 |
Sevinc TELMANQIZI 
ŞAİR SÖZÜ, ƏLBƏTTƏ, YALANDIR
... amma həmişə yox
|
Füzuli bu sözü əsrlər öncə deyib. Hələ YAP-ın şərəfinə mədhiyyələr yazılmadığı, prezidentlərin şair-yazıçı tayfasına ev, təqaüd paylamadığı zamanda: “Aldanma ki, şair sözü, əlbəttə, yalandır”. Təmiz söhbət... Bəlkə adam bütün təkliflərə rəğmən saray şairliyindən imtina etdiyinə, sonuncuların simasını tanıdığına görə belə qənaətə gəlmişdi, kim bilir? Hər halda düz buyurmuşdu və Az.TV-nin təbirincə desək, sözləri indiyə qədər də aktuallığını qoruyur. Yaxşı, bəs biz bu gerçəyi bildiyimiz halda niyə həşirə düşmüşük? Biz deyəndə jurnalistləri nəzərdə tuturam. Şair-yazıçılardan illərdir əlahiddə, prinsipial söz, mövqe gözləyib durmuşuq. Özünə sərf edəndə ölkə rəhbərliyindən evinin hamam-tualetinin təmirini istəyən, sərf etməyəndə isə mələklə-şeytanla uğraşan 21-ci əsr şairindən doğrudanmı nəsə umacaq qədər sadəlövhük? Məşhur bir telekanal rəhbərinin onları tənqid edəndə dediyi bir söz hələ də yadımdadır: bizi unudun, elə hesab edin ki, yoxuq... Ciğal mövqe olsa da, reallıq budu. Daha doğrusu, məğlubiyyəti etiraf etməyin yollarından biri. Elə o telekanal rəhbərinin sözü olmasın, bəzən bəzi adamların varlığını unutmaq ən doğru çıxış yoludur. Amma bəzilərini ha... Düzü, son günlər Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin içində ölkə ədəbiyyatını da tənqid edən məqaləsindən sonra yenidən gözlər şair-yazıçı tayfasına yönəlib. Həmkarlarım alıblar əllərinə qələmi, döşə ki, döşəyəsən. Dünən baxıram, çoxu Anarın, Fikrət Qocanın, Əkrəm Əylislinin üstünə düşüb, onların Ramiz Mehdiyevə verdiyi cavabı tənqid edir. “Mənəm-mənəmlik” olmasın, amma hər üç yazarı mövzuyla bağlı özüm danışdırdığım üçün onların ikisinə qarşı haqsızlıq edildiyini də vurğulamadan keçə bilməyəcəm. Nə deyir yazarlar və nədə tənqid edir onları bizim həmkarlar? Məsələn, Anar son illər cəmiyyətdə səs-küy yaradacaq əsərlər yazılmadığı fikri ilə razılaşmır. Bizim yazarlar deyir, bəs deputat seçməyiblər, Yazıçılar Birliyinin qarşıdan gələn qurultayında da “vurulacağı” üçün indidən belə mövqe sərgiləyir. Mənsə səbəbdən daha çox nəticəyə diqqət yetirməyin tərəfdarıyam. Adam hər halda sözünü deyir, məntiqini də ortaya qoyur. Məntiqsə daş kimi möhkəmdir: pisiksə, niyə bizə büdcədən bu qədər vəsait ayrılır, kitablarımız dərc olunur, qurultayımız keçirilir? Daha sərt cavabın buynuzu olmur ki? Və ya Fikrət Qoca. Onun ki, deputat seçilmək iddiası yoxdu. Amma cavabına diqqət edin: “Bilirsiz, uşaq var ki, gözünü yumur. Deyir ki, dünya yoxdur. Gözünü açanda isə görür ki, dünya varmış. Amma bu zaman hamı onun kimi gözünü yummur ki? Əsər varsa, artıq var”. Mən hələ bu sitatı şərh edib-etməməyə cəsarət göstərmirəm, amma Fikrət Qoca sözünü artıq deyib. Əkrəm Əylislinin elə qəzetimizə verdiyi “mən öz havamda yaşayıram” “cavab”ını şərh etməyi oxucunun öz ixtiyarına buraxıram. Amma Anarla Fikrət Qocanı xərcləməməyinizi rica edirəm. Bu günə qədər onların barəsində bəs deyincə tənqid yazan birisi olaraq, deyə bilərəm ki, bu cəsarətli mövqelərini, sadəcə, alqışlamaq lazımdır. Hələ bilmək olmaz ki, onlara verilən imtiyazın mində biri bu gün döşünə döyən cavan yazarlara verilsəydi, bu tənqid qarşısında necə nala-mıxa vurardılar? Yeri düşüb yazım, daim Anarı tənqid edənlərdən birinin mövzuyla bağlı açıqlamasını oxudum. Deyir ki, bu məqalədən sonra hər bir Azərbaycan yazıçısı öz yaradıcılığı barədə düşünməlidir. Düzünü deyin, kimin danışığından daha çox sabun iyi gəlir? Yanlış anlamayın, mən bu yazımla heç də Anardan, Fikrət Qocadan xilaskar, qəhrəman obrazı yaratmaq fikrində deyiləm. Necə deyərlər, “heç kim unudulmur, heç nə yaddan çıxmır”. Amma dünənki pis əməlinə görə tənqid etdiyimiz adamlar bu gün ortaya babat mövqe qoyurlarsa, onların üstünə getməyin adı nədir? Hər halda son günlər Misir Mərdanovun, Abel Məhərrəmovun müsahibələrinə baxanda Anarla Fikrət Qoca qəhrəman təsiri bağışlayırlar. Qoy sonda bunu da yazım, ürəyimdə qalmasın. Dünən təsadüfən tanınmış şairlərdən birinin müsahibəsini oxudum. Dediyinə görə, günahlarını savablarının belinə yükləyib, uzun bir səfərə çıxmışdı, iblislə dostluq edirdi, içindəki işığı qorumağın yollarını tapmışdı və sair və ilaxir... Ölkə kəllə-mayallaq aşır, camaat acından qırılır, haqsızlıq diz boyu, üstəgəl hakimiyyət də bunları tənqid edir. Şair hələ də məşhur lətifədəki kimi bizə “çayın necə axmasını” təsvir edir. 372 dəfə baxılıb
|
[30.08.2010] - HƏFTƏBECƏR [26.08.2010] - SƏN MARSDAN GƏLMİSƏN? [15.08.2010] - NERDE O ESKİ RAMAZANLAR... [09.08.2010] - TƏMİZ AYAQ SÖHBƏTİ [07.08.2010] - ADAM İTİ DİŞLƏYƏNDƏ... [01.08.2010] - BU DA SİZƏ FACEBOOK [29.07.2010] - CAZİBƏMİZ DƏ VAR [28.07.2010] - EVLƏRİ KÖNDƏLƏN YAR [22.07.2010] - BU DA BELƏ BİR GÜN [19.07.2010] - EHTİYATLI OLUN - MÜKAFAT ALA BİLƏRSİZ! [18.07.2010] - CƏMİYYƏT BELƏ İSTƏYİR... [15.07.2010] - KOD ADI TƏLƏBƏ... [12.07.2010] - BİR LİMAN, BİR DƏNİZ... [11.07.2010] - ÇƏKİRƏM HAAA... [05.07.2010] - OVUC İÇİ QƏDƏR... [04.07.2010] - ODDA YANAN, SUDA BATAN... [01.07.2010] - MƏRDİMAZAR AZ İDİ... [28.06.2010] - MƏNFİ YÜKLÜ DƏNİZ... [25.06.2010] - ARI KİMİ... [21.06.2010] - 8 TƏLƏBƏYƏ 9 NÖV PLOV [20.06.2010] - HÖKMDARIN HÜZURUNDA... [19.06.2010] - YAYI YOLA SALAQ? [14.06.2010] - OPERATİV DƏDƏ QORQUD [13.06.2010] - YADPLANETLİ DEMƏ... [10.06.2010] - KİM DAHA ŞANSLI? [07.06.2010] - 80-dən SONRA GƏLƏN XOŞBƏXTLİK [06.06.2010] - 10 MİLYON AVRO...CUQ [03.06.2010] - CANIMIZ YANMASIN... [31.05.2010] - ÖTƏN GÜNƏ GÜN... ÇATAR, ÇATAR... [30.05.2010] - BƏNÖVŞƏ, BƏNDƏ DÜŞƏ... [26.05.2010] - ARAZ AŞIĞIMDAN, KÜR TOPUĞUMDAN [23.05.2010] - GÖRMƏMİŞİN KƏŞFİ OLDU... [20.05.2010] - MANYAKA HAQSIZLIQ ETMƏYƏK [17.05.2010] - HAMIYA ÇİRKİN OLSAM DA... [16.05.2010] - GƏZMƏYƏ.... HARA YAXŞI? [13.05.2010] - ÇÖRƏYİ VER ÇÖRƏKÇİYƏ... [10.05.2010] - O Kİ BELƏ OLDU? [07.05.2010] - BELƏ “BİZ” OLMAQDANSA... [03.05.2010] - BAĞ BELƏ, BOSTAN BELƏ [02.05.2010] - ÖLMÜŞDÜ HİPPOKRAT... [18.12.2009] - “BOMBA” MƏMUR [13.12.2009] - QƏHRƏMAN OLMAQ ÜÇÜN LAYİHƏ [11.12.2009] - NOVRUZƏLİNİN “E-MƏKTUB”u [07.12.2009] - YOL VERİN, QUDAM GƏLİR [05.12.2009] - KÖTƏYİ CƏNNƏTƏ GERİ YOLLADIQ [02.12.2009] - BAYRAM BİTDİ, YAŞAMAĞA DAVAM! [25.11.2009] - QIZ QIZILA DÖNÜB... [23.11.2009] - AY CAN, AY CAN, QİYAMƏTDİ! [22.11.2009] - HEPİMİZ DOMUZ QRİPİYİZ! [20.11.2009] - CIRTDANIN NƏNƏSİ VƏ BİZİM YAĞ YAXMAMIZ [16.11.2009] - DESƏM, ÖLDÜRƏRLƏR... [15.11.2009] - HAMI YANLIŞ ANLAYIR [13.11.2009] - KİMDƏ ARTIQ MASKA VAR? [10.11.2009] - “QAYNAR XƏTT”in SOYUQ DUŞ EFFEKTİ [08.11.2009] - HƏR ŞEYDƏ BİR AZ “YENİ MÜSAVAT”... [05.11.2009] - DONUZLA SOVRULANLAR... [02.11.2009] - QANIMIZI İÇƏNLƏR [01.11.2009] - EVDƏKİ, BİZİMKİ VƏ YA KÜLFƏT SÖHBƏTİ... [31.10.2009] - QOCALMAYAN KÖŞƏ YAZARLARI... [26.10.2009] - BİR İRƏLİ, BİR GERİ-YERİMİZDƏ SAYIRIQ [25.10.2009] - SUXARI FALI [22.10.2009] - UŞAQLAR VAR, ŞƏRAİT YOX? [19.10.2009] - MÖVZU BOL OLARSA... [18.10.2009] - BƏS QONAQPƏRVƏR İDİK, NƏ OLDU? [15.10.2009] - İŞLƏR YAĞ KİMİ GETMƏYƏNDƏ... [12.10.2009] - ƏZİZİM ƏZİZ... [11.10.2009] - MANIS - CÜMLƏ XƏYANƏTLƏRƏ BAİS? [08.10.2009] - DAHA MƏNİ GÖZLƏMƏ... [05.10.2009] - İCTİMAİ İŞDƏN BOZBAŞA... [28.09.2009] - G20 TOPLANTISININ “OTELLO”ları [27.09.2009] - DANIŞMIRAM, ƏL ÇƏKİN! [24.09.2009] - YAĞMA YAĞIŞ, YAĞMA YAĞIŞ... [20.09.2009] - YETİM ƏLİNDƏ QOĞAL? [19.09.2009] - BİZİM CEMİ KİM TAPACAQ? [15.09.2009] - QIZIMA... [13.09.2009] - HEY, TAKSİ! [07.09.2009] - 17 İDİ, 18 OLDU... [06.09.2009] - ÜZRÜ QƏBAHƏTİNDƏN BETƏR [31.08.2009] - OKSFORDA, YOXSA BAKI MƏKTƏBİNƏ? [30.08.2009] - OĞRU DA SUÇLU DEYİLSƏ... [27.08.2009] - 2179 AZƏRBAYCANLIYA 1 KİTAB! [24.08.2009] - ÖLƏCƏKSƏN, VƏSSALAM! [21.08.2009] - YIXILIN O BİRİ TƏRƏFƏ [17.08.2009] - MEYMUNU UNUT! [13.08.2009] - KASIBIN SEVİMLİ EŞŞƏYİ [10.08.2009] - ŞEYX NƏSRULLAH GƏLƏNƏDƏK... [06.08.2009] - ALİ MƏKTƏB DÜKANLARI [02.08.2009] - NƏRDƏ O ƏSKİ GÜNLƏR? [01.08.2009] - ÜNVANIMIZA DEYİLƏN “DÜÜÜT”lü SÖYÜŞLƏR [26.07.2009] - AÇARSIZ AÇIQLAMALAR... [23.07.2009] - “MEDİA AÇARI” İLƏ BAĞLANAN QAPILAR [20.07.2009] - HADİSƏ DANIŞANDA [19.07.2009] - İLDƏ BİR DƏFƏ... [16.07.2009] - ŞƏN OĞLANLAR [13.07.2009] - JURNALİSTLƏRİN QUL BAZARI [06.07.2009] - İMTAHAN BAYRAMI [03.07.2009] - GECƏ 12-dən SONRA... [29.06.2009] - SAĞLIĞINDA KOR FATMA... [28.06.2009] - BU NÖMRƏYƏ ZƏNG ÇATMIR... [22.06.2009] - BAYRAMSIZ QALAN BABALAR, VAY! [15.06.2009] - QURDLU GİLAS PROJESİ [11.06.2009] - KARTOFU JURNALİSTƏ BÜKƏNDƏ... [08.06.2009] - VƏTƏN MƏNƏ OĞUL DEYİB(?!) [04.06.2009] - QADIN ŞAPALAĞI [01.06.2009] - ÜRƏYİ YANAN, GƏL BƏRİ! [28.05.2009] - MONİTORİNQ HƏVƏSKARLARINA “FƏHLƏ” TÖVSİYYƏSİ [25.05.2009] - XORUZUN QUYRUĞU... [21.05.2009] - QIZIL SAAT VƏ “SON ZƏNG” ŞOUSU... [18.05.2009] - AVROPAYA DAHA BİR ADDIM? [14.05.2009] - NAĞIL BİTDİ... [12.05.2009] - ƏLLƏRİMDƏ ÇİÇƏKLƏR... [07.05.2009] - PEŞƏKARLIQ MÜHAZİRƏSİ [04.05.2009] - QATİL DƏ TELEVİZOR İZLƏYİR... [27.04.2009] - GEDƏK BİZ OLMAYAN YERƏ... [23.04.2009] - NİZAMİNİN ADAŞI [20.04.2009] - JURNALİSTDİ, QOYMA GƏLDİ! [16.04.2009] - ONUN ŞƏFQƏTLİ ƏLLƏRİ... [13.04.2009] - VOLAND BARMAĞI... [06.04.2009] - TV NAZİRİNİ DANLAYANDA... [02.04.2009] - ZARAFATSIZ... [30.03.2009] - YARIMÇIQ YUXU... [26.03.2009] - FATI, OTUR, FATI, DUR... [16.03.2009] - METRODA BOMBA RABATAY... [12.03.2009] - ƏSAS ODU Kİ... [05.03.2009] - OBAMANIN BİR GÜNÜ... [02.03.2009] - YARIM QAZAN MAKARON... [27.02.2009] - BUZ KİMİ 8 MART HƏDİYYƏSİ [23.02.2009] - AYNƏN ÖYLƏ... [18.02.2009] - NAĞILÇI MƏNTİQİ [16.02.2009] - 11 STANSİYALIQ XİLAS YOLU [09.02.2009] - ATALARA MƏZUNİYYƏT, ANALARA İSTİRAHƏT! [05.02.2009] - AZƏRBAYCAN - ƏN BÖYÜK QƏZZA... [03.02.2009] - YARIYA QƏDƏR DOLU STƏKANA YENİ BAXIŞ... [26.01.2009] - TƏR-Bİ-YƏ-Çİ! [23.01.2009] - İMİC HEÇ NƏDİR, SUSUZLUQ HƏR ŞEY? [19.01.2009] - KLİPLƏRDƏN KOROĞLU NƏRİLTİSİ EŞİDİLƏCƏK [16.01.2009] - GÜNAH HƏMİŞƏ DÖYÜLƏNDƏDİR? [12.01.2009] - O ƏJDAHADAN BİZDƏ OLMAYACAQ [08.01.2009] - İKİ AKİFİN İKİ YÜZ FƏRQİ... [06.01.2009] - 6 YANVAR ÇATANDA... [29.12.2008] - ÖKÜZ APTEKƏ BAXAN KİMİ... [25.12.2008] - MƏNƏ BAXMA, ADIMI ÇƏKMƏ, BARƏMDƏ DÜŞÜNMƏ... [22.12.2008] - KAMERAYA ƏL YELLƏYİN... [19.12.2008] - SAXLA, DÜŞƏN VAR [16.12.2008] - 40 “RAZMER” AYAQQABI [11.12.2008] - BİR AXŞAM ƏLƏT ÇÖLÜNDƏ... [08.12.2008] - FONDA ŞƏN MUSİQİ... [04.12.2008] - DÜNYANIN QORXDUĞU CAVAN - NUŞİRƏVAN [01.12.2008] - NƏ SƏS-KÜYDÜR BU GÜN SİZDƏ, GÜLBADAM? [30.11.2008] - AVTOBUS YAVAŞ-YAVAŞ YANANDA... [27.11.2008] - JURNALİSTİN İTİNİ DƏ DİŞLƏYİRLƏR [24.11.2008] - “LAZIM” QAPINI DÖYÜR... [20.11.2008] - EL ÜÇÜN AĞLAYANDA... [17.11.2008] - SƏN DƏ BİZİM MƏHƏLLƏDƏNSƏN... [14.11.2008] - YENƏ HƏMİN ANAR MÜƏLLİM BARƏDƏ... [13.11.2008] - “SƏNDƏN YAMAN NİGARANAM” [10.11.2008] - QEYRİ-ELİT SÖHBƏT... [03.11.2008] - DANIŞIR BAYQUŞLAR... [02.11.2008] - MİRZƏ SAKİTİ EVİNƏ KÖÇÜRÜN... ƏVVƏLKİ YAZILARI
|