 |
Sevinc TELMANQIZI 
CIRTDANIN NƏNƏSİ VƏ BİZİM YAĞ YAXMAMIZ
|
Məşhur nağıl personajı Cırtdanın “naxallıq”ları dillər əzbəridir. Nənəsinin verdiyi yağ yaxmacına güvənib dostlarını o ki var istismar edən, onlara odun yığdıran, yorulanda bellərinə minib, rahat gəzən o Allahın bəlasından danışıram. Dostlarıyla kifayətlənməyib qosqoca divi də istismar etdiyini bura əlavə edin. “Nənəm hər gecə mənə qayğanaq bişirirdi”, “Nənəm hər gecə mənə çaydan xəlburlə su gətirirdi” deyə nağılların qorxulu personajını mətbəx-çay arasında əsir-yesir edən Cırtdanın 21-ci əsr versiyası ilə tanış olmaq istəyirsiniz? Son günlər mətbuatda, yan-yörəmdə belələri bəs deyincə artıb. Okeanın o tayındakı “nənə”lərinə güvənib əlini əlinin üstünə qoyan, dostlarından dəqiqəbaşı inciyən personajlar elə bil bir-birinin bəhsinə dil boğaza qoymurlar. Xaricdəki “nənəmiz” Avropa Şurası, ATƏT, eləcə də söz azadlığı ilə bağlı digər beynəlxalq təşkilatlar, demokratik təsisatlar, bizimlə birgə odun yığmağa gedənlər isə onların burdakı nümayəndələridir. Hamısına yazıqlar olsun! O boyda “yağ yaxmaşı”nın qabağında etdiklərinə bax. Bir sözlə, küsmüşük, barışmağa da şair demiş, güman yox görünür. Ağzını açan deyir ki, bu qurumlar sadəcə demokratiya imitasiyası yaradır, “qaloçka” xatirinə, laqeyd qalmadıqlarını göstərmək üçün nəsə bəyanatlar verirlər, amma bunların heç birinin arxasında real addımlar dayanmır. Və sair və ilaxır. Bir sözlə, şeytan tapıldı - cümlə xəyanətlərə bais odur. Bizsə aydan arı, sudan duruyuq, Allah da ermənini öldürsün. O olmasaydı.... Əşşi, nəysə... Özü də fikir verirəm, bu sözləri deyənlər məmləkətin ən laqeyd adamları, “bir tikə çörəyimi yeyib, başımın milçəyini qovacam” məntiqli kateqoriyasıdır. Amma başqalarından Atilla şücaəti, Koroğlu dəliliyi tələb edirlər. Yəni, elə adamlardır ki, bu günə qədər onları tutaq ki, söz azadlığının müdafiəsi ilə bağlı keçirilən tədbirlərdə görməzsən, parlamentdə səsini ancaq analıq məzuniyyətinin artırılması kimi zərərsiz mövzularda çıxarar, özünə sərf edəndə satqınlığına kantsayağı fəlsəfi don geyindirər və sair. Gəl gör ki, artıq məmləkətin ağlar gündə olmasının səbəbini eşələyib tapıblar. Əslində onları çox da qınamağın yeri yoxdur. Millət olaraq Parisdən gəlmiş müsyö jordanların bizi ağ günə çıxaracağına inanan Şahbaz bəy nəslinin davamçılarıyıq: əcnəbu uçduğu balondan yerə enməli, bizim batman ağırlığında qayğılarımızı həll etməli, sonra bizi də balonuna mindirib pərqu buludların arasında seyrə çıxmalıdır. Məşhur filmdə deyildiyi kimi, kimsə o elçi daşını götürüb bizim əvəzimizə israfillərin başına çırpmalıdır. Bu arada isə biz dadlı-dadlı rüşvət yeməli, rüşvət alanlara şərait yaratmalı, ölkədə bütün azadlıqların bir-bir sıradan çıxmasına seyrçi olmalıyıq. İndi dindirsən, uşağından rüşvət istəyən məktəb direktorunun adını 3 nəfərin yanında çəkə bilməyən valideyn belə Avropa Şurasının səmərəsiz fəaliyyətindən şikayətlənəcək. Gözünün qabağında yaşanan vəhşiliyə, ədalətsizliyə, qanunsuzluğa “pis kişi” olmamaq üçün göz yuman adam conları, andresləri acizlikdə qınayacaq... Fikir verirəm, beynəlxalq təşkilatları bəyənməyənlərin bir qismi bu aciz adlandırdığımız təbəqədirsə, digər qismi də sınmağa meylli (və ya artıq satın alınmış) insanlardır. Bir qohumumun məşhur ifadəsi ilə desəm, “o tərəfə yıxılmağa” məqam gözləyənlər, “onsuz da avropalılardan bizə xeyir yoxdur, yapışaq canım-cicim hökumətin ətəyindən” deyənlərdir. Mən demirəm ki, bu qurumlar bizim xilaskarlarımızdır, bizim uğurumuzda qan tökürlər... Onların nəticəsiz fəaliyyətləri, “təəssüflənməkdən”, “nigaran qalmaqdan” o yana keçməyən bəyanatları təbii ki, bizi də incidir. “Oooo, may qaad” deyib, bizdəki anormallıqlara baş bulamaları da artıq dərdimizə çarə deyil. Ona görə də artıq hərə öz dərdini özü həll etsə yaxşıdır deyə düşünürəm. Gördünüz ki, onlardan fayda yoxdur, türkün sözü, sizin şorbanızda duzları bulunmur, eləmi? Çırmayın qollarınızı, düşün problemlərinizin üstünə. Ya ona verən Allah, ya da sizə. Onu da etmək olmur eləmi? Ev-ailə, bir tikə çörəyin bəlası... kəsir qabağınızı. Onda mümkünsə kiçicik problemlərin əlində əsir-yesir olan adamlar böyük-böyük, qlobal problemlərdən danışmasın. Elə hərə öz başının milçəyi ilə məşğul olsun... Cırtdan cırtdanlığı ilə heç olmasa, axırda Divin öhdəsindən gələ bildi. Misal kobud olsa da, biz hələ ki, meşədən küsən ayıları xatırladırıq. Əmin olun ki, bu durum “meşə”nin vecinə də deyil... 370 dəfə baxılıb
|
[30.08.2010] - HƏFTƏBECƏR [26.08.2010] - SƏN MARSDAN GƏLMİSƏN? [15.08.2010] - NERDE O ESKİ RAMAZANLAR... [09.08.2010] - TƏMİZ AYAQ SÖHBƏTİ [07.08.2010] - ADAM İTİ DİŞLƏYƏNDƏ... [01.08.2010] - BU DA SİZƏ FACEBOOK [29.07.2010] - CAZİBƏMİZ DƏ VAR [28.07.2010] - EVLƏRİ KÖNDƏLƏN YAR [22.07.2010] - BU DA BELƏ BİR GÜN [19.07.2010] - EHTİYATLI OLUN - MÜKAFAT ALA BİLƏRSİZ! [18.07.2010] - CƏMİYYƏT BELƏ İSTƏYİR... [15.07.2010] - KOD ADI TƏLƏBƏ... [12.07.2010] - BİR LİMAN, BİR DƏNİZ... [11.07.2010] - ÇƏKİRƏM HAAA... [05.07.2010] - OVUC İÇİ QƏDƏR... [04.07.2010] - ODDA YANAN, SUDA BATAN... [01.07.2010] - MƏRDİMAZAR AZ İDİ... [28.06.2010] - MƏNFİ YÜKLÜ DƏNİZ... [25.06.2010] - ARI KİMİ... [21.06.2010] - 8 TƏLƏBƏYƏ 9 NÖV PLOV [20.06.2010] - HÖKMDARIN HÜZURUNDA... [19.06.2010] - YAYI YOLA SALAQ? [14.06.2010] - OPERATİV DƏDƏ QORQUD [13.06.2010] - YADPLANETLİ DEMƏ... [10.06.2010] - KİM DAHA ŞANSLI? [07.06.2010] - 80-dən SONRA GƏLƏN XOŞBƏXTLİK [06.06.2010] - 10 MİLYON AVRO...CUQ [03.06.2010] - CANIMIZ YANMASIN... [31.05.2010] - ÖTƏN GÜNƏ GÜN... ÇATAR, ÇATAR... [30.05.2010] - BƏNÖVŞƏ, BƏNDƏ DÜŞƏ... [26.05.2010] - ARAZ AŞIĞIMDAN, KÜR TOPUĞUMDAN [23.05.2010] - GÖRMƏMİŞİN KƏŞFİ OLDU... [20.05.2010] - MANYAKA HAQSIZLIQ ETMƏYƏK [17.05.2010] - HAMIYA ÇİRKİN OLSAM DA... [16.05.2010] - GƏZMƏYƏ.... HARA YAXŞI? [13.05.2010] - ÇÖRƏYİ VER ÇÖRƏKÇİYƏ... [10.05.2010] - O Kİ BELƏ OLDU? [07.05.2010] - BELƏ “BİZ” OLMAQDANSA... [03.05.2010] - BAĞ BELƏ, BOSTAN BELƏ [02.05.2010] - ÖLMÜŞDÜ HİPPOKRAT... [18.12.2009] - “BOMBA” MƏMUR [14.12.2009] - ŞAİR SÖZÜ, ƏLBƏTTƏ, YALANDIR [13.12.2009] - QƏHRƏMAN OLMAQ ÜÇÜN LAYİHƏ [11.12.2009] - NOVRUZƏLİNİN “E-MƏKTUB”u [07.12.2009] - YOL VERİN, QUDAM GƏLİR [05.12.2009] - KÖTƏYİ CƏNNƏTƏ GERİ YOLLADIQ [02.12.2009] - BAYRAM BİTDİ, YAŞAMAĞA DAVAM! [25.11.2009] - QIZ QIZILA DÖNÜB... [23.11.2009] - AY CAN, AY CAN, QİYAMƏTDİ! [22.11.2009] - HEPİMİZ DOMUZ QRİPİYİZ! [16.11.2009] - DESƏM, ÖLDÜRƏRLƏR... [15.11.2009] - HAMI YANLIŞ ANLAYIR [13.11.2009] - KİMDƏ ARTIQ MASKA VAR? [10.11.2009] - “QAYNAR XƏTT”in SOYUQ DUŞ EFFEKTİ [08.11.2009] - HƏR ŞEYDƏ BİR AZ “YENİ MÜSAVAT”... [05.11.2009] - DONUZLA SOVRULANLAR... [02.11.2009] - QANIMIZI İÇƏNLƏR [01.11.2009] - EVDƏKİ, BİZİMKİ VƏ YA KÜLFƏT SÖHBƏTİ... [31.10.2009] - QOCALMAYAN KÖŞƏ YAZARLARI... [26.10.2009] - BİR İRƏLİ, BİR GERİ-YERİMİZDƏ SAYIRIQ [25.10.2009] - SUXARI FALI [22.10.2009] - UŞAQLAR VAR, ŞƏRAİT YOX? [19.10.2009] - MÖVZU BOL OLARSA... [18.10.2009] - BƏS QONAQPƏRVƏR İDİK, NƏ OLDU? [15.10.2009] - İŞLƏR YAĞ KİMİ GETMƏYƏNDƏ... [12.10.2009] - ƏZİZİM ƏZİZ... [11.10.2009] - MANIS - CÜMLƏ XƏYANƏTLƏRƏ BAİS? [08.10.2009] - DAHA MƏNİ GÖZLƏMƏ... [05.10.2009] - İCTİMAİ İŞDƏN BOZBAŞA... [28.09.2009] - G20 TOPLANTISININ “OTELLO”ları [27.09.2009] - DANIŞMIRAM, ƏL ÇƏKİN! [24.09.2009] - YAĞMA YAĞIŞ, YAĞMA YAĞIŞ... [20.09.2009] - YETİM ƏLİNDƏ QOĞAL? [19.09.2009] - BİZİM CEMİ KİM TAPACAQ? [15.09.2009] - QIZIMA... [13.09.2009] - HEY, TAKSİ! [07.09.2009] - 17 İDİ, 18 OLDU... [06.09.2009] - ÜZRÜ QƏBAHƏTİNDƏN BETƏR [31.08.2009] - OKSFORDA, YOXSA BAKI MƏKTƏBİNƏ? [30.08.2009] - OĞRU DA SUÇLU DEYİLSƏ... [27.08.2009] - 2179 AZƏRBAYCANLIYA 1 KİTAB! [24.08.2009] - ÖLƏCƏKSƏN, VƏSSALAM! [21.08.2009] - YIXILIN O BİRİ TƏRƏFƏ [17.08.2009] - MEYMUNU UNUT! [13.08.2009] - KASIBIN SEVİMLİ EŞŞƏYİ [10.08.2009] - ŞEYX NƏSRULLAH GƏLƏNƏDƏK... [06.08.2009] - ALİ MƏKTƏB DÜKANLARI [02.08.2009] - NƏRDƏ O ƏSKİ GÜNLƏR? [01.08.2009] - ÜNVANIMIZA DEYİLƏN “DÜÜÜT”lü SÖYÜŞLƏR [26.07.2009] - AÇARSIZ AÇIQLAMALAR... [23.07.2009] - “MEDİA AÇARI” İLƏ BAĞLANAN QAPILAR [20.07.2009] - HADİSƏ DANIŞANDA [19.07.2009] - İLDƏ BİR DƏFƏ... [16.07.2009] - ŞƏN OĞLANLAR [13.07.2009] - JURNALİSTLƏRİN QUL BAZARI [06.07.2009] - İMTAHAN BAYRAMI [03.07.2009] - GECƏ 12-dən SONRA... [29.06.2009] - SAĞLIĞINDA KOR FATMA... [28.06.2009] - BU NÖMRƏYƏ ZƏNG ÇATMIR... [22.06.2009] - BAYRAMSIZ QALAN BABALAR, VAY! [15.06.2009] - QURDLU GİLAS PROJESİ [11.06.2009] - KARTOFU JURNALİSTƏ BÜKƏNDƏ... [08.06.2009] - VƏTƏN MƏNƏ OĞUL DEYİB(?!) [04.06.2009] - QADIN ŞAPALAĞI [01.06.2009] - ÜRƏYİ YANAN, GƏL BƏRİ! [28.05.2009] - MONİTORİNQ HƏVƏSKARLARINA “FƏHLƏ” TÖVSİYYƏSİ [25.05.2009] - XORUZUN QUYRUĞU... [21.05.2009] - QIZIL SAAT VƏ “SON ZƏNG” ŞOUSU... [18.05.2009] - AVROPAYA DAHA BİR ADDIM? [14.05.2009] - NAĞIL BİTDİ... [12.05.2009] - ƏLLƏRİMDƏ ÇİÇƏKLƏR... [07.05.2009] - PEŞƏKARLIQ MÜHAZİRƏSİ [04.05.2009] - QATİL DƏ TELEVİZOR İZLƏYİR... [27.04.2009] - GEDƏK BİZ OLMAYAN YERƏ... [23.04.2009] - NİZAMİNİN ADAŞI [20.04.2009] - JURNALİSTDİ, QOYMA GƏLDİ! [16.04.2009] - ONUN ŞƏFQƏTLİ ƏLLƏRİ... [13.04.2009] - VOLAND BARMAĞI... [06.04.2009] - TV NAZİRİNİ DANLAYANDA... [02.04.2009] - ZARAFATSIZ... [30.03.2009] - YARIMÇIQ YUXU... [26.03.2009] - FATI, OTUR, FATI, DUR... [16.03.2009] - METRODA BOMBA RABATAY... [12.03.2009] - ƏSAS ODU Kİ... [05.03.2009] - OBAMANIN BİR GÜNÜ... [02.03.2009] - YARIM QAZAN MAKARON... [27.02.2009] - BUZ KİMİ 8 MART HƏDİYYƏSİ [23.02.2009] - AYNƏN ÖYLƏ... [18.02.2009] - NAĞILÇI MƏNTİQİ [16.02.2009] - 11 STANSİYALIQ XİLAS YOLU [09.02.2009] - ATALARA MƏZUNİYYƏT, ANALARA İSTİRAHƏT! [05.02.2009] - AZƏRBAYCAN - ƏN BÖYÜK QƏZZA... [03.02.2009] - YARIYA QƏDƏR DOLU STƏKANA YENİ BAXIŞ... [26.01.2009] - TƏR-Bİ-YƏ-Çİ! [23.01.2009] - İMİC HEÇ NƏDİR, SUSUZLUQ HƏR ŞEY? [19.01.2009] - KLİPLƏRDƏN KOROĞLU NƏRİLTİSİ EŞİDİLƏCƏK [16.01.2009] - GÜNAH HƏMİŞƏ DÖYÜLƏNDƏDİR? [12.01.2009] - O ƏJDAHADAN BİZDƏ OLMAYACAQ [08.01.2009] - İKİ AKİFİN İKİ YÜZ FƏRQİ... [06.01.2009] - 6 YANVAR ÇATANDA... [29.12.2008] - ÖKÜZ APTEKƏ BAXAN KİMİ... [25.12.2008] - MƏNƏ BAXMA, ADIMI ÇƏKMƏ, BARƏMDƏ DÜŞÜNMƏ... [22.12.2008] - KAMERAYA ƏL YELLƏYİN... [19.12.2008] - SAXLA, DÜŞƏN VAR [16.12.2008] - 40 “RAZMER” AYAQQABI [11.12.2008] - BİR AXŞAM ƏLƏT ÇÖLÜNDƏ... [08.12.2008] - FONDA ŞƏN MUSİQİ... [04.12.2008] - DÜNYANIN QORXDUĞU CAVAN - NUŞİRƏVAN [01.12.2008] - NƏ SƏS-KÜYDÜR BU GÜN SİZDƏ, GÜLBADAM? [30.11.2008] - AVTOBUS YAVAŞ-YAVAŞ YANANDA... [27.11.2008] - JURNALİSTİN İTİNİ DƏ DİŞLƏYİRLƏR [24.11.2008] - “LAZIM” QAPINI DÖYÜR... [20.11.2008] - EL ÜÇÜN AĞLAYANDA... [17.11.2008] - SƏN DƏ BİZİM MƏHƏLLƏDƏNSƏN... [14.11.2008] - YENƏ HƏMİN ANAR MÜƏLLİM BARƏDƏ... [13.11.2008] - “SƏNDƏN YAMAN NİGARANAM” [10.11.2008] - QEYRİ-ELİT SÖHBƏT... [03.11.2008] - DANIŞIR BAYQUŞLAR... [02.11.2008] - MİRZƏ SAKİTİ EVİNƏ KÖÇÜRÜN... ƏVVƏLKİ YAZILARI
|