 |
Sevinc TELMANQIZI 
HAMIYA ÇİRKİN OLSAM DA...
|
Şikayətlənmək, umu-küsü etmək, minnət qoymaq ən asanıdır. Belədə insan özünü mənən sakitləşdirir bir növ. Daha çox da məsuliyyətdən uzaqlaşırsan, kimisə içinə düşdüyün duruma ortaq edirsən və sair və ilaxir. Söhbətə çox uzaqdan başladığımın fərqindəyəm. Amma misalları sadaladıqca niyə belə giriş verdiyimi anlayacaqsınız. Siyasətlə işim olmaz, lap səmimi desəm, bu sahədən başım çıxmaz. Mətbuatda çalışdığım illər uzunu da siyasətçilərin üzünü siyasətdən uzaq rubrikalarda görmüşəm. Amma buna baxmayaraq, siyasətçi sevgisinin nə demək olduğunu Türkiyədə CHP lideri Dəniz Baykalın siyasətdən gedəcəyi ilə bağlı verdiyi açıqlamadan sonra gördüm. Adama “getmə, qal” deyərək yalvaranlardanmı danışım, evinin önündə aclıq aksiyası keçirənlərdənmi, “sənsiz siyasət siyasət deyil” deyə piketdə qışqıranlardanmı? Təbii ki, bu da bir siyasi gedişə bənzəyir. “Gedərəm ha” taktikasını millət olaraq bizlər də çox görmüşük. Gedəcək-filan da deyil Baykal. Onun hərəkəti daha çox anasından küsüb yemək yeməyən uşağın jestinə bənzəyir. Ki, hamı yatandan sonra uşaq mütləq mətbəxə qaçıb, qarnını doyurur. Amma qarnını doyurana kimi ata-anasının onu nə qədər çox sevdiyini də öyrənmək istəyir. Baykal da belə etdi və təkrarlamağı sevdiyimiz o xalq sevgisini gördü. Elə eyni günlərdə bizdə də “dəqiq, vicdansız və qərəzsiz” telekanalın ortağı xalqa bəyan etdi ki, “bizdən ummayın, biz sizə bu haqqı verməmişik”. Buna əsas olaraq da xalqın 2006-cı ildə - telekanal bağlananda onlara dəstək vermədiyini göstərdi. Öz aləmində haqlı ola bilər, şübhəsiz. Baxmayaraq ki, elə bu hadisədən üçcə il əvvəl “vandal” adını qoyduğu xalqdan dəstək gözləməsi bir o qədər anormal görünür. Amma əlahəzrət insaf deyir ki, onun sözündə də az-çox həqiqət payı yox deyil. Biz millət olaraq çox az halda hansısa məsələyə görə bir araya gəlib etiraz edirik. Demirəm, müxalifətdən gedən Etibar Məmmədovun, iqtidara keçib, üz görməyən Tahir Kərimlinin qapısında aclıq aksiyası keçirək. Amma bu adamların hər birinin arxasında 2-3 min adam varsa, onun ölüsü 200-300 nəfəri nəsə bir addım atsın da. Yəni hərdən qosqoca partiyaların etiraz akisyasına baxırsan, say baxımdan gəzintiyə çıxan veteran “ordusunu” xatırladırlar. Niyə insanlar ancaq yaxşı gündə vaxtilə bəh-bəhlə təriflədikləri siyasətçilərin yanında olur? Doğrudur, “yaxşı gündə, pis gündə..” deyə başlayan andlar daha çox evlilik zamanı verilir. Amma siyasi bağlılıq da başqa növ nikahdır, əqidə nikahı... Türkiyədən başladım, elə ordan da davam edim. Baxmamış olmazsınız, hələ aylar öncə telekanallarda 2 ibtidai sinif şagirdinin öz yoldaşlarına necə ağıl verməsi ilə bağlı rolik fırlanırdı. Demək, biri sinif nümayəndəsi, o biri sinif nümayəndəsinin köməkçisi olan iki qızcığaz dərsə qulaq asmayan, müəllimi incidən sinif yoldaşlarına müraciətlə elə təsirli danışırdılar ki, adamın gözü yaşarırdı. Qızlardan biri atasının çox kasıb olduğunu, onları oxutmaq üçün binada gözətçilik etdiyini deyir, cırıq ayaqqabısını göstərir, varlı dostlarının isə atalarının puluna baxmayaraq, dərs oxumadıqlarından şikayətlənirdi. Özü də ağlaya-ağlaya... Bunu cib telefonu ilə çəkən müəllimsə yaşananları bütün telekanallara yayandan sonra olanlar oldu. Qızlardan birinin məktəb xərclərini bir xeyirxah öz üzərinə götürdü, geyim xərclərini o biri xeyirxah... Sözügedən məktəb ən müasir kompüterlərlə təchiz olundu, təmirlər, yardımlar da ki, öz yerində... Bunu nəyə görəmi xatırladım? Çünki “qonşunun uşaqları” da lazım gələndə hansısa formada öz haqq səslərini qaldıra bilirlər. Bizdə hansı kasıb balası belə bir şeyi 70 milyon demirəm, 70 nəfər arasında etiraf edər? Halbuki elə hər şey o yaşlardan başlayır. Məktəbli özünün elementar hüquqları uğrunda elementar formada qovğa aparır və qazanır. O, gələcəkdə də özünün pozulmuş başqa haqlarına görə bu cür şivən (bəli, məhz şivən - çünki başqa cürəsi kəsərini itirib - S.T.) qoparacaq. Çox sevdiyimiz xalq mahnısında necə deyir? “Hamıya çirkin olsam da, yarıma göyçək olaydım...” Yəni hər siyasətçinin, telekanalın... nə qədər çirkin olsa da, sevənləri (ən azı bunu iddia edənləri) tərəfindən müdafiəyə ehtiyacı var. Qalanlarının gözündə çirkin də olmaq olar. 418 dəfə baxılıb
|
[06.09.2010] - BƏS MƏNİM BİR ABBASIM...? [04.09.2010] - MƏCNUN OLMASAYDI... [30.08.2010] - HƏFTƏBECƏR [26.08.2010] - SƏN MARSDAN GƏLMİSƏN? [15.08.2010] - NERDE O ESKİ RAMAZANLAR... [09.08.2010] - TƏMİZ AYAQ SÖHBƏTİ [07.08.2010] - ADAM İTİ DİŞLƏYƏNDƏ... [01.08.2010] - BU DA SİZƏ FACEBOOK [29.07.2010] - CAZİBƏMİZ DƏ VAR [28.07.2010] - EVLƏRİ KÖNDƏLƏN YAR [22.07.2010] - BU DA BELƏ BİR GÜN [19.07.2010] - EHTİYATLI OLUN - MÜKAFAT ALA BİLƏRSİZ! [18.07.2010] - CƏMİYYƏT BELƏ İSTƏYİR... [15.07.2010] - KOD ADI TƏLƏBƏ... [12.07.2010] - BİR LİMAN, BİR DƏNİZ... [11.07.2010] - ÇƏKİRƏM HAAA... [05.07.2010] - OVUC İÇİ QƏDƏR... [04.07.2010] - ODDA YANAN, SUDA BATAN... [01.07.2010] - MƏRDİMAZAR AZ İDİ... [28.06.2010] - MƏNFİ YÜKLÜ DƏNİZ... [25.06.2010] - ARI KİMİ... [21.06.2010] - 8 TƏLƏBƏYƏ 9 NÖV PLOV [20.06.2010] - HÖKMDARIN HÜZURUNDA... [19.06.2010] - YAYI YOLA SALAQ? [14.06.2010] - OPERATİV DƏDƏ QORQUD [13.06.2010] - YADPLANETLİ DEMƏ... [10.06.2010] - KİM DAHA ŞANSLI? [07.06.2010] - 80-dən SONRA GƏLƏN XOŞBƏXTLİK [06.06.2010] - 10 MİLYON AVRO...CUQ [03.06.2010] - CANIMIZ YANMASIN... [31.05.2010] - ÖTƏN GÜNƏ GÜN... ÇATAR, ÇATAR... [30.05.2010] - BƏNÖVŞƏ, BƏNDƏ DÜŞƏ... [26.05.2010] - ARAZ AŞIĞIMDAN, KÜR TOPUĞUMDAN [23.05.2010] - GÖRMƏMİŞİN KƏŞFİ OLDU... [20.05.2010] - MANYAKA HAQSIZLIQ ETMƏYƏK [16.05.2010] - GƏZMƏYƏ.... HARA YAXŞI? [13.05.2010] - ÇÖRƏYİ VER ÇÖRƏKÇİYƏ... [10.05.2010] - O Kİ BELƏ OLDU? [07.05.2010] - BELƏ “BİZ” OLMAQDANSA... [03.05.2010] - BAĞ BELƏ, BOSTAN BELƏ [02.05.2010] - ÖLMÜŞDÜ HİPPOKRAT... [18.12.2009] - “BOMBA” MƏMUR [14.12.2009] - ŞAİR SÖZÜ, ƏLBƏTTƏ, YALANDIR [13.12.2009] - QƏHRƏMAN OLMAQ ÜÇÜN LAYİHƏ [11.12.2009] - NOVRUZƏLİNİN “E-MƏKTUB”u [07.12.2009] - YOL VERİN, QUDAM GƏLİR [05.12.2009] - KÖTƏYİ CƏNNƏTƏ GERİ YOLLADIQ [02.12.2009] - BAYRAM BİTDİ, YAŞAMAĞA DAVAM! [25.11.2009] - QIZ QIZILA DÖNÜB... [23.11.2009] - AY CAN, AY CAN, QİYAMƏTDİ! [22.11.2009] - HEPİMİZ DOMUZ QRİPİYİZ! [20.11.2009] - CIRTDANIN NƏNƏSİ VƏ BİZİM YAĞ YAXMAMIZ [16.11.2009] - DESƏM, ÖLDÜRƏRLƏR... [15.11.2009] - HAMI YANLIŞ ANLAYIR [13.11.2009] - KİMDƏ ARTIQ MASKA VAR? [10.11.2009] - “QAYNAR XƏTT”in SOYUQ DUŞ EFFEKTİ [08.11.2009] - HƏR ŞEYDƏ BİR AZ “YENİ MÜSAVAT”... [05.11.2009] - DONUZLA SOVRULANLAR... [02.11.2009] - QANIMIZI İÇƏNLƏR [01.11.2009] - EVDƏKİ, BİZİMKİ VƏ YA KÜLFƏT SÖHBƏTİ... [31.10.2009] - QOCALMAYAN KÖŞƏ YAZARLARI... [26.10.2009] - BİR İRƏLİ, BİR GERİ-YERİMİZDƏ SAYIRIQ [25.10.2009] - SUXARI FALI [22.10.2009] - UŞAQLAR VAR, ŞƏRAİT YOX? [19.10.2009] - MÖVZU BOL OLARSA... [18.10.2009] - BƏS QONAQPƏRVƏR İDİK, NƏ OLDU? [15.10.2009] - İŞLƏR YAĞ KİMİ GETMƏYƏNDƏ... [12.10.2009] - ƏZİZİM ƏZİZ... [11.10.2009] - MANIS - CÜMLƏ XƏYANƏTLƏRƏ BAİS? [08.10.2009] - DAHA MƏNİ GÖZLƏMƏ... [05.10.2009] - İCTİMAİ İŞDƏN BOZBAŞA... [28.09.2009] - G20 TOPLANTISININ “OTELLO”ları [27.09.2009] - DANIŞMIRAM, ƏL ÇƏKİN! [24.09.2009] - YAĞMA YAĞIŞ, YAĞMA YAĞIŞ... [20.09.2009] - YETİM ƏLİNDƏ QOĞAL? [19.09.2009] - BİZİM CEMİ KİM TAPACAQ? [15.09.2009] - QIZIMA... [13.09.2009] - HEY, TAKSİ! [07.09.2009] - 17 İDİ, 18 OLDU... [06.09.2009] - ÜZRÜ QƏBAHƏTİNDƏN BETƏR [31.08.2009] - OKSFORDA, YOXSA BAKI MƏKTƏBİNƏ? [30.08.2009] - OĞRU DA SUÇLU DEYİLSƏ... [27.08.2009] - 2179 AZƏRBAYCANLIYA 1 KİTAB! [24.08.2009] - ÖLƏCƏKSƏN, VƏSSALAM! [21.08.2009] - YIXILIN O BİRİ TƏRƏFƏ [17.08.2009] - MEYMUNU UNUT! [13.08.2009] - KASIBIN SEVİMLİ EŞŞƏYİ [10.08.2009] - ŞEYX NƏSRULLAH GƏLƏNƏDƏK... [06.08.2009] - ALİ MƏKTƏB DÜKANLARI [02.08.2009] - NƏRDƏ O ƏSKİ GÜNLƏR? [01.08.2009] - ÜNVANIMIZA DEYİLƏN “DÜÜÜT”lü SÖYÜŞLƏR [26.07.2009] - AÇARSIZ AÇIQLAMALAR... [23.07.2009] - “MEDİA AÇARI” İLƏ BAĞLANAN QAPILAR [20.07.2009] - HADİSƏ DANIŞANDA [19.07.2009] - İLDƏ BİR DƏFƏ... [16.07.2009] - ŞƏN OĞLANLAR [13.07.2009] - JURNALİSTLƏRİN QUL BAZARI [06.07.2009] - İMTAHAN BAYRAMI [03.07.2009] - GECƏ 12-dən SONRA... [29.06.2009] - SAĞLIĞINDA KOR FATMA... [28.06.2009] - BU NÖMRƏYƏ ZƏNG ÇATMIR... [22.06.2009] - BAYRAMSIZ QALAN BABALAR, VAY! [15.06.2009] - QURDLU GİLAS PROJESİ [11.06.2009] - KARTOFU JURNALİSTƏ BÜKƏNDƏ... [08.06.2009] - VƏTƏN MƏNƏ OĞUL DEYİB(?!) [04.06.2009] - QADIN ŞAPALAĞI [01.06.2009] - ÜRƏYİ YANAN, GƏL BƏRİ! [28.05.2009] - MONİTORİNQ HƏVƏSKARLARINA “FƏHLƏ” TÖVSİYYƏSİ [25.05.2009] - XORUZUN QUYRUĞU... [21.05.2009] - QIZIL SAAT VƏ “SON ZƏNG” ŞOUSU... [18.05.2009] - AVROPAYA DAHA BİR ADDIM? [14.05.2009] - NAĞIL BİTDİ... [12.05.2009] - ƏLLƏRİMDƏ ÇİÇƏKLƏR... [07.05.2009] - PEŞƏKARLIQ MÜHAZİRƏSİ [04.05.2009] - QATİL DƏ TELEVİZOR İZLƏYİR... [27.04.2009] - GEDƏK BİZ OLMAYAN YERƏ... [23.04.2009] - NİZAMİNİN ADAŞI [20.04.2009] - JURNALİSTDİ, QOYMA GƏLDİ! [16.04.2009] - ONUN ŞƏFQƏTLİ ƏLLƏRİ... [13.04.2009] - VOLAND BARMAĞI... [06.04.2009] - TV NAZİRİNİ DANLAYANDA... [02.04.2009] - ZARAFATSIZ... [30.03.2009] - YARIMÇIQ YUXU... [26.03.2009] - FATI, OTUR, FATI, DUR... [16.03.2009] - METRODA BOMBA RABATAY... [12.03.2009] - ƏSAS ODU Kİ... [05.03.2009] - OBAMANIN BİR GÜNÜ... [02.03.2009] - YARIM QAZAN MAKARON... [27.02.2009] - BUZ KİMİ 8 MART HƏDİYYƏSİ [23.02.2009] - AYNƏN ÖYLƏ... [18.02.2009] - NAĞILÇI MƏNTİQİ [16.02.2009] - 11 STANSİYALIQ XİLAS YOLU [09.02.2009] - ATALARA MƏZUNİYYƏT, ANALARA İSTİRAHƏT! [05.02.2009] - AZƏRBAYCAN - ƏN BÖYÜK QƏZZA... [03.02.2009] - YARIYA QƏDƏR DOLU STƏKANA YENİ BAXIŞ... [26.01.2009] - TƏR-Bİ-YƏ-Çİ! [23.01.2009] - İMİC HEÇ NƏDİR, SUSUZLUQ HƏR ŞEY? [19.01.2009] - KLİPLƏRDƏN KOROĞLU NƏRİLTİSİ EŞİDİLƏCƏK [16.01.2009] - GÜNAH HƏMİŞƏ DÖYÜLƏNDƏDİR? [12.01.2009] - O ƏJDAHADAN BİZDƏ OLMAYACAQ [08.01.2009] - İKİ AKİFİN İKİ YÜZ FƏRQİ... [06.01.2009] - 6 YANVAR ÇATANDA... [29.12.2008] - ÖKÜZ APTEKƏ BAXAN KİMİ... [25.12.2008] - MƏNƏ BAXMA, ADIMI ÇƏKMƏ, BARƏMDƏ DÜŞÜNMƏ... [22.12.2008] - KAMERAYA ƏL YELLƏYİN... [19.12.2008] - SAXLA, DÜŞƏN VAR [16.12.2008] - 40 “RAZMER” AYAQQABI [11.12.2008] - BİR AXŞAM ƏLƏT ÇÖLÜNDƏ... [08.12.2008] - FONDA ŞƏN MUSİQİ... [04.12.2008] - DÜNYANIN QORXDUĞU CAVAN - NUŞİRƏVAN [01.12.2008] - NƏ SƏS-KÜYDÜR BU GÜN SİZDƏ, GÜLBADAM? [30.11.2008] - AVTOBUS YAVAŞ-YAVAŞ YANANDA... [27.11.2008] - JURNALİSTİN İTİNİ DƏ DİŞLƏYİRLƏR [24.11.2008] - “LAZIM” QAPINI DÖYÜR... [20.11.2008] - EL ÜÇÜN AĞLAYANDA... [17.11.2008] - SƏN DƏ BİZİM MƏHƏLLƏDƏNSƏN... [14.11.2008] - YENƏ HƏMİN ANAR MÜƏLLİM BARƏDƏ... [13.11.2008] - “SƏNDƏN YAMAN NİGARANAM” [10.11.2008] - QEYRİ-ELİT SÖHBƏT... [03.11.2008] - DANIŞIR BAYQUŞLAR... [02.11.2008] - MİRZƏ SAKİTİ EVİNƏ KÖÇÜRÜN... ƏVVƏLKİ YAZILARI
|