 |
Sevinc TELMANQIZI 
EHTİYATLI OLUN - MÜKAFAT ALA BİLƏRSİZ!
|
Yenə mükafat “sezon”u yetişdi. Kim jurnalisti harda tutdu, qoltuğuna bir diplom dürtüşdürür. Hələ ötən həftə bir az seyrəklik idi. Özüm hesabladım. 8 mükafatın təqdimetmə mərasimi keçirildi. Adı-sanı olmayan qeyri-hökumət təşkilatlarından tutmuş, idman qurumlarına, yapa-gopa qədər bir çoxları qələm əhlinin qayğısına qalmışdı nəsə. Bilirəm indi narazı oxucu dodağının altında deyinməyə başlayıb, “döyürlər vay, mükafat verirlər vay. Sizin dərdiniz nədir” deyir. Haqlıdır, uzaqdan mənzərə belə görünə bilər. Amma dediyim kimi, uzaqdan... Jurnalistlər üçün müxtəlif müsabiqələr keçirilə bilər, onlar da ora öz yazılarını təqdim etməklə əməklərinin qiymətləndirilməsini gözləyə bilərlər. Burada qeyri-adi heç nə yoxdur. Cüzi qonorarı ilə çətin sosial şəraitdə dolanmağa çalışan vicdanlı jurnalist üçün bu, sadəcə, bir fürsətdir. Amma söhbət bu mükafatdan sonra yaşananlardadır. Necə deyərlər, Kərəmi ağlamaq tutan yerdə. Mənzərəyə baxaq: mükafat paylayan qurumlar bir çox hallarda onlar barədə daha çox yazan jurnalistləri seçirlər. Yəni onların heç kimə lazım olmayan qrant layihələrini işıqlandıranları, açıqlamalarını nöqtə-vürgülünə qədər kağıza köçürənləri və sair. Mükafatın adını isə qoyurlar “mətbuatın inkişafındakı xidmətlərinə görə”. Hələ mən ən abırlı adlardan danışıram. Bunun “qızıl qələm mükafatı”, “etibarlı jurnalist”, “peşəkar dost” kimi əttökən olanları da var. Özü də təkcə ad yox. Əksəriyyəti jurnalistə diplomla yanaşı pul da təqdim edirlər. Pulun olduğu yerdə isə nələrin baş verdiyini özünüz təxmin edin. Və bundan sonra başlayır bayaq dediyim kimi Kərəmin ağlamaq məsələsi. Yəni jurnalist mükafat aldığı qurumu özüyçün toxunulmaz elan edir. Dildə-üzdə bunu etiraf etmək istəməsə də, içindəki senzor ona bu təşkilat, həmin təşkilatın başçısı barədə tənqidi yazı yazmağa imkan vermir. “Ayıbdı, mənə mükafat veriblər” kompleksi hətta söz yetişəndə belə tənqidi qələmi, sualı kənara qoymağa vadar edir. Son dövrlər hökumət tərəfindən yaradılan yardım xarakterli qurumlara, komitələrə baxın, hamısı jurnalistlərə mükafat paylayır. Maddi vəziyyəti içlər acısı olan həmkarlarımız da istər-istəməz onu qəbul edir. Nəticə? Jurnalist zərərsizləşdirilir, istəməyərək də olsa həmin qurumlar onun “ağ siyahı”sında yer alır. Yəni bu da mətbuatı ələ almağın başqa yoludur. Vacib deyil ki, jurnalisti döyərək, türməyə salaraq zərərsizləşdirsinlər və ya xəlvətdə cibinə pul bassınlar. Mükafat adıyla qoltuğuna qarpız verib də bunu etmək mümkündür. Bunu quru ehtimallarımla demirəm. Başına gələn başmaqçı olar. Hələ 5 il öncə nə hikmət idisə, Təhsil Nazirliyi restoranlardan birində keçirdiyi Milli Mətbuat Günündə məni bir qələm və diplomla mükafatlandırmışdı. Sözügedən tədbir haqda iş və ev arkadaşım Zamin Hacının tənqidi köşəsindən sonra nazirlikdən bir hay-küy qopdu ki, gəl görəsən... Qurumun mətbuat xidmətindən açıq mətnlə bildirildi ki, əgər bizim evə (ifadəyə diqqət -evə.S.T) onlar tərəfindən verilən mükafat giribsə, o tədbir barədə ikimizdən birinin tənqidi yazması qeyri-etikmiş. Doğrudur, həmin açıqlamadan bir gün sonra qələm də, bloknot da, diplom da bəndəniz tərəfindən sözügedən ünvana geri qaytarıldı. Amma necə deyərlər, iş işdən keçəndən sonra... Köhnə palan içi eşmirəm, sadəcə, bu olay mənə mükafatların məqsədi barədə bilmədiyim gerçəyi anlatdı. Həmin gündən bu yana bütün nazirliklər, komitələr, qeyri-hökumət təşkilatları... jurnalistləri ödülləndirməklə, yəni öz tərəfinə çəkməklə məşğuldular. Amma heç birimiz bu günə qədər maraqlanmırıq ki, bunlar bu işi hansı pullarla edirlər. Məsələn, işi məktəblilərə lazımi təhsili vermək olan nazirlik 200-300 manatlıq pul mükafatlarını jurnalistlərə hansı büdcədən paylayır? Bəlkə məktəblərdə yığılan süpürgə pulundan? Və ya YAP. Zorən bu partiyaya üzv olanların üzvlük haqlarınımı damla-damla toplayıb qələm əhlinə sədəqə olaraq təqdim edir? Olmaya biz də “donuzdan bir tük” prinsipi ilə verilən əli geri uzatmırıq? Bəs onda nə fərqimiz qaldı rüşvətxor müəllimlərdən, həkimlərdən, məmurlardan? Nə? Və sonda. Mükafatlar barədə bilmədiyimiz bir şey var. Dahi bəstəkar Motsart ondan heç qazanmayıb. Bəlkə həm də ona görə dahiymiş? 259 dəfə baxılıb
|
[08.09.2010] - O BOYDA ÇÖRÇİLL... [06.09.2010] - BƏS MƏNİM BİR ABBASIM...? [04.09.2010] - MƏCNUN OLMASAYDI... [30.08.2010] - HƏFTƏBECƏR [26.08.2010] - SƏN MARSDAN GƏLMİSƏN? [15.08.2010] - NERDE O ESKİ RAMAZANLAR... [09.08.2010] - TƏMİZ AYAQ SÖHBƏTİ [07.08.2010] - ADAM İTİ DİŞLƏYƏNDƏ... [01.08.2010] - BU DA SİZƏ FACEBOOK [29.07.2010] - CAZİBƏMİZ DƏ VAR [28.07.2010] - EVLƏRİ KÖNDƏLƏN YAR [22.07.2010] - BU DA BELƏ BİR GÜN [18.07.2010] - CƏMİYYƏT BELƏ İSTƏYİR... [15.07.2010] - KOD ADI TƏLƏBƏ... [12.07.2010] - BİR LİMAN, BİR DƏNİZ... [11.07.2010] - ÇƏKİRƏM HAAA... [05.07.2010] - OVUC İÇİ QƏDƏR... [04.07.2010] - ODDA YANAN, SUDA BATAN... [01.07.2010] - MƏRDİMAZAR AZ İDİ... [28.06.2010] - MƏNFİ YÜKLÜ DƏNİZ... [25.06.2010] - ARI KİMİ... [21.06.2010] - 8 TƏLƏBƏYƏ 9 NÖV PLOV [20.06.2010] - HÖKMDARIN HÜZURUNDA... [19.06.2010] - YAYI YOLA SALAQ? [14.06.2010] - OPERATİV DƏDƏ QORQUD [13.06.2010] - YADPLANETLİ DEMƏ... [10.06.2010] - KİM DAHA ŞANSLI? [07.06.2010] - 80-dən SONRA GƏLƏN XOŞBƏXTLİK [06.06.2010] - 10 MİLYON AVRO...CUQ [03.06.2010] - CANIMIZ YANMASIN... [31.05.2010] - ÖTƏN GÜNƏ GÜN... ÇATAR, ÇATAR... [30.05.2010] - BƏNÖVŞƏ, BƏNDƏ DÜŞƏ... [26.05.2010] - ARAZ AŞIĞIMDAN, KÜR TOPUĞUMDAN [23.05.2010] - GÖRMƏMİŞİN KƏŞFİ OLDU... [20.05.2010] - MANYAKA HAQSIZLIQ ETMƏYƏK [17.05.2010] - HAMIYA ÇİRKİN OLSAM DA... [16.05.2010] - GƏZMƏYƏ.... HARA YAXŞI? [13.05.2010] - ÇÖRƏYİ VER ÇÖRƏKÇİYƏ... [10.05.2010] - O Kİ BELƏ OLDU? [07.05.2010] - BELƏ “BİZ” OLMAQDANSA... [03.05.2010] - BAĞ BELƏ, BOSTAN BELƏ [02.05.2010] - ÖLMÜŞDÜ HİPPOKRAT... [18.12.2009] - “BOMBA” MƏMUR [14.12.2009] - ŞAİR SÖZÜ, ƏLBƏTTƏ, YALANDIR [13.12.2009] - QƏHRƏMAN OLMAQ ÜÇÜN LAYİHƏ [11.12.2009] - NOVRUZƏLİNİN “E-MƏKTUB”u [07.12.2009] - YOL VERİN, QUDAM GƏLİR [05.12.2009] - KÖTƏYİ CƏNNƏTƏ GERİ YOLLADIQ [02.12.2009] - BAYRAM BİTDİ, YAŞAMAĞA DAVAM! [25.11.2009] - QIZ QIZILA DÖNÜB... [23.11.2009] - AY CAN, AY CAN, QİYAMƏTDİ! [22.11.2009] - HEPİMİZ DOMUZ QRİPİYİZ! [20.11.2009] - CIRTDANIN NƏNƏSİ VƏ BİZİM YAĞ YAXMAMIZ [16.11.2009] - DESƏM, ÖLDÜRƏRLƏR... [15.11.2009] - HAMI YANLIŞ ANLAYIR [13.11.2009] - KİMDƏ ARTIQ MASKA VAR? [10.11.2009] - “QAYNAR XƏTT”in SOYUQ DUŞ EFFEKTİ [08.11.2009] - HƏR ŞEYDƏ BİR AZ “YENİ MÜSAVAT”... [05.11.2009] - DONUZLA SOVRULANLAR... [02.11.2009] - QANIMIZI İÇƏNLƏR [01.11.2009] - EVDƏKİ, BİZİMKİ VƏ YA KÜLFƏT SÖHBƏTİ... [31.10.2009] - QOCALMAYAN KÖŞƏ YAZARLARI... [26.10.2009] - BİR İRƏLİ, BİR GERİ-YERİMİZDƏ SAYIRIQ [25.10.2009] - SUXARI FALI [22.10.2009] - UŞAQLAR VAR, ŞƏRAİT YOX? [19.10.2009] - MÖVZU BOL OLARSA... [18.10.2009] - BƏS QONAQPƏRVƏR İDİK, NƏ OLDU? [15.10.2009] - İŞLƏR YAĞ KİMİ GETMƏYƏNDƏ... [12.10.2009] - ƏZİZİM ƏZİZ... [11.10.2009] - MANIS - CÜMLƏ XƏYANƏTLƏRƏ BAİS? [08.10.2009] - DAHA MƏNİ GÖZLƏMƏ... [05.10.2009] - İCTİMAİ İŞDƏN BOZBAŞA... [28.09.2009] - G20 TOPLANTISININ “OTELLO”ları [27.09.2009] - DANIŞMIRAM, ƏL ÇƏKİN! [24.09.2009] - YAĞMA YAĞIŞ, YAĞMA YAĞIŞ... [20.09.2009] - YETİM ƏLİNDƏ QOĞAL? [19.09.2009] - BİZİM CEMİ KİM TAPACAQ? [15.09.2009] - QIZIMA... [13.09.2009] - HEY, TAKSİ! [07.09.2009] - 17 İDİ, 18 OLDU... [06.09.2009] - ÜZRÜ QƏBAHƏTİNDƏN BETƏR [31.08.2009] - OKSFORDA, YOXSA BAKI MƏKTƏBİNƏ? [30.08.2009] - OĞRU DA SUÇLU DEYİLSƏ... [27.08.2009] - 2179 AZƏRBAYCANLIYA 1 KİTAB! [24.08.2009] - ÖLƏCƏKSƏN, VƏSSALAM! [21.08.2009] - YIXILIN O BİRİ TƏRƏFƏ [17.08.2009] - MEYMUNU UNUT! [13.08.2009] - KASIBIN SEVİMLİ EŞŞƏYİ [10.08.2009] - ŞEYX NƏSRULLAH GƏLƏNƏDƏK... [06.08.2009] - ALİ MƏKTƏB DÜKANLARI [02.08.2009] - NƏRDƏ O ƏSKİ GÜNLƏR? [01.08.2009] - ÜNVANIMIZA DEYİLƏN “DÜÜÜT”lü SÖYÜŞLƏR [26.07.2009] - AÇARSIZ AÇIQLAMALAR... [23.07.2009] - “MEDİA AÇARI” İLƏ BAĞLANAN QAPILAR [20.07.2009] - HADİSƏ DANIŞANDA [19.07.2009] - İLDƏ BİR DƏFƏ... [16.07.2009] - ŞƏN OĞLANLAR [13.07.2009] - JURNALİSTLƏRİN QUL BAZARI [06.07.2009] - İMTAHAN BAYRAMI [03.07.2009] - GECƏ 12-dən SONRA... [29.06.2009] - SAĞLIĞINDA KOR FATMA... [28.06.2009] - BU NÖMRƏYƏ ZƏNG ÇATMIR... [22.06.2009] - BAYRAMSIZ QALAN BABALAR, VAY! [15.06.2009] - QURDLU GİLAS PROJESİ [11.06.2009] - KARTOFU JURNALİSTƏ BÜKƏNDƏ... [08.06.2009] - VƏTƏN MƏNƏ OĞUL DEYİB(?!) [04.06.2009] - QADIN ŞAPALAĞI [01.06.2009] - ÜRƏYİ YANAN, GƏL BƏRİ! [28.05.2009] - MONİTORİNQ HƏVƏSKARLARINA “FƏHLƏ” TÖVSİYYƏSİ [25.05.2009] - XORUZUN QUYRUĞU... [21.05.2009] - QIZIL SAAT VƏ “SON ZƏNG” ŞOUSU... [18.05.2009] - AVROPAYA DAHA BİR ADDIM? [14.05.2009] - NAĞIL BİTDİ... [12.05.2009] - ƏLLƏRİMDƏ ÇİÇƏKLƏR... [07.05.2009] - PEŞƏKARLIQ MÜHAZİRƏSİ [04.05.2009] - QATİL DƏ TELEVİZOR İZLƏYİR... [27.04.2009] - GEDƏK BİZ OLMAYAN YERƏ... [23.04.2009] - NİZAMİNİN ADAŞI [20.04.2009] - JURNALİSTDİ, QOYMA GƏLDİ! [16.04.2009] - ONUN ŞƏFQƏTLİ ƏLLƏRİ... [13.04.2009] - VOLAND BARMAĞI... [06.04.2009] - TV NAZİRİNİ DANLAYANDA... [02.04.2009] - ZARAFATSIZ... [30.03.2009] - YARIMÇIQ YUXU... [26.03.2009] - FATI, OTUR, FATI, DUR... [16.03.2009] - METRODA BOMBA RABATAY... [12.03.2009] - ƏSAS ODU Kİ... [05.03.2009] - OBAMANIN BİR GÜNÜ... [02.03.2009] - YARIM QAZAN MAKARON... [27.02.2009] - BUZ KİMİ 8 MART HƏDİYYƏSİ [23.02.2009] - AYNƏN ÖYLƏ... [18.02.2009] - NAĞILÇI MƏNTİQİ [16.02.2009] - 11 STANSİYALIQ XİLAS YOLU [09.02.2009] - ATALARA MƏZUNİYYƏT, ANALARA İSTİRAHƏT! [05.02.2009] - AZƏRBAYCAN - ƏN BÖYÜK QƏZZA... [03.02.2009] - YARIYA QƏDƏR DOLU STƏKANA YENİ BAXIŞ... [26.01.2009] - TƏR-Bİ-YƏ-Çİ! [23.01.2009] - İMİC HEÇ NƏDİR, SUSUZLUQ HƏR ŞEY? [19.01.2009] - KLİPLƏRDƏN KOROĞLU NƏRİLTİSİ EŞİDİLƏCƏK [16.01.2009] - GÜNAH HƏMİŞƏ DÖYÜLƏNDƏDİR? [12.01.2009] - O ƏJDAHADAN BİZDƏ OLMAYACAQ [08.01.2009] - İKİ AKİFİN İKİ YÜZ FƏRQİ... [06.01.2009] - 6 YANVAR ÇATANDA... [29.12.2008] - ÖKÜZ APTEKƏ BAXAN KİMİ... [25.12.2008] - MƏNƏ BAXMA, ADIMI ÇƏKMƏ, BARƏMDƏ DÜŞÜNMƏ... [22.12.2008] - KAMERAYA ƏL YELLƏYİN... [19.12.2008] - SAXLA, DÜŞƏN VAR [16.12.2008] - 40 “RAZMER” AYAQQABI [11.12.2008] - BİR AXŞAM ƏLƏT ÇÖLÜNDƏ... [08.12.2008] - FONDA ŞƏN MUSİQİ... [04.12.2008] - DÜNYANIN QORXDUĞU CAVAN - NUŞİRƏVAN [01.12.2008] - NƏ SƏS-KÜYDÜR BU GÜN SİZDƏ, GÜLBADAM? [30.11.2008] - AVTOBUS YAVAŞ-YAVAŞ YANANDA... [27.11.2008] - JURNALİSTİN İTİNİ DƏ DİŞLƏYİRLƏR [24.11.2008] - “LAZIM” QAPINI DÖYÜR... [20.11.2008] - EL ÜÇÜN AĞLAYANDA... [17.11.2008] - SƏN DƏ BİZİM MƏHƏLLƏDƏNSƏN... [14.11.2008] - YENƏ HƏMİN ANAR MÜƏLLİM BARƏDƏ... [13.11.2008] - “SƏNDƏN YAMAN NİGARANAM” [10.11.2008] - QEYRİ-ELİT SÖHBƏT... [03.11.2008] - DANIŞIR BAYQUŞLAR... [02.11.2008] - MİRZƏ SAKİTİ EVİNƏ KÖÇÜRÜN... ƏVVƏLKİ YAZILARI
|