30 iyul 2010
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Sevinc TELMANQIZI Yazara məktub göndər

QIZ QIZILA DÖNÜB...

“Azərbaycanda doğulacaq uşağın cinsi mənsubiyyəti barədə valideynlərə xəbər verilməsi qadağan oluna bilər”. Bəlkə də bu, son illər Azərbaycan hökumətinin hazırlayıb ortaya qoyduğu ən faydalı qanun layihələrindən biridir. Xəbəriniz olsun ki, parlament müzakirələrinə çıxarılacaq “Reproduktiv sağlamlıq və ailənin planlaşdırılması haqqında” qanun layihəsi hamiləliyin ilk üç ayında həkimlərə belə qadağa nəzərdə tutur. Qadağanın seçmə yolu ilə uşaqsalma probleminin həllinə yönəldildiyi bildirilir.

Düzü, belə mövzularda danışıb-yazarkən artıq yaşmaqlanmağın yeri yoxdu deyə düşünürəm. Çünki hər gün doğum evlərinin, qadın məsləhətxanalarının qabağında hamilə xanımlarından oğlan övladı xəbərini gözləyən, əks təqdirdə, cəllad qərarları verən kişilərin (eləcə də bu qərarla müticəsinə razılaşan qadınların) yerinə utanmaq çox yersizdir. Digər tərəfdən, ölkənin ümumi bəlasına çevrilən məsələlər barədə yazırıqsa, niyə bunu kənarda qoymalıyıq? Lap üçüncüsü də, hökumət qırx ildə bir dəfə alqışlanası addım atmaq üzrədir. Yazsaq qələmimizin mürəkkəbi qurumaz, kalviaturamızın düymələri qopmaz ki?
Deməli, belə... Bundan sonra cütlüklər doğulacaq körpənin cinsiyyəti barədə valideyin olacaqları xəbərini alandan 3 ay sonra xəbər tuta biləcək. Lap keçmiş vaxtlardakı kimi. Artıq yenicə ata olan kişilər xəstəxana qabağında siqareti siqaretə calayanda “ay qardaş, oğlun oldu” deyən sanitar işçilərinə daha yağlı muştuluqlar verəcək. Və ya qızı olduğunu öyrənənlər Arif Quliyevsayağı xəstəxananın baş həkimini oğul atası olduğu üçün “üzgörənlik” etməkdə suçlaya biləcək və sair. Bir sözlə, tam nostalji...
Amma zarafatsız, son illərin oğlan uşağı çılğınlığına bir “dur” deyən lazım idi. Yoxsa yavaş-yavaş əsrlər öncəyə, doğulan qız uşaqlarının diri-diri basdırıldığı zamanlara dönəcəkdik. O vaxt anası ölmüş ərəblərin UZİ-si yox idi, neyləyəydilər. Düzü, məmləkətdə xəstə bir oğlanpərəstlik dönəminin niyə başladığını izah etməkdə çətinlik cəkirəm. Amma tipik “nəslim davam etsin, yurdumda çaqqallar ulamasın” haqq-hesabının nəticəsi olduğu şübhəsizdir. Guya ki, yeri gələndə xeyirsiz, fərsiz oğlun bir nəsildə-obada necə çaqqal ulatdığının şahidi olmamışıq. “Kim olur olsun, təki sağlam, ata-anasına xeyirli övlad olsun” kimi sözləri bir çoxları gəlişigözəl təsəlli kimi qarşılayır. Halbuki elə ən böyük gerçək də orada gizlənib.
“Bəyin oğurlanması” filminin elçiliyə gedən qəhrəmanları kimi “qız qızıla dönüb, yox xəbəri oğlanların”dan başlayıb, qızları vəsf edən yüzlərlə atalar sözü sadalaya bilərəm indi. Hətta onların ardınca, “Obama, Corc Buş kimi dünya liderlərinin iki qızı var, yurdunda çaqqal ulayırmı?” kimi müasir örnəklər də vermək olar. Amma yeri yoxdur. Bir məmləkətdə ki, növbəti qızı olanlara “canın sağ olsun” təsəllisi verilir, oğlan atası olanlar qürrələnə-qürrələnə “əşi, kişinin oğlu olar daaa” deyir, ən humanist həkimlər aborta getmək istəyən ananı “oğlan uşağı turş alça kimidir, uzaqdan baxırsan, ağzın sulanır, yeyəndə isə dodağın büzüşür” kimi “el məsəlləri” ilə yolundan döndərməyə çalışır, orda nəsə fəlsəfi söz-söhbətə nə hacət? Hər bir insanın oğlan valideyni olmaq arzusu təbiidir. Oğlu ilə futbola getmək kimi məsum ata arzusundan tutmuş, onun toyunda “sındıra-sındıra” oynamaq istəyən ana istəyinə qədər. Bu, insanın təbiətində var və təbii olan heç bir istək insana utanc gətirməməlidir. Sadəcə, bu istəyin nə bahasına olursa-olsun həyata keçməsi üçün edilən vəhşilikləri görəndə susmaya bilmirsən...
Ona görə də hesab edirəm ki, bu rəzilliyə ancaq bir qanunla-yasaqla son qoyula bilərdi. Demirlər, qılınc müsəlmanıq? Lap yaxşı, qoy yasaqlasınlar, heç kəs də bundan sonra dünyaya gəlmə haqqını qazanan körpənin həyatına müdaxiə edə bilməsin. Qatilin buynuzu olmur ki? Ya böyük adamı öldürdün, ya da kiçiyi, fərq etməz. Bizim yaşamaq, nəfəs almaq haqqımız olduğu üçün o kiçik varlıqların da belə hüquqları var.
Amma adam bu xəbərə sevindiyi kimi, buranın Azərbaycan olduğunu düşünüb, bir az səbrini basır. Hər şeyin başı rüşvət olan məmləkətdə bu yasağın hansı formada pozulacağı da indidən gün kimi aydındır. Görərsiz, tezliklə məmləkətdə “körpənin cinsiyyətini söyləyən defisit həkimlər” ordusu yaranacaq, millət onun qapısını yağır edəcək. Hökumət hər UZİ mütəxəssisinin başı üstünə bir nəzarətçi qoyan deyil ki? Şükür Allaha, dilin də sümüyü yox. Həkimdi, baxacaq aparata, söyləyəcək gördüyünü. Sonra da uzaqbaşı deyəcək ki, neyləyim, ağzımdan qaçırdım, savab iş gördüm də, burda nə var ki? Ən pis halda isə şifrə ilə danışacaqlar həkim-xəstə. “Alma desəm çıxarsan, armud desəm yox...” Gəl indi anla görüm necə anlayırsan.
Məncə, problemin həlli azərbaycanlıların şöhrətpərəstlik damarını tutmaqdan keçir. Deməli, belə... Əksər nağıllarda padşahların üç qızı olur. Hamısı da bir-birindən gözəl və ağıllı. Padşah da onların sayəsində xoşbəxt, məsum günlər yaşayır. Bax, bu fani dünyada padşahlar kimi yaşamağın nəyi pisdir ki?
Bu da keçmədi? Dedim axı, qılınc müsəlmanıq...

515 dəfə baxılıb

[29.07.2010] - CAZİBƏMİZ DƏ VAR

[28.07.2010] - EVLƏRİ KÖNDƏLƏN YAR

[22.07.2010] - BU DA BELƏ BİR GÜN

[19.07.2010] - EHTİYATLI OLUN - MÜKAFAT ALA BİLƏRSİZ!

[18.07.2010] - CƏMİYYƏT BELƏ İSTƏYİR...

[15.07.2010] - KOD ADI TƏLƏBƏ...

[12.07.2010] - BİR LİMAN, BİR DƏNİZ...

[11.07.2010] - ÇƏKİRƏM HAAA...

[05.07.2010] - OVUC İÇİ QƏDƏR...

[04.07.2010] - ODDA YANAN, SUDA BATAN...

[01.07.2010] - MƏRDİMAZAR AZ İDİ...

[28.06.2010] - MƏNFİ YÜKLÜ DƏNİZ...

[25.06.2010] - ARI KİMİ...

[21.06.2010] - 8 TƏLƏBƏYƏ 9 NÖV PLOV

[20.06.2010] - HÖKMDARIN HÜZURUNDA...

[19.06.2010] - YAYI YOLA SALAQ?

[14.06.2010] - OPERATİV DƏDƏ QORQUD

[13.06.2010] - YADPLANETLİ DEMƏ...

[10.06.2010] - KİM DAHA ŞANSLI?

[07.06.2010] - 80-dən SONRA GƏLƏN XOŞBƏXTLİK

[06.06.2010] - 10 MİLYON AVRO...CUQ

[03.06.2010] - CANIMIZ YANMASIN...

[31.05.2010] - ÖTƏN GÜNƏ GÜN... ÇATAR, ÇATAR...

[30.05.2010] - BƏNÖVŞƏ, BƏNDƏ DÜŞƏ...

[26.05.2010] - ARAZ AŞIĞIMDAN, KÜR TOPUĞUMDAN

[23.05.2010] - GÖRMƏMİŞİN KƏŞFİ OLDU...

[20.05.2010] - MANYAKA HAQSIZLIQ ETMƏYƏK

[17.05.2010] - HAMIYA ÇİRKİN OLSAM DA...

[16.05.2010] - GƏZMƏYƏ.... HARA YAXŞI?

[13.05.2010] - ÇÖRƏYİ VER ÇÖRƏKÇİYƏ...

[10.05.2010] - O Kİ BELƏ OLDU?

[07.05.2010] - BELƏ “BİZ” OLMAQDANSA...

[03.05.2010] - BAĞ BELƏ, BOSTAN BELƏ

[02.05.2010] - ÖLMÜŞDÜ HİPPOKRAT...

[18.12.2009] - “BOMBA” MƏMUR

[14.12.2009] - ŞAİR SÖZÜ, ƏLBƏTTƏ, YALANDIR

[13.12.2009] - QƏHRƏMAN OLMAQ ÜÇÜN LAYİHƏ

[11.12.2009] - NOVRUZƏLİNİN “E-MƏKTUB”u

[07.12.2009] - YOL VERİN, QUDAM GƏLİR

[05.12.2009] - KÖTƏYİ CƏNNƏTƏ GERİ YOLLADIQ

[02.12.2009] - BAYRAM BİTDİ, YAŞAMAĞA DAVAM!

[23.11.2009] - AY CAN, AY CAN, QİYAMƏTDİ!

[22.11.2009] - HEPİMİZ DOMUZ QRİPİYİZ!

[20.11.2009] - CIRTDANIN NƏNƏSİ VƏ BİZİM YAĞ YAXMAMIZ

[16.11.2009] - DESƏM, ÖLDÜRƏRLƏR...

[15.11.2009] - HAMI YANLIŞ ANLAYIR

[13.11.2009] - KİMDƏ ARTIQ MASKA VAR?

[10.11.2009] - “QAYNAR XƏTT”in SOYUQ DUŞ EFFEKTİ

[08.11.2009] - HƏR ŞEYDƏ BİR AZ “YENİ MÜSAVAT”...

[05.11.2009] - DONUZLA SOVRULANLAR...

[02.11.2009] - QANIMIZI İÇƏNLƏR

[01.11.2009] - EVDƏKİ, BİZİMKİ VƏ YA KÜLFƏT SÖHBƏTİ...

[31.10.2009] - QOCALMAYAN KÖŞƏ YAZARLARI...

[26.10.2009] - BİR İRƏLİ, BİR GERİ-YERİMİZDƏ SAYIRIQ

[25.10.2009] - SUXARI FALI

[22.10.2009] - UŞAQLAR VAR, ŞƏRAİT YOX?

[19.10.2009] - MÖVZU BOL OLARSA...

[18.10.2009] - BƏS QONAQPƏRVƏR İDİK, NƏ OLDU?

[15.10.2009] - İŞLƏR YAĞ KİMİ GETMƏYƏNDƏ...

[12.10.2009] - ƏZİZİM ƏZİZ...

[11.10.2009] - MANIS - CÜMLƏ XƏYANƏTLƏRƏ BAİS?

[08.10.2009] - DAHA MƏNİ GÖZLƏMƏ...

[05.10.2009] - İCTİMAİ İŞDƏN BOZBAŞA...

[28.09.2009] - G20 TOPLANTISININ “OTELLO”ları

[27.09.2009] - DANIŞMIRAM, ƏL ÇƏKİN!

[24.09.2009] - YAĞMA YAĞIŞ, YAĞMA YAĞIŞ...

[20.09.2009] - YETİM ƏLİNDƏ QOĞAL?

[19.09.2009] - BİZİM CEMİ KİM TAPACAQ?

[15.09.2009] - QIZIMA...

[13.09.2009] - HEY, TAKSİ!

[07.09.2009] - 17 İDİ, 18 OLDU...

[06.09.2009] - ÜZRÜ QƏBAHƏTİNDƏN BETƏR

[31.08.2009] - OKSFORDA, YOXSA BAKI MƏKTƏBİNƏ?

[30.08.2009] - OĞRU DA SUÇLU DEYİLSƏ...

[27.08.2009] - 2179 AZƏRBAYCANLIYA 1 KİTAB!

[24.08.2009] - ÖLƏCƏKSƏN, VƏSSALAM!

[21.08.2009] - YIXILIN O BİRİ TƏRƏFƏ

[17.08.2009] - MEYMUNU UNUT!

[13.08.2009] - KASIBIN SEVİMLİ EŞŞƏYİ

[10.08.2009] - ŞEYX NƏSRULLAH GƏLƏNƏDƏK...

[06.08.2009] - ALİ MƏKTƏB DÜKANLARI

[02.08.2009] - NƏRDƏ O ƏSKİ GÜNLƏR?

[01.08.2009] - ÜNVANIMIZA DEYİLƏN “DÜÜÜT”lü SÖYÜŞLƏR

[26.07.2009] - AÇARSIZ AÇIQLAMALAR...

[23.07.2009] - “MEDİA AÇARI” İLƏ BAĞLANAN QAPILAR

[20.07.2009] - HADİSƏ DANIŞANDA

[19.07.2009] - İLDƏ BİR DƏFƏ...

[16.07.2009] - ŞƏN OĞLANLAR

[13.07.2009] - JURNALİSTLƏRİN QUL BAZARI

[06.07.2009] - İMTAHAN BAYRAMI

[03.07.2009] - GECƏ 12-dən SONRA...

[29.06.2009] - SAĞLIĞINDA KOR FATMA...

[28.06.2009] - BU NÖMRƏYƏ ZƏNG ÇATMIR...

[22.06.2009] - BAYRAMSIZ QALAN BABALAR, VAY!

[15.06.2009] - QURDLU GİLAS PROJESİ

[11.06.2009] - KARTOFU JURNALİSTƏ BÜKƏNDƏ...

[08.06.2009] - VƏTƏN MƏNƏ OĞUL DEYİB(?!)

[04.06.2009] - QADIN ŞAPALAĞI

[01.06.2009] - ÜRƏYİ YANAN, GƏL BƏRİ!

[28.05.2009] - MONİTORİNQ HƏVƏSKARLARINA “FƏHLƏ” TÖVSİYYƏSİ

[25.05.2009] - XORUZUN QUYRUĞU...

[21.05.2009] - QIZIL SAAT VƏ “SON ZƏNG” ŞOUSU...

[18.05.2009] - AVROPAYA DAHA BİR ADDIM?

[14.05.2009] - NAĞIL BİTDİ...

[12.05.2009] - ƏLLƏRİMDƏ ÇİÇƏKLƏR...

[07.05.2009] - PEŞƏKARLIQ MÜHAZİRƏSİ

[04.05.2009] - QATİL DƏ TELEVİZOR İZLƏYİR...

[27.04.2009] - GEDƏK BİZ OLMAYAN YERƏ...

[23.04.2009] - NİZAMİNİN ADAŞI

[20.04.2009] - JURNALİSTDİ, QOYMA GƏLDİ!

[16.04.2009] - ONUN ŞƏFQƏTLİ ƏLLƏRİ...

[13.04.2009] - VOLAND BARMAĞI...

[06.04.2009] - TV NAZİRİNİ DANLAYANDA...

[02.04.2009] - ZARAFATSIZ...

[30.03.2009] - YARIMÇIQ YUXU...

[26.03.2009] - FATI, OTUR, FATI, DUR...

[16.03.2009] - METRODA BOMBA RABATAY...

[12.03.2009] - ƏSAS ODU Kİ...

[05.03.2009] - OBAMANIN BİR GÜNÜ...

[02.03.2009] - YARIM QAZAN MAKARON...

[27.02.2009] - BUZ KİMİ 8 MART HƏDİYYƏSİ

[23.02.2009] - AYNƏN ÖYLƏ...

[18.02.2009] - NAĞILÇI MƏNTİQİ

[16.02.2009] - 11 STANSİYALIQ XİLAS YOLU

[09.02.2009] - ATALARA MƏZUNİYYƏT, ANALARA İSTİRAHƏT!

[05.02.2009] - AZƏRBAYCAN - ƏN BÖYÜK QƏZZA...

[03.02.2009] - YARIYA QƏDƏR DOLU STƏKANA YENİ BAXIŞ...

[26.01.2009] - TƏR-Bİ-YƏ-Çİ!

[23.01.2009] - İMİC HEÇ NƏDİR, SUSUZLUQ HƏR ŞEY?

[19.01.2009] - KLİPLƏRDƏN KOROĞLU NƏRİLTİSİ EŞİDİLƏCƏK

[16.01.2009] - GÜNAH HƏMİŞƏ DÖYÜLƏNDƏDİR?

[12.01.2009] - O ƏJDAHADAN BİZDƏ OLMAYACAQ

[08.01.2009] - İKİ AKİFİN İKİ YÜZ FƏRQİ...

[06.01.2009] - 6 YANVAR ÇATANDA...

[29.12.2008] - ÖKÜZ APTEKƏ BAXAN KİMİ...

[25.12.2008] - MƏNƏ BAXMA, ADIMI ÇƏKMƏ, BARƏMDƏ DÜŞÜNMƏ...

[22.12.2008] - KAMERAYA ƏL YELLƏYİN...

[19.12.2008] - SAXLA, DÜŞƏN VAR

[16.12.2008] - 40 “RAZMER” AYAQQABI

[11.12.2008] - BİR AXŞAM ƏLƏT ÇÖLÜNDƏ...

[08.12.2008] - FONDA ŞƏN MUSİQİ...

[04.12.2008] - DÜNYANIN QORXDUĞU CAVAN - NUŞİRƏVAN

[01.12.2008] - NƏ SƏS-KÜYDÜR BU GÜN SİZDƏ, GÜLBADAM?

[30.11.2008] - AVTOBUS YAVAŞ-YAVAŞ YANANDA...

[27.11.2008] - JURNALİSTİN İTİNİ DƏ DİŞLƏYİRLƏR

[24.11.2008] - “LAZIM” QAPINI DÖYÜR...

[20.11.2008] - EL ÜÇÜN AĞLAYANDA...

[17.11.2008] - SƏN DƏ BİZİM MƏHƏLLƏDƏNSƏN...

[14.11.2008] - YENƏ HƏMİN ANAR MÜƏLLİM BARƏDƏ...

[13.11.2008] - “SƏNDƏN YAMAN NİGARANAM”

[10.11.2008] - QEYRİ-ELİT SÖHBƏT...

[03.11.2008] - DANIŞIR BAYQUŞLAR...

[02.11.2008] - MİRZƏ SAKİTİ EVİNƏ KÖÇÜRÜN...

ƏVVƏLKİ YAZILARI

Yeni MÜSAVAT © 2008