 |
Sevinc TELMANQIZI 
SUXARI FALI
|
Sən səhər uşağının üzündən-gözündən öpüb, məktəbə yolla, günorta səsi xəstəxanadan gəlsin. Niyə? Çünki hansısa məktəb müdiri rəhbərlik etdiyi təhsil müəssisəsinə bazar, onun bufetinə isə restoran, kafe kimi baxır. Uşaqları da ki, Allah saxlasın, evdən çıxanda bəslənmə çantalarına təmiz və keyfiyyətli olduqlarına adın kimi əmin olduğun min cür naz-nemət qoy, onlar yenə də bufetçi xala-əmilərin market qiymətindən bir neçə dəfə bahaya sırıdığı şirniyyatı, bulka-buterbrodu gözlərinə təpəcəklər. Və nəticə... Xəstəxana koridorlarında göz yaşı axıdan valideynlər ordusu. Srağagün Sumqayıtın 38 saylı məktəbində baş verən zəhərlənmə olayından xəbəriniz var yəqin. Deyilənlərə inansaq, 5-6-cı sinif şagirdlərindən 8-nin zəhərlənməsinə guya məktəbin binasından kənarda dayanan və onlara pulsuz suxarı paylayan şəxslər səbəb olub. Adamlar gəlib məktəb həyətinə və necə səxavətdisə, uşaqlara pulsuz suxarı veriblər. Onların bəziləri də bunu müəllimələrinə göstəriblər və çoxları məhz müəllimənin məsləhəti ilə həmin suxarını yeməyib. Yeyənlər isə sancılanaraq xəstəxanaya çatdırılıblar. Düzü, bu izahat Sumqayıt Şəhər Təhsil Şöbəsinin rəsmisi tərəfindən verildiyi üçün mən o qədər də inanmağın tərəfdarı deyiləm. Təbii ki, cümlə xəyanətlərə bais olaraq “naməlum, pis əmiləri” göstərmək vəziyyətdən ən ideal çıxış yoludur. Nəymiş? Üç nəfər “06" markalı maşında gəlibmiş, Ukrayna istehsalı olan suxarıları nəyə görəsə paylayıb aradan çıxıblarmış. İndi də polis onları axtarırmış. Lap ”Kurtlar vadisi"nin ssenarisinə bənzədi. Azzzz sonra! Yəni bu cocuqların həmin suxarını məktəb bufetindən almadıqları barədə ortada konkret fakt yoxdu. Biz naməlum, illər boyu axtarılan, amma tapılmayan “cani”lərin əməllərindən əziyyət çəkmiş millətik. Ona görə bu dəfə də həmin suxarı satıcılarının tapılacağına əmin deyilik. Lap tutaq ki, o suxarını uşaqlara məktəb həyətində paylayıblar. Müdiriyyət, dərs hissə müdiri, lap elə qapıçı həmin dəqiqələrdə hara baxırmış, başı nəyə qarışıbmış? Çıxıb bir soruşmazlar, uşaqlara paylanan o zadın istifadə müddətinə baxmazlar? Onun paylanmasının səbəbləri ilə maraqlanmazlar? Elə gücləri binəva valideyndən pul qoparmağa çatır? Zarafat deyil, insanlar öz uşaqlarının həyatını bir neçə saatlıq da olsa məktəb rəhbərliyinə, müəllim heyətinə etibar edir və qarşılaşdığı mənzərəyə bax... Belə çıxır ki, sabah məktəbin həyətində narkotik maddə, zərərli jurnallar... gətirib paylayacaqlar. Fərda Qədirov kimisi də Allah eləməmiş, əlini-qolunu sallayıb, rahatca içəri keçə biləcək. Və buna görə heç kim cavabdehlik daşımayacaq. Neyləsinlər, qara eynəkli, pis adamların əməlidir də. Allah saxlayanda saxlayır, saxlamayanda isə yox. Doğrudanmı başımıza gələnlərdən dərs çıxara bilmirik? Dəfələrlə internetdə oxumuşam ki, xarici məktəblərin yeməkxanalarında satılan yeyəcəklərin siyahısı ölkənin Təhsil Nazirliyi tərəfindən təsdiqlənir, ora tez-tez ekspertlər göndərilir, malların istifadə müddətinin keçib-keçməməsi araşdırılır. ANS-in “İç xəbər” verilişinin ən sevimli mövzusu məktəb bufetləri olduğundan vaxtilə bu verilişdə Bakı məktəblilərinin qarnına ötürülən faciələrdən xəbər tuta bilirdik. Göyərmiş kolbasaların buterbrodu, qurumuş peçenyelər... Elə Azərbaycan təhsilinin özü kimi. Bu günlərdə “Azərbaycanda uşaqların müdafiəsi islahatı üzrə milli konfrans” keçirilir. Orda kim nə cükküldəyib, qrant yemək üçün nə fövqəladə təklif səsləndirib - bilmirəm. Bircə onu bilirəm ki, “Azərbaycan məktəblilərinin təhsil müəssisələrində qidalanması qaydaları” təsdiqlənsə, bunu da normal şəkildə həyata keçirsələr, min belə konfransa dəyər. Mövzunun ağırlığını azaltmaq üçün bir lətifə danışım. Deməli, müəllim uşaqlara falın ziyanlı olması barədə danışır və “uşaqlar, heç hansısa kağıza baxıb gələcəyi söyləmək mümkün ola bilərmi” deyə sual verir. Balacalardan biri əlini qaldırıb deyir: “Niyə də olmasın, anam dərsdən gələndə gündəliyimə baxır və axşam atam evə gəlincə nələr olacağını dəqiqliklə deyir”. Bax belə, falçılara bel bağlamayın. Məktəb divarları bizə gələcəyimizi göstərəcək. 279 dəfə baxılıb
|
[18.12.2009] - “BOMBA” MƏMUR [14.12.2009] - ŞAİR SÖZÜ, ƏLBƏTTƏ, YALANDIR [13.12.2009] - QƏHRƏMAN OLMAQ ÜÇÜN LAYİHƏ [11.12.2009] - NOVRUZƏLİNİN “E-MƏKTUB”u [07.12.2009] - YOL VERİN, QUDAM GƏLİR [05.12.2009] - KÖTƏYİ CƏNNƏTƏ GERİ YOLLADIQ [02.12.2009] - BAYRAM BİTDİ, YAŞAMAĞA DAVAM! [25.11.2009] - QIZ QIZILA DÖNÜB... [23.11.2009] - AY CAN, AY CAN, QİYAMƏTDİ! [22.11.2009] - HEPİMİZ DOMUZ QRİPİYİZ! [20.11.2009] - CIRTDANIN NƏNƏSİ VƏ BİZİM YAĞ YAXMAMIZ [16.11.2009] - DESƏM, ÖLDÜRƏRLƏR... [15.11.2009] - HAMI YANLIŞ ANLAYIR [13.11.2009] - KİMDƏ ARTIQ MASKA VAR? [10.11.2009] - “QAYNAR XƏTT”in SOYUQ DUŞ EFFEKTİ [08.11.2009] - HƏR ŞEYDƏ BİR AZ “YENİ MÜSAVAT”... [05.11.2009] - DONUZLA SOVRULANLAR... [02.11.2009] - QANIMIZI İÇƏNLƏR [01.11.2009] - EVDƏKİ, BİZİMKİ VƏ YA KÜLFƏT SÖHBƏTİ... [31.10.2009] - QOCALMAYAN KÖŞƏ YAZARLARI... [26.10.2009] - BİR İRƏLİ, BİR GERİ-YERİMİZDƏ SAYIRIQ [22.10.2009] - UŞAQLAR VAR, ŞƏRAİT YOX? [19.10.2009] - MÖVZU BOL OLARSA... [18.10.2009] - BƏS QONAQPƏRVƏR İDİK, NƏ OLDU? [15.10.2009] - İŞLƏR YAĞ KİMİ GETMƏYƏNDƏ... [12.10.2009] - ƏZİZİM ƏZİZ... [11.10.2009] - MANIS - CÜMLƏ XƏYANƏTLƏRƏ BAİS? [08.10.2009] - DAHA MƏNİ GÖZLƏMƏ... [05.10.2009] - İCTİMAİ İŞDƏN BOZBAŞA... [28.09.2009] - G20 TOPLANTISININ “OTELLO”ları [27.09.2009] - DANIŞMIRAM, ƏL ÇƏKİN! [24.09.2009] - YAĞMA YAĞIŞ, YAĞMA YAĞIŞ... [20.09.2009] - YETİM ƏLİNDƏ QOĞAL? [19.09.2009] - BİZİM CEMİ KİM TAPACAQ? [15.09.2009] - QIZIMA... [13.09.2009] - HEY, TAKSİ! [07.09.2009] - 17 İDİ, 18 OLDU... [06.09.2009] - ÜZRÜ QƏBAHƏTİNDƏN BETƏR [31.08.2009] - OKSFORDA, YOXSA BAKI MƏKTƏBİNƏ? [30.08.2009] - OĞRU DA SUÇLU DEYİLSƏ... [27.08.2009] - 2179 AZƏRBAYCANLIYA 1 KİTAB! [24.08.2009] - ÖLƏCƏKSƏN, VƏSSALAM! [21.08.2009] - YIXILIN O BİRİ TƏRƏFƏ [17.08.2009] - MEYMUNU UNUT! [13.08.2009] - KASIBIN SEVİMLİ EŞŞƏYİ [10.08.2009] - ŞEYX NƏSRULLAH GƏLƏNƏDƏK... [06.08.2009] - ALİ MƏKTƏB DÜKANLARI [02.08.2009] - NƏRDƏ O ƏSKİ GÜNLƏR? [01.08.2009] - ÜNVANIMIZA DEYİLƏN “DÜÜÜT”lü SÖYÜŞLƏR [26.07.2009] - AÇARSIZ AÇIQLAMALAR... [23.07.2009] - “MEDİA AÇARI” İLƏ BAĞLANAN QAPILAR [20.07.2009] - HADİSƏ DANIŞANDA [19.07.2009] - İLDƏ BİR DƏFƏ... [16.07.2009] - ŞƏN OĞLANLAR [13.07.2009] - JURNALİSTLƏRİN QUL BAZARI [06.07.2009] - İMTAHAN BAYRAMI [03.07.2009] - GECƏ 12-dən SONRA... [29.06.2009] - SAĞLIĞINDA KOR FATMA... [28.06.2009] - BU NÖMRƏYƏ ZƏNG ÇATMIR... [22.06.2009] - BAYRAMSIZ QALAN BABALAR, VAY! [15.06.2009] - QURDLU GİLAS PROJESİ [11.06.2009] - KARTOFU JURNALİSTƏ BÜKƏNDƏ... [08.06.2009] - VƏTƏN MƏNƏ OĞUL DEYİB(?!) [04.06.2009] - QADIN ŞAPALAĞI [01.06.2009] - ÜRƏYİ YANAN, GƏL BƏRİ! [28.05.2009] - MONİTORİNQ HƏVƏSKARLARINA “FƏHLƏ” TÖVSİYYƏSİ [25.05.2009] - XORUZUN QUYRUĞU... [21.05.2009] - QIZIL SAAT VƏ “SON ZƏNG” ŞOUSU... [18.05.2009] - AVROPAYA DAHA BİR ADDIM? [14.05.2009] - NAĞIL BİTDİ... [12.05.2009] - ƏLLƏRİMDƏ ÇİÇƏKLƏR... [07.05.2009] - PEŞƏKARLIQ MÜHAZİRƏSİ [04.05.2009] - QATİL DƏ TELEVİZOR İZLƏYİR... [27.04.2009] - GEDƏK BİZ OLMAYAN YERƏ... [23.04.2009] - NİZAMİNİN ADAŞI [20.04.2009] - JURNALİSTDİ, QOYMA GƏLDİ! [16.04.2009] - ONUN ŞƏFQƏTLİ ƏLLƏRİ... [13.04.2009] - VOLAND BARMAĞI... [06.04.2009] - TV NAZİRİNİ DANLAYANDA... [02.04.2009] - ZARAFATSIZ... [30.03.2009] - YARIMÇIQ YUXU... [26.03.2009] - FATI, OTUR, FATI, DUR... [16.03.2009] - METRODA BOMBA RABATAY... [12.03.2009] - ƏSAS ODU Kİ... [05.03.2009] - OBAMANIN BİR GÜNÜ... [02.03.2009] - YARIM QAZAN MAKARON... [27.02.2009] - BUZ KİMİ 8 MART HƏDİYYƏSİ [23.02.2009] - AYNƏN ÖYLƏ... [18.02.2009] - NAĞILÇI MƏNTİQİ [16.02.2009] - 11 STANSİYALIQ XİLAS YOLU [09.02.2009] - ATALARA MƏZUNİYYƏT, ANALARA İSTİRAHƏT! [05.02.2009] - AZƏRBAYCAN - ƏN BÖYÜK QƏZZA... [03.02.2009] - YARIYA QƏDƏR DOLU STƏKANA YENİ BAXIŞ... [26.01.2009] - TƏR-Bİ-YƏ-Çİ! [23.01.2009] - İMİC HEÇ NƏDİR, SUSUZLUQ HƏR ŞEY? [19.01.2009] - KLİPLƏRDƏN KOROĞLU NƏRİLTİSİ EŞİDİLƏCƏK [16.01.2009] - GÜNAH HƏMİŞƏ DÖYÜLƏNDƏDİR? [12.01.2009] - O ƏJDAHADAN BİZDƏ OLMAYACAQ [08.01.2009] - İKİ AKİFİN İKİ YÜZ FƏRQİ... [06.01.2009] - 6 YANVAR ÇATANDA... [29.12.2008] - ÖKÜZ APTEKƏ BAXAN KİMİ... [25.12.2008] - MƏNƏ BAXMA, ADIMI ÇƏKMƏ, BARƏMDƏ DÜŞÜNMƏ... [22.12.2008] - KAMERAYA ƏL YELLƏYİN... [19.12.2008] - SAXLA, DÜŞƏN VAR [16.12.2008] - 40 “RAZMER” AYAQQABI [11.12.2008] - BİR AXŞAM ƏLƏT ÇÖLÜNDƏ... [08.12.2008] - FONDA ŞƏN MUSİQİ... [04.12.2008] - DÜNYANIN QORXDUĞU CAVAN - NUŞİRƏVAN [01.12.2008] - NƏ SƏS-KÜYDÜR BU GÜN SİZDƏ, GÜLBADAM? [30.11.2008] - AVTOBUS YAVAŞ-YAVAŞ YANANDA... [27.11.2008] - JURNALİSTİN İTİNİ DƏ DİŞLƏYİRLƏR [24.11.2008] - “LAZIM” QAPINI DÖYÜR... [20.11.2008] - EL ÜÇÜN AĞLAYANDA... [17.11.2008] - SƏN DƏ BİZİM MƏHƏLLƏDƏNSƏN... [14.11.2008] - YENƏ HƏMİN ANAR MÜƏLLİM BARƏDƏ... [13.11.2008] - “SƏNDƏN YAMAN NİGARANAM” [10.11.2008] - QEYRİ-ELİT SÖHBƏT... [03.11.2008] - DANIŞIR BAYQUŞLAR... [02.11.2008] - MİRZƏ SAKİTİ EVİNƏ KÖÇÜRÜN... ƏVVƏLKİ YAZILARI
|