 |
Sevinc TELMANQIZI 
8 TƏLƏBƏYƏ 9 NÖV PLOV
|
Əslində dünəndən planlaşdırmışdım ki, bu gün Türkiyədə təmtəraqla qutlanan babalar günündən yazım. “Qonşunun toyuğu qonşunun gözünə qaz kimi görünür” deməyin. Yanğınsöndürənlərdən tutmuş, tankçılara qədər təqvimin hər gününü bir məslək yiyəsinə, yerli-yersiz tarixi hadisəyə ayıran hökumət nəyə görəsə ataları unudub. Təsəvvür edin ki, bizim məmləkətdə hətta insan haqları günü də varmış - 18 iyun. O insan haqları ki, parlamentdə onun adını daşıyan komissiyaya Rəbiyyət Aslanova rəhbərlik edir. O Rəbiyyət Aslanova ki, müxalifətin son aksiyasında saxlanılanların Qobustana aparılmasını alqışlayıb, öz aləmində ironiya edərək “səyahətdir də, havası da gözəldir. Qoy gəzsinlər” deyib. Yəni bax bizdə insan haqları bu qədərdir. Nəsə, mövzudan uzaqlaşmayaq. “Cənnət anaların ayaqları altındadır” - orasını qəbul etmişik. Amma bəs bu cənnəti onların ayaqları altına sərməkdə iştirakçı olan atalar? Təqvimin bir gününü doğrudanmı onlara çox görmüşük? Atalar dəyərlidir, ilin bir günü onlar üçün azlıq edir demaqoqiyasını da boş verin. Bayram bəhanədi - sevdiklərimizi xatırlamağa, onların könlünü xoş etməyə, hədiyyələr alıb sevindirməyə. “Bəhanə yaratmaqda mahir olan hökumət lütfən bu məsələdə yersiz təvazökarlıq göstərməsin” deyə söhbəti davam etdirəcəkdim ki... Xəbər saytlarında gözümə ilginc məlumat sataşdı. İyunun 18-də Azərbaycan Dillər Universitetində (ADU) “Plov günü” keçirilib. Tədbirin əsas məqsədi universitetə Yay məktəbi keçmək üçün gəlmiş 8 nəfər amerikalı tələbəyə Azərbaycanın milli mətbəxi, mədəniyyəti haqqında məlumat verməkdən ibarət olub. Tədbirdə 9 növ Azərbaycan plovu bişirilib. Sonra hazırlanmış plov çeşidləri amerikalı tələbələrə təqdim olunub. “Bu nə plov, bu nə fisincan” bax belə yerdə deyirlər. Dövlət Dillər Universiteti hara, plov hara? Demirsiniz adamlar bura yay məktəbi keçməyə gəliblər, məqsədləri də Azərbaycan dilini öyrənməkdir? Bəs rusun sözü, priçyom plov? Yaxşı, lap tutaq ki, onlara dillə yanaşı, Azərbaycanın mədəniyyətini, tarixini, adət-ənənələrini də tanıtmaq istəyirsiniz. Doğrudanmı bunun üçün ağla gələn ilk iş 9 növ plov (görməmişliyə baxın - 8 tələbəyə 9 növ plov) bişirməkdir? Yayın cırhacırında yağlı-buğlu 9 plov. Bəs harada qaldı digər mədəni irslər, xalqımızın daşdankeçən adətləri? Mətbəxi minlərlə çeşid yeməklə zəngin olan amerikalını 9 plovla təəccübləndirmək “istedad”ını ancaq bizimkilər göstərə bilər, vəssalam. Uzun müddət “Mətbəxdə” adlı rubrikanın müəllifi olaraq deməyə haqqım çatır ki, Azərbaycan mətbəxi heç də öyünüləcək qədər zənginliyə sahib deyil. Yəni, bunu mən yox, mətbəx sahəsində püxtələşmiş şəxslər, mütəxəssislər deyib. Elə az-çox üzə çıxarılası yeməklərimiz varsa, onların başında plov gəlir. Amma bu, adına Azərbaycan Dillər Universiteti deyilən təhsil ocağında plov şousu göstərməyə əsas vermir. Xarici tələbə qarşısında plovdan başqa öyünüləcək heç nəyimiz qalmayıbsa, fəlakətin astanasındayıq. Azərbaycan dili, mədəniyyəti, tarixi bu qədər tükənib? Yerli tələbələr öz bilik-bacarığı, lap elə ingilis dilinin amerikan ləhcəsində tum kimi çırtdamaqla o 8 tələbəni təəccübləndirə bilmədi? Müəllimlər Avropa standartlarına uyğun metodika, tədris planları ilə qonaqları şoka salmaqda aciz qaldı? Bilirəm, gülməli görünür...Amma iyunun cırhacırında 9 növ yağlı plov da bir o qədər gülməlidi. “Demokrasidə çarələr tükənməz” deyib abilərimiz. Hərçənd ki, bizdə demokrasi yoxdur, amma burda nəsə yerinə düşdü deyə yazdım. Demək, məqsəd 8 tələbəni təəccübləndirməkdir, deyilmi? Təklif edirəm, universitet rəhbərliyi, Təhsil Nazirliyi, eləcə də digər ali təhsil ocaqları əl-ələ verib, əllərində olan bütün faktları o binəvalara göstərsinlər. Məsələn, 100 balla “dütdülü” özəl ali məktəbə daxil olan tələbənin bir il sonra ölkənin ən nüfuzlu sayılan universitetinin nüfuzlu fakültəsində peyda olmasını, ceyran belindəki zaçot-imtahan qiymətlərini, adına sinifkom deyilən şəxsin dekanın “meneceri” olmasını, topdan qiymət yazılışı ilə məşğul olan müəllimlərin kimliyinı, professor müəllimlə elmlər namizədi müəllimin imtahan “taksa”sı arasındakı fərqini... ədəb-ərkanla xarici qonaqlara başa salsalar, bu isti gündə soyuq duş effekti yarada bilərlər. Təəccüb də ki, öz yerində. Yoxsa ki, düyü süz, onu dəmə qoy, 9 cür aş qarası hazırla... Sonra da gözlə ki, hansısa Kevin onu bəyənsin... Bir də ki, təhsilimizdən bozbaş iyi gəldiyini bu qədər nümayiş etdirməyin yeri yoxdur. Analoqu olmayan dövlətə yaraşmaz ən azı... 239 dəfə baxılıb
|
[06.09.2010] - BƏS MƏNİM BİR ABBASIM...? [04.09.2010] - MƏCNUN OLMASAYDI... [30.08.2010] - HƏFTƏBECƏR [26.08.2010] - SƏN MARSDAN GƏLMİSƏN? [15.08.2010] - NERDE O ESKİ RAMAZANLAR... [09.08.2010] - TƏMİZ AYAQ SÖHBƏTİ [07.08.2010] - ADAM İTİ DİŞLƏYƏNDƏ... [01.08.2010] - BU DA SİZƏ FACEBOOK [29.07.2010] - CAZİBƏMİZ DƏ VAR [28.07.2010] - EVLƏRİ KÖNDƏLƏN YAR [22.07.2010] - BU DA BELƏ BİR GÜN [19.07.2010] - EHTİYATLI OLUN - MÜKAFAT ALA BİLƏRSİZ! [18.07.2010] - CƏMİYYƏT BELƏ İSTƏYİR... [15.07.2010] - KOD ADI TƏLƏBƏ... [12.07.2010] - BİR LİMAN, BİR DƏNİZ... [11.07.2010] - ÇƏKİRƏM HAAA... [05.07.2010] - OVUC İÇİ QƏDƏR... [04.07.2010] - ODDA YANAN, SUDA BATAN... [01.07.2010] - MƏRDİMAZAR AZ İDİ... [28.06.2010] - MƏNFİ YÜKLÜ DƏNİZ... [25.06.2010] - ARI KİMİ... [20.06.2010] - HÖKMDARIN HÜZURUNDA... [19.06.2010] - YAYI YOLA SALAQ? [14.06.2010] - OPERATİV DƏDƏ QORQUD [13.06.2010] - YADPLANETLİ DEMƏ... [10.06.2010] - KİM DAHA ŞANSLI? [07.06.2010] - 80-dən SONRA GƏLƏN XOŞBƏXTLİK [06.06.2010] - 10 MİLYON AVRO...CUQ [03.06.2010] - CANIMIZ YANMASIN... [31.05.2010] - ÖTƏN GÜNƏ GÜN... ÇATAR, ÇATAR... [30.05.2010] - BƏNÖVŞƏ, BƏNDƏ DÜŞƏ... [26.05.2010] - ARAZ AŞIĞIMDAN, KÜR TOPUĞUMDAN [23.05.2010] - GÖRMƏMİŞİN KƏŞFİ OLDU... [20.05.2010] - MANYAKA HAQSIZLIQ ETMƏYƏK [17.05.2010] - HAMIYA ÇİRKİN OLSAM DA... [16.05.2010] - GƏZMƏYƏ.... HARA YAXŞI? [13.05.2010] - ÇÖRƏYİ VER ÇÖRƏKÇİYƏ... [10.05.2010] - O Kİ BELƏ OLDU? [07.05.2010] - BELƏ “BİZ” OLMAQDANSA... [03.05.2010] - BAĞ BELƏ, BOSTAN BELƏ [02.05.2010] - ÖLMÜŞDÜ HİPPOKRAT... [18.12.2009] - “BOMBA” MƏMUR [14.12.2009] - ŞAİR SÖZÜ, ƏLBƏTTƏ, YALANDIR [13.12.2009] - QƏHRƏMAN OLMAQ ÜÇÜN LAYİHƏ [11.12.2009] - NOVRUZƏLİNİN “E-MƏKTUB”u [07.12.2009] - YOL VERİN, QUDAM GƏLİR [05.12.2009] - KÖTƏYİ CƏNNƏTƏ GERİ YOLLADIQ [02.12.2009] - BAYRAM BİTDİ, YAŞAMAĞA DAVAM! [25.11.2009] - QIZ QIZILA DÖNÜB... [23.11.2009] - AY CAN, AY CAN, QİYAMƏTDİ! [22.11.2009] - HEPİMİZ DOMUZ QRİPİYİZ! [20.11.2009] - CIRTDANIN NƏNƏSİ VƏ BİZİM YAĞ YAXMAMIZ [16.11.2009] - DESƏM, ÖLDÜRƏRLƏR... [15.11.2009] - HAMI YANLIŞ ANLAYIR [13.11.2009] - KİMDƏ ARTIQ MASKA VAR? [10.11.2009] - “QAYNAR XƏTT”in SOYUQ DUŞ EFFEKTİ [08.11.2009] - HƏR ŞEYDƏ BİR AZ “YENİ MÜSAVAT”... [05.11.2009] - DONUZLA SOVRULANLAR... [02.11.2009] - QANIMIZI İÇƏNLƏR [01.11.2009] - EVDƏKİ, BİZİMKİ VƏ YA KÜLFƏT SÖHBƏTİ... [31.10.2009] - QOCALMAYAN KÖŞƏ YAZARLARI... [26.10.2009] - BİR İRƏLİ, BİR GERİ-YERİMİZDƏ SAYIRIQ [25.10.2009] - SUXARI FALI [22.10.2009] - UŞAQLAR VAR, ŞƏRAİT YOX? [19.10.2009] - MÖVZU BOL OLARSA... [18.10.2009] - BƏS QONAQPƏRVƏR İDİK, NƏ OLDU? [15.10.2009] - İŞLƏR YAĞ KİMİ GETMƏYƏNDƏ... [12.10.2009] - ƏZİZİM ƏZİZ... [11.10.2009] - MANIS - CÜMLƏ XƏYANƏTLƏRƏ BAİS? [08.10.2009] - DAHA MƏNİ GÖZLƏMƏ... [05.10.2009] - İCTİMAİ İŞDƏN BOZBAŞA... [28.09.2009] - G20 TOPLANTISININ “OTELLO”ları [27.09.2009] - DANIŞMIRAM, ƏL ÇƏKİN! [24.09.2009] - YAĞMA YAĞIŞ, YAĞMA YAĞIŞ... [20.09.2009] - YETİM ƏLİNDƏ QOĞAL? [19.09.2009] - BİZİM CEMİ KİM TAPACAQ? [15.09.2009] - QIZIMA... [13.09.2009] - HEY, TAKSİ! [07.09.2009] - 17 İDİ, 18 OLDU... [06.09.2009] - ÜZRÜ QƏBAHƏTİNDƏN BETƏR [31.08.2009] - OKSFORDA, YOXSA BAKI MƏKTƏBİNƏ? [30.08.2009] - OĞRU DA SUÇLU DEYİLSƏ... [27.08.2009] - 2179 AZƏRBAYCANLIYA 1 KİTAB! [24.08.2009] - ÖLƏCƏKSƏN, VƏSSALAM! [21.08.2009] - YIXILIN O BİRİ TƏRƏFƏ [17.08.2009] - MEYMUNU UNUT! [13.08.2009] - KASIBIN SEVİMLİ EŞŞƏYİ [10.08.2009] - ŞEYX NƏSRULLAH GƏLƏNƏDƏK... [06.08.2009] - ALİ MƏKTƏB DÜKANLARI [02.08.2009] - NƏRDƏ O ƏSKİ GÜNLƏR? [01.08.2009] - ÜNVANIMIZA DEYİLƏN “DÜÜÜT”lü SÖYÜŞLƏR [26.07.2009] - AÇARSIZ AÇIQLAMALAR... [23.07.2009] - “MEDİA AÇARI” İLƏ BAĞLANAN QAPILAR [20.07.2009] - HADİSƏ DANIŞANDA [19.07.2009] - İLDƏ BİR DƏFƏ... [16.07.2009] - ŞƏN OĞLANLAR [13.07.2009] - JURNALİSTLƏRİN QUL BAZARI [06.07.2009] - İMTAHAN BAYRAMI [03.07.2009] - GECƏ 12-dən SONRA... [29.06.2009] - SAĞLIĞINDA KOR FATMA... [28.06.2009] - BU NÖMRƏYƏ ZƏNG ÇATMIR... [22.06.2009] - BAYRAMSIZ QALAN BABALAR, VAY! [15.06.2009] - QURDLU GİLAS PROJESİ [11.06.2009] - KARTOFU JURNALİSTƏ BÜKƏNDƏ... [08.06.2009] - VƏTƏN MƏNƏ OĞUL DEYİB(?!) [04.06.2009] - QADIN ŞAPALAĞI [01.06.2009] - ÜRƏYİ YANAN, GƏL BƏRİ! [28.05.2009] - MONİTORİNQ HƏVƏSKARLARINA “FƏHLƏ” TÖVSİYYƏSİ [25.05.2009] - XORUZUN QUYRUĞU... [21.05.2009] - QIZIL SAAT VƏ “SON ZƏNG” ŞOUSU... [18.05.2009] - AVROPAYA DAHA BİR ADDIM? [14.05.2009] - NAĞIL BİTDİ... [12.05.2009] - ƏLLƏRİMDƏ ÇİÇƏKLƏR... [07.05.2009] - PEŞƏKARLIQ MÜHAZİRƏSİ [04.05.2009] - QATİL DƏ TELEVİZOR İZLƏYİR... [27.04.2009] - GEDƏK BİZ OLMAYAN YERƏ... [23.04.2009] - NİZAMİNİN ADAŞI [20.04.2009] - JURNALİSTDİ, QOYMA GƏLDİ! [16.04.2009] - ONUN ŞƏFQƏTLİ ƏLLƏRİ... [13.04.2009] - VOLAND BARMAĞI... [06.04.2009] - TV NAZİRİNİ DANLAYANDA... [02.04.2009] - ZARAFATSIZ... [30.03.2009] - YARIMÇIQ YUXU... [26.03.2009] - FATI, OTUR, FATI, DUR... [16.03.2009] - METRODA BOMBA RABATAY... [12.03.2009] - ƏSAS ODU Kİ... [05.03.2009] - OBAMANIN BİR GÜNÜ... [02.03.2009] - YARIM QAZAN MAKARON... [27.02.2009] - BUZ KİMİ 8 MART HƏDİYYƏSİ [23.02.2009] - AYNƏN ÖYLƏ... [18.02.2009] - NAĞILÇI MƏNTİQİ [16.02.2009] - 11 STANSİYALIQ XİLAS YOLU [09.02.2009] - ATALARA MƏZUNİYYƏT, ANALARA İSTİRAHƏT! [05.02.2009] - AZƏRBAYCAN - ƏN BÖYÜK QƏZZA... [03.02.2009] - YARIYA QƏDƏR DOLU STƏKANA YENİ BAXIŞ... [26.01.2009] - TƏR-Bİ-YƏ-Çİ! [23.01.2009] - İMİC HEÇ NƏDİR, SUSUZLUQ HƏR ŞEY? [19.01.2009] - KLİPLƏRDƏN KOROĞLU NƏRİLTİSİ EŞİDİLƏCƏK [16.01.2009] - GÜNAH HƏMİŞƏ DÖYÜLƏNDƏDİR? [12.01.2009] - O ƏJDAHADAN BİZDƏ OLMAYACAQ [08.01.2009] - İKİ AKİFİN İKİ YÜZ FƏRQİ... [06.01.2009] - 6 YANVAR ÇATANDA... [29.12.2008] - ÖKÜZ APTEKƏ BAXAN KİMİ... [25.12.2008] - MƏNƏ BAXMA, ADIMI ÇƏKMƏ, BARƏMDƏ DÜŞÜNMƏ... [22.12.2008] - KAMERAYA ƏL YELLƏYİN... [19.12.2008] - SAXLA, DÜŞƏN VAR [16.12.2008] - 40 “RAZMER” AYAQQABI [11.12.2008] - BİR AXŞAM ƏLƏT ÇÖLÜNDƏ... [08.12.2008] - FONDA ŞƏN MUSİQİ... [04.12.2008] - DÜNYANIN QORXDUĞU CAVAN - NUŞİRƏVAN [01.12.2008] - NƏ SƏS-KÜYDÜR BU GÜN SİZDƏ, GÜLBADAM? [30.11.2008] - AVTOBUS YAVAŞ-YAVAŞ YANANDA... [27.11.2008] - JURNALİSTİN İTİNİ DƏ DİŞLƏYİRLƏR [24.11.2008] - “LAZIM” QAPINI DÖYÜR... [20.11.2008] - EL ÜÇÜN AĞLAYANDA... [17.11.2008] - SƏN DƏ BİZİM MƏHƏLLƏDƏNSƏN... [14.11.2008] - YENƏ HƏMİN ANAR MÜƏLLİM BARƏDƏ... [13.11.2008] - “SƏNDƏN YAMAN NİGARANAM” [10.11.2008] - QEYRİ-ELİT SÖHBƏT... [03.11.2008] - DANIŞIR BAYQUŞLAR... [02.11.2008] - MİRZƏ SAKİTİ EVİNƏ KÖÇÜRÜN... ƏVVƏLKİ YAZILARI
|