 |
Sevinc TELMANQIZI 
KÖTƏYİ CƏNNƏTƏ GERİ YOLLADIQ
|
Son günlər cəmiyyətdə bir feminizm, qadın təəssübkeşliyi dalğası başlayıb ki, gəl görəsən: bəyanatın, tədbirin, yeni qanun layihələrinin biri beş qəpiyə. Son olaraq srağagün parlamentdə qadın zorakılığı mövzusu müzakirə olundu. Deputatlar, rəsmi struktur rəhbərləri, eləcə də beynəlxalq təşkilat nümayəndələri elə alovlu danışdılar ki, dedim yəqin bu ölkənin bir nömrəli problemini həll etməyə hazırlaşırlar. Keçmə bəzi qorxaqların belə zərərsiz mövzularda yeri-göyü dağıtmalarından. Demək, problem qadına qarşı zorakılıqdır, amma ortada konkret günahkar yoxdur - arvadını döyən əli, narkoman vəli və ya təcavüzkar pirvəli... Onun canına döşəməyə də nə var ki? Zarafat deyil, o boyda Avropa Şurasının(AŞ) o boyda baş katibinin Azərbaycandakı xüsusi nümayəndəsi Veronika Kotek də müzakirələrdə dilə gəlib və deyib ki, AŞ Azərbaycanda bu problemin həllinə dəstək verəcək. Ura!!! AŞ-nin bu günə qədər ölkədəki demokratikləşmə prosesinə verdiyi saysız-hesabsız töhfələri xatırlayanda adamın qəlbi dağa dönür. Bilirsən ki, AŞ-nin bu dəstəyindən sonra ölüsü bir-iki günə arvadını döyən bütün vəhşi kişilər onların qabağında diz çökərək, İlhan Şeşenin o məşhur mahnısındakı kimi “son zamanlar yapdıqlarıma baxma ne olursun, benim aklım başımda deyil...” mahnısını oxuyacaqlar. Özü də əllərində çiçəklərlə. Görərsiz. Tədbirin ən sensasiyalı, “po bolshe zəhrimar” olan qismi isə sonda baş tutub. Dinləmələrin sonunda qadınlara qarşı zorakılığı pisləyən bəyanat qəbul edilib. Di gedin, qadın düşmənləri! Bunu istəyirdiniz? İndi o bəyanatdan sonra kimin nə haqqı var qadına gözün üstə qaşın var desin? Sizə zarafat gəlməsin, 2015-ci ilə qədər bu problemlə bağlı qanunvericilik bazası yaradılacaq. Problemin həlli üçün cəmiyyət maarifləndiriləcək. Ay can, ay can, büdcədən yenə də paraları səpələyəcəklər. O pullarla da bir-iki qaçqın düşərgəsində, yataqxanalarda eynəkli professorlar “qadınlar bir çiçəkdir” tipli fəlsəfi çıxışlar edəcək. Sonrası? Canınıza sağlıq, yenə də milli kişilər yemək dadsız alındığı, uşaq yerli-yersiz ağladığı, arvadın “dili uzandığı” üçün şillə-təpiyini işə salacaq. Nişanlısı tərəfindən döyülən qız yenə də düşünəcək ki, ərə gedəndə vəziyyət düzələcək. Ərə gedəndə özünə təsəlli verəcək ki, hamilə qalanda ona əl qaldıran olmaz. Hamilə olanda da ümidini uşaq dünyaya gələndən sonra ərinin adam olacağına bağlayacaq... Və beləcə, ümid edə-edə yaşayacaq. İnanın ki, vəziyyət də dəyişməyəcək. Mən demirəm ki, ölkədə belə problem yoxdur və ya onu müzakirəyə çıxarmaq yelbeyinlikdir. Sadəcə, qadın zorakılığına gələnə qədər keçiləsi o qədər yol var ki. Guya bu ölkənin bir nömrəli dərdi qadın zorakılığıdır? Kişilər, uşaqlar, yaşlılar gül vurub bəyəm? Məmləkət insanını hər addımbaşı döyürlər - sözlə, qanunsuzluqla, sayğısızlıqla, ədalətsizliklə. Onların hansı birinin zərbəsi daha yüngüldür ki? Bu ölkə bu sayaq zorakılıqlardan üz-gözü göyərmiş insanlardan ibarət deyilmi? Elə həmin o müzakirələrdə odlu-alovlu danışanların kimliyinə fikir verin. Hərəsinin ayağında ən azı bir düjün “döyülmüş ” günahsız adamlar var. Digər bir tərəfdən, bilirsinizmi bizim kimi cəmiyyətlərdə belə statistikalar niyə qabarıqdır? Müsəlman ölkəsi olmamız, savadsızlıq kimi faktorların öz yeri var. Amma ən əsası odur ki, bu ölkədə insanların, xüsusən də kişilərin aqressiv olmaları üçün bəs deyincə səbəb yaradılır. Yolda-izdə, iş yerində, dövlət müəssisələrində - hər yerdə hüququ tapdanan, sözün bütün mənalarında döyülən kişinin gücü ancaq zəif və zərif məxluqlara çatır. Hirsini-hikkəsini də ancaq ondan çıxır. Nəticə də göz önündədir. Məncə, qadınını döyən kişini bu əməldən vaz keçirmənin yolu bəllidir - normal cəmiyyət, ədalətli idarəetmə, sivil qanunlar. Birinci ondan başlayaq. Kişilərin o dediyim məşhur mahnını oxuması ancaq bu halda mümkün ola bilər. Qadınlarla bağlı iki məşhur məsəl var, yəqin bilirsiniz. Birincisi, cənnətin qadınların ayağı altında olması, ikincisi isə qadına vurulan kötəyin cənnətdən çıxması... Deməli, sonuncusunu artıq həll etdik - ellikcə keçirilən müzakirələrdə kötəyi cənnətə geri göndərmişik. Qalıb cənnəti anaların ayağı altına sərməyimiz. Onun üçün də parlamentin bircə müzakirəsi bəsdir... 246 dəfə baxılıb
|
[29.07.2010] - CAZİBƏMİZ DƏ VAR [28.07.2010] - EVLƏRİ KÖNDƏLƏN YAR [22.07.2010] - BU DA BELƏ BİR GÜN [19.07.2010] - EHTİYATLI OLUN - MÜKAFAT ALA BİLƏRSİZ! [18.07.2010] - CƏMİYYƏT BELƏ İSTƏYİR... [15.07.2010] - KOD ADI TƏLƏBƏ... [12.07.2010] - BİR LİMAN, BİR DƏNİZ... [11.07.2010] - ÇƏKİRƏM HAAA... [05.07.2010] - OVUC İÇİ QƏDƏR... [04.07.2010] - ODDA YANAN, SUDA BATAN... [01.07.2010] - MƏRDİMAZAR AZ İDİ... [28.06.2010] - MƏNFİ YÜKLÜ DƏNİZ... [25.06.2010] - ARI KİMİ... [21.06.2010] - 8 TƏLƏBƏYƏ 9 NÖV PLOV [20.06.2010] - HÖKMDARIN HÜZURUNDA... [19.06.2010] - YAYI YOLA SALAQ? [14.06.2010] - OPERATİV DƏDƏ QORQUD [13.06.2010] - YADPLANETLİ DEMƏ... [10.06.2010] - KİM DAHA ŞANSLI? [07.06.2010] - 80-dən SONRA GƏLƏN XOŞBƏXTLİK [06.06.2010] - 10 MİLYON AVRO...CUQ [03.06.2010] - CANIMIZ YANMASIN... [31.05.2010] - ÖTƏN GÜNƏ GÜN... ÇATAR, ÇATAR... [30.05.2010] - BƏNÖVŞƏ, BƏNDƏ DÜŞƏ... [26.05.2010] - ARAZ AŞIĞIMDAN, KÜR TOPUĞUMDAN [23.05.2010] - GÖRMƏMİŞİN KƏŞFİ OLDU... [20.05.2010] - MANYAKA HAQSIZLIQ ETMƏYƏK [17.05.2010] - HAMIYA ÇİRKİN OLSAM DA... [16.05.2010] - GƏZMƏYƏ.... HARA YAXŞI? [13.05.2010] - ÇÖRƏYİ VER ÇÖRƏKÇİYƏ... [10.05.2010] - O Kİ BELƏ OLDU? [07.05.2010] - BELƏ “BİZ” OLMAQDANSA... [03.05.2010] - BAĞ BELƏ, BOSTAN BELƏ [02.05.2010] - ÖLMÜŞDÜ HİPPOKRAT... [18.12.2009] - “BOMBA” MƏMUR [14.12.2009] - ŞAİR SÖZÜ, ƏLBƏTTƏ, YALANDIR [13.12.2009] - QƏHRƏMAN OLMAQ ÜÇÜN LAYİHƏ [11.12.2009] - NOVRUZƏLİNİN “E-MƏKTUB”u [07.12.2009] - YOL VERİN, QUDAM GƏLİR [02.12.2009] - BAYRAM BİTDİ, YAŞAMAĞA DAVAM! [25.11.2009] - QIZ QIZILA DÖNÜB... [23.11.2009] - AY CAN, AY CAN, QİYAMƏTDİ! [22.11.2009] - HEPİMİZ DOMUZ QRİPİYİZ! [20.11.2009] - CIRTDANIN NƏNƏSİ VƏ BİZİM YAĞ YAXMAMIZ [16.11.2009] - DESƏM, ÖLDÜRƏRLƏR... [15.11.2009] - HAMI YANLIŞ ANLAYIR [13.11.2009] - KİMDƏ ARTIQ MASKA VAR? [10.11.2009] - “QAYNAR XƏTT”in SOYUQ DUŞ EFFEKTİ [08.11.2009] - HƏR ŞEYDƏ BİR AZ “YENİ MÜSAVAT”... [05.11.2009] - DONUZLA SOVRULANLAR... [02.11.2009] - QANIMIZI İÇƏNLƏR [01.11.2009] - EVDƏKİ, BİZİMKİ VƏ YA KÜLFƏT SÖHBƏTİ... [31.10.2009] - QOCALMAYAN KÖŞƏ YAZARLARI... [26.10.2009] - BİR İRƏLİ, BİR GERİ-YERİMİZDƏ SAYIRIQ [25.10.2009] - SUXARI FALI [22.10.2009] - UŞAQLAR VAR, ŞƏRAİT YOX? [19.10.2009] - MÖVZU BOL OLARSA... [18.10.2009] - BƏS QONAQPƏRVƏR İDİK, NƏ OLDU? [15.10.2009] - İŞLƏR YAĞ KİMİ GETMƏYƏNDƏ... [12.10.2009] - ƏZİZİM ƏZİZ... [11.10.2009] - MANIS - CÜMLƏ XƏYANƏTLƏRƏ BAİS? [08.10.2009] - DAHA MƏNİ GÖZLƏMƏ... [05.10.2009] - İCTİMAİ İŞDƏN BOZBAŞA... [28.09.2009] - G20 TOPLANTISININ “OTELLO”ları [27.09.2009] - DANIŞMIRAM, ƏL ÇƏKİN! [24.09.2009] - YAĞMA YAĞIŞ, YAĞMA YAĞIŞ... [20.09.2009] - YETİM ƏLİNDƏ QOĞAL? [19.09.2009] - BİZİM CEMİ KİM TAPACAQ? [15.09.2009] - QIZIMA... [13.09.2009] - HEY, TAKSİ! [07.09.2009] - 17 İDİ, 18 OLDU... [06.09.2009] - ÜZRÜ QƏBAHƏTİNDƏN BETƏR [31.08.2009] - OKSFORDA, YOXSA BAKI MƏKTƏBİNƏ? [30.08.2009] - OĞRU DA SUÇLU DEYİLSƏ... [27.08.2009] - 2179 AZƏRBAYCANLIYA 1 KİTAB! [24.08.2009] - ÖLƏCƏKSƏN, VƏSSALAM! [21.08.2009] - YIXILIN O BİRİ TƏRƏFƏ [17.08.2009] - MEYMUNU UNUT! [13.08.2009] - KASIBIN SEVİMLİ EŞŞƏYİ [10.08.2009] - ŞEYX NƏSRULLAH GƏLƏNƏDƏK... [06.08.2009] - ALİ MƏKTƏB DÜKANLARI [02.08.2009] - NƏRDƏ O ƏSKİ GÜNLƏR? [01.08.2009] - ÜNVANIMIZA DEYİLƏN “DÜÜÜT”lü SÖYÜŞLƏR [26.07.2009] - AÇARSIZ AÇIQLAMALAR... [23.07.2009] - “MEDİA AÇARI” İLƏ BAĞLANAN QAPILAR [20.07.2009] - HADİSƏ DANIŞANDA [19.07.2009] - İLDƏ BİR DƏFƏ... [16.07.2009] - ŞƏN OĞLANLAR [13.07.2009] - JURNALİSTLƏRİN QUL BAZARI [06.07.2009] - İMTAHAN BAYRAMI [03.07.2009] - GECƏ 12-dən SONRA... [29.06.2009] - SAĞLIĞINDA KOR FATMA... [28.06.2009] - BU NÖMRƏYƏ ZƏNG ÇATMIR... [22.06.2009] - BAYRAMSIZ QALAN BABALAR, VAY! [15.06.2009] - QURDLU GİLAS PROJESİ [11.06.2009] - KARTOFU JURNALİSTƏ BÜKƏNDƏ... [08.06.2009] - VƏTƏN MƏNƏ OĞUL DEYİB(?!) [04.06.2009] - QADIN ŞAPALAĞI [01.06.2009] - ÜRƏYİ YANAN, GƏL BƏRİ! [28.05.2009] - MONİTORİNQ HƏVƏSKARLARINA “FƏHLƏ” TÖVSİYYƏSİ [25.05.2009] - XORUZUN QUYRUĞU... [21.05.2009] - QIZIL SAAT VƏ “SON ZƏNG” ŞOUSU... [18.05.2009] - AVROPAYA DAHA BİR ADDIM? [14.05.2009] - NAĞIL BİTDİ... [12.05.2009] - ƏLLƏRİMDƏ ÇİÇƏKLƏR... [07.05.2009] - PEŞƏKARLIQ MÜHAZİRƏSİ [04.05.2009] - QATİL DƏ TELEVİZOR İZLƏYİR... [27.04.2009] - GEDƏK BİZ OLMAYAN YERƏ... [23.04.2009] - NİZAMİNİN ADAŞI [20.04.2009] - JURNALİSTDİ, QOYMA GƏLDİ! [16.04.2009] - ONUN ŞƏFQƏTLİ ƏLLƏRİ... [13.04.2009] - VOLAND BARMAĞI... [06.04.2009] - TV NAZİRİNİ DANLAYANDA... [02.04.2009] - ZARAFATSIZ... [30.03.2009] - YARIMÇIQ YUXU... [26.03.2009] - FATI, OTUR, FATI, DUR... [16.03.2009] - METRODA BOMBA RABATAY... [12.03.2009] - ƏSAS ODU Kİ... [05.03.2009] - OBAMANIN BİR GÜNÜ... [02.03.2009] - YARIM QAZAN MAKARON... [27.02.2009] - BUZ KİMİ 8 MART HƏDİYYƏSİ [23.02.2009] - AYNƏN ÖYLƏ... [18.02.2009] - NAĞILÇI MƏNTİQİ [16.02.2009] - 11 STANSİYALIQ XİLAS YOLU [09.02.2009] - ATALARA MƏZUNİYYƏT, ANALARA İSTİRAHƏT! [05.02.2009] - AZƏRBAYCAN - ƏN BÖYÜK QƏZZA... [03.02.2009] - YARIYA QƏDƏR DOLU STƏKANA YENİ BAXIŞ... [26.01.2009] - TƏR-Bİ-YƏ-Çİ! [23.01.2009] - İMİC HEÇ NƏDİR, SUSUZLUQ HƏR ŞEY? [19.01.2009] - KLİPLƏRDƏN KOROĞLU NƏRİLTİSİ EŞİDİLƏCƏK [16.01.2009] - GÜNAH HƏMİŞƏ DÖYÜLƏNDƏDİR? [12.01.2009] - O ƏJDAHADAN BİZDƏ OLMAYACAQ [08.01.2009] - İKİ AKİFİN İKİ YÜZ FƏRQİ... [06.01.2009] - 6 YANVAR ÇATANDA... [29.12.2008] - ÖKÜZ APTEKƏ BAXAN KİMİ... [25.12.2008] - MƏNƏ BAXMA, ADIMI ÇƏKMƏ, BARƏMDƏ DÜŞÜNMƏ... [22.12.2008] - KAMERAYA ƏL YELLƏYİN... [19.12.2008] - SAXLA, DÜŞƏN VAR [16.12.2008] - 40 “RAZMER” AYAQQABI [11.12.2008] - BİR AXŞAM ƏLƏT ÇÖLÜNDƏ... [08.12.2008] - FONDA ŞƏN MUSİQİ... [04.12.2008] - DÜNYANIN QORXDUĞU CAVAN - NUŞİRƏVAN [01.12.2008] - NƏ SƏS-KÜYDÜR BU GÜN SİZDƏ, GÜLBADAM? [30.11.2008] - AVTOBUS YAVAŞ-YAVAŞ YANANDA... [27.11.2008] - JURNALİSTİN İTİNİ DƏ DİŞLƏYİRLƏR [24.11.2008] - “LAZIM” QAPINI DÖYÜR... [20.11.2008] - EL ÜÇÜN AĞLAYANDA... [17.11.2008] - SƏN DƏ BİZİM MƏHƏLLƏDƏNSƏN... [14.11.2008] - YENƏ HƏMİN ANAR MÜƏLLİM BARƏDƏ... [13.11.2008] - “SƏNDƏN YAMAN NİGARANAM” [10.11.2008] - QEYRİ-ELİT SÖHBƏT... [03.11.2008] - DANIŞIR BAYQUŞLAR... [02.11.2008] - MİRZƏ SAKİTİ EVİNƏ KÖÇÜRÜN... ƏVVƏLKİ YAZILARI
|