14 mart 2010
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Sevinc TELMANQIZI Yazara məktub göndər

“QAYNAR XƏTT”in SOYUQ DUŞ EFFEKTİ

Başımıza nə gəlirsə, bu yersiz utancaqlığımızdan, uzaqgörənliyimizdən gəlir. “Amma anam bilməsin...” psixologiyasıdır canımıza-qanımıza hopan. Necə hopubsa, qurtula bilmirik ondan. Sürücülərin jarqonu ilə desəm, “kruq”u çox yekə götürdüyümün fərqindəyəm. İcazənizlə niyə belə təsirləndiyimi yazım, işin nə yerdə olduğundan siz də hali olun.

Deməli, o gün qəzetimizdəki bir məqalədə yazılıb ki, məktəbdə uşağından rüşvət istənildiyi üçün Təhsil Nazirliyinin “Qaynar xətt”inə müraciət edən valideynin başı “ağrıyıb”. Valideyn həmin xəttə rüşvət olayı barədə məlumat verib, özünü təqdim edib, sonra da telefonunu və sair verib ki, yalançı məlumat olduğunu düşünməsinlər. Sonuc? Bir gün sonra məktəbin direktoru valideynə zəng vurub, azərbaycanlıların sevdiyi ifadə ilə desək, bu işverənliyinin hesabını sorub. Valideyn gözünə döndüyüm də yaranmış bu dialoq fürsətindən istifadə edib direktora ürəyindəkiləri demək əvəzinə “Qaynar xətt”ə müraciət etdiyini boynundan atıb. İndi də qəzetə gileylənir ki, bəs belə dərd olar, nazirlik niyə anonimliyi saxlamır. Mənim uşağımı məktəbdə incidirlər, uşaq pisikir, ay bağ belə, bostan belə...
Sən dərdə-azara, qayğıya bax, əziz oxucu. Adam inciyibmiş. Özü də kimdən-kimdən - Təhsil Nazirliyindən. Halbuki bu məqamda özündən inciməli idi. Adama deyərlər, birincisi, sən buranın Azərbaycan olduğunu bilmirsənmi? Bilirsənsə, nə azarın qalıb “Qaynar xətt”də? Bizimki kimi məmləkətlərdə hər kəs öz işini özü həll etməlidir. Qaynar-ilıq xəttə-filan bel bağlamadan həm də. Ölkənin Təhsil Nazirliyindən əlimiz yağa-bala batıb ki, onun xəttinə də ümidli olaq? Uşağından məktəbdə rüşvət istəyiblər, bacı (qardaş)? Bir saniyə də itirmədən gedirsən həmin məktəbə, girirsən direktorun qəbuluna, o sənin üzün, o direktorunku, bu da qanunlar. Qoçaqdır sənə o rüşvətin hansı dəftər-kitabda yazıldığını sübut etsin. Edə bilməyəcək təbii ki. Direktor udquna-udquna qalanda sən artıq bu dueli 1:0 hesabla qapatmış olacaqsan. Məktəb rəhbərliyinin qabağında gözün kölgəli deyil ki? Yox. Avtobus sürücüsü pulunun qalığını səhv qaytaranda, üst qatdakı qonşunun evindən başına su yağanda necə səsini başına atırsansa, bu məqamda da eləcə davranmalısan. Nə artıq, nə əskik.
Heç kəs “uzaqdan döyüş asan gəlir” haqq-hesabına girməsin. Şəxsən özümün başıma gəlib, görmüşəm. Məndən səbəbsiz yerə külli miqdarda pul istəyən bir məktəb direktoru ilə düz bir saat çənə-boğaza girmişəm. Bir saz onun əlində, biri mənim, deyiş ki, deyişəsən. O bir saatın sonunda adam katibəsindən bir stəkan soyuq su istəyib içəndən sonra “ömrümdən ömür getdi” deyə söhbəti qapadıb. Mən sağ, o salamat. İndi də üz-üzə gələndə qanlı-qanlı nəzərlərini dikir, mən də gülümsünüb keçirəm. Həə, nə olsun? Guya mən həmin vaxt bu məmləkətdə adını qaynar qoyduqları bir xəttin olduğunu bilmirdim? Bilirdim. Amma bununla paralel onun da fərqindəyəm ki, heç kəs məndən rüşvət ala bilməz. Necə ki, mən heç kəsdən rüşvət almıram. Bunu bildiyin andan sən qalibsən.
O ki qaldı ay uşağı incidəcəklər palavrasına, mən bunun da zəifliyə geydirilən ucuz don olduğunu düşünürəm. İncidəcəklər, yenə də aslanlar kimi kəsdirəcəksən məktəbin qapısını. Ta ki, bu savaşı qazanana qədər. Övladın savadlısa, qorxacaq heç nəyin yoxdur demək ki.
Digər tərəfdən, onun saxtakar bir mehribanlıq və sevgi ilə əhatə olunmasını istəyirsənsə, o da başqa. Rüşvətini ver, qoy müəllimə onu görəndə “canım-gözüm” deyib başını sığallasın. Amma unutma ki, onda uşağın da elə o bəyənmədiyin saxtakar müəllim-direktor tayfasının tayı olacaq. O da böyüyəndə insanların üzünə yox, cibinə baxacaq, onlara puluna görə hörmət edəcək və s. Bilirəm, bəlkə də çoxunuz “uşaqlar soyuq münasibətdən tez sınırlar, onun xətrinə bu rüşvət də başımın-gözümün sədəqəsi olsun” deyirsiniz. Amma yenə də təkrar edirəm ki, hər şey bizim əlimizdə. Biz evdə uşaqlarımızla normal söhbət edib ona nəyin pis, nəyin yaxşı olduğunu başa salsaq, o da belə münasibətdən sarsılmaz.
Və sonda. “Qaynar xətt”in məktəb direktoruna işləməsi faktına gəlincə, lütfən, heç kəs uşaq sadəlövhlüyü göstərməsin. Bu xətt də, bu məktəblər də, bu müəllimlər də şanlı nazirliyə tabedir, sizə yox. Siz öz balanızı qoruduğunuz kimi onlar da öz “balalarının” boğazından kəsmək istəmir. Bala şirin şeydir, unutmayın...

286 dəfə baxılıb

[18.12.2009] - “BOMBA” MƏMUR

[14.12.2009] - ŞAİR SÖZÜ, ƏLBƏTTƏ, YALANDIR

[13.12.2009] - QƏHRƏMAN OLMAQ ÜÇÜN LAYİHƏ

[11.12.2009] - NOVRUZƏLİNİN “E-MƏKTUB”u

[07.12.2009] - YOL VERİN, QUDAM GƏLİR

[05.12.2009] - KÖTƏYİ CƏNNƏTƏ GERİ YOLLADIQ

[02.12.2009] - BAYRAM BİTDİ, YAŞAMAĞA DAVAM!

[25.11.2009] - QIZ QIZILA DÖNÜB...

[23.11.2009] - AY CAN, AY CAN, QİYAMƏTDİ!

[22.11.2009] - HEPİMİZ DOMUZ QRİPİYİZ!

[20.11.2009] - CIRTDANIN NƏNƏSİ VƏ BİZİM YAĞ YAXMAMIZ

[16.11.2009] - DESƏM, ÖLDÜRƏRLƏR...

[15.11.2009] - HAMI YANLIŞ ANLAYIR

[13.11.2009] - KİMDƏ ARTIQ MASKA VAR?

[08.11.2009] - HƏR ŞEYDƏ BİR AZ “YENİ MÜSAVAT”...

[05.11.2009] - DONUZLA SOVRULANLAR...

[02.11.2009] - QANIMIZI İÇƏNLƏR

[01.11.2009] - EVDƏKİ, BİZİMKİ VƏ YA KÜLFƏT SÖHBƏTİ...

[31.10.2009] - QOCALMAYAN KÖŞƏ YAZARLARI...

[26.10.2009] - BİR İRƏLİ, BİR GERİ-YERİMİZDƏ SAYIRIQ

[25.10.2009] - SUXARI FALI

[22.10.2009] - UŞAQLAR VAR, ŞƏRAİT YOX?

[19.10.2009] - MÖVZU BOL OLARSA...

[18.10.2009] - BƏS QONAQPƏRVƏR İDİK, NƏ OLDU?

[15.10.2009] - İŞLƏR YAĞ KİMİ GETMƏYƏNDƏ...

[12.10.2009] - ƏZİZİM ƏZİZ...

[11.10.2009] - MANIS - CÜMLƏ XƏYANƏTLƏRƏ BAİS?

[08.10.2009] - DAHA MƏNİ GÖZLƏMƏ...

[05.10.2009] - İCTİMAİ İŞDƏN BOZBAŞA...

[28.09.2009] - G20 TOPLANTISININ “OTELLO”ları

[27.09.2009] - DANIŞMIRAM, ƏL ÇƏKİN!

[24.09.2009] - YAĞMA YAĞIŞ, YAĞMA YAĞIŞ...

[20.09.2009] - YETİM ƏLİNDƏ QOĞAL?

[19.09.2009] - BİZİM CEMİ KİM TAPACAQ?

[15.09.2009] - QIZIMA...

[13.09.2009] - HEY, TAKSİ!

[07.09.2009] - 17 İDİ, 18 OLDU...

[06.09.2009] - ÜZRÜ QƏBAHƏTİNDƏN BETƏR

[31.08.2009] - OKSFORDA, YOXSA BAKI MƏKTƏBİNƏ?

[30.08.2009] - OĞRU DA SUÇLU DEYİLSƏ...

[27.08.2009] - 2179 AZƏRBAYCANLIYA 1 KİTAB!

[24.08.2009] - ÖLƏCƏKSƏN, VƏSSALAM!

[21.08.2009] - YIXILIN O BİRİ TƏRƏFƏ

[17.08.2009] - MEYMUNU UNUT!

[13.08.2009] - KASIBIN SEVİMLİ EŞŞƏYİ

[10.08.2009] - ŞEYX NƏSRULLAH GƏLƏNƏDƏK...

[06.08.2009] - ALİ MƏKTƏB DÜKANLARI

[02.08.2009] - NƏRDƏ O ƏSKİ GÜNLƏR?

[01.08.2009] - ÜNVANIMIZA DEYİLƏN “DÜÜÜT”lü SÖYÜŞLƏR

[26.07.2009] - AÇARSIZ AÇIQLAMALAR...

[23.07.2009] - “MEDİA AÇARI” İLƏ BAĞLANAN QAPILAR

[20.07.2009] - HADİSƏ DANIŞANDA

[19.07.2009] - İLDƏ BİR DƏFƏ...

[16.07.2009] - ŞƏN OĞLANLAR

[13.07.2009] - JURNALİSTLƏRİN QUL BAZARI

[06.07.2009] - İMTAHAN BAYRAMI

[03.07.2009] - GECƏ 12-dən SONRA...

[29.06.2009] - SAĞLIĞINDA KOR FATMA...

[28.06.2009] - BU NÖMRƏYƏ ZƏNG ÇATMIR...

[22.06.2009] - BAYRAMSIZ QALAN BABALAR, VAY!

[15.06.2009] - QURDLU GİLAS PROJESİ

[11.06.2009] - KARTOFU JURNALİSTƏ BÜKƏNDƏ...

[08.06.2009] - VƏTƏN MƏNƏ OĞUL DEYİB(?!)

[04.06.2009] - QADIN ŞAPALAĞI

[01.06.2009] - ÜRƏYİ YANAN, GƏL BƏRİ!

[28.05.2009] - MONİTORİNQ HƏVƏSKARLARINA “FƏHLƏ” TÖVSİYYƏSİ

[25.05.2009] - XORUZUN QUYRUĞU...

[21.05.2009] - QIZIL SAAT VƏ “SON ZƏNG” ŞOUSU...

[18.05.2009] - AVROPAYA DAHA BİR ADDIM?

[14.05.2009] - NAĞIL BİTDİ...

[12.05.2009] - ƏLLƏRİMDƏ ÇİÇƏKLƏR...

[07.05.2009] - PEŞƏKARLIQ MÜHAZİRƏSİ

[04.05.2009] - QATİL DƏ TELEVİZOR İZLƏYİR...

[27.04.2009] - GEDƏK BİZ OLMAYAN YERƏ...

[23.04.2009] - NİZAMİNİN ADAŞI

[20.04.2009] - JURNALİSTDİ, QOYMA GƏLDİ!

[16.04.2009] - ONUN ŞƏFQƏTLİ ƏLLƏRİ...

[13.04.2009] - VOLAND BARMAĞI...

[06.04.2009] - TV NAZİRİNİ DANLAYANDA...

[02.04.2009] - ZARAFATSIZ...

[30.03.2009] - YARIMÇIQ YUXU...

[26.03.2009] - FATI, OTUR, FATI, DUR...

[16.03.2009] - METRODA BOMBA RABATAY...

[12.03.2009] - ƏSAS ODU Kİ...

[05.03.2009] - OBAMANIN BİR GÜNÜ...

[02.03.2009] - YARIM QAZAN MAKARON...

[27.02.2009] - BUZ KİMİ 8 MART HƏDİYYƏSİ

[23.02.2009] - AYNƏN ÖYLƏ...

[18.02.2009] - NAĞILÇI MƏNTİQİ

[16.02.2009] - 11 STANSİYALIQ XİLAS YOLU

[09.02.2009] - ATALARA MƏZUNİYYƏT, ANALARA İSTİRAHƏT!

[05.02.2009] - AZƏRBAYCAN - ƏN BÖYÜK QƏZZA...

[03.02.2009] - YARIYA QƏDƏR DOLU STƏKANA YENİ BAXIŞ...

[26.01.2009] - TƏR-Bİ-YƏ-Çİ!

[23.01.2009] - İMİC HEÇ NƏDİR, SUSUZLUQ HƏR ŞEY?

[19.01.2009] - KLİPLƏRDƏN KOROĞLU NƏRİLTİSİ EŞİDİLƏCƏK

[16.01.2009] - GÜNAH HƏMİŞƏ DÖYÜLƏNDƏDİR?

[12.01.2009] - O ƏJDAHADAN BİZDƏ OLMAYACAQ

[08.01.2009] - İKİ AKİFİN İKİ YÜZ FƏRQİ...

[06.01.2009] - 6 YANVAR ÇATANDA...

[29.12.2008] - ÖKÜZ APTEKƏ BAXAN KİMİ...

[25.12.2008] - MƏNƏ BAXMA, ADIMI ÇƏKMƏ, BARƏMDƏ DÜŞÜNMƏ...

[22.12.2008] - KAMERAYA ƏL YELLƏYİN...

[19.12.2008] - SAXLA, DÜŞƏN VAR

[16.12.2008] - 40 “RAZMER” AYAQQABI

[11.12.2008] - BİR AXŞAM ƏLƏT ÇÖLÜNDƏ...

[08.12.2008] - FONDA ŞƏN MUSİQİ...

[04.12.2008] - DÜNYANIN QORXDUĞU CAVAN - NUŞİRƏVAN

[01.12.2008] - NƏ SƏS-KÜYDÜR BU GÜN SİZDƏ, GÜLBADAM?

[30.11.2008] - AVTOBUS YAVAŞ-YAVAŞ YANANDA...

[27.11.2008] - JURNALİSTİN İTİNİ DƏ DİŞLƏYİRLƏR

[24.11.2008] - “LAZIM” QAPINI DÖYÜR...

[20.11.2008] - EL ÜÇÜN AĞLAYANDA...

[17.11.2008] - SƏN DƏ BİZİM MƏHƏLLƏDƏNSƏN...

[14.11.2008] - YENƏ HƏMİN ANAR MÜƏLLİM BARƏDƏ...

[13.11.2008] - “SƏNDƏN YAMAN NİGARANAM”

[10.11.2008] - QEYRİ-ELİT SÖHBƏT...

[03.11.2008] - DANIŞIR BAYQUŞLAR...

[02.11.2008] - MİRZƏ SAKİTİ EVİNƏ KÖÇÜRÜN...

ƏVVƏLKİ YAZILARI

Yeni MÜSAVAT © 2008