30 iyul 2010
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Sevinc TELMANQIZI Yazara məktub göndər

QƏHRƏMAN OLMAQ ÜÇÜN LAYİHƏ

Vaxtilə məktəbimizdə çoxuşaqlı bir ailənin uşaqları oxuyurdu, özləri də məktəbə yaxın binalardan birində yaşayırdılar. Hər səhər düz onların evlərinin böyründən keçib dərsə gedir, bu zaman da maraqlı insan mənzərələri ilə qarşılaşırdıq. Təsəvvür edin, 11 uşaq dərsə getməzdən əvvəl şirin çay içir, hamısı eyni dəqiqələrdə çaylarındakı şəkər tozunu qarışdırır - danq-danq-danq... Sonra eyni sürətlə hamısı çaylarını içir, ağız marçıltısı, çay hortdatması. Tam uşaq bağçası mənzərəsi.

Yolu o binanın yanından keçən məktəblilər həmişə bu səslərə azarkeşlik edir və dərsə gələndə deyirdilər ki, Rüstəmovların(ailənin soyadı beləydi-S.T) evində bu səhər də toy idi. Uşaqların hərəsi bir sinifdə oxuyurdu. Birinin bu il geyindiyini gələn il o biri bacı-qardaşı geyinirdi. Məktəb dərslikləri, çantaları da o qayda ilə bir-birinə ötürülürdü. Adətən həftənin şənbə günlərinə təsadüf edən valideyn iclaslarına isə ana Rüstəmova qatılır və hər uşağının iclasında 5 dəqiqə iştirak edib, o biri iclasa qaçırdı.
Dediyim kimi, maraqlı mənzərə idi və mən indi bunu baxdığım hansısa filmin xoş bir səhnəsi kimi xatırlayıram. Neyçün ki, indi ətrafımda belə ailələr yox dərəcəsindədir. Cütlüklər dünyaya iki uşaqdan artığını gətirməyə risk etmir, osmanlı abilərimizin təbirincə desək, “çekirdək ailə” modelinə üstünlük verirlər. Abilərimiz tuma çekirdək deyirlər və kiçik ailələri də kiçik tum dənələrinə bənzədirlər. Əslində maraqlı bənzətmədir, çünki dünyadakı hər şeyin get-gedə kiçildiyi, kiçilmiş modellərin dəb olduğu bir zaman kəsimində ailələr də bu dəbə üstünlük verirlər.
Amma deyəsən şanlı hökumətimiz bu problemə də bir əncam çəkəcək. Bu yaxınlarda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova dedi ki, sovet dövründə qadınlara verilən qəhrəman ana statusunu bərpa etməyi düşünürlər və 7 övlad dünyaya gətirmiş qadınlar bu ünvana layiq görüləcəklər. Daha onlara nə kimi imtiyaz, sosial güzəşt, müavinət veriləcəyi bəlli olmadı. Deyildi ki, bu məsələyə layihə hazır olandan sonra baxılacaq. Düzü, indi o deyilən sayın yarısı qədər uşaq dünyaya gətirib onu saxlamağın özü ailədən qəhrəmanlıq tələb edir. Quru ada və hər uşağa verilən birdəfəlik müavinətə görə heç kimin belə bir fədakarlıq edəcəyinə inanmağım gəlmir. Sovet dövrünə baxmayın, o vaxt hökumət ailələrin qayğısını özü avtomatik yoluna qoyurdu - uşaqlar evin böyründə yerləşən məktəblərə yollanır, dərs kitabları, geyimləri havayı verilir, normal dərs sistemi sayəsində isə əksəriyyət pis-yaxşı ali məktəb tələbəsi olurdu. Sonra da təyinat sistemi ilə işədüzəlmə mərhələsi gəlirdi və sair. Qalan məsələlər də rusun təbirincə desək, öz “xod”u ilə qaydasına düşürdü. Daha bu uşağı saxlamağın nəyi qəhrəmanlıq oldu?
İndi isə dediyim kimi, üç uşaqlı ailənin başçısına qəhrəman, fədakar insan kimi baxmağa başlamışıq. Birincisi, ona görə ki, uşağı layiqincə saxlayıb, böyütmək probleminin öhdəsindən gəlmək heç də hər igidin işi deyil. Ona-buna lağ edərək, çox döşünə döyənlər görmüşük ki, ikicə uşağın qayğısının əlində girinc olub, təmiz adını, reputasiyasını, əqidəsini satıb.
İkincisi, məvacibin ümidinə qalıb, bu bahalıqla, uşaqların saysız-hesabsız tələbləri ilə uğraşmaq üçün gərək supermen gücünə malik olasan. Lap tutaq ki, hökumət vəd etdiyi kimi, layihə hazırladı, qəhrəman analara da güzəşt təyin etdi. Gəlin düşünək - bu, nə güzəştlər ola bilər? Sovet dövründə qəhrəman analara pulsuz ət-yağ talonları, geyim-gecim təyin olunurmuş. İndi neyləyəcəklər? 7 uşaqlı bir ailənin dolanışıq xərci kəllə-çarxa vurur, hökumət dütdülü güzəştlərlə hansı ailəyə stimul verə biləcək? Bu 7 uşağın doğum evindən başlayıb bağçada, orta məktəbdə, repititor yanında davam edən həyat macərasında maddi-mənəvi cəhətdən yanında ola biləcəkmi? Bircə anlığa öz uşaqlarınızın keçdiyi bu yolun maddi-mənəvi ağırlığını yada salsanızz, nə demək istədiyimi anlayacaqsınız.
Mənzərənin acınacaqlı tərəfi həm də odur ki, bu gün məmləkətin layiqli, təmiz sayılan əksər insanları bu maddi qayğılar ucbatından elə “çəkirdək ailə” yaratmağa üstünlük verir. Halbuki layiqli adamların dünyaya bəxş etdiyi fərdlərin (yəni, onun genlərini daşıyıb, onun tərbiyəsini, əxlaqını görmüş) çox olması elə bu məmləkətə böyük fayda verərdi. Axı hər bir uşaq bir ailənin yeni layihəsidir. Uğurlu layihələr isə xeyir formasında nəinki həmin ailəyə, bütün məmləkətə qayıdır.
Nəsə, çox qaramatlıq etmədən yeni layihəni, yeni güzəştləri gözləyək. Kim bilir, bəlkə də yeni ildən yenə də bəzi evlərdə şirin çay qarışdıranların sayı artacaq?

199 dəfə baxılıb

[29.07.2010] - CAZİBƏMİZ DƏ VAR

[28.07.2010] - EVLƏRİ KÖNDƏLƏN YAR

[22.07.2010] - BU DA BELƏ BİR GÜN

[19.07.2010] - EHTİYATLI OLUN - MÜKAFAT ALA BİLƏRSİZ!

[18.07.2010] - CƏMİYYƏT BELƏ İSTƏYİR...

[15.07.2010] - KOD ADI TƏLƏBƏ...

[12.07.2010] - BİR LİMAN, BİR DƏNİZ...

[11.07.2010] - ÇƏKİRƏM HAAA...

[05.07.2010] - OVUC İÇİ QƏDƏR...

[04.07.2010] - ODDA YANAN, SUDA BATAN...

[01.07.2010] - MƏRDİMAZAR AZ İDİ...

[28.06.2010] - MƏNFİ YÜKLÜ DƏNİZ...

[25.06.2010] - ARI KİMİ...

[21.06.2010] - 8 TƏLƏBƏYƏ 9 NÖV PLOV

[20.06.2010] - HÖKMDARIN HÜZURUNDA...

[19.06.2010] - YAYI YOLA SALAQ?

[14.06.2010] - OPERATİV DƏDƏ QORQUD

[13.06.2010] - YADPLANETLİ DEMƏ...

[10.06.2010] - KİM DAHA ŞANSLI?

[07.06.2010] - 80-dən SONRA GƏLƏN XOŞBƏXTLİK

[06.06.2010] - 10 MİLYON AVRO...CUQ

[03.06.2010] - CANIMIZ YANMASIN...

[31.05.2010] - ÖTƏN GÜNƏ GÜN... ÇATAR, ÇATAR...

[30.05.2010] - BƏNÖVŞƏ, BƏNDƏ DÜŞƏ...

[26.05.2010] - ARAZ AŞIĞIMDAN, KÜR TOPUĞUMDAN

[23.05.2010] - GÖRMƏMİŞİN KƏŞFİ OLDU...

[20.05.2010] - MANYAKA HAQSIZLIQ ETMƏYƏK

[17.05.2010] - HAMIYA ÇİRKİN OLSAM DA...

[16.05.2010] - GƏZMƏYƏ.... HARA YAXŞI?

[13.05.2010] - ÇÖRƏYİ VER ÇÖRƏKÇİYƏ...

[10.05.2010] - O Kİ BELƏ OLDU?

[07.05.2010] - BELƏ “BİZ” OLMAQDANSA...

[03.05.2010] - BAĞ BELƏ, BOSTAN BELƏ

[02.05.2010] - ÖLMÜŞDÜ HİPPOKRAT...

[18.12.2009] - “BOMBA” MƏMUR

[14.12.2009] - ŞAİR SÖZÜ, ƏLBƏTTƏ, YALANDIR

[11.12.2009] - NOVRUZƏLİNİN “E-MƏKTUB”u

[07.12.2009] - YOL VERİN, QUDAM GƏLİR

[05.12.2009] - KÖTƏYİ CƏNNƏTƏ GERİ YOLLADIQ

[02.12.2009] - BAYRAM BİTDİ, YAŞAMAĞA DAVAM!

[25.11.2009] - QIZ QIZILA DÖNÜB...

[23.11.2009] - AY CAN, AY CAN, QİYAMƏTDİ!

[22.11.2009] - HEPİMİZ DOMUZ QRİPİYİZ!

[20.11.2009] - CIRTDANIN NƏNƏSİ VƏ BİZİM YAĞ YAXMAMIZ

[16.11.2009] - DESƏM, ÖLDÜRƏRLƏR...

[15.11.2009] - HAMI YANLIŞ ANLAYIR

[13.11.2009] - KİMDƏ ARTIQ MASKA VAR?

[10.11.2009] - “QAYNAR XƏTT”in SOYUQ DUŞ EFFEKTİ

[08.11.2009] - HƏR ŞEYDƏ BİR AZ “YENİ MÜSAVAT”...

[05.11.2009] - DONUZLA SOVRULANLAR...

[02.11.2009] - QANIMIZI İÇƏNLƏR

[01.11.2009] - EVDƏKİ, BİZİMKİ VƏ YA KÜLFƏT SÖHBƏTİ...

[31.10.2009] - QOCALMAYAN KÖŞƏ YAZARLARI...

[26.10.2009] - BİR İRƏLİ, BİR GERİ-YERİMİZDƏ SAYIRIQ

[25.10.2009] - SUXARI FALI

[22.10.2009] - UŞAQLAR VAR, ŞƏRAİT YOX?

[19.10.2009] - MÖVZU BOL OLARSA...

[18.10.2009] - BƏS QONAQPƏRVƏR İDİK, NƏ OLDU?

[15.10.2009] - İŞLƏR YAĞ KİMİ GETMƏYƏNDƏ...

[12.10.2009] - ƏZİZİM ƏZİZ...

[11.10.2009] - MANIS - CÜMLƏ XƏYANƏTLƏRƏ BAİS?

[08.10.2009] - DAHA MƏNİ GÖZLƏMƏ...

[05.10.2009] - İCTİMAİ İŞDƏN BOZBAŞA...

[28.09.2009] - G20 TOPLANTISININ “OTELLO”ları

[27.09.2009] - DANIŞMIRAM, ƏL ÇƏKİN!

[24.09.2009] - YAĞMA YAĞIŞ, YAĞMA YAĞIŞ...

[20.09.2009] - YETİM ƏLİNDƏ QOĞAL?

[19.09.2009] - BİZİM CEMİ KİM TAPACAQ?

[15.09.2009] - QIZIMA...

[13.09.2009] - HEY, TAKSİ!

[07.09.2009] - 17 İDİ, 18 OLDU...

[06.09.2009] - ÜZRÜ QƏBAHƏTİNDƏN BETƏR

[31.08.2009] - OKSFORDA, YOXSA BAKI MƏKTƏBİNƏ?

[30.08.2009] - OĞRU DA SUÇLU DEYİLSƏ...

[27.08.2009] - 2179 AZƏRBAYCANLIYA 1 KİTAB!

[24.08.2009] - ÖLƏCƏKSƏN, VƏSSALAM!

[21.08.2009] - YIXILIN O BİRİ TƏRƏFƏ

[17.08.2009] - MEYMUNU UNUT!

[13.08.2009] - KASIBIN SEVİMLİ EŞŞƏYİ

[10.08.2009] - ŞEYX NƏSRULLAH GƏLƏNƏDƏK...

[06.08.2009] - ALİ MƏKTƏB DÜKANLARI

[02.08.2009] - NƏRDƏ O ƏSKİ GÜNLƏR?

[01.08.2009] - ÜNVANIMIZA DEYİLƏN “DÜÜÜT”lü SÖYÜŞLƏR

[26.07.2009] - AÇARSIZ AÇIQLAMALAR...

[23.07.2009] - “MEDİA AÇARI” İLƏ BAĞLANAN QAPILAR

[20.07.2009] - HADİSƏ DANIŞANDA

[19.07.2009] - İLDƏ BİR DƏFƏ...

[16.07.2009] - ŞƏN OĞLANLAR

[13.07.2009] - JURNALİSTLƏRİN QUL BAZARI

[06.07.2009] - İMTAHAN BAYRAMI

[03.07.2009] - GECƏ 12-dən SONRA...

[29.06.2009] - SAĞLIĞINDA KOR FATMA...

[28.06.2009] - BU NÖMRƏYƏ ZƏNG ÇATMIR...

[22.06.2009] - BAYRAMSIZ QALAN BABALAR, VAY!

[15.06.2009] - QURDLU GİLAS PROJESİ

[11.06.2009] - KARTOFU JURNALİSTƏ BÜKƏNDƏ...

[08.06.2009] - VƏTƏN MƏNƏ OĞUL DEYİB(?!)

[04.06.2009] - QADIN ŞAPALAĞI

[01.06.2009] - ÜRƏYİ YANAN, GƏL BƏRİ!

[28.05.2009] - MONİTORİNQ HƏVƏSKARLARINA “FƏHLƏ” TÖVSİYYƏSİ

[25.05.2009] - XORUZUN QUYRUĞU...

[21.05.2009] - QIZIL SAAT VƏ “SON ZƏNG” ŞOUSU...

[18.05.2009] - AVROPAYA DAHA BİR ADDIM?

[14.05.2009] - NAĞIL BİTDİ...

[12.05.2009] - ƏLLƏRİMDƏ ÇİÇƏKLƏR...

[07.05.2009] - PEŞƏKARLIQ MÜHAZİRƏSİ

[04.05.2009] - QATİL DƏ TELEVİZOR İZLƏYİR...

[27.04.2009] - GEDƏK BİZ OLMAYAN YERƏ...

[23.04.2009] - NİZAMİNİN ADAŞI

[20.04.2009] - JURNALİSTDİ, QOYMA GƏLDİ!

[16.04.2009] - ONUN ŞƏFQƏTLİ ƏLLƏRİ...

[13.04.2009] - VOLAND BARMAĞI...

[06.04.2009] - TV NAZİRİNİ DANLAYANDA...

[02.04.2009] - ZARAFATSIZ...

[30.03.2009] - YARIMÇIQ YUXU...

[26.03.2009] - FATI, OTUR, FATI, DUR...

[16.03.2009] - METRODA BOMBA RABATAY...

[12.03.2009] - ƏSAS ODU Kİ...

[05.03.2009] - OBAMANIN BİR GÜNÜ...

[02.03.2009] - YARIM QAZAN MAKARON...

[27.02.2009] - BUZ KİMİ 8 MART HƏDİYYƏSİ

[23.02.2009] - AYNƏN ÖYLƏ...

[18.02.2009] - NAĞILÇI MƏNTİQİ

[16.02.2009] - 11 STANSİYALIQ XİLAS YOLU

[09.02.2009] - ATALARA MƏZUNİYYƏT, ANALARA İSTİRAHƏT!

[05.02.2009] - AZƏRBAYCAN - ƏN BÖYÜK QƏZZA...

[03.02.2009] - YARIYA QƏDƏR DOLU STƏKANA YENİ BAXIŞ...

[26.01.2009] - TƏR-Bİ-YƏ-Çİ!

[23.01.2009] - İMİC HEÇ NƏDİR, SUSUZLUQ HƏR ŞEY?

[19.01.2009] - KLİPLƏRDƏN KOROĞLU NƏRİLTİSİ EŞİDİLƏCƏK

[16.01.2009] - GÜNAH HƏMİŞƏ DÖYÜLƏNDƏDİR?

[12.01.2009] - O ƏJDAHADAN BİZDƏ OLMAYACAQ

[08.01.2009] - İKİ AKİFİN İKİ YÜZ FƏRQİ...

[06.01.2009] - 6 YANVAR ÇATANDA...

[29.12.2008] - ÖKÜZ APTEKƏ BAXAN KİMİ...

[25.12.2008] - MƏNƏ BAXMA, ADIMI ÇƏKMƏ, BARƏMDƏ DÜŞÜNMƏ...

[22.12.2008] - KAMERAYA ƏL YELLƏYİN...

[19.12.2008] - SAXLA, DÜŞƏN VAR

[16.12.2008] - 40 “RAZMER” AYAQQABI

[11.12.2008] - BİR AXŞAM ƏLƏT ÇÖLÜNDƏ...

[08.12.2008] - FONDA ŞƏN MUSİQİ...

[04.12.2008] - DÜNYANIN QORXDUĞU CAVAN - NUŞİRƏVAN

[01.12.2008] - NƏ SƏS-KÜYDÜR BU GÜN SİZDƏ, GÜLBADAM?

[30.11.2008] - AVTOBUS YAVAŞ-YAVAŞ YANANDA...

[27.11.2008] - JURNALİSTİN İTİNİ DƏ DİŞLƏYİRLƏR

[24.11.2008] - “LAZIM” QAPINI DÖYÜR...

[20.11.2008] - EL ÜÇÜN AĞLAYANDA...

[17.11.2008] - SƏN DƏ BİZİM MƏHƏLLƏDƏNSƏN...

[14.11.2008] - YENƏ HƏMİN ANAR MÜƏLLİM BARƏDƏ...

[13.11.2008] - “SƏNDƏN YAMAN NİGARANAM”

[10.11.2008] - QEYRİ-ELİT SÖHBƏT...

[03.11.2008] - DANIŞIR BAYQUŞLAR...

[02.11.2008] - MİRZƏ SAKİTİ EVİNƏ KÖÇÜRÜN...

ƏVVƏLKİ YAZILARI

Yeni MÜSAVAT © 2008