30 iyul 2010
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Sevinc TELMANQIZI Yazara məktub göndər

UŞAQLAR VAR, ŞƏRAİT YOX?

Adətən bu tipli müsahibələri, xəbərləri loru dillə desək, gözümə təpirəm. Birincisi, bir jurnalist olaraq adama “gəl-gəl” deyirlər. İkincisi də insanıq axı, kim varlı, müvəffəqiyyət sahibi olmaq istəmir bu fani dünyada? Osmanlı abilərimiz demiş, kimin ürəyindən keçmir saraylarda yaşamaq?

Yeri düşüb, qoy deyim. Hətta bu saray xülyası o qədər beynimizi xarab edir ki, hərdən birinci sinfə gedən qızım hansısa işin öhdəsindən uğurla gəlib məni sevindirəndə yarızarafat “ay maşallah, sən böyüyüb çox böyük adam olacaqsan. Bizi də saraylarda yaşadacaqsan” deyirəm. Uşaq da eləmə tənbəllik, perspektivdəki sarayı da gözümdən gətirir. Deyir, “səni öz sarayımda yaşamağa qoymayacam. Qoysam, bütün gün məni danlayacaqsan ki, sarayı təmiz saxla, pintilik eləmə, səs-küy salma. Daha onun harası saray oldu?”
Nəsə, mənim saray xülyama bir quş. Amma siz sarayda yaşaya bilərsiniz. Mətləbdən uzaqlaşmayım. Arada bir dünyanın varlı-hallı insanları, milyarderləri Allah heç qoymasa, varlı olmağın yollarını göstərir (Sadəlövhlük bizdə. Hansı axmaq varlı olmağın yolunu başqasına deyər?-S.T.) Özü də elə yol ki, bişmiş toyuğun da gülməyi gəlir. Məsələn, “mən uşaq vaxtından zəhmətkeş idim, atamın hər gün məktəbin bufetində yemək almağım üçün verdiyi pulları yığıb qənaətcilliyi öyrəndim. Beləcə, bu xasiyyətimi iş həyatında da tətbiq etdim”. Və ya “kasıb ailədə yaşayırdıq, bəzən quru çörəyi suya batırıb yeyirdik. Həmin günlərdə özümə söz verdim ki, bu ölkənin ən varlı adamı mən olacam”. Oxumusunuz, eşitmisiniz? Kimə gəlirsiniz, qardaşım?
Sonuncu belə açıqlama dünən yayılıb. Amerikalı yazar Malkolm Qladvel dünyanın ən uğur qazanmış simalarından biri kimi - üzüm ayağınızın altında, nəsə mən bu adamı tanımıram - qosqoca bir konfrans keçirib və orada toplaşan gənclərə deyib ki, iş həyatında müvəffəqiyyət qazanmaq üçün 10 min saat işləmək vacib şərtmiş. Yəni bu günə qədər 10 min saat işləmisinizsə, sizinçün yaşıl işıq yanacaq. Demək belə, sürətli bir hesablamaya başlayaq. Sutkada minimum 8 saat işləyiriksə, ilin günlərinin sayını 8-ə vurub, il ərzində neçə saat işlədiyimizi müəyyənləşdirək. Təxminən (şənbə-bazarı çıxmadan hesabladım) 2920 edir. 10 min saatı da 2920-yə böləndə məlum olur ki, alınan rəqəm 3.42465753-dir. Yəni kəsəsi, cənab Qladvelin dediyinə görə, 3-4 il çalışan insan öz karyerasında uğur qazana bilir.
Vallah-billah, yalan deyirlər, özü də gözlərinin içinə qədər. O şanlı Amerikada bu tip məsələlər necə həll edilir - bilmirəm. Amma bizdə uğura gedən yolda yaşıl işığın yanması üçün yaşıl rəngli pullarının çox olması lazımdır. Qoy misallarla deyim, aydın olsun. Girirsən bir polis bölməsinə, ağzından süd iyi gələn, BDU-nun hüquq fakültəsini yenicə bitirmiş birisi həm kapitandır, həm də bölmə rəisi. Əmrində də onlarla insan. Yüzlərlə insanın taleyinə cavabdehlik edir. Bu gün Tibb Universitetinin məzunları heç də savad kriteriyasına görə ixtisaslara bölünmürlər. Ən “jırnı” sahələrdə (ginekologiya başda olmaqla) ixtisas ala bilmənin taksası neçə min dollarlarla ölçülür. Sonradan isə həmin məzunların elə həmin yolla xəstəxanalarda karyera qurduğunun şahidi oluruq. Ali məktəblərdə qalıb müəllim işləmək və ya orta məktəblərdə çoxlu dərs saatı qazanmaq üçün də 10 min saat işləmək lazım deyil. Qazanclı biznesmen olmağın yolu əksər hallarda “atanşik”likdən, “gəlib-gedənləri yaxşı yola sala bilməkdən” keçir.
Digər sahələrdəki vəziyyəti sadalamayacam, hamısını özünüz bilirsiniz. Məncə, cənab Qladvelin də özünə əziyyət verməsinə gərək yoxdu. Bizdə sıravı JEK müdiri də uğura gedən yolun haralardan keçməsi ilə bağlı ona daha real, gerçək mühazirə oxuya bilər. Digər tərəfdən, ortada adi məntiq də var axı. Məşhur yazarın dediklərində həqiqət olsa, indi Bakının qul bazarındakılar nəinki milyonlar, trilyonlar, lap elə saraylar zəncirinə sahib olardılar.
P.S. Dünən Sosial Müdafiə Fondunun rəhbəri Səlim Müslümov da açıqladı ki, sən demə, bizdə təqaüd yaşının artırılması insanların işləmək istəyi ilə bağlıdır. Demək, onlar da Qladvelin tezisləri ilə yeni tanış olublar. Allah bilir, onların 10.000 saata çatmasına nə qədər qalıb.
P.P.S. Mən də bu gün düz 7 saat işlədim. Gələcək “saray”ımın qülləsi yavaş-yavaş görünür. Yaşasın!

497 dəfə baxılıb

[29.07.2010] - CAZİBƏMİZ DƏ VAR

[28.07.2010] - EVLƏRİ KÖNDƏLƏN YAR

[22.07.2010] - BU DA BELƏ BİR GÜN

[19.07.2010] - EHTİYATLI OLUN - MÜKAFAT ALA BİLƏRSİZ!

[18.07.2010] - CƏMİYYƏT BELƏ İSTƏYİR...

[15.07.2010] - KOD ADI TƏLƏBƏ...

[12.07.2010] - BİR LİMAN, BİR DƏNİZ...

[11.07.2010] - ÇƏKİRƏM HAAA...

[05.07.2010] - OVUC İÇİ QƏDƏR...

[04.07.2010] - ODDA YANAN, SUDA BATAN...

[01.07.2010] - MƏRDİMAZAR AZ İDİ...

[28.06.2010] - MƏNFİ YÜKLÜ DƏNİZ...

[25.06.2010] - ARI KİMİ...

[21.06.2010] - 8 TƏLƏBƏYƏ 9 NÖV PLOV

[20.06.2010] - HÖKMDARIN HÜZURUNDA...

[19.06.2010] - YAYI YOLA SALAQ?

[14.06.2010] - OPERATİV DƏDƏ QORQUD

[13.06.2010] - YADPLANETLİ DEMƏ...

[10.06.2010] - KİM DAHA ŞANSLI?

[07.06.2010] - 80-dən SONRA GƏLƏN XOŞBƏXTLİK

[06.06.2010] - 10 MİLYON AVRO...CUQ

[03.06.2010] - CANIMIZ YANMASIN...

[31.05.2010] - ÖTƏN GÜNƏ GÜN... ÇATAR, ÇATAR...

[30.05.2010] - BƏNÖVŞƏ, BƏNDƏ DÜŞƏ...

[26.05.2010] - ARAZ AŞIĞIMDAN, KÜR TOPUĞUMDAN

[23.05.2010] - GÖRMƏMİŞİN KƏŞFİ OLDU...

[20.05.2010] - MANYAKA HAQSIZLIQ ETMƏYƏK

[17.05.2010] - HAMIYA ÇİRKİN OLSAM DA...

[16.05.2010] - GƏZMƏYƏ.... HARA YAXŞI?

[13.05.2010] - ÇÖRƏYİ VER ÇÖRƏKÇİYƏ...

[10.05.2010] - O Kİ BELƏ OLDU?

[07.05.2010] - BELƏ “BİZ” OLMAQDANSA...

[03.05.2010] - BAĞ BELƏ, BOSTAN BELƏ

[02.05.2010] - ÖLMÜŞDÜ HİPPOKRAT...

[18.12.2009] - “BOMBA” MƏMUR

[14.12.2009] - ŞAİR SÖZÜ, ƏLBƏTTƏ, YALANDIR

[13.12.2009] - QƏHRƏMAN OLMAQ ÜÇÜN LAYİHƏ

[11.12.2009] - NOVRUZƏLİNİN “E-MƏKTUB”u

[07.12.2009] - YOL VERİN, QUDAM GƏLİR

[05.12.2009] - KÖTƏYİ CƏNNƏTƏ GERİ YOLLADIQ

[02.12.2009] - BAYRAM BİTDİ, YAŞAMAĞA DAVAM!

[25.11.2009] - QIZ QIZILA DÖNÜB...

[23.11.2009] - AY CAN, AY CAN, QİYAMƏTDİ!

[22.11.2009] - HEPİMİZ DOMUZ QRİPİYİZ!

[20.11.2009] - CIRTDANIN NƏNƏSİ VƏ BİZİM YAĞ YAXMAMIZ

[16.11.2009] - DESƏM, ÖLDÜRƏRLƏR...

[15.11.2009] - HAMI YANLIŞ ANLAYIR

[13.11.2009] - KİMDƏ ARTIQ MASKA VAR?

[10.11.2009] - “QAYNAR XƏTT”in SOYUQ DUŞ EFFEKTİ

[08.11.2009] - HƏR ŞEYDƏ BİR AZ “YENİ MÜSAVAT”...

[05.11.2009] - DONUZLA SOVRULANLAR...

[02.11.2009] - QANIMIZI İÇƏNLƏR

[01.11.2009] - EVDƏKİ, BİZİMKİ VƏ YA KÜLFƏT SÖHBƏTİ...

[31.10.2009] - QOCALMAYAN KÖŞƏ YAZARLARI...

[26.10.2009] - BİR İRƏLİ, BİR GERİ-YERİMİZDƏ SAYIRIQ

[25.10.2009] - SUXARI FALI

[19.10.2009] - MÖVZU BOL OLARSA...

[18.10.2009] - BƏS QONAQPƏRVƏR İDİK, NƏ OLDU?

[15.10.2009] - İŞLƏR YAĞ KİMİ GETMƏYƏNDƏ...

[12.10.2009] - ƏZİZİM ƏZİZ...

[11.10.2009] - MANIS - CÜMLƏ XƏYANƏTLƏRƏ BAİS?

[08.10.2009] - DAHA MƏNİ GÖZLƏMƏ...

[05.10.2009] - İCTİMAİ İŞDƏN BOZBAŞA...

[28.09.2009] - G20 TOPLANTISININ “OTELLO”ları

[27.09.2009] - DANIŞMIRAM, ƏL ÇƏKİN!

[24.09.2009] - YAĞMA YAĞIŞ, YAĞMA YAĞIŞ...

[20.09.2009] - YETİM ƏLİNDƏ QOĞAL?

[19.09.2009] - BİZİM CEMİ KİM TAPACAQ?

[15.09.2009] - QIZIMA...

[13.09.2009] - HEY, TAKSİ!

[07.09.2009] - 17 İDİ, 18 OLDU...

[06.09.2009] - ÜZRÜ QƏBAHƏTİNDƏN BETƏR

[31.08.2009] - OKSFORDA, YOXSA BAKI MƏKTƏBİNƏ?

[30.08.2009] - OĞRU DA SUÇLU DEYİLSƏ...

[27.08.2009] - 2179 AZƏRBAYCANLIYA 1 KİTAB!

[24.08.2009] - ÖLƏCƏKSƏN, VƏSSALAM!

[21.08.2009] - YIXILIN O BİRİ TƏRƏFƏ

[17.08.2009] - MEYMUNU UNUT!

[13.08.2009] - KASIBIN SEVİMLİ EŞŞƏYİ

[10.08.2009] - ŞEYX NƏSRULLAH GƏLƏNƏDƏK...

[06.08.2009] - ALİ MƏKTƏB DÜKANLARI

[02.08.2009] - NƏRDƏ O ƏSKİ GÜNLƏR?

[01.08.2009] - ÜNVANIMIZA DEYİLƏN “DÜÜÜT”lü SÖYÜŞLƏR

[26.07.2009] - AÇARSIZ AÇIQLAMALAR...

[23.07.2009] - “MEDİA AÇARI” İLƏ BAĞLANAN QAPILAR

[20.07.2009] - HADİSƏ DANIŞANDA

[19.07.2009] - İLDƏ BİR DƏFƏ...

[16.07.2009] - ŞƏN OĞLANLAR

[13.07.2009] - JURNALİSTLƏRİN QUL BAZARI

[06.07.2009] - İMTAHAN BAYRAMI

[03.07.2009] - GECƏ 12-dən SONRA...

[29.06.2009] - SAĞLIĞINDA KOR FATMA...

[28.06.2009] - BU NÖMRƏYƏ ZƏNG ÇATMIR...

[22.06.2009] - BAYRAMSIZ QALAN BABALAR, VAY!

[15.06.2009] - QURDLU GİLAS PROJESİ

[11.06.2009] - KARTOFU JURNALİSTƏ BÜKƏNDƏ...

[08.06.2009] - VƏTƏN MƏNƏ OĞUL DEYİB(?!)

[04.06.2009] - QADIN ŞAPALAĞI

[01.06.2009] - ÜRƏYİ YANAN, GƏL BƏRİ!

[28.05.2009] - MONİTORİNQ HƏVƏSKARLARINA “FƏHLƏ” TÖVSİYYƏSİ

[25.05.2009] - XORUZUN QUYRUĞU...

[21.05.2009] - QIZIL SAAT VƏ “SON ZƏNG” ŞOUSU...

[18.05.2009] - AVROPAYA DAHA BİR ADDIM?

[14.05.2009] - NAĞIL BİTDİ...

[12.05.2009] - ƏLLƏRİMDƏ ÇİÇƏKLƏR...

[07.05.2009] - PEŞƏKARLIQ MÜHAZİRƏSİ

[04.05.2009] - QATİL DƏ TELEVİZOR İZLƏYİR...

[27.04.2009] - GEDƏK BİZ OLMAYAN YERƏ...

[23.04.2009] - NİZAMİNİN ADAŞI

[20.04.2009] - JURNALİSTDİ, QOYMA GƏLDİ!

[16.04.2009] - ONUN ŞƏFQƏTLİ ƏLLƏRİ...

[13.04.2009] - VOLAND BARMAĞI...

[06.04.2009] - TV NAZİRİNİ DANLAYANDA...

[02.04.2009] - ZARAFATSIZ...

[30.03.2009] - YARIMÇIQ YUXU...

[26.03.2009] - FATI, OTUR, FATI, DUR...

[16.03.2009] - METRODA BOMBA RABATAY...

[12.03.2009] - ƏSAS ODU Kİ...

[05.03.2009] - OBAMANIN BİR GÜNÜ...

[02.03.2009] - YARIM QAZAN MAKARON...

[27.02.2009] - BUZ KİMİ 8 MART HƏDİYYƏSİ

[23.02.2009] - AYNƏN ÖYLƏ...

[18.02.2009] - NAĞILÇI MƏNTİQİ

[16.02.2009] - 11 STANSİYALIQ XİLAS YOLU

[09.02.2009] - ATALARA MƏZUNİYYƏT, ANALARA İSTİRAHƏT!

[05.02.2009] - AZƏRBAYCAN - ƏN BÖYÜK QƏZZA...

[03.02.2009] - YARIYA QƏDƏR DOLU STƏKANA YENİ BAXIŞ...

[26.01.2009] - TƏR-Bİ-YƏ-Çİ!

[23.01.2009] - İMİC HEÇ NƏDİR, SUSUZLUQ HƏR ŞEY?

[19.01.2009] - KLİPLƏRDƏN KOROĞLU NƏRİLTİSİ EŞİDİLƏCƏK

[16.01.2009] - GÜNAH HƏMİŞƏ DÖYÜLƏNDƏDİR?

[12.01.2009] - O ƏJDAHADAN BİZDƏ OLMAYACAQ

[08.01.2009] - İKİ AKİFİN İKİ YÜZ FƏRQİ...

[06.01.2009] - 6 YANVAR ÇATANDA...

[29.12.2008] - ÖKÜZ APTEKƏ BAXAN KİMİ...

[25.12.2008] - MƏNƏ BAXMA, ADIMI ÇƏKMƏ, BARƏMDƏ DÜŞÜNMƏ...

[22.12.2008] - KAMERAYA ƏL YELLƏYİN...

[19.12.2008] - SAXLA, DÜŞƏN VAR

[16.12.2008] - 40 “RAZMER” AYAQQABI

[11.12.2008] - BİR AXŞAM ƏLƏT ÇÖLÜNDƏ...

[08.12.2008] - FONDA ŞƏN MUSİQİ...

[04.12.2008] - DÜNYANIN QORXDUĞU CAVAN - NUŞİRƏVAN

[01.12.2008] - NƏ SƏS-KÜYDÜR BU GÜN SİZDƏ, GÜLBADAM?

[30.11.2008] - AVTOBUS YAVAŞ-YAVAŞ YANANDA...

[27.11.2008] - JURNALİSTİN İTİNİ DƏ DİŞLƏYİRLƏR

[24.11.2008] - “LAZIM” QAPINI DÖYÜR...

[20.11.2008] - EL ÜÇÜN AĞLAYANDA...

[17.11.2008] - SƏN DƏ BİZİM MƏHƏLLƏDƏNSƏN...

[14.11.2008] - YENƏ HƏMİN ANAR MÜƏLLİM BARƏDƏ...

[13.11.2008] - “SƏNDƏN YAMAN NİGARANAM”

[10.11.2008] - QEYRİ-ELİT SÖHBƏT...

[03.11.2008] - DANIŞIR BAYQUŞLAR...

[02.11.2008] - MİRZƏ SAKİTİ EVİNƏ KÖÇÜRÜN...

ƏVVƏLKİ YAZILARI

Yeni MÜSAVAT © 2008