 |
Sevinc TELMANQIZI 
80-dən SONRA GƏLƏN XOŞBƏXTLİK
|
Hər sabah eyni mənzərə. Parkdakı eyni oturacaqda iki yaşlı qadın asta-asta söhbət edib gülürlər. Nəvələrini gəzintiyə çıxara bilməyəcək qədər yaşlı, amma hava almağa ehtiyac duya biləcək qədər cavan. Hərdən türkün sözü, qulaq müsafiri oluram söhbətlərinə (yeri gəlmişkən, osmanlıların başqasının söhbətinə qulaq asmasına bu cür nəzakətli və incə ad qoyması necə də gözəldir). Hər şeydən danışırlar, nəvə şıltaqlığından, gəlin danlağından, oğul laqeydliyindən və ya diqqətcilliyindən - söhbətin mövzusuna görə dəyişir - qonum-qonşu münasibətindən... “Burda nə var ki” düşünə bilərsiniz. Amma qocalanda kimlə, hansı mövzularda danışa biləcəyimizi hardan bilirik? Ona görə bu insan mənzərəsinə baxıb çox zaman öz qocalığımız barədə xəyala dalmaq olur. Və sonda heç zaman dəyişməyən bir dialoq yaşanır. “Sabah da gələcəksən, bacılıq?” “Sabaha sağ çıxsam, gələcəm”. Mən hər dəfə bu iki nənənin sağollaşanda bir-birinə dediyi bu sözlərdən təsirlənirəm. Məlum məsələdi ki, gün ərzində ən böyük əyləncələri budu, “sabah açılsın, parka çıxım” deyə gözlərini yumurlar gecələr bəlkə də. Bizim yaşda olanlar adətən bir-birinə belə sual verəndə sabahkı iş qrafikinə, uşaqlarının dərs, məşğələ saatlarına... nəzər salıb cavab verirlər. Yəni sabah evdən-işdən, uşaqlardan vaxt tapsam, filan işi edərəm. Amma saç ağaranda, diz bir balaca əsməyə başlayanda, yerimək əvvəlki illərə nisbətən ağırlaşanda sabah əndişələrinin rəngi də dəyişir. Sabahın planını qurmaq çətinləşir. “Sabaha sağ çıxsam” - bu qorxunu daşımağa başlayandan başlayır qocalıq deyəsən. Fikir vermişəm, biz cavanlar kiminsə, nəyinsə əlindən hirslənəndə “əlinizdən ölüb qurtulsaydım, canım dincələrdi” cümləsini şüursuzca, həm də çox asanlıqla dilimizə gətiririk. Bəlkə də ona görə ki, ölümün bizi hələ laaaap uzaqda gözlədiyini bilirik. Amma yaşlılar bu sözü deyəndə avtomatik gözləri dolur, səsləri titrəyir... Ana-atanızın belə sitəm etdiyi dəqiqələri xatırlayın. Adama elə gəlir ki, o, bu sözü deyərkən sizi silkələyib cəzalandırmaqdan daha çox özünü qorxudur. Bəlkə də elə buna görə çox adam keçmişdə çəkilmiş ailə videokasetlərinə baxa bilmir. Fotoşəkillərin işi asandır. Orda anı dondurur, fotonu çəkirlər. Sən baxanda ancaq illərin qoyduğu qırış izlərini fərq edə bilirsən. Video görüntülərdə isə hər şey başqadır. Səsin tonundan tutmuş hərəkətlərin ağırlığınadək... Sevdiklərinin artıq qocaldığını xaincəsinə göstərir sənə. Baxa bilmirsən... Bura qədər yazdıqlarım dünənə qədərki düşüncələrim idi. Yəni “Gellap”ın son sorğusu ilə tanış olana qədər. Bu təşkilatın Azərbaycan insanının beynində necə iz qoyduğunu bilirəm, amma ilginc bir sorğu nəticəsi var ortada. Dünən bütün Türkiyə qəzetləri bu barədə yazdı. Məlum oldu ki, təşkilat yaşı 18 və 85 arasında dəyişən 340 min nəfər arasında keçirdiyi sorğu nəticəsində müəyyənləşdirib ki, sən demə, insanlar yaşlandıqca daha xoşbəxt olurmuş. Suallar, cavab variantları ilə vaxtınızı almaq istəmirəm, birbaşa nəticəyə keçəcəm. İnsanlar 18 yaşında özlərini daha yaxşı hiss edirmiş. 50 yaşına gələnə qədərsə fələyin şillələri ilə həyatları getdikcə pisləşirmiş. 50-dən sonra sərt bir dönüş gerçəkləşir və yaş artdıqca insan özünü daha yaxşı hiss etməyə başlayır. Belə ki, stress 22 yaşından etibarən azala-azala gedir, 85 yaşında minimum səviyyədə olur. Narahatçılıq, hirs, qısqanclıq da onun kimi. Əvəzində huzur 70 yaşdan sonra sürətlə artır. Xoşbəxtlik və dinclik isə 50-dən sonra artan xətt üzrə inkişaf edir. 80 yaşlarda isə pik həddə çatır. Dediyim kimi, sorğunu “Gellap” keçirib. Böyük ehtimalla dünyanın inkişaf etmiş ölkələrində. Orada da yaşlı insanların hansı şərtlərdə, necə yaşadığını bilməmiş deyilsiniz yəqin. Bol təqaüd, sığortalar, pulsuz müalicə, limitsiz dünya səyahətləri... Belə qocalıqdan kim inciyər? Bizdə isə insanların 70 yaşına çatması böyük hadisə sayılır. Onda qala 80 yaşlarda xoşbəxtliyin pik həddə çatmasını gözləyək. Elə adamlara, yalan olmasın, dinozavr kimi baxırıq. O qədər yaşaya bildiyinə görə, təbii ki. Bizdə qocalar oğul-uşağın dolanışıq qayğısı ilə daha da yaşlanır, öz cüzi təqaüdləri ilə ağır-ağır yükləri çiyinlərinə götürməyə çalışır. “Gellap”ın haqqında danışdığı o huzursa biz tərəflərə heç “baş çəkmir”. Odu ki, bizdə yaşlı adamlar bir-biri ilə sağollaşanda “sabaha sağ çıxmaq” əndişəsini daha güclü yaşayır. Siz “Gellap”a baxmayın, onların ağzı isti yerdədir. 289 dəfə baxılıb
|
[06.09.2010] - BƏS MƏNİM BİR ABBASIM...? [04.09.2010] - MƏCNUN OLMASAYDI... [30.08.2010] - HƏFTƏBECƏR [26.08.2010] - SƏN MARSDAN GƏLMİSƏN? [15.08.2010] - NERDE O ESKİ RAMAZANLAR... [09.08.2010] - TƏMİZ AYAQ SÖHBƏTİ [07.08.2010] - ADAM İTİ DİŞLƏYƏNDƏ... [01.08.2010] - BU DA SİZƏ FACEBOOK [29.07.2010] - CAZİBƏMİZ DƏ VAR [28.07.2010] - EVLƏRİ KÖNDƏLƏN YAR [22.07.2010] - BU DA BELƏ BİR GÜN [19.07.2010] - EHTİYATLI OLUN - MÜKAFAT ALA BİLƏRSİZ! [18.07.2010] - CƏMİYYƏT BELƏ İSTƏYİR... [15.07.2010] - KOD ADI TƏLƏBƏ... [12.07.2010] - BİR LİMAN, BİR DƏNİZ... [11.07.2010] - ÇƏKİRƏM HAAA... [05.07.2010] - OVUC İÇİ QƏDƏR... [04.07.2010] - ODDA YANAN, SUDA BATAN... [01.07.2010] - MƏRDİMAZAR AZ İDİ... [28.06.2010] - MƏNFİ YÜKLÜ DƏNİZ... [25.06.2010] - ARI KİMİ... [21.06.2010] - 8 TƏLƏBƏYƏ 9 NÖV PLOV [20.06.2010] - HÖKMDARIN HÜZURUNDA... [19.06.2010] - YAYI YOLA SALAQ? [14.06.2010] - OPERATİV DƏDƏ QORQUD [13.06.2010] - YADPLANETLİ DEMƏ... [10.06.2010] - KİM DAHA ŞANSLI? [06.06.2010] - 10 MİLYON AVRO...CUQ [03.06.2010] - CANIMIZ YANMASIN... [31.05.2010] - ÖTƏN GÜNƏ GÜN... ÇATAR, ÇATAR... [30.05.2010] - BƏNÖVŞƏ, BƏNDƏ DÜŞƏ... [26.05.2010] - ARAZ AŞIĞIMDAN, KÜR TOPUĞUMDAN [23.05.2010] - GÖRMƏMİŞİN KƏŞFİ OLDU... [20.05.2010] - MANYAKA HAQSIZLIQ ETMƏYƏK [17.05.2010] - HAMIYA ÇİRKİN OLSAM DA... [16.05.2010] - GƏZMƏYƏ.... HARA YAXŞI? [13.05.2010] - ÇÖRƏYİ VER ÇÖRƏKÇİYƏ... [10.05.2010] - O Kİ BELƏ OLDU? [07.05.2010] - BELƏ “BİZ” OLMAQDANSA... [03.05.2010] - BAĞ BELƏ, BOSTAN BELƏ [02.05.2010] - ÖLMÜŞDÜ HİPPOKRAT... [18.12.2009] - “BOMBA” MƏMUR [14.12.2009] - ŞAİR SÖZÜ, ƏLBƏTTƏ, YALANDIR [13.12.2009] - QƏHRƏMAN OLMAQ ÜÇÜN LAYİHƏ [11.12.2009] - NOVRUZƏLİNİN “E-MƏKTUB”u [07.12.2009] - YOL VERİN, QUDAM GƏLİR [05.12.2009] - KÖTƏYİ CƏNNƏTƏ GERİ YOLLADIQ [02.12.2009] - BAYRAM BİTDİ, YAŞAMAĞA DAVAM! [25.11.2009] - QIZ QIZILA DÖNÜB... [23.11.2009] - AY CAN, AY CAN, QİYAMƏTDİ! [22.11.2009] - HEPİMİZ DOMUZ QRİPİYİZ! [20.11.2009] - CIRTDANIN NƏNƏSİ VƏ BİZİM YAĞ YAXMAMIZ [16.11.2009] - DESƏM, ÖLDÜRƏRLƏR... [15.11.2009] - HAMI YANLIŞ ANLAYIR [13.11.2009] - KİMDƏ ARTIQ MASKA VAR? [10.11.2009] - “QAYNAR XƏTT”in SOYUQ DUŞ EFFEKTİ [08.11.2009] - HƏR ŞEYDƏ BİR AZ “YENİ MÜSAVAT”... [05.11.2009] - DONUZLA SOVRULANLAR... [02.11.2009] - QANIMIZI İÇƏNLƏR [01.11.2009] - EVDƏKİ, BİZİMKİ VƏ YA KÜLFƏT SÖHBƏTİ... [31.10.2009] - QOCALMAYAN KÖŞƏ YAZARLARI... [26.10.2009] - BİR İRƏLİ, BİR GERİ-YERİMİZDƏ SAYIRIQ [25.10.2009] - SUXARI FALI [22.10.2009] - UŞAQLAR VAR, ŞƏRAİT YOX? [19.10.2009] - MÖVZU BOL OLARSA... [18.10.2009] - BƏS QONAQPƏRVƏR İDİK, NƏ OLDU? [15.10.2009] - İŞLƏR YAĞ KİMİ GETMƏYƏNDƏ... [12.10.2009] - ƏZİZİM ƏZİZ... [11.10.2009] - MANIS - CÜMLƏ XƏYANƏTLƏRƏ BAİS? [08.10.2009] - DAHA MƏNİ GÖZLƏMƏ... [05.10.2009] - İCTİMAİ İŞDƏN BOZBAŞA... [28.09.2009] - G20 TOPLANTISININ “OTELLO”ları [27.09.2009] - DANIŞMIRAM, ƏL ÇƏKİN! [24.09.2009] - YAĞMA YAĞIŞ, YAĞMA YAĞIŞ... [20.09.2009] - YETİM ƏLİNDƏ QOĞAL? [19.09.2009] - BİZİM CEMİ KİM TAPACAQ? [15.09.2009] - QIZIMA... [13.09.2009] - HEY, TAKSİ! [07.09.2009] - 17 İDİ, 18 OLDU... [06.09.2009] - ÜZRÜ QƏBAHƏTİNDƏN BETƏR [31.08.2009] - OKSFORDA, YOXSA BAKI MƏKTƏBİNƏ? [30.08.2009] - OĞRU DA SUÇLU DEYİLSƏ... [27.08.2009] - 2179 AZƏRBAYCANLIYA 1 KİTAB! [24.08.2009] - ÖLƏCƏKSƏN, VƏSSALAM! [21.08.2009] - YIXILIN O BİRİ TƏRƏFƏ [17.08.2009] - MEYMUNU UNUT! [13.08.2009] - KASIBIN SEVİMLİ EŞŞƏYİ [10.08.2009] - ŞEYX NƏSRULLAH GƏLƏNƏDƏK... [06.08.2009] - ALİ MƏKTƏB DÜKANLARI [02.08.2009] - NƏRDƏ O ƏSKİ GÜNLƏR? [01.08.2009] - ÜNVANIMIZA DEYİLƏN “DÜÜÜT”lü SÖYÜŞLƏR [26.07.2009] - AÇARSIZ AÇIQLAMALAR... [23.07.2009] - “MEDİA AÇARI” İLƏ BAĞLANAN QAPILAR [20.07.2009] - HADİSƏ DANIŞANDA [19.07.2009] - İLDƏ BİR DƏFƏ... [16.07.2009] - ŞƏN OĞLANLAR [13.07.2009] - JURNALİSTLƏRİN QUL BAZARI [06.07.2009] - İMTAHAN BAYRAMI [03.07.2009] - GECƏ 12-dən SONRA... [29.06.2009] - SAĞLIĞINDA KOR FATMA... [28.06.2009] - BU NÖMRƏYƏ ZƏNG ÇATMIR... [22.06.2009] - BAYRAMSIZ QALAN BABALAR, VAY! [15.06.2009] - QURDLU GİLAS PROJESİ [11.06.2009] - KARTOFU JURNALİSTƏ BÜKƏNDƏ... [08.06.2009] - VƏTƏN MƏNƏ OĞUL DEYİB(?!) [04.06.2009] - QADIN ŞAPALAĞI [01.06.2009] - ÜRƏYİ YANAN, GƏL BƏRİ! [28.05.2009] - MONİTORİNQ HƏVƏSKARLARINA “FƏHLƏ” TÖVSİYYƏSİ [25.05.2009] - XORUZUN QUYRUĞU... [21.05.2009] - QIZIL SAAT VƏ “SON ZƏNG” ŞOUSU... [18.05.2009] - AVROPAYA DAHA BİR ADDIM? [14.05.2009] - NAĞIL BİTDİ... [12.05.2009] - ƏLLƏRİMDƏ ÇİÇƏKLƏR... [07.05.2009] - PEŞƏKARLIQ MÜHAZİRƏSİ [04.05.2009] - QATİL DƏ TELEVİZOR İZLƏYİR... [27.04.2009] - GEDƏK BİZ OLMAYAN YERƏ... [23.04.2009] - NİZAMİNİN ADAŞI [20.04.2009] - JURNALİSTDİ, QOYMA GƏLDİ! [16.04.2009] - ONUN ŞƏFQƏTLİ ƏLLƏRİ... [13.04.2009] - VOLAND BARMAĞI... [06.04.2009] - TV NAZİRİNİ DANLAYANDA... [02.04.2009] - ZARAFATSIZ... [30.03.2009] - YARIMÇIQ YUXU... [26.03.2009] - FATI, OTUR, FATI, DUR... [16.03.2009] - METRODA BOMBA RABATAY... [12.03.2009] - ƏSAS ODU Kİ... [05.03.2009] - OBAMANIN BİR GÜNÜ... [02.03.2009] - YARIM QAZAN MAKARON... [27.02.2009] - BUZ KİMİ 8 MART HƏDİYYƏSİ [23.02.2009] - AYNƏN ÖYLƏ... [18.02.2009] - NAĞILÇI MƏNTİQİ [16.02.2009] - 11 STANSİYALIQ XİLAS YOLU [09.02.2009] - ATALARA MƏZUNİYYƏT, ANALARA İSTİRAHƏT! [05.02.2009] - AZƏRBAYCAN - ƏN BÖYÜK QƏZZA... [03.02.2009] - YARIYA QƏDƏR DOLU STƏKANA YENİ BAXIŞ... [26.01.2009] - TƏR-Bİ-YƏ-Çİ! [23.01.2009] - İMİC HEÇ NƏDİR, SUSUZLUQ HƏR ŞEY? [19.01.2009] - KLİPLƏRDƏN KOROĞLU NƏRİLTİSİ EŞİDİLƏCƏK [16.01.2009] - GÜNAH HƏMİŞƏ DÖYÜLƏNDƏDİR? [12.01.2009] - O ƏJDAHADAN BİZDƏ OLMAYACAQ [08.01.2009] - İKİ AKİFİN İKİ YÜZ FƏRQİ... [06.01.2009] - 6 YANVAR ÇATANDA... [29.12.2008] - ÖKÜZ APTEKƏ BAXAN KİMİ... [25.12.2008] - MƏNƏ BAXMA, ADIMI ÇƏKMƏ, BARƏMDƏ DÜŞÜNMƏ... [22.12.2008] - KAMERAYA ƏL YELLƏYİN... [19.12.2008] - SAXLA, DÜŞƏN VAR [16.12.2008] - 40 “RAZMER” AYAQQABI [11.12.2008] - BİR AXŞAM ƏLƏT ÇÖLÜNDƏ... [08.12.2008] - FONDA ŞƏN MUSİQİ... [04.12.2008] - DÜNYANIN QORXDUĞU CAVAN - NUŞİRƏVAN [01.12.2008] - NƏ SƏS-KÜYDÜR BU GÜN SİZDƏ, GÜLBADAM? [30.11.2008] - AVTOBUS YAVAŞ-YAVAŞ YANANDA... [27.11.2008] - JURNALİSTİN İTİNİ DƏ DİŞLƏYİRLƏR [24.11.2008] - “LAZIM” QAPINI DÖYÜR... [20.11.2008] - EL ÜÇÜN AĞLAYANDA... [17.11.2008] - SƏN DƏ BİZİM MƏHƏLLƏDƏNSƏN... [14.11.2008] - YENƏ HƏMİN ANAR MÜƏLLİM BARƏDƏ... [13.11.2008] - “SƏNDƏN YAMAN NİGARANAM” [10.11.2008] - QEYRİ-ELİT SÖHBƏT... [03.11.2008] - DANIŞIR BAYQUŞLAR... [02.11.2008] - MİRZƏ SAKİTİ EVİNƏ KÖÇÜRÜN... ƏVVƏLKİ YAZILARI
|