30 iyul 2010
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Sevinc TELMANQIZI Yazara məktub göndər

QOCALMAYAN KÖŞƏ YAZARLARI...

Köşə yazarlığı Azərbaycan mətbuatında cavan sahə sayılır. Hərənin bir «künc»də dayanıb, mərkəzə hücum etməyə çalışmasının 10 yaşı ola, ya olmaya.

Bu 10 ildə vurduğu zərbələrə görə başı ağrıyan da olub, hər şeydən yazıb, əslində heç nədən yazmayaraq, sudan quru çıxanlar da. Şəklinə görə tanınanlar da var, barışmaz mövqeyinə, güclü qələminə görə sevilənlər də. Amma Azərbaycan mətbuatında diqqətimi cəlb edən məqam köşə yazarlarının yaş senzi ilə bağlıdır. Yəqin müşahidə etmisiz, əksəriyyəti cavan nəslin nümayəndələri, elə əksəriyyəti də qan-qan deyənlərdir. Yaşı 50-60-ı ötən neçə köşə yazarı tanıyırsınız? Bir əlin barmaqlarının sayı qədər, eləmi? Bəs niyə belə olsun? Şanlı hökumətimizin də bu günlərdə pensiya yaşını artırdığını nəzərə alsaq, həmkarlarımızın bu məsləkdən türkün sözü, tez əməkli olması ədalətsizlik deyilmi?
Çox uzağa getməyək. Qonşu Türkiyədə 70-ci onilliyi xırdalayan Doğan Hızlan, Oktay Ekşi, 82 yaşlı İlhan Səlçuk, onlardan bir az daha cavan olan Hıncal Uluc... hər gün öz köşələrində qızıl xırdalayır. Maraqlı bir paralel də deyim ki, cənab Ekşi Türkiyə Mətbuat Şurasının sədridir və hər gün yazılarında hökuməti yıxıb-sürüyür. Digərləri də onun kimi. Bir gün oxuyursan ki, insanlara öz müdrik məsləhətlərini verirlər, cavanlıqlarına səyahət edib, maraqlı paralellər aparırlar, başqa gün hökumətlə çiling-ağac oynayırlar. Bildiyim qədər, inkişaf etmiş ölkələrin mətbuatında da əhəmiyyətli sahələrdə məhz yaşlı köşə yazarları qələm oynadır.
Bir dəfə tanınmış media ekspertlərindən biri yana-yana dedi ki, Azərbaycanda köşə yazarlarının cavan olması anormallıqdır. Onlar həyat, insanlar, lap elə öz məsləkləri ilə bağlı hansı dərin təcrübəyə sahibdilər ki, hələ bir camaata ağıl da versinlər? Düzü, ətrafımızda həmin ekspert kimi düşünənlər çox olduğundan onu qınamadım. Ağlın yaşda yox, başda olması məsəlini təkrarən xatırlatmaq istəməzdim, amma bu, belədir. Bu məmləkət o qədər nurani simalı, amma ağlı bir qarış havada olan adamlar görüb ki. Hər saçı-saqqalı ağ olanın sözü dəyərli olsaydı, Şaxta babaya əməkdar köşə yazarı statusu verilərdi.
Digər tərəfdən, indi ətrafımıza nəzər yetirsək, yaşlı nəsil jurnalistlərinin kimlər olduğunu ürək ağrısı ilə seyr edə bilərik. Əksəriyyəti özü olub, sözü olmayan qəzetlərdə çalışanlar, bir şaqqa qoyuna tərifnamə yazanlar, vaxtilə «Sağıcı qadın» kimi nəşrlərdə «can qoyub», indi adları «reket» siyahısından düşməyənlər... Onların yazdıqları sizə, bizə, oxucuya nə verə bilər axı?
Amma məncə, bizim məmləkətdə jurnalistikanın cavanlaşması hansı səbəbdən qaynaqlanırsa, köşə yazarlarının cavanlaşmasının səbəblərini  da orada aramaq lazım. Gerçək jurnalistika cəsarət istəyir, yeri gələndə məhrumiyyətə, təzyiqə sinə gərməyi, kimlərləsə üz-göz olub, hətta dost itirməyi tələb edir. Sözü üzə demək(yazmaq), yazdıqlarının arxasında dayana bilmək, türklər demiş, bir az dəliqanlı olmağı da həmçinin... Və təəssüf ki, hazırda Azərbaycan insanının canından çıxmayan qorxu-hürkü jurnalistikadan da yan ötmür. Yaşlı adamlar daha təmkinli, suyu üfürərək içməyi tərcih edirlər. Köşələrdə isə bəzən bu təmkinə, yüz ölçüb bir biçməyə yer olmur. Oxucu səndən təcili, sillə kimi cavablar istəyir, gözləyir. 
Cavanlar çox çətinliklə jurnalistikaya gəlir, ona şübhə yox. Bəziləri gəlir, bir az dolaşır, qonararla ilkin tanışlıqdan sonra (sanki gələn kimi onlara qızıl xəzinəsi veriləcək ədasıyla həm də) təbii ki, «yorulur» və özlərini verirlər «qrantyeyənlər»in yanına. Sonra da o monitorinq sənin, bu seminar mənim, mətbuatın yolunda «can çürüdürlər». Beləcə, məşhur məsəldə deyildiyi kimi, gedən gedir, qalan sağlar bizimdir lövhəsi yaranır.... 
Odu ki, hərdən mətbuatda ağsaqqal-qarasaqqal söhbəti salanlara çox da fikir verməyin. Azərbaycan reallıqlarını saqqalın rəngi ilə dəyişmək olmur. Necə deyərlər, dəniz suyunun duzlu olduğunu bilmək üçün bütün dənizi içməyə ehtiyac yoxdu.  Siz yazarın yaşına yox, onun yazdığına baxın. Uduzmazsınız, məndən deməkdi.

361 dəfə baxılıb

[29.07.2010] - CAZİBƏMİZ DƏ VAR

[28.07.2010] - EVLƏRİ KÖNDƏLƏN YAR

[22.07.2010] - BU DA BELƏ BİR GÜN

[19.07.2010] - EHTİYATLI OLUN - MÜKAFAT ALA BİLƏRSİZ!

[18.07.2010] - CƏMİYYƏT BELƏ İSTƏYİR...

[15.07.2010] - KOD ADI TƏLƏBƏ...

[12.07.2010] - BİR LİMAN, BİR DƏNİZ...

[11.07.2010] - ÇƏKİRƏM HAAA...

[05.07.2010] - OVUC İÇİ QƏDƏR...

[04.07.2010] - ODDA YANAN, SUDA BATAN...

[01.07.2010] - MƏRDİMAZAR AZ İDİ...

[28.06.2010] - MƏNFİ YÜKLÜ DƏNİZ...

[25.06.2010] - ARI KİMİ...

[21.06.2010] - 8 TƏLƏBƏYƏ 9 NÖV PLOV

[20.06.2010] - HÖKMDARIN HÜZURUNDA...

[19.06.2010] - YAYI YOLA SALAQ?

[14.06.2010] - OPERATİV DƏDƏ QORQUD

[13.06.2010] - YADPLANETLİ DEMƏ...

[10.06.2010] - KİM DAHA ŞANSLI?

[07.06.2010] - 80-dən SONRA GƏLƏN XOŞBƏXTLİK

[06.06.2010] - 10 MİLYON AVRO...CUQ

[03.06.2010] - CANIMIZ YANMASIN...

[31.05.2010] - ÖTƏN GÜNƏ GÜN... ÇATAR, ÇATAR...

[30.05.2010] - BƏNÖVŞƏ, BƏNDƏ DÜŞƏ...

[26.05.2010] - ARAZ AŞIĞIMDAN, KÜR TOPUĞUMDAN

[23.05.2010] - GÖRMƏMİŞİN KƏŞFİ OLDU...

[20.05.2010] - MANYAKA HAQSIZLIQ ETMƏYƏK

[17.05.2010] - HAMIYA ÇİRKİN OLSAM DA...

[16.05.2010] - GƏZMƏYƏ.... HARA YAXŞI?

[13.05.2010] - ÇÖRƏYİ VER ÇÖRƏKÇİYƏ...

[10.05.2010] - O Kİ BELƏ OLDU?

[07.05.2010] - BELƏ “BİZ” OLMAQDANSA...

[03.05.2010] - BAĞ BELƏ, BOSTAN BELƏ

[02.05.2010] - ÖLMÜŞDÜ HİPPOKRAT...

[18.12.2009] - “BOMBA” MƏMUR

[14.12.2009] - ŞAİR SÖZÜ, ƏLBƏTTƏ, YALANDIR

[13.12.2009] - QƏHRƏMAN OLMAQ ÜÇÜN LAYİHƏ

[11.12.2009] - NOVRUZƏLİNİN “E-MƏKTUB”u

[07.12.2009] - YOL VERİN, QUDAM GƏLİR

[05.12.2009] - KÖTƏYİ CƏNNƏTƏ GERİ YOLLADIQ

[02.12.2009] - BAYRAM BİTDİ, YAŞAMAĞA DAVAM!

[25.11.2009] - QIZ QIZILA DÖNÜB...

[23.11.2009] - AY CAN, AY CAN, QİYAMƏTDİ!

[22.11.2009] - HEPİMİZ DOMUZ QRİPİYİZ!

[20.11.2009] - CIRTDANIN NƏNƏSİ VƏ BİZİM YAĞ YAXMAMIZ

[16.11.2009] - DESƏM, ÖLDÜRƏRLƏR...

[15.11.2009] - HAMI YANLIŞ ANLAYIR

[13.11.2009] - KİMDƏ ARTIQ MASKA VAR?

[10.11.2009] - “QAYNAR XƏTT”in SOYUQ DUŞ EFFEKTİ

[08.11.2009] - HƏR ŞEYDƏ BİR AZ “YENİ MÜSAVAT”...

[05.11.2009] - DONUZLA SOVRULANLAR...

[02.11.2009] - QANIMIZI İÇƏNLƏR

[01.11.2009] - EVDƏKİ, BİZİMKİ VƏ YA KÜLFƏT SÖHBƏTİ...

[26.10.2009] - BİR İRƏLİ, BİR GERİ-YERİMİZDƏ SAYIRIQ

[25.10.2009] - SUXARI FALI

[22.10.2009] - UŞAQLAR VAR, ŞƏRAİT YOX?

[19.10.2009] - MÖVZU BOL OLARSA...

[18.10.2009] - BƏS QONAQPƏRVƏR İDİK, NƏ OLDU?

[15.10.2009] - İŞLƏR YAĞ KİMİ GETMƏYƏNDƏ...

[12.10.2009] - ƏZİZİM ƏZİZ...

[11.10.2009] - MANIS - CÜMLƏ XƏYANƏTLƏRƏ BAİS?

[08.10.2009] - DAHA MƏNİ GÖZLƏMƏ...

[05.10.2009] - İCTİMAİ İŞDƏN BOZBAŞA...

[28.09.2009] - G20 TOPLANTISININ “OTELLO”ları

[27.09.2009] - DANIŞMIRAM, ƏL ÇƏKİN!

[24.09.2009] - YAĞMA YAĞIŞ, YAĞMA YAĞIŞ...

[20.09.2009] - YETİM ƏLİNDƏ QOĞAL?

[19.09.2009] - BİZİM CEMİ KİM TAPACAQ?

[15.09.2009] - QIZIMA...

[13.09.2009] - HEY, TAKSİ!

[07.09.2009] - 17 İDİ, 18 OLDU...

[06.09.2009] - ÜZRÜ QƏBAHƏTİNDƏN BETƏR

[31.08.2009] - OKSFORDA, YOXSA BAKI MƏKTƏBİNƏ?

[30.08.2009] - OĞRU DA SUÇLU DEYİLSƏ...

[27.08.2009] - 2179 AZƏRBAYCANLIYA 1 KİTAB!

[24.08.2009] - ÖLƏCƏKSƏN, VƏSSALAM!

[21.08.2009] - YIXILIN O BİRİ TƏRƏFƏ

[17.08.2009] - MEYMUNU UNUT!

[13.08.2009] - KASIBIN SEVİMLİ EŞŞƏYİ

[10.08.2009] - ŞEYX NƏSRULLAH GƏLƏNƏDƏK...

[06.08.2009] - ALİ MƏKTƏB DÜKANLARI

[02.08.2009] - NƏRDƏ O ƏSKİ GÜNLƏR?

[01.08.2009] - ÜNVANIMIZA DEYİLƏN “DÜÜÜT”lü SÖYÜŞLƏR

[26.07.2009] - AÇARSIZ AÇIQLAMALAR...

[23.07.2009] - “MEDİA AÇARI” İLƏ BAĞLANAN QAPILAR

[20.07.2009] - HADİSƏ DANIŞANDA

[19.07.2009] - İLDƏ BİR DƏFƏ...

[16.07.2009] - ŞƏN OĞLANLAR

[13.07.2009] - JURNALİSTLƏRİN QUL BAZARI

[06.07.2009] - İMTAHAN BAYRAMI

[03.07.2009] - GECƏ 12-dən SONRA...

[29.06.2009] - SAĞLIĞINDA KOR FATMA...

[28.06.2009] - BU NÖMRƏYƏ ZƏNG ÇATMIR...

[22.06.2009] - BAYRAMSIZ QALAN BABALAR, VAY!

[15.06.2009] - QURDLU GİLAS PROJESİ

[11.06.2009] - KARTOFU JURNALİSTƏ BÜKƏNDƏ...

[08.06.2009] - VƏTƏN MƏNƏ OĞUL DEYİB(?!)

[04.06.2009] - QADIN ŞAPALAĞI

[01.06.2009] - ÜRƏYİ YANAN, GƏL BƏRİ!

[28.05.2009] - MONİTORİNQ HƏVƏSKARLARINA “FƏHLƏ” TÖVSİYYƏSİ

[25.05.2009] - XORUZUN QUYRUĞU...

[21.05.2009] - QIZIL SAAT VƏ “SON ZƏNG” ŞOUSU...

[18.05.2009] - AVROPAYA DAHA BİR ADDIM?

[14.05.2009] - NAĞIL BİTDİ...

[12.05.2009] - ƏLLƏRİMDƏ ÇİÇƏKLƏR...

[07.05.2009] - PEŞƏKARLIQ MÜHAZİRƏSİ

[04.05.2009] - QATİL DƏ TELEVİZOR İZLƏYİR...

[27.04.2009] - GEDƏK BİZ OLMAYAN YERƏ...

[23.04.2009] - NİZAMİNİN ADAŞI

[20.04.2009] - JURNALİSTDİ, QOYMA GƏLDİ!

[16.04.2009] - ONUN ŞƏFQƏTLİ ƏLLƏRİ...

[13.04.2009] - VOLAND BARMAĞI...

[06.04.2009] - TV NAZİRİNİ DANLAYANDA...

[02.04.2009] - ZARAFATSIZ...

[30.03.2009] - YARIMÇIQ YUXU...

[26.03.2009] - FATI, OTUR, FATI, DUR...

[16.03.2009] - METRODA BOMBA RABATAY...

[12.03.2009] - ƏSAS ODU Kİ...

[05.03.2009] - OBAMANIN BİR GÜNÜ...

[02.03.2009] - YARIM QAZAN MAKARON...

[27.02.2009] - BUZ KİMİ 8 MART HƏDİYYƏSİ

[23.02.2009] - AYNƏN ÖYLƏ...

[18.02.2009] - NAĞILÇI MƏNTİQİ

[16.02.2009] - 11 STANSİYALIQ XİLAS YOLU

[09.02.2009] - ATALARA MƏZUNİYYƏT, ANALARA İSTİRAHƏT!

[05.02.2009] - AZƏRBAYCAN - ƏN BÖYÜK QƏZZA...

[03.02.2009] - YARIYA QƏDƏR DOLU STƏKANA YENİ BAXIŞ...

[26.01.2009] - TƏR-Bİ-YƏ-Çİ!

[23.01.2009] - İMİC HEÇ NƏDİR, SUSUZLUQ HƏR ŞEY?

[19.01.2009] - KLİPLƏRDƏN KOROĞLU NƏRİLTİSİ EŞİDİLƏCƏK

[16.01.2009] - GÜNAH HƏMİŞƏ DÖYÜLƏNDƏDİR?

[12.01.2009] - O ƏJDAHADAN BİZDƏ OLMAYACAQ

[08.01.2009] - İKİ AKİFİN İKİ YÜZ FƏRQİ...

[06.01.2009] - 6 YANVAR ÇATANDA...

[29.12.2008] - ÖKÜZ APTEKƏ BAXAN KİMİ...

[25.12.2008] - MƏNƏ BAXMA, ADIMI ÇƏKMƏ, BARƏMDƏ DÜŞÜNMƏ...

[22.12.2008] - KAMERAYA ƏL YELLƏYİN...

[19.12.2008] - SAXLA, DÜŞƏN VAR

[16.12.2008] - 40 “RAZMER” AYAQQABI

[11.12.2008] - BİR AXŞAM ƏLƏT ÇÖLÜNDƏ...

[08.12.2008] - FONDA ŞƏN MUSİQİ...

[04.12.2008] - DÜNYANIN QORXDUĞU CAVAN - NUŞİRƏVAN

[01.12.2008] - NƏ SƏS-KÜYDÜR BU GÜN SİZDƏ, GÜLBADAM?

[30.11.2008] - AVTOBUS YAVAŞ-YAVAŞ YANANDA...

[27.11.2008] - JURNALİSTİN İTİNİ DƏ DİŞLƏYİRLƏR

[24.11.2008] - “LAZIM” QAPINI DÖYÜR...

[20.11.2008] - EL ÜÇÜN AĞLAYANDA...

[17.11.2008] - SƏN DƏ BİZİM MƏHƏLLƏDƏNSƏN...

[14.11.2008] - YENƏ HƏMİN ANAR MÜƏLLİM BARƏDƏ...

[13.11.2008] - “SƏNDƏN YAMAN NİGARANAM”

[10.11.2008] - QEYRİ-ELİT SÖHBƏT...

[03.11.2008] - DANIŞIR BAYQUŞLAR...

[02.11.2008] - MİRZƏ SAKİTİ EVİNƏ KÖÇÜRÜN...

ƏVVƏLKİ YAZILARI

Yeni MÜSAVAT © 2008