30 iyul 2010
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Sevinc TELMANQIZI Yazara məktub göndər

BAYRAM BİTDİ, YAŞAMAĞA DAVAM!

Bir neçə gün davam edən bayramlardan sonra ilk olaraq məmləkətin kriminal xronikası ilə maraqlanıram. Qaramatlıqda qınamayın, amma hər ölkənin halını, insanlarının yaşam standartını və sairi məhz bayramsonrası kriminal xronikaya baxıb müəyyənləşdirmək mümkündür. Məsələn, fikir verirəm, elə qonşu Türkiyə qəzetləri “Bayram günləri yenə can aldı” kimi manşetlər yazanda həmin günlərdəki yol-nəqliyyat qəzalarını sadalayırlar. Neyçün ki, osmanlı abilərimiz üçün ikicə günlük bayram belə turistik mərkəzlərdə istirahət etmək, ən pis halda isə məmləkətdəki valideynlərə baş çəkmək deməkdir.

Hamı düşür yolların canına - bunun içkilisi var, naşı sürücüsü var... Nəticədə zəncirləmə yol qəzaları. Fransa, Amerika kimi ölkələrdə bayram soyuq günlərə təsadüf edibsə, keflənib donvuranlar, ya da bar-restoranlarda xuliqanlıq edənlər kriminal xronikanın baş rol ifaçıları olur.
Azərbaycanın son üç gündə yaşadığı kriminal olayların özətinə diqqət yetirsəniz nə demək istədiyimi anlayacaqsınız. Demək belə... Bu üç günə nələri sığdıra bilmişik? Sumqayıtda bir qadın ailə münaqişəsi çərçivəsində ərini qətlə yetirib, Şəmkirdə qardaş bacısını boğub, Qubada 15 yaşlı qız ərə getməmək üçün özünü öldürüb, 24 yaşlı gənc intihar edib, Bakıda bir qadın özünü dənizə atıb... Hər halda, bu, biz qəzetçilərin tapıb üzə çıxardıqlarıdır. Yenə də təkrarlayıram, bu sayaq hadisələr, başqa ölkələrdə, elə adi günlərdə də baş verə bilər. Amma nə hikmətdisə, Azərbaycan insanının qanı daha çox bayram günlərində cuşa gəlir, bir dəliqanlılıq havasına bürünür və sair... Psixoloq olmasam da, az-çox yan-yörəmdə yaşananlara baxıb, bunun səbəbləri barədə acizanə şərh yürüdə bilərəm.
Öncə ondan başlayaq ki, bayram günlərində bütün ailə fərdlərinin evdə, sıcaq atmosferdə deyib-gülməsi haqq-hesabı reklamçıların uydurmasıdır. Yəqin o Türkiyə reklamlarını siz də görmüsünüz - ana mətbəxdə gülə-gülə yemək hazırlayır, qonaq otağında qayınana-baldız-qayın, eləcə də sonuncuların colma-cocuqları var-gəl edir. Sonra süfrəyə buğlana-buğlana yemək gəlir, hamı yenə eyni məntiqsizliklə gülümsünüb yeməyə cumuşur və sair. Dedim axı, reklamçı uydurması. Evinə bu qədər qonaq gəldiyi üçün (xüsusən də ərinin qohumları) gülə-gülə mətbəxdə yemək hazırlayan bir qadın göstərin mənə, qarşısında baş əyim. İkincisi, bütün bu prosedurlar mənasız, yersiz bir mükəlləfiyyətdir. Çox az adam içindən gəldiyi üçün qonaq gedir. Sadəcə, qayda belədir - gedilməlidir, vəssalam.
Xüsusən da Qurban bayramı. Həmişə demişəm, təkrarlamaqdan da yorulmuram. Çünki hər il mənzərə də təkrarlanır. Qurban bayramının mahiyyətini, fəlsəfəsini zay günə salan bizlər onu hər il “xala-xala” oyununa çeviririk. Qohumlardan bir neçəsi qoyun kəsir, sonra onu elə öz qohumları arasında da paylayır. Tutaq, Əlinin oğlu Vəli əmisigilə qurbanlıq pay aparır, elə Vəli əmisigildən də eyni həcmdə qurbanlıq payla geri qayıdır... Kimsəsiz qocalar, uşaqlar evləri, eləcə də yardıma möhtac insanları xatırlayanlar təəssüf ki, azdır. Bizdə çox vaxt bu qurbankəsmə əməliyyatını əzələ nümayişi, şöhrətpərəstlik naminə edənlər də tapılır. “Qoy qonum-qonşu, tanış-biliş bilsin ki, mənim maddi vəziyyətim yaxşıdır” haqq-hesabı olur ortada. Nəticə... Dediyim kimi, adamı bayramdan da iyrəndirirlər.
Qayıdaq girişdəki krimxronika söhbətinə. Bayram günləri işdən aralanma, özünlə baş-başa qalma deməkdir. İlin-günün bu vaxtında, bunca qayğının, dərd-azarın içində isə özünlə təkbətək qalmağa ürək lazımdır. Təsəvvür et, boşluqdan istifadə edən içindəki Sən nə qədər suallar qoyur qabağına, nələrin hesabını soruşur, nələrdə ittiham edir səni. Susdura da bilmirsən. Hələ buna başqalarıyla, adi günlərdə bir cümləni zorla deyən ev əhliylə danışmağı da əlavə etsən, görərsən ki, əməllicə cəhənnəmin içindəsən. Ev qadınları bayram günlərində özünü torpağı işğal edilmiş mülkədar kimi hiss edir. Sevimli serialları göstərilmir, ər-uşaq evin içində hər saniyə nəsə tələb edir, rəfiqələrlə çənə vurmağa vaxt yox. Yemək bişir, qab yu, ev yığışdır. Sonra yenə yemək bişir.... Beləcə, sıxıcı bayram günlərinin tez bitməsi üçün dua edirlər. Odur ki, dediyim o özüylə baş-başa qalma, eləcə də məişət qayğıları insanın bütün kimyasını, həyat ritmini pozur. Biz bayrama istirahət etmək üçün yox, daha çox işləmək, özümüzü yormaq, yükləmək, əsəbiləşdirmək üçün yanaşan toplumuq. Nəticəsi göz qabağındadır: ər qatili, intihar qurbanı, yaralamalar...
Dünən elə bu barədə düşünürdüm ki, gördüm gənc qəzetçi həmkarım Fərahim İlqaroğlu da gmail ünvanındakı statusuna yazıb: Bayram bitdi. Yaşasın işşşşş! (Bu, təxminən “reklamlar bitdi, seyrə davam” anonsu kimi bir şeydir) “ş”lərin sayı Fərahimin sevincinin böyüklüyünə işarə idi. Anladım ki, mənim kimi düşünənlər çoxdur. Bizim abrımızı iş örtür. Zarafatsız...

269 dəfə baxılıb

[29.07.2010] - CAZİBƏMİZ DƏ VAR

[28.07.2010] - EVLƏRİ KÖNDƏLƏN YAR

[22.07.2010] - BU DA BELƏ BİR GÜN

[19.07.2010] - EHTİYATLI OLUN - MÜKAFAT ALA BİLƏRSİZ!

[18.07.2010] - CƏMİYYƏT BELƏ İSTƏYİR...

[15.07.2010] - KOD ADI TƏLƏBƏ...

[12.07.2010] - BİR LİMAN, BİR DƏNİZ...

[11.07.2010] - ÇƏKİRƏM HAAA...

[05.07.2010] - OVUC İÇİ QƏDƏR...

[04.07.2010] - ODDA YANAN, SUDA BATAN...

[01.07.2010] - MƏRDİMAZAR AZ İDİ...

[28.06.2010] - MƏNFİ YÜKLÜ DƏNİZ...

[25.06.2010] - ARI KİMİ...

[21.06.2010] - 8 TƏLƏBƏYƏ 9 NÖV PLOV

[20.06.2010] - HÖKMDARIN HÜZURUNDA...

[19.06.2010] - YAYI YOLA SALAQ?

[14.06.2010] - OPERATİV DƏDƏ QORQUD

[13.06.2010] - YADPLANETLİ DEMƏ...

[10.06.2010] - KİM DAHA ŞANSLI?

[07.06.2010] - 80-dən SONRA GƏLƏN XOŞBƏXTLİK

[06.06.2010] - 10 MİLYON AVRO...CUQ

[03.06.2010] - CANIMIZ YANMASIN...

[31.05.2010] - ÖTƏN GÜNƏ GÜN... ÇATAR, ÇATAR...

[30.05.2010] - BƏNÖVŞƏ, BƏNDƏ DÜŞƏ...

[26.05.2010] - ARAZ AŞIĞIMDAN, KÜR TOPUĞUMDAN

[23.05.2010] - GÖRMƏMİŞİN KƏŞFİ OLDU...

[20.05.2010] - MANYAKA HAQSIZLIQ ETMƏYƏK

[17.05.2010] - HAMIYA ÇİRKİN OLSAM DA...

[16.05.2010] - GƏZMƏYƏ.... HARA YAXŞI?

[13.05.2010] - ÇÖRƏYİ VER ÇÖRƏKÇİYƏ...

[10.05.2010] - O Kİ BELƏ OLDU?

[07.05.2010] - BELƏ “BİZ” OLMAQDANSA...

[03.05.2010] - BAĞ BELƏ, BOSTAN BELƏ

[02.05.2010] - ÖLMÜŞDÜ HİPPOKRAT...

[18.12.2009] - “BOMBA” MƏMUR

[14.12.2009] - ŞAİR SÖZÜ, ƏLBƏTTƏ, YALANDIR

[13.12.2009] - QƏHRƏMAN OLMAQ ÜÇÜN LAYİHƏ

[11.12.2009] - NOVRUZƏLİNİN “E-MƏKTUB”u

[07.12.2009] - YOL VERİN, QUDAM GƏLİR

[05.12.2009] - KÖTƏYİ CƏNNƏTƏ GERİ YOLLADIQ

[25.11.2009] - QIZ QIZILA DÖNÜB...

[23.11.2009] - AY CAN, AY CAN, QİYAMƏTDİ!

[22.11.2009] - HEPİMİZ DOMUZ QRİPİYİZ!

[20.11.2009] - CIRTDANIN NƏNƏSİ VƏ BİZİM YAĞ YAXMAMIZ

[16.11.2009] - DESƏM, ÖLDÜRƏRLƏR...

[15.11.2009] - HAMI YANLIŞ ANLAYIR

[13.11.2009] - KİMDƏ ARTIQ MASKA VAR?

[10.11.2009] - “QAYNAR XƏTT”in SOYUQ DUŞ EFFEKTİ

[08.11.2009] - HƏR ŞEYDƏ BİR AZ “YENİ MÜSAVAT”...

[05.11.2009] - DONUZLA SOVRULANLAR...

[02.11.2009] - QANIMIZI İÇƏNLƏR

[01.11.2009] - EVDƏKİ, BİZİMKİ VƏ YA KÜLFƏT SÖHBƏTİ...

[31.10.2009] - QOCALMAYAN KÖŞƏ YAZARLARI...

[26.10.2009] - BİR İRƏLİ, BİR GERİ-YERİMİZDƏ SAYIRIQ

[25.10.2009] - SUXARI FALI

[22.10.2009] - UŞAQLAR VAR, ŞƏRAİT YOX?

[19.10.2009] - MÖVZU BOL OLARSA...

[18.10.2009] - BƏS QONAQPƏRVƏR İDİK, NƏ OLDU?

[15.10.2009] - İŞLƏR YAĞ KİMİ GETMƏYƏNDƏ...

[12.10.2009] - ƏZİZİM ƏZİZ...

[11.10.2009] - MANIS - CÜMLƏ XƏYANƏTLƏRƏ BAİS?

[08.10.2009] - DAHA MƏNİ GÖZLƏMƏ...

[05.10.2009] - İCTİMAİ İŞDƏN BOZBAŞA...

[28.09.2009] - G20 TOPLANTISININ “OTELLO”ları

[27.09.2009] - DANIŞMIRAM, ƏL ÇƏKİN!

[24.09.2009] - YAĞMA YAĞIŞ, YAĞMA YAĞIŞ...

[20.09.2009] - YETİM ƏLİNDƏ QOĞAL?

[19.09.2009] - BİZİM CEMİ KİM TAPACAQ?

[15.09.2009] - QIZIMA...

[13.09.2009] - HEY, TAKSİ!

[07.09.2009] - 17 İDİ, 18 OLDU...

[06.09.2009] - ÜZRÜ QƏBAHƏTİNDƏN BETƏR

[31.08.2009] - OKSFORDA, YOXSA BAKI MƏKTƏBİNƏ?

[30.08.2009] - OĞRU DA SUÇLU DEYİLSƏ...

[27.08.2009] - 2179 AZƏRBAYCANLIYA 1 KİTAB!

[24.08.2009] - ÖLƏCƏKSƏN, VƏSSALAM!

[21.08.2009] - YIXILIN O BİRİ TƏRƏFƏ

[17.08.2009] - MEYMUNU UNUT!

[13.08.2009] - KASIBIN SEVİMLİ EŞŞƏYİ

[10.08.2009] - ŞEYX NƏSRULLAH GƏLƏNƏDƏK...

[06.08.2009] - ALİ MƏKTƏB DÜKANLARI

[02.08.2009] - NƏRDƏ O ƏSKİ GÜNLƏR?

[01.08.2009] - ÜNVANIMIZA DEYİLƏN “DÜÜÜT”lü SÖYÜŞLƏR

[26.07.2009] - AÇARSIZ AÇIQLAMALAR...

[23.07.2009] - “MEDİA AÇARI” İLƏ BAĞLANAN QAPILAR

[20.07.2009] - HADİSƏ DANIŞANDA

[19.07.2009] - İLDƏ BİR DƏFƏ...

[16.07.2009] - ŞƏN OĞLANLAR

[13.07.2009] - JURNALİSTLƏRİN QUL BAZARI

[06.07.2009] - İMTAHAN BAYRAMI

[03.07.2009] - GECƏ 12-dən SONRA...

[29.06.2009] - SAĞLIĞINDA KOR FATMA...

[28.06.2009] - BU NÖMRƏYƏ ZƏNG ÇATMIR...

[22.06.2009] - BAYRAMSIZ QALAN BABALAR, VAY!

[15.06.2009] - QURDLU GİLAS PROJESİ

[11.06.2009] - KARTOFU JURNALİSTƏ BÜKƏNDƏ...

[08.06.2009] - VƏTƏN MƏNƏ OĞUL DEYİB(?!)

[04.06.2009] - QADIN ŞAPALAĞI

[01.06.2009] - ÜRƏYİ YANAN, GƏL BƏRİ!

[28.05.2009] - MONİTORİNQ HƏVƏSKARLARINA “FƏHLƏ” TÖVSİYYƏSİ

[25.05.2009] - XORUZUN QUYRUĞU...

[21.05.2009] - QIZIL SAAT VƏ “SON ZƏNG” ŞOUSU...

[18.05.2009] - AVROPAYA DAHA BİR ADDIM?

[14.05.2009] - NAĞIL BİTDİ...

[12.05.2009] - ƏLLƏRİMDƏ ÇİÇƏKLƏR...

[07.05.2009] - PEŞƏKARLIQ MÜHAZİRƏSİ

[04.05.2009] - QATİL DƏ TELEVİZOR İZLƏYİR...

[27.04.2009] - GEDƏK BİZ OLMAYAN YERƏ...

[23.04.2009] - NİZAMİNİN ADAŞI

[20.04.2009] - JURNALİSTDİ, QOYMA GƏLDİ!

[16.04.2009] - ONUN ŞƏFQƏTLİ ƏLLƏRİ...

[13.04.2009] - VOLAND BARMAĞI...

[06.04.2009] - TV NAZİRİNİ DANLAYANDA...

[02.04.2009] - ZARAFATSIZ...

[30.03.2009] - YARIMÇIQ YUXU...

[26.03.2009] - FATI, OTUR, FATI, DUR...

[16.03.2009] - METRODA BOMBA RABATAY...

[12.03.2009] - ƏSAS ODU Kİ...

[05.03.2009] - OBAMANIN BİR GÜNÜ...

[02.03.2009] - YARIM QAZAN MAKARON...

[27.02.2009] - BUZ KİMİ 8 MART HƏDİYYƏSİ

[23.02.2009] - AYNƏN ÖYLƏ...

[18.02.2009] - NAĞILÇI MƏNTİQİ

[16.02.2009] - 11 STANSİYALIQ XİLAS YOLU

[09.02.2009] - ATALARA MƏZUNİYYƏT, ANALARA İSTİRAHƏT!

[05.02.2009] - AZƏRBAYCAN - ƏN BÖYÜK QƏZZA...

[03.02.2009] - YARIYA QƏDƏR DOLU STƏKANA YENİ BAXIŞ...

[26.01.2009] - TƏR-Bİ-YƏ-Çİ!

[23.01.2009] - İMİC HEÇ NƏDİR, SUSUZLUQ HƏR ŞEY?

[19.01.2009] - KLİPLƏRDƏN KOROĞLU NƏRİLTİSİ EŞİDİLƏCƏK

[16.01.2009] - GÜNAH HƏMİŞƏ DÖYÜLƏNDƏDİR?

[12.01.2009] - O ƏJDAHADAN BİZDƏ OLMAYACAQ

[08.01.2009] - İKİ AKİFİN İKİ YÜZ FƏRQİ...

[06.01.2009] - 6 YANVAR ÇATANDA...

[29.12.2008] - ÖKÜZ APTEKƏ BAXAN KİMİ...

[25.12.2008] - MƏNƏ BAXMA, ADIMI ÇƏKMƏ, BARƏMDƏ DÜŞÜNMƏ...

[22.12.2008] - KAMERAYA ƏL YELLƏYİN...

[19.12.2008] - SAXLA, DÜŞƏN VAR

[16.12.2008] - 40 “RAZMER” AYAQQABI

[11.12.2008] - BİR AXŞAM ƏLƏT ÇÖLÜNDƏ...

[08.12.2008] - FONDA ŞƏN MUSİQİ...

[04.12.2008] - DÜNYANIN QORXDUĞU CAVAN - NUŞİRƏVAN

[01.12.2008] - NƏ SƏS-KÜYDÜR BU GÜN SİZDƏ, GÜLBADAM?

[30.11.2008] - AVTOBUS YAVAŞ-YAVAŞ YANANDA...

[27.11.2008] - JURNALİSTİN İTİNİ DƏ DİŞLƏYİRLƏR

[24.11.2008] - “LAZIM” QAPINI DÖYÜR...

[20.11.2008] - EL ÜÇÜN AĞLAYANDA...

[17.11.2008] - SƏN DƏ BİZİM MƏHƏLLƏDƏNSƏN...

[14.11.2008] - YENƏ HƏMİN ANAR MÜƏLLİM BARƏDƏ...

[13.11.2008] - “SƏNDƏN YAMAN NİGARANAM”

[10.11.2008] - QEYRİ-ELİT SÖHBƏT...

[03.11.2008] - DANIŞIR BAYQUŞLAR...

[02.11.2008] - MİRZƏ SAKİTİ EVİNƏ KÖÇÜRÜN...

ƏVVƏLKİ YAZILARI

Yeni MÜSAVAT © 2008