 |
Sevinc TELMANQIZI 
YADPLANETLİ DEMƏ...
...Dəxi o da bizim birimiz
|
Elə gün olmaz ki, səhər gözümüzü açanda yadplanetlilərlə bağlı bir xəbər oxumayaq. Mübaliğə olmasın, amma anamızdan-dədəmizdən daha çox onların sorağını eşidirik. Məşhur filmin məşhur sitatında deyildiyi kimi, gəlirlər, yazırlar, gedirlər. Barələrində yüz minlərlə film çəkilib, kitab yazılıb. Amma doymaq bilmirlər. Beş dost, rəfiqə oturub söhbət etsin, yüz faiz aralarından biri “nə vaxtsa, gecə saatlarında” göydə bir yadplanetli işığı gördüyünü iddia edəcək. Hələ mən kənd yerini-filan demirəm. Şişirtməli söhbəti sevən kənd adamları bəlkə də bir qonşusunun fənərlə işıq saldığı tarlada yadplanetliləri gördüyünü iddia etməklə kifayətlənməz, onları şillə-yumruğun altına saldığını, axırda da “o yekəbaşların” ondan üzr istəyib əl-ayağından öpdüyünü iddia edər. Yəni belə hekayələr minlərlədir. Ən geniş yayılanı isə yadplanetlinin bir insanı qaçırıb aparması, günlərlə, aylarla öz gəmilərində saxlayandan sonra geri qaytarması ilə bağlıdır. Ən çox da belə hekayələrə gülürəm. Yəni kənd camaatı demişkən, o yekəbaşlar Yer planeti barədə tonlarla ağırlığı olan bilgiləri hansısa Məmmədhəsəndən öyrənməyə çalışır. Yox bir, daha nələr... Amma rus demişkən, “heç vaxt ”heç vaxt" demə". İyunun 10-da İspaniyanın Beynəlxalq Təhlükəsizlik Mərkəzinin 2003-cü ildə hazırlanmış gizli bir sənədi ortaya çıxıb. Sənədə görə, dünyadan 4,3 işıq ili uzaqlıqda olan Alpha Centauri planetində yaşayanlar türk dilində danışırmış. Alpha Centauridə yaşayanların iki cinsi varmış - biri bəni-insan övladını xatırladır, o biri isə nəsə əcayib-qəraibmiş. Tez-tez Yer kürəsinə gəlib araşdırma aparır, amma nə istədikləri bilinmirmiş. Nəsə, bizə məsələnin dillə bağlı olan hissəsi maraqlıdır. Bayaq zarafata Məmmədhəsən dedim ha. Nə bilirsiniz bəlkə elə zavallı kəndlilərin danışdığı əhvalatlar doğru imiş? Düşüblər yadplanetlilərin yanına, onlara füzulilər demiş, yaşamağın “yolunu-yolağası”nı öyrədib, sonra da qayıdıblar geri. Özü də doğmaca dilimizdə. Hansı ləhcə ilə olduğunu deyəmmərəm, çünki İspaniya Beynəlxalq Təhlükəsizlik Mərkəzi bu barədə heç nə deməyib. Nəsə, hədəfləri kiçiltməyək. Hamımız azərbaycanlı döyülükmü? Təbii ki, bu informasiya millət olaraq bizim dünyadakı hörmətimizi, nüfuzumuzu artırıb. O boyda Çörçil... pardon yadplanetlilərə dilimizi öyrətmişik. Yəni Alpha Centauridə (zəhrimarın adı da adamın dilinə yatmır) “bizim adamlar” yaşayır. Dili bir qardaşlarımız. Heç kimsə bizi hirsləndirməsin, Alphaya xəbər göndərərik, başlarına göydən daş-dəmir, ulduz, meteorit - nə gəldi qolazlayarlar. Digər tərəfdən dilimizi bilirlər ya, yəqin xasiyyətimizi də götürüblər. Yəqin o planetdə də göydələnlər dəbdədir, “qaqaşlar” inomarka sürür, rüşvətsiz iş ötmür... Nə vaxt bu sahədə dara düşsək, bir xəbər yollarıq. Dərhal gəmilərinə minib dadımıza yetərlər. Yayda uşaqları da götürüb rahatca Alphada istirahətə gedə bilərik. Ekzotika olar - kiçik həblərlə nahar, şam yeməyi, uzay gəmisinə minib marketə getmək, əcaib-qəraib alətlərlə ən çətin işləri həyata keçirmək... Qulağa xoş gəlir. Sadəcə məni narahat edən bilirsiz nədi? Bunlar doğmaca türk dilimizdə danışırlar, düzdü? Tutaq ki, bir gün paytaxtımızı görmək üçün bu tərəfə təşrif buyurdular. Özü də çaşıb yekə gəmilərini saxladılar “Torqovı”da. O mağazada, kafedə adamla rus dilində danışılan, azəricə söz deyəndə satıcıların ağızlarını büzdüyü küçə var ha, oranı deyirəm. Azəricə söz deyənləri “çuşka” adlandıran adamların küçəsi. Allah eləsin, yadplanetlilərin yolu ora düşməsin. Yoxsa, biabır olarıq. Bəlkə də düşsə yaxşıdı. Bəlkə onların sayəsində daha doğma dildə danışanlara yadplanetli kimi baxmazlar. Dilimiz kainatın dörd bir tərəfinə yayılıb, zarafat deyil. Dəblə ayaqlaşmaq lazımdır. Hər işdə bir xeyir var. Dilimizin qurtuluşu yadplanetlilərin əlindədir. 218 dəfə baxılıb
|
[06.09.2010] - BƏS MƏNİM BİR ABBASIM...? [04.09.2010] - MƏCNUN OLMASAYDI... [30.08.2010] - HƏFTƏBECƏR [26.08.2010] - SƏN MARSDAN GƏLMİSƏN? [15.08.2010] - NERDE O ESKİ RAMAZANLAR... [09.08.2010] - TƏMİZ AYAQ SÖHBƏTİ [07.08.2010] - ADAM İTİ DİŞLƏYƏNDƏ... [01.08.2010] - BU DA SİZƏ FACEBOOK [29.07.2010] - CAZİBƏMİZ DƏ VAR [28.07.2010] - EVLƏRİ KÖNDƏLƏN YAR [22.07.2010] - BU DA BELƏ BİR GÜN [19.07.2010] - EHTİYATLI OLUN - MÜKAFAT ALA BİLƏRSİZ! [18.07.2010] - CƏMİYYƏT BELƏ İSTƏYİR... [15.07.2010] - KOD ADI TƏLƏBƏ... [12.07.2010] - BİR LİMAN, BİR DƏNİZ... [11.07.2010] - ÇƏKİRƏM HAAA... [05.07.2010] - OVUC İÇİ QƏDƏR... [04.07.2010] - ODDA YANAN, SUDA BATAN... [01.07.2010] - MƏRDİMAZAR AZ İDİ... [28.06.2010] - MƏNFİ YÜKLÜ DƏNİZ... [25.06.2010] - ARI KİMİ... [21.06.2010] - 8 TƏLƏBƏYƏ 9 NÖV PLOV [20.06.2010] - HÖKMDARIN HÜZURUNDA... [19.06.2010] - YAYI YOLA SALAQ? [14.06.2010] - OPERATİV DƏDƏ QORQUD [10.06.2010] - KİM DAHA ŞANSLI? [07.06.2010] - 80-dən SONRA GƏLƏN XOŞBƏXTLİK [06.06.2010] - 10 MİLYON AVRO...CUQ [03.06.2010] - CANIMIZ YANMASIN... [31.05.2010] - ÖTƏN GÜNƏ GÜN... ÇATAR, ÇATAR... [30.05.2010] - BƏNÖVŞƏ, BƏNDƏ DÜŞƏ... [26.05.2010] - ARAZ AŞIĞIMDAN, KÜR TOPUĞUMDAN [23.05.2010] - GÖRMƏMİŞİN KƏŞFİ OLDU... [20.05.2010] - MANYAKA HAQSIZLIQ ETMƏYƏK [17.05.2010] - HAMIYA ÇİRKİN OLSAM DA... [16.05.2010] - GƏZMƏYƏ.... HARA YAXŞI? [13.05.2010] - ÇÖRƏYİ VER ÇÖRƏKÇİYƏ... [10.05.2010] - O Kİ BELƏ OLDU? [07.05.2010] - BELƏ “BİZ” OLMAQDANSA... [03.05.2010] - BAĞ BELƏ, BOSTAN BELƏ [02.05.2010] - ÖLMÜŞDÜ HİPPOKRAT... [18.12.2009] - “BOMBA” MƏMUR [14.12.2009] - ŞAİR SÖZÜ, ƏLBƏTTƏ, YALANDIR [13.12.2009] - QƏHRƏMAN OLMAQ ÜÇÜN LAYİHƏ [11.12.2009] - NOVRUZƏLİNİN “E-MƏKTUB”u [07.12.2009] - YOL VERİN, QUDAM GƏLİR [05.12.2009] - KÖTƏYİ CƏNNƏTƏ GERİ YOLLADIQ [02.12.2009] - BAYRAM BİTDİ, YAŞAMAĞA DAVAM! [25.11.2009] - QIZ QIZILA DÖNÜB... [23.11.2009] - AY CAN, AY CAN, QİYAMƏTDİ! [22.11.2009] - HEPİMİZ DOMUZ QRİPİYİZ! [20.11.2009] - CIRTDANIN NƏNƏSİ VƏ BİZİM YAĞ YAXMAMIZ [16.11.2009] - DESƏM, ÖLDÜRƏRLƏR... [15.11.2009] - HAMI YANLIŞ ANLAYIR [13.11.2009] - KİMDƏ ARTIQ MASKA VAR? [10.11.2009] - “QAYNAR XƏTT”in SOYUQ DUŞ EFFEKTİ [08.11.2009] - HƏR ŞEYDƏ BİR AZ “YENİ MÜSAVAT”... [05.11.2009] - DONUZLA SOVRULANLAR... [02.11.2009] - QANIMIZI İÇƏNLƏR [01.11.2009] - EVDƏKİ, BİZİMKİ VƏ YA KÜLFƏT SÖHBƏTİ... [31.10.2009] - QOCALMAYAN KÖŞƏ YAZARLARI... [26.10.2009] - BİR İRƏLİ, BİR GERİ-YERİMİZDƏ SAYIRIQ [25.10.2009] - SUXARI FALI [22.10.2009] - UŞAQLAR VAR, ŞƏRAİT YOX? [19.10.2009] - MÖVZU BOL OLARSA... [18.10.2009] - BƏS QONAQPƏRVƏR İDİK, NƏ OLDU? [15.10.2009] - İŞLƏR YAĞ KİMİ GETMƏYƏNDƏ... [12.10.2009] - ƏZİZİM ƏZİZ... [11.10.2009] - MANIS - CÜMLƏ XƏYANƏTLƏRƏ BAİS? [08.10.2009] - DAHA MƏNİ GÖZLƏMƏ... [05.10.2009] - İCTİMAİ İŞDƏN BOZBAŞA... [28.09.2009] - G20 TOPLANTISININ “OTELLO”ları [27.09.2009] - DANIŞMIRAM, ƏL ÇƏKİN! [24.09.2009] - YAĞMA YAĞIŞ, YAĞMA YAĞIŞ... [20.09.2009] - YETİM ƏLİNDƏ QOĞAL? [19.09.2009] - BİZİM CEMİ KİM TAPACAQ? [15.09.2009] - QIZIMA... [13.09.2009] - HEY, TAKSİ! [07.09.2009] - 17 İDİ, 18 OLDU... [06.09.2009] - ÜZRÜ QƏBAHƏTİNDƏN BETƏR [31.08.2009] - OKSFORDA, YOXSA BAKI MƏKTƏBİNƏ? [30.08.2009] - OĞRU DA SUÇLU DEYİLSƏ... [27.08.2009] - 2179 AZƏRBAYCANLIYA 1 KİTAB! [24.08.2009] - ÖLƏCƏKSƏN, VƏSSALAM! [21.08.2009] - YIXILIN O BİRİ TƏRƏFƏ [17.08.2009] - MEYMUNU UNUT! [13.08.2009] - KASIBIN SEVİMLİ EŞŞƏYİ [10.08.2009] - ŞEYX NƏSRULLAH GƏLƏNƏDƏK... [06.08.2009] - ALİ MƏKTƏB DÜKANLARI [02.08.2009] - NƏRDƏ O ƏSKİ GÜNLƏR? [01.08.2009] - ÜNVANIMIZA DEYİLƏN “DÜÜÜT”lü SÖYÜŞLƏR [26.07.2009] - AÇARSIZ AÇIQLAMALAR... [23.07.2009] - “MEDİA AÇARI” İLƏ BAĞLANAN QAPILAR [20.07.2009] - HADİSƏ DANIŞANDA [19.07.2009] - İLDƏ BİR DƏFƏ... [16.07.2009] - ŞƏN OĞLANLAR [13.07.2009] - JURNALİSTLƏRİN QUL BAZARI [06.07.2009] - İMTAHAN BAYRAMI [03.07.2009] - GECƏ 12-dən SONRA... [29.06.2009] - SAĞLIĞINDA KOR FATMA... [28.06.2009] - BU NÖMRƏYƏ ZƏNG ÇATMIR... [22.06.2009] - BAYRAMSIZ QALAN BABALAR, VAY! [15.06.2009] - QURDLU GİLAS PROJESİ [11.06.2009] - KARTOFU JURNALİSTƏ BÜKƏNDƏ... [08.06.2009] - VƏTƏN MƏNƏ OĞUL DEYİB(?!) [04.06.2009] - QADIN ŞAPALAĞI [01.06.2009] - ÜRƏYİ YANAN, GƏL BƏRİ! [28.05.2009] - MONİTORİNQ HƏVƏSKARLARINA “FƏHLƏ” TÖVSİYYƏSİ [25.05.2009] - XORUZUN QUYRUĞU... [21.05.2009] - QIZIL SAAT VƏ “SON ZƏNG” ŞOUSU... [18.05.2009] - AVROPAYA DAHA BİR ADDIM? [14.05.2009] - NAĞIL BİTDİ... [12.05.2009] - ƏLLƏRİMDƏ ÇİÇƏKLƏR... [07.05.2009] - PEŞƏKARLIQ MÜHAZİRƏSİ [04.05.2009] - QATİL DƏ TELEVİZOR İZLƏYİR... [27.04.2009] - GEDƏK BİZ OLMAYAN YERƏ... [23.04.2009] - NİZAMİNİN ADAŞI [20.04.2009] - JURNALİSTDİ, QOYMA GƏLDİ! [16.04.2009] - ONUN ŞƏFQƏTLİ ƏLLƏRİ... [13.04.2009] - VOLAND BARMAĞI... [06.04.2009] - TV NAZİRİNİ DANLAYANDA... [02.04.2009] - ZARAFATSIZ... [30.03.2009] - YARIMÇIQ YUXU... [26.03.2009] - FATI, OTUR, FATI, DUR... [16.03.2009] - METRODA BOMBA RABATAY... [12.03.2009] - ƏSAS ODU Kİ... [05.03.2009] - OBAMANIN BİR GÜNÜ... [02.03.2009] - YARIM QAZAN MAKARON... [27.02.2009] - BUZ KİMİ 8 MART HƏDİYYƏSİ [23.02.2009] - AYNƏN ÖYLƏ... [18.02.2009] - NAĞILÇI MƏNTİQİ [16.02.2009] - 11 STANSİYALIQ XİLAS YOLU [09.02.2009] - ATALARA MƏZUNİYYƏT, ANALARA İSTİRAHƏT! [05.02.2009] - AZƏRBAYCAN - ƏN BÖYÜK QƏZZA... [03.02.2009] - YARIYA QƏDƏR DOLU STƏKANA YENİ BAXIŞ... [26.01.2009] - TƏR-Bİ-YƏ-Çİ! [23.01.2009] - İMİC HEÇ NƏDİR, SUSUZLUQ HƏR ŞEY? [19.01.2009] - KLİPLƏRDƏN KOROĞLU NƏRİLTİSİ EŞİDİLƏCƏK [16.01.2009] - GÜNAH HƏMİŞƏ DÖYÜLƏNDƏDİR? [12.01.2009] - O ƏJDAHADAN BİZDƏ OLMAYACAQ [08.01.2009] - İKİ AKİFİN İKİ YÜZ FƏRQİ... [06.01.2009] - 6 YANVAR ÇATANDA... [29.12.2008] - ÖKÜZ APTEKƏ BAXAN KİMİ... [25.12.2008] - MƏNƏ BAXMA, ADIMI ÇƏKMƏ, BARƏMDƏ DÜŞÜNMƏ... [22.12.2008] - KAMERAYA ƏL YELLƏYİN... [19.12.2008] - SAXLA, DÜŞƏN VAR [16.12.2008] - 40 “RAZMER” AYAQQABI [11.12.2008] - BİR AXŞAM ƏLƏT ÇÖLÜNDƏ... [08.12.2008] - FONDA ŞƏN MUSİQİ... [04.12.2008] - DÜNYANIN QORXDUĞU CAVAN - NUŞİRƏVAN [01.12.2008] - NƏ SƏS-KÜYDÜR BU GÜN SİZDƏ, GÜLBADAM? [30.11.2008] - AVTOBUS YAVAŞ-YAVAŞ YANANDA... [27.11.2008] - JURNALİSTİN İTİNİ DƏ DİŞLƏYİRLƏR [24.11.2008] - “LAZIM” QAPINI DÖYÜR... [20.11.2008] - EL ÜÇÜN AĞLAYANDA... [17.11.2008] - SƏN DƏ BİZİM MƏHƏLLƏDƏNSƏN... [14.11.2008] - YENƏ HƏMİN ANAR MÜƏLLİM BARƏDƏ... [13.11.2008] - “SƏNDƏN YAMAN NİGARANAM” [10.11.2008] - QEYRİ-ELİT SÖHBƏT... [03.11.2008] - DANIŞIR BAYQUŞLAR... [02.11.2008] - MİRZƏ SAKİTİ EVİNƏ KÖÇÜRÜN... ƏVVƏLKİ YAZILARI
|