30 iyul 2010
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Sevinc TELMANQIZI Yazara məktub göndər

HAMI YANLIŞ ANLAYIR

Qəfil məni təqlid etdiyini sezdim. Öz otağında oturub, öz aləmində kimlərdənsə müsahibə alırdı. Telefon əvəzi qulağına bir qələm qabı dirəyərək “müsahib”lərini sual yağışına tutmuşdu. Və söhbətin sonunda məni düşünməyə vadar edən o cümlə gəlirdi: “Bir sözlə, deyirsiniz ki, yanlış anlaşılma olub, hə? Siz elə demək istəməmisiniz...”

Məni təqlid edən evdəki balaca od-alov, yəni 6 yaşlı qızım idi. Hər gün evdə müsahiblərimlə dialoqumu gizli-gizli izləyən, bəzən ona özündən və sözündən böyük reaksiyalar verən bu uşaq sonda özünə gizli müsahib də tapmışdı. Sadəcə, sonda elə cümlə işlətməsi marağıma səbəb oldu və niyəsini soruşdum. “Həmişə sən müsahibə götürdüyün adamlara elə deyirsən axı...” Ani düşündüm, çox uzağa getmədən son bir həftədə elə media səhifəsində hazırladığım yazıları yadıma salmağa çalışdım. Nələr olub bu cameyədə? Bir qəzet bağlanıb, bir qəzetin bir əməkdaşı səs-küylü ayrılıqdan sonra öz iş yerinə qayıdıb, Mətbuatın İnkişafına Dövlət Yardımı Fonduna yenə az vəsait ayrılıb, bir nazir bir redaktoru məhkəməyə verib... Elə burdaca dayandım, daha artıq nəsə sadalamağa ehtiyac yox idi. Balaca haqlıydı, sözügedən mövzularla bağlı hazırladığım yazıların demək olar ki, bütün qəhrəmanları yanlış anlaşılmadan şikayət etmişdilər, mən də yazmışdım. Məlum olmuşdu ki, yaranan bütün problemlərin kökündə tərəflərin bir-birini yanlış anlaması dayanıb.
Biz jurnalistlərin fəaliyyətində belə şeylər çox olur. Kimlərsə mikrafon-diktafon “duet”ini görəndə cuşa gəlir, Koroğlu kimi nərə çəkir, asır-kəsir, bütün bunlar qəzetdə çıxanda isə məlum olur ki, bu, qəzet üçün deyilmiş və ya bu adam çox da elə demək istəmirmiş. Necə deyərlər, yanlış anlaşılıb. Loru dillə desək, müsahib bütün həyatını bizə danışmalı, biz də iş-gücümüzü atıb, onu dinləməli olduğumuz halda, bu barədə heç nə yazmamalıymışıq. Və ya o, hirslənib nəsə deyə bilərmiş. Amma bizə nə düşüb? Jurnalist yanan ocağın üstünə yağ tökməkdənsə, Dədə Qorqudluq edib, tərəflərin münasibətlərini düzəltməliymiş. Bax belə-belə yazılmamış qanunları var bu yazı-pozu işinin.
Amma sözümün canı təkcə bu deyil. (Sadəcə fürsətdən istifadə edib, qeybət qırdım-S.T.) Bu ölkədə sözün böyük mənasında anlaşılmaq problemi var. Xəstə həkiminə, valideyn müəllimə, vətəndaş öz deputatına... dərdini anlada bilmir. Hərə bir dildə danışır çünki. Biz azərbaycanlıların sevdiyi ifadə ilə desək, heç kim heç kimin kitabını oxumur və avtomatik olaraq, dilini də bilmir. Kobud səslənsə də deyim ki, biri bicliyindən, o biri də gicliyindən belə problemlə üzləşir. Birinci az danışır ki, çox “quş” buraxar. Ona görə də qarışıq-quruşuq ifadələr seçir, nitqini bəzəyib-düzəyir, nə şişin, nə də kababın yanmaması üçün cəhd göstərir, nəticədə də ortaya bir şey çıxmır, yəni, anlaşılmır. Sonuncu isə cahilliyindən, savadsızlığından belə problemlə üzləşir.
Şəxsən mən bir neçə gün öncə iki qonşumun timsalında yanlış anlaşılmanın hansı bəlalara yol aça biləcəyini gördüm. Demək, qonşulardan biri digərinin bağındakı su nasosunu yoxlamaq istəyirdi. Bağ sahibinin həyat yoldaşı elə eyvandanca o qonşunun üstünə bağırdı ki, bağa niyə icazəsiz girib. Dava-qırğın başlananda nasos sahibi mədəni şəkildə dedi ki, ay bacı, mənim burda iki dəqiqəlik işim var, eşidirsiz? Xala da eyvandan qayıt ki, kar özünsən, bildin? Bu yerdə xalanın qazanda nəyin bişdiyindən xəbəri olmadan bir çömçəyə iddialı olan böyük oğlu eyvana çıxdı ki, alə, bəs sən mənim anama kar dedin hə? Gözlə orda, gəlib səni yortacam... Sonra da bildiyiniz kimi, azərbaycansayağı “vur-vurum” tipli dava, aralaşdırmalar və sair. Hamısı da nəyin ucbatından? Anası ölmüş yanlış anlaşılmanın...
Bir ara bizim məmləkətdə “mənim heç nədən xəbərim yoxdur” kimi məşhur bir məsəl vardı. Hansı məmur suçu, məsuliyyəti boynundan atmaq istəyirdisə, deyirdi ki, əttövbə, mənim bu hadısədən xəbərim yoxdur. İndi də “yanlış anlaşılma” dəbi çıxıb. Srağagün parlamentdə də deputatlıq müddətinin artırılması ilə bağlı deputat Aydın Həsənov yanlış anlaşılmadımı? Adam təklif verdi, sonra da məlum oldu ki, zarafat etmək istəyib, amma yanlış anlaşılıb. Düzdü, ona bu yanlış anlaşılmanı çox tez anlatdılar. Elə spikerin otağına girən kimi ANLADI ki, bu həna o hənadan deyil. Amma yenə də adam yanlış anlaşılıb da, neyləsin?
Və nə yaxşı ki, bu yanlış anlaşılma var. Yoxsa ki, bəzi qorxaqlar, yalançılar... özlərini nəylə sığortalayardılar?
P.S. Düzünü deyin, heç olmasa, mənim nə demək istədiyini anladınızmı? Bax, sözümüz sözdü, yazı başımı ağrıtsa, deyəcəm ki, yanlış anlaşılmışam.

260 dəfə baxılıb

[29.07.2010] - CAZİBƏMİZ DƏ VAR

[28.07.2010] - EVLƏRİ KÖNDƏLƏN YAR

[22.07.2010] - BU DA BELƏ BİR GÜN

[19.07.2010] - EHTİYATLI OLUN - MÜKAFAT ALA BİLƏRSİZ!

[18.07.2010] - CƏMİYYƏT BELƏ İSTƏYİR...

[15.07.2010] - KOD ADI TƏLƏBƏ...

[12.07.2010] - BİR LİMAN, BİR DƏNİZ...

[11.07.2010] - ÇƏKİRƏM HAAA...

[05.07.2010] - OVUC İÇİ QƏDƏR...

[04.07.2010] - ODDA YANAN, SUDA BATAN...

[01.07.2010] - MƏRDİMAZAR AZ İDİ...

[28.06.2010] - MƏNFİ YÜKLÜ DƏNİZ...

[25.06.2010] - ARI KİMİ...

[21.06.2010] - 8 TƏLƏBƏYƏ 9 NÖV PLOV

[20.06.2010] - HÖKMDARIN HÜZURUNDA...

[19.06.2010] - YAYI YOLA SALAQ?

[14.06.2010] - OPERATİV DƏDƏ QORQUD

[13.06.2010] - YADPLANETLİ DEMƏ...

[10.06.2010] - KİM DAHA ŞANSLI?

[07.06.2010] - 80-dən SONRA GƏLƏN XOŞBƏXTLİK

[06.06.2010] - 10 MİLYON AVRO...CUQ

[03.06.2010] - CANIMIZ YANMASIN...

[31.05.2010] - ÖTƏN GÜNƏ GÜN... ÇATAR, ÇATAR...

[30.05.2010] - BƏNÖVŞƏ, BƏNDƏ DÜŞƏ...

[26.05.2010] - ARAZ AŞIĞIMDAN, KÜR TOPUĞUMDAN

[23.05.2010] - GÖRMƏMİŞİN KƏŞFİ OLDU...

[20.05.2010] - MANYAKA HAQSIZLIQ ETMƏYƏK

[17.05.2010] - HAMIYA ÇİRKİN OLSAM DA...

[16.05.2010] - GƏZMƏYƏ.... HARA YAXŞI?

[13.05.2010] - ÇÖRƏYİ VER ÇÖRƏKÇİYƏ...

[10.05.2010] - O Kİ BELƏ OLDU?

[07.05.2010] - BELƏ “BİZ” OLMAQDANSA...

[03.05.2010] - BAĞ BELƏ, BOSTAN BELƏ

[02.05.2010] - ÖLMÜŞDÜ HİPPOKRAT...

[18.12.2009] - “BOMBA” MƏMUR

[14.12.2009] - ŞAİR SÖZÜ, ƏLBƏTTƏ, YALANDIR

[13.12.2009] - QƏHRƏMAN OLMAQ ÜÇÜN LAYİHƏ

[11.12.2009] - NOVRUZƏLİNİN “E-MƏKTUB”u

[07.12.2009] - YOL VERİN, QUDAM GƏLİR

[05.12.2009] - KÖTƏYİ CƏNNƏTƏ GERİ YOLLADIQ

[02.12.2009] - BAYRAM BİTDİ, YAŞAMAĞA DAVAM!

[25.11.2009] - QIZ QIZILA DÖNÜB...

[23.11.2009] - AY CAN, AY CAN, QİYAMƏTDİ!

[22.11.2009] - HEPİMİZ DOMUZ QRİPİYİZ!

[20.11.2009] - CIRTDANIN NƏNƏSİ VƏ BİZİM YAĞ YAXMAMIZ

[16.11.2009] - DESƏM, ÖLDÜRƏRLƏR...

[13.11.2009] - KİMDƏ ARTIQ MASKA VAR?

[10.11.2009] - “QAYNAR XƏTT”in SOYUQ DUŞ EFFEKTİ

[08.11.2009] - HƏR ŞEYDƏ BİR AZ “YENİ MÜSAVAT”...

[05.11.2009] - DONUZLA SOVRULANLAR...

[02.11.2009] - QANIMIZI İÇƏNLƏR

[01.11.2009] - EVDƏKİ, BİZİMKİ VƏ YA KÜLFƏT SÖHBƏTİ...

[31.10.2009] - QOCALMAYAN KÖŞƏ YAZARLARI...

[26.10.2009] - BİR İRƏLİ, BİR GERİ-YERİMİZDƏ SAYIRIQ

[25.10.2009] - SUXARI FALI

[22.10.2009] - UŞAQLAR VAR, ŞƏRAİT YOX?

[19.10.2009] - MÖVZU BOL OLARSA...

[18.10.2009] - BƏS QONAQPƏRVƏR İDİK, NƏ OLDU?

[15.10.2009] - İŞLƏR YAĞ KİMİ GETMƏYƏNDƏ...

[12.10.2009] - ƏZİZİM ƏZİZ...

[11.10.2009] - MANIS - CÜMLƏ XƏYANƏTLƏRƏ BAİS?

[08.10.2009] - DAHA MƏNİ GÖZLƏMƏ...

[05.10.2009] - İCTİMAİ İŞDƏN BOZBAŞA...

[28.09.2009] - G20 TOPLANTISININ “OTELLO”ları

[27.09.2009] - DANIŞMIRAM, ƏL ÇƏKİN!

[24.09.2009] - YAĞMA YAĞIŞ, YAĞMA YAĞIŞ...

[20.09.2009] - YETİM ƏLİNDƏ QOĞAL?

[19.09.2009] - BİZİM CEMİ KİM TAPACAQ?

[15.09.2009] - QIZIMA...

[13.09.2009] - HEY, TAKSİ!

[07.09.2009] - 17 İDİ, 18 OLDU...

[06.09.2009] - ÜZRÜ QƏBAHƏTİNDƏN BETƏR

[31.08.2009] - OKSFORDA, YOXSA BAKI MƏKTƏBİNƏ?

[30.08.2009] - OĞRU DA SUÇLU DEYİLSƏ...

[27.08.2009] - 2179 AZƏRBAYCANLIYA 1 KİTAB!

[24.08.2009] - ÖLƏCƏKSƏN, VƏSSALAM!

[21.08.2009] - YIXILIN O BİRİ TƏRƏFƏ

[17.08.2009] - MEYMUNU UNUT!

[13.08.2009] - KASIBIN SEVİMLİ EŞŞƏYİ

[10.08.2009] - ŞEYX NƏSRULLAH GƏLƏNƏDƏK...

[06.08.2009] - ALİ MƏKTƏB DÜKANLARI

[02.08.2009] - NƏRDƏ O ƏSKİ GÜNLƏR?

[01.08.2009] - ÜNVANIMIZA DEYİLƏN “DÜÜÜT”lü SÖYÜŞLƏR

[26.07.2009] - AÇARSIZ AÇIQLAMALAR...

[23.07.2009] - “MEDİA AÇARI” İLƏ BAĞLANAN QAPILAR

[20.07.2009] - HADİSƏ DANIŞANDA

[19.07.2009] - İLDƏ BİR DƏFƏ...

[16.07.2009] - ŞƏN OĞLANLAR

[13.07.2009] - JURNALİSTLƏRİN QUL BAZARI

[06.07.2009] - İMTAHAN BAYRAMI

[03.07.2009] - GECƏ 12-dən SONRA...

[29.06.2009] - SAĞLIĞINDA KOR FATMA...

[28.06.2009] - BU NÖMRƏYƏ ZƏNG ÇATMIR...

[22.06.2009] - BAYRAMSIZ QALAN BABALAR, VAY!

[15.06.2009] - QURDLU GİLAS PROJESİ

[11.06.2009] - KARTOFU JURNALİSTƏ BÜKƏNDƏ...

[08.06.2009] - VƏTƏN MƏNƏ OĞUL DEYİB(?!)

[04.06.2009] - QADIN ŞAPALAĞI

[01.06.2009] - ÜRƏYİ YANAN, GƏL BƏRİ!

[28.05.2009] - MONİTORİNQ HƏVƏSKARLARINA “FƏHLƏ” TÖVSİYYƏSİ

[25.05.2009] - XORUZUN QUYRUĞU...

[21.05.2009] - QIZIL SAAT VƏ “SON ZƏNG” ŞOUSU...

[18.05.2009] - AVROPAYA DAHA BİR ADDIM?

[14.05.2009] - NAĞIL BİTDİ...

[12.05.2009] - ƏLLƏRİMDƏ ÇİÇƏKLƏR...

[07.05.2009] - PEŞƏKARLIQ MÜHAZİRƏSİ

[04.05.2009] - QATİL DƏ TELEVİZOR İZLƏYİR...

[27.04.2009] - GEDƏK BİZ OLMAYAN YERƏ...

[23.04.2009] - NİZAMİNİN ADAŞI

[20.04.2009] - JURNALİSTDİ, QOYMA GƏLDİ!

[16.04.2009] - ONUN ŞƏFQƏTLİ ƏLLƏRİ...

[13.04.2009] - VOLAND BARMAĞI...

[06.04.2009] - TV NAZİRİNİ DANLAYANDA...

[02.04.2009] - ZARAFATSIZ...

[30.03.2009] - YARIMÇIQ YUXU...

[26.03.2009] - FATI, OTUR, FATI, DUR...

[16.03.2009] - METRODA BOMBA RABATAY...

[12.03.2009] - ƏSAS ODU Kİ...

[05.03.2009] - OBAMANIN BİR GÜNÜ...

[02.03.2009] - YARIM QAZAN MAKARON...

[27.02.2009] - BUZ KİMİ 8 MART HƏDİYYƏSİ

[23.02.2009] - AYNƏN ÖYLƏ...

[18.02.2009] - NAĞILÇI MƏNTİQİ

[16.02.2009] - 11 STANSİYALIQ XİLAS YOLU

[09.02.2009] - ATALARA MƏZUNİYYƏT, ANALARA İSTİRAHƏT!

[05.02.2009] - AZƏRBAYCAN - ƏN BÖYÜK QƏZZA...

[03.02.2009] - YARIYA QƏDƏR DOLU STƏKANA YENİ BAXIŞ...

[26.01.2009] - TƏR-Bİ-YƏ-Çİ!

[23.01.2009] - İMİC HEÇ NƏDİR, SUSUZLUQ HƏR ŞEY?

[19.01.2009] - KLİPLƏRDƏN KOROĞLU NƏRİLTİSİ EŞİDİLƏCƏK

[16.01.2009] - GÜNAH HƏMİŞƏ DÖYÜLƏNDƏDİR?

[12.01.2009] - O ƏJDAHADAN BİZDƏ OLMAYACAQ

[08.01.2009] - İKİ AKİFİN İKİ YÜZ FƏRQİ...

[06.01.2009] - 6 YANVAR ÇATANDA...

[29.12.2008] - ÖKÜZ APTEKƏ BAXAN KİMİ...

[25.12.2008] - MƏNƏ BAXMA, ADIMI ÇƏKMƏ, BARƏMDƏ DÜŞÜNMƏ...

[22.12.2008] - KAMERAYA ƏL YELLƏYİN...

[19.12.2008] - SAXLA, DÜŞƏN VAR

[16.12.2008] - 40 “RAZMER” AYAQQABI

[11.12.2008] - BİR AXŞAM ƏLƏT ÇÖLÜNDƏ...

[08.12.2008] - FONDA ŞƏN MUSİQİ...

[04.12.2008] - DÜNYANIN QORXDUĞU CAVAN - NUŞİRƏVAN

[01.12.2008] - NƏ SƏS-KÜYDÜR BU GÜN SİZDƏ, GÜLBADAM?

[30.11.2008] - AVTOBUS YAVAŞ-YAVAŞ YANANDA...

[27.11.2008] - JURNALİSTİN İTİNİ DƏ DİŞLƏYİRLƏR

[24.11.2008] - “LAZIM” QAPINI DÖYÜR...

[20.11.2008] - EL ÜÇÜN AĞLAYANDA...

[17.11.2008] - SƏN DƏ BİZİM MƏHƏLLƏDƏNSƏN...

[14.11.2008] - YENƏ HƏMİN ANAR MÜƏLLİM BARƏDƏ...

[13.11.2008] - “SƏNDƏN YAMAN NİGARANAM”

[10.11.2008] - QEYRİ-ELİT SÖHBƏT...

[03.11.2008] - DANIŞIR BAYQUŞLAR...

[02.11.2008] - MİRZƏ SAKİTİ EVİNƏ KÖÇÜRÜN...

ƏVVƏLKİ YAZILARI

Yeni MÜSAVAT © 2008