03 sentyabr 2010
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Sevinc TELMANQIZI Yazara məktub göndər

YOL VERİN, QUDAM GƏLİR

Gözünüz aydın, bəh-bəhli daha bir qanun layihəsi hazırlanıb. Azərbaycan Respublikası Korrupsiyaya Qarşı Mübarizə Komissiyası tərəfindən “Vəzifəli şəxslərin fəaliyyətində maraqların toqquşması haqqında” qanun layihəsi hazırlanıb. Özü də Avropa Şurası və Amerika Ədliyyə Nazirliyinin ekspertləri tərəfindən rəy alıb.

Konstitusiya Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev qeyd edib ki, həmin qanun layihəsi yaxın vaxtlarda parlamentə təqdim olunacaq. O hesab edir ki, bu qanun qəbul edildikdən sonra dövlət orqanlarında yaxın qohumların birgə işləməsi ilə bağlı neqativ hallar aradan qalxa bilər. Deyilənlərə inansaq, sözügedən qanun nəticəsində qohumların uyğun işlə təmin edilmək prosesləri ilə bağlı mexanizmlər də işlənib hazırlana bilər.
Birinci qanunun adından başlayaq. Mən bilən, Azərbaycanda vəzifəli şəxslərin fəaliyyətində maraqların toqquşması deyəndə tamam ayrı şey nəzərdə tutulur. Kimsə kiminsə “toçka”sına ilişəndə və ya badalaq vurub, qabağa keçmək istəyəndə deyirlər ki, bəs filan məmurla o birinin maraqları toqquşub. Yoxsa ki, kiminsə qohumu onunla bir yerdə işləyir deyə maraqlar təmin olunmasın, neqativ hal sayılsın, bu, boş söhbətdir.
İkincisi, Azərbaycan elə məmləkətdir ki, burda hansı institut pis fəaliyyət göstərsə də, qohumçuluq institutu cağbacağ, dəf kimi işləyir. Bunu qanuna rəy verən Amerika Ədliyyə Nazirliyində, Avropa Şurasında hansısa Con bilməyə bilər. Amma əlahəzrət milli fakt deyir ki, peşmandı bizlərdə biri azca qabağa gedib, qotur bir idarədə bir şöbə müdiri olsun, dərhal “yaxından-uzaqdan” gələn qohum-əqrəba yapışacaq ətəyindən. Birinin oğlunu idarədə işə düzəldəcək, o birinin qızının imtahan-zaçotunu tapşırtdıracaq, bir başqasının qardaşını əsgərlikdən saxlatdıracaq. Tam qəbilə psixologiyası, qohumcanlı olmaq kompleksi, nə bilim daha nə. Yəni bu, cəmiyyətin ən aşağı təbəqələrində belədir və ona görə də heç kəsin “yuxarıdakılar niyə vəzifəyə özününkünü çəkir” kimi irad səsləndirməyə haqqı çatmır. Biz toplum olaraq qohumcanlıyıq, canımız yanmasın...
Və indi də parlament qanunu müzakirə edib, bu azarımızı aradan götürəcək. Ondan sonra məmləkətdə bir 37-ci il ab-havası başlayacaq ki, gəl görəsən. Hamı bir-birini inkar edəcək, “oğullar ataya görə cavabdehlik daşımayacaq”, həmin günə qədər can-ciyər olanların yaxınlıqlarının da körpünü keçərkən baş verdiyi ortaya çıxacaq və sair. Özü də qohumluğu sübut etmək sizə asan gəlməsin ha. Söhbət təkcə bibioğlu-dayıqızı yaxınlığından getmir ki. Bizimki kimi topluluqlarda “xalaoğlunun bibisi nəvəsinin əmisi qızı” da can-ciyər qohum statusundadır və lazım gələndə vəzifəli qohumu ona da görüm-baxım edə bilər. O şəcərə qohumluqlarını hansı dövlət orqanı, necə araşdırıb ortaya çıxaracaq, orası da maraqlıdır.
Şər deməsən xeyir gəlməz deyiblər. Məndən soruşsanız, bu yeni qanun çox qanlar axıdacaq, çox ailələr dağıdıb, çox uşaqları atasız qoyacaq. Zarafatsız, təsəvvür edin ki, yüksək vəzifədə çalışan bir məmur qanunun qəbulundan sonra həyat yoldaşının bütün qohumlarını işdən çıxarır.(Bizdə arvad tərəfin qohumu yalan olmasın müqəddəs şəxs sayılır- S.T) Gör bundan sonra azca “qürur”u olan qadın bir dəqiqə o evdə duruş gətirər və ya ərinin başında tük qoyar? Və ya əmioğlu əmioğlunu işdən çıxarmağa məcbur olur. Çörəyinə bais olduğu üçün sonuncu birincini qanına qəltan edər, ya yox? Dedim axı, qəliz söhbətdir...
Amma sizə deyim ki, Kərəmi burda ağlamaq tutmur ha. Kərəm dəsmalını qanunun müzakirəsi zamanı çıxaracaq. Elementar bir məqam. Qanun harda müzakirə olunacaq? Milli Məclisdə. Qanuna “ok” hardan veriləcək? Laaaap yuxarılardan. Hər iki yerdə də qohumcanlılığın gül vurduğunu nəzərə alanda onun qəbuluna zərrə qədər inam qalmır. Yüksək vəzifəli məmurların, oliqarxların övladlarının harda işlədiyini bilənlər nə demək istədiyimizi anlayar. Ya da dediyim kimi, qanun qəbul olunacaq, amma heç kim öz qohumunu rus demiş, “priznavat” eləməyəcək. Yenə də sıfır vur sıfır, əldə var sıfır söhbəti...
Deyəsən, siz də mənim kimi, informasiyanın açar cümləsinə fikir verməmisiniz axı. Axı orda göstərilir ki, sözügedən qanun nəticəsində qohumların uyğun işlə təmin edilmək prosesləri ilə bağlı mexanizmlər işlənib hazırlana bilər. Demək nə olacaq o mexanizm? Əli öz idarəsindəki qohumlarını göndərəcək Vəli dostunun idarəsinə. Təxminən “Bənövşə, bəndə düşər” oyunundakı kimi. Əliylə Vəlinin komandası dayanacaq üz-üzə, biri o birinə bağıracaq “Sizdən bizə kim düşə”? Cavab gecikməyəcək: “Adı gözəl, özü gözəl filankəs”.
Bu da belə. Bütün iztirablara beləcə son qoyulacaq. Bizə isə bu oyuna çəpik çalmaq qalacaq. “Qulp”un devizində necə deyilir? Bizə qalan bu şor olacaq, şor...

529 dəfə baxılıb

[30.08.2010] - HƏFTƏBECƏR

[26.08.2010] - SƏN MARSDAN GƏLMİSƏN?

[15.08.2010] - NERDE O ESKİ RAMAZANLAR...

[09.08.2010] - TƏMİZ AYAQ SÖHBƏTİ

[07.08.2010] - ADAM İTİ DİŞLƏYƏNDƏ...

[01.08.2010] - BU DA SİZƏ FACEBOOK

[29.07.2010] - CAZİBƏMİZ DƏ VAR

[28.07.2010] - EVLƏRİ KÖNDƏLƏN YAR

[22.07.2010] - BU DA BELƏ BİR GÜN

[19.07.2010] - EHTİYATLI OLUN - MÜKAFAT ALA BİLƏRSİZ!

[18.07.2010] - CƏMİYYƏT BELƏ İSTƏYİR...

[15.07.2010] - KOD ADI TƏLƏBƏ...

[12.07.2010] - BİR LİMAN, BİR DƏNİZ...

[11.07.2010] - ÇƏKİRƏM HAAA...

[05.07.2010] - OVUC İÇİ QƏDƏR...

[04.07.2010] - ODDA YANAN, SUDA BATAN...

[01.07.2010] - MƏRDİMAZAR AZ İDİ...

[28.06.2010] - MƏNFİ YÜKLÜ DƏNİZ...

[25.06.2010] - ARI KİMİ...

[21.06.2010] - 8 TƏLƏBƏYƏ 9 NÖV PLOV

[20.06.2010] - HÖKMDARIN HÜZURUNDA...

[19.06.2010] - YAYI YOLA SALAQ?

[14.06.2010] - OPERATİV DƏDƏ QORQUD

[13.06.2010] - YADPLANETLİ DEMƏ...

[10.06.2010] - KİM DAHA ŞANSLI?

[07.06.2010] - 80-dən SONRA GƏLƏN XOŞBƏXTLİK

[06.06.2010] - 10 MİLYON AVRO...CUQ

[03.06.2010] - CANIMIZ YANMASIN...

[31.05.2010] - ÖTƏN GÜNƏ GÜN... ÇATAR, ÇATAR...

[30.05.2010] - BƏNÖVŞƏ, BƏNDƏ DÜŞƏ...

[26.05.2010] - ARAZ AŞIĞIMDAN, KÜR TOPUĞUMDAN

[23.05.2010] - GÖRMƏMİŞİN KƏŞFİ OLDU...

[20.05.2010] - MANYAKA HAQSIZLIQ ETMƏYƏK

[17.05.2010] - HAMIYA ÇİRKİN OLSAM DA...

[16.05.2010] - GƏZMƏYƏ.... HARA YAXŞI?

[13.05.2010] - ÇÖRƏYİ VER ÇÖRƏKÇİYƏ...

[10.05.2010] - O Kİ BELƏ OLDU?

[07.05.2010] - BELƏ “BİZ” OLMAQDANSA...

[03.05.2010] - BAĞ BELƏ, BOSTAN BELƏ

[02.05.2010] - ÖLMÜŞDÜ HİPPOKRAT...

[18.12.2009] - “BOMBA” MƏMUR

[14.12.2009] - ŞAİR SÖZÜ, ƏLBƏTTƏ, YALANDIR

[13.12.2009] - QƏHRƏMAN OLMAQ ÜÇÜN LAYİHƏ

[11.12.2009] - NOVRUZƏLİNİN “E-MƏKTUB”u

[05.12.2009] - KÖTƏYİ CƏNNƏTƏ GERİ YOLLADIQ

[02.12.2009] - BAYRAM BİTDİ, YAŞAMAĞA DAVAM!

[25.11.2009] - QIZ QIZILA DÖNÜB...

[23.11.2009] - AY CAN, AY CAN, QİYAMƏTDİ!

[22.11.2009] - HEPİMİZ DOMUZ QRİPİYİZ!

[20.11.2009] - CIRTDANIN NƏNƏSİ VƏ BİZİM YAĞ YAXMAMIZ

[16.11.2009] - DESƏM, ÖLDÜRƏRLƏR...

[15.11.2009] - HAMI YANLIŞ ANLAYIR

[13.11.2009] - KİMDƏ ARTIQ MASKA VAR?

[10.11.2009] - “QAYNAR XƏTT”in SOYUQ DUŞ EFFEKTİ

[08.11.2009] - HƏR ŞEYDƏ BİR AZ “YENİ MÜSAVAT”...

[05.11.2009] - DONUZLA SOVRULANLAR...

[02.11.2009] - QANIMIZI İÇƏNLƏR

[01.11.2009] - EVDƏKİ, BİZİMKİ VƏ YA KÜLFƏT SÖHBƏTİ...

[31.10.2009] - QOCALMAYAN KÖŞƏ YAZARLARI...

[26.10.2009] - BİR İRƏLİ, BİR GERİ-YERİMİZDƏ SAYIRIQ

[25.10.2009] - SUXARI FALI

[22.10.2009] - UŞAQLAR VAR, ŞƏRAİT YOX?

[19.10.2009] - MÖVZU BOL OLARSA...

[18.10.2009] - BƏS QONAQPƏRVƏR İDİK, NƏ OLDU?

[15.10.2009] - İŞLƏR YAĞ KİMİ GETMƏYƏNDƏ...

[12.10.2009] - ƏZİZİM ƏZİZ...

[11.10.2009] - MANIS - CÜMLƏ XƏYANƏTLƏRƏ BAİS?

[08.10.2009] - DAHA MƏNİ GÖZLƏMƏ...

[05.10.2009] - İCTİMAİ İŞDƏN BOZBAŞA...

[28.09.2009] - G20 TOPLANTISININ “OTELLO”ları

[27.09.2009] - DANIŞMIRAM, ƏL ÇƏKİN!

[24.09.2009] - YAĞMA YAĞIŞ, YAĞMA YAĞIŞ...

[20.09.2009] - YETİM ƏLİNDƏ QOĞAL?

[19.09.2009] - BİZİM CEMİ KİM TAPACAQ?

[15.09.2009] - QIZIMA...

[13.09.2009] - HEY, TAKSİ!

[07.09.2009] - 17 İDİ, 18 OLDU...

[06.09.2009] - ÜZRÜ QƏBAHƏTİNDƏN BETƏR

[31.08.2009] - OKSFORDA, YOXSA BAKI MƏKTƏBİNƏ?

[30.08.2009] - OĞRU DA SUÇLU DEYİLSƏ...

[27.08.2009] - 2179 AZƏRBAYCANLIYA 1 KİTAB!

[24.08.2009] - ÖLƏCƏKSƏN, VƏSSALAM!

[21.08.2009] - YIXILIN O BİRİ TƏRƏFƏ

[17.08.2009] - MEYMUNU UNUT!

[13.08.2009] - KASIBIN SEVİMLİ EŞŞƏYİ

[10.08.2009] - ŞEYX NƏSRULLAH GƏLƏNƏDƏK...

[06.08.2009] - ALİ MƏKTƏB DÜKANLARI

[02.08.2009] - NƏRDƏ O ƏSKİ GÜNLƏR?

[01.08.2009] - ÜNVANIMIZA DEYİLƏN “DÜÜÜT”lü SÖYÜŞLƏR

[26.07.2009] - AÇARSIZ AÇIQLAMALAR...

[23.07.2009] - “MEDİA AÇARI” İLƏ BAĞLANAN QAPILAR

[20.07.2009] - HADİSƏ DANIŞANDA

[19.07.2009] - İLDƏ BİR DƏFƏ...

[16.07.2009] - ŞƏN OĞLANLAR

[13.07.2009] - JURNALİSTLƏRİN QUL BAZARI

[06.07.2009] - İMTAHAN BAYRAMI

[03.07.2009] - GECƏ 12-dən SONRA...

[29.06.2009] - SAĞLIĞINDA KOR FATMA...

[28.06.2009] - BU NÖMRƏYƏ ZƏNG ÇATMIR...

[22.06.2009] - BAYRAMSIZ QALAN BABALAR, VAY!

[15.06.2009] - QURDLU GİLAS PROJESİ

[11.06.2009] - KARTOFU JURNALİSTƏ BÜKƏNDƏ...

[08.06.2009] - VƏTƏN MƏNƏ OĞUL DEYİB(?!)

[04.06.2009] - QADIN ŞAPALAĞI

[01.06.2009] - ÜRƏYİ YANAN, GƏL BƏRİ!

[28.05.2009] - MONİTORİNQ HƏVƏSKARLARINA “FƏHLƏ” TÖVSİYYƏSİ

[25.05.2009] - XORUZUN QUYRUĞU...

[21.05.2009] - QIZIL SAAT VƏ “SON ZƏNG” ŞOUSU...

[18.05.2009] - AVROPAYA DAHA BİR ADDIM?

[14.05.2009] - NAĞIL BİTDİ...

[12.05.2009] - ƏLLƏRİMDƏ ÇİÇƏKLƏR...

[07.05.2009] - PEŞƏKARLIQ MÜHAZİRƏSİ

[04.05.2009] - QATİL DƏ TELEVİZOR İZLƏYİR...

[27.04.2009] - GEDƏK BİZ OLMAYAN YERƏ...

[23.04.2009] - NİZAMİNİN ADAŞI

[20.04.2009] - JURNALİSTDİ, QOYMA GƏLDİ!

[16.04.2009] - ONUN ŞƏFQƏTLİ ƏLLƏRİ...

[13.04.2009] - VOLAND BARMAĞI...

[06.04.2009] - TV NAZİRİNİ DANLAYANDA...

[02.04.2009] - ZARAFATSIZ...

[30.03.2009] - YARIMÇIQ YUXU...

[26.03.2009] - FATI, OTUR, FATI, DUR...

[16.03.2009] - METRODA BOMBA RABATAY...

[12.03.2009] - ƏSAS ODU Kİ...

[05.03.2009] - OBAMANIN BİR GÜNÜ...

[02.03.2009] - YARIM QAZAN MAKARON...

[27.02.2009] - BUZ KİMİ 8 MART HƏDİYYƏSİ

[23.02.2009] - AYNƏN ÖYLƏ...

[18.02.2009] - NAĞILÇI MƏNTİQİ

[16.02.2009] - 11 STANSİYALIQ XİLAS YOLU

[09.02.2009] - ATALARA MƏZUNİYYƏT, ANALARA İSTİRAHƏT!

[05.02.2009] - AZƏRBAYCAN - ƏN BÖYÜK QƏZZA...

[03.02.2009] - YARIYA QƏDƏR DOLU STƏKANA YENİ BAXIŞ...

[26.01.2009] - TƏR-Bİ-YƏ-Çİ!

[23.01.2009] - İMİC HEÇ NƏDİR, SUSUZLUQ HƏR ŞEY?

[19.01.2009] - KLİPLƏRDƏN KOROĞLU NƏRİLTİSİ EŞİDİLƏCƏK

[16.01.2009] - GÜNAH HƏMİŞƏ DÖYÜLƏNDƏDİR?

[12.01.2009] - O ƏJDAHADAN BİZDƏ OLMAYACAQ

[08.01.2009] - İKİ AKİFİN İKİ YÜZ FƏRQİ...

[06.01.2009] - 6 YANVAR ÇATANDA...

[29.12.2008] - ÖKÜZ APTEKƏ BAXAN KİMİ...

[25.12.2008] - MƏNƏ BAXMA, ADIMI ÇƏKMƏ, BARƏMDƏ DÜŞÜNMƏ...

[22.12.2008] - KAMERAYA ƏL YELLƏYİN...

[19.12.2008] - SAXLA, DÜŞƏN VAR

[16.12.2008] - 40 “RAZMER” AYAQQABI

[11.12.2008] - BİR AXŞAM ƏLƏT ÇÖLÜNDƏ...

[08.12.2008] - FONDA ŞƏN MUSİQİ...

[04.12.2008] - DÜNYANIN QORXDUĞU CAVAN - NUŞİRƏVAN

[01.12.2008] - NƏ SƏS-KÜYDÜR BU GÜN SİZDƏ, GÜLBADAM?

[30.11.2008] - AVTOBUS YAVAŞ-YAVAŞ YANANDA...

[27.11.2008] - JURNALİSTİN İTİNİ DƏ DİŞLƏYİRLƏR

[24.11.2008] - “LAZIM” QAPINI DÖYÜR...

[20.11.2008] - EL ÜÇÜN AĞLAYANDA...

[17.11.2008] - SƏN DƏ BİZİM MƏHƏLLƏDƏNSƏN...

[14.11.2008] - YENƏ HƏMİN ANAR MÜƏLLİM BARƏDƏ...

[13.11.2008] - “SƏNDƏN YAMAN NİGARANAM”

[10.11.2008] - QEYRİ-ELİT SÖHBƏT...

[03.11.2008] - DANIŞIR BAYQUŞLAR...

[02.11.2008] - MİRZƏ SAKİTİ EVİNƏ KÖÇÜRÜN...

ƏVVƏLKİ YAZILARI

Yeni MÜSAVAT © 2008