30 iyul 2010
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Sevinc TELMANQIZI Yazara məktub göndər

QANIMIZI İÇƏNLƏR

Yəqin, tez-tez siz də bu sualı özünüzə verirsiniz: bu ölkədə düzgün işləyən nəsə, kimsə varmı? Doğrudanmı hamı bir-birini aldadıb “Məhəllə” filminin qəhrəmanları kimi, “bu gün kimə atım qabağa düşüm” psixologiyası ilə yaşayır? Dükan-bazarçısı belə, məmuru belə, həkimi də onların hamısından beşbetər... Elə gün olmur ki, sonuncularla bağlı mətbuat yeni bir “ÇP”, əcaib bir xəbər yazmasın. Canını sözün bütün mənalarında onlara etibar et, qarşılaşdığın mənzərəyə bax.

Sağ olsun “Yeni Müsavat”ın gənc reportyorları. Əməkdaşlarımız bu dəfə də bir neçə laboratoriyaya baş vurub, analizlərini təqdim ediblər və hər birindən fərqli-fərqli cavablar alıblar. Bu, “Qayğanaq”, “Çəkirəm haaa” verilişlərinin zarafatları deyil ha. İnsanlar rəsmən öz canlarının hayında olduqları vaxt baş vururlar laboratoriyalara və şirin-şirin aldadılırlar. Dünən “Alma” qəzetində oxuyuram ki, şəhərin ayrı-ayrı yerlərində qoyulan tərəzilərin də hərəsi bir cür işləyir. Birində 54 kilo olan insanın bir metr sonra “dəhşət arıqladığı” və 50 kiloya düşdüyü məlum olur. Hər yerdə aldadılmağa bir növ adətkərdə olmuş məmləkət insanı neyləsin, kimin yaxasından yapışsın? Yaxa yapışma söhbətinə az sonra qayıdacam, hələliksə...
Sirr deyil ki, ölkədə tibb sahəsi gerilədikcə həkim-aptek, həkim-dərman firmaları, həkim-laboratoriya əməkdaşlığı ağlasığmaz sürətlə inkişaf edir. Bu dəqiqə 5 illik peşə təcrübəsi olmayan, dayı-əmi gücünə diplom alan həkimlərin belə “öz” apteki, dərman firması, laboratoriyası var. Tam şəbəkə marketinqi. “Mütləq mən göndərən yerə get” deyən həkimin sözündən çıxmağa kimin cürəti var? Həkim öl desə, yalan olmasın, öləsiyik. Baxmayaraq ki, bunun fəsadını da canımızla-başımızla elə özümüz çəkirik. Deməli, həkim səni səriştəsiz laboratoriyaya göndərir, ortaya yanlış analiz nəticələrin çıxır, sonra bu nəticə əsasında sənə yanlış müalicə yazırlar, ardınca elə “dütdülü” aptekə keyfiyyətsiz dərman dalınca göndərirlər. Nəticə? Hamısını canın bahasına ödəyirsən...
Özü də analiz deyib yan keçməyin ha. Allah heç birinizin yolunu özəl (lap elə dövlət) laboratoriyalarına salmasın, amma həkimin göndərişi ilə üç-dörd analizdən keçmək minimum 70-80 manat edir. Nəyə əsasən müəyyənləşir bu preyskurantlar? Bu məbləğə laboratoriya işçisinin kosmetika xərcləri, laboratoriya müdirinin axşam toya yazdıracağı nəmər də daxildirmi, bunları kimsə bilmir. Bildiyimiz o ki, bütün laboratoriyalar o məchul “yüksək səviyyəli” aparaturası ilə öyünüb camaatın başında qoz sındırır. Sonra da məlum olur ki, hərənin aparaturası qanımızı başqa cür içir.
Bir müddət öncə “El içində” verilişi də maraqlı proje gerçəkləşdirib sidik analizi adı ilə laboratoriyalara başqa maddə təqdim etmişdi. O “yüksək aparaturalı” laboratoriyaların cəmi ikisi bunun sidik olmadığı barədə rəy yazmış, qalanları isə sənədli-möhürlü nəticələr ortaya qoymuşdu. İndi soruşuram: o laboratoriyalar cağbacağ işləyirmi? Həkimlərin göndərişi ilə insanlar yenə quzu kimi oralara axışırmı? Yaxşı, alan razı, satan razıdırsa, bu tamaşada bizim rolumuz nə? “Bəyin oğurlanması”nda deyildiyi kimi, bir igid tapılmır ki, o elçi daşını götürüb İsrafilin başına çırpsın? Şəxsən mən bu günə qədər həkim səhvinə, laboratoriya fırıldağına, dərman firmasının dələduzluğuna görə məhkəmədə çarpışan Azərbaycan vətəndaşı görməmişəm. Olubsa da o qədər səs-küysüz olub ki, biz xəbər tutmamışıq. Yəni bu qədərmi çətindir? Əmlakına, əlindən alınmış dükanına, qonşu ilə təpikləşməyə görə məhkəmə-məhkəmə dolaşan adamlar həkim qarşısında doğrudanmı acizdir? Necə yəni, həkimlə həkimlik etmək olmaz? Bal kimi də olar. XIX əsr deyil ki, eşşək südü ilə bal qarışığının effektinə inanaq? Xarici ekspertlər, xarici laboratoriya, bu ölkədən, onun səhiyyə sisteminə dəxli olmayan min cür obyektiv qurum var. Maraqlanıb, araşdırıb, onların rəyi ilə paralel aparırsan və əlində faktın olur. Şəxsən mən hər dəfə özümlə, uşağımla bağlı hansısa sağlıq problemi yarananda həkimdən sonra internetə baş vurur, yüzlərlə tibb saytı, portalından, forumundan dərdimə çarə axtarıram. Yerli həkimin dediyi ilə yazılanlar üst-üstə düşdü, nə əla. Düşmədisə - öyrəndiklərimi fakt kimi həkimin qabağına qoyub onu divara dırmaşdırıram. Daha məsuliyyətli olsun, məni aldatdığını düşünməsin, ən nəhayət, bu cahil ömründə o da nəsə öyrənsin deyə...
Çox sərt görünə bilər yazdıqlarım, amma inanın ki, söhbət insan həyatından gedəndə tolerantlığa, amerikansayağı gülüşə yer qalmır. Qanımızı onsuz da hər yerdə içirlər. Deyəsən, indi də ona laboratoriyaların tamahı düşüb. Qanınızı içməyə qoymayın. O, sizə hələ çox gərək olacaq.

525 dəfə baxılıb

[29.07.2010] - CAZİBƏMİZ DƏ VAR

[28.07.2010] - EVLƏRİ KÖNDƏLƏN YAR

[22.07.2010] - BU DA BELƏ BİR GÜN

[19.07.2010] - EHTİYATLI OLUN - MÜKAFAT ALA BİLƏRSİZ!

[18.07.2010] - CƏMİYYƏT BELƏ İSTƏYİR...

[15.07.2010] - KOD ADI TƏLƏBƏ...

[12.07.2010] - BİR LİMAN, BİR DƏNİZ...

[11.07.2010] - ÇƏKİRƏM HAAA...

[05.07.2010] - OVUC İÇİ QƏDƏR...

[04.07.2010] - ODDA YANAN, SUDA BATAN...

[01.07.2010] - MƏRDİMAZAR AZ İDİ...

[28.06.2010] - MƏNFİ YÜKLÜ DƏNİZ...

[25.06.2010] - ARI KİMİ...

[21.06.2010] - 8 TƏLƏBƏYƏ 9 NÖV PLOV

[20.06.2010] - HÖKMDARIN HÜZURUNDA...

[19.06.2010] - YAYI YOLA SALAQ?

[14.06.2010] - OPERATİV DƏDƏ QORQUD

[13.06.2010] - YADPLANETLİ DEMƏ...

[10.06.2010] - KİM DAHA ŞANSLI?

[07.06.2010] - 80-dən SONRA GƏLƏN XOŞBƏXTLİK

[06.06.2010] - 10 MİLYON AVRO...CUQ

[03.06.2010] - CANIMIZ YANMASIN...

[31.05.2010] - ÖTƏN GÜNƏ GÜN... ÇATAR, ÇATAR...

[30.05.2010] - BƏNÖVŞƏ, BƏNDƏ DÜŞƏ...

[26.05.2010] - ARAZ AŞIĞIMDAN, KÜR TOPUĞUMDAN

[23.05.2010] - GÖRMƏMİŞİN KƏŞFİ OLDU...

[20.05.2010] - MANYAKA HAQSIZLIQ ETMƏYƏK

[17.05.2010] - HAMIYA ÇİRKİN OLSAM DA...

[16.05.2010] - GƏZMƏYƏ.... HARA YAXŞI?

[13.05.2010] - ÇÖRƏYİ VER ÇÖRƏKÇİYƏ...

[10.05.2010] - O Kİ BELƏ OLDU?

[07.05.2010] - BELƏ “BİZ” OLMAQDANSA...

[03.05.2010] - BAĞ BELƏ, BOSTAN BELƏ

[02.05.2010] - ÖLMÜŞDÜ HİPPOKRAT...

[18.12.2009] - “BOMBA” MƏMUR

[14.12.2009] - ŞAİR SÖZÜ, ƏLBƏTTƏ, YALANDIR

[13.12.2009] - QƏHRƏMAN OLMAQ ÜÇÜN LAYİHƏ

[11.12.2009] - NOVRUZƏLİNİN “E-MƏKTUB”u

[07.12.2009] - YOL VERİN, QUDAM GƏLİR

[05.12.2009] - KÖTƏYİ CƏNNƏTƏ GERİ YOLLADIQ

[02.12.2009] - BAYRAM BİTDİ, YAŞAMAĞA DAVAM!

[25.11.2009] - QIZ QIZILA DÖNÜB...

[23.11.2009] - AY CAN, AY CAN, QİYAMƏTDİ!

[22.11.2009] - HEPİMİZ DOMUZ QRİPİYİZ!

[20.11.2009] - CIRTDANIN NƏNƏSİ VƏ BİZİM YAĞ YAXMAMIZ

[16.11.2009] - DESƏM, ÖLDÜRƏRLƏR...

[15.11.2009] - HAMI YANLIŞ ANLAYIR

[13.11.2009] - KİMDƏ ARTIQ MASKA VAR?

[10.11.2009] - “QAYNAR XƏTT”in SOYUQ DUŞ EFFEKTİ

[08.11.2009] - HƏR ŞEYDƏ BİR AZ “YENİ MÜSAVAT”...

[05.11.2009] - DONUZLA SOVRULANLAR...

[01.11.2009] - EVDƏKİ, BİZİMKİ VƏ YA KÜLFƏT SÖHBƏTİ...

[31.10.2009] - QOCALMAYAN KÖŞƏ YAZARLARI...

[26.10.2009] - BİR İRƏLİ, BİR GERİ-YERİMİZDƏ SAYIRIQ

[25.10.2009] - SUXARI FALI

[22.10.2009] - UŞAQLAR VAR, ŞƏRAİT YOX?

[19.10.2009] - MÖVZU BOL OLARSA...

[18.10.2009] - BƏS QONAQPƏRVƏR İDİK, NƏ OLDU?

[15.10.2009] - İŞLƏR YAĞ KİMİ GETMƏYƏNDƏ...

[12.10.2009] - ƏZİZİM ƏZİZ...

[11.10.2009] - MANIS - CÜMLƏ XƏYANƏTLƏRƏ BAİS?

[08.10.2009] - DAHA MƏNİ GÖZLƏMƏ...

[05.10.2009] - İCTİMAİ İŞDƏN BOZBAŞA...

[28.09.2009] - G20 TOPLANTISININ “OTELLO”ları

[27.09.2009] - DANIŞMIRAM, ƏL ÇƏKİN!

[24.09.2009] - YAĞMA YAĞIŞ, YAĞMA YAĞIŞ...

[20.09.2009] - YETİM ƏLİNDƏ QOĞAL?

[19.09.2009] - BİZİM CEMİ KİM TAPACAQ?

[15.09.2009] - QIZIMA...

[13.09.2009] - HEY, TAKSİ!

[07.09.2009] - 17 İDİ, 18 OLDU...

[06.09.2009] - ÜZRÜ QƏBAHƏTİNDƏN BETƏR

[31.08.2009] - OKSFORDA, YOXSA BAKI MƏKTƏBİNƏ?

[30.08.2009] - OĞRU DA SUÇLU DEYİLSƏ...

[27.08.2009] - 2179 AZƏRBAYCANLIYA 1 KİTAB!

[24.08.2009] - ÖLƏCƏKSƏN, VƏSSALAM!

[21.08.2009] - YIXILIN O BİRİ TƏRƏFƏ

[17.08.2009] - MEYMUNU UNUT!

[13.08.2009] - KASIBIN SEVİMLİ EŞŞƏYİ

[10.08.2009] - ŞEYX NƏSRULLAH GƏLƏNƏDƏK...

[06.08.2009] - ALİ MƏKTƏB DÜKANLARI

[02.08.2009] - NƏRDƏ O ƏSKİ GÜNLƏR?

[01.08.2009] - ÜNVANIMIZA DEYİLƏN “DÜÜÜT”lü SÖYÜŞLƏR

[26.07.2009] - AÇARSIZ AÇIQLAMALAR...

[23.07.2009] - “MEDİA AÇARI” İLƏ BAĞLANAN QAPILAR

[20.07.2009] - HADİSƏ DANIŞANDA

[19.07.2009] - İLDƏ BİR DƏFƏ...

[16.07.2009] - ŞƏN OĞLANLAR

[13.07.2009] - JURNALİSTLƏRİN QUL BAZARI

[06.07.2009] - İMTAHAN BAYRAMI

[03.07.2009] - GECƏ 12-dən SONRA...

[29.06.2009] - SAĞLIĞINDA KOR FATMA...

[28.06.2009] - BU NÖMRƏYƏ ZƏNG ÇATMIR...

[22.06.2009] - BAYRAMSIZ QALAN BABALAR, VAY!

[15.06.2009] - QURDLU GİLAS PROJESİ

[11.06.2009] - KARTOFU JURNALİSTƏ BÜKƏNDƏ...

[08.06.2009] - VƏTƏN MƏNƏ OĞUL DEYİB(?!)

[04.06.2009] - QADIN ŞAPALAĞI

[01.06.2009] - ÜRƏYİ YANAN, GƏL BƏRİ!

[28.05.2009] - MONİTORİNQ HƏVƏSKARLARINA “FƏHLƏ” TÖVSİYYƏSİ

[25.05.2009] - XORUZUN QUYRUĞU...

[21.05.2009] - QIZIL SAAT VƏ “SON ZƏNG” ŞOUSU...

[18.05.2009] - AVROPAYA DAHA BİR ADDIM?

[14.05.2009] - NAĞIL BİTDİ...

[12.05.2009] - ƏLLƏRİMDƏ ÇİÇƏKLƏR...

[07.05.2009] - PEŞƏKARLIQ MÜHAZİRƏSİ

[04.05.2009] - QATİL DƏ TELEVİZOR İZLƏYİR...

[27.04.2009] - GEDƏK BİZ OLMAYAN YERƏ...

[23.04.2009] - NİZAMİNİN ADAŞI

[20.04.2009] - JURNALİSTDİ, QOYMA GƏLDİ!

[16.04.2009] - ONUN ŞƏFQƏTLİ ƏLLƏRİ...

[13.04.2009] - VOLAND BARMAĞI...

[06.04.2009] - TV NAZİRİNİ DANLAYANDA...

[02.04.2009] - ZARAFATSIZ...

[30.03.2009] - YARIMÇIQ YUXU...

[26.03.2009] - FATI, OTUR, FATI, DUR...

[16.03.2009] - METRODA BOMBA RABATAY...

[12.03.2009] - ƏSAS ODU Kİ...

[05.03.2009] - OBAMANIN BİR GÜNÜ...

[02.03.2009] - YARIM QAZAN MAKARON...

[27.02.2009] - BUZ KİMİ 8 MART HƏDİYYƏSİ

[23.02.2009] - AYNƏN ÖYLƏ...

[18.02.2009] - NAĞILÇI MƏNTİQİ

[16.02.2009] - 11 STANSİYALIQ XİLAS YOLU

[09.02.2009] - ATALARA MƏZUNİYYƏT, ANALARA İSTİRAHƏT!

[05.02.2009] - AZƏRBAYCAN - ƏN BÖYÜK QƏZZA...

[03.02.2009] - YARIYA QƏDƏR DOLU STƏKANA YENİ BAXIŞ...

[26.01.2009] - TƏR-Bİ-YƏ-Çİ!

[23.01.2009] - İMİC HEÇ NƏDİR, SUSUZLUQ HƏR ŞEY?

[19.01.2009] - KLİPLƏRDƏN KOROĞLU NƏRİLTİSİ EŞİDİLƏCƏK

[16.01.2009] - GÜNAH HƏMİŞƏ DÖYÜLƏNDƏDİR?

[12.01.2009] - O ƏJDAHADAN BİZDƏ OLMAYACAQ

[08.01.2009] - İKİ AKİFİN İKİ YÜZ FƏRQİ...

[06.01.2009] - 6 YANVAR ÇATANDA...

[29.12.2008] - ÖKÜZ APTEKƏ BAXAN KİMİ...

[25.12.2008] - MƏNƏ BAXMA, ADIMI ÇƏKMƏ, BARƏMDƏ DÜŞÜNMƏ...

[22.12.2008] - KAMERAYA ƏL YELLƏYİN...

[19.12.2008] - SAXLA, DÜŞƏN VAR

[16.12.2008] - 40 “RAZMER” AYAQQABI

[11.12.2008] - BİR AXŞAM ƏLƏT ÇÖLÜNDƏ...

[08.12.2008] - FONDA ŞƏN MUSİQİ...

[04.12.2008] - DÜNYANIN QORXDUĞU CAVAN - NUŞİRƏVAN

[01.12.2008] - NƏ SƏS-KÜYDÜR BU GÜN SİZDƏ, GÜLBADAM?

[30.11.2008] - AVTOBUS YAVAŞ-YAVAŞ YANANDA...

[27.11.2008] - JURNALİSTİN İTİNİ DƏ DİŞLƏYİRLƏR

[24.11.2008] - “LAZIM” QAPINI DÖYÜR...

[20.11.2008] - EL ÜÇÜN AĞLAYANDA...

[17.11.2008] - SƏN DƏ BİZİM MƏHƏLLƏDƏNSƏN...

[14.11.2008] - YENƏ HƏMİN ANAR MÜƏLLİM BARƏDƏ...

[13.11.2008] - “SƏNDƏN YAMAN NİGARANAM”

[10.11.2008] - QEYRİ-ELİT SÖHBƏT...

[03.11.2008] - DANIŞIR BAYQUŞLAR...

[02.11.2008] - MİRZƏ SAKİTİ EVİNƏ KÖÇÜRÜN...

ƏVVƏLKİ YAZILARI

Yeni MÜSAVAT © 2008