 |
Sevinc TELMANQIZI 
MƏNFİ YÜKLÜ DƏNİZ...
|
Havada istilik 40 dərəcəyə yavaş-yavaş yaxınlaşırsa, şələ-şüəni yığışdırıb mavi dənizə doğru qaçmağın vaxtıdır. Xəzər kimi şahanə bir xəzinəsi olan millət üçün də bundan yaxşı qurtuluş tapıla bilməz əslində. Amma.... Düşünməyin ki, yenə çimərliklərin natəmizliyindən, oradakı ifrat bahaçılıqdan, sudakı bağırsaq çöplərindən danışacam. Baxmayaraq ki, onların da əslində mövzuya dəxli var, amma bir az uzaqdan. Səbəbinə gələcəm. Harda qalmışdıq? İstidən təntiyib çimərliyə ayaq basan kimi adamın canına bir elektriklənmə düşür nədənsə. Dənizə girirsən, bir az quma uzanırsan... nəticə dəyişmir ki, dəyişmir. Adama elə gəlir ki, ətrafdakı hər şey elektriklənib. Su da daxil olmaqla. Amma bir az düşünəndə görürsən ki, bu, bədbəxt suyun, havanın yox, ora yığışan paytaxt camaatının mənfi enerji yüküdür. Sizə zarafat gəlməsin, həftə boyu Bakının mənfi enerjisini, gərginliyini, qaçdı-qovdusunu bədənində daşıyan minlərlə insan qaçır dənizin kənarına. Dəniz də ana kimi ha qucağını açsın onlara, hara qədər? Gücü çatarmı? Yolunuz çimərliyə düşəndə mütləq insan mənzərələrinə diqqət kəsilin, müşahidə edin bol-bol. Əvvəl-axır mən deyənə gələcəksiniz. Məsələn, çimərlikdən ayağını içəri qoyursansa, əlini avtomatik cibinin üstündə saxlamalısan. Yox-yox, cibgirlər hələ ora dadanmayıb, mən işbaz cibgirlərdən danışıram. Sənə yaxınlaşıb, oturman üçün pul istəyəcəklər. Sonra yemək-içmək təklif edəcəklər. Özü də ceyran belindəki qiymətlərə. Adicə örnək - sənin şəhərdə 20 qəpiyə aldığın “Allahın suyu”nu 1 manata sırıyacaqlar. Dilin-dodağın istidən təpiyibsə, çənə-boğaza çıxmayıb, alacaqsan. Bu dəfə də qiymətin bahalığı sənə od qoyacaq. Dondurma, digər xırım-xırda sərinləşdirici vasitələr də onun kimi. Bu bir mənfi yük. Sonra yanına-yörənə baxacaqsan, cavan oğlanlar bir qayda olaraq, meşəyə çıxmış ovçu ədasıyla daim axtarışdadılar. Təsəvvür edin ki, hətta çimərlikdə də blutzlaşanlar var. Yəni onlar da “iş” başındadılar. Colma-cocuğu suya buraxan qadınlar burda da bir qayda olaraq fəaliyyətlərini dayandırmırlar. Evdən gətirilən yeməkləri yerbəyer etmək, balaları yedirmək, evin kişisinə termosdan çay süzmək, arada tez-tez “ay uşaq, dərinə getmə” deyə bağırmaq... Yəni bu kateqoriyadan olan insanların istirahətinə də bir quş. Dənizə ki gəldin və heç nə düşünmədən ayağını quma uzadıb dincəlmədin. Qaytar o dənizi geriyə... Yaşlılar gün vurmasın deyə canlarının, ailəli kişilər sudan çıxmayan uşaqlarının təlaşında... FHN işçiləri onların yanında yalandır. Xilasedici qayıqları olmasa da, hər an uşaqlarını təqibdədilər. Və deyəsən, elə bu dənizdə istirahət edən yeganə kateqoriya balacalar sayılır. Təbii ki, onların da bütün istəkləri həyata keçirilərsə. Çimərliyə gətirilən meymunla şəkil çəkdir, atraksionlara qatıl, ata min, qatırı çap.... Daha nələr, nələr. Siz əminsiniz ki, bütün valideynlər bu pul tələlərinə düşəcək qədər sadəlövhdülər və ya ümumiyyətlə, bunun üçün pulları var? Demək ki, uşaqların da daim narazı qalma ehtimalları realdır. İçi mən də daxil olmaqla əksəriyyətin şikayətləndiyi tum çırtlayanlar kateqoriyası var ha. Hərdən düşünürəm ki, onların çimərlikdə bol olması və ümumiyyətlə, orda tum satışının populyarlığı(niyə çips yox, məhz tum, hə? - S.T) səbəbsiz deyil. Repçilər demiş, məqsəd yekdir - stressi aradan götürmək. Dəli kimi, dayanmadan, tez-tez çırtlayırsan və canındakı hirs-əsəb az da olsa çıxır. Mənfi enerjin yerində qalsa da... Əslində heç kəsi qınayası da deyil. Elektriklənməmizin səbəbi təbiidir. Yaşadığımız beton bina, geydiyimiz sintetika, yediyimiz kimyəvi maddələrlə zəngindi. Televizordan tutmuş, kompüterə, mətbəx alətlərinə... qədər ətrafımızdakı hər şey elektrikdi. Bu elektrik çirkliliyinin arasında sakit, dözümlü, müsbət yüklü qalmaq, gərilməmək mümkünmü? Axırda da olan dənizə olur. Amma neyləyək ki, ayrıca dənizimiz yox. O da məcburən dözəcək. Biz onun çirkliliyinə, yerli-yersiz əsib-coşmasına dözdüyümüz kimi... 198 dəfə baxılıb
|
[08.09.2010] - O BOYDA ÇÖRÇİLL... [06.09.2010] - BƏS MƏNİM BİR ABBASIM...? [04.09.2010] - MƏCNUN OLMASAYDI... [30.08.2010] - HƏFTƏBECƏR [26.08.2010] - SƏN MARSDAN GƏLMİSƏN? [15.08.2010] - NERDE O ESKİ RAMAZANLAR... [09.08.2010] - TƏMİZ AYAQ SÖHBƏTİ [07.08.2010] - ADAM İTİ DİŞLƏYƏNDƏ... [01.08.2010] - BU DA SİZƏ FACEBOOK [29.07.2010] - CAZİBƏMİZ DƏ VAR [28.07.2010] - EVLƏRİ KÖNDƏLƏN YAR [22.07.2010] - BU DA BELƏ BİR GÜN [19.07.2010] - EHTİYATLI OLUN - MÜKAFAT ALA BİLƏRSİZ! [18.07.2010] - CƏMİYYƏT BELƏ İSTƏYİR... [15.07.2010] - KOD ADI TƏLƏBƏ... [12.07.2010] - BİR LİMAN, BİR DƏNİZ... [11.07.2010] - ÇƏKİRƏM HAAA... [05.07.2010] - OVUC İÇİ QƏDƏR... [04.07.2010] - ODDA YANAN, SUDA BATAN... [01.07.2010] - MƏRDİMAZAR AZ İDİ... [25.06.2010] - ARI KİMİ... [21.06.2010] - 8 TƏLƏBƏYƏ 9 NÖV PLOV [20.06.2010] - HÖKMDARIN HÜZURUNDA... [19.06.2010] - YAYI YOLA SALAQ? [14.06.2010] - OPERATİV DƏDƏ QORQUD [13.06.2010] - YADPLANETLİ DEMƏ... [10.06.2010] - KİM DAHA ŞANSLI? [07.06.2010] - 80-dən SONRA GƏLƏN XOŞBƏXTLİK [06.06.2010] - 10 MİLYON AVRO...CUQ [03.06.2010] - CANIMIZ YANMASIN... [31.05.2010] - ÖTƏN GÜNƏ GÜN... ÇATAR, ÇATAR... [30.05.2010] - BƏNÖVŞƏ, BƏNDƏ DÜŞƏ... [26.05.2010] - ARAZ AŞIĞIMDAN, KÜR TOPUĞUMDAN [23.05.2010] - GÖRMƏMİŞİN KƏŞFİ OLDU... [20.05.2010] - MANYAKA HAQSIZLIQ ETMƏYƏK [17.05.2010] - HAMIYA ÇİRKİN OLSAM DA... [16.05.2010] - GƏZMƏYƏ.... HARA YAXŞI? [13.05.2010] - ÇÖRƏYİ VER ÇÖRƏKÇİYƏ... [10.05.2010] - O Kİ BELƏ OLDU? [07.05.2010] - BELƏ “BİZ” OLMAQDANSA... [03.05.2010] - BAĞ BELƏ, BOSTAN BELƏ [02.05.2010] - ÖLMÜŞDÜ HİPPOKRAT... [18.12.2009] - “BOMBA” MƏMUR [14.12.2009] - ŞAİR SÖZÜ, ƏLBƏTTƏ, YALANDIR [13.12.2009] - QƏHRƏMAN OLMAQ ÜÇÜN LAYİHƏ [11.12.2009] - NOVRUZƏLİNİN “E-MƏKTUB”u [07.12.2009] - YOL VERİN, QUDAM GƏLİR [05.12.2009] - KÖTƏYİ CƏNNƏTƏ GERİ YOLLADIQ [02.12.2009] - BAYRAM BİTDİ, YAŞAMAĞA DAVAM! [25.11.2009] - QIZ QIZILA DÖNÜB... [23.11.2009] - AY CAN, AY CAN, QİYAMƏTDİ! [22.11.2009] - HEPİMİZ DOMUZ QRİPİYİZ! [20.11.2009] - CIRTDANIN NƏNƏSİ VƏ BİZİM YAĞ YAXMAMIZ [16.11.2009] - DESƏM, ÖLDÜRƏRLƏR... [15.11.2009] - HAMI YANLIŞ ANLAYIR [13.11.2009] - KİMDƏ ARTIQ MASKA VAR? [10.11.2009] - “QAYNAR XƏTT”in SOYUQ DUŞ EFFEKTİ [08.11.2009] - HƏR ŞEYDƏ BİR AZ “YENİ MÜSAVAT”... [05.11.2009] - DONUZLA SOVRULANLAR... [02.11.2009] - QANIMIZI İÇƏNLƏR [01.11.2009] - EVDƏKİ, BİZİMKİ VƏ YA KÜLFƏT SÖHBƏTİ... [31.10.2009] - QOCALMAYAN KÖŞƏ YAZARLARI... [26.10.2009] - BİR İRƏLİ, BİR GERİ-YERİMİZDƏ SAYIRIQ [25.10.2009] - SUXARI FALI [22.10.2009] - UŞAQLAR VAR, ŞƏRAİT YOX? [19.10.2009] - MÖVZU BOL OLARSA... [18.10.2009] - BƏS QONAQPƏRVƏR İDİK, NƏ OLDU? [15.10.2009] - İŞLƏR YAĞ KİMİ GETMƏYƏNDƏ... [12.10.2009] - ƏZİZİM ƏZİZ... [11.10.2009] - MANIS - CÜMLƏ XƏYANƏTLƏRƏ BAİS? [08.10.2009] - DAHA MƏNİ GÖZLƏMƏ... [05.10.2009] - İCTİMAİ İŞDƏN BOZBAŞA... [28.09.2009] - G20 TOPLANTISININ “OTELLO”ları [27.09.2009] - DANIŞMIRAM, ƏL ÇƏKİN! [24.09.2009] - YAĞMA YAĞIŞ, YAĞMA YAĞIŞ... [20.09.2009] - YETİM ƏLİNDƏ QOĞAL? [19.09.2009] - BİZİM CEMİ KİM TAPACAQ? [15.09.2009] - QIZIMA... [13.09.2009] - HEY, TAKSİ! [07.09.2009] - 17 İDİ, 18 OLDU... [06.09.2009] - ÜZRÜ QƏBAHƏTİNDƏN BETƏR [31.08.2009] - OKSFORDA, YOXSA BAKI MƏKTƏBİNƏ? [30.08.2009] - OĞRU DA SUÇLU DEYİLSƏ... [27.08.2009] - 2179 AZƏRBAYCANLIYA 1 KİTAB! [24.08.2009] - ÖLƏCƏKSƏN, VƏSSALAM! [21.08.2009] - YIXILIN O BİRİ TƏRƏFƏ [17.08.2009] - MEYMUNU UNUT! [13.08.2009] - KASIBIN SEVİMLİ EŞŞƏYİ [10.08.2009] - ŞEYX NƏSRULLAH GƏLƏNƏDƏK... [06.08.2009] - ALİ MƏKTƏB DÜKANLARI [02.08.2009] - NƏRDƏ O ƏSKİ GÜNLƏR? [01.08.2009] - ÜNVANIMIZA DEYİLƏN “DÜÜÜT”lü SÖYÜŞLƏR [26.07.2009] - AÇARSIZ AÇIQLAMALAR... [23.07.2009] - “MEDİA AÇARI” İLƏ BAĞLANAN QAPILAR [20.07.2009] - HADİSƏ DANIŞANDA [19.07.2009] - İLDƏ BİR DƏFƏ... [16.07.2009] - ŞƏN OĞLANLAR [13.07.2009] - JURNALİSTLƏRİN QUL BAZARI [06.07.2009] - İMTAHAN BAYRAMI [03.07.2009] - GECƏ 12-dən SONRA... [29.06.2009] - SAĞLIĞINDA KOR FATMA... [28.06.2009] - BU NÖMRƏYƏ ZƏNG ÇATMIR... [22.06.2009] - BAYRAMSIZ QALAN BABALAR, VAY! [15.06.2009] - QURDLU GİLAS PROJESİ [11.06.2009] - KARTOFU JURNALİSTƏ BÜKƏNDƏ... [08.06.2009] - VƏTƏN MƏNƏ OĞUL DEYİB(?!) [04.06.2009] - QADIN ŞAPALAĞI [01.06.2009] - ÜRƏYİ YANAN, GƏL BƏRİ! [28.05.2009] - MONİTORİNQ HƏVƏSKARLARINA “FƏHLƏ” TÖVSİYYƏSİ [25.05.2009] - XORUZUN QUYRUĞU... [21.05.2009] - QIZIL SAAT VƏ “SON ZƏNG” ŞOUSU... [18.05.2009] - AVROPAYA DAHA BİR ADDIM? [14.05.2009] - NAĞIL BİTDİ... [12.05.2009] - ƏLLƏRİMDƏ ÇİÇƏKLƏR... [07.05.2009] - PEŞƏKARLIQ MÜHAZİRƏSİ [04.05.2009] - QATİL DƏ TELEVİZOR İZLƏYİR... [27.04.2009] - GEDƏK BİZ OLMAYAN YERƏ... [23.04.2009] - NİZAMİNİN ADAŞI [20.04.2009] - JURNALİSTDİ, QOYMA GƏLDİ! [16.04.2009] - ONUN ŞƏFQƏTLİ ƏLLƏRİ... [13.04.2009] - VOLAND BARMAĞI... [06.04.2009] - TV NAZİRİNİ DANLAYANDA... [02.04.2009] - ZARAFATSIZ... [30.03.2009] - YARIMÇIQ YUXU... [26.03.2009] - FATI, OTUR, FATI, DUR... [16.03.2009] - METRODA BOMBA RABATAY... [12.03.2009] - ƏSAS ODU Kİ... [05.03.2009] - OBAMANIN BİR GÜNÜ... [02.03.2009] - YARIM QAZAN MAKARON... [27.02.2009] - BUZ KİMİ 8 MART HƏDİYYƏSİ [23.02.2009] - AYNƏN ÖYLƏ... [18.02.2009] - NAĞILÇI MƏNTİQİ [16.02.2009] - 11 STANSİYALIQ XİLAS YOLU [09.02.2009] - ATALARA MƏZUNİYYƏT, ANALARA İSTİRAHƏT! [05.02.2009] - AZƏRBAYCAN - ƏN BÖYÜK QƏZZA... [03.02.2009] - YARIYA QƏDƏR DOLU STƏKANA YENİ BAXIŞ... [26.01.2009] - TƏR-Bİ-YƏ-Çİ! [23.01.2009] - İMİC HEÇ NƏDİR, SUSUZLUQ HƏR ŞEY? [19.01.2009] - KLİPLƏRDƏN KOROĞLU NƏRİLTİSİ EŞİDİLƏCƏK [16.01.2009] - GÜNAH HƏMİŞƏ DÖYÜLƏNDƏDİR? [12.01.2009] - O ƏJDAHADAN BİZDƏ OLMAYACAQ [08.01.2009] - İKİ AKİFİN İKİ YÜZ FƏRQİ... [06.01.2009] - 6 YANVAR ÇATANDA... [29.12.2008] - ÖKÜZ APTEKƏ BAXAN KİMİ... [25.12.2008] - MƏNƏ BAXMA, ADIMI ÇƏKMƏ, BARƏMDƏ DÜŞÜNMƏ... [22.12.2008] - KAMERAYA ƏL YELLƏYİN... [19.12.2008] - SAXLA, DÜŞƏN VAR [16.12.2008] - 40 “RAZMER” AYAQQABI [11.12.2008] - BİR AXŞAM ƏLƏT ÇÖLÜNDƏ... [08.12.2008] - FONDA ŞƏN MUSİQİ... [04.12.2008] - DÜNYANIN QORXDUĞU CAVAN - NUŞİRƏVAN [01.12.2008] - NƏ SƏS-KÜYDÜR BU GÜN SİZDƏ, GÜLBADAM? [30.11.2008] - AVTOBUS YAVAŞ-YAVAŞ YANANDA... [27.11.2008] - JURNALİSTİN İTİNİ DƏ DİŞLƏYİRLƏR [24.11.2008] - “LAZIM” QAPINI DÖYÜR... [20.11.2008] - EL ÜÇÜN AĞLAYANDA... [17.11.2008] - SƏN DƏ BİZİM MƏHƏLLƏDƏNSƏN... [14.11.2008] - YENƏ HƏMİN ANAR MÜƏLLİM BARƏDƏ... [13.11.2008] - “SƏNDƏN YAMAN NİGARANAM” [10.11.2008] - QEYRİ-ELİT SÖHBƏT... [03.11.2008] - DANIŞIR BAYQUŞLAR... [02.11.2008] - MİRZƏ SAKİTİ EVİNƏ KÖÇÜRÜN... ƏVVƏLKİ YAZILARI
|