06 sentyabr 2010
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Sevinc TELMANQIZI Yazara məktub göndər

MANYAKA HAQSIZLIQ ETMƏYƏK

Deyilənə görə, “o manyak” yenə peyda olub. Özü də biz tərəfdə, lap konkret desəm, yaşadığım qəsəbədə. “Niyə o manyakdan bizdə yoxdur” deyə paxıllanmağınızı qəzet səhifəsindən duyur kimiyəm. Və belə hisslər keçirməkdə haqlı olduğunuzu da düşünürəm. Çünki bu situasiyanın şanslı tərəfləri az deyil...

Hələliksə məlumatın tragikomik yönləri barədə. Demək, ötən gün telekanallar Bakının içi mən yaşadığım qəsəbəsi də daxil olmaqla, bir neçə bölgəsində peyda olan manyakın fotorobotunu təqdim etdi və əlamətlərini sadaladı. Ortaboylu, qarasaç, yekəqarın, bığlı... Azərbaycan kişilərinin 70 faizinin əlamətləri elə sadalanan kimi olduğundan, durumu siz təsəvvür edin. Küçədə-bacada hamı bir-birinə potensial manyak kimi baxmağa başlayıb. Harada qarasaçlı, yekəqarın, bığlı kişi görürsənsə, nifrət dolu baxışlarını ona yönəldirsən. Adamın suçsuzkən suçlu duruma düşməsi situasiyası bax belə yaranır.
Keçək şanslı olduğumuz tərəflərə. Xəbər çıxandan bəri valideynlər uşaqlarını bayıra daha az buraxır. Demək ki, evdə onlarla daha çox maraqlanır, sevgi, qədir-qiymət söhbəti də təbii ki, artır. Məhlələrdə sakitçilik hökm sürür, qonum-qonşular arasında məhrəmlik, mehribançılıq da öz yerində. Dünənə qədər bir-birinə zorla salam verən qonşular artıq can bir qəlbdə, görüşən kimi hal-əhval tutmaqda, təhlükəni eşidən “yaxından-uzaqdan gələn” qohumlar hər gün adamı yoluxmaqda. Xəyali bir manyak insanların bəlkə də illər boyu başarmadığı bir işin öhdəsindən gəlib. Azdır?
Və situasiyanın ən ləzzətli yönü. Telekanalları izləyənlər bilir ki, sözügedən xəyali manyakın işıq, qaz pulu yığmaq adı ilə evlərin qapısını döydüyü bildirilib. Əlində qara bir bloknot tutur, guya sayğacı yoxlamaq istədiyini deyir və qapını açan kimi ... bummm. Neçə gündür biz tərəfdə işıq-qaz pulu yığanların günü qara olub. Adamlar rəsmən əzab çəkirlər, təsəvvür edin.  Üzlərinə bir Allahın bəndəsi də qapı açmır. Hər gün bloklarda “ay bacı, vallah mən manyak deyiləm”, “atam-anam, bu qaz pulunu ödəyin də, heç mən manyaka oxşayıram?” deyə zarıyan Bakqaz işçilərinin naləsi, eləcə də onlara verilən “sübut elə ki, manyak deyilsən” kimi mırt cavabların yüzü bir qəpikdən olur. (Təəssüf ki, biz tərəflərdə hələ də qaz pulu kustar üsullarla, “mən ölüm-sən öl” prinsipi ilə yığılır, yəni, qəbzsiz-filansız-S.T.) Dedim axı, biz şanslıyıq. Sözün bütün mənalarında. Canın bir neçə ay qaz pulu verməkdən qurtulur. Neyləyək, həyatımızı küçədən tapmamışıq ki?
Mən də öz payııma sevinirəm. Bir anlıq düşünün - manyak qazpulu yığmaq adı ilə qapıya gəlir, sən onun manyak olduğunu bilir və qapının arxasından da olsa, söhbətə çəkirsən. Bu arada ilin bomba projesini də yapmaq olar. (Bu arzumu eşidən anamın mənə dediyi ilk söz “pis niyyət” oldu-S.T.) “Manyakla ilk və son müsahibə...” İnşallah, mənim yox, manyakın son müsahibəsi təbii ki...
Girişdə də dediyim kimi, bunlar söhbətin gülmək üçün yazdığım qismidir. Adətən qaranlıq meşədə gəzən adam neynir? Qoxmamaq üçün hündürdən mahnı oxuyur. Bizimki də elə o hesab. Rusun sözü ilə desək, mən qorxaq deyiləm, amma qorxuram. (ya ne trus, no ya boyus - tərcüməsi belədir - S.T.) Biz balaca qızları Dəvəçili manyak tərəfindən qətlə yetirilən bir məmləkətin insanlarıyıq. Yəqin sözügedən hadisəni xatırladınız - qızlar öldürüldü, olay böyüdü, 3 qatil qardaşa iri-iri məmurların himayədarlıq etdiyi ortaya çıxdı. Qurbanlar torpağın altında, qatillər “dütdülü” cəzalarla türmədə... Yəni göz gördüyündən qorxar. Amma “”analoqu olmayan inkişafla irəliləyən" ölkəmizin şanlı polisi bir neçə həftədir, Bakı manyakını tapa bilmirsə, adam şübhəyə düşür. Məqsəd nədir? Qorxan əhalini elə bu hissin köməyilə hökumətin ətrafında daha sıx birləşdirmək? Zatən birləşəcəkləri qədər birləşiblər, bundan artığı ürək sıxıntısı yaradar.
Mitinqlərdə-piketlərdə insanları döymək üçün istifadə edilən alətlər, sonradan elə həmin insanları təsbit etmək üçün yüksək texnologiyalı gizli kameralar... haradadır? Doğrudanmı 21-ci əsr Azərbaycanında bir manyakı tapıb təsbit etmək bu qədər çətindir? Bir cüt Məcidova bacıları, eləcə də başqa bacılar “əjdaha” üçün bəs etmədimi?
Bu çağırışa laqeyd qalanlar varsa... Lütfən heç kim manyaka haqsızlıq etməsin. Gerçək manyakları başqa yerdə axtarmaq lazımdır... Harada? Nə demək istədiyimi anladınız...

345 dəfə baxılıb

[06.09.2010] - BƏS MƏNİM BİR ABBASIM...?

[04.09.2010] - MƏCNUN OLMASAYDI...

[30.08.2010] - HƏFTƏBECƏR

[26.08.2010] - SƏN MARSDAN GƏLMİSƏN?

[15.08.2010] - NERDE O ESKİ RAMAZANLAR...

[09.08.2010] - TƏMİZ AYAQ SÖHBƏTİ

[07.08.2010] - ADAM İTİ DİŞLƏYƏNDƏ...

[01.08.2010] - BU DA SİZƏ FACEBOOK

[29.07.2010] - CAZİBƏMİZ DƏ VAR

[28.07.2010] - EVLƏRİ KÖNDƏLƏN YAR

[22.07.2010] - BU DA BELƏ BİR GÜN

[19.07.2010] - EHTİYATLI OLUN - MÜKAFAT ALA BİLƏRSİZ!

[18.07.2010] - CƏMİYYƏT BELƏ İSTƏYİR...

[15.07.2010] - KOD ADI TƏLƏBƏ...

[12.07.2010] - BİR LİMAN, BİR DƏNİZ...

[11.07.2010] - ÇƏKİRƏM HAAA...

[05.07.2010] - OVUC İÇİ QƏDƏR...

[04.07.2010] - ODDA YANAN, SUDA BATAN...

[01.07.2010] - MƏRDİMAZAR AZ İDİ...

[28.06.2010] - MƏNFİ YÜKLÜ DƏNİZ...

[25.06.2010] - ARI KİMİ...

[21.06.2010] - 8 TƏLƏBƏYƏ 9 NÖV PLOV

[20.06.2010] - HÖKMDARIN HÜZURUNDA...

[19.06.2010] - YAYI YOLA SALAQ?

[14.06.2010] - OPERATİV DƏDƏ QORQUD

[13.06.2010] - YADPLANETLİ DEMƏ...

[10.06.2010] - KİM DAHA ŞANSLI?

[07.06.2010] - 80-dən SONRA GƏLƏN XOŞBƏXTLİK

[06.06.2010] - 10 MİLYON AVRO...CUQ

[03.06.2010] - CANIMIZ YANMASIN...

[31.05.2010] - ÖTƏN GÜNƏ GÜN... ÇATAR, ÇATAR...

[30.05.2010] - BƏNÖVŞƏ, BƏNDƏ DÜŞƏ...

[26.05.2010] - ARAZ AŞIĞIMDAN, KÜR TOPUĞUMDAN

[23.05.2010] - GÖRMƏMİŞİN KƏŞFİ OLDU...

[17.05.2010] - HAMIYA ÇİRKİN OLSAM DA...

[16.05.2010] - GƏZMƏYƏ.... HARA YAXŞI?

[13.05.2010] - ÇÖRƏYİ VER ÇÖRƏKÇİYƏ...

[10.05.2010] - O Kİ BELƏ OLDU?

[07.05.2010] - BELƏ “BİZ” OLMAQDANSA...

[03.05.2010] - BAĞ BELƏ, BOSTAN BELƏ

[02.05.2010] - ÖLMÜŞDÜ HİPPOKRAT...

[18.12.2009] - “BOMBA” MƏMUR

[14.12.2009] - ŞAİR SÖZÜ, ƏLBƏTTƏ, YALANDIR

[13.12.2009] - QƏHRƏMAN OLMAQ ÜÇÜN LAYİHƏ

[11.12.2009] - NOVRUZƏLİNİN “E-MƏKTUB”u

[07.12.2009] - YOL VERİN, QUDAM GƏLİR

[05.12.2009] - KÖTƏYİ CƏNNƏTƏ GERİ YOLLADIQ

[02.12.2009] - BAYRAM BİTDİ, YAŞAMAĞA DAVAM!

[25.11.2009] - QIZ QIZILA DÖNÜB...

[23.11.2009] - AY CAN, AY CAN, QİYAMƏTDİ!

[22.11.2009] - HEPİMİZ DOMUZ QRİPİYİZ!

[20.11.2009] - CIRTDANIN NƏNƏSİ VƏ BİZİM YAĞ YAXMAMIZ

[16.11.2009] - DESƏM, ÖLDÜRƏRLƏR...

[15.11.2009] - HAMI YANLIŞ ANLAYIR

[13.11.2009] - KİMDƏ ARTIQ MASKA VAR?

[10.11.2009] - “QAYNAR XƏTT”in SOYUQ DUŞ EFFEKTİ

[08.11.2009] - HƏR ŞEYDƏ BİR AZ “YENİ MÜSAVAT”...

[05.11.2009] - DONUZLA SOVRULANLAR...

[02.11.2009] - QANIMIZI İÇƏNLƏR

[01.11.2009] - EVDƏKİ, BİZİMKİ VƏ YA KÜLFƏT SÖHBƏTİ...

[31.10.2009] - QOCALMAYAN KÖŞƏ YAZARLARI...

[26.10.2009] - BİR İRƏLİ, BİR GERİ-YERİMİZDƏ SAYIRIQ

[25.10.2009] - SUXARI FALI

[22.10.2009] - UŞAQLAR VAR, ŞƏRAİT YOX?

[19.10.2009] - MÖVZU BOL OLARSA...

[18.10.2009] - BƏS QONAQPƏRVƏR İDİK, NƏ OLDU?

[15.10.2009] - İŞLƏR YAĞ KİMİ GETMƏYƏNDƏ...

[12.10.2009] - ƏZİZİM ƏZİZ...

[11.10.2009] - MANIS - CÜMLƏ XƏYANƏTLƏRƏ BAİS?

[08.10.2009] - DAHA MƏNİ GÖZLƏMƏ...

[05.10.2009] - İCTİMAİ İŞDƏN BOZBAŞA...

[28.09.2009] - G20 TOPLANTISININ “OTELLO”ları

[27.09.2009] - DANIŞMIRAM, ƏL ÇƏKİN!

[24.09.2009] - YAĞMA YAĞIŞ, YAĞMA YAĞIŞ...

[20.09.2009] - YETİM ƏLİNDƏ QOĞAL?

[19.09.2009] - BİZİM CEMİ KİM TAPACAQ?

[15.09.2009] - QIZIMA...

[13.09.2009] - HEY, TAKSİ!

[07.09.2009] - 17 İDİ, 18 OLDU...

[06.09.2009] - ÜZRÜ QƏBAHƏTİNDƏN BETƏR

[31.08.2009] - OKSFORDA, YOXSA BAKI MƏKTƏBİNƏ?

[30.08.2009] - OĞRU DA SUÇLU DEYİLSƏ...

[27.08.2009] - 2179 AZƏRBAYCANLIYA 1 KİTAB!

[24.08.2009] - ÖLƏCƏKSƏN, VƏSSALAM!

[21.08.2009] - YIXILIN O BİRİ TƏRƏFƏ

[17.08.2009] - MEYMUNU UNUT!

[13.08.2009] - KASIBIN SEVİMLİ EŞŞƏYİ

[10.08.2009] - ŞEYX NƏSRULLAH GƏLƏNƏDƏK...

[06.08.2009] - ALİ MƏKTƏB DÜKANLARI

[02.08.2009] - NƏRDƏ O ƏSKİ GÜNLƏR?

[01.08.2009] - ÜNVANIMIZA DEYİLƏN “DÜÜÜT”lü SÖYÜŞLƏR

[26.07.2009] - AÇARSIZ AÇIQLAMALAR...

[23.07.2009] - “MEDİA AÇARI” İLƏ BAĞLANAN QAPILAR

[20.07.2009] - HADİSƏ DANIŞANDA

[19.07.2009] - İLDƏ BİR DƏFƏ...

[16.07.2009] - ŞƏN OĞLANLAR

[13.07.2009] - JURNALİSTLƏRİN QUL BAZARI

[06.07.2009] - İMTAHAN BAYRAMI

[03.07.2009] - GECƏ 12-dən SONRA...

[29.06.2009] - SAĞLIĞINDA KOR FATMA...

[28.06.2009] - BU NÖMRƏYƏ ZƏNG ÇATMIR...

[22.06.2009] - BAYRAMSIZ QALAN BABALAR, VAY!

[15.06.2009] - QURDLU GİLAS PROJESİ

[11.06.2009] - KARTOFU JURNALİSTƏ BÜKƏNDƏ...

[08.06.2009] - VƏTƏN MƏNƏ OĞUL DEYİB(?!)

[04.06.2009] - QADIN ŞAPALAĞI

[01.06.2009] - ÜRƏYİ YANAN, GƏL BƏRİ!

[28.05.2009] - MONİTORİNQ HƏVƏSKARLARINA “FƏHLƏ” TÖVSİYYƏSİ

[25.05.2009] - XORUZUN QUYRUĞU...

[21.05.2009] - QIZIL SAAT VƏ “SON ZƏNG” ŞOUSU...

[18.05.2009] - AVROPAYA DAHA BİR ADDIM?

[14.05.2009] - NAĞIL BİTDİ...

[12.05.2009] - ƏLLƏRİMDƏ ÇİÇƏKLƏR...

[07.05.2009] - PEŞƏKARLIQ MÜHAZİRƏSİ

[04.05.2009] - QATİL DƏ TELEVİZOR İZLƏYİR...

[27.04.2009] - GEDƏK BİZ OLMAYAN YERƏ...

[23.04.2009] - NİZAMİNİN ADAŞI

[20.04.2009] - JURNALİSTDİ, QOYMA GƏLDİ!

[16.04.2009] - ONUN ŞƏFQƏTLİ ƏLLƏRİ...

[13.04.2009] - VOLAND BARMAĞI...

[06.04.2009] - TV NAZİRİNİ DANLAYANDA...

[02.04.2009] - ZARAFATSIZ...

[30.03.2009] - YARIMÇIQ YUXU...

[26.03.2009] - FATI, OTUR, FATI, DUR...

[16.03.2009] - METRODA BOMBA RABATAY...

[12.03.2009] - ƏSAS ODU Kİ...

[05.03.2009] - OBAMANIN BİR GÜNÜ...

[02.03.2009] - YARIM QAZAN MAKARON...

[27.02.2009] - BUZ KİMİ 8 MART HƏDİYYƏSİ

[23.02.2009] - AYNƏN ÖYLƏ...

[18.02.2009] - NAĞILÇI MƏNTİQİ

[16.02.2009] - 11 STANSİYALIQ XİLAS YOLU

[09.02.2009] - ATALARA MƏZUNİYYƏT, ANALARA İSTİRAHƏT!

[05.02.2009] - AZƏRBAYCAN - ƏN BÖYÜK QƏZZA...

[03.02.2009] - YARIYA QƏDƏR DOLU STƏKANA YENİ BAXIŞ...

[26.01.2009] - TƏR-Bİ-YƏ-Çİ!

[23.01.2009] - İMİC HEÇ NƏDİR, SUSUZLUQ HƏR ŞEY?

[19.01.2009] - KLİPLƏRDƏN KOROĞLU NƏRİLTİSİ EŞİDİLƏCƏK

[16.01.2009] - GÜNAH HƏMİŞƏ DÖYÜLƏNDƏDİR?

[12.01.2009] - O ƏJDAHADAN BİZDƏ OLMAYACAQ

[08.01.2009] - İKİ AKİFİN İKİ YÜZ FƏRQİ...

[06.01.2009] - 6 YANVAR ÇATANDA...

[29.12.2008] - ÖKÜZ APTEKƏ BAXAN KİMİ...

[25.12.2008] - MƏNƏ BAXMA, ADIMI ÇƏKMƏ, BARƏMDƏ DÜŞÜNMƏ...

[22.12.2008] - KAMERAYA ƏL YELLƏYİN...

[19.12.2008] - SAXLA, DÜŞƏN VAR

[16.12.2008] - 40 “RAZMER” AYAQQABI

[11.12.2008] - BİR AXŞAM ƏLƏT ÇÖLÜNDƏ...

[08.12.2008] - FONDA ŞƏN MUSİQİ...

[04.12.2008] - DÜNYANIN QORXDUĞU CAVAN - NUŞİRƏVAN

[01.12.2008] - NƏ SƏS-KÜYDÜR BU GÜN SİZDƏ, GÜLBADAM?

[30.11.2008] - AVTOBUS YAVAŞ-YAVAŞ YANANDA...

[27.11.2008] - JURNALİSTİN İTİNİ DƏ DİŞLƏYİRLƏR

[24.11.2008] - “LAZIM” QAPINI DÖYÜR...

[20.11.2008] - EL ÜÇÜN AĞLAYANDA...

[17.11.2008] - SƏN DƏ BİZİM MƏHƏLLƏDƏNSƏN...

[14.11.2008] - YENƏ HƏMİN ANAR MÜƏLLİM BARƏDƏ...

[13.11.2008] - “SƏNDƏN YAMAN NİGARANAM”

[10.11.2008] - QEYRİ-ELİT SÖHBƏT...

[03.11.2008] - DANIŞIR BAYQUŞLAR...

[02.11.2008] - MİRZƏ SAKİTİ EVİNƏ KÖÇÜRÜN...

ƏVVƏLKİ YAZILARI

Yeni MÜSAVAT © 2008