11 mart 2010
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Sevinc TELMANQIZI Yazara məktub göndər

“BOMBA” MƏMUR

Əslində bizim üçün o qədər də yeni məlumat sayılmazdı. Nəymiş? Məmurlar bizi sevmir, özümüzün həbsini, qəzetlərimizin bağlanmasını, cərimələnməsini istəyirmiş. Dediyim kimi, bu, bizim üçün Amerikanın yenidən kəşfi olmadı, sadəcə, təəssüratlarımız “Ruh” Jurnalistləri Müdafiə Komitəsinin keçirdiyi sorğu nəticəsində faktlar, rəqəmlərlə daha da möhkəmləndi. Bilməyənlərin nəzərinə çatdırım ki, sorğu zamanı rəyi soruşulan 500 respondentdən (bunlar dövlət idarələrində çalışanlardır-S.T) 67 faizi Cinayət Məcəlləsində jurnalistin yazısına görə azadlıqdan məhrum edilməsini nəzərdə tutan maddələrin mövcudluğunu təqdir edir. 31 faiz düşünür ki, Cinayət Məcəlləsinə jurnalistlərlə bağlı daha da sərtləşdirici əlavələr edilməlidir.

Onların böyük əksəriyyəti isə bu cəzanın azadlıqdan məhrum edilmə olmasını istəyir və sair və ilaxır.
Bu günə qədər jurnalistləri həbs etdirənlərin, onları məhkəməyə verənlərin siyahısını xatırlayanda bu nəticə gözlənilən idi. Adamlar açıq-aşkar jurnalistin başına oyun açırsa, bunu sorğu zamanı gizlədəsi deyildilər ki? Digər tərəfdən, bu nəticəni sadəlövhcəsinə “onlar bu cavabları verəndə reket jurnalistləri nəzərdə tuturlar” deyə şərh etməyin də tərəfdarı deyiləm. Ola bilər ki, məmurlar daha çox iki gündən bir “pul ver” deyib, qapılarını yağır edən həmin o üzdəniraqların əlindən cana yığılıblar. Amma burda da elementar məntiq var. Niyə reket gedib hansısa müxalifət partiyasının və ya nə bilim tum satanın qapısını yağır eləmir? Birincisi, xəzəl kimi pulun onlarda olmadığını bilir. İkincisi isə elementar “oğrudan-oğruya halaldır” prinsipi ilə işləyir. Ona görə də böyük oğrunun kiçik oğrunu tutdurmaq istəməsi bu məqamda qıcıq doğurur. Daha bir məntiq: reket olmaq pis şeydir, birinci bu işdən özün əl çək. Yanlış anlaşılmasın, reket jurnalistlərin cəzalandırılmasını hamıdan çox istəyənlərdən biri mənəm. Amma səbəbi kənara qoyub, nəticənin üzərinə döşənmək hesabına yox. Axı bu qəzetçiklər öz güclərinə qeydiyyatdan keçmir, ofislə, avadanlıqla təmin olunmur. Kimsə killer kimi ona yaşam haqqı tanıyır, sonra qısqırdır rəqiblərinin üstünə. O da bu görəvlə paralel öz “toçka”sını daha da inkişaf etdirir, bazar böyüyür və sair. Nəticədə balaca oğru böyük oğrunun ayaqlarına dolaşır. Sonuncu onun həbsini istəyir.
Dediyim kimi, ona görə də məmurların diş qıcadıqları kəslərin bir qayda “reket” olması ilə bağlı yayılan rəyi qəbul etmirəm. Bu ölkədə məmur deyilən kəslər - bunun böyüyü var, bir az ortancılı və lap balacası var - azad mətbuatı da sevmirlər. Doğrudur, hər gün bu qəzetləri alırlar. Hansının kabinetinə girsən, masasının altında “Respublika”ya, “Azərbaycan”a bürünmüş bir “Yeni Müsavat”, “Azadlıq” görərsən. Materialları, xüsusən köşələri gözlərinə təpərlər, özlərinə dəxli olmayan haqlı tənqidi yazılar canlarına yağ kimi yayılar. Amma vay o gündən ki, çomağın bir ucu onlara da dəysin. Onda təhqirin, hədə-qorxunun, məhkəmə iddiasının biri beş qəpikdən olur.
Bizim kifayət qədər yüksək vəzifədə çalışan bir qonşumuz vardı. Hər dəfə bizi görəndə deyirdi ki, bir azca dözün, sizə bizim idarə ilə bağlı elə “bomba” materiallar verəcəm ki. Bu anons təxminən bir ilə yaxın davam etdi və axırda qonşumuzun kreslosu bomba kimi başında partladı. Ondan sonra isə “keçmiş nazirin keçmiş müavininin” səs-sorağı kəsildi. Neyçün ki, içində o qədər “bomba” material olan idarənin əsas adamı bu barədə mətbuat nümayəndəsinə şikayətlənəcək həddə çatırsa, vəziyyət həqiqətən də faciəvi olur.
Özü də bunu təkcə məmur, vəzifəli şəxs etsə, adamı yandırmaz. Öz təcrübəmdə dəfələrlə rastlaşmışam. Yaxın qohum və ya tanışla görüşürsən, öz aləmində sensasiyalı açıqlama verərək, “bizim iş yerindəki rüşvətxorluq barədə sənə çoxlu material verəcəm, yazarsan qəzetdə, yandırarsan dədələrini” deyir. Baxmayaraq ki, elə faktlar barədə sən ilin 365 günü yazdığın halda, onlar qəzet oxumadıqları üçün öz dedikləri özlərinə sensasiya kimi görünür. Nəsə... Aradan bir müddət keçir, amma vəd olunan o faktlar sənə gəlib çıxmır. Sonradan məlum olur ki, “odlu-alovlu” bəyanatlar verdikləri ərəfədə ya vəzifələrinin artırılmasını, ya da o rüşvət bataqlığından onlara da nəsə pay düşəcəyini gözləyirmişlər. Gözləntilərinə qırmızı işıq yandırılsa, o “dədə yandıran” materialları verəcəklər. Anonim adıyla, təbii... Əks halda, o məşhur “əşşi, dünyanı biz düzəldəsi deyilik ki” tezisini təkrarlayıb öz relslərinə qayıdacaqlar....
Dediyim kimi, məmuru bu zehniyyətdə olan məmləkətin reket jurnalistinin olması da normaldır, onun normal jurnalisti “şeytan-xoxan” kimi görməsi də. Və düzü, bu rəydən qorxmağın da yeri yoxdur. Öz aramızdı, yel qayadan nə aparar?

581 dəfə baxılıb

[14.12.2009] - ŞAİR SÖZÜ, ƏLBƏTTƏ, YALANDIR

[13.12.2009] - QƏHRƏMAN OLMAQ ÜÇÜN LAYİHƏ

[11.12.2009] - NOVRUZƏLİNİN “E-MƏKTUB”u

[07.12.2009] - YOL VERİN, QUDAM GƏLİR

[05.12.2009] - KÖTƏYİ CƏNNƏTƏ GERİ YOLLADIQ

[02.12.2009] - BAYRAM BİTDİ, YAŞAMAĞA DAVAM!

[25.11.2009] - QIZ QIZILA DÖNÜB...

[23.11.2009] - AY CAN, AY CAN, QİYAMƏTDİ!

[22.11.2009] - HEPİMİZ DOMUZ QRİPİYİZ!

[20.11.2009] - CIRTDANIN NƏNƏSİ VƏ BİZİM YAĞ YAXMAMIZ

[16.11.2009] - DESƏM, ÖLDÜRƏRLƏR...

[15.11.2009] - HAMI YANLIŞ ANLAYIR

[13.11.2009] - KİMDƏ ARTIQ MASKA VAR?

[10.11.2009] - “QAYNAR XƏTT”in SOYUQ DUŞ EFFEKTİ

[08.11.2009] - HƏR ŞEYDƏ BİR AZ “YENİ MÜSAVAT”...

[05.11.2009] - DONUZLA SOVRULANLAR...

[02.11.2009] - QANIMIZI İÇƏNLƏR

[01.11.2009] - EVDƏKİ, BİZİMKİ VƏ YA KÜLFƏT SÖHBƏTİ...

[31.10.2009] - QOCALMAYAN KÖŞƏ YAZARLARI...

[26.10.2009] - BİR İRƏLİ, BİR GERİ-YERİMİZDƏ SAYIRIQ

[25.10.2009] - SUXARI FALI

[22.10.2009] - UŞAQLAR VAR, ŞƏRAİT YOX?

[19.10.2009] - MÖVZU BOL OLARSA...

[18.10.2009] - BƏS QONAQPƏRVƏR İDİK, NƏ OLDU?

[15.10.2009] - İŞLƏR YAĞ KİMİ GETMƏYƏNDƏ...

[12.10.2009] - ƏZİZİM ƏZİZ...

[11.10.2009] - MANIS - CÜMLƏ XƏYANƏTLƏRƏ BAİS?

[08.10.2009] - DAHA MƏNİ GÖZLƏMƏ...

[05.10.2009] - İCTİMAİ İŞDƏN BOZBAŞA...

[28.09.2009] - G20 TOPLANTISININ “OTELLO”ları

[27.09.2009] - DANIŞMIRAM, ƏL ÇƏKİN!

[24.09.2009] - YAĞMA YAĞIŞ, YAĞMA YAĞIŞ...

[20.09.2009] - YETİM ƏLİNDƏ QOĞAL?

[19.09.2009] - BİZİM CEMİ KİM TAPACAQ?

[15.09.2009] - QIZIMA...

[13.09.2009] - HEY, TAKSİ!

[07.09.2009] - 17 İDİ, 18 OLDU...

[06.09.2009] - ÜZRÜ QƏBAHƏTİNDƏN BETƏR

[31.08.2009] - OKSFORDA, YOXSA BAKI MƏKTƏBİNƏ?

[30.08.2009] - OĞRU DA SUÇLU DEYİLSƏ...

[27.08.2009] - 2179 AZƏRBAYCANLIYA 1 KİTAB!

[24.08.2009] - ÖLƏCƏKSƏN, VƏSSALAM!

[21.08.2009] - YIXILIN O BİRİ TƏRƏFƏ

[17.08.2009] - MEYMUNU UNUT!

[13.08.2009] - KASIBIN SEVİMLİ EŞŞƏYİ

[10.08.2009] - ŞEYX NƏSRULLAH GƏLƏNƏDƏK...

[06.08.2009] - ALİ MƏKTƏB DÜKANLARI

[02.08.2009] - NƏRDƏ O ƏSKİ GÜNLƏR?

[01.08.2009] - ÜNVANIMIZA DEYİLƏN “DÜÜÜT”lü SÖYÜŞLƏR

[26.07.2009] - AÇARSIZ AÇIQLAMALAR...

[23.07.2009] - “MEDİA AÇARI” İLƏ BAĞLANAN QAPILAR

[20.07.2009] - HADİSƏ DANIŞANDA

[19.07.2009] - İLDƏ BİR DƏFƏ...

[16.07.2009] - ŞƏN OĞLANLAR

[13.07.2009] - JURNALİSTLƏRİN QUL BAZARI

[06.07.2009] - İMTAHAN BAYRAMI

[03.07.2009] - GECƏ 12-dən SONRA...

[29.06.2009] - SAĞLIĞINDA KOR FATMA...

[28.06.2009] - BU NÖMRƏYƏ ZƏNG ÇATMIR...

[22.06.2009] - BAYRAMSIZ QALAN BABALAR, VAY!

[15.06.2009] - QURDLU GİLAS PROJESİ

[11.06.2009] - KARTOFU JURNALİSTƏ BÜKƏNDƏ...

[08.06.2009] - VƏTƏN MƏNƏ OĞUL DEYİB(?!)

[04.06.2009] - QADIN ŞAPALAĞI

[01.06.2009] - ÜRƏYİ YANAN, GƏL BƏRİ!

[28.05.2009] - MONİTORİNQ HƏVƏSKARLARINA “FƏHLƏ” TÖVSİYYƏSİ

[25.05.2009] - XORUZUN QUYRUĞU...

[21.05.2009] - QIZIL SAAT VƏ “SON ZƏNG” ŞOUSU...

[18.05.2009] - AVROPAYA DAHA BİR ADDIM?

[14.05.2009] - NAĞIL BİTDİ...

[12.05.2009] - ƏLLƏRİMDƏ ÇİÇƏKLƏR...

[07.05.2009] - PEŞƏKARLIQ MÜHAZİRƏSİ

[04.05.2009] - QATİL DƏ TELEVİZOR İZLƏYİR...

[27.04.2009] - GEDƏK BİZ OLMAYAN YERƏ...

[23.04.2009] - NİZAMİNİN ADAŞI

[20.04.2009] - JURNALİSTDİ, QOYMA GƏLDİ!

[16.04.2009] - ONUN ŞƏFQƏTLİ ƏLLƏRİ...

[13.04.2009] - VOLAND BARMAĞI...

[06.04.2009] - TV NAZİRİNİ DANLAYANDA...

[02.04.2009] - ZARAFATSIZ...

[30.03.2009] - YARIMÇIQ YUXU...

[26.03.2009] - FATI, OTUR, FATI, DUR...

[16.03.2009] - METRODA BOMBA RABATAY...

[12.03.2009] - ƏSAS ODU Kİ...

[05.03.2009] - OBAMANIN BİR GÜNÜ...

[02.03.2009] - YARIM QAZAN MAKARON...

[27.02.2009] - BUZ KİMİ 8 MART HƏDİYYƏSİ

[23.02.2009] - AYNƏN ÖYLƏ...

[18.02.2009] - NAĞILÇI MƏNTİQİ

[16.02.2009] - 11 STANSİYALIQ XİLAS YOLU

[09.02.2009] - ATALARA MƏZUNİYYƏT, ANALARA İSTİRAHƏT!

[05.02.2009] - AZƏRBAYCAN - ƏN BÖYÜK QƏZZA...

[03.02.2009] - YARIYA QƏDƏR DOLU STƏKANA YENİ BAXIŞ...

[26.01.2009] - TƏR-Bİ-YƏ-Çİ!

[23.01.2009] - İMİC HEÇ NƏDİR, SUSUZLUQ HƏR ŞEY?

[19.01.2009] - KLİPLƏRDƏN KOROĞLU NƏRİLTİSİ EŞİDİLƏCƏK

[16.01.2009] - GÜNAH HƏMİŞƏ DÖYÜLƏNDƏDİR?

[12.01.2009] - O ƏJDAHADAN BİZDƏ OLMAYACAQ

[08.01.2009] - İKİ AKİFİN İKİ YÜZ FƏRQİ...

[06.01.2009] - 6 YANVAR ÇATANDA...

[29.12.2008] - ÖKÜZ APTEKƏ BAXAN KİMİ...

[25.12.2008] - MƏNƏ BAXMA, ADIMI ÇƏKMƏ, BARƏMDƏ DÜŞÜNMƏ...

[22.12.2008] - KAMERAYA ƏL YELLƏYİN...

[19.12.2008] - SAXLA, DÜŞƏN VAR

[16.12.2008] - 40 “RAZMER” AYAQQABI

[11.12.2008] - BİR AXŞAM ƏLƏT ÇÖLÜNDƏ...

[08.12.2008] - FONDA ŞƏN MUSİQİ...

[04.12.2008] - DÜNYANIN QORXDUĞU CAVAN - NUŞİRƏVAN

[01.12.2008] - NƏ SƏS-KÜYDÜR BU GÜN SİZDƏ, GÜLBADAM?

[30.11.2008] - AVTOBUS YAVAŞ-YAVAŞ YANANDA...

[27.11.2008] - JURNALİSTİN İTİNİ DƏ DİŞLƏYİRLƏR

[24.11.2008] - “LAZIM” QAPINI DÖYÜR...

[20.11.2008] - EL ÜÇÜN AĞLAYANDA...

[17.11.2008] - SƏN DƏ BİZİM MƏHƏLLƏDƏNSƏN...

[14.11.2008] - YENƏ HƏMİN ANAR MÜƏLLİM BARƏDƏ...

[13.11.2008] - “SƏNDƏN YAMAN NİGARANAM”

[10.11.2008] - QEYRİ-ELİT SÖHBƏT...

[03.11.2008] - DANIŞIR BAYQUŞLAR...

[02.11.2008] - MİRZƏ SAKİTİ EVİNƏ KÖÇÜRÜN...

ƏVVƏLKİ YAZILARI

Yeni MÜSAVAT © 2008