli-rəngli” adamların hər gün dəyişən mövqeləri, altdan-altdan hakimiyyətin Türkiyə ilə bağlı atdığı qıcıqlı addımlar... Hansı birindən yazasan? Həftənin 7 yox, 8 günü, qəzetin də 24 səhifəsi olsaydı, nə dərdimiz vardı... Ən aktual olaysa heç şübhəsiz ki, Türkiyə-Azərbaycan münasibətləri ilə bağlıdır. Qəzetlərin işi asandır, şükür ki, hələlik kim hansı mövzunu necə işıqlandırmağını bilir. Azar telekanalların azarıdır. “Yuxarı” dan son, konkret göstəriş gəlmədiyi üçün bunlar da bilmirlər neyləsinlər. Bir süjetlərində “Türkiyə qardaşımızdır” deyirlər, o birində “Azərbaycana edilən haqsızlığı unutmarıq”. Gah nala vurular, gah mıxa. Elə bəzi siyasətçilərimiz, tanınmış ziyalılarımız da onlar kimidir. Bu günlərdə mən də Türkiyə bayraqlarının Şəhidlər Xiyabanından götürülməsi ilə bağlı məqalə hazırlamaq üçün “bir ayağı orda, bir ayağı burda” olan siyasilərdən rəy soruşurdum. Allah kəssin bunların qazandığı çörəyi. Biri dedi, bəlkə bir həftə sonra danışaq, bir başqası “vallah, bu barədə düşünməmişəm, qoy düşünüm görüm mənə necə təsir edir”(elə bil həkim müalicəsinin effektini soruşuram bunlardan-S.T). Hələ biri vardı, mövzunu dəyişmək üçün gah araya şirinlik qatdı, gah lətifə danışdı. Axırda da dedi, əşi, sərhəd boş söhbətdir, təki qəlblər sınmasın... Əslində onları da qınamıram. Televizorun düyməsini basmasan göstərə bilər? Yox. Yuxarıdan da hələ “düymə” basılmayıbsa, bir açıqlamaya görə çörəyindən olmalı deyil ki? Ramiz Mehdiyevin məlum məqaləsindən sonra içi özüm qarışıq hamıda bir teletənqidçilik ruhu baş qaldırıb. Daha heç kəsin gözünə heç bir veriliş xoş görünmür. Hamı alıb əlinə qayçını, doğra ki, doğrayasan. Bayaq televiziyalardan danışdım, yadıma “Xəzər” televiziyasının xəbərlər verilişi düşdü. Telekanalda gün ərzində ilan-qurbağa ilə bağlı ürəkbulandıran sənədli filmlərə birtəhər dözürük, amma vallah-billah bu xəbərlər buraxılışına adamın səbri çatmır. Şirin çayın üstündən içilən turş dovğa effekti yaradır, məni qınamayın. Aparıcının əl-ayağını ölçə-ölçə, artistik jestlərlə danışığı, süjetlərdəki şivənçilik, yersiz hay-küy, bir çox hallarda hadisələrin uydurma təəssüratı yaradan təqdimatı - buraxılışda ən azı bir-iki süjet üzü bağlı qəhrəmanlarla bağlı olur - sadəcə insanı bezdirir. Bildiyim qədər buraxılışın baş redaktoru türkiyəlidir və deyəsən soyadı da Ünlübostandır, bir dəfə açıqlama götürmüşəm ondan, ona görə yadımda qalıb. Və hiss olunur ki, qardaşlar Türkiyə xəbərçiliyi xətti ilə getmək istəyirlər. Məni hakimiyyətin anti-Türkiyə siyasətinin davamçısı saymayın, amma mən ömür-billah Türkiyə telekanallarının xəbərlər proqramını sevməmişəm. Adamlar hətta pişiyin ağaca çıxmasından, zooparkda itlə siçanın dostluq etməsindən belə saatlarla süjet hazırlayıblar, zooparkın qabağında əllərində mikrofonla dayanıb, “şok, şok, şok, sayın seyircilər” deyib, həmin bu dütdülü xəbəri yayımlayıblar. Bizdə də eyni xətt davam edir deyəsən. Özü də “Xəzər”çılərin təqdimatında. Gözəl ağa gözəl idi... davamını özünüz bilirsiniz. Bax, abilərimiz demiş, özünüzə çəki-düzən verin, yoxsa sizdə də ATV-dəki kimi bir ekspert şurası yaradarlar, qalarsınız udquna-udquna... Harda qalmışdıq? Dedim axı, mövzu çoxdur, yazdıqca qurtarmır. Amma mənə ayrılan yer bitdi. Bitməsi yaxşı oldu. Yoxsa ki, o məşhur şerdəki kimi, “hamısını indi desəm, nağıl qalmaz sabaha...” Bax belə, nağıllara çox da inanmayın... 442 dəfə baxılıb
|
[29.07.2010] - CAZİBƏMİZ DƏ VAR [28.07.2010] - EVLƏRİ KÖNDƏLƏN YAR [22.07.2010] - BU DA BELƏ BİR GÜN [19.07.2010] - EHTİYATLI OLUN - MÜKAFAT ALA BİLƏRSİZ! [18.07.2010] - CƏMİYYƏT BELƏ İSTƏYİR... [15.07.2010] - KOD ADI TƏLƏBƏ... [12.07.2010] - BİR LİMAN, BİR DƏNİZ... [11.07.2010] - ÇƏKİRƏM HAAA... [05.07.2010] - OVUC İÇİ QƏDƏR... [04.07.2010] - ODDA YANAN, SUDA BATAN... [01.07.2010] - MƏRDİMAZAR AZ İDİ... [28.06.2010] - MƏNFİ YÜKLÜ DƏNİZ... [25.06.2010] - ARI KİMİ... [21.06.2010] - 8 TƏLƏBƏYƏ 9 NÖV PLOV [20.06.2010] - HÖKMDARIN HÜZURUNDA... [19.06.2010] - YAYI YOLA SALAQ? [14.06.2010] - OPERATİV DƏDƏ QORQUD [13.06.2010] - YADPLANETLİ DEMƏ... [10.06.2010] - KİM DAHA ŞANSLI? [07.06.2010] - 80-dən SONRA GƏLƏN XOŞBƏXTLİK [06.06.2010] - 10 MİLYON AVRO...CUQ [03.06.2010] - CANIMIZ YANMASIN... [31.05.2010] - ÖTƏN GÜNƏ GÜN... ÇATAR, ÇATAR... [30.05.2010] - BƏNÖVŞƏ, BƏNDƏ DÜŞƏ... [26.05.2010] - ARAZ AŞIĞIMDAN, KÜR TOPUĞUMDAN [23.05.2010] - GÖRMƏMİŞİN KƏŞFİ OLDU... [20.05.2010] - MANYAKA HAQSIZLIQ ETMƏYƏK [17.05.2010] - HAMIYA ÇİRKİN OLSAM DA... [16.05.2010] - GƏZMƏYƏ.... HARA YAXŞI? [13.05.2010] - ÇÖRƏYİ VER ÇÖRƏKÇİYƏ... [10.05.2010] - O Kİ BELƏ OLDU? [07.05.2010] - BELƏ “BİZ” OLMAQDANSA... [03.05.2010] - BAĞ BELƏ, BOSTAN BELƏ [02.05.2010] - ÖLMÜŞDÜ HİPPOKRAT... [18.12.2009] - “BOMBA” MƏMUR [14.12.2009] - ŞAİR SÖZÜ, ƏLBƏTTƏ, YALANDIR [13.12.2009] - QƏHRƏMAN OLMAQ ÜÇÜN LAYİHƏ [11.12.2009] - NOVRUZƏLİNİN “E-MƏKTUB”u [07.12.2009] - YOL VERİN, QUDAM GƏLİR [05.12.2009] - KÖTƏYİ CƏNNƏTƏ GERİ YOLLADIQ [02.12.2009] - BAYRAM BİTDİ, YAŞAMAĞA DAVAM! [25.11.2009] - QIZ QIZILA DÖNÜB... [23.11.2009] - AY CAN, AY CAN, QİYAMƏTDİ! [22.11.2009] - HEPİMİZ DOMUZ QRİPİYİZ! [20.11.2009] - CIRTDANIN NƏNƏSİ VƏ BİZİM YAĞ YAXMAMIZ [16.11.2009] - DESƏM, ÖLDÜRƏRLƏR... [15.11.2009] - HAMI YANLIŞ ANLAYIR [13.11.2009] - KİMDƏ ARTIQ MASKA VAR? [10.11.2009] - “QAYNAR XƏTT”in SOYUQ DUŞ EFFEKTİ [08.11.2009] - HƏR ŞEYDƏ BİR AZ “YENİ MÜSAVAT”... [05.11.2009] - DONUZLA SOVRULANLAR... [02.11.2009] - QANIMIZI İÇƏNLƏR [01.11.2009] - EVDƏKİ, BİZİMKİ VƏ YA KÜLFƏT SÖHBƏTİ... [31.10.2009] - QOCALMAYAN KÖŞƏ YAZARLARI... [26.10.2009] - BİR İRƏLİ, BİR GERİ-YERİMİZDƏ SAYIRIQ [25.10.2009] - SUXARI FALI [22.10.2009] - UŞAQLAR VAR, ŞƏRAİT YOX? [18.10.2009] - BƏS QONAQPƏRVƏR İDİK, NƏ OLDU? [15.10.2009] - İŞLƏR YAĞ KİMİ GETMƏYƏNDƏ... [12.10.2009] - ƏZİZİM ƏZİZ... [11.10.2009] - MANIS - CÜMLƏ XƏYANƏTLƏRƏ BAİS? [08.10.2009] - DAHA MƏNİ GÖZLƏMƏ... [05.10.2009] - İCTİMAİ İŞDƏN BOZBAŞA... [28.09.2009] - G20 TOPLANTISININ “OTELLO”ları [27.09.2009] - DANIŞMIRAM, ƏL ÇƏKİN! [24.09.2009] - YAĞMA YAĞIŞ, YAĞMA YAĞIŞ... [20.09.2009] - YETİM ƏLİNDƏ QOĞAL? [19.09.2009] - BİZİM CEMİ KİM TAPACAQ? [15.09.2009] - QIZIMA... [13.09.2009] - HEY, TAKSİ! [07.09.2009] - 17 İDİ, 18 OLDU... [06.09.2009] - ÜZRÜ QƏBAHƏTİNDƏN BETƏR [31.08.2009] - OKSFORDA, YOXSA BAKI MƏKTƏBİNƏ? [30.08.2009] - OĞRU DA SUÇLU DEYİLSƏ... [27.08.2009] - 2179 AZƏRBAYCANLIYA 1 KİTAB! [24.08.2009] - ÖLƏCƏKSƏN, VƏSSALAM! [21.08.2009] - YIXILIN O BİRİ TƏRƏFƏ [17.08.2009] - MEYMUNU UNUT! [13.08.2009] - KASIBIN SEVİMLİ EŞŞƏYİ [10.08.2009] - ŞEYX NƏSRULLAH GƏLƏNƏDƏK... [06.08.2009] - ALİ MƏKTƏB DÜKANLARI [02.08.2009] - NƏRDƏ O ƏSKİ GÜNLƏR? [01.08.2009] - ÜNVANIMIZA DEYİLƏN “DÜÜÜT”lü SÖYÜŞLƏR [26.07.2009] - AÇARSIZ AÇIQLAMALAR... [23.07.2009] - “MEDİA AÇARI” İLƏ BAĞLANAN QAPILAR [20.07.2009] - HADİSƏ DANIŞANDA [19.07.2009] - İLDƏ BİR DƏFƏ... [16.07.2009] - ŞƏN OĞLANLAR [13.07.2009] - JURNALİSTLƏRİN QUL BAZARI [06.07.2009] - İMTAHAN BAYRAMI [03.07.2009] - GECƏ 12-dən SONRA... [29.06.2009] - SAĞLIĞINDA KOR FATMA... [28.06.2009] - BU NÖMRƏYƏ ZƏNG ÇATMIR... [22.06.2009] - BAYRAMSIZ QALAN BABALAR, VAY! [15.06.2009] - QURDLU GİLAS PROJESİ [11.06.2009] - KARTOFU JURNALİSTƏ BÜKƏNDƏ... [08.06.2009] - VƏTƏN MƏNƏ OĞUL DEYİB(?!) [04.06.2009] - QADIN ŞAPALAĞI [01.06.2009] - ÜRƏYİ YANAN, GƏL BƏRİ! [28.05.2009] - MONİTORİNQ HƏVƏSKARLARINA “FƏHLƏ” TÖVSİYYƏSİ [25.05.2009] - XORUZUN QUYRUĞU... [21.05.2009] - QIZIL SAAT VƏ “SON ZƏNG” ŞOUSU... [18.05.2009] - AVROPAYA DAHA BİR ADDIM? [14.05.2009] - NAĞIL BİTDİ... [12.05.2009] - ƏLLƏRİMDƏ ÇİÇƏKLƏR... [07.05.2009] - PEŞƏKARLIQ MÜHAZİRƏSİ [04.05.2009] - QATİL DƏ TELEVİZOR İZLƏYİR... [27.04.2009] - GEDƏK BİZ OLMAYAN YERƏ... [23.04.2009] - NİZAMİNİN ADAŞI [20.04.2009] - JURNALİSTDİ, QOYMA GƏLDİ! [16.04.2009] - ONUN ŞƏFQƏTLİ ƏLLƏRİ... [13.04.2009] - VOLAND BARMAĞI... [06.04.2009] - TV NAZİRİNİ DANLAYANDA... [02.04.2009] - ZARAFATSIZ... [30.03.2009] - YARIMÇIQ YUXU... [26.03.2009] - FATI, OTUR, FATI, DUR... [16.03.2009] - METRODA BOMBA RABATAY... [12.03.2009] - ƏSAS ODU Kİ... [05.03.2009] - OBAMANIN BİR GÜNÜ... [02.03.2009] - YARIM QAZAN MAKARON... [27.02.2009] - BUZ KİMİ 8 MART HƏDİYYƏSİ [23.02.2009] - AYNƏN ÖYLƏ... [18.02.2009] - NAĞILÇI MƏNTİQİ [16.02.2009] - 11 STANSİYALIQ XİLAS YOLU [09.02.2009] - ATALARA MƏZUNİYYƏT, ANALARA İSTİRAHƏT! [05.02.2009] - AZƏRBAYCAN - ƏN BÖYÜK QƏZZA... [03.02.2009] - YARIYA QƏDƏR DOLU STƏKANA YENİ BAXIŞ... [26.01.2009] - TƏR-Bİ-YƏ-Çİ! [23.01.2009] - İMİC HEÇ NƏDİR, SUSUZLUQ HƏR ŞEY? [19.01.2009] - KLİPLƏRDƏN KOROĞLU NƏRİLTİSİ EŞİDİLƏCƏK [16.01.2009] - GÜNAH HƏMİŞƏ DÖYÜLƏNDƏDİR? [12.01.2009] - O ƏJDAHADAN BİZDƏ OLMAYACAQ [08.01.2009] - İKİ AKİFİN İKİ YÜZ FƏRQİ... [06.01.2009] - 6 YANVAR ÇATANDA... [29.12.2008] - ÖKÜZ APTEKƏ BAXAN KİMİ... [25.12.2008] - MƏNƏ BAXMA, ADIMI ÇƏKMƏ, BARƏMDƏ DÜŞÜNMƏ... [22.12.2008] - KAMERAYA ƏL YELLƏYİN... [19.12.2008] - SAXLA, DÜŞƏN VAR [16.12.2008] - 40 “RAZMER” AYAQQABI [11.12.2008] - BİR AXŞAM ƏLƏT ÇÖLÜNDƏ... [08.12.2008] - FONDA ŞƏN MUSİQİ... [04.12.2008] - DÜNYANIN QORXDUĞU CAVAN - NUŞİRƏVAN [01.12.2008] - NƏ SƏS-KÜYDÜR BU GÜN SİZDƏ, GÜLBADAM? [30.11.2008] - AVTOBUS YAVAŞ-YAVAŞ YANANDA... [27.11.2008] - JURNALİSTİN İTİNİ DƏ DİŞLƏYİRLƏR [24.11.2008] - “LAZIM” QAPINI DÖYÜR... [20.11.2008] - EL ÜÇÜN AĞLAYANDA... [17.11.2008] - SƏN DƏ BİZİM MƏHƏLLƏDƏNSƏN... [14.11.2008] - YENƏ HƏMİN ANAR MÜƏLLİM BARƏDƏ... [13.11.2008] - “SƏNDƏN YAMAN NİGARANAM” [10.11.2008] - QEYRİ-ELİT SÖHBƏT... [03.11.2008] - DANIŞIR BAYQUŞLAR... [02.11.2008] - MİRZƏ SAKİTİ EVİNƏ KÖÇÜRÜN... ƏVVƏLKİ YAZILARI
|